Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-421/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonu, Alçabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, 28 nömrəli poliklinikada tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham sürülməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 17.00 radələrində ictimai yer olan ünvan 2 ünvanda yerləşən «Sizin lombard”-ın daxilində özünə məxsus qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs tərəfindən girovdan çıxarılması tələbinə sonuncunun etiraz etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs ilə mübahisə edərək qəsdən yumruqla bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid hər iki dodağın selikli qişa səthlərinin qansızmaları, V dişin natamam sınması, sifətin sol yarısının sıyrığı, sağ saidin qansızma sahələri, sağ bazunun sıyrıqları, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 28 saylı poliklinkada tibb bacısı işləyir. Zərərçəkmiş şəxs tanıyır, Sevdanı onunla ailəvi tanışları Ruslan qızıl alveri ilə məşğul olmaq üçün tanış edib, şəhid qardaşı Arifin həyat yoldaşı ailəsini dolandırmaq üçün qızıl alveri ilə məşğul olur. Sevda ilə tanışlıqdan sonra sonuncu ona qızılın qramı 90 manatdan ala biləcəyini təklif etmişdir. Bu məqsədlə o 21000 manat pul düzəltdikdən sonra Sevda ilə əlaqə saxlayıb onunla görüşmüşdür. Bu məqsədlə Sevda ilə görüş zamanı ilk dəfə Seymur və Nihadın iştirakı ilə Nəbz klinikasının qarşısında Zərərçəkmiş şəxs 18000 manat pul verdikdən sonra Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərində Sevda pulları İlkin adlı şəxsə verdikdən sonra, ona bildirmişdir ki, qızılın qiyməti bahalaşıb bir az gözləmək lazımdır. Onun artıq 21000 manatı Sevdada qalmışdır. O 21000 manatı düzəltməmişdən əvvəl pulu çatmamışdır, hətta öz şəxsi qızıllarını Bakı şəhəri Nizami rayonunda yerləşən «Sizin» lombarda girov qoyaraq 2770 manat pul götürmüşdür, hətta 730 manat lombardın müdirindən borc almışdır. Bir sözlə Sevda nə qızıları vermiş, nə də ki, günü bu günə qədər 21000 manat pulunu vermədiyi üçün o DİN-nin 102 xidmətinə şikayət edəndən sonra ərizə ilə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir. Onun qızlları «Sizin» lombardda girovda batırmışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə o, Sevdanın xalası qızı Raisəyə zəng edib pulu aparıb ödəməsini bildirmişdir. Raisə Sevdanın bildiyinə görə kartına pul atmış və o, Raisə ilə lombarda gələndə Sevdanın artıq orada olduğunu görmüşdür. Birlikdə lombarda daxil olmuşlar, lombardın rəhbərliyi ilə söhbət etmişlər. O, Sevdaya pulunu gətirib tam ödəyib qızıllarını girovdan çıxartmasını bildirmişdir. Çünki qızılları girovda Seymurun adına olmuşdur. Sevda bildirmişdir ki, “mənə nə dəxili var, özünüz üçün qoyub pul götürmüsünüz”. Bu zaman Sevda onun ünvanına təhqiredisi sözlər işlətmişdir. O, əsəbləşərək əlində olan plasmas su butulkasında olan suyu onun sinəsinə səpmişdir. Həmin vaxtı Sevda ona əl atanda o da əsəbləşərək Sevdanın saçından tutub sifətinə əlləri ilə vurmuşdur. Bundan sonra onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olub biri-birilərini vuran zaman Sevdanın xalası qızı Raisə araya girərək onları aralamışdır, lombardın işçiləri onlara qışqıraraq lombardı tərk etmələrini tələb etdikdən sonra o, Raisə ilə birlikdə oradan çıxıb getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Sevda ondan şikayət etmişdir. Hadisə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 65 ünvanında yerləşən «Sizin» lombardda baş verib, 3-5 dəqiqə davam edib və həmin hadisənin şahidləri lombardın əməkdaşları və Raisə olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun nümayəndəsi və vəkilini, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2023-cü ilin fevral ayında «Turan» bankdan 120000 manat pul götürmək məqsədi ilə Pərviz Cavadov adlı şəxs ona köməklik edəcəyini bildirmişdir. Sonda Pərviz ona bildirmişdir ki, o «Turan» Bankın rəhbərliyi ilə danışıb, 120000 manat biznes krediti düzəltmək üçün əvvəlcədən 20000 manat pul ödəməlidir. O Pərvizlə razılaşmış və sələmə girərək 19600 manat pul tapıb Pərvizə vermişdir. Lakin Pərviz vədinə əməl etməyərək pullarını mənimsəmişdir. Sələm sahiblərinin pullarını qaytara bilmədiyindən məcbur olub Seyidağayeva Naibə adlı qadına müraciət etmişdir. Nahibə ona 10000 manat ayda 25 faiz olmaqla, yəni 2500 manat ödəməklə razılaşıb Nahibədən pulu götürmüşdür. Nahibənin pulu çatmadığından sonuncu özünə məxsus qızıl-zinət əşyalarını Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrosunun yaxınlığında yerləşən Kredit təşkilatına girova qoyaraq 2700 manat pul götürüb ona vermişdir. Bundan 3 ay müddət keçməsinə baxmayaraq hər ay o, Nahibəyə 2500 manat pul ödəmişdir. Pərviz 19600 manat pulunu vermədiyindən o DİN-nin BMCMİ-nə müraciət etmişdir. Hal-hazırda həmin idarənin təhqiqat şöbəsində araşdırma aparılır. Bir aya yaxındır ki, Pərvizdən pullarını ala bilmədiyindən Nahibənin sələmini ödəyə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Nahibə ona zəng edərək lombardda girovda olan qızıl əşyaları batdığını, xx.xx.2023-cü İİ tarixdə 500 manat pulu ödəyb qızıl əşyalarını girovdan çıxartmasını bildirmişdir. O, Nahibəyə bildirmişdir ki, həmin 2700 manata qarşı o, lombarda 3400 manat pul ödəyib, ona qızıllarının batmasından narahat olmamasını söyləmişdir. xx.xx.2023-cü il tarixdə Nahibə onu lombarda gözlədiyini demişdir. O həmin gün lombarda gələndə xalası qızı Raisə ilə Nahibənin onu gözlədklərini görmüşdür. Birlikdə lombarda daxil olub orada işləyən işçi ilə danışmışdır. O, Nahibəyə bildirmişdir ki, 500 manatı ödəyir, girov onun adına deyil, qızılları neçə çıxarıb ona versin. O, Nahibəyə bildirmişdir ki, “sən Ceyhunun adına qoyub mənə sələm verməmisən, mənlik deyil”. Bu zaman lombardın daxilində Nahibə onun ünvanına təqhiredici sözlər işlədərək üzərinə hücum edib ona əl ataraq saçından tutub sifətinə vurmağa başlamışdır. Bu zaman xalası qızı Raya onların arasına girərək onları sakitləşdirməyə cəhd göstərmişdir. Lakin Nahibə yumruqla onun ağız nahiyəsinə vuraraq ona xəsarət yetirdikdən sonra Raya Nahibəni bayıra çıxartmışdır. O bundan sonra otağa keçərək özünü səliqəyə salıb hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra ərizə ilə Nizami RPİ-nin 25-ci PŞnə müraciət etmişdir. Hadisə «Sizin» lombardın içərisində baş verib, 5 dəqiqə davam edib, həmin hadisənin şahidləri Raya və lombardın bütün işçiləri olmuşdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışladığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır, o, xalası qızının yaşadığı ünvanda tanışı Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Bu tanışlıqdan sonra bildiyinə görə zaman qızı Sevda Nahibədən 12000 manat borca pul almışdır. Nahibənin pulu çatmadığından öz şəxsi qızllarını Nizami rayonu Şirin Mirzəyev küçəsi 65 ünvanında yerləşən «Sizin» lombarda girova qoyaraq 2700 manat pul götürüb Sevdaya vermişdir, həmin pulları Sevda bir ay müddətində 1000 manat qazanc verməli idi. Lakin Sevdanın işləri alınmamışdır, Nahibənin qızıllarını girovdan çıxartmaq lazım olmuşdur. O da Sevdaya zəng edib qızılları girovdan çıxartmaq lazım olduğunu bildirmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Nahibə ona zəng edərək, Sevda lombarda gəldiyini, onunla bərabər lombarda getməyini bildirmişdir. O, saat 17.00 radələrində birlikdə Nizami rayonu Qara Qarayev metrosunun qarşısında görüşüb «Sizin» lombarda gəlmişlər.Sevda lombarda stulda əyləşmişdir. O, Sevdanın yanında telefonla məşğul olmuşdur. Bu zaman Nahibə Sevdaya yaxınlaşıb onunla mübahisə etmişlər və bundan sonra Nahibə Sevdanın ünvanına təhqiredusi sözlər işlətdikdən sonra Nahibə Sevdanın əl atıb çarşabından tutduqdan sonra onlar əlbəyaxa olaraq biri-birilərinin saçından tutmuşlar və Nahibə əlləri ilə Sevdanın sifətinə vurmuşdur. O da araya girərək onları ayırdıqdan sonra Sevdanın çarşabı başından düşdüyündən sonuncu başqa otağa keçmişdir. Lombardın işçiləri onların üstünə qışqıraraq bayıra çıxartmışlar və o, Nahibənin qolundan tutaraq bayıra çıxardıb onlar birlikdə çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Sevda Nahibədən şikayət etmişdir. Hadisə «Sizin» lombardın daxilində baş vermiş, 2-3 dəqiqə davam etmişdir. Həmin hadisənin şahidləri lombardın bütün işçiləri olmuşdur. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən «SİZİN» lombarda baxış keçirilərək protokol tərtib edilmiş və hadisə yerin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 17 may 2023-cü il tarixli, 456 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki dodağın selikli qişa səthlərinin qansızmaları, V dişin natamam sınması, sifətin sol yarısının sıyrığı, sağ saidin qansızıma sahələri, sağ bazunun sıyrıqları, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən «SİZİN» lombardın daxilində quraşdırılmış 46 saniyəlik video müşahidə kamera görüntülərinə keçirilmiş baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 17.05 radələrində lombardın daxilində zalda müştərilərə xidmət göstərən masanın qarşısında Zərərçəkmiş şəxs stulda əyləşməsi, onun yanında Şahid1 dayanması, bu zaman əməl törətmiş Təqsirləndirilən şəxs onların yanına gələrək Zərərçəkmiş şəxs yaxınlaşıb onunla əl-qolla mübahisə etməsi, mübahisə zamanı qəfil olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başında olan çarşabına əl atması, bu zaman Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs əlindən tutub özündən kənarlaşdırmaq üçün ayağa qalxaraq onlar əlbəyaxa olan zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs saçına əl atması, həmin vaxt tərəflər arasında yaranmış dava-dalaş zamanı Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurması, sonuncu isə Təqsirləndirilən şəxs saçına əl atıb yolması, bu vaxt onların yanında olan Şahid1 araya girib onları ayıraraq sakitləşdirməsi, baş vermiş mübahisə və dava-dalaş zamanı lombardda müştərilərə xidmət göstərən masa arxasında əyləşmiş lombardın işçiləri həmin hadisəni kənardan müşahidə etmələri müəyyən edilmişdir.Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. İş materiallarında olan AZE 18167571 nömrəli və AZE 18167570 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Natiq Yusubov xx.xx.2011-ci ildə və Yusif Yusubov xx.xx.2013-cü ildə doğulmuşlar, anaları Təqsirləndirilən şəxsdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, yəni ünvan 2 ünvanda yerləşən «Sizin lombard”-ın daxilində özünə məxsus qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs tərəfindən girovdan çıxarılması tələbinə sonuncunun etiraz etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə zor tətbiq edib qəsdən yumruqla bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid hər iki dodağın selikli qişa səthlərinin qansızmaları, V dişin natamam sınması, sifətin sol yarısının sıyrığı, sağ saidin qansızma sahələri, sağ bazunun sıyrıqları, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə barəsində ittiham irəli sürülməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işd\ iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 138 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-421/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-421/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver