Məhkəmə qərarları › İş №1(007)-418/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-418/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-418/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, İ- Varlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 07 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan ünvanda yerləşən “Arzu” şadlıq sarayının qarşısında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Renault” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobildə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə müştəri qismində olub, o, avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda əyləşərkən, o, istifadəsində olan “Oppo” markalı mobil telefondan “Facebook” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “Redmi” markalı mobil telefona ön oturacaqların arasında sürücü Zərərçəkmiş şəxs məxsus bahalı naqilsiz qulaqcıq olduğunu və nə təklif etməsi barədə mesaj yazdıqda Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə ona həmin qulaqcığı götürüb birlikdə satmalarını tapşırmaqla buna razılaşıb onunla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşməklə qrup üzvü Təqsirləndirilən şəxs2 onun cinayətkar niyyətlərinə maneəsiz nail olması üçün avtomobilin sürücüsü Zərərçəkmiş şəxsla söhbət edib sonuncunun fikrini yayındırmaqla ona mobil telefonla təkrar mesaj yazıb qulaqçığı götürüb-götürməməsini soruşduqdan sonra o, sürücü Zərərçəkmiş şəxs məxsus 700 manat dəyərində “X2” markalı bir cüt naqilsiz qulaqcığı gizli olaraq talayaraq Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildən enməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs 700 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 07 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan ünvanda yerləşən “Arzu” şadlıq sarayının qarşısında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Renault” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobildə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə müştəri qismində olub, Təqsirləndirilən şəxs1 avtomobilin ön sərnişin oturacağında, o, isə arxa oturacaqda əyləşərkən, Təqsirləndirilən şəxs1 istifadəsində olan ‘‘Oppo” markalı mobil telefondan “Facebook” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan "Redmi” markalı mobil telefona ön oturacaqların arasında sürücü Zərərçəkmiş şəxs məxsus bahalı naqilsiz qulaqcıq olduğunu və nə təklif etməsi barədə mesaj yazdıqda o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 həmin qulaqcığı götürüb birlikdə satmalarını tapşırmaqla buna razılaşıb onunla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşməklə qrup üzvü Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərinə maneəsiz nail olması üçün o, avtomobilin sürücüsü Zərərçəkmiş şəxsla söhbət edib sonuncunun fikrini yayındırmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 mobil telefonla təkrar mesaj yazıb qulaqçığı götürüb-götürməməsini soruşduqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 sürücü Zərərçəkmiş şəxs məxsus 700 manat dəyərində “X2” markalı bir cüt naqilsiz qulaqcığı gizli olaraq talayaraq onunla birlikdə avtomobildən enməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs 700 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 07 mart 2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində Kənanla birlikdə dostugilə getmək məqsədilə taksi sifariş vermişdir, bir az keçmiş zərərçəkmiş şəxsin idarə etdiyi "Renault” markalı avtomaşın gəlmiş, o, taksidə qabaq sağ tərəfdə əyləşmiş, Kənan isə sürücü tərəfdən arxada əyləşmişdir. Bir qədər getmişlər ki, maşında qabaq oturacaqların arasında olan dirsək qoyulan yerin yanında ağ rəngli qablaşdırmada qulaqcıq görmüşdür. Qulaqcıq naqilsiz olduğundan onun bahalı olduğunu və satıb pul əldə edə biləcəklərini fikirləşib qulaqcığı oğurlamaq qərarına gəlmişdir. Bu barədə Kənanın fikrini öyrənmək üçün mobil telefonunda “Facebook” sosial şəbəkəsindən Kənanın “Facebook” sosial şəbəkəsinə yazaraq sürücüyə məxsus bahalı qulaqcıq olduğunu, nə təklif etməsini soruşduqda Kənan qulaqçığı götürüb satmağı təklif etmişdir. O, sürücü Ertandan xəbərsiz ağ rəngli qablaşdırmada olan bir cüt qulaqcığı gizlicə götürmüş və əynində olan gödəkçənin cibinə qoymuşdur. Səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kənan ilə birlikdə Ağ şəhərə işə getmişlər,orada olan zaman ona zəng gəlmiş, telefonda olan şəxs ona özünü təqdim edərək Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşı olduğunu bildirmişdir. O, polislərə olduğu yeri bildirmiş və bir az keçmiş polis əməkdaşları iş yerinə gələrək oğurladığı qulaqcıqlara görə gəldiklərini bildirmişlər, onu Polis Bölməsinə dəvət etmişlər, orada qulaqcıqları polisə təhvil vermişdir. Oğurladığı qulaqcıq zərərçəkmiş şəxsə qaytarılmışdır. Əməlindən çox peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 07 mart 2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində Nahidin dostu Nailin kirayə yaşadığı evə getmək məqsədlə Nahid özünün mobil telefonundan taksi sifariş vermişdir. Bir az keçmiş “Renault” markalı avtomaşın sifariş verdikləri yerə gəlmiş, Nahid taksidə qabaq sağ tərəfdə, o isə sürücü tərəfdən arxada əyləşmişdir. Bir qədər getmişlər ki, Nahid “Facebook” sosial şəbəkəsindən onun səhifəsinə sürücüyə məxsus bahalı qulaqcıq olduğunu, nə təklif etməsini soruşduqda o da cavabında “götür sataq” deyə yazmışdır. Avtomobildən düşən kimi Nahid götürdüyü ağ rəngli qulaqcıqları ona göstərmişdir. Səhərisi gün Nahid ilə birlikdə Ağ şəhərə işə getmişlər, səhər saatlarında Nahid ona demişdir ki, ona polisdən zəng gəlmiş, onlar başa düşmüşlər ki, taksidən qulaqcıq oğurlamaları artıq məlum olmuşdur. Bir müddət sonra polis əməkdaşları onların olduqları yerə gəlmiş, onları Polis Bölməsinə aparmışlar və Nahid qulaqcıqları polis əməkdaşına təhvil vermişdir. Zərərçəkmiş şəxsə qulaqcıqları qaytarmışlar. Əməlindən çox peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qulaqcıqlar qaytarılıb, ona dəymiş ziyan ödənilib, təqsirləndirilən şəxslərdən şikayətçidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə saat 21 radələrində “Bolt” proqramından ona sifariş gəlmişdir, həmin sifariş əsasında 2 nəfər cavan oğlanı Bakıxanov qəsəbəsində stansiya deyilən yerdən götürüb Babək prospektinə aparmışdır. Belə ki, həmin müştərilərdən biri avtomaşında qabaq sağ oturacaqda, digəri isə onun arxa tərəfində oturmuşdur. Yolda gedərkən həmin müştərilərlə işləri barədə söhbət etmişlər, Bakı şəhərində tikintidə fəhlə işlədiklərini bildirmişlər. Təxminən 15 dəqiqə yolları olmuş və onları Babək prospektində “Arzu” şadlıq sarayının yanındakı işıqforda düşürmüşdür. Sonra o, başqa bir sifariş qəbul etdiyindən ünvana doğru hərəkətə başlamışdır ki, təxminən 500 metr dayandığı yerdən aralanan kimi mobil telefonunun ekranına xüsusi proqram vasitəsilə qulaqcıqlarından aralandığı barədə ona mesaj gəlmişdir. Onun “X2” modelli qulaqcıqları öz ağ rəngli qutusunun içərisində olmaqla avtomaşınında qabaq oturacaqların arasındakı su qabı qoymaq üçün olan yerdə olmuşdur. O, dərhal həmin yerə baxanda qulaqcıqlarının yerində olmadığını görmüş və bir qədər əvvəl Babək prospektində “Arzu” şadlıq sarayının yanındakı işıqforda düşən müştərilər tərəfindən oğurlandığını anlamışdır. Çünki həmin oğlanlar maşında olanda o, qulaqcıqdan istifadə edib yenidən yerinə qoymuş və həmin oğlanlardan sonra da avtomobilə başqa adam əyləşməmiş, bu səbəbdən də dəqiq bilmişdir ki, həmin iki nəfər qulaqcıqlarını oğurlamışdır. Odur ki, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, sonra isə ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gedib hadisə barədə ərizə yazmışdır. Həmçinin həmin müştərilərin sifariş verdikləri mobil telefon nömrələri əsasında whatsapp proqramı vasitəsilə fotoşəkillərinə baxıb onların olmasını təsdiq etmişdir. Həmçinin qulaqcığında GPS olduğundan onun harada olması mobil telefonunda göstərmişdir. Polis əməkdaşları ilə qulaqcığının olduğu yer barədə mobil telefonunun naviqatorunda göstərilən ünvanı polis əməkdaşlarına göstərmiş və həmin yer iki nəfərin onun avtomobilindən düşdükləri yerə yaxın yer olmuşdur. Polis əməkdaşları özləri bu işlə məşğul olacaqlarını dediyindən onlardan aralanıb getmişdir. Növbəti gün, yəni 08 mart 2023-cü il tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət olunmuş və orada qulaqcıqlarını oğurlayan şəxslərin həqiqətən də 07 mart 2023-cü il tarixdə Babək prospektində “Arzu” şadlıq sarayının yanındakı işıqforda düşürtdüyü 2 nəfər cavan oğlan olmasını öyrənmişdir. Həmin şəxslərdən götürülmüş qulaqcıqlar ona təqdim olunmuş və onun oğurlanmış qulaqcıqları olmasını təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək müştəri qismində onun işlətdiyi taksiyə əyləşmiş şəxslərin ona məxsus qulaqcıqlarını oğurladıqlarını bildirmişdir. Sürücü Ertan X1rkən avtomaşınından qulaqcıqlarını oğurlayan müştərilərin taksi sifariş verdikləri mobil telefon nömrəsini təqdim etmiş və həmin nömrənin whatsapp proqramında olan fotoşəkilə baxıb tanıyaraq həmin şəxs olmasını təsdiq etmişdir. Həmçinin onun qulaqcığında GPS, yəni yer təyin etmə proqramı olduğunu bildirmiş, belə ki, həmin proqrama əsasən qulaqcığın həmin zaman harada olması mobil telefonunda göstərilmişdir. Onlar qulaqcığın olduğu yeri şikayətçinin mobil telefonunun naviqatorunda müəyyən edib şikayətçinin özü və digər əməliyyat müvəkkili Şahid1la birlikdə göstərilən ünvana getmişlər. Həmin ünvan Babək prospektində yerləşmiş, şikayətçinin deməsinə görə həmin iki nəfər qulaqcığın hazırda olduğu yerə yaxın ərazidə, daha dəqiqi Babək prospektində olan hərbi hissənin yanındakı işıqforda avtomobildən düşmüşlər. Qulaqcığın olduğu ərazi dairəsi müəyyən edilsə də konkret evin özünü müəyyən edə biliməmişlər, həmçinin gecə saatları olduğu üçün ətrafda insanlar olmadığından zəruri sorğu da aparmaq mümkün olmamışdır. Buna görə də növbəti gün, yəni 08 mart 2023-cü il tarixdə səhər saatlarında sürücüyə sifariş verilən mobil nömrə ilə əlaqə saxlayıb özlərini təqdim etmişlər və harada olmasını maraqlanmışlar. Həmin şəxs hazırda Xətai rayonu ərazisindəki Ağ şəhərdə hansısa tikintidə fəhlə işlədiyini demişdir. Əməliyyat müvəkkili Şahid1la birlikdə deyilən ünvana getmiş və oğurluq hadisəsi barədə məlumat vermişlər. Həmin şəxs iş yoldaşı ilə birlikdə qeyd olunan qulaqcığı oğurladığını etiraf etmişdir. Sonra isə həmin şəxsi və iş yoldaşı kimi təqdim etdiyi digər şəxsi 23-cü Pols Bölməsinə gətirmişlər. Polis bölməsində gətirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları məlum olmuşdur. Təqsirləndirilən şəxs1 özü könüllü olaraq ağ rəngli qablaşdırmada olan bir cüt naqilsiz qulaqcığı təhqiqatçıya təqdim etmiş və həmin qulaqcıqları 07 mart 2023-cü il tarixdə hazırda yanında olan dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə taksi kimi əyləşdikləri avtomobildən oğurladıqlarını etiraf etmişdir. Daha sonra sürücü Zərərçəkmiş şəxs 23-cü Polis Bölməsinə çağırılmış və iki nəfərdən götürülmüş qulaqcıqlar ona təqdim olunduqda Zərərçəkmiş şəxs qulaqcıqları tanıyıb ona məxsus olduğunu və oğurlandığını təsdiq etmişdir. Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Heç bir əlavəsi yoxdur. Məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamış, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal azad edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamış, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli, 9/2201 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 cüt ağ rəngli “X2” markalı naqilsiz qulaqcığın istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140,0 manat müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı götürülmüş 01 ədəd ağ rəngli “X2” markalı naqilsiz qulaqcıq və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 yazışmalarını özündə əks etdirən 3 ədəd fotoşəkil maddi sübut kimi tanınmış, qulaqçıq sahibinə qaytarılmış və fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan rayonu, İ-Varlı kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan- 01 ədəd ağ rəngli “X2” markalı naqilsiz qulaqcıq Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 yazışmalarını özündə əks etdirən 3 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin hər birinin məhkəmədə iştirak etdikləri müddət 39 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 234 (iki yüz otuz dörd) manat (39x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan rayonu, İ-Varlı kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd ağ rəngli “X2” markalı naqilsiz qulaqcıq zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 yazışmalarını özündə əks etdirən 3 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 39 (otuz doqquz) saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 234 (iki yüz otuz dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar