Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-415/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda fərdi evdə yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanında yerləşən «Rozmari» gül salonun qarşısında tanışı Zərərçəkmiş şəxs olan pul borcunu sonuncunun ondan istəməsi ilə əlaqədar aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qəsdən yumruqla sonuncunun sifət nahiyəsinə və təpiklə ayaq nahiyəsinə vuraraq ona sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının iç tərəfinin qansızması, üst dodağın sağ yarısının selikli qirşasının iç səthinin qansızması, bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budun arxa-bayır səthinin hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radəllərində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanında yerləşən «Rozmari» gül salonunun qarşısında tanışı Zərərçəkmiş şəxs ilə təsədüfən qarşılaşmışdır. Onun Raqifə bir neçə aydır ki 100 manat borcu olmuşdur. O, Raqiflə salamlaşdıqdan sonra sonuncu ondan borcunu istəmişdir.O, isə pulunun olmadığını və 1 ay sonra borcunu qaytaracağını bildirmişdir. Bundan sonra onlar arasında bu zəmində mübahisə yaranmış və mübahisə zamanı Raqif onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşərək iki dəfə yumruqla Raqifin sifət nahiyəsinə və təpiklə ayaq nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra oradan çıxıb getmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanında yerləşən «Rozmari» gül salonunun qarşısında baş vermişdir. Hadisə sutkanın qaranlıq vaxtlarında baş verdiyindən ətrafda onlarlan başqa heç kəs olmamışdır. Hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı xəsarət almayıb və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. İcraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanında yerləşən «Rozmari» gül salonun qarşısında tanışı Təqsirləndirilən şəxs ilə təsədüfən qarşılaşmışdır. Vüsalın ona bir neçə aydır ki 100 manat borcu olmuşdur. O Vüsal ilə salamlaşdıqdan sonra ondan borcunu istədikdə sonuncu pulunun olmadığını və 1 ay sonra borcu qaytaracağını ona bildirmişdir. Bundan sonra onlar arasında bu zəmində mübahisə yaranmış və Vüsal yumruqla bir neçə dəfə onun sifət nahiyəsindən və təpiklə ayaq nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Vüsal oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanında yerləşən «Rozmari» gül salonunun qarşısında baş vermişdir. Hadisə sutkanın qaranlıq vaxtlarında baş verdiyindən ətrafda onlardan başqa heç kəs olmamışdır. Hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı xəsarət almışdır. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-415/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-415/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver