Məhkəmə qərarları › İş №1(007)-434/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-434/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-434/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Tərcüməçi: X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndində yaşamış, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Balaxanı qəsəbəsində fərdi evdə yaşamış və hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 31 may 2022-ci il tarixdə saat 20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində hərəkətdə olan 57 saylı marşrut üzrə hərəkət edən avtobusa sərnişin qismində daxil olub əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 həmin vaxt avtobusa sərnişin qismində daxıl olmuş Zərərçəkmiş şəxs3 qızına yaxınlaşıb sonuncunu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratdıqdan sonra o, Zərərçəkmiş şəxs3 əlində olan çantasından içərisində 500 manat nağd pul vəsaiti olan 10 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 510 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanında yerləşən «Ağ çiçəyim» mağazasının qarşısından olan zaman həmin yol ilə üzü «Xalqlar Dostluğu» metrostansiyası istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs5 arxasınca hərəkət edib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin onların cinayət əməlini görə biləcəyi təqdirdə dərhal xəbər verib hadisə yerindən uzaqlaşmaları məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafda olan şəxsləri müşahidə etmiş, o isə Zərərçəkmiş şəxs5 əlində olan çantasından içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və 713 manat nağd pul vəsaiti olan 20 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs5 743 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 13 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31A ünvanında 191 saylı marşrut üzrə hərəkət edən avtobusa sərnişin qismində daxil olub əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 həmin vaxt avtobusa sərnişin qismində daxil olmuş Zərərçəkmiş şəxs4 yaxınlaşıb sonuncunu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratdıqdan sonra o, Zərərçəkmiş şəxs4 əlində olan çantadan içərisində 200 manat nağd pul vəsaiti, hər biri 10 manat dəyərində olan Zərərçəkmiş şəxs4 və sonuncunun azyaşlı övladları X5, X6 və həyat yoldaşı X3 məxsus 04 ədəd şəxsiyyət vəsiqəsi olan 20 manat eləyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını cibindən çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 01 avqust 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanda yerləşən «Koroğlu» metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında dayanmış Zərərçəkmiş şəxs6 yaxınlaşıb əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs6 ünvan soruşmaqla sonuncunun dəqqətini yayındırdıqdan sonra o, Zərərçəkmiş şəxs6 əynində olan şalvarın cibindən 01 ədəd 450 manat dəyərində, hər birinin dəyəri 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** GSM nömrələri ilə işləyən «Redmi» markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 460 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə 15 oktyabr 2022-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən «Koroğlu» metrostansiyasının qarşısında 173 saylı marşrut üzrə hərəkətdə olan avtobusda sərnişin qismində olan zaman sərnişinlərin sıxlığından istifadə edərək digər sərnişin Zərərçəkmiş şəxs8 əl çantasından içərisində bir ədəd 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, bir ədəd nəqliyyat kartı, bir ədəd «Kapital Bank» tərəfindən verilmiş 4169 7388 7854 3952 nömrəli «Bir Kart» plastik bank kartı, 830 manat nağd pul və hazırki dövrün rəsmi məzənnəsi ilə 5,10 manat təşkil edən 3 ABŞ dolları məbləğində nağd pul vəsaiti olan 5 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs8 850,10 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 31 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanda yerləşən «Praqa» restoranının qarşısındakı avtobus dayanacağında olan zaman insanların çox olmasından istifadə edərək əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 həmin vaxt 15 saylı marşrut üzrə hərəkət edən avtobusa minmək istəyən sərnişin Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratdıqdan sonra o, Zərərçəkmiş şəxs2 çiynindən asdığı əl çantasından içərisində 360 manat nağd pul, bir ədəd «Kapital Bank» tərəfindən verilmiş «Bir Kart» plastik bank kartı, 150 manat dəyərində «LG» markalı mobil telefon olan 5 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 515 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını cibindən çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 noyabr 2022-ci il tarixdə saat 15 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən «Koroğlu» metrostansiyasının yaxınlığında 171 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişin qismində olan zaman digər sərnişin Zərərçəkmiş şəxs7 avtobusdan düşmək istəyərkən əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratdıqdan sonra o, Zərərçəkmiş şəxs7 əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən içərisində 920 manat nağd pul olan 2 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs7 922 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını çantasından çıxarmaqla gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 24 noyabr 2022-ci il tarixdə saat 19 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən «Koroğlu» metrostansiyasının qarşısında avtobus dayanacağında olan zaman insanların çox olmasından istifadə edərək əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 həmin vaxt 160 saylı marşrut üzrə hərəkət edən avtobusa minmək istəyən sərnişin Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncunu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratdıqdan sonra o, Zərərçəkmiş şəxs1 əl çantasından içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, «Unibank» tərəfindən verilmiş bir ədəd «Albalı» və bir ədəddebet kartları, müxtəlif mağazaların bonus kartları və 525 (beş yüz iyirmi beş) manat nağd pul vəsaiti olan 01 ədəd 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 535 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cibgirlik etmək məqsədilə sərnişinlərin sıx olduğu 57 saylı marşrut üzrə hərəkət edən avtobusa minmişlər. Həmin avtobusda cibgirlik etməyə uyğun vaxt gözləmişlər. Avtobusda olarkən saat 20 radələrində bir qadın avtobusa daxil olub ödəniş edərkən onun çantasında pulqabı olduğunu görmüşdür. Qadının çantası açıq olmuş, yəni zəncirbəndlə bağlanmamışdır. O, bununla bağlı Rüfətə işarə vermişdir. Rüfət də nə etməli olduğunu anladığı barədə ona işarə vermişdir. Təqribən 10 dəqiqədən sonra həmin qadın metronun “Neftçilər” stansiyasının yaxınlığında, “Dakar” meydanı adlanan yerdə olan körpüyə çatmamış yerləşən dayanacaqda düşməyə çalışarkən Rüfət və o, öz planlarına uyğun davranmağa başlamışlar. Belə ki, Rüfət həmin qadına yaxın durub onu sıxışdırmağa başlamış və ona oğurluq etmək üçün uyğun zəmin yaratmışdır. Bu zaman o, əlini qadının çantasına salıb çantada olan həmin pulqabını götürmüşdür. Bundan sonra Rüfətlə birlikdə avtobusdan düşərək oradan uzaqlaşmışlar. Bir qədər həmin ərazidən aralandıqdan sonra Rüfətlə birlikdə həmin pulqabını açmış və içərisindən aşkar etdikləri 500 manat pulu öz aralarında bölmüşlər. Pulqabının içərisində olan şəxsiyyət vəsiqəsini isə binalardan birinin yanına qoymuşlar ki, tapan olsa aparıb sahibinə təhvil versin. Bundan başqa, 04 iyul 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə günorta saatlarında Nizami rayonu metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül dükanının yaxınlığında dayanan zaman yaxınlıqlarında duran üç nəfər xanımın görüşməsini və onlardan orta yaşlı bir qadının əlindəki çəhrayı rəngli pul kisəsini açaraq'digər xanıma pul verdiyini görmüşdür. Qadın öz pul kisəsini tam olaraq çantasına qoymamış və həmin pul kisəsinin bir hissəsi çantadan kənara çıxmışdır. Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılığa əsasən ətrafdakı şəxsləri müşahidə edərək digər şəxslərin onların etdikləri oğurluq cinayətini görəcəkləri təqdirdə ona xəbər vermək üçün kənardan izləməyə başlamışdır. O isə, həmin zaman qadınlara tərəf yaxınlaşmağa başlamışdır. Həmin xanım öz pul kisəsini əl çantasına qoyaraq digər iki xanımla birgə metronun «Xalqlar Dostluğu» stansiyasına tərəf getməyə başlamışlar. Mən qadınların arxa tərəfindən keçərək həmin pul kisəsini çantadan oğurlayaraq götürmüş və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 713 manat nağd pul, müxtəlif bankların kartları və xanımın şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. Pul kisəsində olan 713 manat pulu götürərək cibinə qoymuş, içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan həmin pul kisəsini isə zibil qutusuna atmışdır. Bundan başqa, 13 iyul 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə səhər saatlarında cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu 191 saylı marşrut üzrə hərəkət edən avtobusa minmişlər. Sərnişinlər sıx olduğundan imkan yaranan kimi saat təxminən 11:30 radələrində avtobus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31A ünvanında yerləşən avtobus dayanacağına çatdıqda Rüfət əvvəlcədən aralarında olan razılığa əsasən həmin avtobusa daxil olmuş qadına yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmış, o isə, həmin avtobusda olan qadın sərnişinin əl çantasının içərisində olan pul qabını oğurlayaraq götürmüş və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə avtobusdan düşüb oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 200 manat nağd pul, xanıma və övladlarına məxsus 4 ədəd şəxsiyyət vəsiqələri olduğunu görmüşdür. Pul kisəsində olan 200 manat pulu götürərək cibinə qoymuş, içərisində şəxsiyyət vəsiqələri olan həmin pul kisəsini isə hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan başqa, 01 avqust 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə saat 16 radələrində cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, metronun «Koroğlu» stansiyasının yaxınlığındakı avtobus dayanacağına gəlmişlər. Dayanacaqda, sərnişinlərin sıx olduğu yerdə dayanıb taksi gözləyən 25-30 yaşlarında olan cavan oğlanın cibində pul və ya mobil telefon olduğunu fikirləşib oğlanın cibindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılığa əsasən oğlana yaxınlaşıb ünvan soruşmaqla dəqqətini yayındırmışdır. O isə, fürsətdən istifadə edib oğlanın şalvarının cibində olan «Redmi» markalı mobil telefonu çıxararaq oğurlayıb cibinə qoymuş və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin telefona zəng gəlmişdir. O, telefona cavab verməmişdir. Bir qədər getdikdən sonra telefonun izlənə biləcəyindən qorxub həmin telefonu hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan başqa, 15 oktyabr 2022-ci il tarixdə saat 17:20 radələrində cibgirlik etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında, metronun «Koroğlu» stansiyasının qarşısında, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağında sərnişinlərin sıx. olduğu 173 saylı marşrut üzrə hərəkət edən avtobusların dayandığı yerə gəlmişdir. Dayanacaqda azyaşlı uşaqları ilə birlikdə dayanıb avtobus gözləyən təxminən 25-30 yaşlarında bir qadının əl çantasının açıq olduğunu görüb çantadan oğurluq etmək qərarına gəlmişdir. Saat təxminən 11:30 radələrində avtobus gəldikdə sərnişinlər sıx olduğundan qadın avtobusa minmək istəyərkən imkan yaranan kimi qadının əl çantasının içərisində olan pul qabını oğurlayaraq götürmüş və cibinə qoymuşdur. Avtobus dayanacağından bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 830 manat və 3 ABŞ dolları nağd pul, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd nəqliyyat kartı və bir ədəd «Kapital Bank» tərəfindən verilmiş «Bir Kart» plastik bank kartı olduğunu görmüşdür. Pul kisəsində olan 830 manat və 3 ABŞ dolları pulu götürərək cibinə qoymuş, içərisində şəxsiyyət vəsiqəsi və kartlar olan həmin pul kisəsini isə yolun kənarına atmışdır. Bundan başqa, 31 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Praqa» restoranının qarşısındakı üzü metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində avtobus dayanacağına gəlmişlər. Dayanacaqda dayanıb avtobus gözləyən təxminən 30-35 yaşlarında bir qadının əl çantasını çiynindən asdığını görüb çantadan oğurluq etmək qərarına gəlmişlər. Rüfət əvvəlcədən aralarında olan razılığa əsasən üzü metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində 15 saylı marşrut üzrə hərəkət edən «DAEWOO» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa minmək istəyən qadın sərnişinə yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmış, o isə, sərnişinlər sıx olduğundan qadın avtobusa minmək istəyərkən imkan yaranan kimi qadının əl çantasının içərisində olan pul qabını oğurlayaraq götürmüş və cibinə qoymuşdur. Təqsirləndirilən şəxs2 ilə birlikdə avtobus dayanacağından bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 360 manat nağd pul, bir ədəd «Kapital Bank» tərəfindən verilmiş «Bir Kart» plastik bank kartı və köhnə «LG» markalı mobil telefon olduğunu görmüşlər. Pul kisəsində olan 360 manat pulu götürərək cibinə qoymuş, içərisində köhnə mobil telefon və bank kartı olan həmin pul kisəsini isə yolun kənarına atmışdır. Bundan başqa, 07 noyabr 2022-ci il tarixdə saat 15 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə cibgirlik etmək məqsədilə sərnişinlərin sıx olduğu 171 saylı marşrut üzrə hərəkət edən -avtobusa minmişlər. Həmin avtobusda cibgirlik etməyə uyğun vaxt gözləmişlər. Avtobusda olarkən bir qadın avtobusa daxil olub ödəniş edərkən pulqabını əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibinə qoyduğunu görmüş və həmin pulqabını oğurlamaq qərarına gəlmişdir. O, bununla bağlı Rüfətə işarə vermişdir. Rüfət də nə etməli olduğunu anladığı barədə ona işarə vermişdir. Bir neçə dəqiqədən sonra həmin qadın metronun «Koroğlu» stansiyasının yaxınlığında, «Alov Park»ın qarşısındakı avtobus dayanacağına çatdıqda düşməyə çalışarkən Rüfət və o, öz planlarına uyğun davranmağa başlamışlar. Belə ki, Rüfət həmin qadına yaxın durub onu sıxışdırmağa başlamış və ona oğurluq etmək üçün uyğun zəmin yaratmışdır. Bu zaman o, əlini qadının gödəkçəsinin sol yan cibinə salıb orada olan həmin pulqabını götürmüşdür. Bundan sonra Rüfətlə birlikdə avtobusdan düşərək oradan uzaqlaşmışlar. Bir qədər həmin ərazidən aralandıqdan sonra Rüfətlə birlikdə.həmin pulqabını açmış və içərisindən aşkar etdikləri 920 manat pulu öz aralarında bölmüşlər. Pulqabını isə yolun kənarına atmışdır. Bundan başqa, 24 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə cibgirlik etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən, metronun «Koroğlu» stansiyasının qarşısında olan, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağına gəlmişlər. Sərnişinlərin sıx olduğu 160 saylı marşrut avtobusunun dayanacağında dayanmışlar. Həmin dayanacaqda olan, əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 görmüşdür. Rüfət əvvəlcədən aralarında olan razılığa əsasən avtobusa daxil olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmışdır. Xəyalə 160 saylı avtobusa minərkən sərnişinlərin sıx olmasından istifadə edib onun əl çantasının içərisində olan qırmızı rəngli pul kisəsini çıxarıb əynində olan gödəkçənin cibinə qoymuşdur. Bir qədər kənara çəkildikdən sonra pul kisəsini açıb içərisinə baxmışdır. Pul kisəsinin içərisində 525 manat nağd pul, müxtəlif bank kartları və digər əşyalar olduğunu görmüşdür. Pul kisəsində olan 525 manat nağd pulu götürdükdən sonra pul kisəsini içərisində olan əşyalarla birlikdə «Alov Parkı»nın yaxınlığında hazırda xatırlamadığı yerə atmışdır. Əldə etdiyi 525 manat pulu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək öz ehtiyaclarına xərcləmişlər. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədilə sərnişinlərin sıx olduğu 57 saylı marşrut üzrə hərəkət edən avtobusa minmişlər. Həmin avtobusda cibgirlik etməyə uyğun vaxt gözləmişlər. Avtobusda olarkən saat 20 radələrində Rəşid ona avtobusa daxil olan bir qadının əl çantasından oğurluq etmək istədiyi barədə işarə vermişdir. O da, nə etməli olduğunu anladığı barədə Rəşidə işarə vermişdir. Təqribən 10 dəqiqədən sonra həmin qadın metronun “Neftçilər” stansiyasının yaxınlığında, “Dakar” meydanı adlanan yerdə olan körpüyə çatmamış yerləşən dayanacaqda düşməyə çalışarkən o və Rəşid öz planlarına uyğun davranmağa başlamışlar. Belə ki, o, həmin qadına yaxın durub onu sıxışdırmağa başlamış və Rəşidə oğurluq etmək üçün uyğun zəmin yaratmışdır. Bu zaman Rəşid əlini qadının çantasına salıb çantada olan pulqabını götürmüşdür. Bundan sonra Rəşidlə birlikdə avtobusdan düşərək oradan uzaqlaşmışlar. Bir qədər həmin ərazidən aralandıqdan sonra Rəşidlə birlikdə həmin pulqabını açmış və içərisindən aşkar etdikləri 500 manat pulu öz aralarında bölmüşlər. Pulqabının içərisində olan şəxsiyyət vəsiqəsini isə binalardan birinin yanına qoymuşlar ki, tapan olsa aparıb sahibinə təhvil versin. Bundan başqa, 04 iyul 2022-ci il tarixdə günorta saatlarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Nizami rayonu metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül dükanının yaxınlığında dayanan zaman yaxınlıqlarında duran üç nəfər xanımın görüşməsini və onlardan orta yaşlı bir qadının əlindəki çəhrayı rəngli pul kisəsini açaraq digər xanıma pul verdiyini görmüşlər. Qadın öz pul kisəsini tam olaraq çantasına qoymamış və həmin pul kisəsinin bir hissəsi çantadan kənara çıxmışdır. Rəşid həmin zaman qadınlara tərəf yaxınlaşmağa başlamışdır. Həmin xanım öz pul kisəsini əl çantasına qoyaraq digər iki xanımla birgə metronun «Xalqlar Dostluğu» stansiyasına tərəf getməyə başlamışlar. Rəşid qadınların arxa tərəfindən keçərək qadınlara yaxınlaşmışdır. O, əvvəlcədən aralarında olan razılığa əsasən ətrafdakı şəxsləri müşahidə edərək digər şəxslərin onların etdikləri oğurluq cinayətini görəcəkləri təqdirdə xəbər vermək üçün kənardan izləmişdir. Rəşid isə həmin pul kisəsini çantadan oğurlayaraq götürmüş və birlikdə oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 713 manat nağd pul, müxtəlif bankların kartları və xanımın şəxsiyyət vəsiqəsi olduğunu görmüşlər. Rəşid pul kisəsində olan 713 manat pulu götürərək cibinə qoymuş, içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan həmin pul kisəsini isə zibil qutusuna atmışdır. Sonradan əldə etdikləri 713 manat pulu öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 13 iyul 2022-ci il tarixdə səhər saatlarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu 191 saylı marşrut üzrə hərəkət edən avtobusa minmişlər. Sərnişinlər sıx olduğundan imkan yaranan kimi saat təxminən 11:30 radələrində avtobus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 A. ünvanında yerləşən avtobus dayanacağına çatdıqda o, əvvəlcədən aralarında olan razılığa əsasən həmin avtobusa sərnişin qismində daxil olmuş qadına yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmışdır. Rəşid isə həmin qadın sərnişinin əl çantasının içərisində olan pul qabını oğurlayaraq götürmüş və birlikdə avtobusdan düşüb oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 200 manat nağd pul, xanıma və övladlarına məxsus 4 ədəd şəxsiyyət vəsiqələri olduğunu görmüşlər. Rəşid pul kisəsində olan 200 manat pulu götürərək cibinə qoymuş, içərisində şəxsiyyət vəsiqələri olan həmin pul kisəsini isə hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Sonradan əldə etdikləri 200 manat pulu öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 01 avqust 2022-ci il tarixdə saat 16 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, metronun «Koroğlu» stansiyasının yaxınlığındakı avtobus dayanacağına gəlmişlər. Dayanacaqda, sərnişinlərin sıx olduğu yerdə dayanıb taksi gözləyən 25-30 yaşlarında olan cavan oğlanın cibində pul və ya mobil telefon olduğunu fikirləşib onun cibindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, əvvəlcədən aralarında olan razılığa əsasən oğlana yaxınlaşıb ünvan soruşmaqla dəqqətini yayındırmışdır. Rəşid isə fürsətdən istifadə edib oğlanın şalvarının cibində olan «Redmi» markalı mobil telefonu çıxararaq oğurlayıb cibinə qoymuş və birlikdə oradan uzaqlaşmışlar. Bir qədər aralandıqdan sonra həmin telefona zəng gəlmişdir. Rəşid telefona cavab verməmişdir. Bir qədər getdikdən sonra Rəşid telefonun izlənə biləcəyindən qorxub həmin telefonu hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan başqa, 31 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədi ilə sərnişinlərin sıx olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Praqa» restoranının qarşısındakı üzü metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində olan avtobus dayanacağına gəlmişlər. Dayanacaqda dayanıb avtobus gözləyən təxminən 30-35 yaşlarında bir qadının əl çantasını çiynindən asdığını görüb çantadan oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcədən aralarında olan razılığa əsasən o, üzü metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində 15 saylı marşrut üzrə hərəkət edən «DAEWOO» markalı avtobusa minmək istəyən həmin qadına yaxınlaşıb onu sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmışdır. Rəşid isə qadının əl çantasının içərisində olan pul qabını oğurlayaraq götürmüş və cibinə qoymuşdur. Təqsirləndirilən şəxs1 ilə birlikdə avtobus dayanacağından bir qədər aralandıqdan sonra həmin pul kisəsini yoxlayan zaman içərisində 360 manat nağd pul, bir ədəd «Kapital Bank» tərəfindən verilmiş «Bir Kart» plastik bank kartı və köhnə «LG» markalı mobil telefon olduğunu görmüşlər. Rəşid pul kisəsində olan 360 manat pulu götürərək cibinə qoymuş, içərisində köhnə mobil telefon və bank kartı olan həmin pul kisəsini isə yolun kənarına atmışdır. Sonradan əldə etdikləri 360 manat pulu öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 07 noyabr 2022-ci il tarixdə saat 15 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədilə sərnişinlərin sıx olduğu 171 saylı marşrut üzrə hərəkət edən avtobusa minmişlər. Həmin avtobusda cibgirlik etməyə uyğun vaxt gözləmişlər. Avtobusda olarkən Rəşid ona avtobusa daxil olan bir qadının pulqabısını oğurlamaq istədiyi barədə işarə vermişdir. O da, nə etməli olduğunu anladığı barədə Rəşidə işarə vermişdir. Bir neçə dəqiqədən sonra həmin qadın metronun «Koroğlu» stansiyasının yaxınlığında, «Alov» parkın qarşısındakı avtobus dayanacağına çatdıqda düşməyə çalışarkən o və Rəşid öz planlarına uyğun davranmağa başlamışlar. Belə ki, o, həmin qadına yaxın durub sıxışdırmağa başlamış və Rəşidə oğurluq etmək üçün uyğun zəmin yaratmışdır. Bu zaman Rəşid əlini qadının əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibinə salaraq pulqabını götürmüşdür. Bundan sonra Rəşidlə birlikdə avtobusdan düşərək oradan uzaqlaşmışlar. Bir qədər həmin ərazidən aralandıqdan sonra Rəşidlə birlikdə həmin pulqabını açmış və içərisindən aşkar etdikləri 920 manat pulu öz aralarında bölmüşlər. Pulqabını isə Rəşid yolun kənarına atmışdır. Bundan başqa, 24 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə cibgirlik etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən, metronun «Koroğlu» stansiyasının qarşısında olan, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağına gəlmişlər. Sərnişinlərin sıx olduğu 160 saylı marşrut avtobusunun dayanacağında dayanmışlar. Həmin dayanacaqda olan, əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 görmüşlər. Xəyalə 160 saylı avtobusa minərkən o, əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs1 yaxınlaşıb sıxışdıraraq oğurluq üçün əlverişli şərait yaratmışdır. Rəşid isə sərnişinlərin sıx olmasından istifadə edib qadının əl çantasının içərisində olan qırmızı rəngli pul kisəsini çıxarıb əynində olan gödəkçənin cibinə qoymuşdur. Bir qədər kənara çəkildikdən sonra pul kisəsini açıb içərisinə baxmışlar. Pul kisəsinin içərisində 525 manat nağd pul, müxtəlif bank kartları və digər əşyalar olduğunu görmüşlər. Pul kisəsində olan 525 manat nağd pulu götürdükdən sonra Rəşid pul kisəsini içərisində olan əşyalarla birlikdə «Alov Parkı»nın yaxınlığında hazırda xatırlamadığı yerə atmışdır. Əldə etdikləri 525 manat pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək öz ehtiyaclarına xərcləmişlər. Həmçinin, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində metronun “Neftçilər” stansiyası yaxınlığına getmək üçün həmin istiqamətdə hərəkət edən 57 saylı avtobusa minmiş, avtobusda ödəniş etmişdir. Həmin vaxt içərisində 500 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabısı çantada olmuşdur. Avtobus təqribən 10 dəqiqə sonra metronun “Neftçilər” stansiyasının yaxınlığına çatmışdır. O, avtobusdan düşərkən iki nəfər tanımadığı şəxs yaxınlaşıb onu sıxaraq avtobusdan düşmüşlər. Bu zaman o, həmin şəxslərin nə etmək istədiyini anlamamış və avtobusdan düşərək yoluna davam etmişdir. Həmin ərazidə yerləşən “MC Donalds” adlı restoranın yaxınlığında olarkən çantasına baxan zaman içərisində 500 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsi olan pulqabının olmadığını müəyyən etmişdir. Bu zaman ona qarşı oğurluq edildiyini anlamış və bu barədə polisə məlumat vermişdir. Lakin cinayətin məhz bu şəxslər tərəfindən törədildiyindən əmin olmadığını qeyd edərək, hadisəsi nəticəsində ona ümumilikdə 510 manat maddi ziyan dəydiyini bildirmiş, hal-hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilmədiyini vurğulamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 etibarnamə üzrə nümayəndəsi X10 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvandan çıxıb metronun «Xalqlar Dostluğu» stansiyası, “Ağ çiçəyim” gül dükanın yaxınlığında mağazadan özünə paltar alan zaman satıcı qadına pul kisəsindən 10 manat pul vermişdir. Həmin qadın ona bir manat pul qaytarmış, o, həmin pulu çəhrayı rəngli pul kisəsinə qoymuşdur. Daha sonra o piyada evə getmişdir. Yaşadığı ünvana çatdıqda əl çantasında olan çəhrayı rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Həmin pul kisəsində yoldaşına məxsus maaş kartı, şəxsiyyət vəsiqəsi və 713 manat nağd pul olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 743 manat maddi ziyan dəymişdir. Hal-hazırda yoldaşına dəymiş zərərin ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 01 avqust 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, metronun «Koroğlu» stansiyasından çıxıb taksi gözləyən zaman ona məxsus olan, dəyəri 450 manat təşkil edən «Redmi» markalı mobil telefonunun naməlum şəraitdə yoxa çıxdığını aşkar etmişdir. 03 avqust 2022-ci il tarixdə hadisə ilə bağlı Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müracət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 460 manat maddi ziyan dəymişdir. Cinayət əməlinin məhz bu şəxslər tərəfindən törədilməsinə əmin olmasa da təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, X8 onun bacısıdır. xx.xx.2022-ci il tarixdə yaxın qohumlarının toyu ilə əlaqədar Bakı şəhərinə qonaq gəlmişlər. O, toyda iştirak edib növbəti gün isə Astara rayonuna getmək istəmişdir. Lakin bacısı Elnarəyə 900 manat borcu olduğundan bir gün yubunmaq qərarına gəlmişdir. Həmin borcu bacısı Elnarəyə verib Astaraya getmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bacısı X12 ilə Bakı şəhər, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Alov” parkın yanında görüşmək üçün Sabunçu rayonu, Sabunçu keçidində avtobus dayanacağından 171 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxt marşrut avtobusunda sıxlıq olmuşdur. Bir qədər sonra marşrut avtobusu Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Alov” parkın yanında dayanacağa çatmışdır. O, avtobusdan düşmüş və yol pulunu vermək üçün əlini əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibinə saldıqda pul kisəsini tapa bilməmişdir. Bu zaman o, içərisində 920 manat olan pul kisəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdir. Pul kisəsinin dəyəri 2 manat olduğundan ona hadisə nəticəsində ümumilikdə 922 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş, məhkəmədən onların cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat 17:20 radələrində azyaşlı uşaqları ilə bərabər 184 saylı marşrut avtobusuna minmişlər. O, çiynindən asdığı əl çantasının içərisində olan nəqliyyat kartı ilə ödəniş etmiş və həmin kartı yenidən əl çantasına qoymuşdur. Avtobusda heç bir sıxlıq olmadığından övladları ilə birlikdə oturacaqda əyləşmişlər. Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyası, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağında avtobusdan düşmüşlər. Bundan sonra yaşadıqları Pirşağı kəndinə getmək üçün həmin dayanacaqda 173 saylı marşrut avtobusuna minmişlər. Avtobusda sərnişinlərin sıxlığı olmuşdur. O, övladları ilə birlikdə boş oturacaqlardan birində əyləşmişlər. Avtobus hərəkətə başladıqdan təxminən 2 dəqiqə keçmiş, yəni avtobus 5 saylı «Asan Xidmət»in qarşısından keçən zaman əl çantasına baxdıqda çantasında olan, içərisində 830 manat pul, 3 ABŞ dolları, özünə məxsus şəxsiyyət vəsiqəsi, «Kapital Bank» tərəfindən verilmiş, hesabında heç bir məbləğdə pul olmayan 4169 7388 7854 3952 nömrəli bir ədəd «Bir kart» bank kartı və bir ədəd nəqliyyat kartı olan pul kisəsinin çantasında olmadığını aşkar etmişdir. Konkret olaraq şübhələndiyi şəxs yoxdur. Ona ümumilikdə 851 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş, məhkəmədən onların cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Əliman qızı məhkəməyə teleqram ilə müraciət edərək istintaq dövründə verilən ifadəni təsdiq etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 19:10 radələrində azyaşlı qızı ilə bərabər Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyası, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağında ** JK *** dövlət qeydiyyat nişanlı üzərində BNA 01145 rəqəmləri olan 160 saylı marşrut avtobusuna minmişlər. Avtobusda sərnişinlərin sıxlığı olmuşdur. O, avtobusa mindikdən sonra ön sırada olan oturacaqlardan birində əyləşmiş, əl çantasını dizinin üzərinə qoyub açaraq nəqliyyat kartını çantasına qoymaq istəyərkən çantasına qoyduğu, içərisində 525 manat nağd pul, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, «Unibank» tərəfindən verilmiş bir ədəd «Albalı» və bir ədəd debet kartları, müxtəlif mağazaların bonus kartları olan balaca pul kisəsinin çantasında olmadığını aşkar etmişdir. Dərhal DİN-in «102» mərkəzi zəng xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Sonra isə Nizami RPİ-nin 23-cü PB-nə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ona məxsus çantadan oğurluq edildiyini 24 noyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyası, «Alov Parkı»nın yaxınlığındakı avtobus dayanacağında aşkar etmişdir. Qeyd olunan avtobusa minərkən nəqliyyat kartını çıxartdıqdan sonra pul kisəsini əl çantasının içərisinə qoyub çantanın ağzını bağlamışdır. Həmin zaman əşyalarının hamısı çantasının içərisində olmuşdur. O, avtobusda olan zaman sıxlıq olmuş, oturacağa əyləşdikdən sonra dayanacaqda olan əvvəllər tanımadığı bir şəxs avtobusun pəncərəsini döyərək kimisə çağırmışdır. Bu zaman onun yaxınlığında dayanmış, əvvəllər tanımadığı, təxminən 30-35 yaşlarında, qara qıvrım saçlı, əynində ağ rəngli nazik gödəkçə olan oğlan avtobusdan düşüb qaçaraq uzaqlaşmışdır. Buna görə də o, çantasından pul kisəsinin oğurlanmasında həmin iki şəxsdən şübhələnir. Çantasından pul kisəsinin oğurlanmasında şübhələndiyi həmin iki şəxsi gördükdə tanıya bilməz. Belə ki, onlardan biri aşağıda olmuşdur. Hava qaranlıq olduğundan onun üzünü görə bilməmişdir. Avtobusdan düşüb qaçan şəxsi də arxa tərəfdən görmüşdür. Qeyd etdiklərindən başqa çantasının içərisində digər hər hansı bir qiymətli əşya və ya sənədlər olmamışdır. Ona məxsus çantadan 525 manat nağd pul oğurlanmışdır. Kartlar ona bank və mazalarda pulsuz olaraq bonus kartı kimi verilmişdir. Alan zaman pul ödəməmişdir. Pul kisəsinin isə işlənməsini nəzərə alaraq dəyəri 10 manatdır. Çantasından oğurlanmış bank və bonus kartlarının hesabında pul olsa da həmin kartlar dərhal tərəfindən bloklandığından kartlara müdaxilə etmək mümkün olmamışdır. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 535 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə Mərdəkan qəsəbəsindən 136 saylı avtobusa minərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsində düşmüşdür. Bakıxanov qəsəbəsindən isə Nizami rayonu metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən aptekə getmək məqsədi ilə 191 saylı avtobusa minərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun «Qara Qarayev» stansiyasının yaxınlığına gəlmişdir. Avtobusdan düşdükdən sonra özünə məxsus əl çantasına baxan zaman çantaya əvvəlcədən qoymuş olduğu, 200 manat nağd pul, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin oğurlandığını aşkar etmişdir. Həmin zaman dərhal polisə məlumat vermişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi 13 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkət edən avtobusda baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 260 manat maddi ziyan dəymişdir. Onun əl çantasından 200 manat nağd pul, hər birini 10 manata əldə etdikləri şəxsiyyət vəsiqələri, bir ədəd 20 manat dəyərində boz rəngli pul qabı oğurlanmışdır. Əl çantasında olan şəxsiyyət vəsiqələri ona, Ayan Alkərəmovaya, Ayla Alkərəmovaya və Asim Alkərəmova məxsus olmuşdur. 13 iyul 2022-ci il tarixdə saat təqribən 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən avtobus dayanacağında çantasına baxan zaman həmin pul və şəxsiyyət vəsiqələrinin oğurlandığını aşkar etmişdir. Düşüncəsinə əsasən, böyük ehtimalla oğurluq hadisəsi avtobusda baş vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Praqa» restoranının qarşısındakı avtobus dayanacağında üzü metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində 15 saylı marşrut üzrə hərəkət edən «DAEWOO» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa əyləşmişdir. «Lotos» Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda avtobusda olan boş oturacağa əyləşərkən çiynindən asdığı çantanın açıq olduğunu görmüşdür. Çantaya baxış keçirərkən içərisində 360 manat nağd pul, bir ədəd «Kapital Bank» tərəfindən verilmiş özünə məxsus, içərisində heç bir məbləğdə pul olmayan, nömrəsini xatırlamadığı «Bir Kart» plastik bank kartı olan 5 manat dəyərində pul kisəsinin və təxminən 150-160 manat dəyərində «LG» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Dərhal DİN-in «102» mərkəzi zəng xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, sonra isə Nizami RPİ-nin 24-cü PŞ-nə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ona məxsus çantadan oğurluq edildiyini 31 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, «Lotos» Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda aşkar etmişdir. Qeyd olunan avtobusa minərkən mobil telefonunu əl çantasının içərisinə qoyub çantanın ağzını bağlamışdır. Həmin zaman əşyalarının hamısı çantasının içərisində olmuşdur. Avtobusda olan zaman sıxlıq olmuşdur. Çantasından oğurluğun törədilməsində onun arxa tərəfində dayanmış sərnişinlərdən şübhələnir. Qeyd etdiklərindən başqa çantasının içərisində digər hər hansı bir qiymətli əşya və ya sənədlər olmamışdır. Ona məxsus çantadan 360 manat nağd pul oğurlanmışdır. Oğurlanmış «LG» markalı mobil telefonu uzun müddət əvvəl almış, dəyəri 150 manat olmuşdur. Telefonu uzun müddət əvvəl aldığından İMEİ kodunu bilmir. Telefonun içərisində GSM mobil nömrə olmamışdır. Bank kartı isə bonus kartı olduğundan ona pulsuz verilmişdir. Pul kisəsinin dəyəri isə 5 manatdır. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 515 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Həmçinin cinayət əməlininin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5 -ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Ağayev X7 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində AR-sı Milli Məclisin xx.xx.2021-ci il tarixli 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə Qərar tətbiq edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR-sı CM-nin 177.2.1,177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində AR-sı Milli Məclisin xx.xx.2021-ci il tarixli 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə Qərar tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Həmçinin onun barəsində narkomaniyadan məcburi müalicə Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7–ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi müəyyən edilmişdir. Həmçinin Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 ARsı CM-nin 177.2.1,177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə ki, X9 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökm olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən CMnin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməli etiraf edib səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlar barəsində Binəqədi rayon məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərar ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus içərisində şəxsiyyət, sürücülük vəsiqəsi, 01 ədəd “Albalı”kart və 01 ədəd debet kartı, müxtəlif mağazalara məxsus bonus kartları olan qırmızı rəngli pul kisəsinin Zərərçəkmiş şəxs1 Segey qızına təhvil verilməsi nəzərə alınmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsi təqdim edilsə də, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməmiş, iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanı aradan qaldırmamışdır. Bu halda zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edildiyi vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edildiyi vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus içərisində şəxsiyyət, sürücülük vəsiqəsi, 01 ədəd “Albalı”kart və 01 ədəd debet kartı, müxtəlif mağazalara məxsus bonus kartları olan qırmızı rəngli pul kisəsinin Zərərçəkmiş şəxs1 Segey qızına təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 372 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 372 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar