Məhkəmə qərarları › İş №1(007)-405/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-405/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-405/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs6 nümayəndəsi Şahid1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(032)-146/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Rəhman” və “Fazil” adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında “lalafo.az” internet saytında ev üçün mebel dəstləri hazırlayıb satmaları barədə yalan elan yerləşdirmişdir. Həmin elan əsasında telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs6 ilə qrup üzvləri “Rəhman” və “Fazil” adlı şəxslərlə birlikdə ayrı-ayrı vaxtlarda danışaraq evi üçün 1800 manat müqabilində mebel hazırlayıb sata biləcəyi barədə yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etmişdir. Aralarında olan vəzifə bölgüsünə əsasən o, bu adla Zərərçəkmiş şəxs6 15 oktyabr 2019-cu il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində 50 manat, 20 oktyabr 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 2-ci döngədə yerləşən nömrəsiz fərdi yaşayış evində 900 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs6 950 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, "Rəhman” və “Fazil” adlı qrup üzvləri ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “lalafo.az” internet saytında ev üçün müxtəlif növ divan və digər mebel dəstləri hazırlayıb satması barədə yalan elan yerləşdirmişdir. Həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs9 evi üçün 2400 manat müqabilində mebel hazırlayıb sata biləcəyi barədə yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs9 08 mart 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında 800 manat, həmin tarixdə saat 17:26 radələrində Zərərçəkmiş şəxs9 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik prospektində yerləşən “Ekonom” marketdə olan "Milliön” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7385-1824-1926 nömrəli “Umico” bank kartı hesabına köçürülmüş 250 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs9 1050 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə "lalafo.az” internet saytında ev üçün mebel dəstləri hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs4 evi üçün 1800 manat müqabilində mebel hazırlayıb sata biləcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 09 aprel 2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N.Xəzri küçəsi, ev 5A-da həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları, 2021-ci ilin aprel ayının sonlarında, saat 17 radələrində eyni ünvanda 600 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs4 770 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə "lalafo.az” internet saytında ev üçün müxtəlif növ divan və digər mebel dəstləri hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs5 evi üçün 770 manat müqabilində mətbəx mebel, çarpayı və divan hazırlayıb sata biləcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui- istifadə etməklə, bu adla Zərərçəkmiş şəxs5 04 may 2021-ci il tarixdə, günorta saatlarında ünvan 3ünvanında 200 manat, 07 may 2021-ci il tarixdə, günorta saatlarında eyni ünvanda 120 manat və 11 may 2021-ci il tarixdə, günorta saatlarında eyni ünvanda 300 manat , ümumilikdə isə Zərərçəkmiş şəxs5 620 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “lalafo.az” internet saytında ev üçün müxtəlif növ divan və digər mebel dəstləri hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs10 evi üçün 620 manat müqabilində mebel hazırlayıb sata biləcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs10 21 may 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində 300 manat, 27 may 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs10 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən “Araz” marketdə olan “Milliön” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7385-1824-1926 nömrəli “Umico” bank kartı hesabına köçürülmüş 300 manat , ümumilikdə isə Zərərçəkmiş şəxs10 600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “lalafo.az” internet saytında ev üçün müxtəlif növ divan və digər mebel dəstləri hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs11 550 manat müqabilində divan və 170 manat müqabilində televizor altlığı hazırlayıb sata biləcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs11 Şəmkir rayonu, Elşən Allahverdiyev küçəsində yerləşən "Bazarstore” mağazasında olan "E-manat” ödəmə terminalından ona məxsus "xxxx" ASC-nə aid 4169-7385-1824-1926 nömrəli “Umico” bank kartı hesabına 26 avqust 2021-ci il tarixdə saat 14:12 radələrində köçürdüyü 100 manat, 29 avqust 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs11 aldığı ünvan 4 ünvanında 500 manat , ümumilikdə isə Zərərçəkmiş şəxs11 600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə "lalafo.az” internet saytında ev üçün qapı hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, 35/37 ünvanında inşa edilmiş evi üçün 680 manat müqabilində 4 ədəd qapı düzəldəcəyi barədə yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs7 04 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 6 ünvanında yerləşən "Rəhman” marketdə olan “E-manat” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7385-1824-1926 nömrəli "Umico” bank kartı hesabına köçürdüyü 150 manat, 09 yanvar 2022-ci il tarixdə, saat 13:42 radələrində ünvan 7 ünvanında yerləşən “Real” marketdə olan "E-manat” ödəmə terminalından eyni bank kartı hesabına köçürdüyü 480 manat , ümumilikdə isə Zərərçəkmiş şəxs7 630 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə "lalafo.az” internet saytında ev üçün qapı və pəncərələr hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs2 Kürdəmir rayonu, Atakişili kəndində inşa edilmiş evi üçün 1450 manat müqabilində 3 ədəd qapı və 4 ədəd pəncərə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşadığı evdə özünə məxsus bank kartının mobil telefonunda olan proqram tətbiqi vasitəsilə ona məxsus "xxxx" ACS-yə aid 4169-7385-1824-1926 nömrəli "Umico” bank kartı hesabına 28 fevral 2022-ci il tarixdə saat 13:33 radələrində köçürdüyü 300 manat, 01 mart 2022-ci il tarixdə saat 19:48 radələrində köçürdüyü 200 manat və 05 mart 2022-ci il tarixdə saat 16:26 radələrində köçürdüyü 300 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2in 800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “lalafo.az” internet saytında ev üçün qapı hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs8 Qax rayonunda yerləşən evi üçün hər biri 189 manatdan 5 ədəd qapı düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs8 21 may 2022-ci il tarixdə, saat 18:40 radələrində ünvan 8 ünvanında olan "Milliön” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7385-1824-1926 nömrəli “Umico” bank kartı hesabına köçürdüyü 500 manat, 22 may 2022-ci il tarixdə, saat 15:12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən "Arzu” marketdə olan “E-manat” ödəmə terminalından eyni bank kartı hesabına köçürdüyü 490 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs8 990 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə "lalafo.az” internet saytında ev üçün qapı hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs1 1000 manat müqabilində 6 ədəd ev qapısı düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 06 iyun 2022-ci il tarixdə, saat 19:15 radələrində Zərdab rayonu, Azərbaycan küçəsində yerləşən “Anar” marketdə olan “Milliön” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7385-1824-1926 nömrəli “Umico” bank kartı hesabına köçürdüyü 626 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “lalafo.az” internet saytında ev üçün qapı və pəncərələr hazırlayıb satması barədə yalan elan yerləşdirərək həmin elan əsasında onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş evi üçün 1800 manat müqabilində 6 ədəd qapı düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 bacısının əri Şahid4 vasitəsi ilə ünvan 9 ünvanında yerləşən "8-ci km bazarında yerləşən “Milliön” ödəmə terminalından ona məxsus "xxxx" ASC-yə aid 4169-7388-7303-7034 nömrəli “Birbank” bank kartı hesabına 21 oktyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində köçürdüyü 500 manat, eyni terminaldan 22 oktyabr 2022-ci il tarixdə, saat 14:15 radələrində köçürdüyü 300 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs3 800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2011-ci ildə azadlığa çıxdıqdan sonra fərdi dizayner işləri ilə məşğul olmağa başlayıb gəlirini bu yolla əldə etmiş, lakin bir müddət sonra daha həmin işlə məşğul olmamışdır. Təxminən 4 il bundan əvvəl onun işləri yolunda getmədiyindən və gəliri olmadığından maddi problemləri yaranmışdır. Həmçinin o, astma xəstəsi olduğu üçün daimi müalicəyə ehtiyacı olmuş və dərman almağa da pulu olmamışdır. O, da həmin vaxtdan maddi problemlərini qarşılayıb həll etmək məqsədilə internetdə «Lalafo» saytına mebel şəkilləri qoyub özünü yalandan mebel, qapı-pəncərə ustası kimi təqdim edib ondan mebel almaq istəyən şəxslərlə əlaqə saxlayıb həmin şəxslərə divan, qapı-pəncərə və digər predmetlər düzəltməyi vəd edib pullarını alıb ələ keçirməyə başlamışdır. Belə ki, onun adına bir çox mobil nömrələr olmuş, o, elanda hər dəfə müxtəlif nömrələr qoymuş və ilk əvvəl zəng edən şəxsə özünü sex sahibi kimi təqdim etmiş və demişdir ki, ustanı göndərəcək gəlib ölçü götürsün, sonra özü səs tonunu dəyişib başqa nömrəsilə həmin sifariş edən şəxslə danışıb bəzi hallarda onun evinə gedib ölçü götürmüş, hətta bəzi hallarda inandırıcı olması üçün yoldan fəhlə bazarından özü ilə təsadüfi tanımadığı fəhlə də götürmüşdür. Ona birinci dəfədən inanan şəxslər isə onun adına olan bank kartlarına ilkin ödəniş kimi pul göndərmiş, o, həmin pulu aldıqdan sonra həmin şəxsin telefon zənglərinə cavab verməmiş və istifadə etdiyi nömrəni də qırıb atmışdır. Əsasən müştərilərlə üzbəüz görüşdə olmamağa çalışmış, onları ilkin material alınması və digər işlər üçün onun kartına pul göndərmələrinə inandırmış, onlar pul göndərən kimi həmin şəxslərlə əlaqəni kəsmişdir. Belə ki, «lalafo.az» saytında qoyduğu elan əsasında əvvəllər tanımadığı Tural adlı şəxs 2019-cu ilin oktyabr ayında onunla əlaqə saxlamışdır. O, fəhlə bazarından götürdüyü tanımadığı təsadüfi bir fəhlə ilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə getmişdir. Həmin evdə ölçüləri götürdükdən sonra ümumi mebelin qiyməti yığılması ilə birlikdə 1800 manat təşkil etdiyini ev sahibi Turala bildirmiş və Tural da onunla razılaşıb ilkin olaraq ona 50 manat məbləğində pul vermişdir. Həmin 50 manat pulu o, Turaldan «beh» kimi almışdır. Bundan sonra Turalın atası Vahid adlı şəxs onun mobil nömrəsinə zəng vuraraq ona 900 manat pul vermək istədiyini, qalan pulu isə mebel hazır olduqdan sonra verəcəyini bildirmişdir. Buna görə də o, 2019-cu ilin oktyabr ayının axırlarında Turalın atası Vahidin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evinə getmiş və həmin evdə Vahid adlı şəxs ona 900 manat məbləğində pul vermişdir. O, Turalgildən aldığı ümumi 950 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 onun barəsində Binəqədi polisinə şikayət ərizəsi yazmışdır. Bundan sonra həmin faktla bağlı barəsində aparılan cinayət işi üzrə o, Tural adlı şəxsə 1000 məbləğində pul ödəmiş və Tural da ona qarşı şikayətinin olmaması barədə ərizə yazıb təqdim etmişdir. O, Binəqədi polisində ilkin ifadəsində Turalla bağlı məsələni düzgün göstərməmiş, özünü müdafiə etmək məqsədilə guya Fazil adlı sex sahibinin tapşırığı ilə onun evinə gedib ölçü götürdüyünü və Turalgildən aldığı pulu da Fazilə verdiyini bildirmişdir. Əsl həqiqət hazırda göstərdiyi kimidir, Fazil adlı şəxs onun uydurması olmuş, belə bir şəxs olmamışdır. O, özü təklikdə bu işi görmüş, sadəcə bir neçə nömrə ilə əlaqə saxlayıb səs tonunu dəyişib guya bir neçə şəxs olduqlarını, yəni sex sahibi, ölçü götürən usta görüntüsü yaratmışdır. Bundan başqa 2021ci ilin fevral ayının əvvəllərində “Lalafo” internet səhifəsində istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini yerləşdirmiş və adının da Qoşqar olduğunu, həmçinin özünün də yalandan mebel ustası kimi fəaliyyət göstərməyini qeyd etmişdir. 24 fevral 2021-ci il tarixdə həmin nömrəyə, yəni ***-***-**-** saylı telefon nömrəsinə adını sonradan bildiyi Zərərçəkmiş şəxs9 zəng etmişdir. Leyla evində təmir işləri getdiyini, təmir işlərini qurtardıqdan sonra onun evinə yataq, mətbəx və dəhliz üçün mebellər lazım olduğunu demişdir. O, da Leylaya onu ustaya yönləndirəcəyini, ustanın özünün gəlib evində ölçülərini götürüb mebelləri hazırlayacağını demişdir. 08 mart 2021-ci il tarixdə Leyla yenidən istifadəsində olan telefon nömrəsinə zəng etmiş və evində təmir işlərinin yekunlaşdığını bildirmişdir. O, özünü ilkin olaraq Leylaya Qoşqar kimi təqdim etmiş, sonra Leylaya onun nömrəsini ustaya verəcəyini və ustanın özünün ona zəng edəcəyini demişdir. Təxminən 10 dəqiqədən sonra o, istifadəsində olan digər telefon nömrəsindən, yəni ***-***-**-** saylı telefon nömrəsindən Leylaya zəng etmiş və mebel ustası Ruslan olduğunu bildirmişdir. Leyladan evin ünvanını soruşmuş və Leyla ünvanı dedikdən sonra onun evinə getmişdir. Leyla onu qarşılamış, evinə yataq mebeli, mətbəx mebeli və dəhliz üçün mebel lazım olduğunu bildirmişdir. O, da hazırlayacağı mebellərin enini və uzununu ölçdükdən sonra evinin bütün mebellərinin hamısını 2400 manata hazırlayacağını, ilkin ödəniş kimi isə ona 1200 manat pul verməli olduğunu, qalan 1200 manat pulu isə hər ay 100 manat olmaqla 12 ay ərzində kart hesabına ödəməli olduğunu demişdir. Leyla da onunla razılaşmış və hal-hazırda 800 manat pulu olmasını, həmin 800 manat pulu verməsini, qalan 400 manat pulu da tezliklə verəcəyini bildirmişdir. O, da Leyla ilə razılaşmış və 08 mart 2021 - ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 10 ünvanında 800 manat pulu ondan almışdır. Leylanı inandırmaq üçün mebellərin hansı məbləğə hazırlamağını və ona nə qədər endirim etməyi ilə bağlı vərəqdə qeydiyyat aparmış və həmin vərəqi də ona vermişdir. Sonra isə çıxıb getmişdir. Həmin günü saat 16 radələrində Leylanın istifadəsində olan telefon nömrəsinə istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng edib mebel hazırlamaq üçün materiallar almalı olduğunu və 800 manat pulun materiallara çatmadığını, ona görə əlavə olaraq 400 manat pulu da kart hesabına göndərməyini istəmişdir. Leyla isə hal-hazırda 250 manat pulu olmasını və 250 manatı ona göndərə biləcəyini bildirmişdir. O, da razılaşmış və özünə məxsus bank kartının hesab nömrəsini Leylaya demişdir. Həmçinin 16 mart 2021-ci il tarixdə sifariş etdiyi mebelləri evinə gətirən zaman 150 manat pulu ona nağd şəkildə verəcəyini bildirmişdir. 08 mart 2021-ci il tarixdə saat 17:26-da ona məxsus **********241926 kodlu “Kapital” banka məxsus plastik kartına 250 manat pul Leyla tərəfindən ödənmişdir. O, həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Leyla onun telefon nömrələrinə zəng etsə də, o, ona cavab verməmişdir. O, Leylanın evində ölçü aparanda onun inanması üçün başqa bir tanışı onun xahişi əsasında onunla telefonda Qoşqar adı ilə danışmışdı. Həmin tanışının kim olduğunu hazırda xatırlamır, amma həmin şəxsin onun törətdiyi dələduzluq cinayətlərindən xəbəri və əlaqəsi olmamışdır. Bundan başqa 09 aprel 2021-ci il tarixdə onun mobil nömrəsinə əvvəllər tanımadığı Aynur adlı şəxs zəng vuraraq yaşadığı mənzil üçün mebel sifariş vermək və həmin mebelin dizaynını ona gördürmək istədiyini bildirmişdir. Elə həmin gün, yəni 09 aprel 2021-ci il tarixdə saat 14 radələrində o, Aynurun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, N.Xəzri küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Aynurun evində o, ölçüləri götürdükdən sonra ümumi mebelin qiyməti yığılması ilə birlikdə 1800 manat təşkil etdiyini Aynura bildirmiş və Aynur da razılaşdıqdan sonra ona ilkin olaraq 100 ABŞ dolları «beh» kimi vermişdir. 24 aprel 2021-ci il tarixdə Aynur adlı şəxs zəng vuraraq ona 600 manat məbləğində pul vermək istədiyini, qalan pulu isə mebel hazır olandan sonra verə biləcəyini bildirmişdir. Həmin gün, yəni 24 aprel 2021-ci il tarixdə saat 19 radələrində o, Aynurun yaşadığı evinə getmiş və orada Aynur ona 600 manat məbləğində pul verdikdən sonra o, həmin evi tərk etmişdir. Daha sonra o, Aynurdan aldığı pulu şəxsi ehtiyaclarına xərcləmiş və Aynurun telefon zənglərinə cavab verməmişdir. Bundan başqa 2021-ci ilin may ayında sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlayan adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evinə getmiş, orada mətbəx mebeli düzəltmək üçün Tavuzdan 3 dəfəyə 620 manat beh olaraq almış və şəxsiyyət vəsiqəsinin surətini də Tavuza vermişdir. Bundan başqa təxminən 2021-ci ilin may ayında Zaman adlı şəxs onunla telefonla əlaqə saxlamış və evinə mətbəx mebeli lazım olduğunu bildirmişdir. O, da Hövsan qəsəbəsinə Zamanın yaşadığı evə getmiş, mebelin ölçüsünü götürmüş və 620 manata razılaşmışlar. Bir neçə gün sonra o, Zamanla telefonla əlaqə saxlamış və mebel düzəltmək üçün material almalı olduğunu, ona görə də beh olaraq 300 manat pulu onun kartına göndərməsini bildirmişdir. Zaman da onun kartına 300 manat ödəniş etmişdir. O, həmin pulu kartdan çıxartmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxtdan bir neçə gün sonra Zaman onunla telefonla əlaqə saxladıqda onun mebel üçün verdiyi 300 manat beh pulunu ehtiyacı olduğu üçün xərclədiyini və 2-3 ay ərzində pulunu qaytaracağını ona bildirmişdir. O, polis əməkdaşları tərəfindən tutulduqdan sonra bilmişdir ki, Zaman onun barəsində polisə şikayət etmişdir. O, bir neçə dəfə bu cür pul ələ keçirdikdən sonra 2021-ci ilin avqust ayında onunla ona məxsus, hal-hazırda istifadə etmədiyi ********** saylı mobil nömrə ilə bir nəfər qadın xatırlamadığı nömrə ilə əlaqə saxlayıb ona “lalafoya” qoyduğu bir divan şəklini göndərmiş, bir neçə gün onlar “Whatsap” sosial şəbəkəsində divanla bağlı danışmış, yekunda 600 manata həmin divanı ona sata biləcəyini demişdir. O, həmin vaxt həmin qadın onu tapa bilməsin deyə özünü Amin kimi təqdim etmişdir. Onunla razılaşdıqdan sonra divan üçün beh göndərdiyi halda həmin divanı Şəmkir rayonuna gətirəcəyini, pulun qalanını isə Şəmkirdə ondan alacağını demişdir. Həmin qadın ilkin olaraq onunla razılaşmasa da, sonradan pulu hara göndərəcəyini ondan soruşmuş, ona 4169 7385 1824 1926 nömrəli Kapital Bank kartını göndərmiş, bir müddət sonra həmin qadın karta 100 manat pul köçürüb çekin şəklini ona göndərmişdir. O, da həmin qadına bir neçə gün sonra divanı gətirəcəyini demişdir. Bundan təxminən 4-5 gün sonra, yəni 2021-ci ilin avqust ayının sonlarında Şəmkir rayonuna gəlmiş, yolda olan zaman ilkin danışdığı nömrə ilə həmin qadına zəng edib Ruslan adlı işçinin Şəmkirə gəldiyini, divanı da gətirdiyini, pulu Ruslana verməsini demişdir. O, yolda olan zaman Gəncə şəhərində bir nəfər tanımadığı fəhlə tapmış, həmin fəhləyə onunla birlikdə Şəmkirə getməsini, 10 manat pul verəcəyini, ona kömək lazım olduğu halda kömək etməsini demişdir. O, fəhlə ilə razılaşdıqdan sonra Gəncə şəhərində tanımadığı yerdən taksi ilə 20 manat pulun qarşılığında Şəmkir rayonuna gedib qayıtmaq barədə razılaşmış, Gəncə şəhərindən hərəkətə başlayan zaman digər mobil nömrəsi ilə həmin qadına zəng edib Ruslan olduğunu, mebeli gətirdiyini, ona yaşadığı evi izah etməsini istəmişdir. O, Şəmkirə gəlmiş və qadının izahat etdiyi yol ilə yaşadıqları evə çatmışdır. Evə çatdıqdan sonra orada bir nəfər kişi və qadın onları qarşılamış, fəhlə və taksi sürücüsü çöldə qalmış, o, orada mətbəx mebeli üçün ölçülər götürmüş, onlara 10 gün ərzində mətbəx mebeli düzəldəcəyini deyib divanların yolda olduğunu, 2-3 saat ərzində onların evində olacağını deyib onlardan pulun qalanını istəmişdir. Bu zaman orada adını bilmədiyi 1 nəfər kişi ona razılaşdıqları kimi 500 manat pul vermiş, o, da pulu götürüb taksiyə oturub oradan çıxıb getmişdir. Bu zaman fəhlə Şəmkirdə işinin olduğunu dediyi üçün o, fəhləni orada qoymuşdur. O, ümumilikdə həmin şəxsləri aldadıb divan satmaq adı ilə 600 manat pullarını ələ keçirsə də, onlara nə divan, nə də ki, başqa heç nə verməmişdir. Oradan çıxdıqdan sonra da həmin şəxslərin nömrələrini onunla əlaqə saxlaya bilməsinlər deyə hər yerdə qara siyahıya salmışdır. Bundan başqa 03 yanvar 2022-ci il tarixdə ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. O, telefonu açmış və bu zaman özünü ona Tural kimi təqdim edən şəxs “lalafo.az” saytına yerləşdirdiyi qapılardan sifariş etdiyini ona demişdir. O, da həmin şəxsə 2 metr 15 santimetr hündürlüyü, 93 santimetr eni olan 4 ədəd qapının qarşılığında 680 manat pul alacağını demişdir. Həmin şəxs də ona ailə üzvləri ilə məsləhətləşib xəbər verəcəyini demişdir. 04 yanvar 2022-ci il tarixdə Tural yenə də ona məxsus həmin nömrəyə zəng edərək qapıları sifariş etmək istədiyini demiş, o, isə ondan beh olaraq özünə məxsus olan 4169 7385 1824 1926 saylı Kapital Bank kartına 150 manat pul qoymasını istəmişdir. Bir qədər sonra həmin şəxs onun telefonuna çeki ataraq 150 manat behi həmin karta qoyduğunu demişdir. O, bunun üstündən bir müddət keçdikdən sonra 09 yanvar 2022-ci il tarixdə Turala zəng edərək özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəni verib guya ki, həmin nömrədə Tuncay adlı şəxsin olduğunu, qapıların həmin şəxsdə olduğunu deyib həmin nömrə ilə əlaqə saxlamasını istəmişdir. Bundan bir müddət sonra Tural ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, o, telefonu götürüb səsini bir qədər dəyişdirib onunla danışmışdır. Ona başqa yerdə işlədiyini, günortadan sonra qapılarla birlikdə Maştağa qəsəbəsində yaşadığı evə gedəcəyini demişdir. O, Turalla Tuncay adı ilə danışdıqdan təxminən 2 saat sonra özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Turala zəng etmiş, Turala qapılarının gəldiyini, qalan 530 manat pulun 480 manatını kartına, qalan 50 manatını isə gələn ustaya verməsini istəmişdir. Bundan təxminən 40 dəqiqə sonra Tural onun kartına 480 manat pul göndərmişdir. Bundan sonra o, Turalın zənglərini açmamağa başlamışdır. O, həmin Tural adlı şəxsdən əvvəlcədən 150 manat beh adı ilə istəmiş, sonradan başqa nömrəsilə Tuncay adı ilə danışıb etibarını qazandıqdan sonra əlavə olaraq 480 manat, yəni ümumilikdə 630 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa 'lalafo.az” saytına qapı və pəncərə hazırlanması ilə bağlı yerləşdirdiyi elanla bağlı 2022-ci ilin fevral ayının sonlarında Müşviq adlı şəxs onunla əlaqə saxlayaraq Kürdəmir rayonunda inşa etdirdiyi evə görə pəncərə sifariş etmək istədiyini bildirmişdir. O, da Müşviqlə bu barədə telefonla danışmış və sifarişin təhvil verilməsini ümumilikdə 1450 manata razılaşmışlar. Həmin telefon danışığı zamanı o, Müşviqə sifarişin hazırlanması üçün razılşadıqları 1450 manat pulun bir hissəsini qabaqcadan verməli olduğunu, qalan pulu isə sifarişi təhvil verən zaman götürəcəyini bildirmişdir. Müşviq də onunla razılaşmış və işə başlaması üçün pulu göndərməyi üçün ondan kart hesabı istəmişdir. Buna görə də o, istifadə etdiyi özünə məxsus 4169 7385 1824 1926 saylı "xxxx"a məxsus kart hesabının fotoşəklini Müşviqə göndərmişdir. Bundan sonra Müşviq 4169 7385 1824 1926 saylı Kapital Bank kartına 28 fevral 2022-ci il tarixdə 300 manat, 01 mart 2022-ci il tarixdə 200 manat, 05 mart 2022-ci il tarixdə 300 manat pul göndərmişdir. Müşviq onun kart hesabına 800 manat pul göndərdikdən sonra onunla əlaqə yarada bilməsin deyə onun mobil nömrəsini qara siyahıya atmışdır. Bundan sonra Müşviqin kart hesabına göndərdiyi pulu çıxarıb şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, “lalafo.az” saytına qapı və pəncərə hazırlanması ilə bağlı yerləşdirdiyi yalan elanda olan ***-***-**-** saylı mobil nömrəsinə 2022-ci ilin may ayında adının sonradan Maral olduğunu öyrəndiyi qadın zəng edərək Qax rayonunda inşa etdirdiyi evə görə 5 ədəd qapı almaq istədiyini bildirmişdir. Onunla telefonda danışan zaman qapılarının bir ədədinin 189 manat olduğunu, həmin pulun içərisində qapıları ünvana çatdırıb təhvil verə biləcəyini bildirmişdir. Maral da onunla razılaşmış və sifariş verdiyi 5 ədəd qapıya görə ilkin olaraq 500 manat pul göndərməsini istəmişdir. Buna görə də 21 may 2022-ci il tarixdə Maral ona göndərmiş olduğu 3881 7944 0007 4238 8100 nömrəli kart hesabına 500 manat pul göndərmişdir. 22 may 2022-ci il tarixdə Maralla əlaqə saxlayaraq ona qapıların Siyəzən rayonundan götürülməsi və ünvana çatdırılması üçün qalan pulu da göndərməsini istəmiş, buna görə də Maral ona verdiyi 4169 7385 1824 1926 kart hesabına 490 manat pul göndərmişdir. Bundan sonra Maralla əlaqə saxlayaraq onunla qapıları çatdıracaq sürücünün əlaqə saxlayacağını demiş və sürücünün nömrəsi kimi digər istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni ona vermişdir. Bundan sonra Maral ona verdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayan zaman o, yalandan sürücü kimi özünü təqdim edərək qapıları götürmək üçün Siyəzən rayonunda yerləşən anbara getmək üçün yolda olduğunu, qapıları götürüb Qax rayonuna gedəcəyini bildirmişdir. Sonra Maral onunla yenidən əlaqə saxlayan zaman ona qapıları avtomobilə yüklədiyini və Qax rayonu istiqamətində hərəkət etdiyini bildirmişdir. Daha sonra isə Maral ona nə qədər zəng vursa da, onun telefon zənglərinə cavab verməmişdir. Maralın ona verdiyi kart hesabına göndərdiyi ümumilikdə 990 manat pulu şəxsi işlərinə xərcləmişdir. Bundan başqa, “lalafo.az" saytına qapı və pəncərə hazırlanması ilə bağlı yerləşdirdiyi yalan elanda olan nömrəsinə 2022-ci ilin iyun ayının ortalarında hazırda xatırlamadığıı nömrədən zəng gəlmiş, qapı almaq istədiklərini bildirmiş və həmin şəxs Zərdab rayonundan olduğunu bildirmişdir. O, da 4 ədəd qapını 626 manata satmağa razılaşmışdır. Bundan sonra həmin şəxsə özünə məxsus 4169-7385-1824-1926 nömrəli bank kartını vermiş, həmin şəxs də kartına 626 manat pul göndərmiş, lakin o, vədinə əməl etməmişdir. Sonradan da həmin elanda olan nömrələri dəyişmişdir. Bundan başqa “lalafo.az” saytına qapı və pəncərə hazırlanması ilə bağlı yerləşdirdiyi yalan elanda olan ***-***-**-** saylı mobil nömrəsinə 20 oktyabr 2022-ci il tarixdə adını sonradan Növrasta olduğunu öyrəndiyi qadın zəng edərək Ramana qəsəbəsində olan bağ evi üçün 6 ədəd qapı sifariş vermək istədiyini bildirmişdir. Həmin vaxt Növrasta ona sifariş verdiyi qapının ölçülərini bildirmiş və ona qapı sexinin Ələt yolunda olduğunu, qeyd olunan ünvana gedərək qapılara baxmağı təklif etsə də, Növrasta ona yolun uzaq olduğunu, bu səbəbdən də, ora gedə bilməyəcəyini, ona yalnız ölçüləri bildirə biləcəyini demişdir. O, da Növrastanın bildirdiyi ölçülərdə olan qapıların ümumi dəyərinin 1800 manat olacağını demiş, həmçinin ondan işə başlamaq üçün ilkin olaraq 500 manat beh istəmişdir. Növrasta da onunla razılaşmış və istəmiş olduğu 500 manat behi göndərə biləcəyini bildirdiyi üçün o, Kapital banka məxsus istifadə etdiyi kartının 4169 7388 7303 7034 nömrəsini ona göndərmişdir. 21 oktyabr 2022-ci il tarixdə Növrastanın sifarişi üzrə onun plastik kart hesabına 500 manat pul göndərilmişdir. Növrasta özü də onunla əlaqə saxlayaraq 500 manat pulu göndərdiyini bildirdikdə o, qapıların kilidlərini almalı olduğunu, bunun üçün də yenidən ondan 300 manat pul istəmişdir. Buna görə də, Növrasta 22 oktyabr 2022-ci il tarixdə yenidən ona göndərmiş olduğu 4169 7388 7303 7034 nömrəli kart hesabına 300 manat da pul göndərmişdir. Növrasta yenidən onunla əlaqə saxlayaraq pulu göndərdiyini bildirdikdə o, qapıları 25 oktyabr 2022-ci il tarixdə çatdıracağını bildirmişdir. 25 oktyabr 2022-ci il tarixdə Növrastaya zəng edərək qeyd olunan tarixdə saat 18 radələrində qapıları çatdıracağını, qalan 1000 manat pulu da göndərməyini istədikdə Növrasta ona qalan pulun çatdırılma olduqdan sonra ediləcəyini bildirmişdir. Bundan bir qədər sonra o, digər ***-***-**-** saylı mobil nömrədən Növrastaya zəng edərək usta olduğunu, qapılarını yaxın dəqiqələrdə çatdıracağını bildirmişdir. Daha sonra isə yenidən sifarişi qəbul edən şəxs kimi Növrastaya zəng vuraraq pulun qalanını göndərməsini istəmişdir. Növrasta isə pulun qapılar çatdıqdan sonra verəcəyini bildirmişdir. O, da Növrastaya pulu vermədiyi halda qapıları çatdırmayacağını bildirmişdir. Bundan sonra Növrasta ona zəng vursa da, onun zənglərinə cavab verməmişdir. Növrastanı aldadaraq ələ keçirdiyi 800 manat pulu şəxsi işlərinə xərcləmişdir. Fazil və Rəhman adlı şəxsləri o, uydurmuş, belə bir şəxs tanımır. Əvvəlki ifadəsində özünü müdafiə məqsədilə elə məzmunda ifadə vermişdir. Zərərçəkmiş şəxs6 pulunu o, özü tək alıb ələ keçirmiş, həmin vaxt Turalın evinə gedəndə sadəcə inandırıcı olması üçün özü ilə təsadüfi tapdığı fəhlə götürmüş, Zərərçəkmiş şəxs6 pulunu özü xərclədiyi üçün də istintaq zamanı onun pulunu özü qaytarmışdır. Zərərçəkmiş şəxs4 evinə o, iki dəfə tək getmiş, ola bilsin ki həmin vaxt yanında xatırlamadığı fəhlələrdən kimsə olmuşdur. Vətəndaşlarla danışdığı nömrələrin əksəriyyəti öz adınıza olsa da **********, **********, **********, **********, **********, **********, ********** saylı nömrələr başqa şəxslərin adlarınadır. O, həmin şəxsləri tanımır, onların onun törətdiyi cinayət hadisələri ilə heç bir əlaqələri və onunla əlbirlikləri yoxdur. O, müxtəlif vaxtlarda təsadüfən əldə etdiyi şəxsiyyət vəsiqələri və ya onların surətləri ilə səyyar nömrə satanlardan nömrələr almışdır, səyyar nömrə satanlar gecə vaxtı əsasən şəxsin özü ilə vəsiqəni baxıb uyğunlaşdırmırlar. Vətəndaşların onun kartına köçürdüyü pulu bəzi hallarda özü, bəzən isə onun xahişi əsasında başqa şəxslər nağdlaşdırmışdır. Lakin həmin şəxslər kartında olan pulu cinayət yolu ilə əldə etdiyini bilməmişlər. 626 manatı köçürdüyü sonu 0900 olan kartın kimə məxsus olduğunu xatırlamır. Ola bilər ki, hər hansı borcu olan şəxsə borcunu ödəmişdir. Zərərçəkmiş şəxs1 onunla danışdığı ***-***-**-** və ***-***-**-** saylı nömrələrin kimin adına olmasını bilmir. Xatırlamadığı vaxtda və tarixdə o, iki ədəd şəxsiyyət vəsiqəsi tapmış, həmin şəxsiyyət vəsiqələri ilə Bakı şəhəri, Nizami rayonunda səyyar şəkildə nömrə satan şəxslərdən 2 ədəd nömrə almış, həmin nömrələri də sayta yerləşdirmiş, Zərərçəkmiş şəxs1la da danışan hər iki şəxs o, olmuş, səsini dəyişdirərək danışmış və həmin şəxslə iki nəfər müxtəlif adam kimi danışmışdır. Belə ki, birində satıcı kimi, ikinci də isə sürücü kimi danışmışdır ki, guya mebeli gətirəcək. Hər iki şəxs də o, olmuş, adlarını da Kamil və Nurlan kimi demiş, sürücü kimi adının Kamil, satıcı kimi isə Nurlan olmasını demişdir. Onun ümumiyyətlə mebel sexi və ya hər hansı yer və şəraiti, eləcə də mebel hazırlanması üçün hər hansı alət və avadanlığı, o cümlədən başqa hər hansı mebel sexi ilə şərikliyi və digər işbirliyi yoxdur. O, pul alıb kiminsə mebel sifarişini yerinə yetirib ona mebel təhvil verməmişdir. Onun maddi ehtiyacı olduğundan yalnız pul əldə etmək məqsədi ilə yalan elan yerləşdirib müxtəlif vətəndaşlara mebel hazırlamaq barədə vəd verib pullarını alıb ələ keçirmişdir. Kiməsə mebel hazırlamaq fikri olmamışdır. Vətəndaşların pul köçürdükləri sonu 1926 rəqəmi ilə qurtaran bank kartını itirmiş, amma sonu 7034 rəqəmi ilə qurtaran "Kapital” banka aid Birbank kartı anasında olmalıdır. O, bütün cinayətləri tək törətmiş, heç kimlə əlbir olmamış, həmin cinayətləri törətməkdə onu təhrik edən və ya ona kömək edən şəxs olmamışdır. O, vətəndaşlardan əldə etdiyi pula yalnız dərman vasitələri və gündəlik tələbat malları almış, heç bir əşya almamışdır. O, başqa xatırlamadığı bir neçə şəxsdən də 500 manatdan az miqdarda pul almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, övladının universitetdə təhsil aldığını, anasının xəstə olduğunu və səhhəti ilə əlaqədar pulu ödəyə bilməməyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər M.T.Cabbarovanı, Z.İ.Mehdiyevi, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, N.T.Muradovu, Zərərçəkmiş şəxs6 nümayəndəsi Şahid1, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 və şahidlər Şahid2 Şiraslan qızı və Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəməyə gəlməmişlər və məhkəmə iclaslarında iştirak etməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, o, yaşadığı evin mətbəxinə mebel yığdırmaq istədiyindən 20 may 2021-ci il tarixdə «lalafo.az» elan saytındakı elanlardan birində hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamış və özünü müdir kimi təqdim edən adını bilmədiyi şəxsə yaşadığı evin mətbəxi üçün mebel sifariş etmək istədiyini bildirmişdir. Həmin şəxs hazırda hansısa rayonda olduğunu, lakin sifariş edəcəyi mebelin ölçülərini götürməsi üçün öz ustasını göndərəcəyini demişdir. Növbəti gün, yəni 21 may 2021-ci il tarixdə saat təxminən 17 radələrində özünü usta kimi təqdim edən Ruslan adlı şəxs yaşadığı evə gəlib mətbəxə baxmış və mebel üçün də müvafiq ölçüləri götürmüşdür. Sonra Ruslanla sifariş verdiyi mebelin qiymətini 620 manata razılaşmış və evində də ona ilkin olaraq 300 manat beh vermişdir. Ruslan mebelin 6-7 gün ərzində hazır olacağını bildirib çıxıb getmişdir. 27 may 2021-ci il tarixdə Ruslan ona zəng edib mebelin hazır olduğunu və gətirib quraşdırması üçün qalan pulu təcili olaraq göndərəcəyi bank kartına köçürməyini istəmişdir. Ona mebeli gətirəndən sonra pulu verəcəyini desə də, Ruslan mebelin yolda olduğunu bildirib mebeli gətirən sürücünün hazırda xatırlamadığı mobil nömrəsini ona vermişdir. Sonra o, özünü müdir kimi təqdim etmiş şəxslə əlaqə saxladıqda o, narahat olmamasını və pulu katra köçürməyini istəmişdir. Sonra o, Ruslanın ona verdiyi sürücünün mobil nömrəsilə əlaqə saxladıqda sürücü hazırda Suraxanı qəsəbəsində başqa ünvana mebel gətirdiyini və bir qədər sonra da onun sifariş etdiyi mebeli ünvanına gətirəcəyini demişdir. Bundan sonra onlara inanmış və 21 may 2021 -ci il tarixdə də, saat təxminən 19 radələrində Suraxanı rayonu, Bahar qəsəbəsində yaşadığı evinin yaxınlığındakı «Azər» marketin içərisində olan «MilliÖn» ödəmə terminalından Ruslanın ona vatsap proqramı vasitəsilə göndərdiyi və Təqsirləndirilən şəxs adına olan "xxxx"ın 4169 7385 1824 1926 saylı hesab nömrəli «Umico» kartına 300 manat pul köçürmüşdür. Lakin sonradan bir neçə saat gözləsə də, Ruslan mebeli gətirməmiş və telefona da cavab verməmişdir. Həmçinin özünü müdir kimi təqdim şəxslə və sürücü ilə əlaqə saxlamaq istəsə də, onlar da telefonlara cavab verməmişlər. Artıq bundan sonra telefonda danışdığı həmin 3 nəfərin eyni adam olmasını təxmin etmiş və Ruslanın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Odur ki, 28 may 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermiş, həmçinin aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə də ərizə ilə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxsla barışmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Qax rayonunda inşa etdirdikləri evin otaqları üçün qapı almaq istədiklərindən sosial şəbəkələrdə qapı elanları ilə maraqlanmışdır. Ona görə də «lalafo.az» elan saytında diqqətini cəlb edən elanlardan birində yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və cavab verən bir nəfər kişi qapıların satışını onlayn qaydada həyata keçirdiyini bildirmişdir. Ona Qax rayonunda olan evləri üçün 5 ədəd qapı sifariş etmək istədiyini deyəndə o, da qapının birini 189 manatdan olmaqla istənilən ünvana çatdıra biləcəyini bildirmişdir. Deyilən qiymət onu qane etdiyindən razılaşmış və sifariş edəcəyi 5 ədəd qapıları Qax rayonuna göndərməsini xahiş etmişdir. Həmin şəxs ilkin olaraq 500 manat pul ödəməli olduğunu istədiyindən ona inanaraq 21 may 2022-ci il tarixdə onun göndərdiyi 7944 0007 4238 8100 hesab nömrəsinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki «Tayqa» marketin qarşısında olan «MilliÖn» ödəmə terminalından 500 manat pul göndərmişdir. Bundan sonra özünü Emin kimi təqdim edən, lakin sonradan əsl adının Ruslan olduğunu öyrəndiyi həmin şəxs narahat olmamağını və qapılar hazır olan kimi sürücü vasitəsilə Qax rayonuna göndərəciyini demişdir. 22 may 2022-ci il tarixdə Ruslan özü ona zəng edib Siyəzən rayounda olan anbardan sifariş etdiyi qapıları götürüb Qax rayonuna aparaq evinə quraşdırılması üçün qalan 490 manat pulu da onun göndərəcəyi kart hesabına göndərməyini istəmişdir. Ona inandığından həmin günü Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Böyükşor qəsəbəsində yerləşən «Arzu» marketin qarşısında olan «e-Manat» ödəmə terminalından 490 manat pulu Ruslanın göndərdiyi "xxxx"a məxsus 4169-7385-1824-1926 saylı hesab nömrəsinə köçürmüşdür. Sonra da Ruslan ona ***-***-**-** mobil nömrəsini verib qapıları gətirən sürücünün nömrəsi olmasını demişdir. O, həmin nömrə ilə əlaqə saxladıqda özünü Amil kimi təqdim edən şəxs sürücü olmasını və qapıları götürmək üçün Siyəzən rayonundakı anbara getdiyini bildirmişdir. Bir qədər sonra təkrarən Amillə əlaqə saxladıqda qapıları götürdüyünü və artıq Qax rayonuna çatmaq üzrə olduğunu demişdir. Lakin həmin günü saat 20 radələrində həyat yoldaşı Murad Cabbarovla danışanda qapıların hələ də gətirilmədiyini demişdir ki, o, da Ruslan və Amillə əlaqə saxlamağa çalışsa da, onlar telefonlara cavab verməmişlər. Artıq həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşdüyündən 23 may 2022-ci il tarixdə də Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Emin və Amil adlı şəxslərin heç birini o, şəxsən görməmiş, yalnız telefonla dınışmış, amma səslərindən eyni və ya fərqli insan olmasını dəqiq deyə bilməz. O, polisə şikayət edəndən sonra polis bölməsində həmin şəxsin kart nömrəsinə əsasən onun adının Ruslan olmasını ona demişlər. Sonda Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxsla barışmadığını bildirdi. Məhkəmə iclasında şahid və Zərərçəkmiş şəxs6 nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2019-cu il oktyabr ayının təxminən 15-də oğlu Turalın yaşadığı evə mebel yığdırmaq qərarına gəlmiş və oğlu «lalafo» sosial şəbəkəsində mebel sifarişi elanı tapmışdır. Orada olan ***-***-**-** mobil nömrəsilə əlaqə saxlamış və özünü mebel sexinin müdiri kimi təqdim edən Rəhman adlı şəxslə telefonda danışaraq evlərinə müxtəlif cür mebellər lazım olduğunu bildirmişlər. Rəhman onlara mebel sexinin Hüseyn adlı dizaynerinin olmasını bildirmiş və onlarla əlaqə saxlaması telefon nömrələrini Hüseynə verəcəyini bildirmişdir. Rəhmanla danışıb qurtardıqdan təxminən 30 dəqiqə sonra oğlunun telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmiş və nömrəni Rəhmanın verdiyini, mebel sexinin dizayneri olduğunu və işçilərlə birlikdə yaşadıqları ünvana gələcəklərini demişdir. Təxminən 2 saat sonra həmin özünü Hüseyn kimi təqdim edən şəxs yanında bir nəfərlə oğlunun yaşadığı ünvana gəlmişdir. Hüseynlə mebelin qiymətini 1800 manata razılaşmış və Hüseyn oktyabr ayının 30-da mebelləri gətirib təhvil verəcəyini bildirmişdir. Oğlu Tural, Hüseynə yaşadığı evində 50 manat beh vermiş və qalan 1750 manat pulu 3-4 gün ərzində verəcəyini demiş, onlar razılaşmış və Hüseyn adlı şəxs çıxıb getmişdir. 2019-cu il oktyabr ayının 20-də Hüseyn oğluna zəng vuraraq mebellərin aksesuarlarını almalı olduğundan pulun qalanını çatdırmasını bildirmişdir. Oğlu, Hüseynə hal-hazırda Binəqədi rayonu, BDYPİ-nin yaxınlığında Binəqədi-Xırdalan şossesi, döngə 2də yaşayan atasıgilin evində olduğundan pulu verməsi üçün ora gəlməsini demişdir. Təxminən 30-35 dəqiqə sonra Hüseyn onun yaşadığı ünvana gəlmiş və oğlu Tural Hüseynlə görüşərək həmin ünvanda ona 900 manat pul vermişdir. Yerdə qalan 850 manat pulu mebelləri gətirib quraşdırandan sonra verəcəyini bildirmiş, Hüseyn onunla razılaşmış və pulu götürərək çıxıb getmişdir. Oktyabr ayının 25-də Hüseyn oğluna zəng vuraraq mebellər hazır olduğundan pulun qalanını hazırlamasını, yük maşını sürən Fazil adlı şəxsi onun yanına göndərəcəyini və ona çatdırması üçün pulu həmin şəxsə verməsini, mebelləri yükləyib birlikdə yaşadığı ünvana gəlib yığacaqlarını bildirmişdir. Oğlu, Hüseynə pulu özündən verməsini və mebelləri ünvana gətirəndən sonra pulun qalığını orada verəcəyini demişdir. Hüseyn isə oğluna ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamasını, həmin nömrənin yük maşını sürən Fazilin olmasını, mebelləri onun gətirəcəyini və onu «Murad» şadlıq sarayının qarşısında qarşılamasını demişdir. Oğlu, Fazillə əlaqə saxladıqda Fazil bir saata gələcəyini demiş, lakin bir saat sonra Fazildən xəbər çıxmadığından yenidən onun nömrəsinə zəng etdikdə Fazil ona zəng vurmamasını və malları sexə boşaltdığını bildirmişdir. Bundan sonra oğlu Hüseynin ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zəng vurmuş, ancaq həmin nömrələrə zəng çatsa da, telefona cavab verən olmamış, daha sonra isə həmin nömrələrə zəng çatmamışdır. Sonra oğlu, 40-cı Polis bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Həmin ərəfələrdə o, mebel almaq üçün banka müraciət etmiş və həyat yoldaşı ilə birlikdə bankdan ümumilikdə 5000 manat pul götürmüşlər. Həmin şəxs onlara dəymiş ziyanın 1000 manatını qaytarmış, lakin qalan 4000 manatını qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, 2021-ci il aprel ayının əvvəllərində «lalafo.az» elan saytında Ağa adlı bir nəfərin münasib qiymətə mebel düzəltməsi barədə elan paylaşdığını görmüşdür. Həmin vaxtı oğlu hərbi xidmətdə olduğundan qayıdana kimi də oğlunun otağına mebel düzəltdirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin elanda qeyd olunan şəxslə əlaqə saxlayıb mebel düzəltdirmək istədiyini bildirmişdir. Həmin şəxs ünvanını öyrəndiyindən 09 aprel 2021-ci il tarixdə yaşadığı ünvana gəlmişdir. Gələn şəxsin əlində mebel düzəltmək üçün ləvazimatlar olduğundan ona mebelin növünü bildirmiş və o, otaqda müvafiq ölçülər götürərək qeydiyyatlarını aparmışdır. Sifariş verdiyi mebelin qiymətini 1800 manata razılaşmış və həmin şəxs beh istədiyindən ona elə həmin zaman, saat 15 radələrində evində 100 ABŞ dolları beh vermişdir. Təxminən 15-20 gün sonra, yəni 2021-ci ilin aprel ayının sonlarında həmin şəxs ona zəng edib mebelin hazır olmasını dediyindən o, da saat 17:00-da gəlməsini xahiş etmişdir. Həmin gün saat 14 radələrində həmin şəxs yenidən ona zəng edərək evinin yanında olmasını bildirdiyindən o, işdən çıxıb evə gəlmişdir. Belə ki, evə çatanda həmin şəxsin başqa 2 nəfərlə birlikdə evinin yanında olmasını görmüşdür. O, da mebelin Masazır dairəsi yaxınlığında olduğunu və tez bir zamanda gələcəyindən evdə mebelə yer ayırmağını istəmişdir. O, inanmış və onunla birlikdə evə qalxaraq mebel üçün yer ayırmağa başlamış, həmin şəxslə gələn 2 nəfər isə həyətdə qalmışlar. Evdə həmin şəxs ondan mebelin pulunu istədiyindən ona 600 manat vermiş, qalan pulu da hissə-hissə verəcəyini bildirmişdir. Həmin zaman saat təxminən 17 radələri olmuşdur. Həmin şəxs pulu alandan sonra mebelləri gətirəcəyini bildirib çölə çıxmış, onun isə evdə qalmağını tapşırmışdır. Təxminən 5 dəqiqə sonra o, özü də həyətə çıxmış, lakin həmin şəxsi görmədiyindən onunla gələn 2 nəfərdən harada olmasını soruşanda onun getdiyini bildirmişlər. Bu an o, həmin şəxsə zəng etsə də, onun telefonu söndürülmüşdür. Artıq həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. O, 102 xidmətinə zəng edib şikayət etmiş və az sonra polis əməkdaşları gəlib həmin iki nəfəri idarəyə aparmış və orada məlum olmuşdur ki, həmin iki nəfər fəhlə imiş və ondan pulu alıb ələ keçirən şəxs onları sadəcə fəhlə kimi gətirmişdir. Həmçinin sonradan o, eşitmişdir ki, onu aldadaraq pulunu ələ keçirən şəxsin adı Ağa deyil, Təqsirləndirilən şəxsdur və həmin şəxs eyni üsulla başqa şəxsləri də aldatdığı üçün onun barəsində Binəqədi polisində araşdırma gedir. O, da bu səbəbdən Binəqədi polisinə də ərizə ilə müraciət etmişdir. Ağa adlı şəxsin onunla danışdığı mobil nömrə hazırda yadında deyil, özünü Ağa kimi təqdim edən Təqsirləndirilən şəxs pul verəndə o, evdə tək olmuşdur. Zərərçəkmiş şəxs4 26 oktyabr 2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o, yaşadığı evdə təmir işləri apardığından evin mətbəxi üçün mebel, bir ədəd çarpayı və bir ədəd də divan almaq qərarına gəlmişdir. Bu məqsədlə də sosial şəbəkələrdə elanlara baxarkən 04 may 2021-ci il tarixdə «lalafo.az» elan saytındakı elanlardan birində olan Ümid adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsilə əlaqə saxlamışdır. Telefonda da özünü Ümid kimi təqdim edən həmin şəxs evinə usta göndərəcəyini və yerində müvafiq ölçüləri götürəndən sonra mebellərin qiymətini deyəcəklərini bildirmişdir. O, razılaşmış və bir neçə dəqiqə sonra tanımadığı nömrədən ona zəng edən şəxs usta olmasını bildirdiyindən ona ünvanı izah etmişdir. Bir qədər sonra, günorta saatlarında evinə gələrək özünü Ruslan kimi təqdim edən usta mətbəxdə müvafiq ölçüləri götürəndən sonra 350 manata mətbəx mebelini hazırlayacağını bildirib ilkin olaraq da 200 manat beh istəmişdir. O, yaşadığı evdə Ruslana beh olaraq 200 manat pul vermiş və o, çıxıb getmişdir. 07 may 2021-ci il tarixdə o, Ruslanla əlaqə saxlayıb bir ədəd çarpayı və bir ədəd divan sifariş etmək istədiyini demişdir ki, o, da düzəldə biləcəyini bildirmişdir. Sonra elə həmin günü günorta saatlarında Ruslan onlara gəlmiş və çarpayını 250 manata, divanı isə 170 manata düzəldə biləcəyini demişdir. O, həmin qiymətlərlə razılaşmış və Ruslan əlavə olaraq ondan yaşadığı evdə 120 manat pul alıb 2-3 gün ərzində mebelləri gətirəcəyini bildirmişdir. 11 may 2021-ci il tarixdə Ruslan ona zəng edib mebellər hazır olduğundan gətirmək istədiyini desə də, o, ustaların evində təmir işlərini yekunlaşdırmadıqlarını bildirmişdir. Bir qədər sonra Ruslan onlara gəlmiş və mebelləri saxlaması üçün sexində yeri olmadığını demişdir. Sexinin harada olmasını maraqlananda Ruslan Keşlə qəsəbəsində olmasını bildirmişdir ki, o, da Ruslandan təmir qurtarandan sonra öz evinə gətirməyi üçün mebelləri hələ ki, həmin qəsəbədə yaşayan qardaşının evinə aparmasını xahiş etmişdir. Ruslan ustalara verməsi üçün ona 300 manat verməyini istəmiş və qalan 170 manatı da mebelləri gətirəndən sonra verə biləcəyini demişdir. O, etiraz etməmiş və 11 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə qardaşının telefon nömrəsini və 300 manat pulu Ruslana verib mebelləri qardaşı ilə əlaqə saxlayaraq onun evinə aparmasını xahiş etmişdir. Ruslan razılaşmış və çıxıb getmişdir. Bir qədər sonra qardaşı ilə əlaqə saxladıqda onunla heç kimin əlaqə saxlamadığını öyrənmiş və Ruslana zəng etmişdir. Ruslan isə mebelləri artıq qurlaşdırdığından iki dəfə əziyyət olmasın deyə sexdə saxlayacağını və evində təmir yekunlaşan kimi birbaşa evinə gətirəcəyini bildirmişdir. Bundan sonra Ruslanın hərəkətlərindən şübhələnərək onunla maraqlanıb telefonla əlaqə saxlamaq istədikdə artıq onun zənglərinə cavab verməmişdir. Oğlunun telefon nömrəsilə əlaqə saxlayanda isə Ruslan cavab verib hazırda Sədərək bazarında olduğunu və axşam mebelləri gətirəcəyini bildirmişdir. Lakin bundan sonra Ruslan onun telefonlarına cavab vermədiyindən artıq onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş və aidiyyəti üzrə şikayət etmişdir. O, Ruslanı şəxsən görmüş və 3 dəfəyə ona 620 manat pul vermiş, lakin Ümid adlı şəxslə telefonla danışmış, onunla Ruslanın səslərinin eyni və ya fərqli olmasını dəqiq bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2022-ci il iyun ayının əvvəllərində «lalafo.az» saytında ev qapılarının satışına baxmış və orada bir elanla rastlaşmışdır. Elanın sahibinin internetdə qoyduğu ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxslə 6 ədəd ev qapısını 1000 manata şifahi razılaşmışlar. Həmin şəxslə pulun 626 manatını indi ödəyəcəyini, qalan hissəsini isə qapıları gətirdikdən sonra verəcəyini razılaşmışlar. Həmin şəxs ona ***-***-**- ** nömrədən zəng edərək sürücü olduğunu bildirmiş və ondan yolu soruşmuşdur. Sonra həmin şəxs ona "xxxx"a aid 4169 7385 1824 1926 kart nömrəsini göndərmiş, o, da Zərdab şəhərində «Anar» marketdə olan «MilliÖn» aparatı ilə 626 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra dəfələrlə həmin şəxsə zəng etsə də, o, telefonlara cavab verməmişdir. Həmin şəxslər adlarının Kamil və Nurlan olduqlarını bildirmişlər. O, həmin pulun göndərilməsinə dair qəbzi istuntaqda təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Ramana qəsəbəsində yaşadığı evin otaqları üçün qapı almaq istədiyindən bacısının həyat yoldaşı Bəhmənə 06 ədəd qapı alması üçün 4200 manat pul vermiş, həmçinin özü də sosial şəbəkələrdə qapı elanları ilə maraqlanmışdır. 20 oktyabr 2022-ci il tarixdə də yaşadıqları evdə olarkən «lalafo.az» elan saytında bir nəfərin qapı satması ilə bağlı elanına rast gəlmişdir. Həmin elanda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və lazım olacaq qapıların ölçülərini bildirmişdir. Həmin şəxs özünü ona Arif kimi təqdim edərək qapı sexinin Ələt qəsəbəsində olduğunu və qapılara baxmağı üçün də qeyd olunan ünvana gəlməyini təklif etmişdir. O, isə yolun uzaq olması səbəbindən gələ bilməyəcəyini deyib qapıların ölçülərini demişdir. O, da təqdim etdiyi ölçülər əsasında qapıların ümumi qiymətinin 1800 manat olacağını bildirib ilkin olaraq 500 manat beh verməyini istəmişdir. O, razılaşmış və Bəhmənə zəng edib bu barədə məlumat verəndən sonra həmin şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7388 7303 7034 hesab nömrəsini Bəhmənə göndərib 500 manat pul göndərməsini istəmişdir. 21 oktyabr 2022-ci il tarixdə də Bəhmən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı ərazisindəki ödəmə terminalından 500 manat pulu qeyd olunan hesab nömrəsinə göndərib qəbzini də ona atmışdır. O, həmin şəxslə danışıb 500 manat pulu göndərdiyini bildirəndə, o, da qapıların kilidlərini almalı olduğundan əlavə 300 manat da göndərməyini istəmişdir. Bəhmənə bu barədə dediyindən 22 oktyabr 2022-ci il tarixdə Bəhmən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı ərazisindəki ödəmə terminalından 300 manat pulu həmin şəxsin göndərdiyi hesab nömrəsinə köçürmüşdür. O, yenidən həmin şəxslə əlaqə saxlayıb 300 manat pulu da göndərdiyini deyəndə həmin şəxs də qapıları 25 oktyabr 2022-ci il tarixdə onlara çatdıracağını bildirmişdir. Qeyd olunan tarixdə həmin şəxs ona zəng edərək saat 18 radələrində qapıların çatdırılacağını bildirib qalan 1000 manat pulu da göndərməyini istəsə də, ona qapılar gələndən sonra qalan pulun göndəriləcəyini cavab vermişdir. Bir qədər sonra isə başqa bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrəsindən ona zəng edib usta olmasını və qapıların yaxın dəqiqələrdə çatdıralacığını demişdir. Bu zaman qapıları sifariş etdiyi Arif adlı şəxs təkrarən ona zəng edib qalan pulu göndərməyini istədikdə o, yenə də ona qapılar gələndən sonra qalan pulun göndəriləcəyini cavab vermişdir. Lakin o, pulu göndərməsə qapıların çatdırmayacağını demişdir. Daha sonra isə o, həmin şəxslə əlaqə saxlamaq istədikdə telefona cavab vermədiyindən həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Odur ki, 25 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib məlumat verəndən sonra Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra polis bölməsində araşdırma zamanı onu aldadıb Arif adı ilə danışaraq pulunu ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. O, bilmişdir ki, Ruslan eyni üsulla ondan başqa da şəxsləri aldadıb pullarını ələ keçirmişdir. O, Ruslanla heç vaxt görüşməmişdir. Ariflə o, danışsa da sonradan zəng edən usta ilə əvvəl qısa olaraq o, sonra isə əsasən qohumu Bəhmən danışmışdır. Onun fikrincə onlar eyni adam olmamışlar. Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2019-cu il oktyabr ayının 15-də yaşadığı evə mebel yığdırmaq qərarına gəldiyindən «lalafo.az» elan saytında mebel sifarişi elanı tapmışdır. Həmin elanda qeyd olunan ***-***-**-** mobil nömrəsilə əlaqə saxlamış və özünü mebel sexinin müdiri kimi təqdim edən Rəhman adlı şəxsə evinə müxtəlif mebellər lazım olduğunu bildirmişdir. Rəhman isə onunla əlaqə saxlaması üçün mebel sexinin Hüseyn adlı dizaynerinə onun telefon nömrəsini verəcəyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra onun nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng edən şəxs nömrəsini Rəhmanın verdiyini, özünün mebel sexinin dizayneri olduğunu və işçilərlə birlikdə yaşadığı ünvana gələcəklərini demişdir. Təxminən 2 saat sonra da özünü Hüseyn kimi təqdim edən şəxs yanında bir nəfərlə yaşadığı ünvana gəlmişdir. Həmin Hüseynlə sifariş verdiyi mebelin qiymətini 1800 manata razılaşmış və o, 30 oktyabr 2019-cu il tarixdə mebelləri gətirib təhvil verəcəyini bildirmişdir. Həmçinin o, Hüseynə evində axşam saatlarında 50 manat beh vermiş, qalan 1750 manatı da 3-4 gün ərzində verəcəyini demiş, Hüseyn razılaşmış və çıxıb getmişdir. 20 oktyabr 2019-cu il tarixdə Hüseyn ona zəng edərək mebellərin aksesuarlarını alması üçün pulun qalanını çatdırmasını istəmiş, həmin vaxt o, atasının yaşadığı ünvanda olduğundan Hüseynə də ora gəlməsini demişdir. Bir qədər sonra Hüseyn atasının yaşadığı Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 2 ünvanına gəlmiş və orada günorta saatlarında ona 900 manat pul vermişdir. Qalan 850 manat pulu isə mebelləri gətirib quraşdırandan sonra verəcəyini bildirmiş və Hüseyn razılaşmış və çıxıb getmişdir. 25 oktyabr 2019-cu il tarixdə Hüseyn ona zəng edib mebellər hazır olduğundan pulun qalanını hazırlamasını, pulu ona çatdırması üçün yanına göndərəcəyi yük maşınının sürücüsü Fazilə verməyini və onların birlikdə mebelləri yükləyib yaşadığı ünvana gətirərək yığacaqlarını bildirmişdir. O, da Hüseynə pulu özündən verməsini və mebelləri ünvana gətirəndən sonra onun pulunu verəcəyini demişdir. Hüseyn isə ona mebelləri gətirəcək yük maşınının sürücü Fazilin ***-***-**-** saylı mobil nömrəsini verib onu «Murad» şadlıq sarayının qarşısında qarşılamasını tapşırmışdır. O, həmin nömrə ilə əlaqə saxladıqda əvvəlcə Fazil bir saata gələcəyini desə də, bir saat sonra xəbər çıxmadığından təkrar əlaqə saxlayanda Fazil ona zəng etməməyini və mebelləri də sexə boşaltdığını bildirmişdir. Bundan sonra o, Hüseynin ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlamaq istəsə də, cavab verən olmamış, daha sonra isə ümumiyyətlə söndürülmüşdür. Artıq bundan sonra həmin şəxslərin onu aldadaraq pulunu ələ keçirdiklərini başa düşmüş və aidiyyəti üzrə Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirir ki, Binəqədi Polis İdarəsində araşdırma zamanı məlum olmuşdur ki, ona qarşı dələduzluq etmiş Hüseyn adlı şəxs əslində Təqsirləndirilən şəxsdur. Ruslan ondan başqa da bir çox şəxsləri eyni üsulla aldadıb pullarını ələ keçirmişdir. O, hesab edir ki, Ruslan bu cinayəti təklikdə törətməmiş, ona bu işdə kömək edən və əlbir olduğu şəxslər var. Belə ki, Ruslan ondan pulu alanda özü evə tək daxil olsa da, onu bayırda gözləyənlər olmuşdur. Həmçinin o, Rəhman və Fazil adlı şəxslərin də Ruslanla əlbir olduğunu düşünür, onları bilavasitə şəxsən görməsə də telefonla əlaqə saxlamış və onlar da mebelin düzəldilməsini təsdiq etmişlər. Ruslanın hərəkətləri nəticəsində ona 5000 manat maddi ziyan dəymişdir, belə ki, həmin 950 manatı Ruslana vermək üçün onun ailə üzvləri bankdan kredit götürmüş və xeyli məbləğdə faiz ödəyib ziyana düşmüşlər. Binəqədi polisində araşdırma zamanı Ruslan ona 1000 manat ödəsə də qalan 4000 manatı ödəməmişdir. O, 4000 manatın ona ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs9 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 14 ünvanında qaynatasına məxsus həyətdə həyat yoldaşı ilə birlikdə tikdirdikləri bir otaqlı evi təmir etdirmişlər ki, təmirdən sonra da evin yataq otağı və mətbəxi üçün mebel almaq fikirləri olmuşdur. Lakin mebellərin qiyməti baha olduğundan internet üzərindən tapacağı ustanın istədiyi formada mebelləri ucuz qiymətə yığması üçün sosial şəbəkələrdə elanlara baxmışdır. 24 fevral 2021-ci il tarixdə də «lalafo.az» elan saytında elanlardan birində qeyd olunan Qoşqar adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsilə əlaqə saxlamış və Qoşqar vatsap proqramı vasitəsilə ona mebellərin şəkillərini də göndərmişdir. Evlərinin təmiri yekunlaşandan sonra 08 mart 2021-ci il tarixdə yenidən Qoşqarla əlaqə saxlamış və mebel işlərinin görülməsi məqsədilə usta göndərməsini xahiş etmişdir. Qoşqar da onunla əlaqə saxlaması üçün telefon nömrəsini ustaya verəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra ***-***-**-** saylı telefon nömrəsindən ona zəng edən Ruslan adlı şəxs usta olmasını bildirib ünvanını soruşmuş, ünvanı izah etdiyindən təxminən 1 saat sonra Ruslan onlara gəlmişdir. Söhbət əsnasında Ruslana evinin yataq otağı, mətbəxi və dəhlizi üçün mebel lazım olduğunu bildirdiyindən o, da müvafiq ölçüləri götürəndən sonra ümumi mebellərin hamısını 2400 manata hazırlayacağını, ilkin olaraq 1200 manat verəndən sonra qalan 1200 manatı da hər ay 100 manat olmaqla 12 ay ərzində onun verəcəyi kart hesabına göndərə biləcəyini demişdir. Ruslanın dediklərilə razılaşmış və hazırda ona 800 manat pul verəcəyini, qalan 400 manat pulu tezliklə verəcəyini demişdir ki, Ruslan da razılaşmışdır. Odur ki, 08 mart 2021-ci il tarixdə, saat 15 radələrində yaşadıqları ünvan 14 ünvanında 800 manat pulu Ruslana vermişdir. Ruslan mebelləri hansı qiymətə hazırlayacağı və ona edəcəyi endirim barədə qeydiyyat aparmış vərəqi də ona verib çıxıb getmişdir. Həmin günü saat 16 radələrində Ruslan yenidən ona ***-***-**-** saylı mobil nömrədən zəng edərək 800 manat pulun mebel hazırlaması üçün alacağı materiallara kifayət etmədiyindən qalan 400 manat pulu da onun göndərəcəyi kart hesabına göndərməyini istəmişdir. Lakin hazırda 250 manat pulu olduğundan həmin pulu indi göndərməyini, qalan 150 manat pulu da 16 mart 2021-ci il tarixdə mebelləri gətirəndə nəğd olaraq ona verməyi barədə razılaşmışlar. Odur ki, 08 mart 2021-ci il tarixdə saat 17:26-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik prospektindəki «Ekonom» marketin içərisində olan «MilliÖn» ödəmə terminalından Ruslanın göndərdiyi "xxxx"a məxsus Təqsirləndirilən şəxs adına olan 4169 7385 1824 1926 saylı hesab nömrəsinə 250 manat pul göndərmişdir. 13 mart 2021-ci il tarixdə Ruslana zəng edib mebellərin hazır olub-olmaması barədə maraqlanmaq istəsə də, telefona cavab verməmiş, sonrakı zənglərində isə telefonu ümumiyyətlə söndürülmüşdür. Həmçinin Qoşqara zəng etsə də, eyni qaydada onun da telefonu söndürülmüşdür. Bundan sonra pulunu geri qaytarmayacaqları təqdirdə onlardan polisə şikayət edəcəyini hər ikisinə vatsap proqramında yazsa da, mesajlarını oxumalarına baxmayaraq heç biri ona cavab verməmişlər. Sonra isə artıq həmin şəxslərin onu aldadaraq pulunu ələ keçirdiklərini başa düşmüş və aidiyyəti üzrə şikayət etmişdir. O, Qoşqarı görməmiş, Ruslanı isə görmüşdür. Telefonda danışanda Qoşqarın səsi Ruslanın səsindən fərqli gəlmiş, onun fikrincə onlar eyni adam olmamışlar. Ruslan evində ölçü aparanda o, həmin zaman Qoşqarla telefonla danışmışdır. Zərərçəkmiş şəxs11 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 20 avqust 2022-ci il tarixdə «lalafo.az» elan saytında divan dəstlərinin satışı barədə yerləşdirilən elandakı ***-***-**-** saylı mobil nömrənin vatsap proqramı vasitəsilə əlaqə saxlamış və özünü Amin kimi təqdim edən həmin şəxs müxtəlif divan şəkillərini onlara atmışdır. Sonrakı bir həftə ərzində isə o, həmin şəxslə müxtəlif divanlar, ölçüləri və qiymətləri barədə danışmışdır. Belə ki, göndərilən divan dəstlərindən birini bəyəndiklərindən sifariş vermək qərarına gəlmişlər. Amin adlı həmin şəxs isə sifariş verəndən sonra mebeli almayacaqlarından ehtiyat edərək sifarişi beh olmadan qəbul etmədiyini bildirmişdir. Onunla bəyəndiyi divan dəstinin qiymətini 550 manata razılaşsa da, həmin şəxsin dələduz olmasını təxmin edib əvvəlcə beh məbləğini göndərməmişdir. Lakin divan dəstini çox bəyəndiklərindən behi göndərmək qərarına gəlmişdir. Pulu hansı qaydada göndərəcəyini maraqlananda həmin şəxs də pulu dostu Ruslanın adına olan bank kartına göndərəcəyini və onun da pulu dostundan alacağından heç bir problem olmayacağını demişdir. Odur ki, Amin adlı həmin şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7385 1824 1926 hesab nömrəsinə 26 avqust 2021-ci il tarixdə 100 manat pulu beh olaraq göndərmişdir. Bundan sonra Amin adlı şəxs pulun çatdığını və xeyirli olmasını, 02 sentyabr 2021-ci il tarixdə də mebellərinin gəlib çatacağını ona yazmışdır. Behi həmin şəxsə göndərəndən sonra o, televizor altının şəklini ona göndərib eynisini düzəldə biləcəyini maraqlanmış, o, da həmin televizor altından daha yaxşısını 170 manata düzəldə biləcəyini cavab vermişdir. 29 avqust 2021-ci il tarixdə Amin adlı həmin şəxs ***-***-**-** saylı mobil nömrə ilə onunla əlaqə saxlayıb Bakı şəhərindən Gəncə şəhərinə mebellərin gəldiyini, onların sifariş verdikləri divan dəsti ilə televizor altını Şəmkir şəhərində yaşadıqları evə gətirəcəklərini və bu səbəbdən də əşyaları gətirən şəxsə onun mobil nömrəsini verəcəyini bildirmişdir. Həmin günü saat 10 radələrində ***-***-**-** mobil nömrəsindən ona zəng edib özünü Ruslan kimi təqdim edən şəxs Bakı şəhərindən çıxdıqlarını və Şəmkir şəhərinə çatanda məlumat verəcəyini demişdir. Saat 16 radələrində eyni nömrədən zəng edən Ruslan adlı həmin şəxsə evin yerini izah etmiş və bir qədər sonra o, yanında 2 nəfər fəhlə və bir nəfər sürücü ilə ünvanlarına gəlib çatmışdır. Ruslan ağ rəngli «Vaz-2107» markalı, nömrəsinə fikir vermədiyi taksi maşını ilə gəlmişdir ki, yanındakı fəhləni Gəncə şəhərindən gətirmişdir. Adını bilmədiyi həmin fəhlə sonradan ona Ruslanın onu Gəncə şəhərindəki fəhlə bazarından götürdüyünü demişdir. Bildirir ki, Ruslan dizayner olduğunu, evə baxmalı olacağını, televizor altının hara qoyulacağını və formasını deməli olacağını bildirmişdir. Ruslan evə daxil olub ölçülər götürmüş və onlar birlikdə çay içmişlər. Həmin vaxt Ruslana zəng gəlmiş və zəng edən şəxs ac olduqlarından yeməyə bir şeylər təşkil etməsini istəmişdir. Ruslan da onlara ac olduqlarını demişdir. Sonra onun evinin həyətindəki maşın qarajında Ruslan ona qaimə yazaraq 700 manat pul göstərmişdir. Həmçinin fəhləni yuxarı çıxartdırıb ona çay vermələrini tapşırmış, özünün işə maşını qarşılayıb gətirməsi üçün gedəcəyini bildirmişdir. Odur ki, Ruslan ödəniş etməyini, qızının ad günü olduğundan getməli olduğunu, fəhlənin burada qaldığını və digərləri çatan kimi də mebeli quraşdıracaqlarını demişdir. O, Ruslana 600 manat pul vermiş və Ruslan da həmin puldan ona qaytardığı 100 manatı mebeli gətirən sürücü olan əmisinə verməyini tapşırmışdır. Ruslan çıxıb getmiş və onlar da evə qalxmışlar. Evdə fəhlə əynini dəyişəndən sonra onlar çay içərkən fəhlə Ruslanın onun pulunu verilmədiyini və onun pulunu da onların verəcəklərinin ona deyildiyini bildirmişdir. Əvvəlcə o, Ruslana zəng etsə də, cavab verməmiş, sonra fəhlənin zəngini açmış, lakin cavab verməmişdir. Bundan sonra fəhlələrin həmin şəxsləri tanımadıqlarını dəqiqləşmiş və onlar çıxıb getmişlər. O, da həmin şəxslər tərəfindən aldandığını bilmiş və aidiyyəti üzrə polisə şikayət etmişdir. Ona dəymiş zərərin 400 manat məbləğində hissəsi təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs7 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 03 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları, 35/37 ünvanında tikdiyi evə qapı almaq üçün «lalafo.az» saytında qapıların satışı ilə bağlı elan yerləşdirən əvvəllər tanımadığı və heç vaxt görüşmədiyi Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Ruslanla danışıqları zamanı Ruslan ona lazım olan ölçülərə uyğun 4 ədəd qapıları 680 manata düzəldə biləcəyini demişdir. O, ailə üzvlərilə məsləhətləşib 04 yanvar 2022-ci il tarixdə yenidən Ruslanın həmin nömrəsilə əlaqə saxlayaraq qapıları sifariş vermək istədiyini demişdir. Ruslan da material almaq üçün Masallı rayonuna getdiyini və ona göndərəcəyi kart hesabına 150 manat beh göndərməyini istəmişdir. O, evdən çıxıb ünvan 15 ünvanında yerləşən «Rəhman» marketə getmiş, oradan Ruslanla əlaqə saxlayıb pul göndərmək üçün ad soyadını soruşmuş, özünün deməsi əsasında onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, həmin marketdə olan «e-Manat» ödəmə terminalı vasitəsilə Ruslanın ona şəklini göndərdiyi "xxxx"a məxsus Təqsirləndirilən şəxs adına olan 4169 7385 1824 1926 kart nömrəsinə 150 manat beh göndərmişdir. Behi göndərəndən sonra da Ruslan 09 yanvar 2022-ci il tarixdə qapıların hazır olacağını və qalan pulu ödəyəndən sonra təhvil veriləcəyini bildirmişdir. 09 yanvar 2022-ci il tarixdə Ruslan ona zəng edərək qapıların hazır olduğunu bildirib ***-***-**-** saylı mobil nömrəni istifadə edən Tuncay adlı usta ilə əlaqə saxlayaraq ünvanını ustaya izah etməyini istəmişdir. O, həmin nömrə ilə əlaqə saxladıqda özünü Tuncay kimi təqdim edən usta hazırda Nərimanov rayonu ərazisində ünvanda qapı quraşdırdıqlarını və saat 15 radələrində onunla əlaqə saxlamağını demişdir. Həmin günü saat 14 radələrində Ruslan yenidən onun mobil telefonuna zəng edib ona verməli olduğu puldan 50 manatı saxlayıb ustaya verməyini, qalan 480 manat pulu isə lazım olduğundan təcili ona göndərməyini istəmişdir. Ona etibar etdiyindən ünvan 17 ünvanında yerləşən «Real» marketdəki «e-Manat» ödəmə terminalı vasitəsilə Ruslanın adına olan "xxxx"a məxsus 4169 7385 1824 1926 kart nömrəsinə 480 manat pul göndərmişdir. Sonra isə Ruslanın ***-***-**-** və Tuncayın ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamaq istəsə də, onların heç biri telefona cavab verməmişlər. Həmin vaxtı artıq Ruslanın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Odur ki, 09 yanvar 2022-ci il tarixdə də aidiyyəti üzrə polisə ərizə ilə müraciət etmişdir. O, ərizəsinə pulun göndərilməsi barədə iki ədəd qəbzin surətini və Ruslanın bank kartının şəklini əlavə etmişdir. O, Təqsirləndirilən şəxsla və ya onun usta kimi təqdim etdiyi Tuncay adlı şəxslə heç vaxt görüşməmiş, yalnız telefonla danışmış, telefon danışığı zamanı Ruslan və Tuncay adlı şəxslər fərqli səsə malik olmuşdur. Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2022-ci il fevral ayının təxminən sonlarında Kürdəmir rayonu, Atakişili kəndindəki təzə tikdirdiyi evi üçün qapı və pəncərə almaq qərarına gəlmişdir. Bu məqsədlə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən «lalafo.az» elan saytında qapı-pəncərə satışı elanında yerləşdirilmiş hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır. Hansı adla özünü təqdim etdiyini xatırlamadığı həmin şəxs sifariş verəcəyi 3 qapı və 4 pəncərələrin ölçülərini istəmişdir. O, da vatsap proqramı vasitəsilə müvafiq ölçüləri həmin şəxsə yazandan sonra ümumi qiymətin 1450 manat olacağını demişdir. O, razılaşmış və həmin şəxs növbəti günü, yəni 28 fevral 2022-ci il tarixdə özü ona zəng edərək sifariş etdiyi qapı və pəncərələrin hazırlanması üçün lazım olan materialların alınması məqsədilə heç olmasa ümumi məbləğin yarısını ödəməyini istəmişdir. O, da elə həmin gün saat təxminən 13 radələrində mobil telefonunda olan tətbiq vasitəsilə "xxxx"a məxsus öz adına olan «Birkart» vasitəsilə həmin şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7385 1824 1926 hesab nömrəli «Umico» kartına 300 manat pul köçürmüşdür. Həmin şəxs təxminən bir həftə ərzində sifarişinin hazır olacağını və özünün sürücü ilə ünvanına göndərəciyini bildirmişdir. Sonrakı günlərdə həmin şəxs yenə özü ona zəng edib sifariş etdiyi qapı və pəncərələrə kilidlər almalı olduğunu dediyindən yenə də pul göndərməyini tələlb etmişdir ki, o, da 01 mart 2022-ci il tarixdə saat 19 radələrində 200 manat və 05 mart 2022-ci il tarixdə saat 16 radələrində 300 manat məbləği mobil telefonunda olan tətbiq vasitəsilə "xxxx"a məxsus öz adına olan «Birkart» vasitəsilə həmin şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7385 1824 1926 hesab nömrəli «Umico» kartına köçürmüşdür. Bununla da o, ümumi olaraq 800 manat pul ödəmişdir. Sonra həmin şəxs ona ***-***-**-** saylı mobil nömrəsini verərək sifariş etdiyi qapı və pəncərələri ünvanına gətirəcək olan sürücünün olmasını demişdir. O, növbəti gün saat təxminən 12 radələrində ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və özünü sürücü kimi təqdim edən hazırda adını xatırlmadağı şəxslə danışanda o, artıq Bakı şəhərindən çıxdığını və bir neçə saat sonra da ünvanına çatacığını demişdir. Bir qədər sonra təkrarən sürücü ilə danışanda hazırda Hacıqağul rayonunda yemək yediyini demişdir. Bildirir ki, ikinci danışıqlarında sürücünün səsinin qapı və pəncərələri sifariş etdiyi şəxslə eyni olmasını təxmin etmişdir. Lakin yenə də bir qədər gözləmiş və yenidən sürücü ilə əlaqə saxlamaq istədikdə artıq zənglərinə cavab verməmişdir. Bundan sonra isə sifarişlə əlaqədar danışdığı şəxslə sürücü kimi danışdığı şəxsin eyni adam olmasına əmin olmuşdur. Növbəti 2 gün ərzində dəfələrlə həmin nömrələrlə əlaqə saxlamağa cəhd etsə də, heç bir nəticəsi olmamış və həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyinə tam əmin olmuşdur. Odur ki, 08 mart 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və sonra Kürdəmir Rayon Polis İdarəsinə də ərizə ilə müraciət etmişdir. Həmçinin sonradan onu aldadaraq pulunu ələ keçirən şəxsin adının Təqsirləndirilən şəxs olmasını və onun eyni üsulla başqa şəxsləri də aldadıb pullarını ələ keçirməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2022-ci il oktyabr ayının təxminən ortalarında baldızı Zərərçəkmiş şəxs3 Ramana qəsəbəsində yaşadıqları evin otaqları üçün qapı almaq istədiyindən ona 06 ədəd qapı alması üçün 4200 manat pul vermişdir. Belə ki, Növrasta həmin pulu bankdan kredit götürüb ona vermişdir. Bildiyinə görə həmçinin Növrasta özü də sosial şəbəkələrdə qapı elanları ilə maraqlandığından pulu ona verəndən bir neçə gün sonra zəng edərək «lalafo.az» elan saytından qapılar tapdığını və oradan sifariş verəcəyini bildirmişdir. Artıq 21 oktyabr 2022-ci il tarixdə Növrasta yenidən ona zəng edib «lalafo.az» elan saytında sifariş etdiyi qapıların ümumi qiymətini 1800 manata danışdığını və ilkin olaraq 500 manat beh vermək lazım olduğunu demişdir. Odur ki, Növrasta qapıları sifariş etdiyi şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7388 7303 7034 hesab nömrəsini ona göndərib 500 manat pul göndərməyini xahiş etmişdir. O, da elə 21 oktyabr 2022-ci il tarixdə də saat təxminən 11 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı ərazisindəki «MilliÖn» ödəmə terminalından 500 manat pulu qeyd olunan hesab nömrəsinə köçürüb qəbzini də Növrastaya göndərmişdir. 22 oktyabr 2022-ci il tarixdə Növrasta ona zəng edərək qapıları sifariş etdiyi şəxsin qapılar üçün kilidlər almalı olduğundan həmin şəxsin kart hesabına əlavə 300 manat da göndərməyini istəmişdir. O, da 22 oktyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində yenə də Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı ərazisindəki «MilliÖn» ödəmə terminalından 300 manat pulu Növrastanın qapıları sifariş etdiyi şəxsin ona göndərdiyi "xxxx"a məxsus 4169 7388 7303 7034 hesab nömrəsinə köçürmüşdür. Sonradan Növrasta ilə danışanda o, sifariş etdiyi qapıların 25 oktyabr 2022-ci il tarixdə onlara çatdırılacağını bildirmişdir. Lakin qeyd olunan tarixdə saat 18 radələrində Növrasta ona zəng edərək qapıların hələ də gətirilmədiyini və sifariş etdiyi şəxsin də əlavə olaraq 500 manat pul istədiyini demişdir. Bundan sonra o, Növrastagilə getmiş və Növrastadan qapıları çatdıracaq şəxsin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb qapıları çatdırandan sonra qalan pulun tam ödəniləcəyini bildirmişdir. Həmin şəxs isə guya ki, hazırda yolda olduqlarını və qapıları gətirdiklərini bildirərək ustalara yemək alması üçün də 500 manat pul ödəmələrini istəmişdir. Lakin o, ödəniş etməyəcəklərini və hazırda harada olmalarını soruşmuşdur. O, da hazırda Zabrat qəsəbəsində «Ayxan» marketin yanında olduğunu dediyindən həmin ünvana getmiş, qeyd olunan ünvanda həmin şəxsə zəng edib orada olduğunu məlumat verəndə isə o, guya ki, Maştağa qəsəbəsində olduqlarını demiş və qapıları gətirməsi üçün yenə də 500 manat pulu kartına köçürməyini istəmişdir. Ona pulun köçürülməyəcəyini cavab verəndə o da qapıları çatdırmayacağını bildirib telefonu söndürmüşdür. Daha sonra həmin şəxslə dəfələrlə əlaqə saxlamaq istəsə də, telefona cavab vermədiyindən həmin şəxsin onları aldadaraq pullarını ələ keçirdiyini başa düşmüşlər. Odur ki, 25 oktyabr 2022-ci il tarixdə də Növrasta DİN-nin 102 xidmətinə zəng edib məlumat verəndən sonra Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsində araşdırma zamanı isə Növrastanı aldadıb pulunu ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmçinin Ruslanın eyni üsulla başqa şəxsləri də aldadıb pullarını ələ keçirdiyini öyrənmişlər. Şahid X2 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci il avqust ayının sonlarında həyat yoldaşı Vaqif telefonda göstərdiyi divanı almaq istədiyini demişdir. O da həmin divanı bəyəndiyindən Vaqifə almasını demişdir. Bir neçə gün sonra o, Vaqiflə birlikdə E.Allaherdiyev küçəsində yerləşən «Bazarstore» mağazasına getmiş və orada özünü həyat yoldaşına Amin kimi təqdim edən şəxsin "xxxx"a məxsus olan 4169 7385 1824 1926 nömrəli kartına 100 manat pul vurmuşlar. Lakin həmin şəxsə Vaqifə kartın dostu Ruslanın adına olmasını demişdir. Onlar da qəbzi götürdükdən sonra qəbzdə Təqsirləndirilən şəxs adının yazılmasını görmüşlər. 29 avqust 2021-ci il tarixdə ********** saylı nömrə ilə Amin kimi özünü təqdim edən şəxs Vaqiflə əlaqə saxlayıb Bakı şəhərindən Gəncə şəhərinə mebellərin gəldiyini, onların almalı olduqları divanla televizor altlığını da gətirib Şəmkir şəhərində yaşadıqları evə verəcəklərini, həmin əşyaları gətirən şəxslərə Vaqifin nömrəsini verəcəyini demişdir. Həmin gün saat 10 radələrində ***-***-**-** mobil nömrəsdən Vaqifə zəng gəlmiş, özünü Ruslan kimi təqdim edən şəxs Bakı şəhərindən çıxdıqlarını və Şəmkirə çatıqda onlara məlumat verəcəklərini demişdir. Həmin gün saat təxminən 16 radələrində həmin şəxs Vaqifə eyni nömrədən zəng etmiş, Vaqif ona evin yerini izah etmiş, həmin şəxs yanında 2 fəhlə və 1 sürücü ilə yaşadıqları evə gəlib çatmışdır. Ruslan nömrəsinə fikir vermədikləri «Vaz-2107» markalı, ağ rəngli taksi avtomobillə gəlmiş, yanında da Gəncə şəhərindən gətirdiyi adını bilmədikləri fəhlə ilə gəlmişdir. Həmin fəhlə sonradan onlara Ruslanın onu Gəncənin qul bazarından götürdüyünü demişdir. Ruslan onların evinə daxil olub dizayner olduğunu, evə baxmalı olacağını, televizor altının hara qoyulacağını və formasını deməli olacaqlarını bildirmişdir. Ruslan evə daxil olub ölçüləri götürmüş və çay içmişlər. Bu zaman Ruslana zəng gəlmiş, zəng edən şəxs çatdıqlarını və ac olduqlarından yeməyə bir şeylər təşkil etməsini istəmişdir. Ruslan onlara ac olduqlarını demişdir. Sonra həyətdə olan avtomobil qarajında Ruslan qaimə yazaraq 700 manat göstərmişdir. Fəhləni yuxarı evə çıxartdırıb ona çay vermələrini, özünün isə maşını qarşılayıb gətirməsi üçün gedəcəyini demişdir. Ruslan onlara ödəniş etmələrini, qızının ad günü olduğundan getməli olduğunu, fəhlənin burada qaldığını və o biriləri də çatan kimi mebeli quracaqlarını demişdir. Bundan sonra Vaqif Ruslana 600 manat pul vermiş, Ruslan da həmin puldan Vaqifə 100 manat qaytarıb mebeli gətirən sürücüyə verməsini və sürücünün əmisi olmasını demişdir. Ruslan çıxıb getmiş və onlar evə qalxmışlar. Evdə fəhlə əynini dəyişəndən sonra onlar çay içərkən fəhlə onun pulunun verilmədiyini və onun pulunu da onların verəcəklərini demişdir. Vaqif bu zaman Ruslana zəng etsə də, cavab verməmişdir. Sonra fəhlə Ruslanı yığanda telefonu açmış, lakin cavab verməmiş, telefonda qışqırtı səsləri gəlmiş və bundan sonra telefona cavab verən olmamışdır. Həmin fəhlələr tanımadıqları həmin şəxsin onları Gəncədən götürüb gətirdiklərini dediklərindən onları buraxmışlar. Şahid3 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs9 onun gəlinidir və oğlu ilə birlikdə onlara məxsus ünvan 14 ünvanında özlərinə tikdirdikləri bir otaqlı evi təmir etdirdikdən sonra evin yataq otağı və mətbəxi üçün mebel almaq istəmişlər. Lakin mebellərin qiyməti baha olduğundan Leyla internet vasitəsilə tapacağı ustanın istədiyi formada mebelləri ucuz qiymətə yığması üçün elanlara baxmışdır. 24 fevral 2021-ci il tarixdə də Leyla «lalafo.az» elan saytında elanlardan birində qeyd olunan Qoşqar adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsilə əlaqə saxlayıb danışmış və hətta Qoşqar vatsap proqramı vasitəsilə Leylaya mebellərin şəkillərini göndərmişdir. Bildiyinə görə evlərinin təmiri yekunlaşandan sonra Leyla 08 mart 2021-ci il tarixdə yenidən Qoşqarla əlaqə saxlamış və mebel işlərinin görülməsi məqsədilə usta göndərməsini xahiş etmişdir. Qoşqar da əlaqə saxlaması üçün Leylanın telefon nömrəsini ustaya verəcəyini demiş, bir qədər sonra ***-***-**-** saylı telefon nömrəsindən Leylaya zəng edən Ruslan adlı şəxs usta olmasını bildirib ünvanı soruşmuş, təxminən 1 saat sonra Ruslan yaşadıqları evə gəlmişdir. Leyla Ruslana evinin yataq otağı, mətbəxi və dəhlizi üçün mebel lazım olduğunu bildirmiş, Ruslan da müvafiq ölçüləri götürəndən sonra ümumi mebellərin hamısını 2400 manata hazırlayacağını, ilkin olaraq 1200 manat verəndən sonra qalan 1200 manatı da hər ay 100 manat olmaqla 12 ay ərzində onun verəcəyi kart hesabına ödəməli olduğunu demişdir. Leyla Ruslanla razılaşmış, hazırda ona 800 manat pul verəcəyini, qalan 400 manat pulu tezliklə verəcəyini demiş, Ruslan da razılaşmışdır. 08 mart 2021-ci il tarixdə, saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, 18 ünvanında Leyla onun yanında 800 manat pulu Ruslana vermişdir. Ruslan mebelləri hansı qiymətə hazırlayacağı və nə qədər endirim edəcəyi barədə qeydiyyat apardığı vərəqi də onlara verib çıxıb getmişdir. Həmin günü saat 16 radələrində Ruslan yenidən ***-***-**-** saylı mobil nömrədən Leylaya zəng edərək 800 manat pulun mebel hazırlaması üçün alacağı materiallara kifayət etmədiyindən qalan 400 manat pulu da onun göndərəcəyi kart hesabına göndərməyini istəmişdir. Lakin Leyla hazırda 250 manat pulu olduğundan həmin pulu indi göndərməsini, qalan 150 manat pulu da 16 mart 2021-ci il tarixdə mebelləri gətirəndə nəğd olaraq ona verməsi barədə razılaşmışlar. Odur ki, 08 mart 2021-ci il tarixdə saat 17:26-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik prospektindəki «Ekonom» marketin içərisində olan «MilliÖn» ödəmə terminalından Ruslanın göndərdiyi "xxxx"a məxsus Təqsirləndirilən şəxs adına olan 4169 7385 1824 1926 saylı hesab nömrəsinə Leyla 250 manat pul göndərmişdir. 13 mart 2021-ci il tarixdə Leyla Ruslana zəng edib mebellərin hazır olubolmaması barədə maraqlanmaq istəsə də, telefona cavab verməmiş, sonrakı zənglərində isə telefona zəng çatmamışdır. X9 zəng etsə də, onun da telefonuna zəng çatmamışdır. Bundan sonra artıq həmin şəxslərin Leylanı aldadaraq pulunu ələ keçirdiklərini başa düşdüklərindən Leyla da aidiyyəti üzrə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. - xx.xx.2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs11 fotoşəkil əsasında tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs tanıyaraq ondan yaşadığı evində əlbəəl 500 manat pulu alan şəxs olduğunu bildirmişdir. - Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 28 fevral 2022-ci il tarixdə 300 manat, 01 mart 2022-ci il tarixdə 200 manat və 05 mart 2022-ci il tarixdə 300 manat pul köçürməsinə dair cəmi 3 ədəd qəbzin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 26 avqust 2021 -ci il tarixdə 100 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 08 mart 2021 -ci il tarixdə 250 manat pul köçürməsinə dair 1 ədəd qəbzin və Təqsirləndirilən şəxs düzəldəcəyini vəd etdiyi mebelin qiyməti və telefon nömrəsini yazdığı qeyd kağızının surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 300 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs məxsus "Kapital bank”a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 04 yanvar 2022-ci il tarixdə 150 manat və 09 yanvar 2022-ci il tarixdə 480 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs məxsus "Kapital bank”a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 21 may 2022-ci il tarixdə 500 manat və 22 may 2022-ci il tarixdə 490 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 1824 1926 nömrəli Umico kartına 06 iyun 2022-ci il tarixdə 626 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus "Kapital bank”a aid 4169 7388 7303 7034 nömrəli Birbank kartına 21 oktyabr 2022-ci il tarixdə, saat 13:30-da 500 manat və 22 oktyabr 2022-ci il tarixdə, saat 14:15-də 300 manat pul köçürməsinə dair 2 ədəd qəbzin fotoşəkli cinayət işinin materiallarına əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, istintaq zamanı «Kapital» bankdan 26 aprel 2022-ci il tarixli 157000/2-1924 nömrəli məktubla 2 ədəd DVD disk şəklində daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 4169-7385-1824- 1926 nömrəli plastik kart hesabından çıxarış və bankomat vasitəsi ilə nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs9 08 mart 2021 -ci il tarixdə köçürdüyü 250 manat, Zərərçəkmiş şəxs10 27 may 2021 -ci il tarixdə köçürdüyü 300 manat, Zərərçəkmiş şəxs11 26 avqust 2021 -ci il tarixdə köçürdüyü 100 manat, Zərərçəkmiş şəxs7 04 yanvar 2022-ci il tarixdə köçürdüyü 150 manat və 09 yanvar 2022-ci il tarixdə köçürdüyü 480 manat, Zərərçəkmiş şəxs2 28 fevral 2022-ci il tarixdə köçürdüyü 300 manat, 01 mart 2022-ci il tarixdə köçürdüyü 200 manat və 05 mart 2022-ci il tarixdə köçürdüyü 300 manat məbləğində pul vəsaitləri həqiqətən də Təqsirləndirilən şəxs adına və istifadəsində olan 4169-7385-1824-1926 nömrəli plastik kart hesabına mədaxil olunmuşdur. Həmçinin məlum oldu ki, köçürmələr gün ərzində saat 17:00-dan sonra həyata keçirildikdə həmin məbləğ kart hesabında növbəti gün qeydə alınmışdır. Baxış zamanı yuxarıda göstərilən əməliyyatlarla bağlı çıxarışlar cəmi 7 vərəq və 4169-7385-1824-1926 nömrəli plastik kart hesabından nağdlaşdırma əməliyyatları aparılarkən Təqsirləndirilən şəxs qeydə alınmış fotogörüntüləri cəmi 7 vərəq çap edilərək əməliyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli götürmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs anası X6 tərəfindən könüllü olaraq təqdim edilmiş Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4169 7388 7303 7034 nömrəli "Kapital” banka aid Birbank kartı götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. - 11 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus bank kartına Zərərçəkmiş şəxs2 300 manat, 200 manat və 300 manat pul köçürməsinə dair cəmi 3 ədəd qəbzin surətləri, Zərərçəkmiş şəxs11 100 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs9 250 manat pul köçürməsinə dair 1 ədəd qəbzin və Təqsirləndirilən şəxs düzəldəcəyini vəd etdiyi mebelin qiyməti və telefon nömrəsini yazdığı qeyd kağızının surəti, Zərərçəkmiş şəxs10 300 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs7 150 manat və 480 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs8 500 manat və 490 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs1 626 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs3 500 manat və 300 manat pul köçürməsinə dair 2 ədəd qəbzin fotoşəkli, «Kapital» bankdan 26 aprel 2022-ci il tarixli 157000/2-1924 nömrəli məktubla daxil olmuş 2 ədəd DVD diskindən çap edilmiş əməliyyatlarla bağlı çıxarışlar cəmi 7 vərəq və 4169- 7385- 1824-1926 nömrəli plastik kart hesabından nağdlaşdırma əməliyyatları aparılarkən Təqsirləndirilən şəxs qeydə alınmış fotogörüntüləri cəmi 7 vərəq, X6 tərəfindən könüllü olaraq təqdim edilmiş oğlu Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4169 7388 7303 7034 nömrəli “Kapital” banka aid Birbank kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmışdır. Bundan başqa, cinayət işi materiallarından görünür ki: - 16 sentyabr 2021-ci il tarixdə müstəntiq Ramil Vəliyev tərəfindən ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 01 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 28 aprel 2023-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işinə (hazırkı cinayət işinə) birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarı ilə izah etmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli Qərarla gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs9 (1050 manat), Zərərçəkmiş şəxs4 (770 manat), Zərərçəkmiş şəxs5 (620 manat), Zərərçəkmiş şəxs10 (600 manat) və Zərərçəkmiş şəxs11 (600 manat) məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizodlar, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ümumi ittihamdan xaric olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan sözügedən epizodların xaric edilməsi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tövsifinə təsir göstərmir, əməlləri eyni maddələrlə əhatə olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs11 dəymiş ziyanı isə qismən ödəməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 oktyabr 2023-cü il tarixli tələbnaməsindən və Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(032)-146/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Qeyd olunan hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-371/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı üçün, Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023cü il tarixli, 1(032)-146/2023 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 68.1.1- 1-ci maddələrinə əsasən Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(032)- 146/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, 22 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 24 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq, polis kapitanı Ramil Vəliyev tərəfindən təzələnmiş, 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 20 avqust 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə müstəntiq, polis kapitanı Ramil Vəliyev tərəfindən iş üzrə icraat təzələnərək 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və 22 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 13 yanvar 2022-ci il tarixdə Hüseynov X5 RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov tərəfindən həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 15 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə müstəntiq, polis mayoru Habil Hüseynov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı Rayon Prokurorluğuna vəsatət verilsə də, Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilərək haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə tutulduğu 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-371/2023 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-405/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkəməyə verilmiş, cinayət işi məhkəmə baxışına təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs məxsus bank kartına Zərərçəkmiş şəxs2 300 manat, 200 manat və 300 manat pul köçürməsinə dair cəmi 3 ədəd qəbzin surətləri, Zərərçəkmiş şəxs11 100 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs9 250 manat pul köçürməsinə dair 1 ədəd qəbzin və Təqsirləndirilən şəxs düzəldəcəyini vəd etdiyi mebelin qiyməti və telefon nömrəsini yazdığı qeyd kağızının surəti, Zərərçəkmiş şəxs10 300 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs7 150 manat və 480 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs8 500 manat və 490 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs1 626 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs3 500 manat və 300 manat pul köçürməsinə dair 2 ədəd qəbzin fotoşəkli, «Kapital» bankdan 26 aprel 2022-ci il tarixli 157000/2-1924 nömrəli məktubla daxil olmuş 2 ədəd DVD diskindən çap edilmiş əməliyyatlarla bağlı çıxarışlar cəmi 7 vərəq və 4169-7385-1824-1926 nömrəli plastik kart hesabından nağdlaşdırma əməliyyatları aparılarkən Təqsirləndirilən şəxs qeydə alınmış fotogörüntüləri cəmi 7 vərəq, X6 tərəfindən könüllü olaraq təqdim edilmiş oğlu Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4169 7388 7303 7034 nömrəli “Kapital” banka aid Birbank kartı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 59 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 354 manat (59x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(032)-146/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə tutulduğu 06 (altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs məxsus bank kartına Zərərçəkmiş şəxs2 300 manat, 200 manat və 300 manat pul köçürməsinə dair cəmi 3 ədəd qəbzin surətləri, Zərərçəkmiş şəxs11 100 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs9 250 manat pul köçürməsinə dair 1 ədəd qəbzin və Təqsirləndirilən şəxs düzəldəcəyini vəd etdiyi mebelin qiyməti və telefon nömrəsini yazdığı qeyd kağızının surəti, Zərərçəkmiş şəxs10 300 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs7 150 manat və 480 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs8 500 manat və 490 manat pul köçürməsinə dair 2 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs1 626 manat pul köçürməsinə dair 1 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs3 500 manat və 300 manat pul köçürməsinə dair 2 ədəd qəbzin fotoşəkli, «Kapital» bankdan 26 aprel 2022-ci il tarixli 157000/2-1924 nömrəli məktubla daxil olmuş 2 ədəd DVD diskindən çap edilmiş əməliyyatlarla bağlı çıxarışlar cəmi 7 vərəq və 4169-7385-1824-1926 nömrəli plastik kart hesabından nağdlaşdırma əməliyyatları aparılarkən Təqsirləndirilən şəxs qeydə alınmış fotogörüntüləri cəmi 7 vərəq, X6 tərəfindən könüllü olaraq təqdim edilmiş oğlu Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4169 7388 7303 7034 nömrəli “Kapital” banka aid Birbank kartı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs9 (1050 manat), Zərərçəkmiş şəxs4 (770 manat), Zərərçəkmiş şəxs5 (620 manat), Zərərçəkmiş şəxs10 (600 manat) və Zərərçəkmiş şəxs11 (600 manat) məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizodlar, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 59 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 354 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar