Məhkəmə qərarları › İş №1(007)-400/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-400/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-400/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4 vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, onunla X11 arasında təqribən bir neçə il bundan əvvəl səmimi sevgi münasibətləri formalaşmış, o, ona onun ailəli olduğunu bildirsə də, o, ondan başqa bir şey istəmədiyini, sadəcə onunla münasibət saxlamaq istədiyini bildirmişdir. 2023-cü ilə qədər aralarında münasibətlər ancaq telefon danışıqlardan və uyğun restoran və kafelərdə qısa müddətli görüşlərdən ibarət olmuşdur. 2023-cü ilin əvvələrində Lənkəran şəhərində yerləşən evlərin birində hər ikisinin iradəsinə uyğun olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə 2024-cü ilin noyabrında Lənkərən şəhərinin ərazisində təbii yolla cinsi əlaqədə olduqdan sonra Gülnar onunla münasibətlərini kəsmək qərarına gəldiyini bildirmişdir. Bundan sonra o, onunla əlaqəni kəsmiş, onun telefon nömrəsini bloka atmışdır. əqribən 6-7 həftə sonra ona mesaj yazaraq hamilə olduğunu bildirmiş və uşağı tələf etmək istədiyini demişdir. O isə əlində işinin olduğunu, birazdan onunla əlaqə saxlayacağımı demişdir. Müəyyən müddət sonra ona zəng vurmuş, o isə onun telefonumu açmamışdır. 2025-ci il yanvar ayında o, ondan uşağı götüzdürüb-götüzdürmədiyini soruşduqda o, ondan artıq soyuduğunu, uşağı konkret olaraq abort etmək fikrində olduğunu bildirmişdir. Lakin tanıdığı həkimin olmadığını və həkimə tək getməyə qorxduğunu bildirmiş, ondan kömək istəmişdir. O da bu barədə tanışı Könül adlı xanıma məlumat vermiş, ondan tanış həkim tapmaqda və Gülnar ilə birlikdə həkimə getməkdə kömək etməyini xahiş etmişəm. Könül onun xahişini nəzərə almış, bu işlərdə Gülnara kömək edəcəyini ona bildirmişdir. Bundan sonra Gülnar, Könül və o, Lənkərən Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Gülnar tək Şölə adlı həkimginekoluqun qəbulunda olmuşdur. Yalnız bundan sonra həkimin təklif etdiyi sənədləri imzalamış və əməliyyat olunmuşdur. Abort proseduru bitdikdən sonra hərə öz ünvanına getmişdir. Prosedur olan günün axşam vaxtlarında Gülnar ona WhatsApp tətbiqi vasitəsi ilə səs göndərmiş, bütün bunların onun iradəsinə uyğun baş verdiyini, buna görə kimsənin onu qınamaq haqqı olmadığını, münasibətlərininin əvvəlindən onun münasibətdən çəkindiyini, lakin onun ona sevgi hisləri olduğu üçün onunla münasibət qurmağını təkit etdiyini bildirmişdir. Bundan sonra münasibətləri əvvəlki kimi soyuq formada davam etmişdir. xx.xx.2025-ci il tarixdə Lənkərən Şəhər Rayon Polis İdarəsindən ona zəng gəlmiş, X6 ondan şikayətçi olduğunu, guya onun təkidiylə bətnindəki körpəsini tələf etdiyini, atasının və qardaşının onu evdən qovduğunu bildirmişdirlər. O, Polis Şöbəsinə çağırıldıqdan sonra izahatı alınmış, əməlində cinayət tərkibi olmadığına görə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən 03 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Bundan sonra Gülnar Nəsirova eyni 08 mart 2025-ci il tarixdə eyni predmet ilə X18 Şöbəsinə müraciət etmişdir. Əməlimdə cinayət tərkibi olmadığına görə Astara RPŞ-nm İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən 17 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Bütün bunlardan sonra, heç bir əsas olmadan Gülnar Nəsirova onu xx.xx.2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində Zehra Nur adı ilə onun şərəf və ləyaqətimi alçaldan və şər böhtan xarakterli məlumatlar paylaşmışdır. Belə ki, həmin profi adı altında "Şərəfsiz X1 təngəriid kəndindən, doğum tarixi xx.xx.1980, 3 arvadı, 5 uşağı olduğu halda başqa birinin subay qızını bədbəxt etmişdir daha sonra yalan vədlər verərək şantaj edərək həyatnda saxlamağa kəcbur etmişdir, işi polisdədir, bu şərəfsizi hamı tanısın bütün xalq olaraq. Azərbaycanda necə cındır adamlar var hər kəs bilsin. X19 X20” kimi yazı paylaşmışdır. xx.xx.2025-ci il tarxdə eyni profil üzrə yenə də “Facebook” sosial şəbəkəsində onun şəklini paylaşmaqla şəklinin üzərində uBu şərəfsiz alçaq X10 3 arvadı ola ola Bir qızı bədbəxt edib Ortada qoyub qaçıb gizlənib. 102 qaynar xətdə zəng vurulub ama şərəfsiz hələdə azadlıqda gəzir. Bədbəxt etdiyi qızı ailəsi evindən qovub Bu şərəfsizi tutacaq Güclü bir dövlət məmuru Vardırmı. Adam zorlamaqdan, dolandırıcılıqdan ömürlük həbs. ŞİKAYƏTÇİ TƏRƏF ÖZÜMƏM ONUN SAYƏSİNDƏ EVSİZ QALMİŞAMİŞİMDƏN ÇİXMİŞAMSAĞLAMLİĞİMA ZƏRƏR VURUB. YALAN VƏDLƏR VEREREK ŞANTAJ EDƏREK MƏNİ 1 İL ƏRZİNDƏ ZOR GÜCÜNE HƏYATİNDS SAXLAİB İNDİ HECNE Olmamış kimi ortalıqda gəzir” kimi həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan təhqir və böhtan xarakterli bir yazı paylaşmışdır. xx.xx.2025-ci il, xx.xx.2025-ci il və 01 may 2025-ci il tarixlərdə eyni sosial şəbəkədə eyni profil adı altında oxşar məlumatı paylaşmışdır.Məhkəmənin nəzərinə çatdırır ki, o, özü dənizçidir. Dənizçilərin dünyanın bir çox vətəndaşlarının iştirak etdiyi təqribən 500-600 nəfərdən ibarət WhatsApp tətbiqində söhbət qrupu vardır. Gülnar Nəsirova özünün istifadəsində olan mobil telefon nömrəsi ilə həmin qrupa daxil olmuş və eyni, həqiqətə uyğun olmayan, təhqir və böhtan xarakterli məlumatları həmin qrupda da paylaşımışdır. Bu isə onun şərəf və ləyaqətinə toxunmaqla yanaşı onun işgüzar nüfuzuna da xələl gətirmişdir.Bbu paylaşımların hansı ərazidən olduğu ona məlum deyildir. O, bu paylaşımları özünün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1, 2436-cı məhəllə, mənzil 191 ünvanında “Facebook” sosial şəbəkəsində, tanışlarının ona WhatsApp tətbiqi vasitəsi ilə göndərdiyi məlumatlardan və yuxarıda qeyd etdiyi WhatsApp qrupuna baxdığı zaman aşkar etmişəm. Göründüyü kimi X11 bu hərəkətlərə yol verməklə onun konstitusyon hüquqlarını pozmuşdur. Ona görə də hesab edir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 vəkili Müdafiəçi2 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 çıxış edərək bildirdi ki, X6 əməllərində cinayət əməlinin tərkib əlamətləri – subyektiv cəhət mövcud deyildir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 tərəfindən cinayət əməlinin törədilməsini təsdiq edən sübutlar, həmçinin “facebook” sosial şəbəkəsindəki “Zəhra Nur” adlı profilin həqiqətən Gülnar Nəsirovaya aid olmasını təsdiq edən sübutlar şikayətə əlavə olunmamışdır. İstənilən şəxs istənilən sosial şəbəkədə başqasının adından paylaşımlar edə bilər. O cümlədən, “whatsapp” proqramında yaradılmış qrupdan qrup nəzarətçiləri istədikləri şəxsi çıxara bilirlər. Əgər istəsələr, Gülnar Nəsirovanı qrupdan çıxarardılar, bununla da mövzu bağlanmış olardı Həmçinin qeyd olunan məlumatların “facebook” sosial şəbəkəsində hansı ərazidə yayılması məlum deyildir. Həmin məlumatlar hansı ərazidə yayılıbsa, əgər cinayət əməlindən söhbət gedirsə, şikayətə həmin ərazinin məhkəməsində də baxılmalıdır. Sonda bütün bunları nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə uygun tərtib edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət verən şəxs barədə məlumatlar (məşğuliyyət növü, vəzifəsi) dəqiqliyi ilə qeyd olunmamışdır. Həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs, yəni X11 barəsində məlumatlar, şəxsiyyətini təsdiq edən sənəd, yaşayış, qeydiyyat yerini təsdiq edən sənədlər və əməlin məhz hansı ünvanda və həmin şəxs tərəfindən törədilməsini təsdiq edən sənəd və sübutlar, şahid ifadələri materiala əlavə edilməmişdir. Eyni zamanda, əməlin baş verdiyi yerin müəyyən olunması üçün məkanın yerləşdiyi yer barədə məlumatlar müvafiq qaydada iş materiallarında öz əksini tapmır ki, bu hal da özlüyündə məhkəmə aidiyyətinin müəyyən olunmasının qarşısını alır. Bununla belə hər bir halda əməlin baş verdiyi yerin Nizami rayon məhkəməsinə aidiyyatı müəyyən edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gülnar Nəsirova tərəfindən onun barəsində məlumatların “facebook” sosial şəbəkəsində və “whatsapp” ani yazışma proqramı vasitəsilə yayıldığını iddia edir. Gülnar Nəsirovanın isə qeydiyyat ünvanı Astara rayonudur. Beləliklə, qeyd olunan halların mövcudluğu xüsusi ittiham qaydasında verilməli olan şikayətin məhkəmə baxışına verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə icraatı dövründə 05 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 55 (əlli beş) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar