Məhkəmə qərarları › İş №1(007)-40/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-40/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-40/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair və Təqsirləndirilən şəxs2, xx xxx 1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Papanin qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 iyun 2022-ci il tarixdə saat 06 radələrində ünvan 5 ünvanının qarşısına gəlib aralarında olan cinayətkar razılığa əsasən, qrup üzvü Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə məlumat vermək məqsədilə qarajın qarşısında dayanmış, o isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən qarajın giriş qapısının üzərində olan qıfılı əvvəlcədən özü ilə gətirdiyi məftillə açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 2 ədəd 7 litrlik, 1 ədəd 250 manat dəyərində 8 litrlik, hər birinin dəyəri 150 manat təşkil edən ümumilikdə 600 manat dəyərində 4 ədəd 5 litrlik və 1 ədəd 100 manat dəyərində 3 litrlik odun samovarlarını gizli olaraq talayıb, hadisə yerinə gəldikləri, onların cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 idarə etdiyi “Mitsubishi” markalı **- NM-*** dövlət nömrə nişanlı avtomaşına daşıyaraq yükləyib aparmaqla satmış və həmin samovarlardan əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölüb, ümumilikdə Zərərçəkmiş şəxs 1350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 1,397 qram narkotik vasitə heroini və 0,103 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış 10 iyun 2022-ci il tarixdə saat 18:40 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 b ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən ağ-mavi rəngli “Prima” markalı siqaret qutusunun içərisindən 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,305 qram, 0,316 qram və 0,471 qram olmaqla ümumi təmiz çəkisi 1,397 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından az ümumi təmiz çəkisi 0,103 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 iyun 2022-ci il tarixdə saat 06 radələrində ünvan 5 ünvanının qarşısına gəlib aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə məlumat vermək məqsədilə qarajın qarşısında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən qarajın giriş qapısının üzərində olan qıfılı əvvəlcədən özü ilə gətirdiyi məftillə açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 2 ədəd 7 litrlik, 1 ədəd 250 manat dəyərində 8 litrlik, hər birinin dəyəri 150 manat təşkil edən ümumilikdə 600 manat dəyərində 4 ədəd 5 litrlik və 1 ədəd 100 manat dəyərində 3 litrlik odun samovarlarını gizli olaraq talayıb, hadisə yerinə gəldikləri, onların cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 idarə etdiyi “Mitsubishi” markalı **- NM-*** dövlət nömrə nişanlı avtomaşına daşıyaraq yükləyib aparmaqla satmış və həmin samovarlardan əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs1la öz aralarında bölüb, ümumilikdə Zərərçəkmiş şəxs 1350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 0,057 qram narkotik vasitə heroini və 0,385 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 10 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus qarajdan oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq Q.Qarayev prospekti 81 b ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,025 qram və 0,017 qram olmaqla ümumi təmiz çəkisi 0,057 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin şalvarın sol yan cibindən “Samsung S4” markalı mobil telefonun enerji daşıyıcısı yerindən 11 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,017 qram, 0,027 qram, 0,042 qram, 0,048 qram, 0,027 qram, 0,036 qram, 0,048 qram, 0,027 qram, 0,051 qram, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 0,385 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qəbul edir. 10 iyun 2022-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi “Qarant” şəhərciyində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istədikdə polis əməkdaşları onun qaçmağına mane olaraq onu saxlayıb 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd ağ-göy rəngli “prima” siqaret qutusunda olan 04 ədəd şəffaf selofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə, eyni zamanda 01 ədəd şəffaf sellofan bükümdə olan “kristal” kimi tanıdığı psixotrop maddə aşkar olunaraq götürülmüşdür. O, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təsadüfən tanış olduğu, anket məlumatlarını bilmədiyi İran vətəndaşından ümumilikdə 120 manata almışdır. O, həmin narkotik vasitənin bir hissəsini istifadə edərək, qalan hissəsini istifadə etmək üçün üzərində saxlamışdır. Ona elan olunmuş oğurluq cinayəti ilə isə bağlı bildirir ki, o, hadisə vaxtı oğurluq etməmiş, Hümbət ona kənarda gözləməsini bildirmiş və o da gözləmişdir. Hümbətin oğurluq etməsindən isə xəbəri olmamışdır. Buna görə də, o, oğurluq cinayətini törətməkdə özünü təqsirli hesab etmir, narkotik vasitə qəbul etməsini isə etiraf edir. İstintaq zamanı verdiyi ifadəsində isə etirafedici izahatı ondan məcburən almışlar və o, bu barədə əsas sözünü məhkəmədə bildirməyi gözləmişdir. Sonda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam aradan qaldıraraq, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 3 ilə yaxın müddətdir ki, narkotik vasitə qəbul edir. Gündüz adlı şəxslə 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən avtomobil rəngləmə sexində birlikdə işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində o, Gündüzə zəng etmiş və əmisigilə getməyi təklif etmiş, Gündüz ondan səbəbini soruşduqda isə əmisigildə əşyaların olduğunu və həmin əşyaları maşınla aparmağın lazım olduğunu demişdir. Bundan sonra Gündüz onu götürmüş və onlar birlikdə hadisə yerinə getmişlər. Gündüzün oğurluqdan xəbəri olmadığı üçün o, Gündüzə kənarda gözləməsini və birazdan gələcəyini demişdir. Bundan sonra o, samovarları qarajdan oğurlamış və Gündüzün maşınına qoymuş, daha sonra isə aparıb satmış və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Gündüz isə həmin samovarları əmisigildən götürdüyünü zənn etmişdir. Bundan başqa, xx.xx.2022ci il tarixdə saat 21:30 radəiərində Papanın qəsəbəsi ərazisində yerləşən “BMW” servisin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün o, polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin şəffaf selofanına bükülmüş 03 ədəd mavi rəngli kağız bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə, eyni zamanda istifadə etdiyi “Samsung galaxy S4” markalı mobil telefonunun arxa hissəsində hər birinin içərisində “Patı” kimi tanıdığı 11 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə 3-cü mikrorayon ərazisində yerləşən parkda təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən hər bükümü 5 manat olmaqla ümumilikdə 70 manata almışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Əlavə olaraq qeyd edir ki, o, özünü oğurluqda tam təqsirli bilsə də, narkotik maddənin satışı ilə ona verilmiş ittihamı qəbul etmir, çünki o, sadəcə istifadə üçün narkotik qəbul edir və satışı ilə məşğul olmur. Sonda Təqsirləndirilən şəxs2 etiraf etdiyi hissədə törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam aradan qaldıraraq, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 22 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə onlarla barışdığını, sonunculara qarşı heç bir şikayətinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 8 ünvanda özünə məxsus dəmir konstruksiyalı qarajı vardır. Həmin qarajın içərisində 10 ildən çoxdur ki, samovar təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində qarajin qıfılını açıq vəziyyətdə aşkar etmişdir. Qarajın içərisinə daxil olduqda görmüşdür ki, əvvəlcədən qarajda saxladığı 8 ədəd samovar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin samovarlar latun materialdan hazırlanmışdır və hamısı gümüşü rəngdə olan, 4 ədəd 5 litrlik, 2 ədəd 8 litrlik, 1 ədəd 7 litrlik və 1 ədəd 3 litrlik tutuma malik samovarlar olmuşlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan dəymişdir. Ona məxsus qarajın qıfılını xüsusi açar daxil etmək yolu ilə açmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. 10 iyun 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə 24-cü PŞ-nə müraciət edərək 08 iyun 2022-ci il tarixdə sonuncuya məxsus ünvan 8 ünvanda özünə məxsus dəmir konstruksiyalı qarajdan 8 ədəd samovarların oğurlanmasını bildirdiyindən həmin cinayəti törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə Təqsirləndirilən şəxs2 şübhəli olması müəyyən edilmiş və həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək saat 21.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan ərazidə ünvansız evin qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs2 adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra həmin şəxs qaçmağa çalışsa da, tərəflərindən saxlanıldıqdan sonra özünü təqdim etməsini təklif etmiş, həmin şəxs Təqsirləndirilən şəxs2 olmasını bildirdikdən sonra həmin şəxsi saxlayaraq Nizami RPİ-nin 24-cü PB-nə gətirmişlər. PB-də keçirilən şəxsi axtarış zamanı, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi siqaretin şəffaf rəngli selofanın içindən çıxardaraq 03 ədəd göy rəngli kağız bükümdə hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim etmişdir. Bundan başqa həmin şalvarın sol yan cibindən "Samsung S4” mini markalı işlək vəziyyətdə olmayan mobil telefonu çıxardaraq təhqiqata təhqiqata təqdim etmişdir. Həmin mobil telefonun arxa qapaq hissəsi açıldıqda məlum olmuşdur ki. təqdim edilən mobil telefon **********7927/4 imei kodlu arxasında enerji daşıyıcısı olmayan cihazdır. Qeyd edilən mobil telefonun enerji daşıyıcısı olmalı yerindən 11 ədəd ağ rəngli kağız bükümdə içərisində ağ rəngli kristal maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələrin "metamfetamin" adlı narkotik vasitələr olması və həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 23:00-00:00 radələrində onlayn sifariş yolu ilə Nizami rayonu 8-ci km. bazarında tanımadığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 03 ədəd göy rəngli kağız bükümdə olan maddələr, 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələr və 01 ədəd işlək vəziyyətdə olmayan "Samsung S4” mini markalı, **********7927/4 imei kodlu mobil telefon sübut əhəmiyyət kəsb edəbiləçəyindən götürülmüşdür. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilmiş və o, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanında yerləşir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 bu təklifdən sonra əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ-mavi rəngli “prima” markalı siqaret qutusunda olan 04 ədəd şəffaf rəngli selofanın içərisində qəhvəyi rəngli spesifik iyə malik olan “kakos” kimi tanıdığı maddə, eyni zamanda 01 ədəd şəffaf rəngli sclofan bükümdə olan şəffaf rəngli “kristal” kimi tanıdığı maddə olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci tarixdə Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşından 100 manat müqabilində öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs1 götürülmüş 04 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə və 01 ədəd bükümdə ağ rəngli kristal maddə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və müvafiq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi siqaretin şəffaf rəngli selofanın içindən çıxardaraq 03 ədəd göy rəngli kağız bükümdə hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim etmişdir. Bundan başqa həmin şalvarın sol yan cibindən “Samsung S4” mini markalı işlək vəziyyətdə olmayan mobil telefonu çıxardaraq təhqiqata təhqiqata təqdim etmişdir. Həmin mobil telefonun arxa qapaq hissəsi açıldıqda məlum olmuşdur ki. təqdim edilən mobil telefon **********792714 imei kodlu arxasında enerji daşıyıcısı olmayan cihazdır. Qeyd edilən mobil telefonun enerji daşıyıcısı olmalı yerindən 11 ədəd ağ rəngli kağız bükümdə içərisində ağ rəngli kristal maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələrin "metamfetamin" adlı narkotik vasitələr olması və həmin maddələri xx.xx.2022ci il tarixdə saat 23:00-00:00 radələrində onlayn sifariş yolu ilə Nizami rayonu 8-ci km bazarında tanımadığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 03 ədəd göy rəngli kağız bükümdə olan maddələr, 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələr və 01 ədəd işlək vəziyyətdə olmayan "Samsung S4” mini markalı, **********7927/4 imei kodlu mobil telefon sübut əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «maddi sübutun təqdim edilməsi haqqında» protokoldan görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının həyətində Şahid1, idarə etdiyi “Mitsubishi” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində olan 01 ədəd, kiçik ölçülü, tutacaqları qırmızı rəngli, işlək vəziyyətdə elektrik samovarını təqdim edərək həmin samovarı xx.xx.2022-ci il tarixdə əvvəldən tanıdığı Hümbət və Gündüz adlı şəxslərlə birlikdə dəqiq ünvanını bilmədiyi, Gündüzün yaşadığı evin qarşısında Gündüzün gətirərək avtomobilin yük yerinə qoyduğu samovar olduğunu bildirmişdir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «maddi sübutun təqdim edilməsi haqqında» protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Şahid2 01 ədəd işlək vəziyyətdə, sarımtıl rəngli, döymə naxışlı samovarı təqdim edərək həmin samovarı xx.xx.2022-ci il tarixdə işlədiyi məntəqədə tanımadığı şəxsdən 63 manata aldığını bildirmişdir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli «maddi sübutun təqdim edilməsi haqqında» protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Şahid3 02 ədəd əzik vəziyyətdə, 04 ədəd işlək vəziyyətdə olan samovarları təqdim edərək həmin samovarları xx.xx.2022-ci il tarixdə işlədiyi məntəqədə tanımadığı şəxsdən ümumilikdə 114 manata aldığını bildirmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi siqaretin şəffaf rəngli sellofanın içindən çıxardaraq 03 ədəd göy rəngli kağız bükümdə hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim etdi. Bundan başqa həmin şalvarın sol yan cibindən “Samsung S4” mini markalı işlək vəziyyətdə olmayan mobil telefonunu çıxardaraq təhqiqata təqdim etdi. Həmin mobil telefonun arxa qapaq hissəsi açıldıqda məlum oldu ki, təqdim edilən mobil telefon **********7927/4 İMEİ kodlu arxasında enerji daşıyıcısı olmayan cihazdır. Qeyd edilən mobil telefonun enerji daşıyıcısı olmalı yerindən 11 ədəd ağ rəngli kağız bükümdə içərisində ağ rəngli kristal maddələr aşkar edildi. Şifahi sorğu zamanı 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələrin “metamfetamin” adlı narkotik vasitələr olmasını və həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 23:00-00:00 radələrində onlayn sifariş yolu ilə Nizami rayonu 8-ci km. Bazarında tanımadığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirdi. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 03 ədəd göy rəngli kağız bükümdə olan maddələr, 11 ədəd ağ rəngli kağız bükümdə olan maddələr və 01 ədəd işlək vəziyyətdə olmayan “Samsung S4” mini markalı, **********7927/4 İMEİ kodlu mobil telefon sübut əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürüldü. Təqsirləndirilən şəxs2 götürülmüş 03 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə və 11 ədəd bükümdə ağ rəngli kristal maddə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü və müvafiq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzəri DİNin “Zərflər üçün 164” saylı möhürü ilə möhürləndi. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ-mavi rəngli “Prima” markalı siqaret qutusunda olan 04 ədəd şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli spesifik iyə malik olan “kakos” kimi tanıdığı maddə, eyni zamanda 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan şəffaf rəngli “kristal” kimi tanıdığı maddə olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşından 100 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs1 götürülmüş 04 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə və 01 ədəd bükümdə ağ rəngli kristal maddə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü və müvafiq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırıldı. Zərfin üzəri DİN-in “Zərflər üçün 164” saylı möhürü ilə möhürləndi. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2022-ci il tarixli 6/3295 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” və s. sözlər, imzalar olan zərfdəki 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram; 0,316 qram; 0,471 qram; 0,305 qram ümumi təmiz çəkiləri 1,397 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,103 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi- 1,397 qram, tədqiqata sərf edildi- 0,12 qram qalıq-1,277 qram. Metamfetaminin təmiz çəkisi - 0,103 qram, tədqiqata sərf edildi- 0,04qram, qalıq- 0,063 qram). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2022-ci il tarixli, 6/3294 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs2 aşkar edilmiş...” və s. sözlər, imzalar olan 01 ədəd zərfdəki 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram; 0,025 qram; 0,017 qram; ümumi təmiz çəkiləri 0,057 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasıtə-heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram; 0,017 qram; 0,027 qram; 0,042 qram; 0,048 qram; 0,027 qram; 0,036 qram; 0,048 qram; 0,027 qram; 0,051 qram; 0,042 qram ümumi təmiz çəkiləri 0,385 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 11 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi -0,057 qram, tədqiqata sərf edildi-0,03 qr., qalıq- 0,027 qr. Metamfetaminin ümumi təmiz çəkisi - 0,385 qr., tədqiqata sərf edildi-0,11 qr, qalıq- 0,275 qr). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli 3515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 4333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 avqust 2022-ci il tarixli 9/5726 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş odun samovarlarının istifadədə olunması nəzərə alınmaqla, zədələnməmişdən əvvəl normal vəziyyətdə 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1350 manat müəyyən edilir. O cümlədən 2 ədəd 7 litrlik - 400 (2x200 manat) manat; 1 ədəd 8 litrlik- 250 manat; 4 ədəd 5 litrlik- 600 (4x150 manat) manat; 1 ədəd 3 litrlik odun samovarı - 100 manat. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,027 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra təmiz çəkisi 0,275 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1,277 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra təmiz çəkisi 0,063 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin MSK-ya verilmişdir. Digər maddi sübut olan 8 ədəd samovar Zərərçəkmiş şəxs təhvil verilmişdir. 01 ədəd işlək vəziyyətdə olmayan “Samsung S4” mini markalı, **********7927/4 imei kodlu mobil telefon aparatı maddi sübut kimi tanınaraq Nizami RPİ-nin MSK-ya verilmiş, 02 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, oğurluq cinayəti törətməməsi və hadisə vaxtı sadəcə kənarda dayanması barədə Təqsirləndirilən şəxs1 ifadəsi, o cümlədən narkotik vasitələrin satışı ilə deyil, sadəcə istifadəsi ilə məşğul olması barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, təqsirləndirilən şəxslər qeyd olunan faktlarla bağlı müvafiq protokola imza etdikdən sonra etirafedici ifadələr vermişlər, habelə yuxarıda qeyd olunan əməlləri etiraf etməmələri barədə müdafiəçilərinə, barələrində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə baxan hakimə və ya saxlandıqları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının rəhbərliyinə xəbər vermək imkanları olduğu halda, qeyd olunan şəxslərə heç nə bildirməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini və əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam aradan qaldıraraq, onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli və Təqsirləndirilən şəxs1 cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 11 dekabr 2022-ci il tarixli, xx/xx-6001 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan əlavə, iş materiallarında olan 10 iyun 2022-ci il tarixli tutma protokolundan, vəsatətdən imtina edilməsi haqqında 12 iyun 2022-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və 12 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Oğurluq cinayəti ilə bağlı törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri tam aradan qaldıraraq, onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 iyun 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 04 ilə azaldılmış və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli tutma protokolundan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 0.027 qram və 1.277 qram olan narkotik vasitə heroin və xalis çəkiləri 0.275 qram və 0.063 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd işlək vəziyyətdə olmayan “Samsung S4” mini markalı, **********7927/4 imei kodlu mobil telefon aparatı qanuni sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalı, 2 ədəd 7 litrlik, 1 ədəd 8 litrlik, 4 ədəd 5 litrlik və 1 ədəd 3 litrlik odun samovarlar qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizalarının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 110 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 660 manat (110x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəkilinin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(011)-118/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizalarının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 0.027 qram və 1.277 qram olan narkotik vasitə heroin və xalis çəkiləri 0.275 qram və 0.063 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 01 ədəd işlək vəziyyətdə olmayan “Samsung S4” mini markalı, **********7927/4 imei kodlu mobil telefon aparatı qanuni sahibi Təqsirləndirilən şəxs2, 2 ədəd 7 litrlik, 1 ədəd 8 litrlik, 4 ədəd 5 litrlik və 1 ədəd 3 litrlik odun samovarları qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 110 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 660 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar