Məhkəmə qərarları › İş №1(007)-4/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-4/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-4/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X5, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi ev 15, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, xx xxxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 15:28 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Volkswagen Passat” markalı ** CK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə “Günəşli” qəsəbəsi istiqamətində yolun sol hissəsi ilə saatda 60-70 km sürətlə hərəkətdə olan zaman Babək prospekti, 22 ünvanında “Green Wood“ mebel salonunun qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozmaqla idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən piyada 1936-cı il təvəllüdlü X4 vuraraq ehtiyatsızlıqdan ona dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızmalar, kəllə əsasına keçən sağ alın sümüyünün xətti sınığı, sağ gözətrafı nahiyəsinin hematoması, burnun bel nahiyəsinin, sağ almacıq-gicgah-alın nahiyəsinin, sağ mil-bilək nahiyyəsinin, sağ bazunun bayır səthinin, sağ dirsək nahiyəsinin, sol əlin İİ barmağının ön səthinin, sağ ayağın üst pəncəsinin, sağ ayağın İ və V barmağının üst səthinin sıyrıqları və sağ çiyin qurşağının ön səthinin sıyrıqla müşahidə olunan qançırı xəsarətlərini yetirmiş, nəticədə ehtiyatsızlıqdan Abbas Vəliyevin aldığı başın küt travması nəticəsində kəllənin əsas sümüyünün sınığı ilə müşayiət olunan baş beyinə, onun qişalarına, mədəciklərinə və beyinciyə qansızma kimi xəsarətlər ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, idarə etdiyi “Volkswagen Passat” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə üzü Günəşli qəsəbəsi istiqamətində 60-70 km/saat surətlə, yolun soldan birinci zolağı ilə hərəkətdə olmuşdur. O, Babək prospekti, 22 ünvanında “Green Wood” mebel salonunun qarşısında üzü Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən anidən önünə çıxan piyadanı avtomobillə vurmuşdur. O, həmin şəxsi vurmamışdan əvvəl onu 15-20 metr məsafədən görmüşdür. Belə ki, piyada yolu sağdan sola qaçaraq (iti yerişlə ) keçmişdir və piyada onun hərəkət etdiyi zolağın sağ tərəfində yerləşən zolaqla hərəkət edən avtomobilin qarşısından keçərkən o, həmin piyadaya səs və işıq siqnalı vermişdir. O, piyadanın onu gözləyəcəyini düşünüb avtomobili sola hərəkət etdirsə də, piyadanın artıq avtomobilin önündə olduğunu görüb əyləci sıxmış, lakin piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Piyada zərbənin təsirindən avtomobilinin ön şüşəsinə dəymiş və yerə düşmüşdür. O, saxlayaraq avtomobildən düşmüş və yerdə olan piyadaya yaxınlaşaraq özünə məxsus mobil telefon nömrəsi ilə 103 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Həmin şəxs yerdə uzanıqlı, hərəkətsiz vəziyyətdə olmuşdur. Özü hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Sonra o, polis əməkdaşı ilə həkim müayinəsindən keçmiş, sərxoş olubolmaması yoxlanılmış, daha sonra Nizami RPİ-nə getmişdir. Baş vermiş hadisə zamanı yolda onunla eyni və ona əks istiqamətdə avtomobillər hərəkət etsələr də, yolda hərəkət edən başqa nəqliyyat vasitələri ona baş vermiş hadisəyə görə hər hansı bir təhlükəli şərait və maneə yaratmamışlar. İdarə etdiyi avtomobillə hərəkətdə olan zaman piyadanı vurmamışdan onu 15-20 metr məsafədən görmüş, həmin piyada yolu sağdan sola qaçaraq keçmişdir və o, piyadanın onun avtomobilinin gəldiyini görüb gözləyəcəyini düşünərək avtomobili tam dayandırmamış, yalnız həmin şəxs avtomobilin ön sağ hissəsinə yaxınlaşan zaman əyləcdən istifadə edərək avtomobili sol tərəfə hərəkət etdirmişdir. Lakin yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Hadisə baş verən zaman yolda görünüş açıq-aydın olmaqla yağmursuz hava şəraiti olmuşdur. Hadisə baş verməzdən əvvəl avtomobilində heç bir nasazlıq olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur və o, baş vermiş hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edərək avtomobili sol tərəfə hərəkət etdirmişdir. Piyada dayandığı səkidən yolun içinə doğru vurulanadək 9 metr yol qət etmişdir. Həmin şəxs yerdə uzanıqlı, hərəkətsiz vəziyyətdə olmuşdur. Sonradan həmin piyadanın X7 olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında növbəti ifadəsində göstərmişdir ki, o, avtomobili saatda 60-70 km sürətlə idarə etmiş, ondan qabaqda sağ tərəfdə hərəkətdə olan furqon tipli avtomobili ötmək istəyərkən furqon tipli avtomobilin qabaq tərəfindən piyadanın qaçaraq keçdiyini görmüş, maşını sol tərəfə çəksə də, piyada maşının sağ qabaq hissəsinə dəyərək yıxılmışdır. O, piyadanı 15-20 metr məsafədən görmüşdür. Təqsirləndirilən şəxs son sözündə isə, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, baş vermiş əmələ görə özünü təqsirli bildiyini göstərmiş və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, atası X3 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini o, hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən telefon vasitəsilə zəng edilməsi ilə məlumat almışdır. Belə ki, həmin gün təxminən saat 16:20 radələrində mobil telefonuna zəng gəlmiş və atasının avtomaşın tərəfindən Babək prospektində yerləşən “Green Wood” adlı mebel salonunun qarşısında yolu sağdan sola keçərkən vurulduğu və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı atasının hadisə yerində öldüyü bildirilmişdir. Mərhum atası Abbas Vəliyevin meyitini götürmək uçun o, qohumları ilə morqa getmiş, meyiti oradan götürmüş və dəfn etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, atası xx xxxxxx 2019-cu il tarixdə saat 15:28-də Babək prospektində yerləşən “Green Wood” adlı obyektin qarşısında yolu sağdan sola keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı ** CK *** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulmuşdur. Hadisə nəticəsində atasının vəfat etməsi işi ilə bağlı vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənilmişdir. Hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Bu səbəbdən hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, bu işlə bağlı gələcəkdə də olmayacaqdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində bəzi halların aydınlaşdırılması və zəruri suallara aydınlıq gətirilməsi üçün ekspert məhkəmə iclasında dindirilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 göstərmişdir ki, hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 22467 nömrəli rəy onun tərəfindən verilmişdir, ekspertiza tədqiqatı zamanı qərarla birlikdə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, onun sxemi və digər istintaq materialları təqdim edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində müəyyən etmişdir ki, “Volkswagen Passat” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə yerinin videogörüntüsü varsa, o zaman istintaq eksperimentinin keçirilməsi zərurəti olmur, bu, qanuna uyğun deyildir. Videogörüntü olmadığı halda istintaq eksperimenti keçirilir ki, təhlükənin yarandığı an, keçən müddət, avtomobilin hərəkəti müəyyən edilsin. Bu iş üzrə isə videogörüntü var, ona görə istintaq eksperimenti və ya təkrar ekspertiza keçirmək zərurəti qalmır. Məhkəmə iclasında həmin videogörüntüyə onun iştirakı ilə baxış keçirilmişdir, yolda üç maşın varsa belə, 128 metr qabağa baxanda sürücü təhlükəni görməlidir. Piyada hərəkətə başladığı an sürücü onu görmüş sayılır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2019-cu il tarixli 2/7099 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 6) -Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 016-79313-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə AD 136885 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 39) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X8 rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 127 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1936-cı il təvəllüdlü X3 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızmaları, kəllə əsasına keçən sağ alın sümüyünün xətti sınığı, sağ gözətrafı nahiyəsinin hematoması, burnun bel nahiyəsinin, sağ almacıq-gicgahalın nahiyəsinin, sağ alın-təpə nahiyəsinin, sağ bazunun bayır səthinin, hər iki diz qapağı nahiyəsinin, sağ mil-bilək nahiyyəsinin arxa səthinin, sağ dirsək nahiyəsinin, sol əlin İİ barmağının ön səthinin, sağ ayağın üst pəncəsinin, sağ ayağın İ və V barmağının üst səthinin sıyrıqları və sağ çiyin qurşağının ön səthinin, sıyrıqla müşayiət olunan qançırı olmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. A.İ.Vəliyevin sağ və sol saidin arxa səthlərində epidermisin qopması ilə müşayiət olunan sahələr aşkar olundu. Bu dəyişikliklər həyati deyil, yəni ölümündən sonra yaranmışlar, ola bilsin meyitin götürülməsi və daşınması zamanı törənmişlər. X3 ölümünə səbəb başın küt travması nəticəsində kəllənin əsas sümüyünün sınığı ilə müşayiət olunan baş beyinə, onun qişalarına, mədəciklərinə və beyinciyə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fonetiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 53-56) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 22467 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Volkswagen Passat” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 59-62) -Elektron yaddaş daşıyıcısındakı videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi Əhməd Qurbansoy, Bakı şəhəri, Babək prospekti, 22 ünvanında yerləşən “Green Wood” mebel salonunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “TS4-015.2(2)” yazısı olan zərfdəki ağımtıl metal rəngli yaddaşında baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri əks olunmuş elektron yaddaş daşıyıcısındakı videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tarix xx xxxxxx 2019-cu il saat 15:26 kimi qeyd edilmişdir. Görüntünün ilk saniyələrində 2 nəfər şəxs “Green Wood” mebel mərkəzinin qarşısında görünür. 28-ci saniyədə ağ rəngli sərnişin avtobusu həmin mebel mərkəzinin qarşısında dayanır. Avtobus videogörüntünün 43-cü saniyəsində Babək prospekti ilə üzü “Günəşli” qəsəbəsinə tərəf hərəkət edərək oradan uzaqlaşır və həmin yerdə biri qadın biri kişi olmaqla 2 nəfər şəxs görünür. Avtobusun dövlət qeydiyyat nömrəsi və marşurut xətt nömrəsi görünmür. Qadın kişidən bir qədər üzü “Günəşli” qəsəbəsinə tərəfə olmaqla uzaqlaşaraq yolun kənarında gözləyir. Həmin kişi isə əlindəki bağlama iiə mebel mərkəzinin qarşısında, yolun kənarında gözləyir. Videogörüntünün 1 dəqiqə 43-cü saniyəsində həmin kişi iti yerişlə yolu qarşı tərəfə keçmək istəyir. Həmin kişi yolun sağdan iki hərəkət zolağını keçərək 3-cü hərəkət zolağında olarkən həmin hərəkət zolağında, yəni yolun sol tərəfdən 1-ci zolağı ilə üzü “Günəşli” qəsəbəsinə tərəf hərəkət edən “Volkswagen Passat” markalı avtomaşın tərəfindən vurulur. Piyadanın vurulma anı videogörüntünün 1 dəqiqə 48-ci saniyəsində baş verir. “Volkswagen Passat” markalı avtomaşının sürücüsü, yəni Təqsirləndirilən şəxs piyadanı vurmamaq üçün avtomaşını sola hərəkət etdirsə də, hadisənin qarşısını ala bilmir və həmin piyada, mərhum X4 idarə etdiyini avtomaşının qabaq sağ tərəfi ilə vurub bir qədər irəlidə avtomaşını saxlayaraq yerə enir. X7 zərbənin təsirindən vurulduğu yerdə uzanaqlı vəziyyətdə qalır. Təqsirləndirilən şəxs avtomaşından endikdən sonra Abbas Vəliyevə yaxınlaşır və bu zaman ətrafdakı kənar şəxslər hadisə yerinə topalaşır. Baxış zamanı “Lenovo” markalı kompüterdən istifadə olunmuşdur, videogörüntüyə baxış keçirilərkən və protokol tərtib olunarkən iştirakçı tərəfindən şikayət və vəsatət daxil olmamışdır. (64-65) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 264 və 263-1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibi rədd edilmişdir. (i.v. 67-71) Cinayət işinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti təmin edilərək iş üzrə istintaq eksperimentinin keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası CPMnin 336.3-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq eksperimentinin aparılması məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna tapşırılmışdır. Həmin tapşırıq əsasında Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Vüsal Rzayev tərəfindən, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə keçirilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, istintaq eksperimentinin keçirilməsi zaçamı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Green Wood” adlı mebel salonunun qarşısında baş vermişdir. Hadisə yerində yol iki istiqamətlidir və həmin yolu ortada olan daş səki ayrı-ayrılıqda iki hərəkət istiqamətinə bölür. Hadisə yeri şəhərin mərkəzindən Günəli qəsəbəsi istiqamətinə hərəkət zolağında baş vermişdir. Həmin istiqamətdə yol yarıdöngəlidir, istintaq eksperimenti zamanı həmin dönən yerdən hadisə yerinədək olan məsafə ölçüldü və 146,7 metr məsafə təşkil etdiyi müəyyən edildi. Döngədən sonra piyada A.Vəliyev dayandığı yer digər nəqliyyat vasitələri olmadığı halda görmə dərəcəsindədir. Yol zolaqlarının ara məsafələri ölçülməklə və hadisənin videoçəkilişindən istifadə etməklə müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sağında olan furqon tipli avtomobili ötmək istəyən zaman artıq piyada A.Vəliyev yolun bir hissəsini artıq qət etdiyindən sürücü Təqsirləndirilən şəxs onu furqonun qabaq sağ hissəsində görür. Videoçəkilişdən göründüyü kimi piyada A.Vəliyev vurulma anına kimi yolu 05 saniyəyə qət edir. İstintaq eksperimenti zamanı furqon tipli avtomobil onunla eyni ölçülü ** JK *** d.q.n “Ford” markalı “Connekt yük” modelli “xxxx” MMC-nin satış meneceri X2 idarə etdiyi avtomobil ilə əvəz olunmuşdur. İstintaq eksperimenti zamanı piyada qismində X12 iştirak etmişdir. İstintaq eksperimenti günəşli hava şəraitində keçirilmiş, fotoşəkillər çəkilərək və sxem tərtib edilərək protokola əlavə olunmuşdur. İstintaq eksperimenti zamanı əlavə və düzəliş daxil olmamışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini, iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasını keçirmiş eksperti dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ziddiyyətli ifadələr versə də və təqsirləndirilən şəxs olaraq özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilib-bilməmək onun hüququ olsa da, verdiyi ifadələrində əməlini faktiki etiraf etmiş, son sözündə isə törətdiyi əmələ görə özünü təqsirli bildiyini göstərmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan oğlu ilə razılıq əldə edərək ona maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi ərizələrində hadisə nəticəsində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını bəyan etmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi müdafiə çıxışını yazılı surətdə təqdim etmiş, bu zaman məhkəmə istintaqının təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfi həmin vəsatətini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlinə iş üzrə kompleks məhkəmə videoyazıların kriminalistik, kompüter-texniki və əlavə avtotexniki ekspertizasının təyin edilməli olması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən sözügedən vəsatət təmin edilməmişdir. Belə ki, məhkəmə bu zaman nəzərə almışdır ki, məhkəmə baxışında müdafiəçi demək olar eyni məzmunlu vəsatəti iki dəfə yazılı surətdə vermiş, məhkəmənin qərarları ilə həmin vəsatətlər təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 22467 nömrəli ekspertiza rəyinin əsaslandığı sübutlar etibarsız hesab edilməmişdir, habelə ekspertizanın aparılmasının prosessual qaydalarının pozulması müəyyən edilməməklə yanaşı ekspertizanın kompleks qaydada keçirilməsi üçün əsaslar və zərurət yoxdur, rəy verilərkən piyada vurulana qədər qət etdiyi məsafəni keçməyə başladığı andan nəqliyyat vasitəsi ilə vurulma anına qədər keçən vaxt; piyadanın vurulma yerinədək qət etdiyi məsafə; piyadanın hərəkət sürəti; nəqliyyat vasitəsinin mövcud yol şəraitinə uyğun tam dayanma yolu; mövcud yol-nəqliyyat şəraitində sürücünün reaksiya vaxtı; nəqliyyat vasitəsinin tormoz sisteminin işə düşməsinin gecikməsi vaxtı; nəqliyyat vasitəsinin yavaşımasının artması vaxtı; nəqliyyat vasitəsinin faktiki hərəkət sürəti; yol şəraiti və nəqliyyat vasitəsinin yükü nəzərə alınmaqla onun yavaşıması yoxlanılmış, müəyyən edilmişdir ki, tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 41,5-52,4 metrdir, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən olduğu 128,5 - 149,9 metr aralı məsafədə olmuşdur. İstintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) kifayət qədər böyükdür (Sa>Sd). Bu isə onu izah edir ki, təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olmuşdur. Bununla yanaşı rəylə bağlı müvafiq suallara aydınlıq gətirilməsi məqsədilə, məhkəmənin tapşırığı əsasında istintaq eksperimenti keçirilmiş, həmin eksperimenti keçirmiş müstəntiq və ekspertiza rəyini vermiş ekspert də məhkəmə iclasında dindirilmişlər, ekspertin iştirakı ilə videogörüntüyə baxış keçirilmişdir. Məhkəmənin qənaətinə görə, belə olan halda müdafiə tərəfinin kompleks məhkəmə videoyazıların kriminalistik, kompüter-texniki və əlavə avtotexniki ekspertizasının təyin edilməsi, bunun üçün isə məhkəmə istintaqının təzələnməsinə əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 38) -Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, atası X3 vəfat etdiyi yol-nəqliyyat hadisəsinə görə sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan sürücü tərəfindən ödənilmişdir. (i.v. 63) -Zərərçəkmiş şəxsin hüquqi varisi X1 orqanlara ünvanladığı və ibtidai istintaq zamanı təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı ona sürücü Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. (i.v. 66) -Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88) -Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi xx xxxx 2021-ci il tarixli ərizədən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində atası X7 vəfat etmişdir. Bu işlə bağlı vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənilmişdir. Hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Bu səbəbdən hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, bu işlə bağlı gələcəkdə də olmayacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, premet tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar