Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-437/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Na miq oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nəbi oğlunun iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,430 qram psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov keçədi 23 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,430 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. 10 avqust 2022-ci il tarxdə saat 16:15 radələrində ünvan 5 ünvanda mülki geyimli iki polis əməkdaşı yaxınlaşıb özlərini təqdib edib onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş və xidməti otaqların birində barəsində şəxsi axtarış keçirilərkən, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmiş və şəxsi istifadəsi üçün Nizami rayonu, metronun “Q.Qarayev” stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüş, saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahid ifadələri ilə, habelə işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bölmənin sahə inspektoru polis baş leytenantı Şahid2 ilə xidmətdə olan zaman saat 16:15 radələrində ünvan 5 ünvanın qarşısında özünü şübhəli aparmış Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə üçün dövlət hesabına vəkil dəvət olunmuş, hüquq və vəzifləri izah edilmiş və barəsində videoçəklişlə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu və xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün metronun “Q.Qarayev” stansiyası yaxınlığında üzdən tanıdığ şəxsdən 10 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsi, Şahid2 ifadəsinə uyğun olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli toz halında kristal şəkilində maddə olan sellofan bükülünü təqdim edib bükülüdə psixotrop maddə metamfetamin olduğunu və xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nizami rayonunda metronun “Q.Qarayev” stansiyası yaxınlığında üzlə tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4284 saylı rəyindən görünür ki, “ Tədqiqat obyekti üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 163” dairəvi möhür əksi və "... Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, tərtib etdi: təhqiqatçı: Şəbnəm Ələkbərova-imza...” yazı əlavəsi qeyd ediliş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,430 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir." İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - ümumi təmiz təmiz çəkisi 0,430 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra 0,380 qram qalıq metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun üzərindən 01 ədəd bükülüdə, içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntü olduğu 01 ədəd CD iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2367 saylı rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür.” İşdə olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökm üzrə təyin olunan cəza ilə, cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinin tələbinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,380 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 20 saat, məhkəmədə iştirak etdiyi cəmi 25 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Nəbi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,380 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nəbi oğluna VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-437/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-437/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver