Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-411/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi şikayət vermiş şəxs X2, barəsində şikayət verilmiş X3, müdafiəçi – Bakı şəhərinin 06 saylı Vəkil bürosunun vəkili – Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, Xüsusi ittihamçı X5 X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 X10 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işi qaldırılmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1663/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, məişət zorakılığından zərər çəkmiş şəxslər X6 və X18 məişət zorakılığı törətmiş şəxs X11 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Çebotaryov DavidBorisoviçə məişət zorakılığından zərər çəkmiş şəxslər X6 və X9rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilsin: 1. Zərər çəkmiş şəxslər X6 və X9rşı məişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxslər X6 və X18 narahatlıq gətirən hərəkətləri- onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formada təqib etməsi, onlara zəng etməsi, sms və sair yazması, sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi qadağan edilməsi, Məişət zorakılığı törətmiş şəxs X15 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə məsuliyyət izah edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu X12 və X7 məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnaməsinin qüvvədə olduğu müddətdə X10 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1663/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, www.VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi.ru- internet portalında və "Voice Press" Beynlxalq Media və Araşdırma Mərkəzi adlanan internet portalında X1 və X16 barəsində rüsvayedici məlumatlar paylaşmaqda davam etmiş, Məqaləsində qeyd etmişdir ki " Qeyd etmək gərəkir ki, mal-mülk üstündə vaxtaşırı jurnalist əməkdaşımıza və az yaşlı övladlarına hücum edən, xəsarət yetirən Natalya Çebotarevanın sevgilisi Sparinov Ruslanın yaxın qohumunun Bakıda xarici ölkələrin təmsil olunduğu, səfirliklərin birinin (hansı səfirlik olduğu hələ ki, dəqiqləşdirilir) əməkdaşıdır. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, adı çəkilən şəxs səfirlikdə çalışan qohumunun səlahiyyətlərindən istifadə edərək bir çox məqamların üzərini qapatmağa müvəffəq olur. X17 Daxili İşlər Nazirliyinə müraciət edərək, mövcud durumu nəzarətə götürməyi tələb edib. Sözü gedən qurum isə məsələnin araşdırılması üçün müvafiq tədbirləri 2023 ilinin dekabr ayından etibarən başlatsa da, hələ də jurnalist əməkdaşın və uşaqlarının təhlükəsizliyinin təmin olunması yönündə heç bir addım atılmayıb. Bununla yanaşı yaxın günlərdə, qohumu səfirlikdə çalışan şəxs tərəfindən Sparinov Ruslan ilə bağlı şikayətin geri götürülməsi və barışıq imzalanması üçün də X17 özünün və uşaqlarının canı ilətəhdit olunub. Qeyd edək ki, məsələ ilə bağlı araşdırmalarımız davam edir. Azərbaycan Ermənistan deyil! Burada hüquq və ədalət var! Bu dövlətdə heç kəs, qanundan üstün deyil! Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq hüquq qarşısında cəbab verəcəkdir. Bundan başqa, "VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi" internet portalında 29 may 2024-cü il tarixdə X19 də qətnamənin icrasından qərəzli olaraq yayınmaqla, məqalə çap etdirərək, yenidən göstərmişdir ki, " onun həyat yoldaşına, uşaqlarına - 3 yaşlı oğlu və 1 yaş yarımlıq qızına və qayınanasına hücumlarçox olur: "Məni hədələdilər ki, razılaşmasaq, qayınanamın evinə narkotik əkəcəklər. 8 aydır qarşılaşdığımız bu problemi heç kəs həll etmək istəmir" Yaşanan problemlə bağlı iddiaçının anası polisə ərizə ilə müraciət edib: Əməkdar neftçi İspat Amirovun həyat yoldaşı Fatimə Xanəmirovna müraciətində bildirib ki, Çebotareva Natalya, onun sevgilisi Sporınyev Ruslan, Çebotareva Qalina, Litvak Artemi, Litvak Vyaçeslav və Çebotarev Boris fevralın 9-da qızına və onun 3 yaşlı övladına hücum edərək, onları döyüb, kürəkəninə və qızına məxsus mənzilindən küçəyə atıblar. "Altı aydır ki, Natalya Ç. və Ruslan Sporınyevin və onların dostları fiziki xəsarətlə hədələnməsi ilə bağlı ifadələrlə polisə müraciət edirik. Hələ dekabr ayında qızım küçədə uşaqlarla gəzən zaman qışqıraraq üstünə qaynar su tökmüşdü. O da evimə gəlib, mənə hücum edib, mənzilimin qapısına kerosin tökərək yandırmaq istəyib, blokdakı divarları sındırıb. Bir neçə dəfə 102-yə zəng etdim, amma heç kim gəlmədi. Göstərilənlərə əsasən X10 Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 148 (təhqir) maddəsinə əsasən məsuliyyət daşımalıdır. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X8 haqqında" Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi insanlar fikir və söz azadlığını əsas götürməklə digərlərinə böhtan atmaqdan belə çəkinmir. Bundan başqa CPM-nin 21-ci maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bütün bunlar nəzərə alınmaqla demək olar ki, X10 barəmdə KİV-ə dediyi böhtanları bilə-bilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Bundan başqa X10 barəmdə böhtan dolu məlumatları saytlara verərkən onun çoxaldılması və daha çox insan içində şərəf və ləyaqətimi alçatmaq hədəfinə nail olmaq üçün sonuncu "VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi" saytında " Azərbaycanlı jurnalistin evini əlindən almaqla kim təhdid edir? başlıqlı yazının kütləvi şəkildə yayımlanmasına müvəffəq olmuşdur. Beləliklə, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, 148 Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələrilə cinayət əməlini törətmiş , şərəf və ləyətimi alçaltmaqla şəxsi nüfuzuma xələl gətirmiş habelə göstərəcəyim səbəblərdən dolayı mənə maddi ziyan vurmuşdur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin 2-ci hissəsində isə göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 67.3-cü maddəsinə görə rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Həmçinin CMP - nin 67.4-cü maddəsində deyilir ki, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12-ci bəndilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, üsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Bütün bunları nəzərə alaraq, X10 barəsində CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X13 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdilər. Barəsində şikayət verilmiş X10 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə uygun tərtib edilməmişdir. Belə ki, müraciət xüsusi ittiham qaydasında şikayət formasında tərtib olunmalı olduğu halda, ərizə formasında və şikayət ərizəsinə əlavə formasında tərtib edilmişdir. Həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs, yəni X14 barəsində məlumatlar, əməlin həmin şəxs tərəfindən törədilməsini təsdiq edən sübutlar, əməlin törədilməsini təsdiq edən şahid və ya digər şəxslərin ifadələri materiala əlavə edilməmişdir. Eyni zamanda, əməlin baş verdiyi yerin Nizami rayon məhkəməsinə aidiyyatı müəyyən edilməmişdir. Belə ki, məlumatın yayıldığı iddia olunan “Voice Press”informasiya bürosunun hüquqi ünvanı Nərimanov rayonu, M.K.Atatürk prospekti 37 müəyyən edilmişdir. X21 “Media Group”-un ünvanı isə ünvan 2lə qeyd olunan halların mövcudluğu xüsusi ittiham qaydasında verilməli olan şikayətin məhkəmə baxışına verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X10 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə icraatı dövründə 05 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-411/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-411/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver