Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(007)-407/2025 24.02.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – ##.##.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 49A, mənzil 11 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Gənclər və İdman Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə, bu adla hissə-hissə olmaqla Zərərçəkmiş şəxs ## #### 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ** nömrəli ünvanda yerləşən Bakı Dövlət Universitetinin qarşısında idarə etdiyi “Toyota Prius” markalı avtomobildə 300 manat, sonra Zərərçəkmiş şəxs ## #### 2024-cü il tarixdə saat 09:47-də Lerik rayonu, Piran kəndində yerləşən “Uğur” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus “Kapital Bank”ın 4769738843929997 hesab nömrəsinə göndərdiyi 700 manat, daha sonra Zərərçəkmiş şəxs ## ##### 2024-cü il tarixdə saat 14 radələrində Nərimanov rayonu, X1 küçəsi, ** nömrəli ünvanda yerləşən “Gənclik Mall”-da 1200 manat, ## ### 2024-cü il tarixdə saat 11 radələrində Nərimanov rayonu, X1 küçəsi, ** nömrəli ünvanda yerləşən “Gənclik Mall”-da 1900 manat, ## ### 2024-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu, X2 küçəsi, * nömrəli ünvanda yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında 500 manat, həmin gün, yəni ## ### 2024cü il tarixdə saat 14 radələrində Nərimanov rayonu, X1 küçəsi, ** nömrəli ünvanda yerləşən “Gənclik Mall”-da 1400 manat və ## #### 2024-cü il tarixdə saat 13 radələrində “Unibank”-ın Nizami rayonu, Qara Qarayev prospekti, ** nömrəli ünvanda yerləşən “Neftçilər” filialının qarşısında 280 manat, ümumilikdə 6.280 (altı min iki yüz səksən) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs müştəri qismində taksi ilə aparan zaman tanış olmuş və söhbət əsnasında Gənclər və İdman Nazirliyinə işə qəbul üçün sənədlərini verdiyini, lakin işindən xəbər çıxmadığını ona bildirmişdir. O, Zərərçəkmiş şəxs Xəzər rayonu, Südçülük sovxozunda götürmüş və Yasamal rayonunda düşürtməli olmuş, lakin həmin vaxtı vacib işi olduğuna görə onu metronun “Gənclik” stansiyasının yanında düşürdərək başqa taksi ilə yola salmış və əlaqə nömrəsini ona verərək ünvana çatanda məlumat verməsini bildirmiş, bir neçə ay keçdikdən sonra Səxavət ona zəng edərək Gənclər və İdman Nazirliyinə işə qəbul ola bilmədiyinə görə ona kömək etməsini xahiş etməsinə görə onunla görüşüb söhbət etdikdən sonra 6000 manata həll edə biləcəyini bildirmişdir. O, Səxavətdən ayrı-ayrı vaxtlarda ümumilikdə 6280 manat pul almış və sonuncu dəfə 280 manat pulu “Unibank”-ın Nizami rayonu, Qara Qarayev prospekti, 66 ünvanında yerləşən Neftçilər filialının qarşısında görüşüb ondan götürmüşdür. Səxavətdən işə düzəlməyə görə 4700 manat almış, qalan məbləği isə borc almışdır. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Bir övladı “epilepsiya” xəstəsidir, daimi müalicəyə ehtiyacı vardır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qısa müddət ərzində ödəyəcəkdir, ziyanın ödənilməsi barədə məhkəmə qətnaməsi vardır. Ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə taksidə tanış olmuş, səmimi söhbət zaman Azad onun Lerik rayonundan olduğunu, özünü keçmiş hərbiçi olduğunu və əvvəllər Lerik rayon sakinin hərbi xidmətdə olan zaman problemini həll etdiyini, həmçinin söhbət zamanı onun Gənclər və İdman Nazirliyinə işə düzəlmək üçün müraciət etdiyini ondan öyrənməsinə görə orada əvvəllər tanışlarının olduğunu demiş, Azad onu metronun Gənclik stansiyasının yaxınlığında düşürdərək digər taksi ilə yaşadığı ünvana yola salmış və əlaqə nömrəsini ona verərək ünvana çatdıqdan sonra əlaqə saxlamasını bildirmişdir. O, Azadın əlaqələrinin geniş olduğunu zənn etdiyi üçün onun əlaqə nömrəsini telefonunun kitabçasına yazmışdır. 2024-cü ilin mart ayında Gənclər və İdman Nazirliyinin Cənclərlə iş şöbəsinə 3 nəfərin təyinat aldığını öyrənmiş, o, işə qəbul olunmaq üçün Təqsirləndirilən şəxs zəng edərək məsləhətləşmiş, söhbət zamanı Azad onun tanışları olduğunu və öyrəndikdən sonra ona zəng edib məlumat verəcəyini bildirmişdir. Təxminən 2 gün keçdikdən sonra Azad ona zəng edərək onun işə qəbul məsələsini həll edə biləcəyini bildirmiş və “Whatsapp” tətbiq vasitəsi ilə ona müvafiq sənədlərinin şəkillərini göndərməsini bildirməsinə görə diplom, hərbi bilet, şəxsiyyət vəsiqəsi və hansı şöbədə ehtiyatda olması şəklini “web” səhifədən çəkib göndərmişdir. Sonra Təqsirləndirilən şəxs işə düzəlməsi üçün “MilliÖn” ödəmə terminalı vasitəsi ilə və şəxsən özünə hissə-hissə olmaqla 6280 manat pul vermişdir. Azad onu aldadaraq verdiyi 6280 manat pulu geri qaytarmasını tələb etməsinə görə əlaqəni kəsmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətidir, Azadın barəsində qanuni tədbir görülməsini və ona dəymiş maddi ziyanın ödənilməsinə kömək göstərilməsini xahiş edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 6280 manat borc, çəkilmiş əlavə xərclərə görə 1000 manat, cəmi 7280 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - şübhəli şəxsin tutulması barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında səs yazıları, həmçinin pulların verilməsinə dair əlyazmalar, “WhatsApp” yazışmaları olan 1 (bir) ədəd “DVD” diskə baxış keçirilmiş və baxış zamanı səs yazıları olan fayllarda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs düzəldəcəyi işinə görə inandırmaq niyyəti ilə, həmçinin aldadıb müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul istəməsi, hətta aldığı pulu qaytaracağına söz verməsi barədə səs göndərməsi, həmçinin diskə baxış zamanı “WhatsApp” yazışması müəyyən edilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs diskdə olan həmin səs yazılarının, “WhatsApp” yazışmasının ona məxsus olmasını bildirərək bir daha təsdiq etmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rauf Əfəndiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında səs yazıları, həmçinin pulların verilməsinə dair əlyazmalar, “WhatsApp” yazışmaları olan 1 (bir) ədəd “DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində ##.##.2019-cu il təvəllüdlü Həsənli Bəylər Azad oğlu adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların İcbari Dispanserizasiyasının ******* nömrəli müayinə vərəqindən görünür ki, ##.##.2019-cu il təvəllüdlü Həsənli Bəylər Azad oğluna qıcolma sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli, * №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulun bir qismini borc aldığına dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 49A, mənzil 11 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; cinayət işi üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 52 iş saatı müddətinə bərabər olmaqla, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 572 (beş yüz yetmiş iki) manat (52x11) məbləğində əmək haqqı Bakı şəhəri * saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 49A, mənzil 11 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 52 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Müdafiəçi oğluna 572 (beş yüz yetmiş iki) manat əmək haqqı Bakı şəhəri * saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-407/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-407/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver