Məhkəmə qərarları › İş №1(007)-411/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-411/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-411/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- mülki cavabdeh: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs –mülki iddiaçı: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilmiş, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, Zərərçəkmiş şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 09:30 radələrində ünvan 2 ünvanında yerləşən “X1”ın qarşısında 1020 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə “X1”da tanış olmuş və birlikdə işləmişlər. 2021-ci ilin sentyabr ayında Ruslan ondan özü üçün sürücülük vəsiqəsi düzəltməyini xahiş etmiş, o da Ruslana 1020 manat müqabilində düzəldə biləcəyini söz vermişdir. Sentyabr ayında Ruslan ona pulu və şəxsiyyət vəsiqəsinin surətini işlədikləri hospitalın qarşısında təqdim etmişdir. Həmin vaxt ona bir ay ərzində sürücülük vəsiqəsini alacağını vəd etmiş, sonradan ona bildirmişlər ki, “BC” kateqoriyası üçün 3 ay ərzində sürücülük məktəbini gözləməlidir. Ruslan da gözləmək istəməmiş və verdiyi 1020 manat pulu geri tələb etmişdir. O, da verdiyi şəxsdən pulu geri istəmiş, bir neçə gün sonra pulu geri qaytarmışlar və öz şəxsi ehtiyacları üçün həmin pulu xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 1020 manat pulu “BC” kateqoriyalı sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə ondan almışdır. Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş 1020 manat məbləğində ziyanı ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs birlikdə işlədikləri “X1”dan tanıyır. Bildirdi ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin düzəldilməsi üçün 1020 manat dəyərində pulu və tələb olunan sənədlərin surətini “X2”n qarşısında 2021-ci ilin sentyabr ayında saat 09:30- da vermişdir. Təqsirləndirilən şəxs pulu və sənədinin surətini aldıqdan sonra, bir ay müddətində sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Lakin, həmin vaxtdan 3 ay keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmamış, onun tərəfindən Təqsirləndirilən şəxs verilmiş pul isə geri qaytarılmadığından o polisə müraciət etmişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 1020 (bir min iyirmi) manat pulun və 30, 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 1050,20 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, həqiqətəndə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs Talehdən onun üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi düzəltməyini xahiş etmiş, Taleh də ona 1020 manat müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini söz vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Ruslan onun yanında 1020 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini işlədikləri “X1”-ın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Taleh də ona bir ay ərzində sürücülük vəsiqəsini alacağını vəd edərək söz vermişdir. Sonradan öyrənmişdir ki, Taleh iş yoldaşı Ruslandan aldığı pulunu mənimsəyib və ona söz verdiyi sürücülük vəsiqəsini düzəltməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, mülki iddianın verilməsinə zərurət olan hal aradan qalxdığından zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəəyyən edilir ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmişdir, onunla barışmışdır, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək barədə» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək barədə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 (yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar