Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-395/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhərrəm oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də satış təmsilçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə adına verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İ40” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti istiqamətinə doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən üstünlük nişanları yolayrıcılarını, yolun kəsişmələrinin keçmə növbəliliyini göstərməklə yolayrıcında “Yol verin” yol nişanının olduğu yol ilə hərəkət edən nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinə nisbətən yolayrıcını keçmə üstünlüyünü təyin etdiyi halda yol hərəkəti qaydalarını pozub ünvan 3 ünvanı ilə ünvan 4ayrıcında olan “Yol verin” yol nişanının tələblərinə əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 18 ünvanında idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Zərərçəkmiş şəxs “B1, В, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə 30 km/saat sürətlə idarə etdiyi faktiki mülkiyyətində olan “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurulmaya aid sol körpücük akromion bağının tam qopması, sol saidin sıyrığı, sol budun hematomasından ibarət xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil nənəsi X2 mülkiyyətində olsa da həmin avtomobili 07 mart 2024-cü il tarixdə ona verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 21 iyul 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gedən zaman saatda 50-60 km/saat sürətlə hərəkətdə olduğu vaxt Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsinə daxil olan zaman o həmin yolun baş yol olmasını zənn etmişdir. Yol nişanına təxminən 10 metr məsafə qalmış, o, həmin yolun ikinci dərəcəli yol olduğunu nişanda görən zaman kəskin tormoz vermiş, lakin avtomobili saxlaya bilməmişdir. Avtomobilin sükanını sola doğru döndərmiş, lakin onun idarə etdiyi avtomobilin sağ ön hissəsi, Qara Qarayev prospektindən gələn “Toyota Corolla” markalı avtomobilin sol ön krılosuna dəymiş, daha sonra idarə etdiyi avtomobil dönmüş və onun idarə etdiyi avtomobilin sağ hissəsi, həmin avtomobilin sol yan hissəsinə dəymişdir. Onun idarə etdiyi avtomobil səkinin üzərinə çıxaraq dayanmış, digər avtomobil isə məktəbin dəmir barmaqlığına dəyib dayanmışdır. İdarə etdiyi avtomobilin hava şarları açıldığından onun üz nahiyəsinə dəymişdir. O, dərhal avtomobildən yerə düşmüş və toqquşduğu avtomobilə doğru getmişdir. Sürücü ilə maraqlanmış, “Toyota Corolla” markalı avtomobilin sürücüsü avtomobildən yerə düşmüşdür. O, DİN-in 102-Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra “Toyota Corolla” markalı avtomobilin sürücüsü ona doğru gələrək qolunda ağrılar olduğunu bildirmişdir. Polislər hadisə yerinə gəldikdən sonra onun sərxoş olub-olmamağını yoxlamaq məqsədilə onu həkimə aparmışlar. Həmin şəxsin mobil nömrəsini aldıqdan sonra “Toyota Corolla” markalı avtomobilin sürücüsünün səhhəti ilə maraqlanmışdır. O, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildən Respublika Olimpiya İdman X3 müdiri vəzifəsində işləyir. O, həmçinin qaydasız döyüş idman növü üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur və qaydasız döyüş növü üzrə keçirilən yarışlarda hazırladığı tələbələrlə iştirak edir. 21 iyul 2024-cü il tarixdə o, tələbəsi ilə Texniki Universitetin idman zalında qaydasız döyüş idman yarışı üzrə keçirilən yarışda iştirak etmək üçün ona məxsus olan **-CY-*** dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobillə Bakı şəhərinə gəlmişdir. Həmin gün günün birinci yarısı yarışda iştirak etmişlər. O, həmin gün şəhərdə gəzdikdən sonra Bakıxanov qəsəbəsində yaşayan bacısını görmək qərarına gəlmişdir. O, idarə etdiyi avtomobili “X4” ilə üzbəüz yerləşən X9 şöbəsinin həyətində saxlamışdır. 21 iyul 2024-cü il tarixdə, saat 22 radələrində avtomobilini işə salıb Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi ilə saatda 30 km/saat sürətlə hərəkət edən zaman Mehdi Abbasov küçəsi ilə kəsişməyə daxil olduqda qəflətən avtomobilinin sol hissəsindən köməkçi yoldan “Yol verin” nişanının tələbinə riayət etmədən baş yola çıxan avtomobilin dəyməsini hiss etmişdir. İdarə etdiyi avtomobil toqquşmanın təsirindən sağ hissədə yerləşən məktəbin dəmir barmaqlıqlarına dəyərək dayanmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobilin hava şarları açılmışdır. O, avtomobildən yerə düşmüşdür. Həmin vaxt zərbənin təsirindən şokda olmuş və həmin şok halında ağrı hiss etməsə də bir neçə dəqiqə sonra sol qolunda və sol çiyin nahiyəsində şiddətli ağrılar olduğunu hiss etmişdir. Özünə gəldikdə onun avtomobilinə vuran avtomobilin ağ rəngli “Hyundai” markalı avtomobil olduğunu görmüşdür. Həmin vaxt oraya insanlar toplaşmışlar. Həmin vaxt X9 yaxın olduğundan X9ın avtomobili ilə o, xəstəxanaya aparılmışdır. O çiyin nahiyəsindən əməliyyat olunmuş və sol çiyninə mil qoyulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Zərərçəkmiş şəxs Qax rayonunda yaşayır və orada Respublika Olimpiya İdman X3 müdiri vəzifəsində işləyir. 21 iyul 2024-cü il tarixdə o, Bakı şəhərində keçirilən idman tədbirində iştirak etmək məqsədilə Bakı şəhərinə gəlmiş, yarışdan sonra onu və ailə üzvlərini görmək məqsədilə yaşadıqları ünvana gələcəyini bildirmişdir. Bu səbəbdən onun yaşadıqları ünvana gəlməsini gözləmişdir. 21 iyul 2024-cü il tarixdə saat 22 radələrində Ramil ona zəng edərək bir avtomobilin onun idarə etdiyi avtomobili vurması və xəsarət almasını, 62 nömrəli məktəbin yanında olmasını demişdir. O, dərhal həmin ünvana gəlmiş və orada Ramilin idarə etdiyi “Toyota Corolla” markalı avtomobilin zərbə nəticəsində məktəbin dəmir barmaqlığına dəyib dayandığını və avtomobilinin sol hissəsinin zədələndiyini, həmçinin hadisə yerində ağ rəngli “Hyundai İ40” markalı avtomobilin ön hissəsinin əzilmiş halda dayandığını görmüşdür. O, Ramilə yaxınlaşan zaman sol qolunda və sol çiynində ağrılar olmasını bildirmişdir. Həmin vaxt o, qolunu tərpədə bilməmişdir. O, Ramildən polisə məlumat verməsini soruşduqda o, ona qolunda olan ağrı ilə əlaqədar və şokda olması səbəbindən polisə məlumat vermədiyini demişdir. O, DİN-nin 102-Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə gələn X9 avtomobili X1 aparmış, Ramil həmin gün xəstəxanada qalmış və daha sonra o, sol çiyin nahiyəsindən əməliyyat olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə” dair 2/39408 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 23:00-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və X7 Hüquqi Şəxsin canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 07/673 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol körpücük akromion bağının tam qopması, sol saidin sıyrığı, sol budun hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2668 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Hyundai İ40” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-28953/2025 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 303239 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və qəbzlərdən görünür ki, “Hyundai İ40” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir, “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalı; cinayət işi üzrə maddi sübut olan “Hyundai İ40” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmış hesab olunmalı; iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Hyundai İ40” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmış hesab olunsun. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-395/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-395/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver