Məhkəmə qərarları › İş №1(007)-427/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-427/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-427/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X7, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 17 avqust 1976-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarında günorta saatlarında ünvan 2 ünvanının qarşısında tanışı X1 məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 6,695 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, 01 may 2022-ci il tarixdə, saat 14 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananın 0,410 qram və 0,417 qramlıq hissələrini ünvan 2 ünvanının qarşısında tanışı Şahid1 20 manat pul müqabilində satmışdır. Şahid1 həmin tarixdə, saat 16:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4əşən Nizami rayon Polis İdarəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki parça materialdan olan qara rəngli şalvarın sol yan cibində, 2 ədəd kağız bükümdə saxladığı şəxsi istehlak miqdarında, ayrı-ayrılıqda 0,410 qram və 0,417 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq o, 2 may 2022-ci il tarixdə, saat 12:30 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılaraq ünvan 4əşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli şalvarının sağ yan cibində, 2 ədəd kibrit qutusunda saxladığı, bioloji tərkib komponentlərinə görə Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda 2,619 qram və 3,249 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin aprel ayının sonlarında günorta saatlarında ünvan 2 ünvanının qarşısında tanışı Azər İsmayılovdan qutusunun biri 80 manat olmaqla ümumilikdə 400 manata 5 qutu qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün almışdır. 02 may 2022-ci il tarixdə saat 12 radələrində o ünvan 8 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunu təqdim edərək həmin qutuların içərisində marixuana olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Onun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar edilmiş həmin kibrit qutuları 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir, Elşəni isə uzun müddətdir ki, tanıyır və Elşənin narkotik vasitə almaq üçün əlaqələrinin olduğu barədə məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə Keşlə qəsəbəsi, Ş N.Abdullayev 4/16 ünvanının qarşısına gəlmiş və Elşən adlı şəxslə görüşmüşdür. Sonuncuya 20 manat pul vermiş və Elşən ona 2 büküm ağ kağıza bükülü vəziyyətdə olan marixuananı verdikdən sonra, Keşlə qəsəbəsi N.Abdullayev 23 ünvanının qarşısında mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə üzərində şəxsi axtarış aparılması haqqında məlumat verilmiş, ona bütün hüquq və vəzifələri izah edilmişdir. Ona üzərində qanunsuz olan hər hansı bir vasitənin olub-olmaması, əgər varsa könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarının sol yan cibindən 2 ədəd ağ bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümlərin içərisindəki spesifik iyə malik olan maddənin marixuana olduğunu, Keşlə qəsəbəsi, N.Abdullayev 4/16 ünvanının qarşısında Elşən adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 01 may 2022ci il tarixdə “Nəcəf’ adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Nizami RPİnin NMB-nə məlumat daxil olmuşdur. 01 may 2022-ci il tarixdə saat 16 radələrində o, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X6 “Nəcəf’ adlı şəxsin ünvan 9 ünvanının qarşısında olduğunu görüb sonuncuya yaxınlaşmışlar. Daha sonra Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nə getməsi təklif olunmuşdur. Şahid1 etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis mayoru Kənan Əliyevə məxsus xidməti otaqda Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Şahid1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Şahid1 əynində olan qara rəngli şalvarının sol yan cibindən ağ kağıza bükülü olan 02 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin marixuana olduğunu deyərək, 01 may 2022-ci il tarixdə ünvan 10 ünvanının qarşısında Elşən adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə götürülərək 01 ədəd zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra yuxarıda qeyd olunan faktla bağlı 02 may 2022-ci il tarixdə “Elşən” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. 02 may 2022-ci il tarixdə saat 12 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Təqsirləndirilən şəxs ünvan 11 ünvanının qarşısında görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onun üzərində şəxsi axtarış aparılması məqsədilə Nizami RPİ-nə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Nizami RPİ-nin İŞ-nin baş təhqiqatçısı X4 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusunu təqdim etmiş və həmin marixuananı 10 gün öncə Azər adlı tanışından aldığını demişdir. Həmçinin Elşən bildirmişdir ki, Azər üzərindən aşkar olunan marixuana ilə yanaşı ona 5 kibrit qutusunda marixuana satmış və həmin qutuların müqabilində o Azərə 400 manat pul vermişdir. Daha sonra aşkar edilmiş həmin qutular 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra yuxarıda qeyd olunan faktla bağlı 03 may 2022-ci il tarixdə “Azər” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/428 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,619 qram; 3,249 qram, ümumi çəkisi 5,868 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2022-ci il tarixli 2830 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, İ2-15974 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirdilmiş, baxış zamanı “Emi ne var ne yox mene yarım lazımdı özümə gelmey istetirim amma go”, “Kartofka.lazımdı,pytoj.neçiye.vercen.mene” kimi şübhəli mesajların olduğu görünür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin təkrar törədilməsini AR-sı CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş AR-sı DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs Tərtər Qarnizonunun Hərbi Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243,42-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 02 may 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərarla həbsdə saxlanılma müddəti 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək, xx.xx.2022ci il tarixli qərarla həbsdə saxlanılma müddəti xx.xx.2022-ci ilədək, xx.xx.2022-ci il tarixli qərarla isə 20 gün müddətinə, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin giriş-çıxış zəngləri və s.kimi məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İttiham aktına əlavə edilmiş arayışa əsasən məhkəmə məsrəfi kimi Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı aparılmış ekspertiza xərci təqsirləndirilən şəxsə aid olmadığından Təqsirləndirilən şəxs tutula bilməz. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 02 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qalıq çəkisi 5,828 qram olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Şahid1 üzərindən aşkar olunmuş qalıq çəkisi 0,787 qram olan marixuana ilə bağlı məsələnin həlli Nizami RPİ-nə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və istifadə edilmiş mobil telefon nömrəsindən ötürülmüş məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X9 ödənilmək üçün 180 manat (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar