Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-402/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər –mülki iddiaçılar: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- mülki cavabdeh: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir Belə ki, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi "Mersedes Benz E 220 minik" markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda yerləşən "Neolit" şadlıq sarayının qarşısında hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni, avtomobili idarə edərkən qarşıda piyada keçidinin olmasını və keçidə yaxınlaşarkən piyada keçidi ilə piyadaların yolu keçmələrini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadalara yol verməli, piyada keçidi ilə yolu keçən piyadaların onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda avtomobili irəliyə hərəkətinə davam edərkən, həmin yolun piyada keçidi ilə sol tərəfindən sağ tərəfinə keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol baldırın orta 1/3-nin ön səthinin əzilmiş yarası ilə müşayiət olunan sol baldır sümüklərinin orta 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı, sağ baldır sümüklərinin proksimal ucun oynaq daxili yerdəyişmiş qapalı sınığı, sol bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş qapalı sınığı, sağ baldırın orta l\3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sol mil-biləyin bayır səthinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs1 isə sağ tərəfli hemopnevmotaksla müşayiət olunan sol İİİ-İV-V- Vİ qabırğalarının sınıqları, baş beyin silkəlkənməsi, sağ təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematomasından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş, hazırda zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin onunla barışdığını, ona qarşı heç bir tələb, şikayət və iddialarının olmadığını göstərmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1258 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş - sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan sol İİİ-İV-V-Vİ qabırğaların sınıqları, baş beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətlə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1266 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 sol baldırın orta 1/3-nin ön səthinin əzilmiş yarası ilə müşayiət olunan sol baldır sümüklərinin orta 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı, sağ baldır sümüklərinin proksimal ucun oynaqdaxili yerdəyişmiş qapalı sınığı, sol bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş qapalı sınığı, sağ baldırın orta 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin və sol mil-biləyin bayır səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümukündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2024-cü il tarixli, 8/15 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz E220» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Mercedes Benz E220” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, Azərbaycan Respublikası DİN-in X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-13-3/2-684/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş TŞ-4-076 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerası tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:40-dan 22:43-dək aparılmış videoçəkiliş özündə əks etdirən 1 ədəd CD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, mülki iddianın verilməsinə zərurət olan hal aradan qalxdığından zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E220” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası DİN-in X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-13-3/2-684/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş TŞ-4-076 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerası tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:40-dan 22:43-dək aparılmış videoçəkiliş özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən, həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E220” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası DİN-in X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-13-3/2-684/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş TŞ-4-076 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerası tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:40-dan 22:43-dək aparılmış videoçəkiliş özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-402/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-402/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver