Məhkəmə qərarları › İş №1(007)-40/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-40/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-40/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 qızının, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rabitə rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə sonuncunun övladı Şahid5 XDMX-nin Maliyyə şöbəsinə leytenant rütbəsində işə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq ilk dəfə 25 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 əczaçı işlədiyi ünvan 3 ünvanında yerləşən “Avromed” şirkətinin nəzdində olan aptekdə 4000 manat, sonradan Zərərçəkmiş şəxs3 digər övladı Şahid4 da XDMX-da leytenant rütbəsində rabitə xidmətinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 03 dekabr 2019-cu il tarixdə işlədiyi həmin aptekdə 4000 manat, daha sonra Zərərçəkmiş şəxs3 qardaşı oğlu Mustafayev Əli Yaşar oğlunu da XDMX-də mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq 10 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 qeyd edilən aptekdə 2500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 göstərilən aptekdə guya işə qəbul etdirəcəyi həmin üç nəfərin xidməti formalarının tikilməsi adı ilə 2019-cu ilin dekabr ayının sonlarında 1000 manat, tibbi müayinədən keçmək adı ilə 2019-cu ilin yanvar ayının əvvəllərində 1000 manat, Şahid5 sənədlərinin Maliyyə şöbəsində rəis köməkçisi vəzifəsinə dəyişdirilməsi adı ilə 2020-ci ilin yanvar ayının sonlarında 500 manat, seçim zamanı işə düzələn şəxslərin sənədlərinin birinci olaraq baxılması adı ilə 22 fevral 2020-ci il tarixdə 2000 manat, ümumilikdə 15000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 alıb ələ keçərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncunun övladı X1 XDMX-də işlə təmin etdirəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs2 ilk dəfə 20 dekabr 2019-cu il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 125, mənzil 657-də 3000 manat, sonra Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid2 “AZAL” şirkətində olan yeməkxanada ofisiant kimi işə düzəldəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs2 25 dekabr 2019-cu il tarixdə eyni ünvanda 3000 manat, ümumilikdə 6000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək onu “AZAL” şirkətinə paketləyici vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 15 dekabr 2019-cu il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 125, mənzil 657-də 385 manat, eyni məqsədlə 20 dekabr 2019-cu il tarixdə qeyd olunan ünvanın qarşısında 250 manat, ümumilikdə 635 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək, sonuncuya 635 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək onu XDMX-yə sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq Zərərçəkmiş şəxs4 25 yanvar 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən kosmetika mağazasında 1000 manat, sonra qəbul etdirəcəyi işdə istifadə etmək üçün xüsusi geyim formasının əldə olunması adı ilə 03 fevral 2020-ci il tarixdə eyni ünvanda 250 manat, daha sonra Zərərçəkmiş şəxs4 xalası oğlu X3 da XDMX-də sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq 05 fevral 2020-ci il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs4 900 manat, ümumilikdə 2150 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 alıb ələ keçirərək, sonuncuya 2150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən aptekə tez-tez dərman almaq üçün getmişdir. Həmin vaxtdan aptekdə işləyən Zərərçəkmiş şəxs3lə tanış olmuşdur. Afət xanımın oğlanları Sərxanı, Orxanı və qardaşı oğlu Əlini Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəltmək adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 15000 manat pul almışdır. Onları Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar şöbəsində işləyən Əli müəllimin vasitəsi ilə işə düzəldəcəkdi. Aldığı pulun 7000 manatını Əli müəllimə vermişdir. Sonra həmin idarə ləğv edilmiş, Əli müəllimə zəng etmiş, ona zəng çatmamış, onunla əlaqə saxlaya bilməmişdir. Afətin oğlu Orxanın adına kreditə telefon götürmüş, telefona görə 600 manat ilkin ödənişi Orxana vermişdir. Telefona görə bir ay 89 manat kredit ödəmiş, qalan krediti isə ödəməmişdir. Zərərçəkmiş şəxs2 oğlunu XDMX-də işə düzəltmək adı ilə müxtəlif vaxtlarda 1485 manat pul almışdır. Sürəyyanın bacısı oğlu Sakidi və bacısı oğlunun dostu Qibleyəlini “AZAL” şirkətinə paketləyici işinə düzəldəcəyinə söz verib hər birindən 215 manat olmaqla, ümumilikdə 430 manat pul almışdır. Sürəyyanın adına 549 manat dəyərində kreditə telefon götürmüş, ilkin ödənişi ödəmiş, telefonun qalan kreditini ödəməmişdir. O, ümumilikdə Sürəyyanın 2414 manat pulunu ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə ondan cəmi 253 manat pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 XDMX-nə sürücü kimi işə düzəltmək adı ilə onun həyat yoldaşı Saradan 675 manat pul almışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Naxçıvanski küçəsi 81 ünvanında yerləşən “Avromed” şirkətinin nəzdində olan aptekdə əczaçı işləyir. 2019-cu ilin noyabr ayının ortalarında işlədiyi aptekə müştəri qismində gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Lalə özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi kimi təqdim etmişdir. Bir dəfə söhbət əsnasında Lalə oğlunun işsiz olduğunu öyrəndikdə onu müəyyən məbləğ qarşılığında XDMX-nə işə düzəldə biləcəyini demişdir. Lalə ilə oğlunu 4000 manat müqabilində XDMX-nə leytenant rütbəsində rabitə xidmətinə işə düzələcəyi barədə razılaşmışlar. Bu məqsədlə o, 4000 manat pulu və kiçik oğlu Sərxanın sənədlərini işlədiyi aptekdə Laləyə vermişdir. Həmin vaxt həyat yoldaşı Tahir və hər iki oğlu Orxan və Sərxan yanında olmuşdur. Təxminən bir həftə sonra Lalə onun böyük oğlu Orxanın da ali təhsilli olduğunu öyrənmiş, onu da eyni qiymətə XDMX-nə leytenant rütbəsində rabitə xidmətinə işə düzəldə biləcəyini demişdir. O, etiraz etməmiş, 4000 manat pulu və oğlu Orxanın sənədlərini aptekdə Laləyə vermişdir. Təxminən 2-3 gün sonra Lalə onun qardaşının ailəsinin maddi durumunun ağır olduğunu öyrənmiş, qardaşı oğlu Mustafayev Əlini 2500 manat pulun müqabilində XDMX-nə mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. O, razılaşmış və qardaşının maddi imkanı olmadığından özü pul toplamış, 2500 manat pulu və qardaşı oğlu Əlinin sənədlərini aptekdə Laləyə vermişdir. Bir neçə gün sonra Lalə işlədiyi aptekə gələrək üç nəfərin xidməti formalarının tikilməsi üçün 1000 manat pul lazım olduğunu demiş və o, 1000 manat pulu Laləyə vermişdir. Təxminən bir neçə gündən sonra Lalə işlədiyi aptekə gələrək işə düzələn şəxslərin MRT-dən keçməsinin vacib olduğunu, tibb xidmətində tanış həkiminin vasitəsilə 3 nəfərə görə 1000 manat ödəməklə MRT-nin cavablarını əldə edə biləcəyini söyləmişdir. O, etiraz etməmiş, 1000 manat pulu işlədiyi aptekdə Laləyə vermişdir. Bir müddət sonra Lalə XDMX-nin Maliyyə şöbəsində rəis köməkçisi ştatının vakant olduğunu, oğlu Sərxan İqtisad Universitetini bitirdiyindən onun sənədlərini həmin vəzifəyə təyin olunması üçün dəyişdirməyi məsləhət görmüş və bu işə görə əlavə 500 manat pul istəmişdir. O, 500 manat pulu Laləyə vermişdir. 2020-ci ilin yanvar ayında Lalə aptekə gələrək kreditlə mobil telefon götürmək istədiyini, lakin işlədiyi qurumda kreditlə nə isə almağa icazə verilmədiyini bildirmişdir. Lalə krediti oğlu Orxanın adına rəsmiləşdirərək “İrşad-Telekom”dan 1200 manat dəyərində “Samsung A-105” markalı mobil telefon götürmüşdür. Təxminən 2020-ci ilin fevral ayında Lalə işlədiyi aptekə gələrək fevral ayının 26-da seçim olacağını, oğlanları və qardaşı oğlunun sənədlərinin birinci olaraq baxılması üçün 2000 manat pul vermək lazım olduğunu demişdir. O, bu məqsədlə 2000 manat pulu Laləyə vermişdir. Təqsirləndirilən şəxs onun iki oğlunu və qardaşı oğlunu XDMX-də işə düzəltmək adı ilə aldadaraq 15000 manat pulunu almışdır. X5 adına kreditə götürülmüş telefonun pulunu ödəmədiyindən məcbur qalıb 1200 manat pulu o, ödəmişdir. Lalə ümumilikdə ona 16200 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayəti var, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən tikinti şirkətinin nəzdində olan binalarda xadimə işləyir. 2019-cu ilin dekabr ayında işlədiyi binada kirayədə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Lalə özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi kimi təqdim etmişdir. Söhbət zamanı Lalə dəfələrlə XDMXnin rəhbərliyində olan şəxslərlə yaxın münasibətdə olduğundan danışaraq onda özünə qarşı inam yaratmışdır. Söhbət əsnasında Lalə oğlu Feyzullayev Səbuhinin işsiz olduğunu öyrənmiş, onu müəyyən məbləğ qarşılığında XDMX-nə işə düzəldə biləcəyini demişdir. O, Laləyə inanmış, bacısı oğlu Şahid2 də işə düzəltmək üçün bacısının yoldaşı Savalana bu barədə demişdir. Savalan da onunla razılaşmışdır. Sonra qardaşı oğlu Fəhminin dostu Zərərçəkmiş şəxs1 də işə düzəltmək üçün söhbət etmişlər. Lalə üç uşağı işə düzəltməsi üçün 9000 manat pul lazım olduğunu demişdir. O, oğlu və bacısı oğlu üçün 6000 manat pulu düzəldib, Lalənin yaşadığı mənzildə ona vermişdir. Təxminən 7-10 gün sonra o, Lalə ilə əlaqə saxlamaq istədikdə Lalənin yaşadığı mənzildən çıxıb getdiyini görmüşdür. Həmin vaxtdan sonra o, bir daha Laləni tapa bilməmişdir. Lalə onun oğlu, bacısı oğlu və qardaşı oğlunun dostunu XDMX-də işə düzəltmək adı ilə aldadaraq 9000 manat nağd pulunu almışdır. Habelə onun adına kreditə götürülmüş telefon üçün 1000 manat pul ödəmişdir. Hələ də krediti tam olaraq ödəyib qurtarmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti var, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən kosmetika mağazasında işləyir. Həmin mağazanın yaxınlığında yerləşən “Avromed” şirkətinin nəzdində olan aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs3 işlədiyi aptekə müştəri qismində gələn Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi işlədiyini, müəyyən məbləğ qarşılığında XDMX-nə işə adam düzəldə biləcəyini demişdir. Həyat yoldaşı onun işə düzəlmək istədiyini Afət xanıma demiş, Afət xanım Lalə ilə birlikdə həyat yoldaşının işlədiyi mağazaya gəlmişlər. O da mağazaya gəlmiş, aralarında olan danışıqlar zamanı Lalənin onu 1000 manat müqabilində XDMX-nə sürücü kimi işə düzələcəyi barədə razılaşmışlar. Həyat yoldaşının işlədiyi kosmetika mağazasında 1000 manat pulu və sənədlərinin surətini Laləyə vermişlər. Təxminən bir həftə sonra Lalə xüsusi geyim forması üçün əlavə 250 manat lazım olduğunu demiş və həmin məbləğdə pulu Laləyə vermişlər. Bundan sonra Lalə ilə söhbət zamanı xalası oğlu Əliyev Ruslanın da işsiz olduğunu demişlər, Lalə Ruslanı XDMX-nə sürücü kimi işə düzələcəyinə söz vermiş və bu işə görə 900 manat pul lazım olduğunu demişdir. Kosmetika mağazasında 900 manat pulu və Ruslanın sənədlərinin surətini Laləyə vermişlər. Bundan sonra Lalə telefonunu söndürmüş, onunla əlaqə saxlaya bilməmişlər. Lalə onun həyat yoldaşı Saranın işlədiyi kosmetika mağazasından nisyə olaraq, hissəhissə olmaqla təxminən 2000 manat dəyərində kosmetika məmulatları götürmüş və həmin pulu qaytarmamışdır. Lalə onu və xalası oğlu Ruslanı XDMX-də sürücü kimi işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 2150 manat pul almışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti var, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək izahatını Nizami RPİ-də verdiyini, heç bir şikayəti olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2015-2017-ci illərdə əsgəri xidmətdə olarkən X6 ilə bir yerdə xidmət etmişlər. Fəhmin ilə aralarında yaxın dost münasibətləri yaranmışdır. Sonradan 2019-cu ildə Fəhminin bibisi oğlu X2 ilə tanış olmuşdur. 2019-cu ilin sonlarında Səbuhi ona zəng vuraraq anası Zərərçəkmiş şəxs2 xadimə işlədiyi binada kirayədə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olduğunu, Lalənin Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi işlədiyini demiş, XDMX-nin rəhbərliyində olan şəxslərlə yaxın münasibətlərdə olduğundan Səbuhini müəyyən məbləğ qarşılığında XDMX-nə işə düzəldə biləcəyinə söz verdiyini bildirmişdir. Onun işsiz olduğunu bildiyindən onu da müəyyən məbləğ qarşılığında işə düzəltmək üçün Lalədən xahiş edə biləcəyini söyləmişdir. O, etiraz etməmiş, bu məqsədlə 2019-cu ilin dekabr ayının təxminən 15-də Gəncədən Bakıya gəlmişdir. Dostu Fəhmin ilə birlikdə Nizami rayonu ərazisinə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən, Sürəyyanın işlədiyi binanın qarşısına gəlmişlər. Orada Sürəyya onları qarşılamış və onlar üçü birlikdə Lalənin kirayədə yaşadığı mənzilə getmişlər. Lalə onu “AZAL” şirkətinə paketləyici kimi işə düzəldə biləcəyini demişdir. Buna görə hərbi biletin və digər sənədlərin surətinin, habelə 385 manat pul lazım olduğunu söyləmişdir. O, etiraz etməyib üzərində gətirdiyi hərbi biletini, digər sənədlərin kserosurətini və 385 manat nağd pulu Fəhmin və Sürəyyanın iştirakı ilə şəxsən Laləyə vermişdir. Lalə bir-iki ay ərzində onu işə düzəldəcəyinə söz vermişdir. Bundan bir neçə gün keçmiş Lalə ilə “WhatsApp” vasitəsilə yazışan zaman Lalə “AZAL” şirkətində mühafizəçi yerinin vakant olduğunu, onu həmin işə düzəldə biləcəyini demişdir. Bu işə görə əlavə 250 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşmış və 2019-cu ilin dekabr ayının təxminən 20-də Lalənin kirayədə yaşadığı binanın qarşısında görüşüb 250 manat nağd pulu şəxsən Laləyə vermişdir. Bu zaman onların yanında digər şəxs olmamışdır. Bir müddət Lalə ilə “WhatsApp” vasitəsilə yazışmışdır. O, işin nə yerdə olması ilə maraqlanmışdır. Sonradan Lalənin telefonu söndürülmüşdür. O, bu barədə Səbuhiyə demişdir. Səbuhi Lalənin onları da aldadaraq telefonunu söndürdüyünü və kirayədə yaşadığı mənzildən naməlum yerə köçdüyünü bildirmişdir. Bu zaman o, aldadıldığını başa düşmüş və Lalə barəsində Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan işə düzəltmək adı ilə ümumilikdə 635 manat nağd pul almışdır. Ola bilsin Zərərçəkmiş şəxs2 onun da oğlu kimi işə düzəlmək üçün Laləyə 3000 manat pul verdiyini fikirləşmişdir. Lakin əsl həqiqətdə o, Təqsirləndirilən şəxs işə düzəlmək üçün birinci dəfə 385 manat, ikinci dəfə 250 manat olmaqla ümumilikdə 635 manat pul vermişdir. Ona görə də Lalə ümumilikdə ona 635 manat maddi ziyan vurmuşdur. İstintaq dövründə Təqsirləndirilən şəxs onun hərbi biletini özünə qaytarmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən kosmetika mağazasında işləmişdir. Həmin mağazanın yaxınlığında yerləşən “Avromed” şirkətinin nəzdində olan aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs3 işlədiyi aptekə müştəri qismində gələn Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi işlədiyini, müəyyən məbləğ qarşılığında XDMX-nə işə adam düzəldə biləcəyini demişdir. Həyat yoldaşı işə düzəlmək istədiyini Afət xanıma demişdir. Bundan sonra Afət xanım Lalə ilə birlikdə işlədiyi mağazaya gəlmişlər, həyat yoldaşı Nağı da mağazaya gəlmişdir. Lalə ilə aralarında olan danışıqlar zamanı həyat yoldaşı Nağını 1000 manat müqabilində XDMX-nə sürücü kimi işə düzəldəcəyi barədə razılaşmışlar. Bu məqsədlə kosmetika mağazasında 1000 manat pulu və Nağının sənədlərinin surətini Laləyə vermişlər. Təxminən bir həftə sonra Lalə xüsusi geyim forması üçün əlavə 250 manat pul lazım olduğunu demiş və kosmetika mağazasında 250 manat pulu Laləyə vermişlər. Lalə ilə Nağı arasında olan danışıqlar zamanı Nağı xalası oğlu Əliyev Ruslanın da işsiz olduğunu demişdir. Lalə Ruslanı XDMX-nə sürücü kimi işə düzəldəcəyinə söz vermiş və bu işə görə 900 manat pul lazım olduğunu demişdir. Nağı razılaşmış və xalası oğlu Ruslanın maddi imkanı olmadığından özü onun əvəzinə 900 manat pulu və Ruslanın sənədlərinin surətini Laləyə vermişdir. Lalə həyat yoldaşı Nağını və xalası oğlu Ruslanı işə düzəltmək adı ilə ümumilikdə onlardan 2150 manat pul almışdır. Bundan başqa Lalə onun işlədiyi kosmetika mağazasından nisyə olaraq, hissə-hissə olmaqla ümumilikdə 2450 manat dəyərində kosmetika məmulatları götürmüş və pulunu ödəməmişdir. İş üzrə Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 5 ildir Nizami rayonu, Naxçıvanski küçəsi 81 ünvanında yerləşən “Avromed” şirkətinin nəzdində olan aptekdə əczaçı işləyir. Həmin aptekdə anası Afət ilə birlikdə çalışır. 2019-cu ilin noyabr ayının ortalarında işlədiyi aptekə müştəri qismində gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Lalə özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə rəisi kimi təqdim etmişdir. Həmin ərəfədə Lalə hamilə olduğundan tez-tez işlədikləri aptekə gəlib dərman aldığından aralarında xoş münasibətlər yaranmışdır. Söhbətlər zamanı Lalə dəfələrlə XDMX-nin rəhbərliyində olan şəxslərlə yaxın münasibətlərdə olduğundan danışaraq onlarda özünə qarşı inam yaratmışdır. Bir dəfə söhbət əsnasında Lalə qardaşının işsiz olduğunu öyrəndikdə onu müəyyən məbləğ qarşılığında XDMX-nə işə düzəldə biləcəyini demişdir. Aralarında olan danışıqlar zamanı qardaşı Sərxanın 4000 manat müqabilində XDMX-nə leytenant rütbəsində rabitə xidmətinə işə düzələcəyi barədə razılaşmışlar. Bu məqsədlə 2019-cu ilin noyabr ayının təxminən 25-də işlədiyi aptekdə anası Afət atasının, onun və qardaşı Sərxanın iştirakı ilə 4000 manat pulu və qardaşı Sərxanın sənədlərini şəxsən Laləyə vermişdir. Lalə 3 ay ərzində Sərxanı işə düzəldəcəyinə söz vermişdir. Sonradan təxminən bir həftə keçmiş Lalə onun ali təhsilli olduğunu öyrəndikdə onu da eyni qiymətə XDMX-nə leytenant rütbəsində rabitə xidmətinə işə düzəldə biləcəyini demişdir. O və anası etiraz etməyib 2019-cu ilin dekabr ayının təxminən 3-də işlədikləri aptekdə anası 4000 manat pulu və onun sənədlərini şəxsən Laləyə vermişdir. Bu zaman Sərxan da onların yanında olmuşdur. Bundan təxminən 2-3 gün keçmiş, yəni 2019-cu ilin dekabr ayının təxminən 6-da Lalə dayısının ailəsində çətin maddi durumun olmasını öyrəndikdə dayısı oğlu Mustafayev Əli Yaşar oğlunu orta təhsilli olduğundan XDMX-nə mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. Bu işə görə isə 2500 manat pul lazım olduğunu bildirmişdir. Anası Lalə ilə razılaşmış və dayısının maddi imkanı olmadığından özü pul toplayıb, 2019-cu ilin dekabr ayının taxminən 10-da işlədikləri aptekdə onun iştirakı ilə 2500 manat pulu və dayısı oğlu Əlinin sənədlərini şəxsən Laləyə vermişdir. Bundan sonra Lalə hər üç şəxsin sağlamlıq barədə arayış təqdim etməli olduqlarını bildirdikdə o, qardaşı Sərxan və dayısı oğlu poliklinikadan sağlamlığa dair arayış almışlar. Anası həmin arayışları da Laləyə vermişdir. Bir neçə gün sonra Lalə işlədikləri aptekə gələrək üç nəfərin xidməti formalarının tikilməsi üçün 1000 manat pul lazım olduğunu demişdir. Anası Afət aptekdə 1000 manat pulu onun yanında hər üç şəxsin xüsusi formalarının tikilməsi üçün şəxsən Laləyə vermişdir. Təxminən bir neçə gündən sonra Lalə işlədikləri aptekə gələrək işə düzələn şəxslərin MRT-dən keçməsinin vacib olduğunu, tibb xidmətində tanış həkiminin vasitəsilə 3 nəfərə görə 1000 manat ödəməklə MRT-nin cavablarını əldə edə biləcəyini söyləmişdir. Onlar etiraz etməmiş, anası 1000 manat pulu işlədikləri aptekdə, onun yanında şəxsən Laləyə vermişdir. Bir müddət sonra Lalə XDMX-nin Maliyyə şöbəsində rəis köməkçisi ştatının vakant olduğunu, qardaşı İqtisad Universitetini bitirdiyindən onun sənədlərini həmin vəzifəyə təyin olunması üçün dəyişdirməyi məsləhət görmüşdür. Bu işə görə əlavə 500 manat pul lazım olduğunu söyləmişdir. Anası etiraz etməyib işlədikləri aptekdə onun iştirakı ilə 500 manat pulu şəxsən Laləyə vermişdir. 2020ci ilin yanvar ayında Lalə aptekə gələrək kreditlə mobil telefon götürmək istədiyini, lakin işlədiyi qurumda kreditlə nə isə almağa icazə verilmədiyini demiş və onun adına krediti rəsmiləşdirərək, Nizami rayonu ərazisində, 8-ci kilometr bazarının yaxınlığında yerləşən “İrşad-Telekom”dan 1200 manat dəyərində “Samsung A-105” markalı, **********58230 və **********58238 İMEİ kodlu mobil telefon götürmüşdür. Bu ərəfədə mütəmadi olaraq anası istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Lalənin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə “WhatsApp” vasitəsilə əlaqə yaradaraq işin nə yerdə olması ilə maraqlanmışdır. Təxminən 2020-ci ilin fevral ayının 22-də Lalə işlədikləri aptekə gələrək fevral ayının 26-da seçim olacağını, onların sənədlərinin birinci olaraq baxılması üçün 2000 manat pul vermək lazım olduğunu demişdir. Anası işlədikləri aptekdə onun yanında 2000 manat pulu şəxsən Laləyə vermişdir. Bundan sonra Lalə yoxa çıxmış və telefonunu söndürmüşdür. Bu zaman onlar aldadıldıqlarını başa düşmüşlər və anası Afət Lalə barəsində Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu, qardaşı Sərxanı və dayısı oğlunu XDMX-də işə düzəltmək adı ilə aldadaraq anasından 15000 manat nağd pul almışdır. Habelə kreditə götürülmüş telefon üçün 1200 manat pul ödənilmişdir. Lalə ümumilikdə anasına 16200 manat maddi ziyan vurmuşdur. İş üzrə Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahidlər Şahid5 və Şahid1 istintaqda Şahid4 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlamaq üçün zərurət olmadığına görə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 02 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-40/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 15000 manat, Zərərçəkmiş şəxs2 6000 manat, Zərərçəkmiş şəxs1 635 manat, Zərərçəkmiş şəxs4 2150 manat məbləğində əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 25 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı, cəmi 70 (yetmiş) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs istintaqda 25 saat, məhkəmədə 45 saat, cəmi 70 (yetmiş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 420 (dörd yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar