Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-417/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "Yeni Klinika" PHŞ-də xəstə baxıcısı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri -05 ədəd "Tramadol 50 mq" əmtəə göstəricisi olan konvalyutlarda ümumilikdə 50 ədəd təs.redici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2,5 qram olan ağ-göy rəngli tramadol tərkibli dərman preparatı və 01 ədəd üzərində "Alyse 150 mg capsule Pregabaline" əmtəə göstəricisi olan konvalyutda ümumilikdə 14 ədəd preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan preqabalin tərkibli dərman preparatını əldə edib saxlamaqla daşımış, 11 fevral 2024-cü il tarixdə saat 17:15 radələrində Nizami RPi-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 127 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd "Tramadol 50 mq" əmtəə göstəricisi olan konvalyutlarda ümumilikdə 50 ədəd təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2,5 qram olan ağ-göy rəngli tramadol tərkibli dərman preparatı və 01 ədəd üzərində "Alyse 150 mg capsule Pregabaline" əmtəə göstəricisi olan konvalyutda ümumilikdə 14 ədəd preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan preqabalin tərkibli dərman aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etdi ki, hadisə baş verən günü, yəni xx.xx.2024-cü il tarixdə iş yerindən bir nəfər tanışı ondan dərman preparatı istəmiş, o da üzərində olduğunu, gəlib ondan götürməsini bildirmişdir. Həmin günü təxminən saat 17:15 radələrində, ünvan 5 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli polis işçisi ona yaxınlaşaraq onun narkotik vasitə və güclü təsir edən dərman preparatlarının saxlanmasında və satışında şübhəli olduğunu deyərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O da, etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə getmişdir. İdarədə xidməti otaqlardan birində vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra video çəkiliş ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 5 list, hər listin içərisində 10 ədəd həb olan "tramadol” dərman preparatını, 01 ədəd listdə içərisindən 14 ədəd həb olan "Alyse" adlı dərman preparatını çıxarıb, polis əməkdaşlarına təhvil vermişdir. Üzərindən aşkar edilərək götürülmüş həmin dərman preparatları qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Həmin dərman preparatlarını özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır. Dərman prepararlarını tanımadığı şəxsdən əldə etmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, valideynlərinin xəstə olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİnin İTŞ-nin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsində əməliyyat müvəkkili işləyərkən Nizami RPİ-nə Azər adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin, yüksək təsiredici dərman preparatlarının qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatla bağlı əməliyyat qrupu təşkil olunaraq xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində Nizami rayonu, H.Əliyev prospekti, 142 ünvanının qarşısında Azər adlı şəxs saxlanılmış və Nizami RPİ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis idarəsinə getməyə razılaşmış, orada xidməti otaqların birində vəkilinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmışşəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 05 list, hər listində 10 ədəd həb olan üzərində “Tramadol” yazısı olan və 01 listdə 14 ədəd həb olan, üzərində "Alyse" yazısı olan dərman preparatlarını, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd “Samsung" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün xəstə, İİİ qrup əlil olduğunu və həmin dərman preparatlarını özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Nizami RPİ-nə daxil olmuş əməliyyat məlumatında isə dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Hövsan qəsəbəsində tanış olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs “tramadol” adlı dərman preparatının olduğunu görmüş, ondan 1-2 dəfə həb şəklində alaraq istifadə etmişdir. Sonrakı vaxtlarda isə təxminən 5-6 dəfə ayrı-ayrı vaxtlarda Azərdən öz istifadəsi üçün "Tramadol” adlı dərman preparatının hər listi 10 manatdan olmaqla alıb, qəbul etmişdir. O, hər dəfəsində Azərə 01 list, yəni 10 ədəd “Tramadol” həbi üçün 10 manat nağd şəkildə ödəniş etmişdir. Dərman preparatı lazım olduqda o, özü Azərlə əlaqə saxlamış, ondan “tamadol” istəmiş, Azər isə ona həmin dərman vasitələrini pul müqabilində vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/828 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №162" möhür əksi və “...Çübhəli şəxs: Təqsirləndirilən şəxs-imza,üç imza, Tərtib etdi: K.Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 05 ədəd “Tramadol 50 mq” əmtəə göstəricisi olan konvalyutlarda ümumilikdə 50 ədəd ağ-göy rəngli kapsulalar tramadol tərkibli dərman preparatıdır, təsir edici maddəsi tramadol hidroxloridin ümumi miqdarı - 2,5 qramdır. (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə - 0.05 qram olmaqla); 01 ədəd üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan konvalyutlann içərisində ümumilikdə 14 ədəd ağ rəngli kapsulalar preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı- 2,1 qramdır. (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda - 0.15 qram olmaqla). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-ci il tarixli, 1540 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan Tramadolun qəbul edilməsinə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarını özündə əks etdirən şəkillərdə X7 adlı şəxsə müxtəlif vaxtlarda pul müqabilində yuxarıda qeyd olunan maddə satması, kart nömrəsini ona göndərməklə ödənişin həmin karta köçürülməsini əks etdirən fakt öz təsdiqini tapır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, həmçinin İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan dərman preparatlarının qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 28 gün (bir il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 13 kapsul preqabalin və 47 ədəd tramdol hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-417/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-417/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver