Məhkəmə qərarları › İş №1(007)-410/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-410/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-410/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1980-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və Abşeron rayonu. Xırdalan şəhəri, H. Əliyev prospekti ünvansız fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs sonuncunu "xxxx" ASC-də işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən "İrşad Electronics" adlı mağazanın qarşısında 3.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində fərdi əməklə məşğul olduğu üçün Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində ünvansız fərdi yaşayış evində kirayədə yaşayır. 2023-cü ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs onun müştəri qismində tez-tez gəlib getdiyi kafeni icarə əsasında işlətmişdir. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs ona aylıq gəlirinin az olması ilə bağlı gileylənməklə, yeni bir iş yeri tapıb, işə düzəlmək istədiyini demişdir. O da Zərərçəkmiş şəxs "xxxx" ASC-də işləyən tanışının olmasını, əgər razılıq verəcəyi təqdirdə müəyyən məbləğdə pul qarşılığında həmin tanışı vasitəsi ilə onu "xxxx" ASC-də işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs "xxxx" ASC-də işləyən tanışı ilə onun həmin quruma işə düzəldilməsi üçün danışdığını, tanışının işə düzəlmək üçün 5000 manat pul lazım olmasını, lakin o, xahiş etdiyi üçün 3000 (üç min) manat qarşılığında bu işi həll edə biləcəyini, pul ilə birlikdə şəxsiyyət vəsiqəsinin, diplomunun surətləri, tərcümeyi-halı verməli olduğunu deyib, Qumrunu aldatmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Zərərçəkmiş şəxs ilə Nizami rayonu, Q,Qarayev prospektində yerləşən "İrşad Electronics" adlı obyektin qarşısına gələrək, həmin yerdə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Orada Zərərçəkmiş şəxs ona bir ədəd ağ rəngli sellofan torbada özünün şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini, tərcümeyi-halını və 3000 manat nağd pul vermişdir. Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nizami Rayonu "8-ci KM bazarı”-da icarə əsasında işlətdiyi kafeyə Təqsirləndirilən şəxs müştəri qismində gəlib-getdiyindən onunla tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxsla aralarında olan söhbətlərdən birində o, Təqsirləndirilən şəxs işlətdiyi kafedə gəlirinin az olması ilə bağlı gileyləndiyi üçün Təqsirləndirilən şəxs ona özünün "xxxx" ASC-də kadrlar şöbəsində işləyən tanışının olmasını, həmin tanışının vasitəsi ilə onu həmin quruma işə düzəldə biləcəyini, lakin bunun üçün 3000 (üç min) manat pul verilməli olduğunu demişdir. O da Səxavət ilə razılaşmış, xx.xx.2023-cü iİ tarixdə Təqsirləndirilən şəxs ondan istədiyi pulu əldə edə bilmək məqsədi ilə "Beynəlxalq Bank” ASC-yə kredit üçün müraciət etmiş və həmin tarixdə qeyd olunan bankdan 4100 (dörd min yüz) manat kredit götürmüşdür. Həmin məbləğin 3000 manatını həmin gün ünvan 4 ünvanın qarşısında, "İrşad Electronics" adlı dükanın yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb, əlbəəl ona vermişdir. Həmin pul ilə birlikdə özünün şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini, tərcümeyi-halını da Səxavətə vermişdir. O, Təqsirləndirilən şəxs həmin sənədləri və 3000 manat nağd pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona narahat olmamağını, yaxın zamanda ona xəbər edəcəyini, 2023-cü ilin noyabr ayında onun "xxxx" ASC-yə işə qəbul edilməsi barədə müvafiq əmrin veriləcəyini və həmin aydan işə başlayacağını demişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmişdir. O, Təqsirləndirilən şəxsla hər dəfə işi ilə bağlı əlaqə saxladıqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmişdir. Lakin hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Liman oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayından tanıyır. Həmin vaxtdan Səxavət ilə onun arasında münasibət yaranmış və dostluq etmişlər. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Səxavət ona zəng vuraraq "Dəli Kür" adlı kafedə olmasını deyərək onu yemək yeməyə dəvət etmişdir. Orada Səxavət ilə birgə bir qədər yemək yeyib, spirtli içki qəbul etdikdən sonra kafedən xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Səxavət ilə birlikdə çıxmışdır. Kafedən çıxdıqdan sonra Səxavət yaxınlıqdakı parka gedib, gecəni bəmin parkda skamyanın üzərində yatacağını demişdir. Səxavət sərxoş vəziyyətdə olduğu üçün onun sözünə əhəmiyyət vermədən həmin yerdən öz yaşadığı evə getmişdir. Növbəti gün səhər saatlarında Səxavət ona zəng vuraraq cibindən 2800 manat pulunun oğurlanmasını dediyindən, bir gün əvvəl birlikdə yemək yedikləri həmin kafenin önündə Səxavət ilə görüşmüşdür. Həmin vaxt o. Təqsirləndirilən şəxs polisə hu hal ilə bağlı müraciət etməsini təklif etmiş və birlikdə 19-cu Polis şöbəsinə getmişlər. Ona məlum olmayan səbəbdən X3 pulunun oğurlamağında onu ittiham etmişdir. Səxavətin bu sözünə görə polis əməkdaşları onu 19-cu Polis Şöbəsinə müəyyən müddət saxlayıb, şifahi sorğu sual etmişlər. X2 polis şöbəsində saxlandığını bildikdən sonra həmin polis şöbəsinə gələrək orada Səxavət ilə görüşmüşdür. Onun barəsində şikayət etməməsi üçün həmin gün atası Səxavətə 1000 (min) manat pul vermişdir. Səxavət isə atasından qalan 1800 manatı da istəmişdir. Növbəti gün atası Səxavət ilə 19-cu Polis Şöbəsində təkrar görüşüb, ona 1300 (min üç yüz) manatda pul vermişdir. Həmin gündən sonra bir daha Səxavəti görməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdyi ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və eyni tarixdə də barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)- 410/2024 saylı qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və axtarış elan olunmuşdur. Nizami Rayon Məhkəməsinə daxil olmuş AR-sı ƏN PX 3 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Hal-hazıradək həbsdədir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3000 manat məbləğində vəsaiti verərkən qeydə alındığı görüntünün əks olunduğu CD disk maddi sübut qismində tanınmalı və iş materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalında həbsdən azad edilsin. İş materiallarında olan 1 ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar