Məhkəmə qərarları › İş №1(007)-415/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-415/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-415/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən X1, onun nümayəndəsi Nümayəndə2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5, onun müdafiəçiləri Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə, X1 X7 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 148-ci maddəsi ilə 06 ay müddətində cinayətlərin məcmusu üzrə qəti cəza olaraq CM-nin 66.2-ci maddəsinə əsasən 06 ay müddətində azadlıqdan məhrum edilməsi, şərəf və ləyaqətə, ictimai nüfuza və psixoloji duruma vurduğu ziyana görə 100 min manat pul vəsaitinin tutularaq ona ödənilməsinə” dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 148-ci maddəsi ilə 06 ay müddətində cinayətlərin məcmusu üzrə qəti cəza olaraq CMnin 66.2-ci maddəsinə əsasən 06 ay müddətində azadlıqdan məhrum edilməsi, şərəf və ləyaqətə, ictimai nüfuza və psixoloji duruma vurduğu ziyana görə 100 min manat pul vəsaitinin tutularaq ona ödənilməsini” xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Afaq Əliyeva məktəbdə öz kabinetində vəkili Fətəliyev Sabirin və Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfaqətova Lalənin yanında onu ”Sveta köpəyi” adlandırmaqla şərəf, ləyaqət və nüfuzunu alçaqcasına ləkələyərək təhqir etmiş, psoxoloji durumuma ciddi ziyan vurmuşdur. X5 törətdiyi cinayət əməllərində CM-nin 148-ci maddəsinin cinayət tərkibinin bütün elementləri mövcuddur. Cinayətin obyekti- Hüseynova Svetlananın şərəf və ləyaqəti, nüfuzudur, cinayətin obyektiv cəhəti- Hüseynova Svetlananın şərəf və ləyaqətini,nüfuzunun ləkələnməsi rüşvət tələb etməsi və alması böhtanı ilə ağır cinayətdə ittiham olunmasıdır,cinayətin subyekti-bu cinayəti törədən fiziki şəxsin varlığıdır ki,bu şəxs Əliyeva Afaqdır,səsinin audioyazısı olan bir CD diski , cinayətin subyektiv cəhəti- Əliyeva Afaqın məqsədinin Hüseynova Svetlanaya böhtan atmaqla ondan qisas və intiqam almaq istəyidir. Yəni cinayətin motivi qəsddir. Bu qəsdin başlıca səbəbi inventarizasiya komissiyasının sədri kimi aşkar etdiyim 2017-ci ildən məktəbdən oğurlanmış ilkin dəyəri 70693 manat məbləğində aktivlərin qanunsuz yolla Afaq Əliyeva tərəfindən saxta aktla balansdan silinməsi barəsində 24 iyun 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət elməyim olmuşdur.Məlumat üçün bildirirəm ki,mənim şikayətim əsasında həmiıı idarədə 201 nömrəli məktəbin vəzifəli şəxsləri barəsində ( o cümlədən Afaq Əliyeva barəsində) AR CM-nin 179.2.3 və 179.2.4-cii maddələri ilə xx.xx.2023- cü il tarixdə cinayət işi başlanılmış,istintaq həmin idarədə aparılmış,cinayət işinə 1 3.06.2024-cü il tarixdə bəraətverici əsas olmadan CM-nin 73-1.2-ci və CPM-nin 40.3- cii maddəsi ilə xitam verilmişdir.Qeyd edilənləri əsas gətirən xüsusi ittihamçı X7 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 148-ci maddəsi ilə 06 ay müddətində cinayətlərin məcmusu üzrə qəti cəza olaraq CM-nin 66.2-ci maddəsinə əsasən 06 ay müddətində azadlıqdan məhrum edilməsi, şərəf və ləyaqətə, ictimai nüfuza və psixoloji duruma vurduğu ziyana görə 100 min manat pul vəsaitinin tutularaq ona ödənilməsini” xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X2 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittihm qaydasında şikayət verilən X7, onun müdafiəçiləri Nümayəndə1 və X8 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini ayrı-ayrılıqda məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3, 293.3.3 və 293.3.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Xüsusi ittiham qaydasında şikayətdə X1 X7 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 148-ci maddəsi ilə 06 ay müddətində cinayətlərin məcmusu üzrə qəti cəza olaraq CM-nin 66.2-ci maddəsinə əsasən 06 ay müddətində azadlıqdan məhrum edilməsi istənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Xüsusi ittiham qaydasında şikayət verən X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmasını məhkəmədən istəsə də həmin məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəzanın olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 şərəf və ləyaqətə, ictimai nüfuza və psixoloji duruma vurduğu ziyana görə 100 min manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən X2 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etməmiş və mülki iddia qaydasənda sürdüyü tələbə uyğun olaraq qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi barədə ödəniş qəbzini iş materiallarına əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar