Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-418/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 124, mənzil 50-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri. Xətai rayonu, UPD qəsəbəsi ərazisində tanışı Şahid1 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,396 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu,Q.Qarayev prospekti,81 B ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qısa cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,396 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, Şahid1 2022-ci ilin əvvəllərindən tanıyır. 01 iyul 2022-ci ildə, səhər tezdən Dilbərə zəng edib, ona metamfetamin lazım olduğunu demiş, Dilbər də ona metamfetamin verə biləcəyini, hal-hazırda Xətai rayonunun UPD adlanan qəsəbəsində olduğunu bildirmişdir. O, Xətai rayonunun UPD adlanan qəsəbəsinə gedərək Dilbərlə görüşmüş və 10 manat müqabilində bir ədəd bükümdə metamfetamin alıb əynində olan qara rəngli qısa cins şalvarının sağ yan cibinə qoymuşdur. 01 iyul 2022ci ildə, saat 18.30 radələrində yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi, 124 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə qəbul etməyindən şübhələndikləri üçün onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də xidməti otaqlardan birində üzərinə axtarış aparılan zaman əlində olan suvenir baltanı, çiynində olan qara rəngli çantanı, içərisindəki «Samsung A23» və «Nokia 8800» markalı mobil telefonlarını, içərisi boş pul qabısını, şəxsiyyət vəsiqəsini, həmçinin əynində olan qara rəngli qısa cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. O bükümün içərisində olan maddənin metamfetamin olduğunu, 01 iyul 2022-ci ildə, səhər vaxtı tanışı Dilbərdən özü istifadə etmək məqsədilə alıb üzərində saxladığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin əvəllərindən tanışdır. Ehtiyac olduqda Təbrizə metamfetamin vermiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 01 iyul 2022-ci ildə tanışı Təbriz ona zəng edib metamfetamin lazım olduğunu bildirmişdir. O da öz növbəsində Təbrizə müsbət cavab verərək Xətai rayonu UPD qəsəbəsində olduğunu demişdir. Bir müddət sonra Təbriz onun olduğu yerə gəlmiş, o da Təbrizə narkotik vasitə olan metamfetamin vermişdir. Bir neçə saat sonra isə Təbrizin tutulması barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Nizami rayon Polis İdarəsinin 24-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 iyul 2022-ci ildə, saat təxminən 18:30 radələrində PŞ-nin əməliyyat müvəkkili Şahid3la birlikdə keçirdikləri əməliyyat zamanı, ünvan 4 ünvanda “Təbriz”adlı şəxs şübhəli şəxs kimi saxlanılaraq 24-cü PŞ-nə gətirilmişdir. PŞ-də şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati otaqlarının birində video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əynindəki paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəl əlində olan baltanı, çiynində olan qara rəngli dəri materialdan olan çantasından “Samsunq” markalı və “Nokia” markalı mobil telefonları, çantanın içərisindən 01 ədəd pul qabında olan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisində ağ rəngdə ”şüşə” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni tanışı Dilbər adlı qadından 10 manata şəxsi istifadəsi üçün aldığını, təqdim etdiyi baltanı isə tutulmamışdan əvvəl Elmir adlı tanışından suvenir kimi saxlamaq məqsədilə götürdüyünü bildirmişdir. Sonra axtarış və götürmə barədə protokol tərtib edilmiş və axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3648 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,396 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 3775 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 iyul 2022-ci il tarixli 3/904 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd balta formalı predmet-kustar üsulla hazırlanmış çapıcı-kəsici və əzici xassəyə malik olan təsərrüfatməişət təyinatlı alətdir-baltadır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 01 iyul 2022-ci ildən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Təqsirləndirilən şəxs öz istifadəsində olan mobil nömrədən, Şahid1 istifadəsində olan mobil nömrəyə zəng daxil olmasını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İttiham aktına əsasən maddi sübüt kimi qiymətləndirilmiş, Şahid1 tutularkən ondan aşkar edilmiş, qalıq çəkisi 0,951 qram olan psixotrop maddə - metamfetamin barədə hazırkı hökm üzrə qiymət verilə bilməz. Belə ki, 16 sentyabr 2022-ci il tarixdə ********* saylı cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 178 manat (yüz yetmiş səkkiz) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə bir ədəd kağız bükümdə 1,346 qram çəkidə psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və istifadə edilmiş mobil telefon nömrəsindən ötürülmüş məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-418/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-418/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver