Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-41/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 12, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, 28 sentyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəyərək talamışdır. Belə ki, o, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 nömrəli ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs 28 avqust 2013-cü il tarixli 15 nömrəli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, cəmiyyətlə onun arasında bağlanmış 28 avqust 2013-cü il tarixli əmək müqaviləsi və 28 avqust 2013-cü il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakın satış üçün götürməsi, daşıması və təhtəl hesabla MMC-nin xəzinəsinə gündəlik satışdan topladığ pulu təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olduğu halda, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək 28 avqust 2013-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan müddət ərzində öhdəsində olan 10.381,31 manat dəyərində şirniyyat və ərzaq məhsullarından əlavə olaraq Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından 02.09.2013-cü il tarixli 6897 nömrəli qaimə əsasında 47.885 manat, 04.09.2013-cü il tarixli 6910 nömrəli qaimə əsasında 1551.909 manat, 04.09.2013-cü il tarixli 6916 nömrəli qaimə əsasında 619.083 manat, 05.09.2013-cü il tarixli 6926 nömrəli qaimə əsasında 1418.685 manat, 07.09.2013-cü il tarixli 6942 nömrəli qaimə əsasında 360.580 manat, 07.09.2013-cü il tarixli 6944 nömrəli qaimə əsasında 621.120 manat, 09.09.2013-cü il tarixli 6956 nömrəli qaimə əsasında 561.842 manat, 10.09.2013-cü il tarixli 6963 nömrəli qaimə əsasında 683.920 manat, 11.09.2013-cü il tarixli 6969 nömrəli qaimə əsasında 262.903 manat, 12.09.2013-cü il tarixli 6979 nömrəli qaimə əsasında 932.366 manat, 13.09.2013-cü il tarixli 6987 nömrəli qaimə əsasında 1920 manat, 16.09.2013-cü il tarixli 7000 nömrəli qaimə əsasında 462.705 manat, 17.09.2013-cü il tarixli 7010 nömrəli qaimə əsasında 1092.559 manat, 17.09.2013-cü il tarixli 7014 nömrəli qaimə əsasında 611.023 manat, 18.09.2013-cü il tarixli 7028 nömrəli qaimə əsasında 438.830 manat, 19.09.2013-cü il tarixli 7034 nömrəli qaimə əsasında 356.435 manat, 20.09.2013-cü il tarixli 7044 nömrəli qaimə əsasında 536.972 manat, 21.09.2013-cü il tarixli 7051 nömrəli qaimə əsasında 34.360 manat, 23.09.2013-cü il tarixli 7061 nömrəli qaimə əsasında 23.100 manat, 24.09.2013-cü il tarixi 7074 nömrəli qaimə əsasında 510.882 manat, 26.09.2013-cü il tarixli 7089 nömrəli qaimə əsasında 803.506 manat, 27.09.2013-cü il tarixli 7095 nömrəli qaimə əsasında 123.351 manat, 02.10.2013-cü il tarixli 7109 nömrəli qaimə əsasında 1804.953 manat, 03.10.2013cü il tarixli 7122 nömrəli qaimə əsasında 306.131 manat, 03.10.2013-cü il tarixli 7125 nömrəli qaimə əsasında 497.152 manat, 04.10.2013-cü il tarixli 7136 nömrəli qaimə əsasında 440.992 manat, 05.10.2013-cü il tarixli 7152 nömrəli qaimə əsasında 166.760 manat, 07.10.2013-cü il tarixli 7162 nömrəli qaimə əsasında 380.892 manat, 08.10.2013cü il tarixli 7179 nömrəli qaimə əsasında 747.045 manat, 09.10.2013-cü il tarixli 7189 nömrəli qaimə əsasında 219.484 manat, 10.10.2013-cü il tarixli 7198 nömrəli qaimə əsasında 1275.960 manat, 11.10.2013-cü il tarixli 7209 nömrəli qaimə əsasında 302.310 manat, 12.10.2013-cü il tarixli 7217 nömrəli qaimə əsasında 540.483 manat, 14.10.2013cü il tarixli 7225 nömrəli qaimə əsasında 355.287 manat, 16.10.2013-cü il tarixli 7244 nömrəli qaimə əsasında 297.444 manat, 17.10.2013-cü il tarixli 7251 nömrəli qaimə əsasında 223.190 manat, 18.10.2013-cü il tarixli 7258 nömrəli qaimə əsasında 881.350 manat, 19.10.2013-cü il tarixli 7271 nömrəli qaimə əsasında 33.440 manat, 19.10.2013-cü il tarixli 7273 nömrəli qaimə əsasında 239.215 manat, 21.10.2013-cü il tarixli 7283 nömrəli qaimə əsasında 801.517 manat, 22.10.2013-cü il tarixli 7302 nömrəli qaimə əsasında 929.792 manat, 23.10.2013-cü il tarixli 7308 nömrəli qaimə əsasında 184.971 manat, 24.10.2013-cü il tarixli 7318 nömrəli qaimə əsasında 182.450 manat, 26.10.2013-cü il tarixli 7335 nömrəli qaimə əsasında 63.480 manat, 26.10.2013-cü il tarixli 7329 nömrəli qaimə əsasında 618.040 manat, 26.10.2013-cü il tarixli 7337 nömrəli qaimə əsasında 63.480 manat, 30.10.2013-cü il tarixli 7352 nömrəli qaimə əsasında 632.561 manat, 02.11.2013-cü tarixli 7358 nömrəli qaimə əsasında 304.583 manat, 04.11.2013-cü il tarixli 7380 nömrəli qaimə əsasında 1556.706 manat, 05.11.2013-cü il tarixli 7392 nömrəli qaimə əsasında 1230.761 manat, 06.11.2013-cü il tarixli 7403 nömrəli qaimə əsasında 913.442 manat, 07.11.2013-cü il tarixli 7413 nömrəli qaimə əsasında 1236.925 manat, 08.11.2013cü il tarixli 7427 nömrəli qaimə əsasında 871.841 manat, 11.11.2013-cü il tarixli 7452 nömrəli qaimə əsasında 602.570 manat, 12.11.2013-cü il tarixli 7460 nömrəli qaimə əsasında 421.755 manat, 13.11.2013-cü il tarixli 7477 nömrəli qaimə əsasında 452.372 manat, 15.11.2013-cü il tarixli 7487 nömrəli qaimə əsasında 5500 manat, 15.11.2013-cü il tarixli 7493 nömrəli qaimə əsasında 722.138 manat, 18.11.2013-cü il tarixli 7507 nömrəli qaimə əsasında 900.838 manat, 18.11.2013-cü iİ tarixli 7516 nömrəli qaimə əsasında 307.367 manat, 19.11.2013-cü il tarixli 7524 nömrəli qaimə əsasında 722.482 manat, 20.11.2013-cü il tarixli 7538 nömrəli qaimə əsasında 163.250 manat, 21.11.2013-cü il tarixli 7554 nömrəli qaimə əsasında 359.100 manat, 22.11.2013-cü iİ tarixli 7563 nömrəli qaimə əsasında 349.550 manat, 23.11.2013-cü il tarixli 7573 nömrəli qaimə əsasında 435.491 manat, 25.11.2013-cü il tarixli 7583 nömrəli qaimə əsasında 457.463 manat, 03.12.2013-cü il tarixli 7624 nömrəli qaimə əsasında 889.146 manat, 03.12.2013-cü il tarixli 7637 nömrəli qaimə əsasında 376.902 manat, 04.12.2013-cü il tarixli 7648 nömrəli qaimə əsasında 379.915 manat, 05.12.2013-cü il tarixli 7658 nömrəli qaimə əsasında 1960.309 manat, 06.12.2013-cü il tarixli 7678 nömrəli qaimə əsasında 441.065 manat, 07.12.2013-cü iİ tarixli 7685 nömrəli qaimə əsasında 337.605 manat, 09.12.2013-cü il tarixli 7698 nömrəli qaimə əsasında 411.839 manat, 10.12.2013-cü il tarixli 7709 nömrəli qaimə əsasında 694.282 manat, 11.12.2013-cü il tarixli 7719 nömrəli qaimə əsasında 786.228 manat, 12.12.2013-cü il tarixli 7733 nömrəli qaimə əsasında 424.955 manat, 13.12.2013-cü il tarixli 7743 nömrəli qaimə əsasında 533.399 manat, 14.12.2013-cü il tarixli 7756 nömrəli qaimə əsasında 321.531 manat, 16.12.2013-cü il tarixli 7773 nömrəli qaimə əsasında 167.505 manat, 18.12.2013-cü il tarixli 7790 nömrəli qaimə əsasında 844.418 manat, 18.12.2013-cü il tarixli 7798 nömrəli qaimə əsasında 230.160 manat, 19.12.2013-cü il tarixli 7808 nömrəli qaimə əsasında 295.378 manat, 20.12.2013-cü il tarixli 7826 nömrəli qaimə əsasında 78.600 manat, 20.12.2013-cü il tarixli 7829 nömrəli qaimə əsasında 167.326 manat, 21.12.2013-cü il tarixli 7837 nömrəli qaimə əsasında 789.802 manat, 23.12.2013-cü il tarixli 7850 nömrəli qaimə əsasında 260.026 manat, 23.12.2013-cü il tarixli 7854 nömrəli qaimə əsasında 255.460 manat, 24.12.2013-cü il tarixli 7856 nömrəli qaimə əsasında 1612.461 manat, 25.12.2013-cü il tarixli 7871 nömrəli qaimə əsasında 296.499 manat, 26.12.2013-cü il tarixli 7887 nömrəli qaimə əsasında 95.874 manat, 28.12.2013-cü il tarixli 7901 nömrəli qaimə əsasında 1007.598 manat, 30.12.2013-cü il tarixli 7911 nömrəli qaimə əsasında 349.671 manat, 04.01.2014-cü il tarixli 7918 nömrəli qaimə əsasında 73.200 manat, 06.01.2014-cü il tarixli 7929 nömrəli qaimə əsasında 351.152 manat, 07.01.2014-cü il tarixli 7946 nömrəli qaimə əsasında 474.670 manat, 08.01.2014-cü il tarixli 7958 nömrəli qaimə əsasında 631.408 manat, 08.01.2014-cü il tarixli 7962 nömrəli qaimə əsasında 44 manat, 09.01.2014-cü il tarixli 7982 nömrəli qaimə əsasında 295.922 manat, 10.01.2014-cü il tarixli 7988 nömrəli qaimə əsasında 48.800 manat, 10.01.2014-cü il tarixli 7990 nömrəli qaimə əsasında 1032.830 manat, 11.01.2014-cü il tarixli 8009 nömrəli qaimə əsasında 593.528 manat, 13.01.2014cü il tarixli 8016 nömrəli qaimə əsasında 584.784 manat, 14.01.2014-cü il tarixli 8034 nömrəli qaimə əsasında 631.823 manat, 15.01.2014-cü il tarixli 8052 nömrəli qaimə əsasında 164.463 manat, 16.01.2014-cü il tarixli 8057 nömrəli qaimə əsasında 653.098 manat, 17.01.2014-cü il tarixli 8073 nömrəli qaimə əsasında 628.475 manat, 18.01.2014cü il tarixli 8081 nömrəli qaimə əsasında 622.330 manat, 21.01.2014-cü il tarixli 8096 nömrəli qaimə əsasında 121 manat, 22.01.2014-cü il tarixli 8108 nömrəli qaimə əsasında 490.002 manat, 23.01.2014-cü il tarixli 8133 nömrəli qaimə əsasında 636.083 manat, 24.01.2014-cü il tarixli 8142 nömrəli qaimə əsasında 468.110 manat, 25.01.2014-cü il tarixli 8152 nömrəli qaimə əsasında 580.542 manat, 29.01.2014-cü il tarixli 8179 nömrəli qaimə əsasında 106.675 manat, 30.01.2014-cü il tarixli 8192 nömrəli qaimə əsasında 479.682 manat, 03.02.2014-cü il tarixli 8204 nömrəli qaimə əsasında 629.660 manat, 05.02.2014-cü il tarixli 8230 nömrəli qaimə əsasında 690.460 manat, 04.02.2014-cü il tarixli 8212 nömrəli qaimə əsasında 3053.796 manat, 06.02.2014-cü il tarixli 8242 nömrəli qaimə əsasında 729.500 manat, 07.02.2014-cü il tarixli 8258 nömrəli qaimə əsasında 614.470 manat, 08.02.2014-cü il tarixli 8279 nömrəli qaimə əsasında 859.300 manat, 12.02.2014-cü il tarixli 8318 nömrəli qaimə əsasında 380.240 manat, cəmi 68.855,84 manat dəyərində satış məqsədi üçün şirniyyat və ərzaq məhsullarını qəbul etmiş və öhdəsində ümumilikdə olan 79.237,15 manat dəyərində şirniyyat və ərzaq məhsullarının satışından əldə etdiyi 50.781,87 manat satış pulunu cəmiyyətin ünvan 2 ünvanda yerləşən xəzinəsinə, istifadə müddəti keçmiş və satılmamış 5349,16 manat dəyərində məhsulları MMC-nin anbarına, habelə işdən azad olunarkən ona təhkim olunmış ərazidə yerləşən ticarət obyektlərindən təhvil-təslim aktlarına əsasən cəmi 20.636,92 manat dəyərində məhsulları MMC-yə təhvil vermiş, öhdəsində qalan ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-nin 2469,20 manat pul vəsaitini isə mənimsəmə yolu ilə talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 avqust 2013-cü il tarixli əmrlə Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləmişdir. Cəmiyyətlə arasında bağlanmış 28 avqust 2013-cü il il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən həmin tarixdən 03 fevral 2014-cü il tarixədək olan müddət ərzində ərazini təhvil götürəndə öhdəliyinə avtomatik olaraq əvvəlki satış təmsilçilərindən təxminən 10.000 manat dəyərində şirniyyat və ərzaq məhsulları keçmiş, bundan əlavə Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından satış qaimələri əsasında müxtəlif məbləğlərdə xatırlamadığı dəyərdə satış məqsədi üçün şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, bu məhsulların satışından əldə etdiyi pulun böyük hissəsini cəmiyyətin xəzinəsinə ödəmiş, istifadə müddəti keçmiş və satılmamış məhsullar olanda, həmin məhsulları da MMC-nin anbarına geri qaytarmışdır. İş prosesinə əsasən o, satış qaiməsi əsasında anbardan malı təhvil alıb “B” və “C” kateqoriyalı satış nöqtələrinə paylamış, malın dəyəri ödəniləndə isə pulu cəmiyyətin kassasına mədaxil olunması üçün kassirə təqdim etmiş, kassir də bu barədə kassa qəbzi tərtib etmişdir. İşdən azad olunanda təhkim olunmuş ərazidə yerləşən ticarət obyektlərində satılmamış malları təhvil-təslim edəndə təxminən 20.000 manat dəyərində məhsulları təhvil versə də, təxminən 1700-1800 manat dəyərində məhsul xırda mağazalarda qaldığına görə həmin məhsulları ondan təhvil götürməmişlər, həmçinin təhvil-təslim prosesində onun öhdəliyində təxminən 2400 manat dəyərində çatışmazlıq aşkar edilmişdir. O, həmin pulu öz şəxsi ehtiyacı üçün götürdüyünü şirkətdə də bildirmiş, həmin puldan 1200 manatı Nizami rayon prokurorluğunda araşdırma aparıldığı təxminən 2014-cü ili əhatə edən dövrdə Mirzə adlı mülki geyimli şəxsə uzun müddət keçdiyinə görə xatırlamadığı kabinetdə Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil edilməsi üçün ödəmiş və bu barədə tərtib edilmiş sənədi imzalamışdır. 18 fevral 2014-cü il tarixli yazılı iltizam onun özü tərəfindən əlyazma qaydasında yazılmış, həmin iltizamda cəmiyyətə mənimsəmə yolu ilə ziyan vurduğunu etiraf etmişdir, Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın 2469,20 manat olduğunu qəbul edir, lakin həmin pulun 1200 manatını ödəmişdir. Əməlindən səmimi peşmançılıq hissləri keçirir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin 28 avqust 2013-cü il tarixli 15 nömrəli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləmiş, cəmiyyətlə onun arasında 28 avqust 2013-cü il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs MMC-də 28 avqust 2013-cü il tarixdən 01 mart 2014-cü il tarixədək işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə MMC-yə məxsus özgə əmlakı olan, satış məqsədi ilə şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, öhdəsində həmin məhsulların satışından əldə etdiyi 2469,20 manat pul vəsaitini isə mənimsəmə yolu ilə talamış, hal-hazıradək də cəmiyyətə ödəməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini, dəymiş maddi ziyanın halhazıradək ödənilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən, onun rəhbəri olduğu Zərərçəkmiş şəxs 28 avqust 2013-cü il tarixli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləmiş, cəmiyyətlə onun arasında bağlanmış 28 avqust 2013-cü il il tarixli əmək müqaviləsi və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən qeyd olunan tarixdən 03 fevral 2014-cü il tarixədək olan müddət ərzində ərazini təhvil götürəndə öhdəliyinə avtomatik olaraq keçən 10.381,31 manat dəyərində şirniyyat və ərzaq məhsullarından əlavə olaraq Zərərçəkmiş şəxs MMC-nin anbarından satış qaimələri əsasında müxtəlif məbləğlərdə, cəmi 68.855,84 manat dəyərində satış məqsədi üçün şirniyyat və ərzaq məhsullarını qəbul etmiş və öhdəsində ümumilikdə olan 79.237,15 manat dəyərində şirniyyat və ərzaq məhsullarının satışından əldə etdiyi 50.781,87 manat satış pulunu cəmiyyətin xəzinəsinə, istifadə müddəti keçmiş və satılmamış 5349,16 manat dəyərində məhsulları MMC-nin anbarına geri qaytarmış, işdən azad olunarkən ona təhkim olunmuş ərazidə yerləşən ticarət obyektlərindən təhvil-təslim aktlarına əsasən cəmi 20.636,92 manat dəyərində satılmamış məhsul olmuş və nəticədə 02 dekabr 2014-cü il tarixdə keçirilmiş audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində ümumilikdə 2469,20 manat satış pulunun çatışmazlığı aşkar edilmişdir. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq hər cari ayın sonunda çatışmamazlığın olması haqqında üzləşmə aktı tərtib olunmuş və Təqsirləndirilən şəxs həmin aktların, o cümlədən satış qaimələrin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə kassir işi vakant olduğuna görə şirkətin xəzinəsinə mədaxil edilən pulları özü qəbul edib kassaya mədaxil edərək mədaxil orderi tərtib edib imzalamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil etdiyi ödənişlərlə bağlı istintaqa təqdim edilən kassa mədaxil orderlərindəki imzaların da hamısı ona məxsusdur. Cəmiyyətdə satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs öhdəliyində yaranmış 2469,20 manat satış pulu çatışmazlığı ilə bağlı Nizami rayon prokurorluğuna müraciət edilənədək və müraciət edildikdən sonra araşdırma dövründə vurulmuş zərərin ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən şirkətin kassasına hər hansı məbləğdə pul vəsaiti mədaxil edilməmiş və yaxud onun xeyrinə mədaxil edilməsi üçün təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 poçt vasitəsi ilə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş, müəyyən olunmuşdur ki, onun ifadəsi Şahid1 ifadəsi ilə oxşar məzmunda olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 10 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi X3 Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən və həmin maddə ilə olan epizod üzrə cinayət işinin istintaqı tamamlandığından cinayət işi məhkəməyə verilmiş, cinayət işinin materiallarından X1, X6, Təqsirləndirilən şəxs və X2 barələrində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrı icraatda istintaq edilməsi üçün icraata qəbul edilmişdir. (İ cild i.v. 1-5) - 02 dekabr 2014-cü il tarixli audit aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 28 avqust 2013-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan dövr ərzində 2469,20 manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. (İ cild i.v. 205-208) -Tam fərdi maddi məsuliyyət haqqında müqavilədən və tam maddi məsuliyyət haqqında 28 avqust 2013-cü il tarixli əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus malları anbardan qəbul etdikdən sonra onların dəyərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. (İİ cild i.v. 9, 11) -Tam maddi məsuliyyət haqqında 28 avqust 2013-cü il tarixli öhdəlikdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işə götürülən zaman satış məqsədilə MMC-nin anbarından götürülmüş ümumi dəyəri 10.381 manat olan malların dəyərini MMC-nin xəzinəsinə ödəməyi öz üzərinə götürüb maddi məsuliyyət daşıdığını bəyan etmişdir. (İİ cild i.v. 10) - 28 avqust 2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. (İİ cild i.v. 14-18) -Təqsirləndirilən şəxs tərəfindən əlyazma üsulu ilə tərtib edilmiş 18 fevral 2014-cü il tarixli iltizamda aşağıdakılar göstərilmişdir: “Mən, Təqsirləndirilən şəxs bu iltizamı ondan ötrü verirəm ki, həqiqətən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyirəm, 17.02.2014-cü il tarixdə ərazidə olan mağazaları yeni satış təmsilçisinə təhvil verdim. Təhvil-təslim edəndən sonra ərazidə 4005 manat çatışmazlıq yaranmışdır. Bu məbləğdən 2232 manat şirkət tərəfindən mənə edilən etibardan istifadə edərək mənimsəmişəm, qalan 1773 manat isə yığa bilmədiyimçün mağazalarda qalıb. Söz verirəm ki mənimsədiyim 2232 manatı bir ay ərzində şirkətin xəzinəsinə ödəyəcəm. Əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığımı dərk edirəm”. (İİ cild i.v. 19) -Zərərçəkmiş şəxs MMC-nin rəhbərinin 28 avqust 2013-cü il tarixli 15 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MMC-yə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. (İİ cild i.v. 20) -Zərərçəkmiş şəxs MMC-nin rəhbərinin 01 mart 2014-cü il tarixli 1 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs öz xahişi ilə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. (İİ cild i.v. 21) - 28 avqust 2013 - 02 sentyabr 2011-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi kimi işə başlayarkən xidməti ərazisində fəaliyyət göstərən mağazalarda olan 10.381,31 manat məbləğdə borcu təhvil götürmüşdür. (İİ cild i.v. 22-34) - 10 fevral 2014 - 15 fevral 2014-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi kimi işdən çıxarkən xidməti ərazisində fəaliyyət göstərən mağazalarda olan 20.636,92 manat məbləğdə borcu təhvil vermişdir. (İİ cild i.v. 35-49) - 28 avqust 2013 - 01 mart 2014-cü il tarixləri əhatə edən brak və qaytarma qaimələrindən görünür ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsiİçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs adına buraxılmış 5349,16 manat məbləğdə istifadə müddəti keçmiş və satılmamış mal şirkətin anbarına geri qaytarılmışdır. (İİ cild i.v. 50-263) - 02 sentyabr 2013 - 12 fevral 2014-cü il tarixli satış qaimələrindən (“anbara sifariş” sənədləri) görünür ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında şirkətin anbarından 68.855,84 manat dəyərində mal buraxılmışdır. (İİ cild i.v. 264-360, İİİ cild i.v. 1-43) -Kassa qəbzlərindən görünüı ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs adına 50.781,87 manat satış pulu şirkətin kassasına mədaxil edilmişdir. (İİİ cild i.v. 44-112) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair 19 avqust 2020-ci il tarixli 9/2922 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 28 avqust 2013-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan dövr ərzində 2469,20 manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs öhdəsində əmələ gəlmiş çatışmazlığın əmələ gəlmə səbəbi toplanmış satış pulunun kassaya tam təhvil verilmədiyindən ibarətdir. (İİİ cild i.v. 115-118) -Sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair qərar qəbul edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, 2469,20 manat məbləğ Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmadığına görə Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, qaytarma, brak qaimələri, kassa ödəniş qəbzləri, iltizam və təhvil-təslim aktları öz xüsusiyyətinə və əlamətlərinə, üzərlərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində qəbul olunaraq cinayət işində saxlanılmışlar. (İİİ cild i.v. 120-125) -Zərərçəkmiş şəxs MMC-nin 30 sentyabr 2020-ci il tarixli 47/3 nömrəli məktubundan görünür ki, cəmiyyətdə satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs öhdəliyində yaranmış 2469,20 manat satış pulu çatışmazlığı ilə bağlı Nizami rayon prokurorluğuna müraciət edənə qədər və müraciət etdikdən sonra araşdırma dövründə vurulmuş zərərin ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən şirkətin kassasına hər hansı məbləğdə pul vəsaiti mədaxil edilməmiş və yaxud onun xeyrinə mədaxil edilməsi üçün təqdim edilməmişdir. (i.v. 150) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 4) Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdadiəçisini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Nizami rayon prokurorluğunda araşdırma aparıldığı müddətdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 2469,20 manat məbləğində pul vəsaitinin 1200 manatını MMC-yə ödənilməsi üçün prokurorluğun Mirzə adlı əməkdaşına ödədiyini göstərsə də, işin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğundan alınmış 05 oktyabr 2020-ci il tarixli 10/1362 nömrəli məktubda 2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğunda Mirzə adlı şəxsin işləmədiyi göstərilmişdir, eyni zamanda buna dair sübutlar məhkəmə iclasında da müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, həmin məsələnin araşdırılması təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinə hər hansı formada təsir göstərmir, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edildiyi qaydada təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə səbəb olmur, bu məsələ yalnız mülki iddia verildiyi halda, araşdırma predmeti ola bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də 28 avqust 2013-cü il tarixdən 01 mart 2014-cü il tarixədək işləmiş, həmin dövrdə onun hesabında ona etibar edilmiş özgə əmlakı olan 2469,20 manat məbləğində satış pulunun çatışmazlığı, öz qulluq mövqeyindən istifadə edilməklə mənimsənildiyi aşkar olunmuşdur. Cinayət qanunvericiliyinə görə, mənimsəmə cinayəti davam edən cinayətdir, şəxsin son iş günü həmin cinayət başa çatmış hesab olunur, belə olan halda 01 mart 2014-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsindən azad edilən Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi həmin tarixdə də başa çatmaqla, artıq cinayət əməlinin törədildiyi gündən yeddi ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən hal-hazırdək yeddi ildən artıq müddət keçmişdir, həmin iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları müəyyən edilməmişdir, habelə, bu müddətdə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; iş üzrə vurulmuş maddi ziyan ödənilməsə də, zərərçəkmiş hüquqi şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq qərarlar əsasında dəvət olunmuş vəkilin iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, qaytarma, brak qaimələri, kassa ödəniş qəbzləri, iltizam və təhvil-təslim aktları saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 145 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-41/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-41/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver