Məhkəmə qərarları › İş №1(007)-437/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-437/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-437/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədilə 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66C ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bankomatdan pul çıxarmasına köməklik etməsi üçün özünəməxsus "xxxx" ASC-yə aid “LeoBank” kartını ona verməsindən istifadə edib kartın üzərindəki hesab nömrəsini özündə əks etdirən 4098 5844 6250 9413 rəqəmlərini yaddaşında saxlayaraq həmin hesab nömrəsini özünəməxsus “İphone 5SE” modelli mobil telefonunda olan “Boltfood” proqramı vasitəsilə qeydiyyatdan keçirdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən H.Əliyev adına parkda olan zaman Zərərçəkmiş şəxs məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən "xxxx" AZ MMC vasitəsilə həmin kart ilə xx.xx.2022-ci il tarixdə, saat 18:40 radələrində ünvan 5 ünvanında yerləşən “Pive al” dükanından ümumilikdə 126 (yüz iyirmi altı) manat 40 (qırx) qəpik dəyərində pivələr və siqaretlər, həmin tarixdə saat 19:18 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Azgranata” dükanından 308 (üç yüz səkkiz) manat 82 (səksən iki) qəpik dəyərində hədiyyəli qablaşdırmada olan “Croizet xo” konyakını, həmin tarixdə, saat 19:22 radələrində 152 (yüz əlli iki) manat 47 (qırx yeddi) qəpik dəyərində “Croizet vsop” konyakını və həmin tarixdə saat 19:29 radələrində 272 (iki yüz yetmiş iki) manat 64 (altmış dörd) qəpik dəyərində sadə qablaşdırmada olan “Croizet xo” konyakını sifariş verib Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən H.Əliyev adına parkda qəbul etməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid “Leobank” kartından 860 (səkkiz yüz altmış) manat 33 (otuz üç) qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Qara Qarayev filialının qarşısında olan "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxartmaq üçün ondan köməklik istəmişdir. Zərərçəkmiş şəxs “LeoBank” kartını ona vermiş və o, həmin bank kartını bankomata daxil edərək pul çıxarıb Zərərçəkmiş şəxs vermişdir. Həmin vaxt o, kartın üzərində olan rəqəmləri yadda saxlamış və həmin məlumatları istifadə etdiyi telefonda “Bolt Food” proqramına daxil edib qeydiyyatdan keçmiş və proqram vasitəsilə içki və siqaretlər almışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını, istintaqda verdiyi ifadəsini müdafiə etdiyini bildirmiş və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında onlayn qaydada sifarişi əsasında balansında 2000 manat məbləğində pul olan, üzərində 4098-5844-6250-9413 nömrəsi olan "xxxx" ASC-yə aid “LeoBank” kredit kartı kuryer tərəfindən ona işlədiyi Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığında verilmişdir. 19 iyul 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün o, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında növbə olmuş və o, növbəsini gözləmişdir. Həmin vaxta kimi "xxxx" ASC-yə məxsus bank kartından pul çıxarmamış və buna görə də, növbədə ondan arxada dayanan şəxsdən pul çıxarmaq üçün ona kömək etməsini bildirmişdir. Həmin şəxs etiraz etməmiş və o, həmin şəxsə onun kartından 300 manat pul çıxarmasını xahiş etmişdir. Bundan sonra o "xxxx" ASC-yə aid 4098 5844 6250 9413 nömrəli “LeoBank” kartını həmin şəxsə vermiş və o, həmin bank kartını bankomata daxil etmişdir. Həmin şəxs 3 ədəd 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 300 manat pulu bankomatdan çıxardıb ona vermişdir. Həmin yerdən işlədiyi ünvan 6 ünvanında yerləşən ətir dükanına gəlmiş və biraz sonra mobil telefonuna bir neçə mesaj gəlmişdir. “LeoBank” tərəfindən göndərilmiş həmin mesajlarda ümumilikdə bank kartından 860 manat 33 qəpik məbləğində pulun çıxarıldığı göstərilmişdir. Həmin vaxt o, dərhal “LeoBank”ın qaynar xəttinə zəng edərək baş vermiş məxaric məbləği ilə əlaqədar məlumat vermişdir. Təxminən 1 ay gözlədikdən sonra qaynar xəttə yenidən zəng etmiş və bank işçisi kartından məxaric edilmiş məbləğin bankın səhvi ilə bağlılığının olmamasını demiş və o, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - "xxxx" AZ MMC tərəfindən göndərilmiş məktuba baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4098 5844 6250 9413 hesab nömrəli “LeoBank” kartı ilə Namiq adlı,+********** mobil nömrəli, mailto:askaska1991@icloud.comElektron ünvan 1 mail ünvanı olan şəxs “Bolt” proqramında qeydiyyatdan keçmiş, daha sonra həmin şəxs Asif Samedov adı ilə, lakin X1 məxsus AA0846715 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatlarla, mailto:askaskaska1991@gmail.comElektron ünvan 2 mail ünvanı ilə, ********** mobil nömrəsi ilə sifarişlər vermişdir. Belə ki, həmin şəxs xx.xx.2022-ci il tarixdə 126,40 manat məbləğində “Pive al Ahmadli” dükanından, xx.xx.2022-ci il tarixdə 308,82 manat məbləğində “Croizet xo”nu “Azgranata Xətai” dükanından, xx.xx.2022-ci il tarixdə 152,47 manat məbləğində “Croizet vsop”u “Azgranata Xətai” dükanından, xx.xx.2022-ci il tarixdə 272,64 manat məbləğində “Croizet xo”nu “Azgranata Xətai” dükanından sifariş verib götürmüşdür. - "xxxx" ASC tərəfindən göndərilmiş məktuba baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4098 **** **** 7252 hesab nömrəli “LeoBank” kartından xx.xx.2023-cü il tarixdə 126,40 manat, 308, 82 manat, 152,47 manat, 121,46 manat, 272,64 manat məbləğində “Bolt Food” vasitəsilə ödənişlər olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - pulun təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 860 manat 33 qəpik məbləğində pulu Zərərçəkmiş şəxs təhvil vermişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-yə məxsus “LeoBank” kartı maddi sübut kimi tanınmış və həmin kartın Zərərçəkmiş şəxs tərəfindən saxlanılması nəzərə alınmış, "xxxx" AZ MMC və "xxxx" ASC tərəfindən göndərilmiş məktublar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə əmlakını gizli talayaraq oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, 21-1/3- 26374-22 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 1 il 9 ay 22 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılmasının bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan "xxxx" AZ MMC və "xxxx" ASC tərəfindən göndərilmiş məktublar cinayət işinin materiallarında saxlanılmalı, “LeoBank” kartı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 49 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 294 (iki yüz doxsan dörd) manat (49 x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-26/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-26/2023 nömrəli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan “LeoBank” kartı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin, "xxxx" AZ MMC və "xxxx" ASC tərəfindən göndərilmiş məktublar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 294 (iki yüz doxsan dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar