Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-43/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs, mülki iddiaçı-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, mülki cavabdeh-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Fioletov küçəsi ev 1, mənzil 4-də qeydiyyatda olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 134; 29,144.2.3; 29,144.2.4; 29,144.2.5; 29,144.2.6; 181.3.1; 181.3.2; 217.2 və 228.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 38-ci maddəsinə əsasən 11 il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(004)-229/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mənzilini satmaq istəyən Zərərçəkmiş şəxs özünü ev alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Neftçilər prospekti 19-da yerləşən 10 saylı mənzilin satılmasına kömək edib ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı” yaşayış massivində fərdi ev tikəcəyinə dair yalan vəd verməklə etibarını qazanaraq həmin mənzili ilkin olaraq Şahid2 beh müqaviləsi ilə satışını razılaşdırsa da, sonuncu dəyərini tam ödəmədiyi üçün sonradan mənzili Şahid3 kredit müqaviləsi ilə satışını təşkil edərək Zərərçəkmiş şəxs “Albalı” yaşayış sahəsində fərdi ev tikdirəcəyi adı ilə aldadaraq mənzilin satışından əldə etdiyi puldan 04 avqust 2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Q.Qarayev” stansiyasının şimal-qərb çıxışı yaxınlığında Zərərçəkmiş şəxs 20.000 manat, 18 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında, əvvəllər 50 saylı notariat kontorunun yerləşdiyi binanın qarşısında Zərərçəkmiş şəxs 7000 manat, 17 dekabr 2017ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu 4 ünvanında yerləşən “X5 məhsulları” MMC-nin qarşısında mənzil satışından Zərərçəkmiş şəxs verilməli olan pulu sonuncunun tapşırığı ilə Şahid2 əri Şahid1 6500 manat və 05 iyun 2018-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 11.500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 45.000 manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə edərək alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə özünü ev alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 ünvanında yerləşən 10 saylı mənzilinin satılmasında köməklik edib ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı” yaşayış massivində fərdi ev tikəcəyinə dair yalan vəd verməklə etibarını qazanaraq mənzilini ilkin olaraq Şahid2 beh müqaviləsi ilə satışını razılaşdırsa da, sonuncu dəyəri tam ödəmədiyi üçün sonradan mənzili Şahid3 kredit müqaviləsi ilə satışını təşkil edərək onu “Albalı” yaşayış sahəsində fərdi ev tikdirəcəyi adı ilə aldadaraq mənzilin satışından əldə etdiyi puldan 04.08.2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Q.Qarayev” stansiyasının şimal-qərb çıxışı yaxınlığında ondan 20.000 manat, 18.10.2021-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında əvvəllər 50 saylı notariat kontorunun yerləşdiyi binanın qarşısında ondan 7000 manat, 17.12.2017-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu, 4 ünvanında yerləşən “X5 məhsulları” MMC-nin qarşısında mənzil satışından ona verilməli olan pulu Şahid2 əri Şahid1 6500 manat və 05.06.2018-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında ondan 11.500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 45.000 manat məbləğində nağd pul vəsaitini etibarından sui-istifadə edərək alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu cinayət hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir, mənəvi sarsıntılar keçirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində mənə maddi və mənəvi ziyan yetirdiyinə görə mülki iddiaçı qismində tanınmağımda israrlıdır. Cinayət hadisəsi nəticəsində ona 45.000 manat maddi, 10.000 manat mənəvi ziyan dəymişdir. Güclü əsəb xəstəliyinə düçar olmuşdur, mənəvi əzab çəkir, ciddi sarsıntılar keçirir, yaşamağa yeri yoxdur, küçələrdə qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində ona maddi və mənəvi ziyan çəkdiyi üçün iş üzrə onun mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini, mülki iddiasının icraata qəbul edilməsini, 45.000 manat maddi, 10.000 manat mənəvi ziyanın, 255 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, 03 yanvar 2015-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra 2019-cu ilədək olan müddətdə fərdi qaydada ev alqı-satqısı ilə məşğul olmuşdur. “Birja” qəzetinə yerləşdirilmiş elanlara baxıb orada satışa təqdim olunmuş evlərlə maraqlanaraq fərdi qaydada alıcılara həmin evlərin alınmasında və satılmasında köməklik göstərib dolanmışdır. 2017-ci ilin aprel ayında Nigar adlı bir qadının mənzilini satması barədə elanını görüb həmin elanla maraqlanmışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradıb onun ünvan 5 ünvanda yerləşən 10 nömrəli mənzilinə gedib baxmışdır. Zərərçəkmiş şəxs özünə məxsus olan bir otaqlı mənzili 40.000 manata satmaq istədiyini demişdir. Söhbət zamanı o, Zərərçəkmiş şəxs mənzilini satmağa kömək edəcəyinə və həmin pulun müqabilində ona Xəzər rayonu, Buzovna qəsəbəsi “Albalı” massivində sənədli fərdi yaşayış evi tikib verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs ilə razılaşdıqdan sonra o, mənzilə müştəri axtarmağa başlamışdır. Bir neçə müştəri gəlib mənzilə baxmış, lakin mənzilin baha qiymətə satıldığını deyib razılaşmamışlar. Zərərçəkmiş şəxs ona demişdir ki, banklara borcu var, faizlə pul axtarır. O, Zərərçəkmiş şəxs üçün tanışından faizlə 10.000 manat pul götürmüşdür. 2017-ci ilin may-iyun aylarında növbəti müştəri Şahid1 Zərərçəkmiş şəxs mənzilinə aparmışdır. Şahid1 mənzilin baha qiymətə satıldığını bildirirb getmişdir. Sonradan o, yenidən Zərərçəkmiş şəxs ilə Şahid1 görüşdürmüş, onlar razılaşmışlar ki, mənzilin alqı-satqısını notariusda 30.000 manata rəsmiləşdirsinlər. Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, Buzovna qəsəbəsinin “Albalı” yaşayış massivində 20.000 manat dəyərində fərdi yaşayış evi almasına kömək etsin. 10 iyun 2017-ci il tarixdə Şahid1 həyat yoldaşı Şahid2 ilə Zərərçəkmiş şəxs arasında beh müqaviləsi bağlanmış və Zərərçəkmiş şəxs beh olaraq 10.000 manat pul ödənilmişdir. Müqavilənin şərtinə uyğun olaraq Şahid1 qalan 20.000 manatı bir il müddətində notarial qaydada Zərərçəkmiş şəxs verəcəyi barədə öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs həmin 10.000 manat pulla götürdüyü borcu qaytarmışdır. Zərərçəkmiş şəxs ilə razılaşmışdır ki, sonuncu 20.000 manatı alanda “Albalı” qəsəbəsində tikiləcək evin xərcləri ilə əlaqədar götürəcəkdir. Həqiqətən də həmin vaxtlar Şahid1 ona hissə-hissə 6500 manat pul vermişdir. O, həmin pulla “Albalı” qəsəbəsində tanımadığı bir maklerdən qəsəbənin əsas yolunun kənarında boş torpaq sahəsi alıb tikintiyə başlamışdır. Sonradan Zərərçəkmiş şəxs Şahid1 mənzilini 30.000 manata satmasından narazı olduğunu, 40.000 manata satmaq istədiyini demişdir. Şahid1 pulunu qaytarmaq üçün o, mənzili 40.000 manata yenidən elana yerləşdirmişdir. Tezliklə Şahid3 adlı bir qadın mənzillə maraqlanmışdır. Mənzilin çıxarışı notariat kontorunda olduğu üçün Zərərçəkmiş şəxs Şahid3 demişdir ki, mənzilin çıxarışı başqa yerdədir, pul alınandan sonra alqı-satqı olunacaqdır. Beləliklə Zərərçəkmiş şəxs həmin mənzili Şahid3 21.500 manata satacağına razılaşmışdır. 04 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu 46 saylı notariat kontorunda Şahid3 ilə Zərərçəkmiş şəxs arasında kredit müqaviləsi bağlanmış və Zərərçəkmiş şəxs 21.500 manatı Şahid3 qəbul etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Şahid3 mənzilin sənədlərinin hazırlanması adı ilə əlavə 1500 manat da almışdır. Lakin Zərərçəkmiş şəxs aldığı pulla Şahid1 pulunu qaytarmamışdır. Artıq həmin vaxt Şahid1 mənzilə 40.000 manat verəcəyinə razılaşmışdır. 18 oktyabr 2017-ci il tarixdə Şahid1 50 saylı notariat kontorunda Zərərçəkmiş şəxs 7000 manat ödəmiş, 19 oktyabr 2017-ci il tarixdə isə 50 saylı notariat kontorunda aralarında alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Şahid1 qalan pulu 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. O, Zərərçəkmiş şəxs demişdir ki, əgər mənzili Şahid1 satırsa Şahid3 pulunu qaytarsın. Zərərçəkmiş şəxs isə demişdir ki, bu barədə Natəvanla özü söhbət edəcəkdir. Sonradan Zərərçəkmiş şəxs özündən eşitmişdir ki, Natəvan ondan şikayət edib, məsələ ilə əlaqədar Sabail rayon icra şöbəsində Zərərçəkmiş şəxs barəsində qərar qəbul olunub. Belə ki, Şahid3 ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən Şahid3 götürdüyü pul Zərərçəkmiş şəxs əmək haqqı kartından tutulacaqdır. Həmin vaxtlar o, artıq Zərərçəkmiş şəxs üçün Buzovna qəsəbəsində tikdiyi fərdi evə 10.000 manat xərcləmişdir. Evin tikintisi üçün Zərərçəkmiş şəxs qalan pulu istəyəndə Zərərçəkmiş şəxs demişdir ki, tikəcəyi evi tam tikib tamamladıqdan sonra qalan pulu verəcəkdir. O, Zərərçəkmiş şəxs qalan pulu vermək istəmədiyini görüb həmin evi başqa adama sataraq Şahid1 götürdüyü 6500 manat pulu qaytarmışdır. Beləliklə onun Zərərçəkmiş şəxs borcu qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin yaz aylarında ayrı-ayrı banklardan götürdüyü kreditlərə görə 10.000 manat borcu olmuşdur. Fikirləşmişdir ki, valideynlərindən ona miras qalmış ünvan 6 ünvanını satıb həm kreditləri bağlayar, həm də özü üçün münasib bir mənzil alar. O, “Birja” qəzetinə mənzilini 85.000 manata satması barədə elan vermişdir. Mənzili almaq üçün gələn müştərilər mənzili gördükdən sonra baha qiymətə satışa qoyulduğunu demişlər. Odur ki, bir müddət mənzillə kimsə maraqlanmamışdır. Banklar isə ondan krediti ödəməsini tələb etmişlər. Həmin vaxtlar İlqar adlı bir makler, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun mənzilinə baxmaq üçün bir neçə müştəri gətirmişdir. Lakin müştərilər mənzilin satışa baha qoyulduğunu deyib getmişlər. O, banklara olan 10.000 manat borcunu ödəyə bilmədiyi barədə İlqara söyləmişdir. İlqar onun üçün ayda 5 faiz ödəmək şərti ilə pul təşkil edə biləcəyini demişdir. O, razılaşıb 2017-ci ilin may ayında İlqarın köməyi ilə həmin mənzilin çıxarışını Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 50 saylı notariat kontorunda əslən Gürcüstan Respublikasından olan Bağdagül adlı qadına girov qoyub 10.000 manat pul götürmüşdür. Həmin pulla o, banklara olan borclarının bir hissəsini ödəmişdir. Bundan sonra İlqarla aralarında münasibət yaranmış, İlqar bir neçə dəfə onun mənzili üçün müştəri gətirmiş, müştərilər qiymətlə razılaşıb İlqara 500 manat beh versələr belə, sonradan o, mənzili ucuz qiymətə satmaq istəmədiyi üçün müştərilərlə razılaşmanı pozmuşdur. Lakin behi götürən İlqar pulunun olmadığını deyib ondan müştərilərin behini qaytarmasını xahiş etmişdir. O, İlqarla münasibətini pozmamaq üçün etiraz etməmişdir. Sonuncu dəfə İlqarla gələn müştəri Şahid1 evin baha olduğunu deyib getmişdir. İlqar ona demişdir ki, Əli mənzili 30.000 manata istəyir, lakin hazırda cəmi 10.000 manat pulu vardır. Ona təklif etmişdir ki, beh müqaviləsi ilə həmin 10.000 manatı Əlidən alıb faizlə götürdüyü pulu qaytarsın. O, İlqarla razılaşmış və 10 iyun 2017-ci il tarixdə İlqar, Əli və onun həyat yoldaşı Şahid2 ilə bir yerdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı notariat kontoruna getmişlər. Orada Şahid2 ilə aralarında beh müqaviləsi bağlanmış və beh olaraq Əli ona 10.000 manat pul vermişdir. Qalan 20.000 manat pulu Əli ona bir neçə ay müddətində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İlqar ona demişdir ki, Əlidən alınacaq qalan pulla Xəzər rayonu, Buzovna qəsəbəsi “Albalı” deyilən yerdə onun üçün fərdi ev tikəcəkdir. O, etiraz etməmiş və bundan sonra İlqar idarə etdiyi avtomobillə gəlib onu özü ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı” yaşayış massivinə aparıb orada yarı tikili vəzityyətdə olan fərdi yaşayış evlərindən birini göstərərək həmin tikilini başa çatdırdıqdan sonra ona verəcəyini bildirmişdir. Həmin vaxt o, həmin yarı tikili evə yaxından baxmaq istəyəndə İlqar demişdir ki, bütün işləri ona həvalə etsin, sonunda hər bir şey yaxşı olacaqdır. İlqar həmin evin neçəyə başa gələcəyini deməmiş, bildirmişdir ki, yaxşısı budur maraqlanmasın, ona banka olan borclarının ödənilməsi və evinin olması lazımdır. O da İlqarın söylədiklərinə inanmış və bütün məsələləri İlqara həvalə etmişdir. Bir müddət Əli ona pul verməmiş, bundan başqa o, mənzilini Əliyə 30.000 manata satmasına razılıq verdiyindən peşman olmuşdur. Bu barədə İlqara dedikdə, o, demişdir ki, tikəcəyi evə və banklara olan qalan borcunu da ödəmək lazımdır və təklif etmişdir ki, Natəvan adlı müştərisi 20.000 manata ev axtarır, mənzili ona satmaq olar. O, artıq mənzilin Əliyə satıldığını bildirdikdə, İlqar demişdir ki, evi Natəvana satmayacaqlar, ondan borc götürəcəklər. Bundan sonra o, İlqarla razılaşmış və növbəti gün İlqar Natəvan adlı bir qadınla gəlib mənzilə baxmış və bəyənmişdir. İlqar ona söyləmişdir ki, bu işə qarışmasın, Natəvanla özü söhbət edəcəkdir. 04 avqust 2017-ci il tarixdə İlqar və Natəvanla birlikdə Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 46 saylı notariat kontoruna getmişlər. Orada Şahid3 ilə aralarında kredit müqaviləsi bağlanmış və Natəvan ona 21.500 manat pul vermişdir. O, həmin pulu Natəvandan evinin satışına görə aldığını bilməmişdir. Kontorda ondan evinin sənədi istəniləndə İlqar ona işarə etmişdir ki, sakit olsun, bir söz deməsin. O, pulu Natəvandan götürdükdən sonra Natəvan evin sənədini İlqardan istəmişdir. Həmin vaxt İlqar Natəvana demişdir ki, onunla “Q.Qarayev” metrosuna gedir ki, evin sənədini götürsünlər. Onlar Natəvandan ayrıldıqdan sonra metronun qatarında 20.000 manat pulu İlqar ondan götürmüşdür. Hətta bunu metronun platformasında dayanan Natəvan özü də görmüşdür. Bundan sonra o, İlqarla metronun “Q.Qarayev” stansiyasına yola düşmüşlər. “Q.Qarayev” stansiyasından çıxanda Əlidən götürülən 10.000 manatın taleyi barədə soruşanda İlqar demişdir ki, Natəvandan alınan pulun 10.000 manatı “Albalı”dakı evin təmirinə lazımdır, qalan 10.000 manat pul isə ona çatır. O, İlqardan pulu tələb edəndə aralarında mübahisə yaranmışdır. İlqar kişiyə yaraşmayan həyasızlıq göstərib pulu ona qaytarmamışdır. O, İlqardan ayrılmış və evinə çatıb bir neçə dəfə İlqara zəng vuraraq pulunu tələb etmişdir. Təxminən 2-3 gündən sonra İlqar onun evinə gəlib ona bir qəbz verərək demişdir ki, həmin müddətdə Rusiya Federasiyasında olub və 10.000 manat pulu onun adına Rusiya Federasiyasında “Moskva” adlı banka qoymuşdur. O, qəbzi götürüb arxayın olmuşdur ki, 10.000 manat pul onun adındadır, lazım olarsa çıxaracaqdır. Bir neçə dəfə Natəvan ona zəng edib evin sənədinin nə vaxt hazır olacağını, nə vaxt alqı-satqıya gedəcəyini soruşanda o, Natəvana demişdir ki, 20.000 manata ev satılmaz, ondan borc almışdır, borcunu da qaytaracaqdır. Natəvan onunla mübahisəyə başlayanda demişdir ki, bu işlərlə İlqar məşğul olur, onunla söhbət etsin. Sonradan o, İlqara bu barədə deyəndə İlqar demişdir ki, bu işlərə qarışmasın. Eyni zamanda telefonla İlqara zəng vurub nə etmək istədiyini, belə getsə evinin əlindən çıxacağını demişdir. 18 oktyabr 2017-ci il tarixdə Əli mənzilə görə 50 saylı notariat kontorda ona 7000 manat pul vermiş və o, kontorun yaxınlığında həmin pulu “Albalı” qəsəbəsindəki evin təmiri üçün İlqara vermişdir. 19 oktyabr 2017-ci il tarixdə İlqarın təkidi ilə 50 saylı notariat kontorunda Əinin həyat yoldaşı Şahid2 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt İlqar ona demişdir ki, Əli evə görə 40.000 manat verməyə razılaşıb. O, İlqardan Əlinin nə üçün razılaşdığını soruşanda demişdir ki, “Albalı”dakı evin təmirinə pul lazımdır. Bir neçə gündən sonra İlqar tikilən evin qapı və pəncərələrinin təmiri üçün ondan yenidən pul istəyən zaman o, Əliyə zəng edib ona çatası puldan 6500 manat İlqara verməsini xahiş etmiş, 17 dekabr 2017-ci il tarixdə Əli mənzilə görə ona çatası puldan 6500 manat İlqara vermişdir. 27 mart 2018-ci il tarixdə Əli ona mənzilin çıxarışı ilə əlaqədar 1000 manat vermişdir. 05 iyun 2018-ci il tarixdə isə 50 saylı notariat kontorunda Əli mənzilə görə ona daha 11.500 manat pul vermişdir. O həmin pulu Əlidən alan kimi elə notariat kontorunun yaxınlığında “Albalı” qəsəbəsindəki evin təmiri üçün İlqara vermişdir. Beləliklə artıq Əli ona ümumilikdə 38.500 manat pul vermişdir. Əli və yoldaşı ondan mənzili tərk etməsini tələb edəndə o, demişdir ki, gedəsi yeri yoxdur, bütün pulları İlqara vermişdir ki, onun üçün ev tiksin. Orada İlhamə onu təhqir edib İlqarla əlbir olduğunu demişdir. Həmin vaxt İlhamə ilə İlqar arasında mübahisə başlamışdır. İlqar onu sakitləşdirib problemləri həll edəcəyini demişdir. Təxminən bir ay sonra Əli ilə həyat yoldaşı İlhamə mütəmadi olaraq onun evinə gəlib evi boşaltmasını ondan tələb etməyə başlamışlar. O, hər dəfə evinin hazır olmadığını, gedəsi yerinin olmadığını bildirmişdir. Eyni zamanda Natəvan da ona zəng edərək evi boşaltmasını ondan tələb etmişdir. Bir neçə ay keçmiş 46 saylı notariat kontorundan ona zəng edib bildirmişlər ki, Natəvandan götürülən pulu qaytarmaq lazımdır, əks halda barəsində material Səbail rayon icra şöbəsinə göndəriləcəkdir. O, bu barədə İlqara söyləyəndə o, demişdir ki, narahat olmasın, heç bir şey olmayacaqdır. Son dəfə Əli ilə İlhamə onun evinə gəlib evdən çıxmasını tələb edəndə o, İlqarı çağırmış, həmin vaxt İlqar Əlinin əlyazma ilə yazdığı sənəddə 03 aprel 2018-ci il tarixinədək “Albalı” qəsəbəsində yerləşən evin sənədini hazır edib ona verəcəyi barədə yazılı qaydada söz vermişdir. Lakin sonradan İlqarın onun etibarından istifadə edib, evinin pulunu ələ keçiridiyini, İlqarın onun üçün Albalı qəsəbəsində heç bir fərdi ev inşa etmədiyini, söylədiklərinin yalan olduğunu başa düşmüşdür. Nəhayət Şahid2 evin boşaldılması iddiası ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onun tələbini təmin etmişdir. Eyni zamanda Şahid3 olan borcu ilə əlaqədar Səbail rayon icra şöbəsi tərəfindən əmək haqqının 50 faizinin tutulması barədə qərarın icrasına başlanmışdır. Beləliklə, o, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 38.500 manat vermiş, Əlinin ona verməli olduğu, ona çatası 6500 manatın da İlqar tərəfindən ələ keçirilməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 45.000 manat olmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs maddi ziyanı ona ödəməmişdir. Bununla əlaqədar məhkəmədə mülki iddia qaldırmalı olmuşdur. O, Təqsirləndirilən şəxs ev tələb edir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmasını, bundan başqa mülki iddiasının tam təmin olunmasını, 45.000 manat maddi, 10.000 manat mənəvi ziyanın, 255 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayında “Lalafo” saytında 30.000 manata satışa qoyulmuş mənzillə maraqlanmışdır. Həmin elanla bağlı İlqar adlı maklerlə, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilinə getmiş, mənzilə baxan zaman mənzilin elanda göstərilən qiymətə uyğun olduğunu, lakin mənzil sahibi Nigar adlı qadının mənzili daha baha qiymətə satmaq istədiyini eşidəndə razılaşmayıb getmişdir. Bir gün sonra İlqar ona zəng edib Nigarın mənzili 30.000 manata satmağa razı olduğunu bildirmişdir. 03 iyun 2017-ci il tarixdə o, həyat yoldaşı İlhamə və makler İlqarla həmin mənzilə gedib orada mənzilin sahibi Zərərçəkmiş şəxs 500 manat pulu beh olaraq vermişdir. Bu barədə o, qəbz yazmış və hər biri qəbzin düzgünlüyünü imzalarla təsdiq etmişlər. Razılaşmışlar ki, ilkin olaraq 10.000 manat verib aralarında beh müqaviləsi bağlansın, qalan pulu da bir il müddətində ödəsin. 10 iyun 2017-ci il tarixdə İlqarın iştirakı ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı notariat kontorunda həyat yoldaşı Şahid2 ilə Zərərçəkmiş şəxs arasında beh müqaviləsi bağlanmış, o, özü ilə götürdüyü 10.000 manat pulu notariat kontoruna ödəmiş, Nigar da pulu qəbul etmişdir. Bağlanmış beh müqaviləsinə əsasən bir il müddətinə o, mənzilə görə 20.000 manat pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. 07 dekabr 2017-ci il tarixdə Nigar ona zəng edib onun üçün tikilən evin ustasının və həmin evin qapı və pəncərələrinin yenidən qurulması üçün İlqara 6500 manat pulu çatdırmağı ona tapşırmışdır. O, Nigarın tapşırığı ilə kirayədə yaşadığı Binəqədi rayonu, “Baksol” deyilən yerdəki fərdi evində 6500 manat pulu İlqara vermişdir. 18 oktyabr 2017-ci il tarixdə o, növbəti dəfə həmin kontorda 7000 manat pulu Nigara verəndə Nigar tələb edib mənzili 30.000 manata deyil, 40.000 manata satdığını bildirəndə o, razılaşmışdır. Yenidən müqavilə bağlanmış, həmin müaviləyə əsasən o, qalan pulu altı ay müddətinə tam ödəmək, Zərərçəkmiş şəxs isə mənzili boşaltmaq öhdəliyinə razlıq vermişlər. 2018-ci ilin yanvar ayında Nigara zəng vurub müqavilənin şərtinə uyğun olaraq mənzili bolşaltmasını tələb edəndə Nigar demişdir ki, çıxarışı almaq üçün əlində pulu yoxdur. Ona görə 27 mart 2018-ci il tarixdə Nigarın evinə gəlib orada 1000 manat pulu Nigarın özünə vermişdir. Nigar söz vermişdir ki, qısa müddətdə mənzili boşaldacaqdır. Lakin sonradan Nigar yenə müxtəlif bəhanələr edib mənzili boşaltmamış, demişdir ki, o, pulu tam ödədikdən sonra mənzili boşaldacaqdır. Ona görə 11.500 manat pul toplayıb 50 saylı notariat kontorunda Nigara vermişdir. Beləliklə o, Nigara cəmi 36.500 manat pul vermiş, bir həftədən sonra isə yerdə qalan 3500 manat pulu da düzəldib həyat yoldaşı İlhamə, Nigar və İlqarla notariat kontoruna getmişlər. Orada 3500 manatı ödəyib adına olan mənzilin çıxarışını götürmək istəyən zaman kontorun qarşısında İlqar ondan vaxt istəyib demişdir ki, Nigar üçün tikdiyi ev hazır deyil. Həmin vaxt aralarında mübahisə olmuşdur. Bundan əvvəl isə, yəni 02 mart 2018-ci il tarixdə İlqar onu Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyası yaxınlğındakı çayxanaların birinə dəvət edib, ondan xahiş etmişdir ki, ondan 7500 manat pul almağı barədə qəbz yazıb imza etsin, həmin qəbzi Nigara göstərəcəkdir. O, razılaşmamış, səbəbini soruşanda İlqar ondan təkid etmişdir. O, nəhayət razılaşıb İlqara demişdir ki, İlqar da öz adından ondan həmin məbləğdə pul alması barədə qəbz yazıb ona versin. Bundan sonra İlqar kağız və qələm alıb iki qəbz yazmışdır. Qəbzin birində guya 14 fevral 2018-ci il tarixdə ondan 7500 manat alması, o biri qəbzdə isə 02 mart 2018-ci il tarixdə ona 7500 manat pulu verməsi barədə əlyazma ilə qəbz yazmış, o da təsdiq etmişdir. Bundan başqa, 2017-ci ilin may ayında o, Nigarın evini almaq üçün pul axtaran zaman İlqar ona təklif etmişdir ki, bankdan götürürən pul vasitəsi ilə evi ala bilər. O, rəsmi olaraq işləmədəyini deyəndə İlqar demişdir ki, bank ondan iş yerindən arayış tələb edəcək, o isə elə bir arayışı 400 manat pulun müqabilində təşkil edə bilər. O, İlqarla razılaşmış və bir gün sonra İlqar ona guya "xxxx" MMC şirəkətində işləməsi barədə ayarış gətirmişdir. O, İlqara 300 manat verib artıq imkanının olmadığını demişdir. O, həmin arayışın doğruluğunu öyrənmək üçün şirkətin blankında olan ünvanı axtarmış və məlum olmuşdur ki, həmin ünvanda elə bir şirkət yoxdur və olmamışdır. O, İlqarla görüşüb pulunu tələb edən zaman İlqar demişdir ki, həmin pulu Nigarın evinin alqı-satqısında nəzərə alıb qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, şahid (həyat yoldaşı) Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində valideynləri ilə bir yerdə yaşamışdır, valideynlərinə məxsus mənzil satıldıqdan sonra o, özünə aid olan payını götürərək evsiz qalmışdır. Məqsədi 20.000 manat dəyərində bir ev almaq oimuşdur. “Tap.az” saytında ucuz ev axtaran zaman saytda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində 25.000 manat dəyərində bir otaqlı bir mənzilin satıldığını görmüşdür. Elan verən İlqar adlı maklerin telefonuna zəng edib əlaqə saxlamışdır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona demişdir ki, həmin mənzil Bayıl qəsəbəsində ümumi həyətdə 15 kv.m ölçüdə olan bir otaqlı mənzildir, sahibi Nigar adlı tək qadındır. O, mənzilə baxmaq istədiyini bildirib İlqarla bir yerdə həmin ünvana getmişdir. Orada ev sahibi, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə görüşmüş, məlum olmuşdur ki, mənzil bir otaqdan ibarət, sənədsizdir. İlqar ona demişdir ki, mənzili 25.000 manata satır, mənzilin Dövlət Reyester Xidmətindən çıxarışı yoxdur, mənzilə aid yalnız Bələdiyyədən texniki pasportu vardır. İlqarla həmin mənzilin 20.000 manata, mənzilin sənədinin hazırlanması üçün də əlavə 1500 manat olmaqla, cəmi 21.500 manata razılaşmışdır. 04 avqust 2017-ci il tarixdə İlqar və Nigarla birlikdə Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 46 saylı notariat kontoruna getmişlər, notariat kontorunda İlqar ona demişdir ki, mənzilin çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsinin bağlanması mümkün deyil, Nigarın ondan nağd şəkildə 21.500 pulu götürməsini təsdiq etmək üçün aralarında kredit müqaviləsi bağlanmalıdır. O, İlqarla Nigarın sözünə inanaraq müqaviləni imzalayıb 21.500 manat pulu notariat kontorunda Nigara vermişdir. Nigar ona demişdir ki, ondan götürdüyü pulla İlqar onun üçün Buzovna qəsəbəsi, Albalı yaşayış massivində fərdi ev tikir, tezliklə ora köçəcəkdir, mənzilini bir ay müddətinə boşaldacaqdır. İki həftədən sonra o, İlqarın mobil telefonuna zəng edib mənzillə maraqlanan zaman onun telefonu bağlı olmuşdur. O, şübhələnib Nigara zəng vurmuş, Nigar ona demişdir ki, İlqar Gürcüstana gedib. Nigardan mənzilin sənədi barədə soruşduqda o, demişdir ki, artıq mənzilin sənədləri hazırdır, mənzili öz adına sənədləşdirmişdir. Belə olanda o, Nigardan tələb etmişdir ki, indi mənzili onun adına sənədləşdirsin. Nigar ona demişdir ki, mənzili onun adına sənədləşdirməyə ehtiyac yoxdur, razılaşıb danışıblar, mənzil artıq ona məxsusdur. Hətta bildirmişdir ki, mənzil onun olduğu üçün hazırda orada yaşamasından da narahatdır. Nigarın mənzili boşaldacağı vaxt çatanda Nigar müxtəlif bəhanələr edib mənzildən çıxmaqdan imtina etmiş, demişdir ki, gedəsi yeri yoxdur. Nigarla telefonda söhbət edən zaman bildirmişdir ki, artıq mənzili onun adına sənədləşdirilib, lakin bir müddət mənzildən çıxa bilməyəcəkdir. O, İlqara zəng edib nə üçün Nigarın vədinə əməl etmədiyini soruşmuş, sonra da evin sənədini tələb etməklə onun həmin ünvana qeydiyyata salınmasını tələb etmişdir. İlqar onu sakitləşdirib metronun “Koroğlu” stansiyasının qarşısına onunla görüş təyin etmişdir. 07 noyabr 2017-ci il tarixdə saat 13 radələrində metronun “Koroğlu” stansiyasının “şüşəli” çıxışının qarşısında İlqarla görüşmüşlər. İlqar ona narahat olmamağını deyib tezliklə həmin mənzillə qeydiyyata alınacağını demişdir. Həmin vaxt İlqar ona mənzilin çıxarışını göstərmişdir. İlqardan çıxarışı alıb baxmış, həmin çıxarış onun adına bir otaqlı mənzilə aid olmuşdur. O, telefonla həmin sənədin şəklini çəkmək istəyən zaman İlqar sənədi əlindən alıb cırmış, ondan məsələni şişirtməməyi xahiş etmiş, demişdir ki, bütün işlərin arxasında Nigar durur, onun günahı yoxdur, Nigara deyəcəkdir ki, ondan götürdüyü 21.500 manatı qaytarsın. O, Nigardan pulunu tələb edən zaman Nigar ona demişdir ki, mənzilini satıb pulu qaytaracaqdır. Həmin hadisədən bir il keçdikdən sonra Nigar ona demişdir ki, mənzili 80.000 manata satışa qoyulmuşdur. O, həmin məsələ ilə bağlı 46 saylı notariat kontoruna müraciət etmiş, orada ona Səbail rayon icra şöbəsinə müraciət etməsi məsləhət görülmüşdür. Həmin icra şöbəsinə müraciət etmiş, bir müddət Nigarı tapa bilmədikləri üçün müraciəti nəticəsiz qalmışdır. Sonradan məsələyə baxılmış və 2020-ci ilin yanvar ayından Səbail rayon icra şöbəsinin vasitəsi ilə hər ay Nigarın əmək haqqından onun hesabına 550 manat pul tutularaq köçürülməyə başlanmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 10 iyun 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-427 nömrəsi ilə qeydiyyat alınmış Zərərçəkmiş şəxs ilə Şahid2 arasında bağlanan beh müqaviləsindən görünür ki, Şahid2 Zərərçəkmiş şəxs 10.000 manat pul vermişdir. (i.v. 18) - 18 oktyabr 2017-ci il və 05 iyun 2018-ci il tarixli qəbzlərdən görünür ki, Şahid2 50 saylı notariat kontorunda 1135 saylı alqı-satqı məktubu ilə 7000 manat, 750 saylı alqı-satqı məktubu ilə 11.500 manat pul ödəmişdir. (i.v 19) -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 214188 nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Bakı şəhəri, Neftçilər prospekti 19-da yerləşən 15 kv.m sahəsi olan 1 otaqlı, 10 nömrəli mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxsdır. (i.v. 82) - 10 iyun 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-427 nömrəsi ilə qeydiyyat alınmış Şahid3 ilə Zərərçəkmiş şəxs arasında bağlanan kredit müqaviləsindən görünür ki, Şahid3 Zərərçəkmiş şəxs 21.500 manat pul vermişdir. (i.v. 98) - 18 iyun 2019-cu il tarixli və 22 avqust 2019-cu il tarixli qətnamələrinin surətindən görünür ki, Şahid2 iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilinin Zərərçəkmiş şəxs, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Şahid2 təhvil verilməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə qismən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilinin Zərərçəkmiş şəxs, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. (i.v. 39-41, 69-73) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 08 iyul 2020-ci il tarixli 4/243 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söz verirəm ki, 03.04.18-ci il tarixinə qədər Albalı qəsəbəsində yerləşən evinin kupçasını götürüb verəcəyəm Təqsirləndirilən şəxs....” yazıları olan qəbzdə “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (i.v. 101-104) -Əlyazma olan qəbzdən görünür ki, həmin qəbzdə aşağıdakı mətn yazılmış və imzalanmışdır: Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söz verirəm ki, 03.04.18-ci il tarixinə qədər Albalı qəsəbəsində yerləşən evinin kupçasını götürüb verəcəyəm Təqsirləndirilən şəxs (imza). (i.v. 105) - 15 dekabr 2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs “Svyaznoy Logistika” Səhmdar Cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa qəbzinin surətini təqdim edərək həmin qəbzi Təqsirləndirilən şəxs ona verərək götürdüyü 10.000 manat pulu Rusiya Federasiyasının Moskva şəhərində yerləşən banka onun adına qoyduğunu bildirmişdir. (i.v. 133-134) - 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD diskdə olan səs yazılarına onun iştirakı ilə baxış keçirilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs söhbət zamanı Zərərçəkmiş şəxs cəmi 20.000 manat pul verəcəyini, 10.000 manatını indi, qalan 10.000 manatı gələn həftə verəcəyini bildirmişdir. (i.v. 135) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 23 fevral 2021-ci il tarixli 5/92 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 17.05.2017-ci il tarixli 19 nömrəli arayışın surəti, “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekinin surəti eyni növ elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekinin “Приниято”, “Зачислено” və “Итог” sözlərinin qarşısında olan “10 000 AZN”, “10 000 AZN”, “10.000.00 AZN”, “10 000 AZN” yazıları montaj yolu ilə yerləşdirilərək surəti çıxarılmışdır. (i.v. 147-150) - 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD diskdə olan səs yazılarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin səs yazılarında Zərərçəkmiş şəxs kişi cinsindən olan bir nəfərdən 38.500 manat pulunu tələb edir. Kişi cinsindən olan şəxs Zərərçəkmiş şəxs iki dəfəyə 10.000 manat verəcəyini bildirir və ona 38.500 manat borcu olmadığını bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin səs yazısında kişi cinsindən olan, Zərərçəkmiş şəxs ilə danışan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 151) - 21 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Maştağa- Buzovna yolu 316 ünvanın qarşısındakı tikinti materiallarının satışı mağazasının qarşısına gələrək həmin mağazanın yaxınlığındakı ünvansız küçədə hasarlanmış fərdi evi göstərərib 2017-ci ilin iyun ayında Təqsirləndirilən şəxs şəxsi avtomobil ilə onu həmin ünvana gətirdiyini, orada avtomobilini saxladıqdan sonra bir yerdə yaxınlıqdakı ünvansız küçədə hasarlanmış yarı tikili fərdi evi göstərərək həmin evin tikintisini başa çatdırıb ona verəcəyini bildirmişdir. (i.v. 158-159) - 25 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanın qarşısına gəlib Təqsirləndirilən şəxs 04 avqust 2017-ci il tarixdə saat 15 radələrində 20.000 manat və 18 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində yenə həmin yerdə 7000 manat verdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 27 ünvanın qarşısına gəlib 05 iyun 2018-ci il tarixdə saat 15 radələrində həmin yerdə Təqsirləndirilən şəxs 11.500 manat verdiyini bildirmişdir. (i.v. 171-173) - 26 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, üzərində “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söz verirəm ki, 03.04.18-ci il tarixinə qədər Albalı qəsəbəsində yerləşən evinin kupçasını götürüb verəcəyəm Təqsirləndirilən şəxs....” sözləri yazılmış sənəd, “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekinin, Şahid1 tərəfindən təqdim edilmiş "xxxx" MMC aid arayışın surətləri, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan səs yazıları sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 173-175) - 26 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı şahid X3 hadisə yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu 4 ünvanıda yerləşən “X5 məhsulları” MMC-nin qarşısına gəlib 17 dekabr 2017-ci il tarixdə 18 radələrində Zərərçəkmiş şəxs tapşırığı ilə Təqsirləndirilən şəxs 6500 manat verdiyini bildirmişdir. (i.v. 219-220) - 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ittiham elan edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq ƏN-nin PX-nin 11 saylı CÇM-də cəzasını çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində zərərçəkmiş Zərərçəkmiş şəxs saxtalaşdırdığı “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekini verməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 300 manat pulun müqabilində Şahid1 "xxxx" MMC-nin 17.05.2017-ci il tarixli 19 nömrəli arayış adı ilə saxtalaşdırdığı sənədi verməsi epizodu üzrə barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahid3 adına saxtalaşdırdığı Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 19 saylı evin 10 saylı mənzilin çıxarışı müəyyən edilmədiyi üçün həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 235- 244) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, onların irəli sürdükləri dəlillər tam təkzib olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin və şahidlərin dindirilməsindən və sənədlərin tədqiqindən sonra ifadəsinə əlavə olaraq törətdiyi cinayət əməlində təqsirini qismən etiraf etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 yanvar 2021-ci il və 11 iyun 2021-ci il tarixli tələbnamələrdən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 10 oktyabr 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 23-1 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan şərti məhkum edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 134; 29,144.2.3; 29,144.2.4; 29,144.2.5; 29,144.2.6; 181.3.1; 181.3.2; 217.2 və 228.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 38-ci maddəsinə əsasən 11 il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(004)-229/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 142-144, 180-182, 196-208) Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs digər cinayət əməlləri ilə yanaşı xüsusilə ağır cinayət əməlini törətməyə görə məhkum olunduğu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2004-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkərək 03 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra, 04 avqust 2017-ci il tarixdən 05 iyun 2018-ci il tarixədək vahid niyyətlə əhatə olunan qəsdlə hazırkı cinayət əməlini törədənədək səkkiz il keçməmişdir, ona görə Təqsirləndirilən şəxs həmin hökm üzrə məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törətdikdən sonra, hazırkı hökm çıxarılmazdan əvvəl, digər cinayət əməlinə görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı o cümlədən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2004-cü il tarixli hökmü üzrə təyin edilmiş cəzaya münasibətdə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2004-cü il tarixli hökmü üzrə müəyyən edilmiş residivə münasibətdə, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, digər hökmlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söz verirəm ki, 03.04.18-ci il tarixinə qədər Albalı qəsəbəsində yerləşən evinin kupçasını götürüb verəcəyəm Təqsirləndirilən şəxs....” sözləri yazılmış sənəd, “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekinin, "xxxx" MMC aid arayışın surətləri, bir ədəd CD diskdə olan səs yazıları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 45.000 manat məbləğində maddi ziyanın, bununla yanaşı mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxs məxsus 45.000 manat məbləğində pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurulmuşdur, ona görə bu maddi ziyan məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, mülki iddia həmin hissədə təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin nəzərə alınmalıdır ki, burada, sübutetmə yükü üzərində düşməsinə baxmayaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs həmin iddia tələbinin əsaslılığına dair, yəni hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların mülki cavabdeh olan Təqsirləndirilən şəxs qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddia mənəvi zərərin tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçı pozulmuş hüquqlarının bərpası və pul vəsaitinin alınması üçün iddia ərizəsinin verilməsi məqsədilə, “Dövlət rüsmunu haqqında” Qanunun tələblərinə müvafiq məbləğdə, 255 manat dövlət rüsumu ödəmişdir. Ona görə həmin pul vəsaitinin əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(004)-229/2021 nömrəli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 1(004)-229/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söz verirəm ki, 03.04.18-ci il tarixinə qədər Albalı qəsəbəsində yerləşən evinin kupçasını götürüb verəcəyəm Təqsirləndirilən şəxs....” sözləri yazılmış sənəd, “Svyaznoy Logistika” Səhmdar cəmiyyətinin 30.09.2017-ci il tarixli 41761 nömrəli kassa çekinin, "xxxx" MMC aid arayışın surətləri, bir ədəd CD diskdə olan səs yazıları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 161,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyan qismində 45.000 (qırx beş min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 255 (iki yüz əlli beş) manat məbləğində pulun əvəzi Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-43/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-43/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver