Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-42/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – mülki iddiaçı: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun X13 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 21, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda X4 15000 manat, X18, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və X2 isə 11000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Baş Mühafizə İdarəsində yanğınsöndürən vəzifəsinə təyin olunmasına köməklik edəcəyi barədə ona müraciət etmiş tanışı, cinayətkar niyyətindən xəbərsiz olan X7 yalan vəd verib aldadaraq bu adla etibardan sui-istifadə etməklə ona verilməsi üçün Tural Mansırovun atası Zərərçəkmiş şəxs4, Orxan Eyubovun atası Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 onun cinayətkar niyyətindən xəbərsiz olan X23, Şahid3 və Şahid1 vasitəsilə Taleh Məcidova göndərdikləri ümumilikdə 37000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs4 məxsus 3600 manat, Zərərçəkmiş şəxs2 məxsus 3600 manat, Zərərçəkmiş şəxs6 məxsus 3600 manat, Zərərçəkmiş şəxs5 məxsus 3600 manat, Zərərçəkmiş şəxs3 məxsus 3600 manat, cəmi 18000 manat hissəsini 2020-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanının yaxınlığında Taleh Məcidovdan aldıqdan sonra niyyətinə tam nail olmaq üçün qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs4 məxsus 7400 manat, Orxan Eyubova məxsus 7400 manat, Zərərçəkmiş şəxs6 məxsus 7400 manat, Zərərçəkmiş şəxs5 məxsus 1400 manat, Sənan Mehrəliyevə məxsus 2400 manat və Şahid3 tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs1 tərəfindən Zərərçəkmiş şəxs5 əvəzinə ödənilmiş 400 manat, cəmi 26000 manat pul vəsaitinin 16000 manat hissəsini 22 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının qarşısında, daha sonra həmin dövrün rəsmi məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları və 1900 manat olmaqla cəmi 7000 manat hissəsini 09 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 həmin ünvanda, 3000 manat hissəsini isə 12 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Şahid3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 119 ünvanda alıb ələ keçirmiş, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus 11000 manat, Zərərçəkmiş şəxs2 məxsus 11000 manat, Zərərçəkmiş şəxs6 məxsus 11000 manat, Zərərçəkmiş şəxs5 məxsus 4600 manat, Zərərçəkmiş şəxs3 məxsus 6000 manat və Zərərçəkmiş şəxs1 məxsus 400 manat məbləğində nağd pul vəsaitini aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 isə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Fövqəladə Hallar Nazirliyində heç bir yerdə işləməmişdir. Taleh Məcidovu 2018-ci ildən əvvəllər yaşadığı Bakı şəhəri, Bayıl qəsəbəsindən tanıyır. Taleh orada yerləşən obyektlərdən birində mühafizəçi kimi işləmiş, onunla aralarında yaranan təsadüfi tanışlıq zamanı münasibətləri yaxınlaşmışdır. O, Talehə bir çox idarələrə işə düzəltməyə imkanı olduğunu bildirmişdir. Təxminən 2020-ci ilin əvvəllərində Taleh onunla əlaqə saxlayaraq bir nəfər şəxsin FHN-in Yanğından Mühafizə Xidmətində yanğısöndürən vəzifəsində işə düzəlmək istədiyini bildirmiş və onun bacara bilib-bilməyəcəyini soruşmuşdur. O, Talehə bu işi həll edə biləcəyini bildirmişdir. Taleh ilə növbəti danışıqlarında Taleh işə düzəlmək istəyən başqa şəxslərin də olduğunu bildirmişdir. O da 5-6 min manat qarşılığında həmin şəxsləri işə düzəldə biləcəyini, həmçinin həmin şəxslərə aid şəxsiyyət vəsiqələrinin, hərbi biletlərinin surətlərinin lazım olduğunu bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Taleh ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində konkret ünvanı xatırlamadığı küçədə görüşmüşlər. Görüş zamanı Taleh ona 18000 manat pul ilə birlikdə 5 nəfər şəxsin şəxsiyyət vəsiqəsinin, hərbi biletlərinin surətlərini vermişdir. O, pulu və sənədləri aldıqdan sonra Talehə bir ay müddətində 5 nəfər şəxsi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində yanğınsöndürən vəzifəsində işə düzəldəcəyini bildirmişdir. O, həmin şəxsləri işə düzəltməmiş və pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ona qarşı irəli sürülmüş 44000 manat ittihamla razı deyildir. O, zərərçəkmiş şəxsləri işə düzəltmək üçün Taleh Məcidovdan cəmi 18000 manat pul almışdır. Həmin puldan təxminən 14-15 min manatı ödənilmişdir. Onun hazırda 3-4 min manat ödənilməmiş borcu qalmışdır. Əməlindən peşmandır. Məhkəmədən dəymiş ziyanı ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, qaynı Şahid3 ona müraciət edərək Səyavuşun oğlunu işə düzəltmək istədiyini bildirmiş və ona köməklik göstərməsini xahiş etmişdir. O, 16 ildir ki, tanıdığı FHN-də xidmət edən Şahid1 qaynı Samir ilə tanış etmişdir. Sonra onlar arasında baş verən məsələlərdən məlumatı olmamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Şahid3 onunla əlaqə yaradaraq Şahid1 və onun vasitəsi ilə tanıdığı Elvin Quliyevin bir neçə şəxsləri işə düzəltməsi üçün ondan ümumilikdə 72000 manat pul aldığını, lakin öz vədinə əməl etmədiyini bildirmişdir. Bundan sonra o, Rafael ilə əlaqə yaratmış, Şahid3 iştirakı ilə onunla görüşmüşdür. Görüş zamanı Rafaeldən 7 nəfərin işə düzəlməsi üçün 50000 manat və tanışı Elvin Quliyevin 22000 manat pul aldığı təqdirdə onların işini həll etməməsinin səbəbini soruşmuşdur. Bu zaman Rafael 50000 pulun 37000 manatını 5 nəfər şəxsin işə düzəlməsi üçün X7 verdiyini, 13000 manat pulu isə daha sonra Talehə verməsi üçün özündə saxladığını bildirmişdir. O, işlərin həll olma prosesinin uzun çəkdiyi üçün pulu geri qaytarmasını tələb etmiş Rafael özündə olan 13000 manat pulu ona geri qaytarmışdır. Bundan sonra Rafael onu və Samiri Talehlə görüşdürmüşdür. O, Samir, Taleh və Rafael görüşən zaman Taleh aldığı pulların 18000 manatını işi həll etməsi üçün Gülnara verdiyini, 19000 manatı isə daha sonra Gülnara vermək üçün özündə saxladığını bildirmişdir. Samir və o, Talehin təşkili ilə FHN-in Yanğından Mühafizə Baş İdarəsinin yaxınlığında Gülnarla görüşmüşdür. O, Gülnardan Talehin ona verdiyi pullar ilə bağlı soruşduqda o, bu işin üzərində çalışdığını, 18000 manat pulun 5 nəfər şəxsin işə düzəlməsi üçün kifayət etmədiyini, əlavə olaraq 26000 manat pul lazım olduğunu bildirmişdir. 22 sentyabr 2020-ci il tarixdə FHN-in Yanğından Mühafizə Baş İdarəsinin qarşısında Gülnarla görüşüb 16000 manat pulu ona vermişdir. Daha sonra 09 dekabr 2020-ci il tarixdə qaynı Samirlə birlikdə Gülnarla FHN-in Yanğından Mühafizə Baş İdarəsinin yaxınlığında görüşüb 7000 manat pulu ona vermişdir. 2020-ci ilin dekabr ayının 12-də Samir “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Ailəvi Dönərxana” adlı kafedə Gülnarla görüşərək 3000 manat pulu ona vermişdir. Gülnar 5 nəfər şəxsin işə düzəlməsi üçün ondan 26000 manat almışdır. Sonradan ona məlum olmuşdur ki, Gülnarın işə düzəlmək üçün müraciət edən şəxslərə tibib komissiyadan keçmək üçün verdiyi göndərişlər saxtadır. Bu zaman o, Gülnar tərəfindən aldadıldığını anlamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 5 nəfər şəxsi işə düzəltməsi üçün 44000 manat pul verilmişdir. Zərərçəkmiş şəxs5 üçün verdiyi 1400 manat pulun 400 manatını öz şəxsi vəsaiti hesabına qoyduğundan həmin hissədə 400 manat maddi ziyan bilavasitə ona dəymişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 dəymiş 44000 manat ziyandan 14-15 min manatı Gülnar tərəfindən deyil, Taleh və digər şəxslərin göndərdiyi pullar hesabına, qalan məbləği isə o, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Ona dəymiş 29000 manat ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini, həmçinin mülki iddiasının təmin edilməsini, ona vurulmuş və ödənilməmiş 29000 manat məbləğində maddi ziyanın və keçən müddət ərzində hər il üçün həmin məbləğin rəsmi inflyasiya faizini təqsirləndirilən şəxsdən tutaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, istintaq zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Orxan Eyubov onun doğma oğludur. X21 rayonundan tanıyır. Onunla münasibətləri normal olmuşdur. Onunla tez-tez heyvan bazarına getmişdir. Təqribən 2020-ci ilin əvvəllərində Şahin Əliyev ilə söhbət zamanı Şahin ona Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Baş İdarəsinə yanğın söndürən kimi işə düzəltməyə imkanları olduğunu bildirmişdir. O, həmin vaxt Şahindən oğlu Orxan Eyubova həmin işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Daha sonra Şahin Əliyev ona həmin iş üçün təqribən 11000 manat pul lazım olduğunu bildirmiş və ondan oğluna aid bəzi sənədlərin surətini istəmişdir. O, razılaşıb həmin ərəfələrdə Şahin Əliyevə 11000 manat pul və oğlu Orxana məxsus sənədlərin surətini vermişdir. Lakin, daha sonra hansısa səbəbdən bu iş alınmamış, o, pulunu geri tələb etməyə başlamışdır. Şahin Əliyev vəfat etdikdən sonra oğlu Rüstəm Əliyev tərəfindən həmin 11000 manat pul ona geri qaytarılmışdır. Onun verdiyi pul ona geri qayıtdığı üçün ona maddi ziyan dəyməmişdir, onun heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram vuraraq şikayəti olmadığı, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Tural Mansırov onun doğma oğludur. X21 rayonundan tanıyır, Şahin Əliyev onun qonşusu olmuşdur. Onunla münasibətləri normal olmuşdur. Təqribən 2020-ci ilin əvvəllərində Şahin Əliyev ilə söhbət zamanı ona bildirmişdir ki, onun Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Baş İdarəsinə yanğın söndürən kimi işə düzəltməyə imkanları vardır. O, həmin vaxt ondan oğlu Tural Mansırova həmin işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Daha sonra Şahin Əliyev ona həmin iş üçün təqribən 15000 manat pul lazım olduğunu bildirmiş və ondan oğluna aid bəzi sənədlərin surətlərini istəmişdir. O da Şahin ilə razılaşıb həmin ərəfələrdə ona 15000 manat pul və oğlu Turala məxsus sənədlərin surətlərini vermişdir. Lakin, daha sonra hansısa səbəbdən bu iş alınmamış və o, pulunu geri tələb etməyə başlamışdır. Şahin Əliyev vəfat etdikdən sonra onun oğlu Rüstəm Əliyev tərəfindən həmin 15000 manat pul ona geri qaytarılmışdır. Onun verdiyi pul ona geri qayıtdığı üçün ona maddi ziyan dəyməmişdir, onun heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, X21 rayonundan tanıyır, onunla münasibətləri normal olmuşdur. Təqribən 2020-ci ilin əvvəllərində Şahin Əliyev ilə söhbət zamanı Şahin Əliyev ona bildirmişdir ki, onun Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Baş İdarəsinə yanğın söndürən kimi işə düzəltməyə imkanları vardır. O, həmin vaxt işə ehtiyacı olduğundan onunla razılaşmışdır. Daha sonra Şahin Əliyev ona həmin iş üçün 5000 manat pul lazım olduğunu bildirmiş və ondan bəzi sənədlərin surətini istəmişdir. O da razılaşıb həmin ərəfələrdə əvvəlcə 2000 manat daha sonra isə 3000 manat olmaqla Şahin Əliyevə 5000 manat pul və özünə məxsus bəzi sənədlərin surətlərini vermişdir. Lakin, daha sonra hansısa səbəbdən bu iş alınmamış, o da pulunu geri tələb etməyə başlamışdır. Şahin Əliyev vəfat etdikdən sonra oğlu Rüstəm Əliyev tərəfindən həmin 5000 manat pul ona geri qaytarılmışdır. Onun verdiyi pul ona geri qayıtdığı üçün onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, X21 rayonundan tanıyır, onunla münasibətləri normal olmuşdur. Təqribən 2020-ci ilin əvvəllərində söhbət zamanı Şahin Əliyev ona Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Baş İdarəsinə yanğın söndürən kimi işə düzəltməyə imkanları olduğunu bildirmişdir. O, həmin vaxt işə ehtiyacı olduğundan onunla razılaşmışdır. Daha sonra Şahin Əliyev ona həmin iş üçün 12000 manat pul lazım olduğunu bildirmiş və ondan bəzi sənədlərinin surətini istəmişdir. O da Şahin ilə razılaşmış, həmin ərəfələrdə pulu və sənədləri ona vermişdir. Lakin, daha sonra hansısa səbəbdən bu iş alınmamış, o da pulunu geri tələb etməyə başlamışdır. Şahin Əliyev vəfat etdikdən sonra onun oğlu Rüstəm Əliyev tərəfindən həmin 12000 manat pul ona geri qaytarılmışdır. Onun verdiyi pul ona geri qayıtdığı üçün onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Sənan Mehrəliyev onun oğludur. X21 rayonundan tanıyır. Onunla münasibətləri normal olmuşdur. 2020-ci ilin əvvəllərində Şahin Əliyev ilə söhbət zamanı ona bildirmişdir ki, onun Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə Baş İdarəsinə yanğın söndürən kimi işə düzəltməyə imkanları vardır. O, həmin vaxt ondan oğlu Sənan Mehrəliyevin həmin işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Daha sonra Şahin Əliyev ona həmin iş üçün ilkin olaraq 6000 manat pul lazım olduğunu bildirmiş və ondan oğluna aid bəzi sənədlərin surətini istəmişdir. O da razılaşıb həmin ərəfələrdə Şahin Əliyevə 6000 manat pul və oğlu Sənana məxsus sənədlərin surətini vermişdir. Lakin, daha sonra hansısa səbəbdən bu iş alınmamış və o, pulunu geri tələb etməyə başlamışdır. Şahin Əliyev vəfat etdikdən sonra onun oğlu Rüstəm Əliyev tərəfindən həmin 6000 manat pul ona geri qaytarılmışdır. Onun verdiyi pul ona geri qayıtdığı üçün ona maddi ziyan dəyməmişdir onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısının yoldaşıdır. 2020-ci ilin yanvar ayında Ağstafa rayonunda yaşayan X23 adlı tanışı ilə telefon ilə danışarkən Şahin ona Zərərçəkmiş şəxs4 adlı tanışının oğlu X12 Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmiş, lakin özünün onu işə düzəltmək üçün əlaqələrinin olmadığından ona kömək etməsini xahiş etmişdir. O, 28 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evində qonaqlığa getmiş, orada Camalın vasitəsi ilə Şahid1la tanış olmuş və onun FHN-nin Tibb xidmətində işlədiyi ona məlum olmuşdur. O, söhbət əsnasında Rafaeldən Ağstafa rayonunda bir nəfər tanışının olduğunu, onu FHN-yə işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Rafael ona özünün bu məsələlər ilə maraqlanmadığını, bu barədə məlumatı olmadığını, lakin bu işlərlə məlumatlı tanışı olduqda ona bildirəcəyini demişdir. Təqribən iki-üç gün sonra Rafael ilə təklikdə görüşmüş və söhbət zamanı Rafael ona həmin şəxsi işə düzəldə biləcək birini tanıdığını və həmin şəxsə Tural Mansırovu işə düzəltmək üçün 15000 manat pul və həmin şəxsə aid yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin surəti və sağlamlıq haqqında arayışın verilməli olduğunu bildirmişdir. O, bu barədə daha sonra Şahin Əliyev ilə danışmış, Şahin öz növbəsində Zərərçəkmiş şəxs4 ilə danışmış, o, razılıq vermiş, pulu toplayıb, sənədləri hazırlayıb verəcəyini demişdir. Şahin Əliyev ona bir çox tanışlarının işsiz olduğunu, həmin şəxslərin işlə təmin olunmasında onlara kömək etməsini xahiş etmişdir. O, Rafaeldən başqa şəxslərin də FHN-də eyni vəzifədə işə düzəlmək istədiklərini bildirmiş, onlara kömək etməsini xahiş etmiş, Rafael onunla razılaşmışdır. Şahin Əliyev müxtəlif şəxsləri işə düzəltmək məqsədilə müxtəlif vaxtlarda ona pullar göndərmiş, o, həmin pulları Rafaelə vermişdir. O, Rafaelə ümumilikdə 50000 manat pul vermişdir. Bu hadisələrin üzərindən bir ay keçsə də həmin şəxslərin işlərində heç bir irəliləyiş olmadığını gördükdə o, Rafael ilə əlaqə yaradaraq bununla bağlı narazılığını bildirmişdir. Rafael ona Elvin və pulu verdiyi digər Taleh adlı şəxslə danışıb ona məlumat verəcəyini demişdir. Sonra Rafael ona həmin şəxslər ilə danışdığını, həmin şəxslərin işlərin pandemiya səbəbindən gecikdiyini, qısa müddətdə işlərin həll olacağını bildirdiklərini demişdir. O, bir müddətdə gözlədikdən sonra işlərin qaydasında düşmədiyini görüb 2020-ci ilin iyun ayında Rafaeldən pulu tələb etmiş, Rafael pulun 37000 manatını Taleh adlı şəxsə vermiş, 22000 manatını isə Elvin Quliyevə verdiyini, 13000 manatı isə lazım olduqca Talehə verməsi üçün özündə saxladığını bildirmişdir. Rafael onu Taleh adlı şəxslə görüşdürmüş, görüş zamanı Taleh həqiqətən də Rafaelin ona 5 nəfər şəxsi FHN-də işə düzəltmək məqsədi ilə 37000 manat pul verdiyini təsdiq etmiş və həmin 5 nəfər şəxsin sənədlərini və 18000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. O, işlərin bu cür davam etdiyini görüb bu barədə qohumu Zərərçəkmiş şəxs1 müraciət etmiş və onlar birlikdə Rafaellə görüşmüşlər. Daha sonra Camalın təkidi ilə hər üçü birlikdə Taleh ilə görüşmüş, görüş zamanı Taleh Rafaeldən aldığı 37000 puldan 18000 manatını Təqsirləndirilən şəxs verdiyini, 19000 manatının isə özündə olduğunu, Gülnarın həmin şəxslərin işə düzəlməsi işi ilə məşğul olduğunu, Gülnara lazım olduqca özündə olan 19000 manatdan Gülnara verəcəyini bildirmişdir. Bundan sonra Camal və Taleh ilə birlikdə 2020-ci ilin avqust ayında “Xətai” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı Gülnar Talehin ona 18000 manat pul verdiyini təsdiq etmiş, lakin bu pulun həmin şəxslərin işə düzəlməsi üçün kifayət etmədiyindən həmin şəxslərin işə düzəlməsinin hələlik mümkün olmadığını demiş və həmin şəxslərin işə düzəlməsi üçün əlavə 26000 manat pul lazım olduğunu bildirmişdir. Camal 22 sentyabr 2022-ci il tarixdə Gülnar ilə görüşüb ona 16000 manat pul vermişdir. Daha sonra 09 dekabr 2022-ci il tarixdə o və Camal Gülnar ilə FHN-in Yanğından Mühafizə Baş İdarəsinin yaxınlığında görüşmüşlər, həmin vaxt Camal Gülnara 7000 manat pul vermişdir. Bu hadisədən bir neçə gün sonra Camal ona 3000 manat pul verərək Gülnara çatdırmağını bildirmiş, o, 2020-ci ilin dekabr ayının ortalarında “Xalqlar Dostluğu” metrostasniyasının yaxınlığında yerləşən “Ailəvi Dönərxana” adlı restoranda Gülnar ilə görüşərək ona 3000 manat pul vermişdir. Bundan bir neçə gün sonra namizədlərdən bəziləri göndəriş əsasında FHN-nin poliklinikasında olan tibbi komissiyadan keçən zaman məlum olmuşdur ki, onlara verilən göndərişlər saxtadır. Bundan sonra onlar aldadıldıqlarını başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral-may ayı ərzində qayınatası X23 ona ayrı-ayrı günlərdə ümumilikdə təqribən 72000 manat pul verib Bakı şəhərində yaşayan Şahid3 göndərməyini bildirmişdir. O, həmin pulu ayrı-ayrı vaxtlarda öz adından Ağstafa rayonunda yerləşən “Turan Bank”ın filialından Şahid3 göndərmiş, 3000 manata yaxın hissəsini isə Samir ilə Bakı şəhərində görüşüb ona əlbəəl vermişdir. Onun Şahid3 ilə heç bir münasibəti olmamış, göndərdiyi pulları da qayınatası Şahin Əliyevin xahişi ilə göndərmişdir. Qayınatası ona pulu konkret olaraq nə səbəbə göndərdiyini deməmişdir. 2020-ci ilin yay aylarında qayınatasının evində onlarla söhbət edərkən ona məlum olmuşdur ki, qayınatasının Samirlə gördüyü iş alınmadığından Samir pulu bank vasitəsi ilə onun adına geri qaytarmalıdır və qayınatası ondan bununla bağlı Samirlə danışmağını xahiş etmişdir. O, Samirlə danışarkən işləri səbəbindən bu məsələ ilə məşğul ola bilmədiyini, Camal Mehtiyev ilə əlaqə saxlamağını bildirmişdir. Camal Mehtiyev ilə əlaqə saxladıqda Camal ona Samirə göndərdiyi pulları hissə-hissə onun adına göndərəcəyini bildirmişdir. Camal Mehtiyevin adından hissə-hissə olmaqla onun adına “Turan Bank” vasitəsi ilə cəmi 67000 manat pul göndərilmiş, sonuncu dəfə isə Camalla Bakı şəhərində görüşmüş, görüş zamanı Camal ona 5000 manatdan bir qədər çox pul verməklə, ona verdiyi pulları 72000 manata tamamlamışdır. O da bu pulları aldıqca qaynı, yəni X9 Əliyevə vermişdir. Çünki həmin ərəfələrdə qayınatası Şahin Əliyev vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, pulları Şahid3 hansısa şəxsləri işə düzəldilməsi məqsədi ilə göndərmişlər. Lakin, o, bu pulların kimlərə məxsus olmasını, kimlərin işə düzəlmək istədiyini və bu pulların hansı məqsədlə göndərildiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Şahid3 uzun müddətdir ki, tanıyır. 2020-ci ilin aprel-may aylarında atası Şahin Əliyev ona bir siyahı verərək onu Samirə göndərməyini, həmin siyahıda adı olan şəxslərin Samirlə atası Şahinin danışığına görə işə düzəlməli olduqlarını, Samirdən onların işlərinin nə yerdə olduğunu soruşmağını bildirmişdir. O, Samirlə əlaqə yaradıb atası ilə danışdığı işlərin nə yerdə olduğunu soruşmuş, Samir ona pandemiya ilə əlaqədar olaraq işlərin dayandığını, lakin qısa müddətdə işlərin həll olunacağını bildirmişdir. 2020-ci ilin iyul ayının 15-də atası Şahin Əliyev xəstəlik səbəbindən vəfat etmişdir. Bundan sonra o, mütəmadi olaraq Samirlə əlaqə yaradıb atasının bəzi şəxslərin işə düzəlməsi üçün onunla gördüyü işin gedişatı ilə bağlı danışmışdır. Bir müddət sonra bu işlər alınmadığından o, Samirə həmin pulları geri qaytarmasını bildirmişdir. Bir müddət sonra Samirin qohumu Camalın da bu işlərə daxil olmasından sonra onlar hissə-hissə həmin pulları qohumu Şahid2 adına göndərmiş, Şamil də pulları ona vermiş, o da həmin pulları sahiblərinə geri qaytarmışdır. İş üzrə şahid X14 məhkəməyə teleqram vuraraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Fövqəladə Hallar Nazirliyində işləməmişdir. 2015-ci ilin may ayından etibarən Bayraq meydanında mühafizəçi kimi çalışmışdır. 2019-cu ilin oktyabr ayında isə öz istəyi ilə işdən ayrılmış, bundan sonra işləməmişdir. Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində işlədiyi müddətdə təsadüfi olaraq tanımış, bu tanışlıq zamanı münasibətləri yaxşılaşmışdır. Söhbət zamanı Gülnar ona müxtəlif orqanlarda, o cümlədən Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində işə düzəltmək üçün imkanlarının olduğunu bildirmişdir. 2020-ci ilin fevral ayında Şahid1 onunla əlaqə yaradaraq bir neçə şəxsin FHNdə işə düzəltmək istədiyini və həmin şəxslərə kömək etmək istəməyini bildirmiş, o da bu barədə həmin şəxslərə kömək edə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə danışdıqda Gülnar ona hər bir şəxs üçün 15000 manat pul lazım olduğunu demişdir. Bu səbəbdən də o, Şahid1 hər bir şəxs üçün 15000 manat lazım olduğunu bildirmişdir. Lakin, Gülnar ilə növbəti danışıqlarında Gülnar hər bir şəxsi 11000 manat qarşılığında işə düzəldə biləcəyini, əgər əllərində 11000 manat yoxdursa, əllərində olan miqdarı verib, iş alındıqdan sonra isə verdikləri pulları 11000 manata tamamlamalarını bildirmişdir. Onun bu dediklərini də o, eyni ilə Rafaelə çatdırmışdır. Rəfael Kərimov onu həmin şəxs ilə görüşdürüb bu məsələləri həmin şəxs ilə özünün danışmağını istəsə də o, həmin şəxsləri tanımadığından və onlarla görüşməyi məqsədəmüvafiq hesab etmədiyindən bu barədə Rafaelin özünün danışmasını xahiş etmişdir. Rafael bu işlərə qarışmaq istəmədiyini onun həmin şəxs ilə görüşüb danışmağının məsləhət olduğunu desə də o, tanımadığı şəxslər ilə bu cür əlaqələrə girmək istəmədiyindən Rafael ilə razılaşmamış və onun vasitəçi olmağını bir daha xahiş etmişdir. Bundan sonra başqa variant olmadığını görən Rafael onunla razılaşmışdır. Təqribən 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evinin yaxınlığında Rafaellə görüşmüş, görüş zamanı Rafael 5 nəfər şəxsə, yəni Tural Mansırov, Orxan Eyubov, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Sənan Mehrəliyevə məxsus şəxsiyyət vəsiqələrini və bəzi digər sənədlərin surətlərini və 18000 manat pulu ona vermişdir. Bundan sonra 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində ünvanını xatırlamadığı küçədə 18000 manat pul və Rəfaelin ona verdiyi 5 nəfər şəxsə məxsus şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətlərini Gülnara vermiş, Gülnar həmin pulu və sənədləri ondan götürüb bu işi qısa zamanda həll edəcəyini və həmin 5 nəfər şəxsi FHN-nin Yanğından Mühafizə Xidmətində işə düzəldəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin may ayının ortalarında Rafael həmin yerdə ona 19000 manat pul vermişdir. O, Gülnarın hələki bu 18000 manat pul ilə heç bir iş görə bilmədiyini görüb 19000 manatı özündə saxlamışdır. Bu pulu özündə saxlamaqda məqsədi bu pulu başdan Gülnara verib riskə atmaq istəməmək olmuş, o, fikirləşmişdir ki, Gülnar işi həll etdikdən sonra əvvəldən danışdıqları kimi ona hər bir şəxs üçün verilən pulları 11000 manata tamamlamağı tələb etdikdə ona verər. Bu hadisələrin üstündən vaxt keçdikcə Rafael ondan işin nəticəsi ilə bağlı soruşur, o da bununla bağlı Gülnardan soruşub onun dediklərini Rafaelə demişdir. Gülnar ona bu işlərə baxan şəxsin işlərinin son vaxtlar gərgin olduğunu vaxt olan kimi bu işləri həll edəcəyini bildirmiş, sənədləri və pulu müvafiq yerlərə çatdırdığını demişdir. O, işə düzəlmək üçün namizəd olan şəxslərin əvvəlcə tibbi müayinədən keçmələri üçün onlara göndəriş verilməli olduğunu bildirmişdir. Lakin Günlar günü günə sataraq heç bir iş görməmişdir. Hadisələr bu cür davam etdiyindən Rafael getdikcə onu daha çox sıxışdırmış, o da bu barədə Gülnara dedikdə Gülnar hər dəfə bir bəhanə demişdir. Bundan bir müddət sonra Rafael onu Şahid3 adlı şəxslə görüşdürmüş və ona verdiyi pulların Samirin olduğunu və pulları istədiyini bildirmişdir. Bu görüş zamanı o, Samirə Rafaelin ona 37000 manat pul verdiyini, o, bu pulun 18000 manatını Təqsirləndirilən şəxs verdiyini, 19000 manatının isə özündə olduğunu demişdir. 2020-ci ilin avqust ayında o, Samir, Camal və Gülnar “Xətai” metrostansiyasının yaxınlığında görüşmüş, o, Gülnarı onlara təqdim edib 18000 manat pulu ona verdiyini demişdir. Gülnar da həmin vaxt həqiqətən də ona 18000 manat pul verdiyini təsdiqləmiş və bu işlərin həlli üçün çalışdığını, lakin 18000 manat pulun bu işlərin həlli üçün bəs etmədiyini əlavə olaraq 26000 manat pul verilməli olduğunu demişdir. Bundan sonra Samir və Camal ondan onda olan 19000 manat pulu tələb etməyə başlamışdır. Həmçinin Rafael də ona acıqlanaraq onu pis vəziyyətdə qoyduğunu, işi həll edə bilməyəcəkdisə nəyə görə öz öhdəsinə götürdüyü ilə bağlı irad bildirmiş və aldığı pulları geri qaytarmağı ondan tələb etmişdir. Bu zaman o, həmin ərəfələrdə Camala ayrıayrılıqda 3000 ABŞ dolları (5100 manat) və 7500 manat olmaqla ümumilikdə 12600 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları vermiş və bu barədə Rafaelin iştirakı ilə Camal ilə onun arasında akt tərtib edilmişdir. O, bu pulları Camala təklikdə qaytarmış, qızılları isə Rafaelin iştirakı ilə ona vermişdir. Beləliklə, o, Rafaeldən aldığı 37000 manat pulun 18000 manatını Gülnara vermiş, geri qalan 19000 manat pulu isə qızılların qiyməti də daxil olmaqla 15600 manatını Camala vermiş, onun Camal və Samirə hazırda 3400 manat borcu qalmışdır. O, bu pulları qaytardıqca onların bu pulları Gülnara həmin işləri tamamlamaları üçün verdiyini bilmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hərbi xidməti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təqribən 16 ildir ki, tanıyır, onunla münasibətləri yaxşı olmuşdur, hətta onunla ailəvi dost münasibətləri olmuşdur. Təqribən 2020-ci ilin yanvar ayında Camalın evində qonaqlıq zamanı o, həmin qonaqlıqda Camalın qohumu Samir ilə tanış olmuşdur. Burada aralarında yaranan söhbət zamanı Samir ondan bir nəfər şəxsin FHN-də işə düzəltməklə bağlı kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Ona bu sahədə məlumatı olmadığını bildirmişdir. Həmin qonaqlıq zamanı aralarında yaranan yaxşı münasibət səbəbi ilə Samirlə bir-birlərinin telefon nömrələrini götürmüşlər. Daha sonra Samir ona telefonla zəng edib bir nəfər şəxsin FHN-də işə düzəlməsi ilə bağlı köməklik etməyini xahiş etmişdir. Ona yenə də bu barədə məlumatı olmadığını və ona bu işlərə qarışmadığını bildirmiş, lakin Samir təkrarən xahiş etdikdə o, Taleh Məcidov və Elvin Quliyev adlı tanışlarını nəzərdə tutub onlara deyəcəyini bildirmişdir. Buna görə də Taleh ilə əlaqə yaradıb ona bir nəfər şəxsin FHN-də işə düzəltməyin mümkün olub-olmadığını soruşmuş, Taleh bu barədə ona məlumat verəcəyini bildirmişdir. O, Talehə Samir ilə tanış etməyi onların bu məsələləri öz aralarında danışmağını təklif etmişdir. Bir neçə gün sonra onunla əlaqə yaradıb bunu 15000 manat qarşılığında edə biləcəyini bildirmiş və o da bu barədə Samirə məlumat vermişdir. Taleh FHN-yə qanuni əsaslarla işə düzəldəcəyini, bu pulu özünə zəhmət haqqı kimi qəbul etdiyini və bəzi sənəd işlərini həll etmək üçün bir nəfərə pul verəcəyini bildirmişdir. Bir neçə gün sonra Samir ona zəng edib razı olduğunu bildirmişdir. Bir müddət sonra Samir ona bir neçə şəxsin də FHN-də yanğınsöndürən vəzifəsində işə düzəlmək istədiyini əgər Talehin gücü çatırsa onları da düzəltməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, həmin şəxslərin isə 15000 manat verməyə imkanı yoxdur, əgər mümkünsə bunu biraz aşağı məbləğə həll etsinlər. Samirin dediklərini eyni ilə Talehə çatdırmış, Taleh ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Taleh ona hər bir şəxsi 11-12 min manat qarşılığında işə düzəldə biləcəyini, lakin əgər şəxsin əlində 11000 manat yoxdursa əlində olanı verib, geri qalanını isə iş həll olduqdan sonra verə biləcəyini demişdir. O, bu sözləri eyni formada Samirə çatdırmışdır. Bir müddət sonra Samir ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Akkord Plaza” adlı binanın yaxınlığında yerləşən kafedə görüşmüşlər. Bu görüş zamanı Samir ona 15000 manat pul və Tural Mansırov adlı şəxsin sənədlərini vermiş və nəzərdə tutduğu 15000 manat qarşılığında razılaşan şəxsin bu şəxs olduğunu bildirmişdir. O da bu sənədləri və pulu qəbul edib Taleh Məcidova verəcəyini bildirmişdir. Lakin, Taleh ilə həmin vaxt görüşmədiyindən pulu dərhal Talehə verə bilməmiş və özündə saxlamış, həm də düşünmüşdür ki, Samir qeyd etdiyi digər şəxslərin də pulunu gətirdikdə hamısını birlikdə Talehə verər. Taleh ona yalnız 5 nəfər şəxsin qısa müddətdə işini həll edə biləcəyini, əgər artıq adam olsa bunu biraz vaxt çəkəcəyini bildirmişdir. Bu səbəbdən də Samirin əlavə olaraq dediyi digər iki şəxsin işə düzəlməsi ilə bağlı tanışı Elvin Quliyevə demişdir. X1 yadına düşmüşdür. O, Elvin Quliyev ilə işlədiyi poliklinikada tanış olmuşdur. Bu tanışlıq zamanı Elvin işə adam düzəldə bildiyini, bunun üçün bütün qanuni prosedurları, sənəd toplamağı və şəxsləri istiqamətləndirməyi, onların gələcək müsahibələrə hazırlaya bildiyini demişdir. O, bu barədə Elvinə dedikdə iki nəfər şəxsi 22000 manat qarşılığında qısa müddətdə işə düzəldə biləcəyini demişdir. O, Talehə təklif etdiyi kimi Elvinə də Samir ilə özünün görüşüb danışmasını təklif etmiş, Talehdən fərqli olaraq Elvin bunu qəbul etmişdir. Bundan bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qala” adlı kafedə Samir və Elvinlə görüşmüşdür. Bu görüş zamanı o, Samirə Elvini təqdim edib bildirmişdir ki, onun qeyd etdiyi şəxslərdən ikisinin işə düzəlmək məsələsini Elvinlə danışa bilər. Samir və Elvin burada öz aralarında danışmışlar. Bundan sonra həmin kafenin qarşısında Samir 22000 manat pulu sayaraq, işə düzəlmək üçün namizəd olan iki nəfər şəxsin sənədlərinin surətləri ilə birlikdə Elvinə vermişdir. Elvin bu pulu alıb işi qısa müddətdə həll edəcəyini demişdir. Həmin ərəfələrdə Samir ona Orxan Eyubovun işə düzəlməsi üçün 11000 manat, Zərərçəkmiş şəxs6 üçün 12000 manat, Elsevər Mehdiyev üçün 5000 manat, Sənan Mehrəliyev üçün 7000 manat olmaqla ümumilikdə 35000 manat pul və həmin şəxslərə məxsus sənədlərin surətlərini verib, həmin şəxslərin də işə düzəlmə məsələsini həll etməyini xahiş etmişdir. O, Samirin ona verdiyi 15000 manat və 35000 manat olmaqla ümumilikdə 50000 manat puldan 37000 manatın ilk olaraq 18000 manat bir qədər sonra isə 19000 manat olmaqla Taleh Məcidova vermiş, 13000 manatını isə daha sonra lazım olduqca Talehə vermək üçün özündə saxlamışdır. Həmin pulu özündə saxlamağına bir səbəb də o olmuşdur ki, onların Taleh ilə danışığına görə az pul verənlər iş alındıqdan sonra verdikləri miqdarları 11000 manata tamamlamalı imişlər. O da düşünmüşdür ki, əgər bu mərhələdə lazım olmasa da iş alındıqdan sonra bu pulu digər pullara əlavə etmək üçün verər. Bu hadisələrin üstündən bir qədər keçdikdən sonra işlər alınmadığından Samir ona narazılığını bildirmişdir. O, Samirə ona verdiyi pulları hissəhissə Talehə verdiyini, lakin 13000 manatının özündə qaldığını bildirmişdir. Samir Elvini tanısa da Talehi tanımadığından onu Taleh ilə də görüşdürmüşdür. Taleh Samirə 5 nəfər şəxsin işə düzəlməsi üçün onun tərəfindən 37000 manat verildiyini bildirmiş və bu pulu 18000 manatını işləri həll etməsi üçün Gülnar adlı qadına verdiyini demişdir. Bir müddət sonra Samir ona Taleh və Elvinin öz öhdəliklərini yerinə yetirmədiyini, işlərin uzandığını bildirmişdir. Bundan sonra o, Taleh və Elvin ilə əlaqə yaradıb nəyə görə işləri həll etmədiklərini soruşmuşdur. Taleh ona bildirmişdir ki, ona işləri həll etməsində köməklik etməli olan şəxs işləri yubadır, Elvin isə bildirmişdir ki, qısa müddətdə işlərin nəticəsi olacaqdır. Bundan sonra o, özündə saxladığı 13000 manat pulu Camala qaytarmışdır. Bir qədər sonra o, Elvində olan 22000 manat puldan 2000 manatını alıb Camala vermişdir. Daha sonra Elvin və Talehin həqiqətən də işləri yubatdığını və Camal və Samiri narazı saldığını görüb, Camal ilə dostluğu səbəbindən və mənəvi olaraq narahat hiss etdiyindən onlara köməklik etməyə çalışmışdır. Belə ki, Taleh və Elvin ilə əlaqə yaradıb pulları geri qaytarmasını tələb etmişdir. Bu tələbdən sonra ona məlum olan qədər Elvin və Taleh Camal və Samirə bir miqdar pul geri qaytarmışdır. Bundan sonra o, Camal və Samirin pis vəziyyətdə olduğunu, pul sahiblərinin pulları geri istədiyini görüb və özünü mənəvi olaraq günahkar hiss etdiyindən öz vəsaiti hesabına 14000 manat pul düzəldib Camala vermişdir. Çünki, o, Samirin pulları sahiblərinə geri qaytarmalı olduğunu, lakin pullar Taleh, Elvin və Gülnar adlı qadında olduğundan pulları almaqda çətinlik çəkdiyini görmüşdür. Onun Samiri aldatmaq niyyəti olmamışdır. O, Samirə əvvəlcədən də demişdir ki, onun FHN-də işə düzəltməklə bağlı səlahiyyəti yoxdur. Sadəcə Samir ondan təkidlə xahiş etdikdə o, bu barədə ona kömək edəcəyini demiş, buna görə də o, Taleh və Elvini bu məsələyə daxil etmişdir. Taleh və Elvin onu həmin şəxsləri işə düzəldəcəklərinə inandırmış, onların işləri yubadacaqlarını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 11 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ona dəyən maddi ziyandan 2000 manat almışdır. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ona dəyən maddi ziyandan 3000 manat almışdır. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Şahid1 Şərafəddin oğlundan xx.xx.2023-cü il tarixdə ona dəyən maddi ziyandan 11400 manat almışdır. - sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs5 və X2 adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin həkim ekspertiza komissiyasından keçmələri üçün olan saxta göndərişlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Qarayev Yaqub və xx.xx.2010-cu il təvəllüdlü Qarayev Ömər adlı iki uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 etibardan suiistifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 5000 manat məbləğində ziyan vurmasına dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 400 manat məbləğində ziyan vurmasına dair epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 400 manat məbləğində ziyan vurduğundan və həmin əməl cinayət hesab edilmədiyindən həmin epizod ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxslərin 44000 manat deyil, 18000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 20 fevral 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(003)-288/2022 saylı hökmündən ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 21-1/3- 3150-22 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(003)-288/2022 saylı hökmü xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmündə məhkum Təqsirləndirilən şəxs qeydiyyata alındığı vaxtın xx.xx.2022-ci il tarixdən hesablanması qeyd olunmuşdur. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il, sonu isə xx.xx.2027-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 10 ay 12 gününü çəkmiş, çəkilməmiş hissəsi 03 il 01 ay 18 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, vurulmuş ziyanın bir hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(003)-288/2022 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(003)-288/2022 saylı hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 10 ay 12 gün müddəti 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 fevral 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs5 və X2 adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin həkim ekspertiza komissiyasından keçmələri üçün olan saxta göndərişlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 29000 manat, həmçinin cinayət əməlinin törədildiyi 2020-ci il tarixdən dəymiş ziyanın ödənildiyi 2023-cü il tarixədək olan müddət üçün dəymiş 44000 manat ziyanın 5 %-i məbləğində, yəni 6600 manat, 2023-cü il tarixdən hökmün çıxarıldığı 2024-cü il tarixədək olan müddət üçün isə ziyanın ödənilməmiş qalan 29000 manatın 5 %-i məbləğində, yəni 1450 manat, cəmi 37050 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X16 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 02 il 07 ay (iki il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 10 ay 12 gün müddəti 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 07 ay 24 gün (bir il yeddi ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 5000 manat məbləğində ziyan vurmasına dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 400 manat məbləğində ziyan vurmasına dair epizod cinayət hesab edilmədiyindən ittihamdan çıxarılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 37050 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs5 və X2 adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin həkim ekspertiza komissiyasından keçmələri üçün olan saxta göndərişlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X16 270 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-42/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-42/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver