Məhkəmə qərarları › İş №1(007)-41/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-41/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-41/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1973-cü il tarixdə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Cavad küçəsi, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 2-də yaşayan, 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa “Eldəniz” adı ilə məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 övladı Şahid1 iş axtarışında olduğunu bildikdən sonra dövlət qurumlarında çalışan müəyyən şəxslərin əlaqələrindən istifadə etməklə Şahid1 5 saylı “ASAN” xidmət mərkəzinə işə düzəltməkdə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 05 avqust 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanının qarşısında 10000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 01 sentyabr 2011-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində baş tibb bacısı vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa “Eldəniz” adı ilə məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 arvadı Şahid2 Bakı şəhərində yerləşən təcili tibbi yardım şöbələrindən birinə tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 2021-ci ilin iyun ayının ortalarında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında 1500 manat, 2021-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 arvadı Şahid2 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən “Ayla” adlı mağazadakı “Milliön” post terminal aparatından Təqsirləndirilən şəxs övladı Şahid5 adına olan kart hesabına köçürtdüyü 500 manat, 500 manat və 1000 manat, ümumilikdə 2000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində saat 14 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 arvadı Şahid2 vasitəsi ilə göndərdiyi 2000 manat, ümumilikdə 5500 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 5500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Respublika Klinik Xəstəxanası”nda baş tibb bacısı işləmiş, 2021-ci ilin iyul ayının təxminən 1-də ərizə yazaraq işdən çıxmışdır. Əvvəldən tanıdığı Əli onu Orucla tanış etmiş və o, Oruca 2021-ci ilin avqust ayında qızını 5 saylı “ASAN” xidmətə işə düzəldə biləcəyini bildirmişdir. Buna görə tam anket məlumatlarını bilmədiyi, Zabrat qəsəbəsində yaşadığını bildiyi Eldəniz Rzayev adlı tanışının xatırlamadığı mobil nömrəsini Oruca vermişdir. 05 avqust 2021-ci il tarixdə Orucun qızını işə düzəltmək üçün Orucdan 10000 manat pul almış, Oruc özü ona notariusa getmələrini və ondan aldığı pulu borc kimi rəsmiləşdirmələrini istəmişdir. O da buna etiraz etməmiş və Orucdan aldığı 10000 manat pulu ondan borc kimi alması ilə bağlı müqavilə bağlamışdır. Müqavilədə Orucdan 14000 manat borc alması göstərilsə də faktiki Orucdan 10000 manat pul almışdır. Həmin pulu o, 05 avqust 2021-ci il tarixdə Nizami rayonu, “Q.Qarayev” metrosunun yaxınlğındakı 50 saylı notariusda almış, Orucun qızı Həyatın avqust ayının sonuna kimi “ASAN” xidmətə işə düzələcəyini bildirmişdir. Bundan sonra Oruc özü Eldənizlə telefonla danışmış və Həyatı da işə Eldənizin köməyi ilə düzəldəcəyini bildirmişdir. Lakin bir müddət keçmiş, Həyatın işə düzəlməsi alınmamışdır. Buna görə təxminən 2021-ci ilin oktyabr ayında 5000 manat pulu “Q.Qarayev” metrosunun yanında Oruca geri qaytarmışdır. Qalan 5000 manat pulunun onda olduğunu və həmin pulu da özünün qaytaracağını bildirsə də, qaytara bilməmişdir. Bundan başqa 2021-ci ilin iyun ayında tanışı Gülfirə bir nəfər tanışının olduğunu və təcili yardıma işə düzəlmək istədiyini ona bildirmişdir. O da həmin şəxsi işə düzəldə biləcəyini demişdir. Bundan sonra iyun ayında Gülfirə ilə işə düzəltmək istədiyi Cavidə əri Məhəmmədlə işlədiyi “Respublika Klinik Xəstəxanası”na iş otağına gəlmişlər. Orada o, Cavidənin təcili tibbi yardıma işə götürülməsi üçün 5500 manat pul lazım olmasını demiş, Məhəmməd də həmin vaxt iş otağında ona ilkin olaraq 1500 manat pul vermişdir. O, Eldənizə arxayın olmış, Cavidənin sənədlərini Eldənizlə görüşüb ona vermişdir. Bundan sonra Cavidə ilə telefonda danışıb 2000 manat da pul verməsini deyib, pulu oğlu Turalın adına olan karta göndərməsi istəmiş, Turalın adına olan kartın şəklini “watsapp”la Cavidəyə göndərmişdir. Bir qədər sonra pul kartına gəlmiş və kartdan pulu çıxarmışdır. Bir neçə gün sonra Cavidə ilə yenə telefonda danışmış və qalan 2000 manat pulu da verməsini istəmişdir. Cavidə isə evinə gəlmək lazım olduğunu bildirmiş, ona görə Cavidənin yaşadığı Nizami rayonu, M.Şərifli küçəsindəki evinin önünə getmişdir. Cavidə həmin binanın qarşısına gəlmiş və orada ona 5500 manatdan qalan 2000 manat pulu da vermişdir. Beləliklə o, Cavidədən 5500 manat pul almış olmuşdur. Lakin sonradan Eldəniz işlərin alınmamasını bildirdiyi, özü də pulu ehtiyaclarına xərclədiyi üçün nə Cavidəni işə düzəldə bilmiş, nə də onun pulu geri qaytara bilmişdir. Cavidənin işi düzəlsə həmin 5500 manat puldan bir hissəni Eldənizə verməli olmuşdur. Cavidədən 5500 manat borc alması ilə bağlı yazılı sənədi o, sonuncu dəfə Cavidədən yaşadığı binanın qarşısında 2000 manat pulu alarkən öz əlyazısı ilə yazıb Cavidəyə vermişdir ki, onlar arxayın olsunlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslərdən aldığı pulları tamamilə qaytarmışdır, lakin onlarla barışıq əldə edə bilməmişdir. Əməllərindən səmimi peşmandır. Həyat yoldaşı birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, döyüşlərdə yaralanaraq birinci qrup əlil olmaqla onun himayəsindədir, daim kənar şəxsin köməyinə, qayğısına ehtiyacı vardır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində şərti cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əli adlı tanışının xalası onun qonşusudur və Əli öz xalasının evinə qonaq gəlib-gedərkən onunla tanış olmuşlar, həmçinin, Əli onun yerlisidir. 2021-ci ilin aprel ayında qızı Həyatı işə düzəltmək istəmişdir. Əliyə bu barədə deyərkən, o, “Respublika Klinik Xəstəxanası”nda çalışan Çimnaz adlı qadını tanıdığını və Çimnazın Əliyə “ASAN” xidmətdə işə girmək istəyən olarsa deməsini tapşırdığını ona bildirmişdir. Əli eyni zamanda demişdir ki, xəstəxanaya gedib Çimnazı özü görsün, tam arxayın olduqdan sonra onunla iş barədə danışsın. O da 2021-ci ilin aprel ayında Əlidən Çimnazın nömrəsini almış və qızı Həyatla birlikdə onun iş yerinə getmişlər. Onlar “Respublika Klinik Xəstəxanası”nın 4-cü mərtəbəsində “baş tibb bacısı” yazısı olan otağına daxil olmuşlar, orada Çimnazla söhbət zamanı o, bir nəfər tanışı olduğunu və 14000 manat pula kim istərsə “ASAN” xidmətə işə düzəltməyə kömək edə biləcəyini demişdir. O da Çimnazla bir az da söhbət edib çıxıb getmişdir. Daha sonra Çimnazın bildirdiyi lazım olan sənədləri yığmış və ona vermişdir. Lakin Çimnazın istədiyi 14000 manat pulu hələ ki, ona verməmişdir. 2021-ci ilin iyul ayında Çimnazdan qızının işə düzəlməsi barədə real hərəkətlər görmədiyi üçün ona verdiyi sənədlərini geri almış və onunla əlaqəni kəsmişdir. Lakin, 2021-ci ilin iyul ayının sonunda Çimnaz ona zəng edib qızının işə girib-girmədiyini soruşmuşdur. O, qızının işləmədiyini dedikdə, Çimnaz artıq qızının sənədlərinə baxıldığını, onun “CV”ni bəyəndiklərini, qızını işə götürəcəklərini ona bildirmişdir. Bundan sonra Çimnaz ondan qızının nömrəsini istəmiş və yaxın zamanda qızına zəng gələcəyini bildirmişdir. Bundan 3 gün sonra qızına zəng gəlmiş və onu “Koroğlu” metrosunun yaxınlığındakı “ASAN” xidmətə dəvət etmişlər. Qızı Həyat da həmin tarixdə qeyd olunan “ASAN” xidmətə getmiş və bir qədər sonra evə qayıdıb özünü direktor müavini kimi təqdim edən şəxsin onu direktorun otağına apardığını, ona suallar verdiyini və s. kimi danışarkən, o, artıq Çimnazdan əmin olmuş və Çimnazla telefonda 10000 manat pulu ona verəcəyi barədə razılaşdıqları üçün 05 avqust 2021-ci il tarixdə “Q.Qarayev” metrosunun yaxınlığındakı notariusda Çimnazla görüşmüş, həmin 50 saylı notariusda 10000 manat pulu Çimnaza vermiş, pulu Çimnaza verərkən guya ona borc kimi pul verirmiş kimi müqavilə bağlamışdır. Lakin, həmin müqavilədə guya Çimnaza 14000 manat borc pul verməsi ilə bağlı müqavilə bağlamışdır. Faktiki o, Çimnaza 10000 manat pul vermişdir. O, Əli ilə danışanda Əli ona məsləhət vermişdir ki, Çimnaza pulu verərkən sənəd tərtib edib versin, çünki o, Çimnazı tanımamışdır. Bundan sonra Çimnaz ona avqustun sonunda qızını işə çağıracaqlarını bildirmişdir. O da avqust ayını da, sentyabr ayını da Çimnazı gözləmişdir. Lakin, Çimnaz hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa davam etmişdir. Sentyabr ayının əvvəllərində özünü Eldəniz kimi təqdim edən şəxs ona ***-***-**-** nömrəsindən zəng edərək qızının işinə kömək etdiyini və gözləməsini demişdir. O, həmin Eldəniz adlı şəxsin də onu aldatdığını öyrənərkən Eldənizə onu aldatmamalarını, pulunu geri qaytarmalarını demişdir. Eldəniz isə ona pul verilmədiyini, pulu Çimnaza verdiyini və ondan da tələb etməsini demiş, ondan sonra Eldənizin telefon nömrəsi bağlanmışdır. O, Eldənizi görməmişdir, onunla bir-iki dəfə telefonda danışmışdır, Eldəniz ona səbirli olmasını, işin düzələcəyini demiş, lakin qızının işini özünün düzəldəcəyi barədə ona heç nə deməmişdir. Eldəniz ona demişdir ki, işin görülməsinə cavabdeh Çimnazdır, onun özü sadəcə sənədləri “gətir-götür” işlərinə baxır. O, Çimnazdan əl çəkməmiş və onu polisə verəcəyini deyərkən Çimnaz 22 oktyabr 2021-ci il tarixdə “Q.Qarayev” metrosunun yanında 5000 manat pulu ona qaytarmış, qalan 5000 manatı da bir aya qaytaracağına söz vermişdir. Buna baxmayaraq Çimnaz sonrakı müddətdə həmin məbləğdə pulunu qaytarmamışdır. Bir müddət sonra isə Çimnaz artıq telefonunu da açmamışdır. Çimnazla aralarında “watsapp” yazışmaları vardır, həmin yazışmaları təhqiqata təqdim etmişdir. O, Çimnaza notariusda pulu verərkən Çimnaz avtomobildə bir kişi göstərib atası Əsabəli olmasını da demişdir. Çimnazla danışarkən o, hərdən telefonu bir nəfər kişiyə verib guya atası olmasını bildirmişdir. Həmin kişi də Çimnazın atası olmasını və Çimnazın yaxın vaxtda pulunu geri qaytaracağını ona demişdir. Bundan başqa qızına zəng etmiş şəxs özünü Vaqif kimi tanıtsa da, əslində Vaqif adlı şəxs ümumiyyətlə yoxdur. Çünki o, Eldənizlə danışarkən qızına onun səsini qulaq asdırmışdır, qızı Eldənizin səsini tanımış və özünü Vaqif kimi təqdim etmiş şəxsin əslində Eldəniz olduğunu bilmişlər. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəsə də, ondan şikayətçidir, belə ki, 10000 manat pul hesabına iki il ərzində gəlir əldə edə bilərdi, təqsirləndirilən şəxs buna görə və vurduğu digər ziyanlara görə əlavə ödənişlər etməlidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, arvadı Cavidə əvvəllər hərbi hospitalda tibb bacısı işləmişdir. Sonra o, işdən çıxmış və bundan sonra Cavidə ona iş tapması üçün keçmiş iş yoldaşı, sanitar işləyən X4 ilə danışarkən o, “Respublika Klinik Xəstəxanası”nda çalışan Çimnaz adlı qadını tanıdığını, Çimnazın iş tapa biləcəyini onlara demişdir. 2021-ci ilin iyun ayında o, arvadı Cavidə və Gülfirə ilə birlikdə əvvəldən danışdıqları kimi həmin xəstəxanaya getmişlər. Orada Çimnazın otağına qalxmışlar, Çimnazın otağında söhbət etdikdən sonra Çimnaz öz istəklərinə uyğun hansısa rayonun təcili tibbi yardım şöbəsində arvadına tibb bacısı işi tapacağına söz vermişdir. Onlar əvvəldən Gülfirə ilə danışdıqları üçün Gülfirənin məsləhəti ilə üzərində 1500 manat pul və arvadının sənədlərini götürmüşdür. Gülfirə onlara işin görülməsi üçün əvvəldən pul verilməli olduğunu, Çimnazın iş görməsi üçün 1500 manat pulu əvvəldən gətirməyini istədiyini onlara bildirmişdir. Buna görə də o, üzərində olan 1500 manat pulu iş otağında Çimnaza vermiş, Çimnaz onlara yüksək vəzifəli şəxslərin köməyi ilə arvadını ya Nizami rayonunun və ya Bakı şəhərinin başqa rayonlarının birinin təcili yardım şöbəsində tibb bacısı işinə düzəldəcəyinə söz vermişdir. Çimnaz həmin vaxt işin tam həlli üçün 5500-7000 manat arası pul lazım olacağını bildirmişdir. Bundan təxminən 5-6 gün sonra Çimnaz Cavidəyə zəng edib oğlu Şahid5 adına olan kartın şəklini onun mobil nömrəsinin “watsapp” tətbiqinə göndərmiş və işin növbəti mərhələsi üçün 2000 manat pulu karta köçürməsini demişdir. Çimnazın deməsinə görə həmin 2000 manat pul onun Səhiyyə Nazirliyindəki tanışına çatmalı olmuşdur. Qayınanası Şahid3 və arvadı Cavidə mağazaya gedib, “milliön” aparatı vasitəsilə həmin karta 2000 manat nağd pulu 500 manat bir dəfə, 500 manat bir dəfə, 1000 manat da bir dəfə olmaqla göndərmişlər. Bir neçə gün sonra Çimnaz yenə işin son mərhələsi üçün 2000 manat pulun da lazım olmasını demiş və əvvəldən danışdığı kimi 2021-ci ilin dekabr ayının əvvəllərində saat 14 radələrində onların Nizami rayonu, M.Şərifli küçəsində yaşadıqları 2A nömrəli binanın qarşısına gəlmişdir. Cavaidə pulu Çimnaza vermək üçün binanın qarşısına düşmüş, özü və qayınanası Gülşən evin həyətə baxan pəncərəsindən baxmışlar, həmin vaxt Cavidə 2000 manat nağd pulu Çimnaza vermişdir, bunu onlar görmüşlər. Bundan sonra Çimnaz onları hər dəfə işinin düzələcəyi barədə arxayın etsə də, işi düzəltməmiş, pulunu isə qaytarmamışdır. Sonradan Çimnazla danışarkən aldığı pulu inkar etməsin deyə öz əl yazısı ilə ona pul verdiyini yazdırmışdır. Lakin, Çimnaz həmin yazıda guya onlara borclu olmasını göstərmişdir. Çimnaza arvadını işə düzəltməsi üçün onlardan 5500 manat pulu aldığını yazmasını desələr də, Çimnaz onların göstərdiyi kimi deyil, öz bildiyi kimi, yəni guya onlardan borc pul almasını bildirən yazını kağıza yazıb onlara vermişdir. Onların Çimnaza pulu verərkən şahidləri olduğu, plastik karta köçürdükləri pulun qəbzinin olması, “watsapp” yazısı olması kimi sübutları olduğu üçün Çimnazın dediyi kimi, yəni guya Çimnazın onlardan borc alması yazısını yazmasına razılaşmışdr. Həm də Çimnaz onları “mən onsuz da sizin pulunuzu qaytaracağam, o pul mənim borcumdur” deyərək yenə də özünə inandırmışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəsə də, ondan şikayətçidir, belə ki, təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə maddi ziyanla yanaşı onlara mənəvi ziyan da vurmuş, dəfələrlə istintaqın və məhkəmənin çağırışlarına getmiş, yollarda qalmış, xərclərə məruz qalmışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, zərərçəkmiş şəxs (kürəkəni) Zərərçəkmiş şəxs2 və şahid (qızı) Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 5 saylı “ASAN” xidmət mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən vəzifəsində 4 ildən artıqdır ki, işləyir. Onun xidməti otağı “ASAN” xidmət binasının 2-ci mərtəbəsindəki dəhlizin baş hissəsində yerləşir. Şahid1 qəbul etməsi yadında deyil. Əgər, o, Şahid1 qəbul etmişsə, onu adi vətəndaş kimi qəbul etmişdir və ona işə qəbul olması ilə bağlı heç nə deməmişdir. Eyni zamanda Şahid1 işə qəbul edilməsi məsələsinin həlli üçün hər hansı şəxs, o cümlədən Təqsirləndirilən şəxs ondan xahiş etməmiş, zəng edən olmamışdır, təqsirləndirilən şəxsi isə ümumiyyətlə əvvəllər tanımamışdır. “ASAN” xidmət binasında “xüsusi qapı” deyilən bir şey yoxdur, ibtidai istintaq zamanı ifadəsində bununla bağlı göstərildiyinə diqqət etməmiş, ona görə həmin hissə istisna olmaqla istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, anası Çimnazın bir müddət əvvəl Nizami rayon polis idarəsinə gəlməsini öyrənmişdir. Anasından nə üçün saxlanılmasını soruşmuş, lakin anası ona ətraflı nə məsələ olmasını deməmiş, sadəcə onun bəzi sözlərindən borclu olduğu şəxslərin şikayəti ilə həbs olunduğunu, lakin borclarını ödədiyini təxmin etmişdir. Onun adına olan plastik bank kartını özü anasına vermişdir, lakin həmin kartın hesabına kimin pul göndərməsi və ya bunun məqsədini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Naxçıvan şəhərində yaşayan xalasının qonşusu kimi tanımışdır, onunla normal münasibətləri olmuşdur. 2021-ci ilin əvvəllərində söhbətləri zamanı Oruc ona qızını işə düzəltmək istədiyini demiş, cavabında o, imkanı daxilində nə kömək edə bilərsə edəcəyini demişdir. Bu söhbətdən təxminən 2-3 ay sonra təxminən 3 ildir ki təsadüfən tanış olduğu, “Respublika Klinik Xəstəxanası”nda tibb bacısı işləyən Çimnaz ona təsadüfən zəng etmiş, “ASAN” xidmətdə 4 nəfərlik iş yerinin boş olmasını, işləmək istəyən şəxs olarsa ona deməyini, həmin şəxsi işə düzəldə biləcəyini demişdir. O da bir nəfər tanışı olduğunu, onun nömrəsini həmin şəxsə verəcəyini, özlərinin söhbət etmələrini demişdir. Bundan sonra Oruca Çimnazın nömrəsini vermiş və onlar öz aralarında danışdıqdan 2-3 gün sonra Oruc ona zəng edib Çimnazın ondan pul istədiyini demişdir. O isə Oruca heç kimə pul verməməsini demişdir. Bundan sonra onların arasında nə söhbət olmasını sonradan Orucla görüşərkən ona demiş və onda bilmişdir ki, Çimnaz Orucu aldatmış və onun pulunu almışdır. Lakin, o, Oruca əvvəldən demişdir ki, Çimnazı yaxşı tanımır, heç kimə də pul verməsin. Çünki imtahan vermədən, işə qəbul əmri olmadan kiməsə pul verərsə onu aldada biləcəkləri barədə Oruca izah vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından (məcburi gətirilmə qərarı çıxarılmasına və digər zəruri tədbirlərin görülməsinə baxmayaraq) onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, atası 2021-ci ilin aprel ayından onun üçün iş axtarmışdır. Atası “Respublika Klinik Xəstəxanası”nda çalışan Çimnaz adlı qadının işini düzəldəcəyini və onunla görüşməyə getmələrini bildirmişdir. 2021-ci ilin aprel ayının təxminən 6-10-u arası atası ilə həmin xəstəxanaya getmişdir. Orada əvvəl onlara Çimnazın 3-cü mərtəbədə əyləşməsini, sonra isə 4-cü mərtəbədə əyləşməsini demişlər. Onlar 4-cü mərtəbəyə qalxmış və orada iş otağında Çimnazla görüşmüşlər. Atasının tanışı Əli Çimnazın nömrəsini atasına vermiş və onlar da Çimnazla danışıb onunla görüşmüşlər. Orada o, Çimnaza “ASAN” xidmətdə könüllü kimi çalışdığını bildirmiş, Çimnaz isə onu DİN-nin “ASAN” xidmətdəki işçisi kimi işə düzəldəcəyini demiş və onlara sənədlərini toplamağı tapşırmışdır. Onlar geri qayıtmış, həmin gün sənədləri hazır edib Çimnazın baş tibb bacısı işlədiyi xəstəxanaya gedib sənədləri ona vermişlər. Orada söhbət zamanı Çimnaz bir nəfər tanışı olduğunu və 14000 manat pula onu “ASAN” xidmətə işə düzəltməyə kömək edə biləcəyini demişdir. Lakin onlar Çimnazın istədiyi 14000 manat pulu hələ ki verməmişlər. Bir müddət keçmiş, onlar artıq Çimnazdan real xəbər çıxmadığı üçün onunla əlaqəni kəsmişlər. Həmin müddətdə Çimnaz sadəcə sözlərlə onlara bildirmişdir ki, guya sənədlərə baxılır və müvafiq prosedurlardan keçir. Lakin iyul ayının sonunda Çimnaz onlara zəng edib, işə giribgirmədiyini soruşmuşdur. Çimnaz həm onun, həm də atasının telefonuna zəng etmişdir. O isə işləmədiyini deyərkən Çimnaz artıq sənədlərinə baxıldığını və onun “CV”ni bəyəndiklərini, onu işə götürəcəklərini bildirmişdir. Bu söhbətin üzərindən 3 gün keçmişdir ki, ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, özünü Vaqif kimi təqdim edən şəxs Çimnazın tanışı olmasını bildirmiş və onu “Koroğlu” metrosunun yaxınlığındakı “ASAN” xidmətə dəvət etmişdir. O da tək özü 2021-ci ilin avqust ayının 2-si və ya 3-ü “ASAN” xidmətə getmişdir. Orada 175-180 boylarında, yaşı 30-35 arası olan şəxs onu qarşılamış və onlar “ASAN” xidmətin 2-ci mərtəbəsindəki kafedə oturmuşlar. Orada həmin Vaqif adlı şəxs onun anket məlumatlarını dəftərinə yazmış, direktor müavininin gələcəyini, onları direktorun qəbuluna salacağını bildirmişdir. Bir neçə dəqiqə sonra ağ köynək, qara şalvar geyinmiş bir nəfər, 40-45 yaşlarında, 160-170 sm boylarında bir kişi gəlmiş və direktorun onu görmək istədiyini bildirmişdir. Vaqif də onun yüksək rütbəli şəxslər tərəfindən tapşırıldığını və direktorla görüşmək lazım olmamasını bildirmişdir. O isə Vaqifə “direktorla görüşməyəcəyəmsə nə üçün buraya gəldim” deyərkən, özünü direktor müavini kimi təqdim etmiş şəxs etiraz edib, direktorun onu görmək istəməsini bildirmiş və görüş üçün direktordan icazə almağa getdiyini deyib oradan getmişdir. Vaqif isə işə götürülən xanımların çox vaxt direktorla görüşməyinə ehtiyac olmamasını və guya deməsinə görə dünən 3 nəfər xanımı heç direktorla görüşdürmədən, özü burada qəbul etdiyini, hazırda həmin qızların işə başladığını bildirmişdir. Bir qədər sonra “direktor müavini” gəlmiş və onu xüsusi icazə ilə buraxılan şüşə qapıdan keçirib, “direktor” yazılan otağa ötürmüşdür. O da həmin qapıdan keçib qapının önündə durmuş və direktor “Zaur” adlı şəxs onun adsoyadını soruşmuşdur. O da ad-soyadını bildirdikdən sonra həmin şəxs tanış olmağına şad olduğunu və işinin həll olunduğunu demişdir. Bundan sonra o, otaqdan çıxmışdır. “Direktor müavini” də o, çıxarkən qapının yanında onu gözləmişdir və o da işinin həll olunduğunu bildirmişdir. Bundan sonra onlar həmin xüsusi icazə ilə açılan şüşə qapıdan çıxmış və həmin direktor müavini orada “Vaqif”in yanında bir həftəyə imtahan verəcəyini, növbəti həftə isə əmrinin veriləcəyini və bu məlumatları “Vaqif”in ona verəcəyini bildirmişdir. Bundan sonra o, Vaqiflə “ASAN” xidmətdən çıxmış və sağollaşıb getmişdir. Bundan təxminən bir gün sonra Çimnaz onlara zəng etmiş və işinin həll olunduğunu, buna görə də pulun verilməsini demişdir. 05 avqust 2021-ci il tarixdə atası Çimnazla görüşmüş və 10000 manat pulu ona vermişdir. Lakin pulu verərkən atası Çimnazla müqavilə imzalamışdır ki, sonra problem olarsa əlində sübut olsun. Bundan sonrakı günlərdə Çimnazla atası da, o da söhbət edərkən o, hər dəfə işinin guya düzəlməsini, az qalmasını və s. bu kimi yalan vədlərlə onları aldatmağa davam etmişdir. Sentyabr ayının əvvəllərində özünü “Eldəniz” kimi təqdim edən şəxs atasına zəng edərək işinə kömək etdiyini və gözləmələrini bildirmişdir. Lakin həmin “Eldəniz” adlı şəxsin də onları aldatdığını öyrənərkən atası Eldənizə onları aldatmamalarını, pulu geri qaytarmalarını deyərkən “Eldəniz” ona pul verilməməsini, pulu Çimnaza verdiklərini və ondan tələb etmələrini bildirmiş, ondan sonra Eldənizin nömrəsi bağlanmışdır. Onlar Eldənizi görməmişlər və onunla atası 1-2 dəfə telefonda danışarkən və ona “watsapp”la səs göndərərkən o, həmin Eldənizin səsini elə “Vaqif”in səsi ilə çox oxşatmışdır. Onlara Çimnazı polisə verəcəklərini deyərkən Çimnaz atası ilə 22 oktyabr 2021-ci il tarixdə “Q.Qarayev” metrosunun yanında görüşüb 5000 manat pulu geri qaytarmış, qalan 5000 manatı da bir aya qaytaracağına söz versə də, hələ də pulunu qaytarmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından (məcburi gətirilmə qərarı çıxarılmasına və digər zəruri tədbirlərin görülməsinə baxmayaraq) onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, əvvəllər “SQ Baş Klinik Hospitalı”nın hematologiya bölməsinin tibb bacısı vəzifəsində işləmişdir. 2020-ci ilin may ayının 27-si öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra 2021-ci ilin may ayından özünə iş axtarmışdır. Söhbət əsnasında keçmiş iş yoldaşı, sanitar işləyən Gülfirə ilə danışarkən o, “Respublika Klinik Xəstəxanası”nda çalışan Çimnaz adlı qadını tanıdığını və Çimnazın ona iş tapa biləcəyini demişdir. O da evdə ailəsinə bu barədə danışarkən ailə üzvlərinin etirazı olmadığı üçün Gülfirəyə alınarsa Nizami rayonu ərazisində, alınmazsa Bakı şəhərinin başqa rayonunda təcili tibbi yardım şöbəsində işə düzəlməsi üçün nə lazım olmasını maraqlanmağını demişdir. Gülfirə də bir neçə gün sonra, 2021-ci ilin iyun ayının əvvəllərində ona zəng edib sənədlərini toplamağını və Çimnazın işini düzəldəcəyini, işin tam həlli üçün 5500-7000 manat arası pulun lazım olmasını, ilkin mərhələdə 1500 manat pulun verilməli olmasını demişdir. Onlar da sənədlərini və 1500 manat pulu hazırlamış və 2021-ci ilin iyun ayının 5-i və ya 6-sı əri Məhəmmədlə birlikdə Gülfirə ilə görüşmüş və onunla birlikdə “Respublika Klinik Xəstəxanası”na getmişlər. Orada Çimnazın 3 və ya 4-cü mərtəbədəki iş otağına qalxmış, Çimnazın otağında söhbət etdikdən sonra Çimnaz onların istəyinə uyğun Nizami rayon ərazisindəki təcili tibbi yardım şöbəsində ona iş tapacağına söz vermişdir. Onlar da əvvəldən Gülfirə ilə danışdıqları üçün Gülfirənin məsləhəti ilə əri üzərində olan 1500 manat pulu Çimnaza öz otağında vermişdir. Gülfirə onlara işin görülməsi üçün əvvəldən pul verilməli olması və Çimnazın iş görməsi üçün 1500 manat pulu əvvəldən gətirmələrini istədiyini onlara bildirmişdir. Buna görə də əri üzərində olan 1500 manat pulu onun iş otağında Təqsirləndirilən şəxs vermiş və Çimnaz onlara getmələrini, yüksək vəzifəli şəxslərin köməyi ilə onu ya Nizami rayonu və ya Bakı şəhərinin başqa rayonunun təcili yardım şöbəsində işə düzəldəcəyinə söz vermişdir. Çimnaz həmin vaxt şəxsən onlara da işin tam həlli üçün 5500-7000 arası pul lazım olacağını bildirmişdir. Hətta Çimnaz onlara orada bildirmişdir ki, guya bu işin düzəlməsi üçün əslində 7000 manat pul lazım olur, lakin o mərhələ-mərhələ olmaqla işini həll etdiyi üçün 5500 manat pulun bəs edəcəkdir. Təqsirləndirilən şəxs onlar faktiki iş başında və baş tibb bacısı olmasını gördüklərindən, Çimnazı onlara məsləhət görən Gülfirə də tibb sahəsində işlədiyindən, həmçinin Çimnazın özünü onlara “iş görən” qadın kimi təqdim edib, işlədiyi yerdə 30 ildən çoxdur ki, işləməyini, orada işləyən işçilərin çoxunu onun işə düzəltməsini və s. bu kimi sözlərlə onları özünə inandırması səbəbindən onlar Çimnazla razılaşmışlar. Bundan təxminən 5-6 gün sonra Çimnaz ona zəng edib, oğlu Şahid5 adına olan kartın şəklini mobil nömrəsinin “watsapp” tətbiqinə göndərmiş və işin növbəti etapı üçün 2000 manat pulu karta köçürməyi istəmişdir. Çimnazın deməsinə görə həmin 2000 manat pul onun Səhiyyə Nazirliyindəki tanışına çatmalı olmuşdur. Həmin vaxt da anası Şahid3 onlarda qalmaq üçün gəlmişdir və anası onunla birlikdə 2000 manat nağd pul götürüb mağazaya gedib, yaşadıqları binanın yanındakı “Ayla” adlı mağazadakı “milliön” aparatı vasitəsilə həmin karta 2000 manat nağd pulu göndərmişlər. Bundan bir neçə gün sonra isə Çimnaz yenə işin son mərhələsi üçün 2000 manat da pul lazım olmasını demişdir və onların yaşadığı binanın qarşısına gəlmişdir. O, yaşadığı evdən çıxıb həyətə düşüb binanın qarşısında 2000 manat nağd pulu Çimnaza vermişdir. Bu zaman əri və anası da evin pəncərəsindən onlara baxmışlar. Bundan sonra onlar həmişə Çimnazla danışarkən o, onları hər dəfə işin düzələcəyi barədə arxayın etsə də işi düzəltməmiş və pulu da qaytarmamışdır. Sonradan Çimnazla danışarkən onu görüşməyə razı salıb ona aldığı pulu inkar etməsin deyə öz əl yazısı ilə ona pul vermək barədə yazı yazdırmışlar. Lakin Çimnaz həmin yazıda guya onlara borclu olmasını bildirmişdir. Çimnaza onu işə düzəltməsi üçün onlardan 5500 manat pulu aldığını yazmasını desələr də o, onların göstərdiyi kimi deyil, öz bildiyi kimi, yəni guya onlardan borc pul almasını bildirən yazını kağıza yazıb onlara vermişdir. Onlar ona pulu verərkən şahidlərinin olması, plastik karta köçürdükləri pulun qəbzinin olması, “watsapp” yazısı olması kimi sübutları olduğundan onun dediyi kimi, yəni guya Çimnazın onlardan borc alması yazısını yazmağına razılaşmışlar. Daha doğrusu Çimnaz onları “mən onsuz da sizin pulunuzu qaytaracağam, o pul mənim borcumdur” deyərək yenə də özünə inandırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 may 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə sənədlərdən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan “watsapp” danışıqlarının telefondan çıxarılmış şəkli və Təqsirləndirilən şəxs əlyazmasının surəti Zərərçəkmiş şəxs2 götürülmüşdür. Qeyd olunan telefondan çıxarılmış şəkildə “Axsamin xeyir bacı sene qurban onlardayam isden gelsin deyir degig neticesinde emrin verdirir”, əlyazmasının surətində isə “Mən Təqsirləndirilən şəxs q. X2 5.500 manat borc almışam. Aze № 08140 439 Dekabrın xx.xx.2021. qaytaracam. Təqsirləndirilən şəxs” Yazılmış və imzalanmışdır. (i.v. 25-27) - 31 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 28-29) - 19 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə sənədlərdən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arvadı Şahid2 aldığı pulun köçürüldüyü “Kapital Bank”a məxsus 5103 0714 1937 3390 nömrəli kartın şəkli və həmin karta köçürülmüş 2000 manat puldan 500 manat olmaqla hissə-hissə köçürdüyü qəbzlərdən birinin şəklinin surəti Zərərçəkmiş şəxs2 götürülmüşdür. (i.v. 40-41) -Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” Zərərçəkmiş şəxs1 “borc alan” Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində borc vermişdir. (i.v. 48-49) - 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “watsapp” mobil tətbiqindən çıxarış edilmiş sənədlərdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda sms mətnləri ilə danışıqlar olmuşdur: Çimnaz: Salam dedim ki 12 den sonra ya 12 ucun yigacaxlar. Oruc m bilirem. Gurban olum idareden resmi gelecekdi.men neynim sebrli olun. Demisdiler 12 sonra meni ora cagiriblar.yigacam Ne yalan Yalan filan yoxdur.Hec kesde sizi aldatmir. Çimnaz: Bilirem men yaninda idim Oruc m ozunuzde danisdiz.sebirli olun O adama olmazki 12 tamamda yigax.gozleyirik bizde Yigacam Narahat olmayin. Oruc: Gozduyurem bos buraxma onu. Çimnaz: Sebirli olun mende bu isleyem.bu gun Allah goysa vse. Çimnaz: edirem son sozunuzu indi demeyin Ve hec kesde sizi aldatmir bir İkinciside men eseb kecirimki camaatin pulun men fevraldan vermişdim. Oruc: Siz dune dediz 12 sonura yigacaqlar Birem menim elimden isler cixdi ona ne deyirsiz. Çimnaz: Heyat orda isliyecekdi vessalam. Çimnaz: Oruc m o giz girib biraz evvel gebula indi imtahan vaxti deyilsin size deyirem Beli ozum gizla danisdim Onlar meni tapib umumi bir tanisimiz vardi Dunen zeng vurmuşdu ki bes ne sorusullar narahatam Mende Heyatdan sorusdum. Oruc: Salam. Eldəniz: Zanitdi yiq. 11 də yıqacam gecə acıq qoy. Çimnaz: Oruc m baxin menle bir yerde getmişik . burdayix bu hefte dedi hem imtahan hemde əmri verilecekdi Bu gun o dediyi giz gebula giribdi İndi dediki sabax teyin olunacax imtahan vaxti O da bu hefte ici oiacaxdi Sizinki kimi gebul. Çimnaz: Eldeniz m yigir indi size. Oruc: Lazim deyil bu qeder aladiz besdi Xeyire bunar hamis yalan sozlerdi BU gun pulumu qatarin. Çimnaz: Oruc m bilirem ele ona gedirem Sebirli olun. Oruc: Pulu bu gun vermesez Meden ncimeyin. Oruc: Pulu dedin 6 vereirem Çimnaz: Bilirem O adam isden 9 dacixir ona gore Narahat olmayin catacaxdi. Oruc: Bu gun mutleq. Çimnaz: Oruc m burdayam hele gelmeyibdi Gozleyirem Narahat olmayin. Oruc: Çimnaz bu gun pulu catdir besdi aldatdiz. Çimnaz: Ozuyle gorusub yazacam size. Oruc: Bu gun polise gedecem bil. Çimnaz: Sabaxniz xeyir Oruc m size yaxsi xeberim var gece yigdi mene. Oruc: Nen sizin elinzeden Bezdim yoruldum. Çimnaz: Salam Oruc m Oruc m bu gun gelecekdi.bizde Allah goysa goruseceyik Saati gelsin degiglesdirib deyecem size. Oruc: Harda saat necede veresiz. Çimnaz: Siz terefe gelecem. Oruc: Saat necede. Cavab yaz necede. Çimnaz: Axsam 8 de dayim gizina xais etmisem o verecek. Oruc: Saat necede veresen. Men idaredeyem . Sen yalacisan Eldeniz nece gundur aladiz. Çimnaz: Deyirem basgadan borc aliram Verirsizse say onda borc goturmeyim? Çimnaz: Oruc m onlardayam gozleyirrm.Gelmelidir. Oruc: Bilmirem bele bele meni aladasiz sabaha qedre. Çimnaz: Oruc m sebr edin onlarlayam. İndi gelib cixblar. Oruc: Dediz gorsrem yari. Saata zeg vuracam size gorsek gozduyrem. Çimnaz: Men deyirem borc aliram. Nece alsam verecem dedim. Oruc: 3000 min qatar mede. Borc aldigim adama verim Kir wahhsapa X9 sağla mutleq tezele Meni yig dedidin yigram tecli yig. Çimnaz: Men demisem bir manatinizida goymaram gala. Oruc: Men gozduyrem Gel dasi eteyden tog qatar pulumu gunahdi meni balalarimin ah nalasi seni tutmasin Yazdigim ora 5000 aidim onu cek seklin at mene Dedin atacam atmadin. Çimnaz: İndi. Çimaz: Dedi bu gun gelirem.Bezi problemler vardi ona gore cixa bilmedim Baxin indi gorun sizin kagiz verilecek yoxsa yox. Oruc: Yox bu gun verecek. Telfono cavab ver. Çimnaz: Oruc m onlardayam gelmeyibdi. Onu gozleyirem. Çimnaz: Oruc m o adamla gorusde saat 6 da olacam ve ordan yene sizinle gorusecem. Oruc: Deqiq bu gun sondur birde dunenki men yazdim sizin kagza qol cegdim onu cek at mene. Çimnaz: İnsAllah Yaxsi eve gedende cekib ataram Oruc m men axsam 9 da gorusurem. Çimnaz: Salam.biz bu gun gorusub bitiririk. Oruc: Meni yig tecili. Çimnaz: Oruc m men o ise gore getmisem.saat 7 8 de vere bilirem İsteyirsiz gozleyin yox istemirsinizse ne deyim Ancax bu gun bilirem ki catacaxdi. Oruc: Deqiq deyrsen. Çimnaz: Oruc m biz dunen söhbet etdik.duzdu? Dedim birisi gunu vermesem gedib verersiz Siz indiden atmisiz? Oruc: Meni yig tecli. Çimnaz: Neynek çəniniz sag olsun Dedim catim yigacsm Oruc m. Oruc: Dedin 2 saatdan sonra yigacam. Çimnaz: Ona gore Oruc m min faiz arcsyin ola bilersixki galanidabirinci gunu saat bese catacaxdi.cunku yenede vAllah ureyim durmadi ki isi dala cekmeyin On agore. Oruc: Meni yig. Çimnaz: Oruc m iki saata yigiram. Ola bilsin ele bu gun bitirdik. Oruc: Meni yig isim var. Çimnaz: O adamlayam Yigacam. Oruc: Men aladin demeli bu gun pulum Qatar. Çimnaz: Oruc m usaxsiz . dedim burda söhbeti bitirib yigiram size. Oruc: Ne olu bu söhbet quta.adi Soz deyrem. Çimnaz: Oruc m inanin Allaha hele burdayam. Çimnaz: Oruc m gurana and olsun ki gelmisem onun dalinca Sebirliolun da xais edirem. Oruc: Bu gun pul çatmasa besti. Çimnaz: Oruv m danisidigimiz kimi sabax oxum Oruc m gozleyin atamla danisir. Çimnaz: Oruc m Vagif goturmur Eldeniz m o adamla danissin.deyirem size. Oruc: Hele. Sabah mutleq verin pulu uzatmayi. Çimnaz: Oruc m sebr edin onu danisir ata. Oruc: Gozduyrem bu gun mutleq gotrum. Çimnaz: Oruc m bu gun deyecekler.ve gedib bir basa əmrləsəcəkdi Goreceksiz. Oruc: Siz hemese deyrsiz. Çimnaz: O birisi oturmasaydi siz deyendi. Oruc: Adam arxeyin eliyrsiz. Çimnaz: Ne ise. Oruc: Cavab yazarsiz. Çimnaz: Bu indi girdi Deirem bu giz xaricde idi teze gelib ona gore bu vaxta galdi Catim eve yigiram Hele yoldayam. Oruc: Salam Axsam ne dedi deqiq dansidz Salam. Ne xeber var. Heyat: Salam Çimnaz xanım menimle elaqe saxliyarsiz zehmet olmasa Siz Allah bizim odenisi geri qaytarin sabah. Hec vəkilə falan da ehtiyac olmasin atanın sesi de tutulur qisqirdiqca mən axı bayaq Vaqifin ozune tekrar tekrar dedim ki mene Asandan mesaj ya da zeng gelmirse bu iş mene lazım deyil. Salam Çimnaz xanım. Siz bu gün pulu verecem demisdiz saat 10 kimi çatdırarsiz da zehmet olmasa. Çimnaz: Heyat men şokdayam. Ay baci evde sakitlik yarat de sabax axsam catacaxdi. Çimnaz: Oruc m hec kes sizi aldatmir Oruc: Nece mudetdi. Çimnaz: Men size dedim axi Heyat gebul olubdu. Oruc: Bu gun sabah. Çimnaz: Formallix galibdi sadece. Siz bilmediyiniz seyler var.bizim isdede eynidir veziyyet. Oruc: Deyerdi deqiq bu vaxti gelsin. Çimnaz: Oruc m deyirem Heyt artig gebul olunmuş sayilir. Oruc: Siz tez gelin burda ozunuz olun. Çimnaz: Me getmemisem.Bacim getdi. Sizin ise gore. Oruc: Cox sagol.Size inanra. Çimnaz: Allaha and olsun narahat oluram.is tam oturmuyana kimi. Çimnaz: Heyatin imtahani 25di Allah goysa Bu gun deyilecek ne nedi Ozum xeber edecem. Oruc: Cavab vermirler. Çimnaz: Deyilecekdi. Oruc: Dunenen verecek. Çimnaz: İmtahanlar bir iki gun uzadilib cunku catdirmirlar Allah goysa bu hefte sizinle isimiz biter. Çimnaz: Beli ordadi darixmayin.bu gun catdirilacaxdi. Oruc: Meni frlatmiyin danismisdiq abede verecek Eldeniz.Telefonu ac. Çimnaz: Oruc m dedim bu gun catdirilacaxdi Sebr edin gelsin sizle gorusum. Oruc: Beyaq dediz 1 saata gorsuruk Eldeniz getrir Adami esbl esdirsiz Daha sonra +**********5 nömrə ilə aşağıdakı məzmunda sms yazışmaları aparılmışdır: Çimnaz: Oruc m axsaminiz xeyir.Onlara gelmisem hele gelmeyibdi.anasida gozleyir Men hec kesi polise vermemisem Oruc m gozleyirsiz gozleyin men ozum verim.mende size deyirem ki verilecekdi senedleriniz. Oruc: Hacan.bu gun pul vermese.Menu bu gunde alatsan. Çimnaz: Sabaxniz xeyir Oruc m biraz sebr edin bir imkanli gohum var ona agiz acmisam Oruc m men size demisem men hecne yalan danismiram Oruc m verirsizse hec Oruc m men hele seherdeyem o kimden borc isteyirdim.inanmirki borcum var Xais edirem borc mugavilesin tez atinda mene. Oruc: Hacan. Bu gun pul vermese. Meni bu gunde alatsan. Çimnaz: Sabaxniz xeyir Oruc m biraz sebr edin bir imkanli gohum var ona agiz acmisam Oruc m men size demisem men hecne yalan danismiram Oruc m verirsizse hec Oruc m men hele seherdeyem o kimden borc isteyirdim.inanmirki borcum var. Xais edirem borc mugavilesin tez atinda mene Sekilin Altinda zehmet olmasa 055241 7070 Behruz m. Oruc m zehmet olmasa elage saxlayinda bu adamla Oruc m pula gore gelmisem bir yer var ora Çimnaz: Əli yazibdi mene. Oruc: Atan deyirdi men cinazizin atasiyam soz verirem oktyabir 5 deyib pulunu, 6 gun qataracam ozum o gedis getdi sonuda telfonu sen acrsan. Çimnaz: Oruc m kont yox idi ondada abunedi ona gore men isledirdim. Oruc:Sabah tezden polise gedecem Besdi meni alladiz pulu asan xidmet adiynan aldiz Geldi pulu getrdi.Bu gun polise gedirem.Nece olub dansam. Çimnaz: Oruc m isteyirsiz gozleyin gelsin goturum İstemirsiz meslehet sizindir. Oruc: De Eldeniz masenik.Bilmirsen men ne edim. Çimnaz: Men onsuzda evimi satdiga çixatmisam. Oruc: Menim 5000 min de nece. Çimnaz: Yani buna gore yox ozumun isim var Ay Oruc m men size dedim ki bir bu gelsin cixsin o ziyaninizida odedecem. Oruc: Tezden dansaram adamlarin aladib tezele pulu getr bu deqe catir dedin yoxsa xitam verirem meni nece aladiz Hekimin pulun vermsem dediz. Saat 11 vat qoyduz mene. Çimnaz:Oruc m men kucede galmis insan deyilem.ve men size yene tekrar edirem ki onun gepiyine kimi gaytarilacaxdi. Çimnaz: Mende pula gore ede bilmirem. Cunku sizin ise vermisem. Bilmirdim bele uzun ceker inanirsiz. Ona gore sadece pis veziyyetdeyem. Yoxsa duzelmeyin bilirdim yuz faizdi. O Sevil mosennik dediyi adam dunen bir hekimin emrin verdirdi.Oda gebul oldu.Duzdu 4ay cekdi.Ancax emrin verdirdi.Burun boğaz cerrahi Tebibden icbari sigortadan eledi hamisin Men sizle gorusende danisacam Sevil menim basima acdixlarin Yooox bu Heyatin isin gore eledi hekimide.Sonra o biri gizida Asana.Sevil meni 30 min atdi.Sonra o mene bir is verdi ve yarimcix atkaz etdi. Çimnaz: Yox e biz bilirik kimdi Ülvi m gosterisi ile. Oruc: Səsli mesaj. Çimnaz: Hec ele sey ederem men? Ayib olar.Yox. muraciyetler dehset çoxdu.yerde coox azdi. Ancax tapsirilanlari bele secirler Bizi goruyan o oldu ki vesait çoxdan verilibdi. Oruc: Bilirem kadrlar ise gotururda adamlar. Çimnaz:Ne olsun ganuni he Bizdede eledi da yuxardan deyilmese kadr kimdi ki isci gotursun İnanirsiz o adamda abreimi bukur ki nece aydi isimi vermirsen Mende pula gore ede bilmirem. Çimnaz: Salam.Men hekin pulun ustune pul verdi atam goydum onu bitirdim getde gebula Galdi Heyatin suallari dediler axsam.gorusek He basga admadan biraz papadan ustun duzeltdim verdim Onlar zeng vuracax gedib imtahan sual cavabin goturecem Salam Men danisa bilmirem ona gorede goturmurem.Men imtahanin gununu bilirem.Mene deyilibki demeyim Bir onu size deyirem ki bu hefte Allah goysa caniniz gurtaracaxdi Birazda sebrli olun zehmet olmasa. Çimnaz: Sonra o mene bir is verdi ve yarimcix otkaz etid O adamlarda vezifeli adam idi yarisin verdiler yarisin vermeyibler Cunku o oğlan butun yoxlamalardan keçdi sonra bunlar otkaz Verdi Sonra men dedim eybi yox da siz otuz atmisdiz mende yarisin verdim. Yarisinida dedim bunlar verende vererem Ona gore Sevil Əliye zeng vurduki bes Cimnazin adami mosennikdi Pullari alirdilar bir il saxlayirdilar sonra on isden ikisin edib səkkizinin pulun gaytarirdilar Oda men arada gəlirdim Deyirdim camaat faiz goturur bankdan goturur ayibdi insanlarla bele olmaz etmek. Oruc: Fesifeli adamdi o qadin. Çimnaz: Yoooadi hekim laborant.Men taniyiram.biri tehsilde sobe mudurudu.Biride sehiyyede kadr muavindi. Çimnaz: Salam.Oruc m hele gelmeyib sehere kimi orda galmisam coldə.indi gəlmisəm yoldasimi rahatlayim gedirəm ora Axsaminiz xeyir Oruc m vaxt edin mene yigin da zehmet olmasa Sabahiniz xeyir Oruc m men burda galmisam yene ona gore sizinle danisa bilmedim Oruc m polise her degige vere bilersiz.sadece sizden xais etdiyim odur ki bir iki gune vAllah deyirem ehtiyac yoxdu Ne sizin ne de meni əziyyətə salmağa ehtiyac yoxdu Sadece uzagu bir iki gun ləngimə olsun O da niye onunla olmasada ozum hell edirem. Çimnaz: Cunku onlardayam.Oruc m imtahanin vaxtin bas idare deyir.Onlar desinki bunlarda desin.Ne Bakida deyilem.Bakidayam. Çimnaz: Bax 5 gun alimasa pulu qaytarin mutleq. Çimnaz: Ve Heyat artiq gebul olub demisem.Deyecem. Oruc: Bu gun deyesiz. Çimnaz: Beli.Men demisem demeli yigaccam. Oruc:Saat 8 qalir.Bir kelme dansaq. Çimnaz: Oruc m men bir saata ora gedirem.sebirli olun. Çimnaz: Ay Oruc m burdayam Turalimin cani.Gelmeyibdi.Onu gozleyirem.rayondan gelir Masindan dusum yigiram. Oruc: saat 12:00 dansmisdiq. Çimnaz: Bilirem Oruc m bilirem. Oruc: Mutlqeq dansaq. Çimnaz: İnsAllah. Oruc: Bu gun bilinecek demisdiz imtahan cavablari. Çimnaz: İmtahan cavabi yox.İmtahan tarixi. Oruc: Deyeyecekle tarixin hacan. Çimnaz: Oruc m sebirli olun nece olur olsun sizinle elageye cixacam.Cunku onlardayam Çimnaz: Dedim bu hefte.demeli olacax.İmtahanin vaxtin dediler.Yigacam size.Huzurumuz var İndi yigacam size. Oruc: Herden bir soz dediz 10000 mini catir biz nece catirdiq hemen saat sizde cattrin demi size. (i.v. 108-113) - 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 121-122) - 07 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Şahid1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 123- 129) - 08 may 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərə verilməsi üçün istintaq orqanına təqdim etdiyi 2000 manat pulun 1000 manatı Zərərçəkmiş şəxs1, 1000 manatı Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. (i.v. 143) - 02 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə verilməsi üçün istintaq orqanına təqdim etdiyi 4000 manat pul Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır. (i.v. 222) - 02 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə verilməsi üçün istintaq orqanına təqdim etdiyi 4500 manat pul Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. (i.v. 223) -“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 21 iyun 2022-ci il tarixli PHŞ/6.3-2-2022-944 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Respublika Klinik Xəstəxanası”na 01 sentyabr 1992-ci il tarixdə Oftalmologiya şöbəsində tibb bacısı vəzifəsində işə qəbul edilmiş, 18 may 1998-ci il tarixdən həmin şöbəyə böyük tibb bacısı, 23 dekabr 1998-ci il tarixdə isə eyni şöbəyə tibb bacısı vəzifəsinə, 01 sentyabr 2011-ci il tarixdə xəstəxananın baş tib bacısı vəzifəsinə keçirilmişdir. Həmin şəxslə publik hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinə 01 iyul 2021-ci il tarixdə xitam verilmişdir. (i.v. 253) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 08 iyul 2022-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, istintaq orqanının əməliyyat tapşırığı əsasında ***-***-**- ** mobil nömrəsinin sahibi X3 yerinin və “SN Baş Klinik Hospital”da çalışan Gülfirə adlı sanitar işləyən qadının şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. (i.v. 261) - 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona ittiham elan edilmiş, cinayət işinin hazırkı mərhələsində Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törədərkən əlbir olduğu istintaqa məlum olmayan “Eldəniz Rzayev” adlı şəxs və qeyrilərini müəyyən etmək mümkün olmadığından həmin şəxslərin müəyyən edilməsi və əməllərinə hüquqi qiymət verilməsi üçün hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, həmin cinayət işində “Eldəniz Rzayev” adlı şəxsin və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308, 310, 311 və 32.4,312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rəddn edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs stifadəsində olan ***-***-**-** mobil nömrəsinin telefon danışıqlarının əldə edilməsi üçün alınmış məhkəmə qərarı müvafiq operatora göndərilsə də həmin operatorlardan cavabların alınması hazırkı vaxtda mümkün olmadığından həmin operatordan alınacaq cavablara ayrılmış yeni cinayət işində qiymət verilməsi qərara alınmışdır (i.v. 269-288) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər iki zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrarən; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəsə də, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş və bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 184) - 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamış, təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad edilmişdir. (i.v. 224-231) - 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 232-233) -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, X1 (təqsirləndirilən şəxsin həyat yoldaşı) döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında odlu silah mərmi partlayışı zamanı hərbi travma almış hesab edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış kimi qiymətləndirilmişdir. (i.v. 240) - 6 saylı DOST Mərkəzinin 04 avqust 2021-ci il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci dərəcə əlilə qulluğa görə müddətsiz, 50 manat məbləğində Prezident təqaüdü alır. (i.v. 241) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 266) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, həyat yoldaşının birinci Qarabağ müharibəsinin veteranı, döyüşlər zamanı aldığı yara ilə bağlı birinci qrup əlil olmaqla onun himayəsində olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 31 may 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini eyni zamanda “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində baş tibb bacısı vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir, onun cinayət əməlini törətdikdən sonra işdən azad olunması, hazırda da işləməməsi, cəzasını yüngülləşdirən halların məcmusu, yuxarıda müəyyən edilmiş qaydada ailə vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmayan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə istinad olunaraq onun barəsində təyin edilməməsi məqsədəmüvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, lakin zərərçəkmiş şəxslər əlavə xərc, mənəvi zərər və s. tələbləri olduğunu bildirirlər, lakin nəzərə alınmalıdır ki, onlar tərəfindən belə tələblərlə bağlı məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “watsapp” yazışmalarındən çıxarışlar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış, təqsirləndirilən şəxsin həmin şəxslərin ailə üzvlərini işə düzəldəcəyi ilə bağlı “watsapp” yazışmalarındən çıxarışlar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslərin müvafiq tələbləri olduğu halda, təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar