Məhkəmə qərarları › İş №1(007)-417/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-417/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-417/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, H.Əliyev prospekti, 91 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən, naməlum mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,182 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 aprel 2022-ci il tarixdə saat 09 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də şəxsi istehlak miqdarından az 01 ədəd üzərində “Phenezepin 0,001 qr” göstəricisi olan konvanyut kəsiyində bir ədəd ağ rəngli, dairəvi formalı psixotrop maddə fenazepam təsiredici maddəsinin miqdarı 0,001 qram təşkil edən dərman həbi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa “Əli” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən, sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 50 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş, Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsi” adlanan yerdən, yarımçıq binanın yanındakı taxtanın altından təmiz çəkisi 1,030 qram və 0,268 qram ümumilikdə təmiz çəkisi 1,298 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,815 qram olan narkotik vasitə heroin götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 29 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Nizami Rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə elan edilmiş axtarış əsasında ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 6 məhəllədə yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşıdığı iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,030 qram və 0,268 qram ümumilikdə təmiz çəkisi 1,298 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,815 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarın sol yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan marixuanna istifadə edir. Həmçinin bildirdi ki, uzun müddətdir ki, yuxusuzluqdan əziyyət çəkir. Bu barədə bacanağı Fizuli ilə danışarkən, Fizulinin çoxlu həkim dostlarının olmasını və onların verdiyi resept əsasında yuxu gətirən dərman ala biləcəyini öyrənmişdir. Bir neçə gün sonra Fizuli ona 2 ədəd fenazepam adlı dərman vermiş və o, həmin dərmanın bir ədədini istifadə etmiş, digərini isə özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında isə Bakı şəhəri, 4-cü mikrorayon ərazisindən, adını bilmədiyi, şəxsdən 10 manat pul müqabilində bir dəfə istifadə üçün heroin almış və yuxugətirici dərmanı həmin şalvarının cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Nizami rayonu, Ş.Mirzəyev küçəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və narkotik vasitə istifadəçisi qismində şübhəli olduğunu deyib onu Nizami rayon polis idarəsinə gətirmişlər. Şəxsi axtarış və götürmə keçirilmiş və aldığı narkotik vasitə olan heroin və fenazepam həbi üzərindən aşkar edilərək götürülmüşdür. Bundan sonra onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş və o azadlığa buraxılmışdır. Həmin müddətdə narkotik əldə etmək üçün özünü ona İran islam Respublikasının vətəndaşı kimi təqdim edən “Əli” adlı şəxslə whatsapp vasitəsilə danışarkən sonuncuya narkotik vasitə istədiyini bildirmişdir. Daha sonra pulu sonuncunun kartına göndərmişdir. “Əli” ona narkotik vasitənin yerinin şəklini göndərmiş və harada olduğunu izah etmişdir. Bundan sonra o, narkotik vasitəni həmin yerdən götürüb, istifadə etmişdir. Beləcə, ona narkotik vasitə lazım olanda, “Əli” dən narkotik vasitə almışdır. Sonuncu dəfə 28 iyun 2022-ci il tarixdə gece saat 10 radələrində yenə “Əli” ilə əlaqə saxlayıb, 2 qram metamfetamin, 1 qram heroin sifariş etmişdir. Bundan sonra «Əli» “Ukranski kruqu” deyilən yerdə yarımçıq binanın alt tərəfindəki taxtanın altına narkotikləri yerləşdirdiyini bildirmişdir. O isə sonuncunun izah etdiyi yerə gedib, həmin narkotik vasitələri götürüb, cibinə qoyaraq evinə gəlmişdir. 29 iyun 2022-ci il tarixdə axşam 18 radələrində narkotik vasitə istifadə etmək üçün evdən çıxmışdır. Yaşadığı binanın qarşısında hərəkətdə olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb onu 25-ci PŞ-nə dəvət etmişlər. PŞ-nə gəldikdən sonra özünü şübhəli apardığı üçün üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O da buna etiraz etməmiş, videogörüntü ilə baxış keçirilməsinə razı olmuşdur. Şəxsi axtarış zamanı 2 büküm metamfetamin və 1 büküm heroin, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra isə üzərindən aşkar edilmiş narkotik vasitə heroin, metamfetamin və tərəzi qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmiş, həmin tərəzi ilə əldə etdiyi narkotik vasitələrin çəkisini öyrənmək üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 29 iyun 2022-ci il tarixdə Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarış üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saat 18 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. PŞ-də Təqsirləndirilən şəxs özünü şübhəli apardığından təhqiqatçı Nurlan Talıbov tərəfindən şəxsi axtarış və götürmə keçiriləcəyi ona bildirilmiş və şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən isə 1 ədəd tərəzini, şalvarının arxa cibindən 6 ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmiş, 2 ədəd bükümün içərisində ağ rəngli spesifik iyə malik olan kütlələr, 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs 02 ədəd bükümdəkilərin «şüşə» kimi tanıdığı, 01 ədəd bükümdə «kokos» kimi tanıdığı maddələr olmasını, həmin maddələri Nəsimi rayonu, 4-cü mikrorayondan tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş 03 ədəd büküm və 01 ədəd tərəzi qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat baş müvəkkili vəzifəsində çalışır. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə məşğul olması barədə daxil olmuşdur. Yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 09 radələrində ünvan 9 ünvanın qarşısında olan şəxsin Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra, tərəflərindən ona narkotik vasitələrin istifadəsində, əldə edilməsi, daşınması, saxlanılması şübhəli olması bildirilərək birlikdə RPİ-nə getməsi təklif olunmuşdur. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Nizami RPİ-nə gəlmişdir. Polis İdarəsində həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü və 1 ədəd ağ rəngli həbi təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik olan kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə «kokos» kimi tanıdığı maddə, 1 ədəd həbin isə «Fenozepam» dərmanı olduğunu, narkotik vasitəni 10 aprel 2022-ci ildə üzdən tanıdığı adını bilmədiyi şəxsdən aldığını, 01 ədəd həbi isə «Füzuli» adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm və həb qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il trixli 6/3624 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 1,030 qram, 0,268 qram ümumi təmiz çəkisi 1,298 qram olan ağ rəngli, kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,815 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün digər bükümdə olan heroinlə müqayisəli tədqiqat aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2022 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Phenezepin 0,001 qr” göstəricisi olan konvalyut kəsiyində bir ədəd ağ rəngli dairəvi formalı dərman həbi fenazepam tərkibli dərman preparatıdır və bir ədəd həbdə fenazepam təsiredici maddəsinin miqdarı 0,001 qram təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 3782 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, BKC/LGL-11569/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirdilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1 və 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin təkrar törədilməsini AR-sı CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 09:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 13:11-də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:50-də tutulmuş, barəsində Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı və 01 ədəd elektron tərərzi məhv edilməli, şəxsin üzərinə 11 aprel 2022-ci il və 29 iyun 2022-ci il tarixdə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD və Təqsirləndirilən şəxs məxsus 055 *** **** saylı mobil nömrənin giriş-çıxış zəngləri və s.kimi məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 11 ay 28 gün (üç il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 147 (yüz qırx yeddi) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,765 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 1,198 qram olan metamfetamin, qalıq çəkisi 0,132 qram olan heroin, qalıq 0,5 ədəd olan fenazepam həbi, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə 11 aprel 2022-ci il və 29 iyun 2022-ci il tarixli axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk və istifadə edilmiş mobil telefon nömrəsindən ötürülmüş məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar