Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-406/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,372 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, 24 aprel 2022-ci ildə saat 01:20 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,372 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,526 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 23 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, ünvan 4 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,526 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. 23 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığından üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata bir büküm narkotik vasitə heroin almışdır. 24 aprel 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində qonşusu ilə söhbət edərkən, Post Patrul Xidməti Bölüyünün 3 nəfər əməkdaşı yaxınlaşıb özlərini təqdim etmiş, anket məlumatlarını soruşub onlardan şübhələndikləri üçün Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu və 23 aprel 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. 25 aprel 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 23 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində 5 mərtəbə dairəsi adlanan yerin yaxınlığında üzdən tanıdığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almış və həmin gün saat 20 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev 4/10 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə aparılmışdır. PB-də göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli siqaret kağızına bükülü psixotrop maddə metamfetamini təqdim etmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində, polis kiçik serjantı ratbəsində xidmət edir. 24 aprel 2022-ci il tarixdə 5 saylı patrul sektorunda digər əməkdaşlarla birlikdə xidmətdə olarkən saat 01:20 radələrində N.Abdullayev küçəsində dayanmış Təqsirləndirilən şəxs və sonuncu ilə dayanmış digər şəxsin narkotik vasitə istifadəçisinə şübhə yarandığından saxlanılaraq ərazi aidiyyatı üzrə Nizami RPİ-nin 23cü PB-nə təhvil verilmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin 23cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid6 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmədə iştirak etmiş, sonuncuya şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək narkotik maddə olduğunu və Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 163 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin 23cü Polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etmiş və Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə saat 20:30-da Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/10 ünvanda saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim edərək narkotik maddə olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitəyə bənzər maddə kağız zərfdə qablaşdırılmış və DİN-nin «Zərflər üçün» 163 saylı möhürü ilə möhürlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid7 və Şahid2 ifadələri məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmişdir. İşdə olan 24 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolda görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək narkotik maddə olduğunu və 23 aprel 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsdən 25 manata aldığını bildirmişdir. İşdə olan 23 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” və 24 iyun 2022-ci il tarixli “video-görüntüyə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünü təqdim edərək narkotik maddə olduğunu və Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/205 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1.372 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2022-ci tarixli 6/3523 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.526 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» disk cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra 1,322 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nə təhvil verilmişdir. İşdə olan 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,526 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd «DVD» disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» disk cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra 0,426 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhküm olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 23 iyun 2022-ci il tarixddə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2022-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 1,322 qram narkotik vasitə heroin və 0,426 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd «DVD» və 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 18 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 manat (18x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 1,322 qram narkotik vasitə heroin və 0,426 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar - 01 ədəd «DVD» və 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 108 (yüz səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-406/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-406/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver