Məhkəmə qərarları › İş №1(007)-409/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-409/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-409/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Əziz oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1972-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olan, 21 yanvar 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2024-cü il tarixdə, saat 11:25 radələrinde ünvan 1 ünvanında yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus, üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 470 manat dəyərində “Samsung A31” markalı, **********51801, **********51809 İMEİ kodlu mobil telefonu çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,633 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 21 yanvar 2024cü il tarixdə saat 17:15-də Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “8-ci kilometr” bazarında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81 B ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,633 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. 20 yanvar 2024-cü il tarixdə saat 11:30 radələrində “8-ci kilometr” bazarına getmişdir. Bazarda gəzən zaman onunla üz-üzə bir nəfər qadının gəldiyini, həmin qadının gödəkçəsinin cibindən mobil telefonun bir hissəsinin çölə çıxdığını görüb telefonu götürmək qərarına gəlmişdir. Həmin qadının arxasınca getmiş, qadın çörək satışı həyata keçirilən piştaxtaya yaxınlaşmışdır. Piştaxtanın ətrafında çoxlu adam olduğundan gizlincə qadının cibindən həmin mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Oğurladığı “Samsung A 31” markalı mobil telefonun kilidini açdırmaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Rövşən Cəfərov küçəsi 3-cü mikrorayon dairəsində yerləşən telefon mağazasına yaxınlaşmış, mağazada telefon ustası işləyən “Zaur” adlı şəxs mobil telefonun kilidini açmaq üçün 10 manat tələb olunduğunu, 21 yanvar 2024-cü il tarixdə axşam saatlarında mobil telefonu təhvil ala biləcəyini bildirmiş, o da həmin mobil telefonu ora təhvil verərək çıxıb getmişdir. Bundan başqa, 21 yanvar 2024-cü il tarixdə saat 11 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində “patı” kimi tanıdığı psixotrop maddə alıb üzərində saxlamışdır. Həmin gün saat 17 radələrində “8-ci kilometr” bazarında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu 24-cü PŞ-nə dəvət etmişlər. Şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. O əynində olan cins şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olduğunu demişdir. Əməlindən peşmandır. Oğurladığı mobil telefon zərərçəkmiş şəxsə qaytarılmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Evlidir, himayəsində xəstə arvadı, əlil uşağı vardır. Uşaqlarından biri də tələbədir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə təxminən saat 11 radələrində alışveriş etmək üçün yaşadığı evdən ünvan 5 ünvanında yerləşən “8-ci km” bazarına getmiş, həmin vaxt yanında heç kim olmamış, tək olmuşdur. Əynində qara rəngli uzun ölçülü qış gödəkçəsi olmuş, gödəkçəsinin sağ yan cibinə özünə məxsus olan “Samsung A31” markalı mobil telefonunu qoymuş, sol yan cibində isə pul olmuşdur. Bazarda təxminən 20- 25 dəqiqə müddətində alış-veriş etdikdən sonra əlində olan ağ rəngli sellofan torbalara yığılmış ərzaqlarla birlikdə yaşadığı ünvana doğru piyada hərəkət etməyə başlamışdır. Piyada hərəkət edəndə bazarda piştaxtaların üzərində çörək satıldığını görüb həmin piştaxtaya yaxınlaşmış, piştaxtanın qarşısında təxminən 3-4 nəfər şəxs olmuş, onları gözlədikdən sonra əynində olan gödəkçənin sol yan cibindən pul çıxardaraq çörək almışdır. Təxminən 15-20 metr hərəkət edib oradan uzaqlaşdıqda gödəkçəsinin sağ yan cibindən mobil telefonunu çıxartmaq istədikdə mobil telefonunun cibindən oğurlanmasını aşkar etmişdir. Dərhal orada olan şəxslərdən birinin mobil telefonunu götürərək bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. “Samsung A31” markalı telefonu iki il əvvəl 600 manata alsa da, hazırda əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən 470 manat məbləği ilə razıdır, həmçinin qeyd olunan telefonun üzərində 05 manat dəyərində ***-***-**-** saylı nömrə olmuş, lakin həmin nömrənin üzərində danışıq üçün maddi vəsait olmamış, bu səbəbdən ona məxsus mobil telefonun oğurlanmasına görə ona ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 21 yanvar 2024-cü il tarixdə “Vüqar” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 24-cü PŞ-nə məlumat daxil olmuş, “Vüqar” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 21 yanvar 2024-cü il tarixdə saat 17:15 radələrində o və əməliyyat müvəkkili Sehran Əkbərov ilə birlikdə “Vüqar” adlı şəxsin ünvan 1 ünvanında yerləşən “8-ci kilometr” bazarında dayandığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edib narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək 24-cü PŞ-nə dəvət etmişlər. Vüqar etiraz etməyərək onlarla polis şöbəsinə gəlmişdir. Şöbədə “Vüqar” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu, 21 yanvar 2024-cü il tarixdə metronun “20 Yanvar” stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manat müqabilində aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Rövşən Cəfərov küçəsində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən telefon təmiri mağazasında telefon təmiri ustası kimi fəaliyyət göstərir, eyni zamanda həmin dükanın icarədarıdır. 20 yanvar 2024-cü il tarixdə təxminən saat 15 radələrində bir nəfər yaşlı kişi mağazaya yaxınlaşaraq ailə üzvlərinə məxsus olan “Samsung A31” markalı mobil telefonu təqdim edərək ekranın kilidini açmasını xahiş etmiş, həmin şəxs özünü “Vüqar” kimi təqdim etmiş, o da həmin mobil telefonu qəbul edib 10 manat müqabilində telefonun kilidini açacağını bildirmişdir. Vüqar da razılaşaraq çıxıb getmişdir. 21 yanvar 2024-cü il tarixdə işlədiyi telefon mağazasına polis əməkdaşları yaxınlaşaraq “Vüqar” adlı şəxsin təqdim etdiyi mobil telefonun oğurluq olduğunu bildirmişlər. O sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etməmiş, çünki mobil telefonun kilidi açılmaq üçün verildikdə rəsmi sənəd tələb olunmur, ancaq mobil telefon təmir üçün verildikdə şəxsiyyət vəsiqəsi tələb olunur. Həmin mobil telefonun oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “Vüqar” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda “Vüqar” adlı şəxs tərəfindən saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, “Vüqar” adlı şəxsin olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 5(007)- 24/2024 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 21 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ yan kiçik cibindən şəffaf sellofan bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 21 yanvar 2024-cü il tarixdə metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 22 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “imza Əлийев Вугар Г...” yazı və imzalar olan zərfdə 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,633 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,633 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,583 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manatdır. - maddi sübut qismində tanınma haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 0,633 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf olunduqdan sonra qalan 0,583 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İçərisində videogörüntünün olduğu 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2024-cü il tarixli 709 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 aprel 2024-cü il tarixli 9/2645 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Samsung A 31” markalı, “SM-A315F/DS” modelli, 64 GB daxili yaddaşlı mobil telefonun yeni vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 470 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. - sübutların qiymətləndirilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Samsung A 31” markalı mobil telefonu oğurlamasını özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus “Samsung A 31” markalı mobil telefon maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qram və ondan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 06 fevral 2024-cü il tarixli tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli 3-16-17/30/2-2460/2024 nömrəli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını, evli olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 21 yanvar 2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,583 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “Samsung A 31” markalı, “SM-A315F/DS” model, 64 GB daxili yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.1ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,583 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “Samsung A 31” markalı, “SM-A315F/DS” model, 64 GB daxili yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar