Məhkəmə qərarları › İş №1(007)-43/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-43/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-43/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, “xxxx” MMC-nin 70 saylı yol-istismar idarəsində nəzarətçi işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi ev 2/1-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, dalan 1, ev 4-də yaşayan, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 26, mənzil 125-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 2-də yaşayan, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə ki, o, qohumu Şahid1 ev alqı-satqı ofisində makler fəaliyyəti göstərən Zərərçəkmiş şəxs Mənmədağa oğlu tərəfindən narahat edilməsi ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 23 saylı yaşayış binasının 1-ci blokunda Zərərçəkmiş şəxsla görüşərək sonuncu tərəfindən Şahid1 əxlaqsız təklif edilməsini bəhanə gətirməklə Təqsirləndirilən şəxs2 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üstünə hücum çəkərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib yaşayış binasının sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş, öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək qəsdən əlindəki silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs sağ və sol əl, dodaq nahiyələrinə zərbələr vurub sonuncuya üst dodağın kəsilmiş yarası, sol əlin İİ əl darağının, sol əlin İV barmağının, sağ əlin İİ barmağının cızıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə əl və ayaq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyyənin hematoması, burun belinin sıyrığı, sol gözətrafı nahiyənin qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 qohumu Şahid1 ev alqı-satqı ofisində makler fəaliyyəti göstərən Zərərçəkmiş şəxs tərəfindən narahat edilməsi ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 23 saylı yaşayış binasının 1-ci blokunda Zərərçəkmiş şəxsla görüşərək sonuncu tərəfindən Şahid1 əxlaqsız təklif edilməsini bəhanə gətirməklə Təqsirləndirilən şəxs1la birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üstünə hücum çəkərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib yaşayış binasının sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs üstünə hücum çəkib əlindəki silah qismində istifadə olunan bıçaqla sağ və sol əl, dodaq nahiyələrinə zərbələr vurub Zərərçəkmiş şəxs üst dodağın kəsilmiş yarası, sol əlin İİ əl darağının, sol əlin İV barmağının, sağ əlin İİ barmağının cızıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsindən sonra o, öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs üstünə hücum çəkib qəsdən əl və ayaq zərbələri ilə sonuncunu sifət nahiyəsindən vurub Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyyənin hematoması, burun belinin sıyrığı, sol gözətrafı nahiyənin qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun doğma qardaşı Anar təxminən 2005-ci idə Samirə ilə ailə həyatı qurmuşdur. Anar anadangəlmə lal-kardır, bu səbəbdən adətən hər hansı iş dalınca Samirə də Anarla birlikdə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Samirə onunla söhbətdə bir nəfər şəxsin, əvvəllər daşınmaz əmlak alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxs kimi kirayə mənzil tapmağa vasitəçilik etmək üçün müraciət etdikləri, onun tanımadığı, sonradan dəqiq soyadı, adı və atasının adı ona məlum olan Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə onu narahat etdiyini, əxlaqsız təkliflər edib, onunla görüşmək istədiyini dediyini ona danışmış, sonra isə Anar danışa bilmədiyinə görə Təslimə zəng edib, ondan əl çəkməsini deməyini xahiş etmişdir. Həmin vaxt Anarın da Samirənin deməsi ilə bu barədə bildiyini başa düşmüşdür. O, Təslimin Samirənin ailəli olduğunu və qardaşı Anarın lal-kar olduğunu bilə-bilə, Samirənin abırlı-həyalı insan kimi heç bir bəhanə vermədiyi halda bu əxlaqsız təklifinə görə Təslimi cəzalandırmaq qərarına gəlmişdir. Bu niyyəti barədə Samirəyə və Anara demədən Samirəyə Təslimin görüş təklifini qəbul etməsini deyib, özü də Samirə ilə gedəcəyini bildirmişdir. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə o, Anargilin yaşadığı evə getmişdir. Orada Samirə ilə söhbət etdikdə Samirə, ətraflı olaraq ona, bir müddət əvvəl, Anarla birlikdə dəllal kimi Təslimə münasib qiymətə olarsa almaq üçün mənzil və ya alınmarsa kirayə mənzil tapmasına köməklik etməyi xahiş etdiyini, əlaqə saxlamaq üçün Anar danışa bilmədiyindən Samirənin özünə məxsus mobil telefon nömrələrini Təslimə verdiyini, Təslim onlara bir neçə mənzil göstərsə də şəraitinə və qiymətinə görə razılaşa bilmədiyini, sonradan Samirəgilin başqa dəllal vasitəsilə kirayə mənzil tapdıqlarını danışmışdır. Lakin bundan sonra da Təslim Samirəyə dəfələrlə zəng edib, əvvəl mənzil təklif etsə də, sonradan xoşu gəldiyini deyib təkidlə Samirəni görüşə çağırmışdır. Samirə imtina edib, hətta kirayə mənzil tapdıqlarını deyərək, bir daha zəng etməməsini istəsə də, Təslim əl çəkməmişdir. Bu barədə ona danışdıqdan sonra Samirədən özünün ona zəng edib, görüşə çağırmasını istəmişdir. Samirə əvvəl imtina etsə də, onun təkidlərindən sonra əlacsız qalıb razılaşaraq, öz istifadəsində olan mobil telefonla Təslimə zəng edib görüşə razı olduğunu deyərək hətta yalandan tək olduğunu deyib evə gəlməsini bildirmişdir. Təslim isə həmin gün ağrıdığı üçün imtina edib, səhərisi görüşə biləcəyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb dostu Raminin yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən evinə getmiş və gecəni orada qalmışdır. Səhəri gün Raminə bu barədə bir söz demədən Anargilə birlikdə onunla getməsini dedikdə Ramin razılaşmış və xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində o, Raminlə birlikdə Anargilin yaşadıqları Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin yaxınlığındakı evə gəlmişdir. Evdə onun sözlərindən Ramin də bu barədə bilmişdir. O, Raminə də Təslimi cəzalandırmaq niyyəti barədə bir söz deməmiş və həmin vaxt onun tapşırığı ilə Samirə, yenidən zəng edib Təslimə görüşmək istədiyini deyəndə Təslim özü görüş üçün ev tapdığını deyib, Samirənin tapdığı evə gəlməsini bildirmiş, Samirə də razılaşmışdır. Bundan sonra o, Ramin, Anar və Samirə Anargilin evindən çıxıb təxminən saat 11 radələrində Təslimin Samirəyə dediyi ünvana, yəni Bakı şəhəri, Nizami rayonu ərazisində “Xəzər” Universitetinin yaxınlığındakı parka getmişlər. Orada olarkən onun tapşırığı ilə Samirə zəng edib Təslimlə danışaraq sonuncunun deməsi ilə olduğu istiqamətdə görüşmək üçün onlardan qabaqda getmiş və Çobanzadə küçəsində 23 saylı binanın qarşısına çatmışdır. O, Təslimin əxlaqsız niyyətini sübut etmək üçün Samirə ilə mənzilə daxil olduğunu gözləmək və mənzildə Təslimi tutmaq fikrində olmuşdur. Bu səbəbdən Təslim Anarı üzdən tanıdığından Anarı görəndə qaçıb gedə biləcəyindən Anara həyətdəki çardaqda oturmasını tapşırmışdır. Anar da razılaşıb, həyətdəki çardaqda oturub onları gözləməyə başlamışdır. Bundan sonra o, Təslimin Samirə ilə binanın qarşısında söhbət edib bloka daxil olduqlarını görərək Samirə və Təslimin ardınca bloka daxil olmuşdur. Ramin də onun arxası ilə gəlib bloka daxil olmuşdur. X6 ilə söhbət edə-edə pilləkənlərlə qalxdığını görüb əsəbləşmiş, Samirə və Təslimin mənzilə daxil olmalarını gözləməyib, yaxınlaşaraq ikinci və üçüncü mərtəbələrin ortasında pilləkənin meydançasında Təslimə çatmışdır. Təslimə çatan kimi onu əlləri ilə, yumruqla və təpiklə başına, sifətinə, sinəsinə bir neçə dəfə vurmuş, ünvanına nalayiq sözlər demiş, əxlaqsız təklifinə görə iradlarını bildirmişdir. Zərbədən yerə yıxılan Təslim etdiyi əməli etiraf edib, balalarına görə günahından keçməyini istəmişdir. Bundan sonra əvvəldən özü ilə götürdüyü bıçağı əynindəki gödəkcənin iç cibindən sağ əli ilə çıxarıb, Təslimi vuraraq xəsarət yetirmək istədikdə, Ramin əlindəki bıçağı dartıb alaraq kənara tullamışdır. Həmin vaxt Təslimin sifət nahiyyəsinin qanadığını görmüşdür. Ramin bıçağı onun əlindən alandan sonra Samirə ilə birlikdə onu sakitləşdirib kənara çəkmişlər. Təslim isə ayağa qalxıb yuxarı mərtəbəyə qalxmış və “kömək edin” qışqıra-qışqıra başını divara, qapıya vurmağa başlamışdır. Lakin blokda olan mənzillərdən heç kim qapını açmamışdır. Samirə isə onlardan aralanıb bıçağı götürərək aşağı mərtəbələrə düşmüşdür. Bundan sonra o və Ramin, pilləkənlərlə düşüb blokdan çıxanda Samrənin blokun giriş hissəsində dayandığını görmüşlər. Blokdan üçü birlikdə çıxanda Anarla rastlaşmışlar. Anara hadisəni qısaca izah edib, oradan birlikdə Anargilin yaşadıqları mənzilə tərəf getmişlər. Blokun qarşısında olarkən Samirədən bıçağı geri alıb götürmüşdür. Yolda olanda binaların arasında bıçağı dəqiq bilmədiyi ünvanda məhlələrin arasında ağaclığın dibinə tullamışdır. Anargilin evinə gedərkən Samirənin istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı şəxs tərəfindən zəng olunmuşdur. Telefona Ramin cavab verəndə polis əməkdaşları olduğunu bilmişlər. Polis əməkdaşları Ramini 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Ramin də onlardan aralanıb getmişdir. Sonra o, eləcə də Samirə həmin şöbəyə gedəndə məlum olmuşdur ki, Təslim hadisə barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hadisənin səbəbi Təslimin onun qardaşı Anarın arvadı Samirəyə zəng edib narahat etməsi və ona əxlaqsız təklif etməsi, yəni görüşməyi təklif etməsi olmuşdur. Onu əsəbləşdirən Təslimin Samirəni əri Anarla və azyaşlı uşaqları ilə birlikdə görərək ailəli olduğunu, həmçinin Anarın lal-kar olduğunu bildiyi halda Samirəyə əxlaqsız təklif etməsi olmuşdur. Hadisə vaxtı o, Təslimi bıçaqla vurmamışdır, bıçaq əlində olmuş, bıçaqla Təslimi vurmaq istəyəndə Ramin bıçağı əlindən almışdır. Ona görə o, Təslimi bıçaqla vurmamışdır. Sonra Təslim qışqırbağır salıb, özü başını divar və qapılara vurmuşdur. Ramin hadisə vaxtı 3-4 dəfə əli ilə Təslimin başına vurmuşdur. Anar isə ümumiyyətlə hadisə yerindən aralıda, həyətdəki çardaqda oturmuşdur. Samirə və Anar Təslimə qarşı zor tətbiq etməmiş, onu vurmamış, xəsarət yetirməmişlər. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı blokda başqa heç kim olmamış, mənzillərdən səs-küyə hər hansı şəxs çıxmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 1993-cü ildən idman dərslərinə gedərkən tanımışdır. Məcidin vasitəsilə də qardaşı Anarı və ailəsini tanımışdır. Bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Anar anadangəlmə lal-kardır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində Məcid onun yaşadığı evə gəlmiş və gecəni qalmışdır. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə Məcid ona Anargilə getdiyini deyib, onun da birlikdə getməyini təklif etdikdə o, razılaşmış, səhər saat 09 radələrində Məcidlə birlikdə Anargilin yaşadıqları Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin yaxınlığındakı evə gəlmişdir. Evdə Məcidin, eləcə də Anarın arvadı Samirənin sözlərinə əsasən ona məlum olmuşdur ki, bir müddət əvvəl Samirə Anarla birlikdə daşınmaz əmlak alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxs kimi almağa və ya kirayəyə mənzil tapmağa vasitəçilik etmək üçün müraciət etdikləri, onun tanımadığı, sonradan dəqiq soyadı, adı və atasının adı məlum olan Zərərçəkmiş şəxs müraciət etmiş, əlaqə saxlamaq üçün Anar danışa bilmədiyindən Samirə özünə məxsus mobil telefon nömrələrini Təslimə vermiş, Təslim Samirə və Anara bir neçə mənzil göstərsə də, şəraitinə və qiymətinə görə razılaşa bilməmiş, sonradan Samirəgil başqa dəllal vasitəsilə kirayə mənzil tapmışlar. Lakin bundan sonra Təslim Samirəyə dəfələrlə zəng edib, əvvəl mənzil təklif etsə də, sonradan Samirədən xoşu gəldiyini deyib təkidlə onu görüşə çağırmışdır. Samirə imtina edib, hətta kirayə mənzil tapdıqlarını deyərək, bir daha zəng etməməsini istəsə də, Təslim əl çəkməmişdir. Bunu görən Samirə Təslimə zəng edib bu hərəkətlərinə son qoymasını tələb etmək üçün əri Anarın qardaşı kimi Məcidə danışmışdır. Məcid Təsimlə görüşüb məsələyə aydınlıq gətirmək məqsədilə Təslimə zəng edərək görüş təklifinə razılaşdığını deməsini Samirədən istəmişdir. Samirə bu təkliflə razılaşmasa da, Məcidin təkidlərindən sonra zəng edib Təslimə görüşmək istədiyini demiş, Təslim isə görüş üçün ev tapdığını demiş və Samirənin tapdığı evə gəlməsini bildirəndə Samirə razılaşmışdır. Samirə Məcidin çılğınlığına görə baş verə biləcək xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə ondan Məcidlə birlikdə getməyini xahiş etdikdə o, etiraz etməyib razılaşmışdır. Bundan sonra o, Məcid, Anar və Samirə Anargilin evindən çıxıb təxminən saat 11 radələrində Təslimin Samirəyə dediyi ünvana, yəni Bakı şəhəri, Nizami rayonu ərazisində “Xəzər” Universitetinin yaxınlığındakı parka getmişlər. Orada olarkən Məcidin tapşırığı ilə Samirə zəng edib Təslimlə danışaraq onun deməsi ilə olduğu istiqamətdə görüşmək üçün onlardan qabaqda getmiş və Çobanzadə küçəsində 23 saylı binanın qarşısına çatmışdır. Məcid Təslimin əxlaqsız niyyətini sübut etmək üçün Samirənin mənzilə daxil olduğunu gözləmək və mənzildə tutmaq fikrində olmuş, bu səbəbdən Təslim Anarı üzdən tanıdığından görəndə qaçıb gedə biləcəyindən Anara həyətdəki çardaqda oturmasını tapşırmışdır. Anar da razılaşmışdır. Bundan sonra X7 ilə binanın qarşısında söhbət edib bloka daxil olduqlarını görərək Samirə və Təslimin ardınca bloka daxil olmuşdur. O da Məcidin ardınca gəlib bloka daxil olmuşdur. Blokda X7 ilə söhbət edə-edə pilləkənlərlə qalxdığını görüb əsəbləşmiş və mənzilə daxil olmalarını gözləməyib, yaxınlaşaraq ikinci və üçüncü mərtəbələrin ortasında pilləkənin meydançasında Təslimə çatmışdır. Təslimə çatan kimi əlləri ilə, yumruqla və təpiklə başına, sifətinə, sinəsinə bir nəçə dəfə vurmuş, ünvanına nalayiq sözlər demiş, əxlaqsız təklifinə görə iradlarını bildirmişdir. Zərbədən yerə yıxılan Təslim etdiyi əməli etiraf edib, balalarına görə günahından keçməsini istəmişdir. O da həmin vaxt yumruqla Təslimin qoluna 2-3 dəfə və 1 dəfə sifətinin sol hissəsinə zərbə vuraraq, etdiyi hərəkətə görə utanmasını demişdir. Bundan sonra Məcid əynindəki gödəkcənin iç cibindən sağ əlilə bıçaq çıxarıb, Təslimi vurmaq istəyəndə o, Məcidin əlindəki bıçağı dartıb alaraq kənara tullamışdır. Həmin vaxt o, Təslimin sifət nahiyyəsinin qanadığını görmüşdür. O, bıçağı Məcidin əlindən alandan sonra Samirə ilə birlikdə onu sakitləşdirib kənara çəkmişlər. Təslim isə ayağa qalxıb yuxarı mərtəbəyə çıxmış və “kömək edin” deyə qışqıra-qışqıra başını divara, qapıya vurmağa başlamışdır. Lakin blokda olan mənzillərdən heç kim qapını açmamışdır. Samirə isə onlardan aralanıb bıçağı götürərək aşağı mərtəbələrə düşmüşdür. Bundan sonra o və Məcid pilləkənlərlə düşüb blokdan çıxanda Samirəni blokun giriş hissəsində dayandığını gömüşlər. Blokdan üçü birlikdə çıxanda Anarla rastlaşmışlar. Anara hadisəni qısaca izah edib, oradan birikdə Anargilin yaşadıqları mənzilə tərəf getmişlər. Blokun qarşısında olarkən Məcid Samirədən bıçağı geri alıb götürmüşdür. Anargilin evinə gedərkən Samirənin istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı şəxs tərəfindən zəng olunmuşdur. Telefona o cavab verəndə polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşı onu 25-ci Polis Şöbəsinə dəvət etmiş, o da çağırışa görə getmişdir. Sonra Məcid və Samirə də Polis Şöbəsinə gəlmişlər, orada Təslimin hadisə barədə şikayət etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hadisənin səbəbi Təslimin Məcidin qardaşı Anarın arvadı Samirəyə zəng edib narahat etməsi və görüş təklif etməsi olmuşdur. Məcid Təslimi əl, yumruq və təpiklə vurub yerə yıxmış, bıçaqla vurmaq istəyəndə isə o, bıçağı Məcidin əlindən almışdır. Onun özü iki-üç dəfə yumruqla Təslimin qoluna və bir dəfə sifətinin sol hissəsinə vurmuşdur. Samirə və Anar isə Təslimə qarşı zor tətbiq etməmiş, onu vurmamış, xəsarət yetirməmişlər, hadisə yerində başqa şəxs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2015-ci ildən xx xxxxxxx 2019-cu il tarixədək daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğül olmuşdur. Ona müraciət edən şəxslərə daşınmaz əmlak alıb-satmaqla, yaxud da mənzil üçün kirayəşin tapmaqda vasitəçilik etməklə məşğul olmuşdur. Bu işlə məşğul olduğu son vaxtlarda Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında fəaliyyət göstərmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində gündüz saatlarında o, həmin ərəfələrdə işlədiyi yerdə dayanıb müştəri gözlədiyi vaxt əvvəllər tanımadığı, sonradan adları ona məlum olan X5 və arvadı Şahid1 ona yaxınlaşmışlar. O, Anara üzünü tutub nə lazım olduğunu soruşanda Anarın ona cavab vermədiyini görərək hərəkətlərindən lal olduğunu başa düşmüşdür. Samirənin özü də ona əri Anarın lal olduğunu deyib, onunla danışmasını demişdir. Söhbət zamanı Samirə bir müddət əvvəl Bakıdakı evlərini satıb Zabrat qəsəbəsində ev aldıqlarını, lakin orada şərait olmadığından həmin evi də satıb, əllərində 35.000 manat pul olduğunu deyərək həmin qiymətə uyğun ev tapmağını xahiş etmişdir. O da Bakı şəhəri, Nizami rayonu ərazisindəki metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında B.Nuriyev küçəsində 2 otaqlı yataqxana satıldığını deyib, istədikləri halda göstərə biləcəyin bildirmişdir. Onlar da həmin mənzilə baxmaq istədiklərini dediklərindən tanımadığı yol kənarında dayanan taksi avtomobilinə əyləşib birlikdə həmin yataqxanaya getmişlər. Orada mənzilin sahibi Rüstəmin adını bilmədiyi təxminən 19-20 yaşlarında qız övladı mənzili onlara göstərmişdir. Anar və Samirə mənzilə baxdıqdan sonra Rüstəm tərəfindən 45.000 manata deyilən mənzilin qiyməti baha olduğundan və şəraitsizliyinə görə almaq istəməmişlər. Bundan sonra onlar mənzildən birlikdə çıxmışlar. Samirə pulları az olduğundan hələlik kirayə mənzil barədə maraqlananda o, Samirəyə başqa kirayə mənzil verən tanımadığını demişdir. Samirə isə ona 300 manat civarında Nizami rayon İcra Hakimiyyəti yaxınlığında boş mənzil olsa xəbər etməyini ona tapşırmışdır. Samirə həmin vaxt əlaqə saxlamaq üçün onun ***-***-**-** saylı mobil telefon nömrəsini özündə qeyd etmiş, eləcə də özünün istifadəsində ***-***-**-** saylı telefon nömrəsini ona vermişdir. Bundan sonra Samirə və əri ondan ayrılıb getmişlər. O isə iş yerinə qayıtmışdır. Bundan bir neçə gün sonra o, “Neftçilər” metrostansiyasının yaxınlığında dayanıb müştəri gözlədiyi vaxt, təxminən günorta saatlarında Samirə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı telefon nömrəsindən zəng edib, orada olub-olmamağını soruşaraq, bir qədər sonra Anarla gələcəyini demişdir. O da iş yerində olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Samirə Anarla birlikdə onun olduğu yerə gəlmişdir. Samirə yenə də kirayə üçün boş mənzil istəyəndə o, hələ də kirayə verilən mənzil olmadığını bildirmişdir. Bundan sonra Samirə və əri ondan ayrılıb başqa bir şəxslərə müraciət etməyə başlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 10-11 radələrində Samirə mobil telefon nömrələrinin birindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, münasib qiymətə ev olsa xəbər etməyini bildirmişdir. O, kontur sərf etməməsi üçün özündə olan saatı 7 qəpikdən hesablandığına görə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Samirənin zəng etdiyi ***-***-**-** saylı mobil telefon nömr əsinə zəng edib ətraflı nə istədiyini soruşmuşdur. Həmin vaxt Samirə 35.000 manata nənzil istədiyini, eləcə də kreditlə satılan mənzil olsa məlumat verməyini bildirmişdir. O da Samirəyə özlərinin kreditə bankdan pul götürüb, əllərində olan 35.000 manatın üzərinə əlavə edərək mənzil ala biləcəyini də məsləhət edərək özünün də banklardan maraqlanacağını demişdir. Bununla da onunla telefonda sağollaşmışdır. Bundan sonra o, banklarla iş görmüş şəxslərlə maraqlananda külli miqdarda kredit pulun ən azı 500 manatlıq maaşı olan dövlət işlərində işləyən şəxslərə verildiyini öyrənib zəng edərək Samirəyə bu barədə demişdir. Samirə isə telefonla danışanda heç bir səbəb olmadan onu yalançılıqda ittiham etmiş və bu zəmində sözlə kiçik mübahisə yaranmışdır. Samirənin sözünə görə guya o, Samirəyə 35.000 manata mənzil tapmağı söz vermişdir. O isə vəziyyəti belə görüb Samirəyə bir daha onu narahat etməməsini, başqa bir maklerə müraciət etməsini deyib telefonu qapatmışdır. Həmin gün Samirə 2-3 dəfə ona zəng etsə də, o, telefona cavab verməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Samirə mobil telefon nömrələrinin birindən istifadəsində olan mobil telefon nömrələrindən birinə zəng edərək onu evinə dəvət etmişdir. O, nə səbəbə gəlməli olduğunu soruşanda Samirə onunla işi olduğunu demişdir. O isə Samirənin nəyə görə çağırdığını demədiyindən evinə getməkdən imtina etmişdir. Səhəri gün, xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evdə olarkən saat 09 radələrində Samirə yenə də ona zəng edib, evinə gəlməyini istəmişdir. O, bir daha səbəbini soruşanda Samirə onunla işi olduğunu deyib, konkret cavab verməmişdir. Buna görə o, telefonu söndürmüşdür. Bir qədər sonra yaşadığı evdən çıxıb Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki “Xəzər” Universitetinin yaxınlığında yerləşən parka gəlmişdir. Orada olarkən Samirə yenə də ona zəng edib harada olduğunu soruşaraq onu evinə dəvət edəndə o, hara gəlməli olduğu ünvanı soruşmuşdur. Lakin Samirə dəqiq ünvanı bildirməmiş, Nizami rayon İcra Hakimiyyətinin qarşısına gəlməyini ondan istəmişdir. O, belə olanda Samirənin nəsə qaranlıq fikri olduğunu başa düşüb getməkdən imtina etmiş və telefonu söndürmüşdür. Bundan bir qədər sonra, saat 10 radələrində Samirə növbəti dəfə ona zəng edib harada olduğunu soruşanda o, olduğu yeri Samirəyə demişdir. Samirə isə orada gözləməyini, özünün gələcəyini ona bildirmişdir. Təxminən saat 11 radələrində o, göstərdiyi ünvanda tək olduğu vaxt Samirə tək gəlib ona yaxınlaşmışdır. Nə baş verdiyini soruşanda Samirə heç bir söz deməmiş, bu vaxt əvvəllər tanımadığı hündürboy, qarayanız, təxminən 35-40 yaşlarında, əynində qəhvəyi rəngjli gödəkcə olan, sonradan bildiyinə görə adı Məcid olan şəxs onun ünvanına ucadan nalayiq sözlər deyə-deyə qəfildən ona yaxınlaşıb sol əli ilə yaxasından tutmuş, sağ əli ilə isə əynindəki gödəkcənin iç cibindən təxminən 30 sm uzunluqda bıçaq çıxarıb onu sinə nahiyyəsindən vurmaq istəmişdir. O, Məcidin əlindən dartınıb yaxınlıqdakı binanın blokuna daxil olmuşdur. Məcid də onun ardınca gəlmiş və bıçaqla vurub ilk olaraq üst dodaq nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra onlara yaxınlaşan bir qədər hündürboy, arıq bədən quruluşlu, təxminən 25-35 yaş arası, qara saçlı kişi ünvanına nalayiq sözlər deyə-deyə yumruqla bir dəfə sol sifət nahiyyəsinə vurmuşdur. Daha sonra üçüncü bir kişi-orta boylu, sarıyanız, təxminən 35-40 yaşlarında kişi yaxınlaşıb yumruqla sağ çənə nahiyyəsinə bir dəfə vurmuşdur. Həmin şəxs də onun ünvanına nalayiq sözlər deyib, əynindəki paltarların görmədiyi cibindən açılıb-bağlanan bıçaq çıxarıb, bıçağı açmış və onu vurmaq istəyəndə o, Məcidi yaxasından tutduğu üçün sonuncunun qarşısına verib özünü zərbədən qorumağa çalışmışdır. Bu müddətdə qara saçlı, hündürboy kişi isə əlindəki mobil telefonla hadisəni çəkmişdir. Həmin üç şəxs sakitləşməyib hər üçü onun ünvanına nalayiq sözlər deyir, yumruqla başına, təpiklə qarnına, ayağına, qollarına, bədəninin hər yerinə vurmaqda davam etmişlər. Məcid hətta yenə də bıçaqla qarın nahiyyəsinə vurmaq istəyəndə o, Məcidin əlindən tutmağa çalışmış və Məcidin bıçaq zərbələri hər iki sağ və sol əllərinə dəymişdir. Samirə isə həmin şəxslərə “öldürün, mənlikdir” demişdir. Səs-küyə tanımadığı təxminən bir neçə şəxs blokun qarşısına yığılsalar da, hadisəyə müdaxilə etməmişlər. O, həmin şəxslərin əlindən çıxıb blokda dördüncü mərtəbəyə qalxmış və həmin mərtəbədə olan sol tərəfdə olan mənzilin qapısını döyüb, içəri buraxılmağını istəmişdir. Qapını açan tanımadığı cavan yaşlarında bir qadın, onu görüb qapını bağlamışdır. Həmin şəxslərdən onun ardınca gələn olmamışdır. O, bir qədər özünə gəlib, öz mobil telefon nömrələrinin birindən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra xəsarət aldığı üçün 103 təcili tibbi yardım xidmətinə də zəng etmişdir. Bir neçə dəqiqə sonra o, aşağı mərtələlərə düşmüşdür. Blokda dayandığı vaxt polislərin gəlməsini görüb, blokdan küçəyə çıxmışdır. Həmin vaxt təcli tibbi yardım əməkdaşları da gəlmiş və ona tibbi yardım göstərmişlər. Həmin vaxt o, hadisə vaxtı içərisində ***-***-**-** saylı nömrəsi olan “Nokia” markalı mobil telefonunun üzərində olmadığını aşkar etmişdir. Bu zaman o, həmin telefona zəng gəldiyini eşidib blokun qarşısında həyətdə olduğunu görmüşdür. O, yaxınlaşıb telefonunu götürəndə yenə də Samirənin zəng etdiyini görmüş və polis əməkdaşlarına qısaca hadisə barədə danışdıqdan sonra gələn polis əməkdaşlarından biri, sonradan adını Niyaməddin kimi bildiyi polis əməkdaşı telefona cavab verib özü Samirə ilə danışdığına baxmayaraq, nə danışdıqlarını eşitməmişdir. Halı özündə olmadığı üçün təcili yardım əməkdaşları onu 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Telefonu isə polis əməkdaşında qalmışdır. Yolda olarkən hadisə vaxtı üzərində olmuş ona məxsus 950 manat pulunun da üzərində olmadığını aşkar etmişdir. Həmin pullar təxminən 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq əskinaslarda olmuşdur. Hadisə vaxtı həmin pullar əynindəki köynəyin üst cibində olmuşdur. Hadisə vaxtı əynində olmuş köynək cırılmışdır. Həmin köynəyi o 15 manata almışdır, köynək hazırda yaşadığı evdədir. “Nokia” markalı telefonu da hadisə vaxtı zədələnmiş, ona 30 manat maddi ziyan dəymişdir. Xəstəxanada ona tibbi yardım göstərilmiş, xx xxxxxx 2019-cu il tarixdə xəstəxanadan buraxılmışdır. Xəstəxanada olduğu vaxt polis əməkdaşı telefonunu özünə qaytarmışdır. Hadisə yaşayış binasının blokunun qarşısında başlamış və daha sonra blokun içərisində davam etmişdir. Hadisə vaxtı onu Məcid yumruq və təpiklə, həmçinin bıçaqla dodaq və əllərinə xəsarət yetirmişdir. Qara saçlı kişi onu yumruqla ilk olaraq sol sifət nahiyyəsinə, sonra yumruq va təpiklə bədəninin digər nahiyyələrinə vurub xəsarətlər yetirmişcir. Üçüncü şəxs, yəni sarıyanız kişi isə yumruqla sifətinə və bədəninin digər nahiyyələrinə vurmuş, habelə təpiklə də bədəninin digər nahiyyələrinə vurub xəsarətlər yetirimşdir. Sarıyanız kişi bıçaqla da onu vurmaq istəyəndə Məcidin yaxasından tutub öz qarşısına tutduğundan imkan tapıb vura bilməmişdir. Həmin şəxslərin hər üçü onun ünvanına nalayiq sözlər demişlər. Hadisə təxninən 10 dəqiqə davam etmişdir. O, Samirə ilə telefonla danışanda və ya yanına gələndə heç bir vaxt əxlaqsız təkliflər etməmiş, nə SMS mesaj, nə də votsap mesajı ümumiyyətlə yazmamışdır. 2019-cu ilin noyabr ayının sonlarında əvvəl tanımadığı, sonradan adını Amalya kimi təqdim edən qadın onun istifadəsində olan telefon nömrələrindən birinə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin ərəfədə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ilk dəfə gördüyü Amalya adlı qadınla görüşmüşdür. Həmin vaxt Amalyanın yanında qoca bir qadın da olmuşdur. Söhbət zamanı Amalya onu döyənlərdən birinin onun oğlu Ramin olduğunu deyib, oğlu barəsində şikayət etməməyini xahiş etmişdir. O isə artıq dövlət orqanlarına şikayət etdiyini bildirmişdir. Həmin vaxt Amalyanın sözlərindən, ifadəsində göstərdiyi bir qədər hündürboy, arıq bədən quruluşlu, təxminən 25-35 yaş arası, qara saçlı kişinin adının Ramin olduğunu müəyyən etmişdir. Ortaboylu, sarıyanız, təxminən 35-40 yaşlarında kişinin adı isə Tural olmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, X5 ilə 2005-ci ildə ailə həyatı qurmuşdur, birgə nikahdan 2006-cı il təvəllüdlü Yusif və 2003-cü il təvəllüdlü Kamil adlı övladları olmuşdur. Anar anadangəlmə lal və kardır. Oğlu Kamilin də səhhətində müəyyən problemlər olduğundan Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən evlərini satıb, bir hissəsini Kamilin müalicəsi üçün xərcləmişlər. Bundan sonra qalan pula Zabrat qəsəbəsində ev almışlar. Lakin şəraitsiz olduğundan həmin evi 2019-cu ilin sentyabr ayının sonlarında satıb, özlərinə kirayə mənzil axtarmağa başlamışlar. Bu məqsədlə 2019-cu ilin oktyabr ayının əvvəllərində o, əri Anarla birlikdə kirayə mənzil maraqlanmaq üçün metronun “Neftçilər” stansiyasının yaxınlığında “Dakar” dairəsi adlanan yerdə ev alqı-satqısı ilə məşğul olan şəxslərin yığıldıqları yerə gəlmişlər. Orada dayanan, əvvəl tanımadığı bir neçə ev alqı-satqısı ilə məşğul olan şəxslərə, o cümlədən sonradan dəqiq soyadı, adı və atasının adı ona məlum olan Zərərçəkmiş şəxs müraciət edib, münasib qiymətə kirayə ev olarsa məlumat vermələri üçün əlaqə saxlamaları məqsədilə ***-***-**-** sayı mobil telefon nömrəsini vermişdir. Anar danışa bilmədiyindən o, öz istifadəsində olan telefon nömrəsini vermişdir. Təxminən iki gün sonra Təslim onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək münasib qiymətə kirayə mənzil olduğunu deyib, baxmaq üçün çağırmışdır. O da Anarla birlikdə metronun “Neftçilər” stansiyasının yaxınlığında Təslimlə görüşmüşlər. Təslim onları dəqiq bilmədiyi iki ünvana aparıb evləri göstərmişdir. Lakin həmin evlər uşaqların oxuduğu məktəbdən uzaq olduğundan, həm də şəraitsiz olduğundan razılaşmamışlar. Həmin vaxt yolda olarkən Anar əl-qol hərəkətləri ilə Təslimə evlərini satdıqlarını, az miqdarda əllərində pul olduğunu izah edəndə, Təslim özünü ürəyi yanan kimi göstərib hətta bank yolu ilə kreditlə pul götürüb mənzil almağa köməklik edə biləcəyini bildirmişdir. Sonradan bir neçə dəfə Təslim onun istifadəsində olan telefon nömrəsinə zəng edib, müxtəlif ünvanlarda kirayə mənzil təklif etsə də, Təslimin dediyi ünvanların uzaqlığına görə razılaşmamışlar. Həmin vaxtlarda Təslimin işlədiyi yerdə olan hazırda xatırlamadığı ev alqı-satqısı ilə məşğul olan şəxslərdən birinin deməsi ilə maklerlər dayanan yerə oğlu Kamillə birlikdə gələndə təsadüfən Təslimlə rastlaşmışdır. Həmin vaxt Təslim salamlaşanda o, başqa bir maklerirı mənzil göstərməsi üçün çağırdığını demişdir. Sonradan onu çağıran makler gəlmədiyindən o, evinə qayıtmışdır. Daha sonra Təslim bir neçə dəfə də zəng edib kirayə mənzil təklif etdikdə Anarın işi olduğuna görə gedə bilməmişlər. Həmin vaxtlarda onun mobil telefonu xarab olduğundan ***-***-**-** saylı mobil telefon nömrəsini oğlu Yusifin istifadə etdiyi mobil telefonuna qoymuşdur. Ara-sıra həmin nömrədə kontur olmayanda Yusifin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də Təslimə zəng edib, mənzillər barədə maraqlanmışdır. Bir qədər sənra hazırda xatırlamadığı başqa bir ev alqı-satqısı ilə məşğul olan şəxsin vasitəsilə hazırda yaşadıqları ünvan 2 ünvanı kirayə tapmışlar. Bundan sonrakı vaxtlarda Təslim zəng edib, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında hansısa mənzilin münasib qiymətə satıldığını deyərək mənzilə baxmağa çağırmışdır. O və Anar metronun “Neftçilər” stansiyasının yaxınlığında Təslimlə görüşüb apardığı ünvana getmişlər. Lakin həmin vaxt Təslim dediyi mənzilin yataqxana olduğunu və qiymətinin də xatırladığına görə 50.000 manat olduğunu görüb razılaşmamışlar. Həmin vaxtlarda Təslimə kirayə mənzil tapdıqlarını bildirmişlər. Bundan sonra Təslimdən ayrılıb getmişlər. Sonrakı vaxtlarda Təslim zəng edib münasib qiymətə mənzil satıldığını deyərək baxmaq üçün birlikdə getməyi təklif etmişdir. Həmin vaxtlarda Anarın işi olduğundan onlar gedə bilməmişlər. Təslim isə bir neçə dəfə zəng edib mənzilə köçməkdə və yerləşməkdə köməklik təklif edəndə o, heç bir köməyə ehtiyacı olmadığını bildirmişdir. O, ilk əvvəllər Təslimin köməklik barədə təkliflərini onlara ürəyiyanmaqlığı kini qəbul etsə də, Təslimin gün ərzində bir neçə dəfə zəng etməsindən, habelə Anarın işi olduğuna görə sonuncu dəfə təklif etdiyi mənzilə baxmağı gedə bilmədiklərini dedikdə Təslim Anarsız birlikdə getməyini təklif etdikdə, o, pis niyyətlə zəng etdiyini başa düşmüş və hətta kobud cavab verərək bir daha ona zəng etməməsini demişdir. xx xxxxxxx 2019-cu il turixdə gündüz saatlarında Təslim yenə də zəng edib bu dəfə açıq şəkildə ondan xoşu gəldiyini, evlənmək fikrində olduğunu deyib görüşməyi təklif etdikdə, o, Təslimə kobud cavab verərək bir daha onu narahat etməməsini deyib telefonu qapatmışdır. Hətta ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrimdən birində Təslimin telefon nömrəsini bloka qoymuşdur. Həmin gün axşam saatlarında o və Anar evdə olmadığı vaxtda Təslim başqa bir telefon nömrəsindən onun nömrələrinə zəng etdikdə qaynanası Şəhla telefona cavab vermiş, Təslim isə səhv düşdüyünü demişdir. O, evə qayıdanda Şəhla Təslimin onun nömrəsinə bir neçə dəfə zəng etdiyini dedikdə, o, məcbur olub Təslimin ona dediklərini evdə ailəsinə danışmışdır. Anar da bu barədə bilmişdir. O, Anarın əsəbiləşdiyini görərək qaynına, yəni Anarın qardaşı Məcidə zəng edib, Təslimin onu narahat etdiyini danışaraq, nömrəsinə zəng edib iradını bildirərək, hərəkətlərinə son qoymasını deməsini istəmişdir. Anar özü danışa bilmədiyi üçün o, Məcidə bu barədə xahiş etmişdir. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə gündüz saatlarında Məcid yaşadıqları evə gəlmişdir. Evdə o, Məcidə Təslimin ona dediklərini ətraflı danışmışdr. Məcid isə onun Təslimə zəng edib, görüşə çağırmağını istəmişdir. O, xoşagəlməz hadisə baş verməsin deyə bundan imtina etmişdir. Lakin Məcidin təkidlərindən sonra əlacsız qalıb razılaşaraq, öz istifadəsində olan mobil telefonla Təslimə zəng edib görüşə razı olduğunu deyib, hətta Məcidin tapşırığı ilə yalandan evdə tək olduğunu və onların evinə gəlməsini bildirmişdir. Təslim isə həmin gün ağrıdığı üçün imtina edib, səhərisi görüşə biləcəyini bildirmişdir. Bundan sonra Məcid getmişdir. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə sahər saat 09 radələrində Məcid, əvvəldən tanıdığı Məcidin dostu Raminlə birlikdə onların yaşadıqları evə gəlmişdir. Həmin vaxt Məcid ona yenidən zəng edib Təslimə görüşmək istədiyini deməyini tapşırmışdır. O, dava-dalaş baş verməməsi üçün Məcidə telefonla Təslimə sadəcə zəng edib sözlə danışıb başa salmasını, bu hərəkətlərindən daşındırmasını, onu bir daha narahat etməməsini deməsini istəmişdir. Məcid isə heç bir problem olmayacağını, dava-dalaş etməyəcəyini, sadəcə Təslimə sübut etməkdən ötrü onun danışıb görüşə getməyini istədiyini, əks halda Təslimin onu narahat edib, əxlaqsız təklif etməsini etiraf etməyəcəyini bildirərək onun Təslimə zəng etməyinə təkid etmişdir. O da əlacsız qalıb razılaşmış və öz mobil nömrəsi ilə telefonu yüksək səsə qoyub, Təslimə zəng etdikdə, Təslim görüş üçün ev tapdığını deyib, tapdığı evə gəlməyini istəmiş, hətta həmin vaxt Təslim bir az ləngiməyini, çimib təmizlənəcəyini, “hay can” və s. bu kimi sözlər dedikdə bunu eşidən Məcid daha da qıcıqlanmışdır. O, Məcidin çılğın adam olduğuna görə Ramindən Məcidi sakitləşdirməsini, dava-dalaş baş verərsə qarşısını almasını xahiş etmişdir. Bir qədər sonra Təslim Bakı şəhəri, Nizami rayonu ərazisində “Xəzər Universiteti”nin yaxınlığındakı parka gəlməyini istəmişdir. Təxminən saat 11 radələrində o, Məcid, Anar və Ramin, yaşadığı evdən çıxıb tanımadığı yoldan keçən taksi avtomobililə birlikdə “Xəzər Universiteti”nin yaxınlığındakı parka getmişlər. Orada maşından düşdükdən sonra Məcidin tapşırığı ilə o, zəng edib Təslimlə danışaraq sonuncunun deməsi ilə olduğu istiqamətdə görüşmək üçün qabaqda getmişdir. Məcid, Ramin və Anar isə ondan arxada getmişlər. Məcid Təslimin əxlaqsız niyyətini sübut etmək üçün Təslimin onunla mənzilə daxil olduğunu gözləmək və mənzildə tutmaq fikrində olmuşdur. Təslimin onu konkret hansı və kimin mənzilinə dəvət etdiyini bilməmişdir. Təslimin telefonda ona deməsi ilə sonradan ona dəqiq məlum olan Çobanzadə küçəsi 23 saylı binanın qarşısına getmişdir. Həmin binaya tərəf gələndə Təslimi görmüşdür. Təslim telefonda ona qabaqda gedib, bloka daxil olacağını deyərək onun da ardınca gəlməyini tapşırmışdır. Təslim həmin binanın blokuna daxil olmuş və o da ardınca gedib bloka daxil olmuşdur. Blokun içərisində Təslim onu gözləmiş və o da çatdıqda ikisi birlikdə pilləkənlərlə qalxmağa başlamışdır. Təslim ondan arxaları ilə kiminsə gəlib-gəlmədiyini soruşanda o, heç kimin olmadığını demişdir. Bu vaxt arxaları ilə gələn Məcid 2 və 3-cü mərtəbələrin arasında pilləkənlərin meydançasında onlara çatmış və çatan kimi Təslimin ünvanına nalayiq sözlər deyib, Təslimi əl və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurub döyməyə başlamışdır. O, Məcidin Təslimi döyəcəyini gözləmədiyindən yalvar-yapış edib sakitləşdirmək istəmişdir. Həmin vaxt Məcidin ardınca gələn Ramin də Məcidin yanında dayanmışdır. Bu vaxt Məcidin əynindəki gödəkcənin cibindən sağ əli ilə bıçaq çıxardığını görmüş, bunu görüb Məcidin Təslimi bıçaqla vurmaq istədiyini başa düşərək yalvar-yapış edib Təslimi bıçaqla vurmamasını, özünü və onu bəlaya salmamasını xahiş etmişdir. Onun yalvar-yapışından Məcidin əli boşalmış və Ramin bıçağı Məcidin əlindən götürüb kənara tullamışdır. Yəni, Məcid bıçaqla Təslimi vurmamışdır. Hadisədən qorxduğundan özünü itirmiş və Raminin Məcidin əlindən alıb kənara tulladığı bıçağı, Məcidin Təslimi bıçaqla vurmaması üçün, yerdən götürüb aşağı mərtəbəyə düşmüşdür. O, pilləkənlərlə aşağı düşərkən Təslimin “kömək edin, qələt etmişəm, məni üç balama bağışlayın” və s. bu kimi sözlər deməsini eşitmişdir. Birinci nərtəbəyə düşüb blokun qarşısında dayanmışdır. 3-4 dəqiqə sonra Məcid onu yanlarına çağırmışdır. Həmin müddətdə orada nə baş verdiyini o, görməmişdir. O, pilləkənlərlə qalxıb Məcid və Raminin olduqları yerə getmiş, çatmamış bir neçə metr aralıda dayanmışdır. Həmin vaxt Təslim qaçıb yuxarı mərtəbələrə çıxmış, özünü qapı və divara vurnağa başlamışdır. Lakin blokda olan mənzillərdən heç kim qapını açmamışdır. Məcid qalxıb Təslimi saxlamış və Məcidin istəyi ilə Təslim dizi üstə yerə düşüb, ondan üzr istəyərək qələt elədiyini bildirmişdir. O da yalvar-yapış edib bir daha Məcidin sakitləşməsini xahiş etmişdir. Bundan sonra Məcid sakitləşmişdir. Həmin vaxt Təslimin sifətinin qanamış vəziyyətdə olduğunu görmüşdür. O, Məcidin sakitləşdiyini görüb, eləcə də halı pisləşdiyindən pilləkənlərlə blokun girişinə düşmüşdür. Bir neçə dəqiqə sonra Məcid və Ramin də onun yanına gəlmişlər. Blokdan çıxıb bir qədər aralanmışlar. Gedərkən Məcid bıçağı istəyib ondan götürmüşdür. Həmin vaxt onun istifadəsində olan mobil telefonu Məcid ondan götürüb Anara zəng etdikdə Anara zəng çatmamışdır. Buna görə Ramin onlardan aralanıb kənarda gözləyən Anarı götürüb onların yanlarına qayıtmışdır. Həmin vaxt ona Anarın dava-dalaş etməməsi üçün hadisə vaxtı Məcidin deməsi ilə həyətdə çardaqda oturduğu məlum olmuşdur. Bundan sonra dördü yaşadığı ev istiqamətində piyada getməyə başlamışlar. Yolda olarkən istifadsində olan mobil telefonuna zəng gəlmişdir. Ramin onun telefonunu Məciddən götürüb danışanda zəng edən şəxsin polis olduğunu bilmiş və polis əməkdaşı Ramini 25-ci PŞ-nə dəvət etmişdir. Həmin vaxt Təslimin hadisə barədə polisə məlumat verdiyini başa düşmüşdür. Ramin polisin çağırışı ilə 25-ci PŞ-nə getmişdir. Daha sonra Məcid və o da 25-ci PŞ-nə gedib hadisə barədə izahat vermişlər. 2019-cu ilin dekabr ayının əvvəllərində hadisə barədə onların sözlərindən məlumatlı olan Anarın nənəsi Roza, Raminin anası Amalya birlikdə Təslimlə görüşəndə Təslim guya hadisə vaxtı 950 manat pulunun itdiyinə, xəsarətlərlə bağlı müalicəsinə xərci çıxdığına görə zərərin əvəzinə pul istəməsi məlum olmuşdur. Lakin Təslimin yuxarıda göstərdiyi ona qarşı əxlaqsız təklifinə, habelə guya hadisə vaxtı 950 manat pulunun itməsi barədə yalanını nəzərə alaraq, həmçinin maddi imkanı olmadığından pul ödəyə bilməyəcəyini bildirmişdir. O, Təslimə ona əxlaqsız təklif etməsinə heç bir bəhanə verməmişdir. Məcidi əsəbləşdirən də Təslimin onun ailəli olduğunu, həmçinin Anarın lal-kar olduğunu bilə-bilə ona əxlaqsız təklif etməsi olmuşdur. Hadisə vaxtı Məcidin Təslimi əl, yumruq və təpiklə vurmasını görmüşdür. Təslim isə qışqırbağır salıb, özü başını divar və qapılara vurmuşdur. Hadisə vaxtı Raminin Təslimi vurmasını və ya fiziki zor tətbiq etməsini görməmişdir. O, Təslimə qarşı heç bir hərəkət etməmiş, vurmamış, fiziki zor tətbiq etməmiş və ya təhqir etməmişdir. Hadisə yerində o, Məcid, Ramin və Təslimdən başqa digər bir şəxs olmamışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Məciddəki bıçaq mətbəx bıçağı olmuşdur. Həmin bıçağı Məcidin hardan əldə etməsini, hadisədən sonra nə etməsini o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 Ramin vasitəsilə təxminən 20 il olar ki, onun dostu kimi tanımışdır. 2019-cu ilin oktyabr ayının təxminən sonlarında Ramin söhbət əsnasında ona bildirmişdir ki, bir neçə gün əvvəl Məcid danışmışdır ki, tanımadığı bir nəfər ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxs Məcidin qardaşı Anarın arvadı Samirəyə zəng edərək narahat etmiş və görüşmək təklif etmiş, buna görə Məcid məsələyə aydınlıq gətirmək üçün həmin kişi ilə görüşmüşdür. Görüşə gedərkən Ramin də Məcidlə birlikdə getmiş, həmin vaxt Məcid Samirəyə sataşdığına görə həmin kişini əli ilə bir neçə dəfə vurmuş, həmin kişi isə onlar barəsində polis orqanlarına şikayət etmişdir. O, özü də əvvəllər ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etdiyindən bəzilərini tanıdığına görə Ramindən həmin kişinin kimliyini maraqlananda əvvəllər tanıdığı Təslim olduğunu müəyyənləşdirmişdir. Təslim əvvəllər 2004-cü ildə bir neçə gün həmin ərəfədə ona məxsus evdə kirayəşin qalmışdır. Sonradan Təslimi metronun “Neftçilər” stansiyasının yaxınlığında “Dakar” dairəsi adlanan ərazidə ev alqısatqısı ilə məşğul olan şəxs kimi görmüş və bir neçə dəfə müraciət edərək evinə kirayəşin tapmasını xahiş etmişdir. Bundan sonra, 2019-cu ilin oktyabr ayının təxminən sonlarında o, Təslimlə əlaqə saxlayıb, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında çayxanada görüşmüşdür. Orada söhbət zamanı Təslim bir neçə gün əvvəl, əvvəllər kirayə mənzil tapmaq üçün müraciət etmiş Samirə adlı qadının guya əxlaqsız təklif etməkdə ittiham edib sonuncunun adamları tərəfindən döyüldüyünü danışmışdır. Həmin vaxt o, Təslimin dediyi hadisədə oğlu Raminin də iştirak etdiyini bildirib, Raminin hadisə vaxtı nə etdiyini soruşmuş, Təslim isə bildirmişdir ki, hadisə vaxtı Ramin heç bir zor tətbiq etməmiş, kənarda dayanmış, Raminin onun oğlu olduğunu bilməmişdir. Bilsəydi, Ramin barəsində şikayət etməzdi kəlməsini demişdir. Bundan sonra danışıb yenidən əlaqə saxlamağı razılaşmışlar. Bir neçə gün sonra Anarın nənəsi əvvəldən tanıdığı Roza ilə əlaqə saxlayaraq, Təslimlə görüşə gedib nəyə görə şikayət etməsini birlikdə aydınlaşdırmağı bildirdikdə Roza razılaşmışdır. Bundan sonra, 2019-cu ilin dekabr ayının ilk günlərində o, Roza ilə birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında çayxanada Təslimlə görüşmüşlər. Orada söhbət zamanı Təslim hadisə vaxtı döyülməkdən başqa üzərində olmuş 950 manat pulunun itdiyini və müalicəsi ilə əlaqədar 500 manat pul xərclədiyini, dəymiş ziyana görə pul veriləcəyi halda şikayət etməyəcəyini bildirmişdir. Həmin vaxt Roza Təslimə dəymiş ziyanı ödəməyə çalışacağını demişdir. Bundan bir neçə gün sonra Təslim onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib dəymiş maddi ziyan ödənmədiyindən əsas şikayəti onun oğlu Ramin barəsində edəcəyini demişdir. O, Təslimi sakitləşdirməyə çalışsa da, Təslim ona məhəl qoymamışdır. Sonradan o, səhhəti ilə əlaqədar Gürcüstana getmiş və bu işlə bağlı maraqlana bilməmişdir. O, Məcidlə Təslim arasında baş vermiş münaqişədə konkret kimlərin iştirak etməsi, konkret iştirakçıların hərəkətlərini bilməmiş, yalnız Raminin sözünə görə Təslimi Məcidin döydüyünü bilmişdir. Həmin hadisə barədə başqa bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasına elan olunaraq tədqiq edilmişdir, o, həmin ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. O, təqaqüdçü olduğu üçün bütün gün evdə olmuşdur. Hazırda yaşadığı mənzil özünə məxsusdur. xx xxxxxxx 2019-cu il tarixdə evdə olduğu zaman mənzilin qapısı heç kim tərəfindən döyülməmişdir. O, xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 11:00 radələrində evin yola tərəf olan balkonunda paltar sərdiyi üçün heç bir səs eşitməmişdir. Sonradan qonşular və həyətdə olan polis əməkdaşları ona bildirmişlər ki, onun yaşadığı evin yerləşdiyi binanın blokunda bir nəfər şəxsi kimsə döymüşdür. Qonşulardan eşitdiyinə görə döyülən şəxs döyən şəxsin arvadına sataşmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə iclasına elan olunaraq tədqiq edilmişdir, o, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 23, mənzil 20-də qeydiyyatda olmuş və həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Yaşadığı mənzil özünə məxsus olmuş və 2010-cu ildən həmin mənzildə yaşamışdır. xx xxxxxxx 2019-cu il tarixdə qızının yaş mərasimi ilə əlaqədar İsmayıllı rayonuna getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə isə yaşadığı ünvana qayıtmışdır. Evə qayıtdıqdan sonra qonşular ona bildirmişlər ki, bir nəfər şəxs döyülmüşdür. O, rayonda olduğu üçün həmin hadisənin şahidi olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və fotocəvəldən görünür ki, hadisənin baş verdiyi ünvana Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. (İ cild i.v. 7-8) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və X3 rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli 1039 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz ətrafı nahiyyənin hematoması, burun belinin sıyrığı, sol göz ətrafı nahiyənin qançırı, üst dodağın kəsilmiş yarası, sol əlin İİ əl darağının, sol əlin İV barmağının, sağ əlin İİ barmağının cızıqları olmuşdur. Qeyd olunan cızıqlar və üst dodağın kəsilmiş yarası iti kənarlı kəsici əşyanın (əşyaların, ola bilsin bıçağın), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxxx 2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (İ cild i.v. 18-19) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 42-47) - xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 168-177) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmiş əməlləri ilə tam əhatə olunduğundan onların hərəkətləri əlavə olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməmiş, barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X1 ona qarşı cinayət törətmiş şəxslərin sayının 4 və ya 3 olduğu barədə verdiyi ilkin ifadələri sübut növü hesab edilməmiş, ifadələrdə yer almış həmin fikirlər elan edilmiş ittihamın əsasını təşkil etməmiş, Şahid1 əməlində hər hansı cinayətin təqkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 120; 126 və ya 29,120; 29,126-cı maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (İİ cild i.v. 44-74) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etiraf ifadələri ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 221.3-cü və 221.2.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 60) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 41-ci maddəsinə əsasən cəzası şərti olaraq tətbiq edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətinə islah işlər cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətinə islah işlər cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 01 il müddətinə islah işlər cəzasına məhkum edilmişdir. (İ cild i.v. 61-63) -Könüllü gəlmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 həmin tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə könüllü gələrək özünü təqdim etmişdir. (İ cild i.v. 113) -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 119) -Könüllü gəlmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 həmin tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə könüllü gələrək özünü təqdim etmişdir. (İ cild i.v. 134) -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 140) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (İ cild i.v. 214-217) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (İ cild i.v. 223-226) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 228-229) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 230-231) -Zərərçəkmiş şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı təqdim etdiyi ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. (İİ cild i.v. 1) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.6-cı maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3 və 221.2.1-ci maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə, Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmaqla təyin olunacaq cəza müddətlərindən çıxılmalı, onların üzərində qəti müddətə cəzalar saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, digər Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3-cü 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillər Müdafiəçi1 və Müdafiəçi2 ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət hər birinə münasibətdə 105 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 630 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ayrılıqda 105 saat göstərdikləri pulsuz hüquqi yardıma görə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 630 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar