Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-415/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs polis mayoru rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində xidmət edərkən tanışı Zərərçəkmiş şəxs övladı Şahid1 tanışları vasitəsi ilə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinə müəllimə kimi işə qəbul etdirəcəyinə dair vəd verib tanışı Şahid2 vasitəsi ilə X2 bu məsələni 5000 manat müqabilində həll edəcəyini razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə sonuncunun qızının müəllimə kimi işə qəbul edilməsi üçün guya 12000 manat məbləğində pul istənilməsi, həmin pulun 8000 manatının əvvəlcədən, 4000 manatının isə iş düzələndən sonra ödənilməli olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verib aldadaraq, etibarından sui-istifadə etməklə 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanında yerləşən “Köhnə Bakı” adlı kafedə Zərərçəkmiş şəxs 8000 manat məbləğində nağd pul vəsaitini alıb, 5000 manatını Kənan Qasımova çatdırılması üçün Şahid2 verərək Zərərçəkmiş şəxs məxsus həmin pulun 3000 manatını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında atası Rasim İbrahimxəlilov ona zəng edərək Zərərçəkmiş şəxs adlı tanışının qızını işə düzəltmək istədiyini deyərək ondan Elxana köməklik etməsini istəmişdir. O, Elxanla görüşmüş, Elxan ondan qızının məktəbdə işə düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Bundan sonra o, əvvəldən tanıdığı Şahid2 adlı tanışına zəng edərək Elxanın qızını məktəbdə müəllimə kimi işə qəbul etdirməsini xahiş etmişdir. Bir müddət sonra Şahid2 ona zəng edərək işlə bağlı maraqlandığını, işi həll edə biləcəyini, buna görə işə qəbul olunmaq istəyən şəxsə aid məlumatları soruşmuş, o da həmin məlumatları öyrənib, "Whatsapp” mobil tətbiqi vasitəsi ilə Bəhruza göndərmişdir. Təxminən 1-2 gün sonra Bəhruz onunla əlaqə saxlayaraq 5000 manata işi həll edə biləcəyini, iş alındıqdan sonra 1000 manat əlavə verməsini söyləmişdir. Həmin gün atası Rasim İbrahimxəlilova zəng etmiş və Zərərçəkmiş şəxs qızının işə qəbul olunması üçün 12000 manat pulun tələb olunduğunu, 8000 manatı əvvəlcədən, 4000 manatı isə işə qəbul olunduqdan sonra verə biləcəyini bildirmişdir. Elxan da 12000 manatın çox olduğunu, həmin pulu verməyə imkanı olmadığını demişdir. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ona zəng edərək 8000 manat pulu tapdığını, növbəti gün Bakı şəhərinə gələcəyini, həmin pulu ona verəcəyini söyləyərək onunla görüşmək üçün hara gəlməli olduğunu soruşduqda Zərərçəkmiş şəxs ayağında problem olduğuna görə özü Elxanın yanına gələcəyini demişdir. Növbəti gün saat təxminən 13 radələrində “8-ci km” bazarında olan “Köhnə Bakı” adlı kafedə görüşmüşlər, Elxan ona 8000 manat pul və qızının sənədlərini vermişdir. O, yolda Bəhruza zəng edərək pulu və sənədləri nə vaxt verə biləcəyini soruşmuş, Bəhruz ona saat 16-17 radələrində Xətai rayonunda yerləşən “Sevgililər" parkına gəlməsini demişdir. Qeyd olunan vaxtda Şahid2la görüşərək sonuncunun avtomobilində 8000 manat puldan 5000 manatı və sənədləri Bəhruza vermişdir. Bəhruz bir neçə gün sonra 2022-ci ilin avqust ayının sonlarında ona zəng edərək Elxanın qızının 1-2 gün ərzində Bakı şəhərinə Təhsil Nazirliyinə gəlməli olduğunu demişdir. O, Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək qızı ilə birlikdə Bakıya gəldiyini demişdir. O, Bəhruzla əlaqə saxlamış və onları görüşdürmüşdür. Bundan bir neçə saat sonra Bəhruz ona zəng edərək Zərərçəkmiş şəxs və qızı ilə görüşdüyünü, sənədlərinə baxıldığını, sənədlərin qaydasında olduğunu, işin alınacağını və yeni dərs ilində əmrin veriləcəyini, narahat olmamalarını bildirmişdir. 15 sentyabr 2022-ci il tarixdə dərs ili başladıqdan sonra Zərərçəkmiş şəxs ona zəng edərək dərs ilinin başladığını, qızının isə işə başlamadığını deyərək işin nəyə görə alınmadığını soruşan zaman, o, Bəhruzla əlaqə saxlamış, Bəhruz ona Elxanla danışdığını, Təhsil Nazirliyindən zəng edəcəklərini bildirmişdir. O, Elxanla əlaqə saxlayıb belə bir zəngin olub-olmamasını soruşmuş, Elxan isə qızı ilə danışdıqdan sonra ona Təhsil Nazirliyindən qızına zəng edildiyini demişdir. Şahid2 ona daha bir neçə dəfə zəng edəcəklərini, qızın şəxsiyyət vəsiqəsi ilə birlikdə Şəki rayonunda olan Təhsil şöbəsinə yaxınlaşacağını, həmin şöbədən əmrinin surətini verəcəklərini söyləmişdir. Elxan və qızı gələn zənglərdən sonra bir neçə dəfə Təhsil şöbəsinə getsələr də, orada əmrin olmadığı bildirilmişdir. Bu səbəbdən də qeyd olunanlarla bağlı Bəhruzla bir neçə dəfə danışsa da Bəhruz, hər dəfə bir bəhanə gətirərək işin həll olunacağını demişdir. O, işin alınmadığını gördükdə Zərərçəkmiş şəxs xəbəri olmadan Bəhruzdan Elxanın pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Bəhruz həmin pulu Təhsil Nazirliyində işləyən Almaz adlı şəxsə verdiyini, iş alınmasa pulu Almazdan götürüb qaytaracağını demişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxslə əlaqə saxlayıb Təhsil Nazirliyindən kimin əlaqə saxladığını soruşduqda Elxan ona və qızına zəng edən şəxsin adının Almaz olduğunu demiş və o, Almazın nömrəsini Elxandan öyrənib Almaza zəng edərək danışmışdır. Danışıq zamanı Almaza Zərərçəkmiş şəxs qohumu olduğunu, qızının işə qəbul etdirilməsi üçün verilən pulun Almaza verildiyini, işin uzandığını, buna görə də pulu qaytarmasını istəmiş, lakin Almaz pulu ondan deyil, Bəhruzdan aldığını deyərək pulu qaytarmaqdan imtina etmiş və daha sonradan zənglərinə cavab verməmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs atası ilə əlaqə saxlayaraq qızının işə qəbul məsələsinin çox uzandığını, artıq həll olunacağına inanmadığını deyərək Şəki rayonunda orta məktəbdə “Gənclər Birliyi” ixtisası üzrə iş olduğunu, qızının heç olmaya həmin yerə qəbul etdirilməsini istədiyini, lakin verdiyi 8000 manat puldan başqa pul verməyəcəyini söyləmiş, atası da həmin məsələni ona danışmışdır. Buna görə də Bəhruza zəng edərək həmin məsələni danışmış, Bəhruz onun üçün asan məsələ olduğunu, bunun üçün Şəki Regional Təhsil İdarəsinin müdiri Bəhruz adlı şəxsin tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə işi asanlıqla həll edə biləcəyini və verilən 5000 manat puldan başqa pula ehtiyac olmadığını bildirmişdir. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs ona və atasına zəng edərək qızının işə düzəldilməsi məsələsinin uzandığını, həmin işin alınacağına inanmadığını demiş və buna görə də pulunu geri istəmişdir. Buna görə də, o, Şahid2 zəng edərək Zərərçəkmiş şəxs pulunu geri istədiyini, işi artıq istəmədiyini demişdir. Bəhruz isə cavabında heç bir problem olmadığını, pulu qaytaracağını demiş, lakin həmin pulu qaytarmamış və hər dəfə zəng etdikdə müxtəlif bəhanələr gətirmiş, hətta sonuncu dəfə ona Almaz adlı şəxsin işdən çıxarıldığını və tutulduğunu demişdir. Pulun qaytarılması üçün 2023-cü ilin yanvar ayında əvvəllər Ramil kimi tanıdığı, Bəhruzun işin düzəlməsi üçün pulu verdiyi Kənana zəng edərək Zərərçəkmiş şəxs verdiyi pulu geri tələb etdikdə Kənan Almaz adlı şəxsə 5000 manat pul verdiyini, həmin pulu da 2-3 gün ərzində qaytaracağını söyləmiş, lakin hər hansı məbləğdə pul qaytarmamışdır. Buna görə də 2023-cü ilin fevral ayının sonları, mart ayının əvvəllərində atası ona zəng edərək Kənan və Bəhruzla Yasamal rayonunda yerləşən “Yasamal parkı”nda görüşəcəklərini, onun da görüşə gəlməyini söyləmiş və təxminən saat 20-21 radələrində o, atası Rasim, Bəhruz və Kənan “Yasamal parkı”nda görüşmüşlər. Kənan ondan Bəhruza nə qədər pul verdiyini soruşmuş, o da Kənana cavab olaraq Bəhruza 5000 manat pul verdiyini demişdir. Həmin vaxt atası X1 Zərərçəkmiş şəxs qızının məktəbdə “Gənclər Birliyi” ixtisası üzrə işə düzəldilməsi məsələsini həll etmədiyini dedikdə Kənan Şahid2 “Gənclər Birliyi” məsələsinin nə olduğunu soruşmuş, bu zaman Bəhruz və atası həmin məsələni, yəni Zərərçəkmiş şəxs qızının məktəbdə “Gənclər Birliyi” ixtisası üzrə işə düzəldilməsini istədiyini Kənana danışmışdır. Həmin vaxt Kənan qeyd olunan məsələnin asan iş olduğunu, həmin işə Şəki Regional Təhsil İdarəsinin baxdığını və həmin idarənin müdirinin dostu olduğunu, adının da Bəhruz olduğunu söyləmişdir. Həmçinin atası Bəhruz və Kənana aldıqları 5000 manat pulu qaytarmalarını dedikdə Kənan Zərərçəkmiş şəxs “Gənclər Birliyi” ixtisası üzrə işə düzəldilməsinə razı olub-olmadığını soruşmuş və Bəhruz Zərərçəkmiş şəxslə danışdığını və sonuncunun həmin işə razı olduğunu demişdir. Bu zaman atası Kənana əgər işi həll edirsə Zərərçəkmiş şəxslə danışmasını, çünki Elxanın narahat olduğu üçün tez-tez ona və atasına zəng etdiyini demişdir. Buna görə də Kənan həmin vaxt onların yanında mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edərək səs ucaldıcını aktiv edib onunla danışaraq qızının işini özünün həll edəcəyini, verilən pulun onda olduğunu, işlə bağlı ona və ya atası Rasim İbrahimxəlilova zəng etməməsini söyləmiş və Zərərçəkmiş şəxs razılaşmışdır. Elxanla danışarkən Kənan Şahid2la birlikdə 2-3 gün ərzində Şəki rayonuna gələcəyini, gəldikdə xəbər edəcəyini demişdir. Bundan bir müddət sonra Kənan ona zəng edərək Şəki rayonuna getdiyini, rayonda Zərərçəkmiş şəxslə görüşüb danışdıqlarını, habelə birlikdə Şəki Regional Təhsil İdarəsinin müdiri Bəhruz adlı şəxslə görüşdüklərini, müdirin ona 1 ay ərzində imtahan olacağını, qızının həmin imtahanda iştirak edəcəyini deyib, ad və soyadını götürdüyünü söyləmişdir. Bundan sonra imtahan olmuş və Kənan “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Şahid1 topladığı balın şəklini ona göndərmiş və işin həll olduğunu, bundan sonra narahat olmamasını, işin həllindən sonra Elxandan əlavə 1000 manat istədiyini və Elxanın razı olduğunu söyləmişdir. Lakin bundan sonra Bəhruz və Kənan nə onun, nə də atasının zənglərinə cavab verməmişdir. Atası Zərərçəkmiş şəxslə danışdıqda Elxan ona işin düzəldiyini deyib narahat olmamasını bildirmiş, bundan sonra nə ona, nə də atasına zəng etməmişdir. Lakin sonradan Elxan atası və ondan şikayət etmişdir. Özünü Ramil kimi təqdim etmiş Kənan Qasımov və Şahid2 Zərərçəkmiş şəxs alınan 8000 manat məbləğdən 5000 manat hissəsi müqabilində Zərərçəkmiş şəxs qızını əvvəlcə Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 1 saylı orta məktəbə işə düzəldəcəklərini, daha sonra isə həmin məktəbdə “Gənclər Birliyi” ixtisası üzrə işə düzəldəcəklərini söyləmişlər. 3000 manat hissəsini isə özünə götürmüşdür. O, götürdüyü 3000 manat pulu dəfələrlə qaytarmaq istəmiş, lakin zərərçəkmiş şəxs həmin pulu götürməkdən imtina etmişdir. O, həmin pulu hal-hazırda qaytara bilər. Etdiyi əməldən peşmandır, müddətin keçməsinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında Şəki rayonu Orta Zəyzid kəndində çayxanada tanışı Rasim İbrahimxəlilov ilə söhbət edərkən Rasim ondan qızının işləyib-işləmədiyini soruşmuş, bu zaman o, qızının işləmədiyini demiş və Rasim nəyə görə qızının işləmədiyini soruşduqda həmin vaxt o, Rasimə qızının müəllim işləməsi üçün imtahan verdiyini, lakin topladığı balın işləmək üçün kifayət etmədiyini demişdir. Bu zaman Rasim İbrahimxəlilov ona oğlu Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyində işlədiyini və yaxşı tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə qızını işə qəbul etdirə biləcəyini demişdir. O, belə bir imkan olarsa ona köməklik etməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Rasim İbrahimxəlilov ona oğlu ilə danışdığını, 12000 manata qızını kənddə olan məktəbdə müəllimə kimi işə qəbul etdirə biləcəyini, pulu verdikləri halda yeni dərs ilində, yəni 15 sentyabr 2022-ci il tarixdə qızının işə qəbul əmrinin veriləcəyini söyləmiş, o, 12000 manatın çox olduğunu dedikdə Rasim 8000 manatı əvvəlcə, iş alındıqdan sonra isə 4000 manatı verə biləcəyini söyləmiş, o da Rasimlə razılaşmışdır. O, pulun bir hissəsini borc, bir hissəsini isə kredit olmaqla 8000 manat pulu topladıqdan sonra 07 iyul 2022-ci il tarixdə Vüsala zəng edərək pulun hazır olduğunu, növbəti gün pulu vermək üçün Bakı şəhəri, Nizami rayonu, 8 kilometr bazarının yaxınlığına gələcəyini bildirmişdir. Razılaşdıqları gün saat 13 radələrində 8-ci kilometrdə olan “Köhnə Bakı" adlı kafedə Təqsirləndirilən şəxsla görüşmüş, qızının diplomunun və şəxsiyyət vəsiqəsinin əsillərini, həmçinin 8000 manat pulu Vüsala vermiş, eyni zamanda pulu Vüsala verdikdə sonuncuya 15 sentyabr 2022-ci il tarixdə qızının əmri gəldikdən sonra qalan 4000 manatı da tapıb verəcəyini bildirmiş, həmin vaxt Vüsal ona narahat olmamasını, işin həll olunacağını demiş, və o, həmin gün Şəki rayonuna qayıtmışdır. 2022-ci ilin avqust ayının sonlarında Vüsal ona zəng edərək qızının Təhsil Nazirliyinə gəlməli olduğunu və müsahibədən keçməli olduğunu söyləmiş, bu səbəbdən də o, qızı birlikdə 29 avqust 2022-ci il tarixdə Bakı şəhərinə gələrək, Vüsala zəng edib Bakı şəhərində olduğunu deyib haraya getməli olduğunu və kiminlə görüşməli olduğunu soruşmuş, bu zaman Vüsal ona Bəhruz və Ramil adlı şəxslərin nömrəsini verərək əlaqə saxlamasını və həmin şəxslərlə görüşəcəyini demiş, o da Bəhruza zəng edərək nömrəsini Vüsalın verdiyini deyərək haraya gəlməli olduğunu soruşmuş, Bəhruz isə ona 1 saata Təhsil Nazirliyinə gəlməli olduğunu demiş və o, həmin gün saat 11 radələrində nazirliyin qarşısında Bəhruz və Ramillə görüşmüşdür. Görüş zamanı Bəhruz qızının diplomunun və şəxsiyyət vəsiqəsinin əsillərini aparıb surətlərini çıxardıqdan sonra sənədləri ona qaytarmış, eyni zamanda Ramil və Bəhruz görüş zamanı ona yeni dərs ilində, yəni 15 sentyabr 2022-ci ildə qızının işə başlaması ilə bağlı əmrinin veriləcəyini, qızının işə başlayacağını, narahat olmamalarını bildirmişlər. Lakin 15 sentyabr 2022-ci il tarixdə dərs ili başladıqdan sonra qızının işə qəbul olunmadığını, hər hansı əmrin gəlmədiyini gördükdə Təqsirləndirilən şəxs zəng edərək işinin nəyə görə alınmadığını soruşmuş sonuncu Bəhruzla əlaqə saxlayıb məlumat verəcəyini demiş və bir neçə dəqiqə sonra zəng edərək Təhsil Nazirliyindən qızına zəng edildiyini söyləmiş, o, qızından soruşduqda həqiqətən özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin zəng etdiyini, həmin şəxsin qarışıqlıq olduğu üçün işinin gecikdiyini, narahat olmamasını, tez bir zamanda işinin alınacağını dediyini söyləmişdir. Bundan sonra 2022-ci ilin təxminən oktyabr-noyabr aylarında o, Rasimə zəng edərək işin alınmadığını, Vüsal, Bəhruz və Ramilin hər dəfə bir bəhanə gətirdiyini, 8000 manat pul verdiyini, lakin hələ də işi həll edə bilmədiklərini bildirmiş, məktəbdə "Uşaq Birliyi rəhbəri" ixtisası üzrə texniki iş olduğunu, heç olmaya qızını həmin yerə işə düzəltmələrini söyləmiş, Rasim ona Bəhruz və Ramillə danışacağını demiş və sonradan zəng edərək razılaşdıqlarını bildirmiş, eyni zamanda onun özü də həmin məsələ ilə bağlı Ramillə danışmış və Ramil ona həmin məsələni həll edəcəyini söyləmişdir. Daha sonra 2023-cü ilin yanvar ayında qızının iş məsələsinin düzəlmədiyini görüb Vüsal və Rasimə zəng edərək işi düzəldə bilmədiklərini, buna görə də pulunu geri qaytarmalarını söyləmiş, Rasim ona pulu qaytarmağın problem olmadığını, lakin qızının işləməsini istədiyini demiş və bununla da ona pulunu qaytarmamışdır. Buna görə də 2023-cü ilin fevral ayının sonları, mart ayının əvvəllərində axşam saatlarında Ramil ona zəng edərək qızının işini özünün həll edəcəyini, verilən pulun özündə olduğunu, özünün də işlə bağlı bir neçə günə Şəki rayonuna gələcəyini söyləmiş, həmin vaxt Rasim də kənardan həmin işlə bağlı Bəhruz və Ramillə görüşdüyünü demişdir. Bundan bir neçə gün sonra, təxminən 2023-cü ilin fevral-mart aylarında Ramil ona zəng edərək Bəhruzla birlikdə Şəki rayonuna gəldiklərini və onunla görüşmək istədiklərini, gələrkən qızının diplom və şəxsiyyət vəsiqəsini də gətirməsini demiş və onlar Şəki rayon Regional Təhsil İdarəsinin qarşısında görüşmüşlər. Görüş zamanı o, sənədlərin əslini Bəhruza vermiş, Bəhruz həmin sənədləri götürüb idarəyə daxil olmuş və işi danışıb qayıdacağını dedikdən bir neçə dəqiqə sonra qayıdaraq sənədlərin əslini ona qaytarmışdır. Həmçinin Bəhruz ona mart ayında imtahan olacağını, qızının imtahanda iştirak etməli olduğunu demiş, bu zaman o, qızının imtahan verməli olduğu halda, nəyə görə pul verdiyini söylədikdə onlar ona imtahana daxil olmasının vacib olduğunu bildirmişlər. Bundan bir neçə gün sonra Ramil ona zəng edərək Şəki Regional Təhsil İdarəsinə gedərək imtahan üçün qızının qeydiyyatdan keçməli olduğunu demiş və o, qızı ilə birlikdə idarəyə getdikdə qeydiyyatın Şəki rayon Təhsil şöbəsində olduğunu, həmçinin imtahana qeydiyyatın bitdiyini öyrənmiş, buna görə də o, Təhsil şöbəsinə gedərək qızının imtahan üçün qeydiyyatdan keçmək istədiyini demiş, lakin şöbədə adını bilmədiyi qadın işçi ona imtahana qeydiyyatın artıq bitdiyini söyləmiş, bu səbəbdən də o, Ramilə zəng etmiş və ona qeydiyyatın bitdiyini dediklərini söyləmiş, Ramil onlarla danışdıqdan sonra qızının imtahana girməsi üçün imtahana buraxılış kağızı verilmiş, bundan sonra qızının imtahan nəticələri “Whatsapp" mobil tətbiqi vasitəsi ilə Ramilə göndərmiş, lakin Ramil həmin vaxt işin tezliklə həll olunacağını desə də, sonradan nə Ramil, nə Bəhruz, nə Vüsal, nə də Rasim onun zənglərinə cavab verməmişlər. O, da məcburiyyət qarşısında qalıb şikayət etmək qərarına gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, ona Ramil kimi təqdim edilmiş şəxs əslində Kənan Qasımovdur. Vüsalın təklif etdiyi 3000 manat pulu qəbul etmir, Vüsala verdiyi 8000 manat pulun tam qaytarılmasını tələb edir. O, 2023-cü ildə müraciət etmişdir, o vaxtdan istintaq aparılır. Müddətin keçməsinə görə icraata xitam verilməsinə razı deyil. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması haqqında 01 mart 2024-cü tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs səs yazılarının olduğu 1 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 313-12/2-112086/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən hal-hazıradək iki ildən artıq müddət keçmişdir, bu müddətdə isə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 və 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməli, Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 42 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 252 (iki yüz əlli iki) manat (42x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 42 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 252 (iki yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-415/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-415/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver