Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-432/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Tərcüməçi: X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Əsgərov küçəsi, ev 32, mənzil 7-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 28A-da kirayə yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli, 4(007)-90/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 02 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A saylı binanın qarşısına gəlib birlikdə həmin binanın 4-cü girişinin 4-cü mərtəbəsinə qalxıb əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Şahid1 kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə həmin mərtəbədə quraşdırılmış qaz sayğacının borusuna mühafizə olunması məqsədilə dəmir kəndirlə bağlanılmaqla saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus 450 manat dəyərində “Adidas” markalı velosipedi dəmir kəndirin üzərində olan qıfılını özü ilə gətirdiyi kəlbətinlə sındırmaqla açıb saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb qrup üzvü Şahid1 ilə birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 450 manat maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 06 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanının qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Şahid1 kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə, həmin ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus olan “Kia Sorento” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırdıqdan sonra avtomobildən Zərərçəkmiş şəxs2 məxsus içərisində hər birinin dəyəri 30 manat, ümumi dəyəri 60 manat olan 2 ədəd əmək haqqı kartı, dəyəri 1 manat olan 01 ədəd bir bank kartı olan 20 manat dəyərində qara rəngli pul qabını, içərisində dəyəri 120 manat olan 01 ədəd Zərərçəkmiş şəxs2 təsisiçisi olduğu "xxxx" MMC-yə məxsus möhür, ümumi dəyəri 1 manat təşkil edən MMC-yə aid kiçik qeyd vərəqələri olan sellofan torbanı, hər birinin dəyəri 38 manat, ümumi dəyəri 76 manat olan 02 ədəd işıqgücləndirici cihazı (projektoru) gizli olaraq talayıb qrup üzvü Şahid1 ilə birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Aydın Əlizadəyə 278 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 06 mart 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Şahid1 kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə, həmin ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs4 məxsus olan “Kia K5” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırdıqdan sonra avtomobildən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 450 manat olan 100 ml həcmində “Vidian London” adlı ətiri, dəyəri 180 manat olan 100 ml həcmində “Afnan tribute blue” adlı ətiri, dəyəri 170 manat 100 ml həcmində “Chopart” adlı ətiri, ümumilikdə dəyəri 400 manat təşkil edən 07 ədəd adsız müxtəlif qadın ətirlərini, dəyəri 200 manat olan 01 ədəd “Prada” markalı gödəkçəni, dəyəri 80 manat olan 01 ədəd qolsuz gödəkçəni, dəyəri 75 manat olan 0,7 litr həcmində 01 ədəd “Macallan” adlı viskini gizli olaraq talayıb qrup üzvü Şahid1 ilə birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 1555 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən “Ramiz” adlı ərzaq mağazasının qarşısına gəlib mağazanın yan tərəfində yerləşən dönər evinin plastik pəncərəsini üzərində olan dəmir alətlə mexaniki təsir göstərib açdıqdan sonra dönər evinin içərisində yerləşən həmin mağazaya aid taxta qapını həmin dəmir alətlə mexaniki təsir göstərib açıb qanunsuz olaraq saxlanc yerinə daxil olaraq mağazada quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus olan “Kassam.Az” ödəniş terminalını özü ilə gətirdiyi həmin dəmir alətlə sındırıb saxlanc yeri hesab olunan terminaldan Zərərçəkmiş şəxs1 məxsus 680 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, Şahid1 ilə birlikdə bir evdə kirayə yaşamışlar. Aralarında dost münasibəti olmuşdur. Günel ilə birlikdə oğurluq edib, oğurladıqları əşyaları sataraq öz istifadələri üçün narkotik vasitə almaq, həmçinin də kirayə pulunu ödəmək qərarına gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 02 və ya 03 radələrində Şahid1 ilə birlikdə oğurluq etmək məqsədilə gəzişərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A saylı binanın qarşısına gəlmişlər. Binanın 4-cü girişinin 4-cü mərtəbəsində qaz sayğacına trosla bağlanmış vəziyyətdə olan “Adidas” markalı velosipedi görmüşdür. Günel kənar şəxs gələrsə ona məlumat vermək üçün bir qədər aralıda dayanıb ətrafa nəzarət etməyə başlamışdır. O, evdən çıxarkən özü ilə götürdüyü kəlbətinlə velosipedin bağlandığı trosu kəsmişdir. Velosipedi düşürüb Şahid1 ilə birlikdə binanın girişini tərk etmişlər. Qeyd olunan velosipedi özü istifadə etmək üçün həmin ərəfədə müvəqqəti olaraq kirayə yaşadığı Babək prospekti 79 ünvanında yerləşən mənzilə aparmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yenidən oğurluq etmək üçün Şahid1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı binanın qarşısına gəlmişlər. Günel kənar şəxs gələrsə ona məlumat vermək üçün bir qədər aralıda dayanıb ətrafa nəzarət etməyə başlamışdır. O isə həmin ünvanın qarşısında park edilmiş dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Sorento” markalı avtomobilin qabaq sağ şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırmışdır. Şüşəni sındırdıqda avtomobilin siqnalizasıyası işə düşməmişdir. O, avtomobilə daxil olub içərisini axtarmağa başlamışdır. Avtomobilin içərisindən pulqabı və paket götürmüş və Şahid1 ilə birlikdə həmin ərazini tərk etmişlər. Avtomobildən götürdüyü pulqabının içərisində plastik bank kartları, şəxsiyyət vəsiqəsi, paketin içərisində isə sənədlər, möhür və işıq vuran projektorlar olduğunu görmüşlər. Sellofan paketi götürdükdə içində nə olduğunu bilməmişdir. Sellofan paketi götürdükdən sonra içərisindən həmin sənədlər və möhür çıxmışdır. O da, kiminsə götürüb istifadə etməməsi üçün möhürü orada tullamayıb evə aparmışdır. Niyyəti sənəd və möhürü oğurlamaq olmamışdır. O, sənədləri çırıb tullamışdır. Bank kartlarını isə yoxlamadan pulqabı ilə birlikdə dəqiq xatırlamadığı ünvanda zibil qutusuna atmışdır. Möhürü və projektorları isə özü ilə götürüb evə aparmışdır. O, pul və ya qiymətli əşyanı oğurlamaq niyəti ilə oğurluq etmişdir. Möhürü sadəcə olaraq evə qoymuşdur. İlkin olaraq həmin əşyanın möhür olduğunu bilməmişdir. Projektorları sonradan hara qoyduğunu və nə etdiyini xatırlamır. Həmin ərəfədə mütəmadi olaraq narkotik vasitələrin təsiri altında olmuşdur, ola bilsin həmin projektorları kiməsə verib əvəzində narkotik vasitə almışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 04 radələrində oğurluq etmək üçün Şahid1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanına gəlmişlər. Günel kənar şəxs gələrsə ona məlumat vermək üçün bir qədər aralıda dayanıb ətrafa nəzarət etməyə başlamışdır. O isə, həmin ünvanın qarşısında park edilmiş dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia K5” markalı avtomobilin qabaq sol yan şüşəsini yerdən götyürdüyü daş parçası ilə sındıraraq avtomobilin içərisindən pulqabı, bank kartları, gün eynəyi, ətirlər, viski, araqlar, gödəkçə və qısa qol gödəkçəni oğurlamışdır. Bundan sonra Şahid1 ilə birlikdə həmin ərazini tərk etmişlər. Avtomobildən götürdüyü əşyalardan iki ədəd qadın ətirlərini, iki ədəd gün eynəklərini, bank kartlarını yaşadığı evə gətirmişdir. Viski və araqları özü içmişdir. Gödəkçələr isə əyninə olmadığından tullamışdır. Bundan başqa narkotik vasitə almaq üçün pulu olmadığından yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 3-4 radələrində əvvəllər ərzaq aldığı mağaza yadına düşmüşdür. Mağazada olan “Kassam.Az” aparatını oğurlamağı düşünmüşdür. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən “Ramiz” adlı ərzaq mağazasının qarşısına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın giriş qapısına yaxınlaşmışdır. Qapı bağlı olduğundan mağazanın yan tərəfində yerləşən dönər evinin plastik pəncərəsini əvvəlcədən üzərində götürdüyü dəmir parçası ilə güc tətbiq edərək açıb içəri daxil olmuşdur. Arada olan taxta qapını dəmir parçası ilə güc tətbiq edərək açıb mağazaya daxil olmuşdur. Mağazanın kassasının üzərində olan 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 20 manat pulu götürmüşdür. Daha sonra isə mağazanın içərisində quraşdırılmış “Kassam.Az” ödəmə terminalının kassa hissəsini həmin dəmir parçası ilə sındıraraq içərisində olan müxtəlif əskinazlardan ibarət ümumilikdə 680 manat nağd pulu götürmüşdür. Bundan sonra mağazanı gəldiyi yolla tərk etmişdir. Mağazadan çıxdıqda dəmir parçasını özü ilə götürmüşdür. Mağazadan uzaqlaşdıqdan sonra üzərində olan dəmir parçasını hazırda yerini xatırlamadığı ərazidə yolun kənarına tullamışdır. Bundan sonra gündəlik kirayə yaşadığı ünvana getmişdir. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Verilmiş sualara cavb olaraq bildirmişdir ki, sonuncu cinayəti o, tək törətmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin bəzilərinin ondan şikayətçi olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən, Şahid3 məxsus “Ramiz” adlı marketə “Kassam.az” ödəniş terminalı quraşdırmışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman Şahid3 ona zəng edərək, işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən “Ramiz” adlı marketdə quraşdırdığı “Kassam.az” ödəniş terminalının naməlum şəxs tərəfindən sındırıldığını bildirmişdir. Mobil telefonunda olan tətbiqə baxış keçirdikdə sındırılmış “Kassam.az” ödəniş terminalının içərsində 680 manat pul olduğunu müəyyən etmişdir. Bundan sonra qeyd olunan ödəniş terminalını özü bərpa edərək yenidən həmin mağazada quraşdırmışdır. Hadisə nəticəsində ona 680 manat ziyan dəymişdir. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia Sorento» markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanın qarşısında saxlayıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxıb saat 07:50-də avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ sərnişin qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilə baxış keçirdikdə avtomaşından içərisində 2 ədəd, hər birinin dəyəri 30 manat olan ümumi dəyəri 60 manat təşkil edən əmək haqqı kartları, 01 ədəd dəyəri 1 manat olan bir bank kartı olan 20 manat dəyərində qara rəngli pul qabının, içərisində 01 ədəd dəyəri 120 manat olan təsisçisi olduğu "xxxx" MMC-nin möhürü, ümumi dəyəri 1 manat təşkil edən MMC-yə aid kiçik qeyd vərəqələrinin olduğu sellofan torbanın, arxa ayaq altında olan 02 ədəd, hər birinin dəyəri 38 manat, ümumilikdə dəyəri 76 manat təşkil edən ağ rəngli qutunun içərisində olan 02 ədəd “projektorun” oğurlandığını aşkar etmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 278 manat dəyərində maddi ziyan vurulduğunu bildirmişdir. Bundan başqa oğurluq edən şəxs oğurluq zamanı avtomobilin qabaq sağ sərnişin qapısının şüşəsini sındırdığı üçün o, 310 manat xərc çəkərək şüşəni bərpa etdirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun qanunauyğun şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi “Kia K5” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında park etmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobilin qabaq sol şüşəsinin qəsdən tanımadığı şəxs tərəfindən sındırıldığını aşkar etmişdir. Avtomobilinin içərisindən pulqabı, həmin pulqabının içərisində özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, avtomobilin texniki pasportu, içərisində pul olmayan 05 ədəd plastik bank kartları, 50 ml. həcmində 4-5 ay əvvəl 450 manata aldığı “Vidian London” adlı ətir, 100 ml. həcmində 1-2 ay əvvəl 180 manata aldığı “Afnan tribute blue” adlı ətir, 100 ml. həcmində 1-2 ay əvvəl 170 manata aldığı “Chopart” adlı ətir, avtomobilin arxa oturacağında qarşıdan gələn 8 mart bayramı münasibəti ilə 400 manata aldığı 7 ədəd qadın üçün nəzərdə tutulmuş müxtəlif markalı ətirlər, özünə məxsus 200 manat dəyərində olan “Prada” markalı gödəkçə, 80 manat dəyərində qolsuz gödəkçə, 01 ədəd 0,7 litr həcmində 75 manat dəyərində “Macallan” adlı viski oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1.555 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı heç bir şəxsdən şübhələnmir. Bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Yenidən avtomobilinə ətraflı baxış keçirdikdə özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində heç bir məbləğdə pul olmayan 05 ədəd plastik bank kartlarının olduğu pul qabını sürücü oturacağının altından aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1555 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istinatqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində oğlu üçün 450 manata aldığı, Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanında binanın 4-cü mərtəbəsində trosla bağladıqları qara və yaşıl rəngli “Adidas” markalı velosipedin yerində olmadığını aşkar etmişlər. Buna görə də DİN-nin 102 xidmətinə müraciət etmişlər. O, həmin velesipedin 01 mart 2024-cü il tarixdə saat 19 radələrində yerində olmasını görmüşdür. Lakin 02 mart 2024-cü il tarixdə isə velosipedin yerində olmadığını aşkar etmişdir. Həmin velosipedi oğurlanmamışdan bir neçə gün əvvəl, 450 manata mağazadan təzə vəziyyətdə almışdır. Təhqiqat araşdırması zamanı həmin velosipedi oğurlayan şəxs Nizami RPİ-nin 24-cü PŞnin əməkdaşları tərəfindən tapılmış və həmin velosiped həmin şəxsin evindən aşkar edilmişdir. Həmin velosiped saxlanması üçün ona qayatarılmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, yaşadıqları binanın girişinin 4-cü mərtəbəsindən oğurlanmış, sonradan polis əməkdaşları tərəfindən ona qaytarılmış, qara və yaşıl rəngli “Adidas” markalı velosipedi 10-15 gün əvvəl tanımadıqları bir nəfərə 300 manata satmışlar. Həmin pulun üzərinə 200 manat da qoyub əvəzində oğluna yenisini almışdır. Həmin velosipedi 450 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, idarə etdiyi «Opel Astra» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 6-7 aydır «Bolt» şirkətində taksi fəaliyyəti göstərir. xx.xx.2024-cü il tarixdə təxminən saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə Babək prospektinin kəsişməsində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun kənarında hər iki çiynində asılmış çanta olan bir nəfər şəxs avtomobili saxlamağı üçün əl işarəsi etmişdir. Həmin şəxsin işarəsi ilə avtomaşını saxladıqda həmin şəxs onu Heydər Əliyev mərkəzinin yanına hansı məbləğə apara biləcəyini soruşmuşdur. O, həmin şəxsdən gediş haqqı olaraq 5 manat alacağını demişdir. Həmin şəxs onunla razılaşıb çiynindən asılmış çantalar ilə birlikdə avtomobilə əyləşmişdir. Həmin şəxsin sifarişi ilə ilk öncə Heydər Əliyev mərkəzinin yanına getmişlər. Ünvana çatdıqda sərnişin fikrini dəyişib Xətai rayonu, Babək prospektində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığına getmələrini xahiş etmişdir. O, həmin şəxsə əlavə işlərinin olduğunu, əlavə olaraq 5 manat da gediş haqqı ödəniş edəcəyini dedikdə onunla razılaşmışdır. O, həmin şəxsi qeyd olunan ünvana aparıb mənzil başına çatdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən “Ramiz” adlı market ona məxsusdur. Həmin mağazanın bir hissəsində ərzaq məhsullarının satışını həyata keçirir. Mağazanın bir hissəsində isə dönər satır. 2023-cü ildən Zərərçəkmiş şəxs1 həmin mağazanın içərisində “Kassam.az” ödəniş terminalı quraşdırmışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində marketi bağlayaraq yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı mənzildən marketə baxan zaman marketin dönər satılan hissəsində olan balaca plastik pəncərənin üzərində olan sellofan üzlüyün sökülü vəziyyətdə olduğunu görmüşdür. Dərhal yaşadığı mənzili tərk edib marketə gəlmişdir. Qapını açıb marketə daxil olduqda marketin dönər satılan hissəsi ilə ərzaq mallarının satışının həyata keçirildiyi həssəsinin arasında olan taxta qapının sındırıldığını, dönər satılan hissədə olan plastik pəncərənin açıq olduğunu aşkar etmişdir. Sonradan marketin kənar hissəsində quraşdırılmış “Kassam.az” ödəniş terminalının yerdə olduğunu və sındırıldığını görmüşdür. Sonra mağazada olan kassa aparatına baxış keçirdikdə orada olan, əsasən bir manatlıq əskinazlardan ibarət 20 manat nağd pulun da oğurlandığını müəyyən etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 zəng vuraraq mağazada oğurluq olduğunu və ona məxsus “Kassam.az” ödəniş terminalının sındırıldığını bildirmişdir. Xəyal həmin terminalın içərisində 680 manat pul olduğunu demişdir. Məhkəmə istinatqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində qeyd olunan cinayət işi üzrə ilk üç epizod üzrə əməlləri Təqsirləndirilən şəxs ilə birgə törətdiklərini bildirmişdir. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi barədə protokollara əsasən oğurluq hadisələrinin baş verdiyi yerlərdə quraşdırılmış nəzarət müşahidə kameralarının video görüntüləri əks olunmuş 2 ədəd DVD Diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin iki şəxsin birinin özü, digərinin isə Şahid1 olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə AR-sı Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə cəzadan azad olunmuşdur. AR-sı CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)- 90/2024 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən Nigar Galandarovanın adına verilmiş 4724 9414 2802 5367 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 4169 7385 5692 9119 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 5490 2633 6216 7868 nömrəli, "xxxx" ASC tərəfindən Vüsal Galandarovun adına verilmiş 4169 7332 1428 0922 nömrəli, "xxxx" ASC tərəfindən Nargiz Qasımovanın adına verilmiş 4169 7377 0860 9199 nömrəli bank kartlarının, «Xalq Sığorta» tərəfindən verilmiş üzərində Zərərçəkmiş şəxs4 ilyar sözləri yazılmış, «Umico» tərəfindən verilmiş üzərində **********9 nömrəsi yazılmış plastik kartların, bir ədəd qara rəngli plastik materialdan olan, üzərində «Trodat Printiy 4924» yazısı olan, «Qara Aydın MMC»-yə məxsus möhürün, bir ədəd üzərində «Kirke» adlı otaq parfümün, bir ədəd içərisində açıq yaşıl rəngli ətir olan mavi rəngli qutunun, bir ədəd içərisində ətir olan sarı rəngli qutu və bir ədəd qara rəngli, üzərində yaşıl və sarı rənglərlə «Adidas» yazısı və hər iki təkərinin üzərində sarı və tünd yaşıl rənglər olan velosipedin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş oğurluq hadisələrinin baş verdiyi yerlərdə quraşdırılmış nəzarət müşahidə kameralarının video görüntüləri əks olunmuş 2 ədəd DVD disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 15 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən Nigar Galandarovanın adına verilmiş 4724 9414 2802 5367 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 4169 7385 5692 9119 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 5490 2633 6216 7868 nömrəli, "xxxx" ASC tərəfindən Vüsal Galandarovun adına verilmiş 4169 7332 1428 0922 nömrəli, "xxxx" ASC tərəfindən Nargiz Qasımovanın adına verilmiş 4169 7377 0860 9199 nömrəli bank kartlarının, «Xalq Sığorta» tərəfindən verilmiş üzərində Zərərçəkmiş şəxs4 ilyar sözləri yazılmış, «Umico» tərəfindən verilmiş üzərində **********9 nömrəsi yazılmış plastik kartların, bir ədəd qara rəngli plastik materialdan olan, üzərində «Trodat Printiy 4924» yazısı olan, «Qara Aydın MMC»-yə məxsus möhürün, bir ədəd üzərində «Kirke» adlı otaq parfümün, bir ədəd içərisində açıq yaşıl rəngli ətir olan mavi rəngli qutunun, bir ədəd içərisində ətir olan sarı rəngli qutu və bir ədəd qara rəngli, üzərində yaşıl və sarı rənglərlə «Adidas» yazısı və hər iki təkərinin üzərində sarı və tünd yaşıl rənglər olan velosipedin məhkəmənin qanuni qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Nəzarət müşahidə kameralarının video görüntülərinin əks olunduğu 2 ədəd DVD disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-432/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-432/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver