Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-427/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1989-cu ildə Qazaxıstan Respublikasının Timirzayev rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə saat 01:20 radələrində ünvan 2 ünvanında avtomobil yolunun kənarında özünə məxsus “Toyota Prius” markalı, 77- KG-156 dövlət qeydiyyat nişanlı avtomobilini ortaq tanışları Şahid1 sürücülük hüququ olmadan idarə etməsinə görə barəsində tətbiq edilmiş cərimənin ödənilməsini sonuncudan tələb etməsinə tanışı Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əli ilə bir dəfə Yusif Usubovun sifət nahiyəsinə vurmaqla sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alnın və sağ gözaltı nahiyənin sıyrıqları, sağ yanağın şişkinlik halında əzilməsi və sıyrığı, sağ yanağın selikli qişasının qansızması və əzilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Şahid1 sürücülük hüququ olmadan idarə etdiyi üçün X4 əməkdaşları avtomobili saxlayaraq cərimə meydançasına aparmışlar. Sürücülük hüququ olmayan şəxsə avtomobili idarə etməsi üçün verdiyinə görə ona və Almiraya cərimə cəzası tətbiq olunmuşdur. Cərimələri ödənilməyənə qədər avtomobili cərimə meydançasından çıxara bilmədiyindən 22.05.223-cü il tarixdə saat 21 radələrində Almiranı cərimə ödəməsi üçün cərimə meydançasının yaxınlığına dəvət etmişdir. Bir qədər sonra Almira Aytacla və Usubla birlikdə həmin yerə gəlmişlər. O, Almiradan cəriməni ödəməsini tələb etmiş, Almira pulunun olmadığını bildirmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Onlar birlikdə Usubun idarə etdiyi avtomobilə oturaraq cərimə meydançasından uzaqlaşmışlar. Yol boyu və avtomobili saxladıqdan sonra Almiranın cəriməni ödəməkdən yayınmaq istəməsi səbəbindən Almira ilə mübahisə etmiş, Aytac və Usub da Almira tərəfdən həmin mübahisəyə qoşulmuşlar. Nizami rayonu, Cəmşid ünvan 3 ünvanın qarşısına çatdıqda Usub avtomobili yolun kənarında saxlamışdır. Onlar ikisi birdən avtomobildən düşmüşlər. Həmin vaxt Usubun onun üzərinə gəldiyini görüb, onu qabaqlamaq üçün bir dəfə qəsdən sağ əlinin ovuc hissəsi ilə Usubun sifət nahiyəsindən vurmuşdur. Usub da sağ əli ilə onun sol gözaltı nahiyəsinə bir dəfə vurmuşdur. Almira və Aytac avtomobildən düşərək onları ayırmışlar. Bundan sonra, o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub, Usub barəsində şikayətçi olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nahid ilə ortaq tanışları Şahid1 və Şahid2 vasitəsi ilə tanış olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şahid1 və Şahid2 onunla əlaqə saxlayaraq Nahidin idarə etdiyi avtomobilin Almira tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edildiyi üçün X8 əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini demişlər və bu səbəbdən də onlarla birlikdə cərimə meydançasına getməsini xahiş etmişlər. Həmin gün Almira, Aytac və o, avtomobilin yerləşdirildiyi cərimə meydançasının önündə Nahid ilə görüşmüşlər. Nahid cərimə meydançasına daxil olmuş, orada kiminləsə avtomobilin çıxarılması ilə bağlı söhbət etmişdir. O, isə özünün idarə etdiyi avtomobildə Aytac və Almira ilə gözləmişlər. Bir qədər sonra Nahid geri qayıdaraq avtomobilin cərimə meydançasından azad edilməsi üçün 250 manat cərimə ödənməli olduğunu demiş və həmin cərimə məbləğinin Almira və Aytacdan israrla tələb etməyə başlamışdır. Həmin məbləğ onlara inandırıcı gəlmədiyi üçün Nahidə öz narazılıqlarını bildirmişlər. Nahid onların narazılıq etdiklərini görüb, təklif etmişdir ki, onun bu məsələni həll etmək üçün tanışı var və birlikdə gedib onun tanışı ilə görüşsünlər. Nizami rayonu, Cəmşid ünvan 3 ünvanın qarşısına çatdıqda o, avtomobili yolun kənarında saxlamış və Nahidə təklif etmişdir ki, qadınların yanında mübahisə etməsinlər, avtomobildən düşüb öz aralarında danışsınlar. Bundan sonra onlar avtomobildən düşmüşlər. Həmin vaxt Nahid bir dəfə qəsdən sağ əlinin ovuc hissəsi ilə onun sifət nahiyəsindən vurmuşdur. O, da sağ əli ilə Nahidin sol gözaltı nahiyəsinə qəsdən bir dəfə vurmuşdur. Almira və Aytac avtomobildən düşərək onları ayırmışlar. Bundan sonra X5 Nazirliyinin 102 xidmətinə zəng vurmuş, onun barəsində şikayətçi olmuşdur. Sonradan o, da Nahid barəsində polisə şikayət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X6 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 470 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, X2 alnın və sağ gözaltı nahiyənin sıyrıqları, sağ yanağın şişkinlik halında əzilməsi və sıyrığı, sağ yanağın selikli qişasının qansızması və əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil, kənar şəxs tərəfindən törənməsi mümkündür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kortotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını bildirmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda və məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 (bir yüz otuz səkkiz) manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-427/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-427/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver