Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-396/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Bakı şəhəri, Nizami rayonu, Böyükşor dayanacağı ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti haqqında" Təlimatın 3.2-ci bəndinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində həmin müəssisənin baş inspektoru-rəisin növbətçi köməkçisi, ədliyyə mayoru Zərərçəkmiş şəxs müəssisədə məhkumların qohumları ilə görüşlərinə nəzarət edib müəssisənin nəzarətçisi, ədliyyə çavuşu Şahid ilə birlikdə onu valideyni ilə görüşə müşayiət edərkən o, müşayiət edilməsinə görə etiraz edib narazılığını bildirərək intiqam almaq məqsədi ilə müəssisənin inzibati binasının qarşısında xidməti vəzifələrini icra edən Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sol əli ilə sonuncunun sağ sifət nahiyəsinə 1 dəfə yumruqla vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ qulaq seyvanının arxa səthinin qançırı xəsarətini yetirməklə cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək bildirmişdir ki, hadisə yadında deyil, heç nə xatırlamır, heç kimə xəsarət yetirməmişdir, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan zaman intizamsızlıq etdiyi üçün xx.xx.2025-ci il tarixdən 30 gün müddətə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müəssisənin cərimə təcridxanasında saxlanılmış, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində anası X7 onunla görüşmək üçün 15 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmiş, həmin vaxt o, cərimə təcridxanasında saxlanıldığından müəssisənin 2 nəfər əməkdaşı onu görüşə gedənədək müşayiət etmiş və o, anası Rəfiqə ilə görüşdükdən sonra cərimə təcridxanasına qayıtmışdır. Həmçinin həmin gün cərimə təcridxanasında idman edərkən ayağı təcridxananın döşəməsinin taxtasına ilişərək yıxılmış və sifətinin sağ tərəfi yerə dəydiyindən xəsarət almışdır. Bundan sonra isə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap edilmiş, Müalicə Müəssisəsində müalicə aldıqdan sonra isə 7 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilmişdir. Onun Zərərçəkmiş şəxslə heç bir ədavəti yoxdur, sonuncuya qarşı hər hansı fiziki zor tətbiq etməmiş, habelə daha əvvəllər Zərərçəkmiş şəxslə və ya Cəzaçəkmə Müəssisəsinin hər hansı digər əməkdaşı ilə aralarında heç vaxt mübahisə və ya münaqişə olmamış, habelə onlara qarşı heç vaxt fiziki zor, yaxud digər hər hansı qanunsuz hərəkət etməmişdir. O, qeyd olunan tarixdə anası ilə görüşmüş, anası Rəfiqənin nəyə görə görüşmədiklərini dediyini bilmir. Sifət nahiyəsində sıyrıqlar və sağ gözaltı nahiyəsində hematoma xəsarətlərini idman edərkən yıxılıb almışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin baş inspektorurəisin növbətçi köməkçisi, ədliyyə mayoru Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs intizamsızlığı və müəssisənin normal iş fəaliyyətini pozan hərəkətlər etdiyinə görə öz təhlükəsizliyinin təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdən 30 gün müddətinə müəssisənin cərimə təcridxanasında saxlanılmış, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində ailə üzvləri Təqsirləndirilən şəxsla görüşmək üçün 15 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmiş, həmin vaxt "Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti haqqında Təlimatın 3.2-ci bəndinə əsasən vəzifəsi üzrə məhkumların qohumları və digər şəxslərlə görüşlərinə nəzarəti həyata keçirərək Təqsirləndirilən şəxs ailə üzvləri ilə görüşməsi üçün o və müəssisənin Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə çavuşu Şahid tərəfindən görüş otağına getməsinə müşayiət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs etiraz edərək nəyə görə onlar tərəfindən müşayiət edildiyini, valideynləri ilə görüşə özünün tək getmək istədiyini, onların müşayiət etmələrini istəmədiyini demiş, həmin vaxt o, Asimə vəzifəsi üzrə sonuncunun görüşünə nəzarət edərək müşayiət etməli olduğunu demiş və Şahid ilə birlikdə Təqsirləndirilən şəxs müşayiət etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs sağ tərəfində, Şahid isə sol tərəfində getmiş, yol boyu Təqsirləndirilən şəxs onlar tərəfindən müşayiət edilməsinə etiraz etmiş və görüşə tək getmək istədiyini bildirmişdir. Bundan sonra onlar inzibati binanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs üzünü ona tərəf çevirərək adını çağırmış, o da üzünü Təqsirləndirilən şəxs tərəf çevirdikdə sonuncu sağ əlini ona uzatmış, həmin vaxt o, Təqsirləndirilən şəxs onunla əllə görüşdüyünü düşünmüş, lakin Təqsirləndirilən şəxs anidən sol əli ilə onun sağ sifət nahiyəsinə 1 yumruq zərbəsi vurmuş və o, zərbənin təsirindən fiziki ağrı hiss edərək geriyə getmiş, bu zaman Təqsirləndirilən şəxs sağ əli ilə onun sol sifət nahiyəsinə yumruq zərbəsi vurmaq istəsə də, o, geriyə çəkildiyindən həmin zərbə ona dəyməmişdir. Bundan sonra isə o və Şahid dərhal Təqsirləndirilən şəxs fiziki qüvvə tətbiq edərək sonuncunu zərərsizləşdirmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs müqavimət göstərməyə və ünvanlarına nalayiq ifadələr işlətdiyinə görə onun tərəfindən Təqsirləndirilən şəxs əl qandalı tətbiq edilmiş və Təqsirləndirilən şəxs görüşə aparılmayaraq cərimə təcridxanasına təmin edilmişdir. Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. O və Şahid Təqsirləndirilən şəxs görüşə qədər müşayiət etdikləri üçün Təqsirləndirilən şəxs onu vurmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs vəzifəsi üzrə sonuncunu görüşə nəzarət edib müşayiət etməli olduqlarını desə də, Təqsirləndirilən şəxs onların müşayiət etmələrinə etiraz edib görüşə tək getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona qarşı fiziki zor, yaxud digər hər hansı qanunsuz hərəkət etməmiş, lakin mütəmadi olaraq intizamsızlıq, müəssisənin normal iş fəaliyyətini pozan hərəkətlər etmiş, elə buna görə də xx.xx.2025-ci il tarixdən 30 gün müddətinə müəssisənin cərimə təcridxanasında saxlanılmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi, ədliyyə çavuşu Şahid ifadəsində göstərmişdir ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs intizamsızlığı və müəssisənin normal iş fəaliyyətini pozan hərəkətlər etdiyinə görə xx.xx.2025-ci il tarixdən 30 gün müddətinə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə cərimə təcridxanasında saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ailə üzvləri Təqsirləndirilən şəxsla görüşmək üçün 15 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs ailə üzvləri ilə görüşməsi üçün o və müəssisənin baş inspektoru-rəisin növbətçi köməkçisi, ədliyyə mayoru Zərərçəkmiş şəxs tərəfindən görüş otağına gedərkən müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs etiraz edərək nəyə görə onlar tərəfindən müşayiət edildiyini, valideynləri ilə görüşə özünün tək getmək istədiyini, onların müşayiət etmələrini istəmədiyini dedikdə Zərərçəkmiş şəxs Asimə vəzifəsi üzrə sonuncunun görüşünə nəzarət edərək müşayiət etməli olduğunu demiş və onunla birlikdə Təqsirləndirilən şəxs müşayiət etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs sol tərəfində, Zərərçəkmiş şəxs isə sağ tərəfində getmiş, yol boyu Təqsirləndirilən şəxs onların müşayiət etmələrinə etiraz etmişdir. Bundan sonra onlar inzibati binanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs anidən dayanaraq üzünü Zərərçəkmiş şəxs tərəf çevirib adını çağırmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəf döndükdə isə Təqsirləndirilən şəxs sağ əlini Zərərçəkmiş şəxs uzatmış, həmin vaxt Zərərçəkmiş şəxs də əlini Təqsirləndirilən şəxs uzatdıqda Təqsirləndirilən şəxs anidən sol əli ilə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə 1 yumruq zərbəsi vurmuş və sonuncu zərbənin təsirindən geriyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə yumruq zərbəsi vurmaq istəsə də, Zərərçəkmiş şəxs geriyə çəkildiyindən həmin zərbə dəyməmiş, bundan sonra isə o və Zərərçəkmiş şəxs dərhal Təqsirləndirilən şəxs fiziki qüvvə tətbiq edərək sonuncunu zərərsizləşdirmişlər, buna baxmayaraq Təqsirləndirilən şəxs müqavimət göstərməyə və onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs əl qandalı tətbiq edilmiş və Təqsirləndirilən şəxs görüşə aparılmayaraq cərimə təcridxanasına təmin edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına səbəb o və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müşayiət etməsi olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, hazırda isə 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində oğlu Təqsirləndirilən şəxsla görüş üçün 15 saylı Cəzaçəkmə Müəssisəsinə getmiş, o, görüş otağına keçirildikdən sonra ona oğlu Asimin onunla görüşə gələcəyi deyilmiş, lakin təxminən 1 saat keçdikdən sonra müəssisə rəisinin onu çağırdığı bildirilmiş, o, müəssisənin rəisi ilə görüşdükdə rəis ona oğlu Asimin hazırda aqressiv və əsəbi olduğunu, buna görə də hazırda görüşün dayandırıldığını demiş, bundan sonra isə o, evə getmiş və sonradan oğlu Təqsirləndirilən şəxs Müalicə Müəssisəsinə aparıldığını öyrənmişdir. 10 gündən sonra oğlunu görmüş, çox pis vəziyyətdə, gözü-başı qanın içində olmuşdur. Oğlu bildirmişdir ki, o heç kimi vurmayıb, onu da heç kim döyməmişdir. Asimin cəza çəkdiyi müəssisədə hər hansı şəxslə düşmənçilik və ya ədavəti olmamış, əvvəllər də heç kimə qarşı qanunsuz hərəkət etməmişdir. İş üzrə şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar X2, X6 və X3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini və nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında ifadələri elan edilmiş iş üzrə şahidlər X2, X6 və X3 Şahid ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində xx.xx.2025-ci il tarixdə təhlükəsizliyini təmin etmək məqsədi ilə 30 gün müddətinə cərimə təcridxanasına keçirilmiş Azərbaycan Respublikası CM-nin 228.4, 120.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli xx.xx.2021-ci il, cəzasının sonu xx.xx.2037-ci il) məhkum Təqsirləndirilən şəxs ailə üzvləri ilə görüşmək üçün baş inspektor (rəisin növbətçi köməkçisi) ədliyyə mayoru Zərərçəkmiş şəxs və RNŞnin nəzarətçisi, ədliyyə çavuşu Şahid tərəfindən görüş otağına müşayiət edilən zaman inzibati binanın qarşısında Təqsirləndirilən şəxs ədliyyə mayoru Zərərçəkmiş şəxs qəflətən yumruqla sifət nahiyəsinə zərbə vuraraq ona qarşı fiziki zorakılıq hərəkətləri etmişdir. Dərhal ədliyyə mayoru Zərərçəkmiş şəxs və ədliyyə çavuşu Şahid tərəfindən məhkum Təqsirləndirilən şəxs qarşı qüvvə tətbiq edilərək zorakılıq hərəkətlərinin qarşısı alınmış, lakin Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərini davam etdirib əməkdaşlara müqavimət göstərdiyinə görə ona qarşı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 78-ci maddəsi və X1 İntizam Qaydalarının 46.2.2-ci maddələrinə əsasən “əl qandalı” tətbiq edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 145 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qulaq seyvanının arxa səthinin qançırı olmuşdur, qeyd olunan xəsarət bərk küt əşyanın (ola bilsin yumruğun) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin xx.xx.2014-cü il tarixli, 38-k nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, icbari təlimi müvəffəqiyyətlə bitirmiş və peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış Zərərçəkmiş şəxs orta və böyük rəis heyəti vəzifələrinə qulluğa qəbul olunaraq 15 saylı Cəzaçəkmə Müəssisəsinin böyük inspektoru (yanğından mühafizə üzrə) vəzifəsinə təyin edilmiş və ədliyyə leytenantı xüsusi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisinin xx.xx.2019cu il tarixli, 468ş/h nömrəli əmrinin surətindən görünür ki, Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsinin müvəqqəti icra edən ədliyyə kapitanı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən həmin vəzifəyə təyin edilmiş və bununla əlaqədar o, həmin müəssisənin böyük inspektoru (yanğından mühafizə üzrə) vəzifəsindən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli əməliyyat arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönələn hərəkətlər etməyə, əməkdaşlara xəsarət yetirməyə və qanunu tələblərinə tabe olmamağa meyilli məhkum kimi profilaktiki qeydiyyata götürülmüş, 19.01 2025-ci il tarixdə təhlükəsizliyini təmin etmək məqsədilə 30 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində ailə üzvü olan anası X7 ilə görüşmək üçün Baş inspektor (rəisin növbətçi köməkçisi) ədliyyə mayoru Zərərçəkmiş şəxs (xx.xx.1987-ci il təvəllüdlü, 2014-cü ildən ədliyyə orqanlarında qulluq edən) və Rejim-nəzarət şöbəsinin nəzarətçisi ədliyyə çavuşu Şahid (xx.xx.1994-cü il təvəllüdlü, 2022-ci ildən ədliyyə orqanlarında qulluq edən) tərəfindən görüş otağına müşayiət edilən zaman inzibati binanın qarşısında Təqsirləndirilən şəxs ədliyyə mayoru Zərərçəkmiş şəxs qəflətən yumruqla sifət nahiyəsinə zərbə vuraraq ona qarşı fiziki zorakılıq hərəkətləri etdiyinə görə görüş ləğv olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. “Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti haqqında” Təlimatın 3.2-ci bəndinə əsasən “məhkumların qohumları və digər şəxslərlə görüşlərinə, bağlamaların, sovqatların və banderolların qəbul olunmasına və verilməsinə nəzarəti həyata keçirmək” cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisinin vəzifəsi kimi müəyyən olunmuşdur. “X1 İntizam Qaydalarının 54 və 57.1-ci bəndlərinə əsasən məhkumlar cəzaçəkmə müəssisələrinin əməkdaşları ilə münasibətdə nəzakətli olmağa, onların qanuni tələblərini yerinə yetirməyə, cəzaçəkmə müəssisələrinin müəyyən edilmiş davranış qaydalarına və gün bölgüsünə ciddi əməl etməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməməsinə dair ifadəsində göstərdiyi xüsusat məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkərkən yenidən qəsdən az ağır cinayət törətmiş və onun məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin, tələbinin və iddiasının olmadığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/42/2-2870 saylı məktubdan görünür ki, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilmiş hissəsi 12 il 7 ay 2 gün təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1000/2022 saylı, 18 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasının həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20, 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 24 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla 264 (iki yüz altmış dörd) manat (24x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 1(101)-1000/2022 saylı hökmü ilə təyin olunmuş 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza- 13 il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 (iki yüz altmış dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-396/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-396/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver