Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-425/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs: X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evdə müvəqqəti olaraq yaşamış tanışı X6 məxsus əşyaların içərisindən anası Zərərçəkmiş şəxs məxsus 5243 7544 1220 3703 nömrəli “Unibank” tərəfindən verilmiş “Albalı” kartını gizli olaraq götürüb həmin kartdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 18:28:53-də ünvan 2 ünvanında yerləşən marketdə ödəniş edərək 20 qəpik, xx.xx.2022-ci il tarixdə saat 22:00:38-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 2 manat 19 qəpik, saat 22:01:01-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən "Oba” marketdə ödəniş edərək 4 manat, saat 22:03:00-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 4 manat 99 qəpik, saat 22:06:21-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 13manat 37 qəpik, saat 22:08:55-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 21 manat 12 qəpik, saat 22:15:50-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 6 manat 70 qəpik, saat 22:16:20-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 4 manat, saat 22:19:47-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 11 manat 38 qəpik, saat 22:38:18-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 2 manat 20 qəpik, saat 22:38:53-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 12 manat, saat 22:44:11-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 16 manat, saat 22:41:45-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 6 manat 1 qəpik, saat 22:46:53-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 16 manat, saat 22:51:40-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 16 manat, saat 22:53:14-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 8 manat, saat 22:55:20-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 16 manat, saat 23:20:41-də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 207 A-da yerləşən “Dokta” Aptekdə ödəniş edərək 19 manat 10 qəpik, saat 23:53:22-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 96 manat 3 qəpik, saat 23:54:19-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 48 manat 90 qəpik, xx.xx.2022-ci il tarixdə saat 00:15:09-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 59 manat 94 qəpik, saat 00:19:01-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 80 manat, saat 00:20:44-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 38 manat, saat 00:21:12-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın yaxınlığında yerləşən “101 GM” adlı mağazada ödəniş edərək 12 manat 50 qəpik, saat 00:52:26-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 14 manat 69 qəpik, saat 00:54:47də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 45 manat 62 qəpik, saat 01:07:18-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 92 manat 36 qəpik, saat 01:11:18-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 10 manat, saat 01:19:39-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 25 manat 34 qəpik, saat 01:28:36-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 10 manat 84 qəpik, saat 01:56:01-də Nizami rayonu, B.Çobanzadə küçəsi 348 saylı ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 10 manat, saat 02:18:10-da Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi 126-da yerləşən “Wall Street cinema-restoran” adlı restoranda ödəniş edərək 16 manat 10 qəpik, saat 02:18:57də Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi 126-da yerləşən “Wall Street cinema-restoran” adlı restoranda ödəniş edərək 7 manat 80 qəpik, saat 03:00:06-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2200 saylı məhəllədə yerləşən “Ag Oil” adlı X3 ödəniş edərək 40 manat, saat 03:10:13-də ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 30 manat, saat 03:11:13-də Nizami rayonu, B.Çobanzadə küçəsi 348 saylı ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 5 manat, xx.xx.2022-ci il tarixdə saat 15:06:19-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 5 manat 90 qəpik, xx.xx.2022-ci il tarixdə saat 15:05:33- də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 27 A-da yerləşən marketdə ödəniş edərək 6 manat 30 qəpik, saat 15:06:00-da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 27 A-da yerləşən marketdə ödəniş edərək 4 manat, saat 16:12:59-da Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində yerləşən “Laçın Ticarət Mərkəzin”də olan “Moda Kids” adlı mağazada ödəniş edərək 32 manat, saat 16:36:40-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 55 manat, saat 16:42:58-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 22 manat, saat 16:47:39-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 38 manat, saat 16:48:47-də Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 35 manat, saat 16:56:36-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 50 manat, saat 17:00:12də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanının yaxınlığında yerləşən “Ege geyim” adlı mağazada ödəniş edərək 50 manat, saat 17:46:37-də Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 8 manat 80 qəpik, saat 18:23:52-də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 27 A-da yerləşən marketdə ödəniş edərək 7 manat 40 qəpik, saat 20:56:48-də Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 6 manat 67 qəpik, saat 20:57:21-də Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 49 qəpik, xx.xx.2022-ci il tarixdə saat 01:13:38-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2200 saylı məhəllədə yerləşən “Ag Oil” adlı X3 ödəniş edərək 20 manat, saat 01:16:24-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2200 saylı məhəllədə yerləşən “Ag Oil” adlı X3 ödəniş edərək 50 manat, saat 01:26:02-də ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 95 manat, saat 01:27:18-də ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 55 manat, saat 01:48:08-də ünvan 5 ünvanında yerləşən “Səhər” marketdə ödəniş edərək 12 manat, saat 01:50:00-da ünvan 5 ünvanında yerləşən “Səhər” marketdə ödəniş edərək 6 manat 50 qəpik, saat 01:50:55-də ünvan 5 ünvanında yerləşən “Səhər” marketdə ödəniş edərək 8 manat, saat 02:43:52-də Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanda yerləşən “Zeytun” aptekdə ödəniş edərək 8 manat, saat 05:27:31-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən “Socar” X2 ödəniş edərək 10 manat, saat 05:41:10-da Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 15 manat 40 qəpik, saat 18:34:15-də ünvan 7 ünvanında yerləşən “Yaprak Tantuni” restoranında ödəniş edərək 8 manat 60 qəpik, saat 18:46:04-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 H-da yerləşən “Murad Accessories” adlı mağazada ödəniş edərək 95 manat, saat 18:52:47-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 H ünvanında yerləşən “Duaks” adlı mağzada ödəniş edərək 30 manat, saat 19:10:46-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 H ünvanında yerləşən “Misafir” adlı restoranda ödəniş edərək 14 manat, saat 19:21:56-da ünvan 9 ünvanın yaxınlığında yerləşən “Mini” marketdə ödəniş edərək 11 manat 90 qəpik, xx.xx.2022-ci il tarixdə saat 01:08:13-də Nizami rayonu, B.Çobanzadə küçəsi 348 saylı ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 95 manat, saat 01:09:56-da ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 50 manat, saat 01:10:16-da Nizami rayonu, B.Çobanzadə küçəsi 348 saylı ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 45 manat, saat 01:33:40-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 161-də yerləşən “Bina” marketdə ödəniş edərək 14 manat 60 qəpik, saat 02:12:04-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2200 saylı məhəllədə yerləşən “Ag Oil” adlı X3 ödəniş edərək 95 manat, saat 03:37:33-də ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 55 manat, saat 03:38:13-də ünvan 4 ünvanda yerləşən “Adas” X2 ödəniş edərək 40 manat, saat 03:49:12də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 387-də yerləşən “Oba” marketdə ödəniş edərək 19 manat 67 qəpik, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 1997 manat 61 qəpik məbləğində pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1997 manat 61 qəpik maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr aynın təqribən 24-də tanışı Mehman Vəliyev onunla əlaqa yaradaraq ailəsi ilə mübahisəsinin olduğunu və bu səbəbdən də evdən bəzi əşyalarını da götürərək çıxdığını bildirmişdir. O, Mehmanın xahişi ilə onu əşyalarını qoyması və yaşaması üçün Xəzər rayonu, Atçılıq qəsəbəsində yerləşən evinə aparmış və evin və həyət darvazasının açarlarını Mehmana vermişdir. Mehman təqribən 5-6 gün onun evində qalmışdır. Daha sonra Mehman evi tərk etmiş, bir müddət sonra isə Mehman ona özünə aid sənədlərin olduğu çantanı tapa bilmədiyini dedikdə o, Mehmana həmin sənədlərin yəqin ki, evin içində olduğunu demişdir. O, evə baxan zaman Mehmanın bəzi əşyalarının evdə qaldığını görmüş, həmin əşyalara baxan zaman orada bir ədəd 5243 7544 1220 3703 nömrəli “Unibank” tərəfindən verilmiş Albalı kartın, 5243 7544 2174 5504 nömrəli Alabalı kartın, bir ədəd üzərində “kukuruza” yazısı olan kartın olduğunu görmüşdür. O, bu kartlardan birini, yəni 5243 7544 1220 3703 nömrəli Unibank tərəfindən verilmiş Albalı kartı özü ilə götürərək ondan istifadə etməyə başlamışdır. Belə ki, həmin kart vasitəsi 12 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək Bakı şəhərində müxtəlif ərazilərdə müxtəlif market və restoranlarda həmin kartı “wifi” yəni posterminala toxunuş üsulundan istifadə etməklə ödəniş edirmiş. Bir neçə dəfə isə bu kart vasitəsi ilə yanacaqdoldurma məntəqələrində pulu nəğdləşdirmişdir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan tanışı Hüseyn Cahangirovla əlaqə yaradıb onun avtomobilinə 5 manatlıq benzin tökəcəyini bunun müqabilində onu Ağ şəhər bulvarına aparmağını xahiş etmişdir. Onun idarə etdiyi “Xəzər” markalı avtomobildə onun yanında əyləşmiş və birlikdə “Adast” petrola getmiş burada onun avtomobilinə benzin vurdurarkən, orada işləyən şəxsə kartda olan pulu nağdlaşdırmaqda ona köməklik etməsini xahiş etmişdir. Adı ona həmin vaxt məlum olan Ceyhun adlı şəxs onunla razılaşmışdır. Beləcə Ceyhun onun razılığı ilə onun verdiyi “Albalı” kartdan 5 manatlıq benzinin müqabilində təqribən 55 manat çıxarmış, o, bu pulun 5 manatını benzinə görə çıxmış, cibindən isə 45 manat çıxarıb ona vermiş, beləliklə, ona 5 manatın qarşılığında kartdan 45 manatı nağdlaşdırmaqda kömək etmişdir. Bundan sonra o, növbəti günlərdə tanışı Ruslan İsmayılovun “Mercedes Benz C class” markalı avtomobili ilə “Adast” YDM-ə gəlmiş və burada onun avtomobilinə 5 manatlıq benzin vurdurmuş, bu zaman orada işləyən Ceyhunun köməyi ilə eyni üsulla kartdan pul nağdlaşdırmışdır, belə ki, o, özünə 5 manat götürdükdən sonra ona təqribən 85 manat pul vermişdir. O, bu üsulla digər tanışları vasitəsi ilə də bir neçə dəfə bu formada “Adast” petroldan və “Babək” prospektində yerləşən “Ag oil” petrolda və “Socar” petrolda həmin kartdan pul xərcləmişdir. Bundan başqa həmin kart vasitəsi ilə 12 noyabr 2022-ci il tarixdən təqribən 22 noyabr 2022-ci il tarixədək müxtəlif yerlərdə, o cümlədən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Oba” marketdə, hazırkı adı “Jara” olan “Ege” geyim adlı mağazada, hazırda fəaliyyət göstərməyən 101 GM adlı mağazada, “Laçın” Ticarət mərkəzinin içərisində yerləşən “Moda Kids” adlı mağazada, Nizami rayonu ərazisində yerləşən bir neçə marketdə və aptekdə, Babək prospektində yerləşən “Səhər” adlı marketdə və bir neçə kafe və restoranlarda alış-veriş etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini və zərərçəkmişə dəymiş zərərdən 500 manat məbləğində ödəniş etdiyini qeyd edərək yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayında “Unibank”dan bir miqdar istehlak krediti götümüşdür, həmin müqavilənin şərtlərinə uyğun olaraq ona bir ədəd də balansında 2000 manat pul olan 5243 7544 1220 3703 nömrəli kart verilmişdir. O, həmin kartın balansında bir neçə dəfə şəxsi və ailəvi ehtiyaclarına görə ödənişlər etmiş, daha sonra isə kartın balansına həmin məbləğlərdə pullar mədaxil etmişdir. Həmin kart yaşadığı Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi ev 10, mənzil 27-də olmuşdur. 2022-ci ilin dekabr ayında Unibankdan onunla telefon əlaqəsi yaradıb 5243 7544 1220 3703 nömrəli kart üzrə borcunun yarandığı bildirilmişdir. Bu zaman o, xərcləmələr etmədiyini bildirmişdir. Buna görə də kartı evdə axtarmağa başlamış, lakin tapa bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, oğlu Mehman Vəliyev 2022-ci ilin oktyabr ayında ailə daxilində olan söz- söhbətlər ilə əlaqədar incidiyindən tanışı Təqsirləndirilən şəxs evində qalmağa getmiş, bu zaman özünə məxsus əşyaları və sənədlərin olduğu çantanı da özü ilə birlikdə aparmışdır. Daha sonra o, bir neçə gün Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evindən çıxmış, lakin sənədləri olan həmin çanta içərisində olan 5243 7544 1220 3703 nömrəli kart ilə birlikdə həmin evdə qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs Mehmana xəbər vermədən bu kartı götürərək sağa-sola xərcləmişdir. Bildirmişdir ki, Mehman Vəliyev bu kartın onun çantasında sənədlərin arasında olmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs həmin kartdan etdiyi məxariclər nəticəsində ona təqribən 2000 manata yaxın maddi zərər dəydiyini, dəymiş zərər tam ödənilmədiyini, yəni 500 manat məbləğində ödəniş olunduğunu qeyd edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “Adast” yanaq doldurma məntəqəsində işləyir. 2022-ci lin noyabr ayında **-HC-*** dovlət qeydiyyat nömrəli maşın yanacaq doldurma məntəqəsinə yaxınlaşmış, bundan sonra sürücü-sonradan adını bildiyi Tale adlı şəxs ona albalı kartı verərək 5 manatlıq benzin vurmasını xahiş etmiş, daha sonra isə həmin kartdan pul nəğdləşdirmək istədiyini bildirmiş və ona kömək etməsini xahiş etmişdir. Bundan sonra o Talenin kartından benzinin miqdarından artıq miqdarda pulu posterminal vasitəsi ilə çəkmiş və ona pul vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını, vurulmuş zərərin bir hissəsini (500 manat) ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsilə Təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli 4(003)137/2022 saylı qərarı ilə əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmaqla ibtidai istintaq müddətinin sonuna kimi, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 27 mart 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərar ilə ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Həmçinin Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün müddətinə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 5243 7544 1220 3703 nömrəli kart, 21 ədəd qəbz, “Unibank” tərəfindən HTİD/1668 saylı müşayiət məktubu ilə təqdim edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 5243 7544 1220 3703 nömrəli kart, 21 ədəd qəbz, “Unibank” tərəfindən HTİD/1668 saylı müşayiət məktubu ilə təqdim edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 ( yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-425/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-425/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver