Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-435/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Goranboy rayonunun Muzdurlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan, 08 may 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 10 dekabr 2024-cü il tarixdə, saat 14:25-də Bakı şəhəri Nizami rayonu, Şahid2 prospekti, 106 ünvanında yerləşən ictimai yer olan tikinti materiallarının satışı mağazasının qarşısında yüngül dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə Şahid2 mübahisə etdiyini görüb onları ayırdıqdan sonra, hec bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ qaşın bayır bucağının əzilmiş yarası xəsarətini yetirərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında fəhlə işləyib çörək pulu qazanır. O, 2024-cü ilin əvvəllərindən həmin bazarda fəhlə işləyən Zərərçəkmiş şəxs tanıyır və normal münasibəti vardır. 10 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ramal” ticarət mərkəzi ilə üzbəüz Qara Qarayev prospekti, 106 nömrəli ünvanda yerləşən tikinti materialları satışı mağazasının qarşısında durmuşdur. Həmin vaxtı görmüşdür ki, tikinti materialları satışı mağazasının qarşısında Zərərçəkmiş şəxs sərxoş halda bazarda fəhlə işləyən Qabil adlı şəxslə mübahisə edir, Zərərçəkmiş şəxs Qabil adlı şəxslə bir-birlərinin yaxasından tutublar və bir-birlərini irəli-geri itələyirlər. Həmin vaxtı tikinti materialları satışı mağazasında fəhlə işləyən Sahib adlı şəxs onlara yaxınlaşmış və onları ayırmışdır ki, bir-birləri ilə dalaşmasınlar. O, Sahibin arxasınca gəlmiş və görmüşdür ki, Zərərçəkmiş şəxs Qabildə ayrıldı. Bundan sonra Zərərçəkmiş şəxs birdə Qabilin üstündə getmiş və onun yaxasından tutan zaman o, Rahib və Qabilə yaxınlaşmış və Zərərçəkmiş şəxs gödəkcəsinin boyun tərəfindən tutub kənara çəkmişdir. Zərərçəkmiş şəxs Qabildən ayrılmış və onun üstünə gəlmişdir. Həmin vaxtı Sahib mağazadan gəlib Zərərçəkmiş şəxs kənara çəkmişdir. Kənarda duran Qabildə gəlib onu kənara çəkmişdir. Bundan sonra Zərərçəkmiş şəxs kənara çəkilən zaman Sahib gəlib onu mağaza tərəfə aparmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs onun üstünə gəlib demişdir ki, sən kimsən onun işinə qarışırsan ? O, Zərərçəkmiş şəxs demişdir ki, sizi ayırır ki, bir-birinizlə dalaşmayasınız. Zərərçəkmiş şəxs onun üstünə gəldikcə Sahib onu geri itələyirmiş ki, ondan uzaqlaşsın. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq söyüş söymüş və o, da özündə çıxmış, Zərərçəkmiş şəxs üzərinə gedərək birinci sağ dizi ilə qarın nahiyəsin, sonra sağ əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumuruq vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs yerdə olan zaman Rahibə 1-2 yumuruq zərbəsi vurmuşdur. Həmin vaxtı onu Sahib və orada olan şəxslər onu kənara çəkmişlər. Zərərçəkmiş şəxs yerdən durub birdə üstünə gəlmişdir. Həmin vaxtı orada olan Qabil və digər şəxslər Zərərçəkmiş şəxs kənara çəkmişlər və o, da oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxslə mübahisə edən zaman və Zərərçəkmiş şəxs yumuruqla vuran zaman orada Qabil, Sahib və üzdən tanıdığı adlarını bilmədiyi 3-4 nəfər adam var imiş. Onun, Zərərçəkmiş şəxslə mübahisəsi 1-2 dəqiqə davam etmiş, o, Zərərçəkmiş şəxs 7-8 saniyə içində vurmuşdur. O, Zərərçəkmiş şəxslə mübahisə edib vuran zaman onda heç bir alət və ya predmet olmamışdır. O, Zərərçəkmiş şəxs sadəcə diz və əli ilə vurmuşdur. Məlum hadisə zamanı xəsarət almamışdır. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmənin ilkin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında araba ilə yük daşıyıb çörək pulu qazanır, hazırda da orada fəhlə işləyir. 10 dekabr 2024-cü il tarixdə günorta saatlarında bazarda yerləşən “Ay Turan” kafesində yemək yeyib biraz spirtli içki qəbul edib sərxoş olmuşdur. Həmin günü saat 14:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 nömrəli ünvanda sərxoş vəziyyətdə araba ilə yük daşıyan Qabilə kobud söz dediyi üçün həmin şəxslə mübahisə etmiş və həmin vaxtı “8-ci kilometr” bazarında taksi sürücüsü Təqsirləndirilən şəxs gəlib onları ayırmışdır. Həmin vaxtı o, Təqsirləndirilən şəxs kobud formada demişdir ki, sən kimsən, çıx get. Təqsirləndirilən şəxs ona demişdir ki, içkilisən, sonra danışarıq. O, Təqsirləndirilən şəxs ünvanına kobud söyüş söymüş və onun yaxasından tutmuşdur. Təqsirləndirilən şəxs onu geri itələmiş və demişdir ki, səhər danışarıq. Bundan sonra o, Təqsirləndirilən şəxs ünvanın nəlayiq söyüş söymüş, Təqsirləndirilən şəxs sağ dizi ilə onun qarın nahiyəsinə və yumuruqla başının sol nahiyəsinə vurmuşdur. Zərbədən o, yerə yıxılmış və sağ qaşı yerə dəymişdir. Bundan sonra o, yerdən qalxıb Təqsirləndirilən şəxs üstünə getmiş və Təqsirləndirilən şəxs yenə yumuruqla başının sol nahiyəsinə vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər gəlib onları ayırmış və sonra polis işçiləri onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cti Polis şöbəsinə aparmışlar. Bir neçə gündən sonra o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında görüşmüş və o, Təqsirləndirilən şəxs nəyaliq söyüş söydüyü üçün ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 nömrəli ünvanın qarşısında vuran zaman ətrafda tanımadığı şəxslər var imiş və həmin şəxslər onları ayırmışdır. Onun Təqsirləndirilən şəxs ilə mübahisəsi 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu vuran zaman əlində heç bir şey olmamış, Təqsirləndirilən şəxs onun yalın əllə və dizi ilə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmənin növbəti, 19 sentyabr 2025-ci tarixdə keçirilən iclasında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında fəhlə işləyir. Zərərçəkmiş şəxs “8-ci kilometr” bazarında fəhlə işləyir, onun bazardan tanıyır. 10 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu. Qara Qarayev prospekti, 106 nömrəli ünvanda olan zaman Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında ona yaxınlaşıb ünvanına nalayiq ifadələrlə təhqir etmişdir. O, əsəbləşərək Zərərçəkmiş şəxs yaxasından iki əli ilə tutub onu təhqir etməməsini bildirmişdir. Daha sonra onu buraxıb uzaqlaşmağa başlamışdır. Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşaraq onu təhqir etməyə başlamış və əli ilə sağ qolundan tutmuşdur. O da əli ilə onu itələyib özündən uzaqlaşdırmışdır. Daha sonra orada olan Təqsirləndirilən şəxs onları aralaşdırınışdır. O, da həmin yerdən uzaqlaşıb getmişdir. Bir qədər uzaqlaşmışdır ki, İslam Rahiblə dalaşdığını görüb onlara yaxınlaşmış və onları aralamışdır. Daha sonra Rahib və İslamı orada olan tanımadığı şəxslər həmin ərazidən uzaqlaşdırmışdır. Şahid2 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxslə mübahisə edən zaman o, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs onu vurmamışdır. İslam Rahib ondan aralamış, Rahib İslamı söyüb təhqir etdiyi üçün İslam Rahibi vurmuşdur. Məlum hadisə zamanı İslamın və ya Rahibin əlindən alət və ya predmet olmamışdır. Həmin vaxtı ətrafda tanımadığı bir neçə şəxs var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” bazarında Qara Qarayev prospekti, 106 nömrəli ünvanda yerləşən tikinti materialları satışı mağazasında fəhlə işləyir. Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs “8-ci kilometr” bazarında fəhlə işləyirlər və onlarla münasibəti vardır. 10 dekabr 2024-cü il tarixdə saat 14 radələrində o, tikinti materialı satışı mağazasında işdə olan zaman görmüşdür ki, mağazanın qarşısında Zərərçəkmiş şəxs sərxoş halda Şahid2lə bir-birinin yaxasından tutub irəli-geri itələyirlər. Onlar dalaşmasında deyə onlara yaxınlaşıb ayırmışdır. Həmin vaxtı mağazanın yaxınlığında duran Təqsirləndirilən şəxs də Rahibgilə tərəf gəlmişdir. Zərərçəkmiş şəxs birdə Qabilin üstündə getmiş və onun yaxasından tutan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gödəkcəsinin arxasından tutub kənara çəkib ayırmışdır. Zərərçəkmiş şəxs Qabildən ayrılmış və Təqsirləndirilən şəxs üstünə gəlmişdir. Həmin vaxtı o, gəlib Zərərçəkmiş şəxs kənara çəkmişdir. Kənarda duran Qabildə gəlib Təqsirləndirilən şəxs kənara çəkmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə gəlib demişdir ki, sən kimsən onun işinə qarışırsan? Təqsirləndirilən şəxs Rahibə demişdir ki, sizi ayırır ki, bir-birinizlə dalaşmayasınız. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə gedən zaman İslam Rahib geri itələmişdir ki, uzaqlaşsın. Bu zaman Zərərçəkmiş şəxs İslam İslıamzadənin ünvanına nalayiq söyüş söymüş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gedərək birinci sağ dizi ilə Rahibin qarın nahiyəsin, sonra əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən yumuruq vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerdə 1-2 yumuruq zərbəsi vurmuşdur. Həmin vaxtı o və kənarda olan şəxslər Təqsirləndirilən şəxs kənara çəkmişlər. Zərərçəkmiş şəxs yerdən durub birdə Təqsirləndirilən şəxs üstünə gəlmişdir. Həmin vaxtı Qabil və digər şəxslər Zərərçəkmiş şəxs kənara çəkmişlər və Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edən zaman və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumuruqla vuran zaman orada o, Qabil və üzdən tanıdığı adlarını bilmədiyi 3-4 nəfər adam var imiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə 1-2 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10-15 saniyə içində vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edib vuran zaman İslamda heç bir alət və ya predmet olmamışdır. İslam Zərərçəkmiş şəxs sadəcə diz və əli ilə vurmuşdur. Məlum hadisə zamanı xəsarət almamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 09 yanvar 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 106 nömrəli ünvanın qarşısıdır. (i.v. 34-38) - 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin tətqiqatçısı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanında quraşdırılmış müşahidə kameralarından götürülmüş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 10 dekabr 2024-cü il tarixdə saat 14:25-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 nömrəli tikiniti materiallarının satışı mağazasının qarşısında Zərərçəkmiş şəxslə Şahid2 bir-birlərinin yaxasından tutub irəli-geri itələyirlər, mağazadan Şahid1 çıxıb onlara tərəf gedib ayırır, Zərərçəkmiş şəxs birdə Şahid2 üstünə gedib yaxasından tutan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşıb Zərərçəkmiş şəxs gödəkcəsinin arxa hissəsindən tutub kənara çəkir, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə gedən Təqsirləndirilən şəxs onu geri itələyib, Şahid1 gəlib Zərərçəkmiş şəxs kənara çəkir, Zərərçəkmiş şəxs yenə Təqsirləndirilən şəxs üstünə gedib nəsə deyir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə gedib dizi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsin və yumuruqla baş nahiyəsinə zərbə vurur, Zərərçəkmiş şəxs zərbədən yerə yıxılır, Təqsirləndirilən şəxs yerdə Zərərçəkmiş şəxs 2-3 dəfə yumuruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurur, Təqsirləndirilən şəxs Şahid1 və kənarda olan şəxslər gəlib Zərərçəkmiş şəxs ayırır, Zərərçəkmiş şəxs yerdən durub yenə İslam islamzadsənin üstünə gedən zaman Şahid2 və kənar şəxslər Zərərçəkmiş şəxs tutub saxlayır və Təqsirləndirilən şəxs oradan uzaqlaşır. (i.v. 64) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 dekabr 2024-cü il tarixli 1173 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ qaşın bayır bucağının əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 11-13) - 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, hadisə zamanı təhlükəsizlik kamerasının video görüntüsü olan bir ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilərək saxlanılmışdır. (i.v. 119-124) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 83-84) - 08 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 145-146) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-435/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-435/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver