Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-414/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin (təqsirləndirilən şəxsin) müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): xx.xx.1989-cu il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ucar rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanının qarşısına gələrək orada saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21060” markalı **-KJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan tərəfdən açıq olan qapısını açaraq kilid açarının üzərində olmasından istifadə edib mühərriki işə salmaqla nəqliyyat vasitəsini qanunsuz ələ keçirərək qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunda göstərilən Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığını bildirmiş, buna görə də, məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərəçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, buna görə də məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulan əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət qanununda nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2 maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 (yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-414/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-414/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver