Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-428/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hömü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlığından məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qararla cəzası 10 ilədək artırılmış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsidə cəza çəkən, barəsində qətimkan tədbiri seçilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkdiyi müddətdə şəxsi maraq niyyətilə, istintaqa ınalum olmayan vaxtda və mənbədən əldə etdiyi "Cəzaçəkmə müəssisələrinin X1” ilə məhkumlara qadağan olunmuş əşya, 3 ədəd ağ salfet bükülüdə olan çəkiləri 1,062 qram, 0,143 qram və 0,186 qram, bir ədəd papirosda olan tütünlə qarışıqda olan təmiz çəkisi 0,09 qram, ümumi çəkisi 1.481 qram bitki mənşəli narkotik vasitə - qurudulmuş marixuanaları əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin Yoluxucu xəstəliklər şöbəsində müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə əməliyyat tədbirləri keçirərkən onun əynində olan idman şalvarının yan cibindən həmin əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkir. xx.xx.2023-cü il tarixdə, saat 03:30 radələrində həmin müəssisəsinin Yoluxucu xəstəliklər şöbəsində saxlanılarkən, əynində olan idman şalvarının yan cibindən əvvəllər bildirmək istəmədiyi yerdən əldə etdiyi 3 ədəd ağ salfet bükülüdə, bir ədəd papirosda olan tütünlə qarışıq bitki mənşəli narkotik vasitə marixuana müəssisənin əməkdaşları keçirilən baxış zamanı hal şahidlərin iştirakı ilə aşkar etmişlər və götürmüşlər. Həmin narkotik vasitələrdən gizli olaraq gələcəkdə istifadə etmək istəmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində xidmət edən, ədliyyə kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03:30 radələrində müəssisənin kamerasında baxış keçirilən zaman Müalicə müəssisəsinin Yoluxucu xəstəliklər şöbəsində saxlanılan Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə məhkum olunmuş Təqsirləndirilən şəxs əynində olan idman şalvarının yan cibindən yaşıl rəngli, ot şəkilində spesifik iyə malik, 3 ədəd ağ salfet bükülüdə olan çəkiləri 1,062 qram, 0,143 qram, 0,186 qram, bir ədəd papirosda olan tütünlə qarışıqda olan təmiz çəkisi 0,09 qram, ümumi çəkisi 1,481 qram bitki mənşəli narkotik vasitəyə bənzər və cəzaçəkmə müəssisələrində saxlanılması qadağan olunmuş əşyalar müəssisənin əməkdaşları tərəfindən hal şahidlərin iştiraki aşkar edilərək müvafiq qaydada qablaşdırıb, protokollaşdırıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin digər əməkdaşları, ədliyyə baş leytenantı Şahid2 və ifadəsi elan edilmiş şahid - ədliyyə çavuşu Şahid3 Şahid1 eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs şalvarının yan cibindən ümumi çəkisi 1,481 qram bitki mənşəli narkotik vasitələrin aşkar edilərək götürülməsində hal şahidi kimi iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində məhkum Təqsirləndirilən şəxs şalvarının yan cibindən ümumi çəkisi 1,481 qram bitki mənşəli narkotik vasitələrin aşkar edilərək götürülməsində hal şahidi kimi iştirak etdiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, hal şahidləri məhkum Şahid4 və Şahid5 iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat təxminən 03:30 radələrində müəssisənin Yoluxucu xəstəliklər şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının yan ciblərində yaşıl rəngli, ot şəkilində spesifik iyə malik, narkotik vasitəyə bənzər maddələr olan 3 ədəd ağ salfet bükülü, 1 ədəd hazırlanaraq siqaret formasına gətirilmiş narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüş, hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddə barədə protokol tərtib olunmuş, hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 7/265 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 3 ədəd salfet bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,062 qram, 0,143 qram və 0,186 qram, bir ədəd papirosda olan tütünlə qarışıqda olan təmiz çəkisi 0,09 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 7/342 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş məhkum Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd salfet kağızı bükülülərində ayrı-ayrılıqda təmiz çəkiləri - 1,042 qram, 0,123 qram və 0,166 qram, bir ədəd papirosda olan tütünlə qarışıqda olan təmiz çəkisi 0,07 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 1,401 qramdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X1 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “narkotik vasitələr” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınmasə və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar XidmətiN Müalicə Müəssisəsi tərəfindən verilmiş məktubdan görünür ki, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2023cü il tarixə 08 il 04 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 08 il 04 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 08 il 04 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 08 il 05 ay (səkkiz il beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi - 144 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan ümumi qalıq çəkisi 1,321 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-428/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-428/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver