Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-4/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonunun Alpout kəndində qeydiyyatda olan, Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs 19.04.2020-ci il tarixdə saat 19:50-də ünvan 1 ünvanın qarşısında yerləşən yuyucu məntəqəsində Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış sonuncuya məxsus "Mercedes-Benz 200” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə məntəqənin hüdudlarından kənara aparmaqla qaçırmış və ünvan 2 ünvanda avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 19.04.2020-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs “Mercedes-Benz 200” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini yuymaq üçün ona vermişdir. Avtomobili idarə etmək məqsədilə sürərək qaçırmış və ünvan 4 ünvanın qarşısında polis əməkdaşı tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 19.04.2020-ci il tarixdə ünvan 5 ünvanın qarşısında “Mercedes-Benz 200” markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs yumaq üçün vermiş və sonuncu tərəfindən həmin gün saat 19:50 radələrində nəqliyyat vasitəsinin qaçırıldığını bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə müdafiəçi X3 hüquqularını müdafiə etdiyi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, sonuncunun cinayət məsuliyyətindən azad edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəflərin barışması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə araşdırıb, barəsində ittiham irəli sürülmüş şəxsin ifadəsini dinləyib, müdafiəçinin və dövlət ittihamçısının təklifini, habelə tərəflərin barışdığını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Odur ki, məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi 30 iş saatı, cəmi 45 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** ahesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 (iki yüz yetmiş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-4/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-4/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver