Məhkəmə qərarları › İş №1(007)-439/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-439/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-439/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlu və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs: xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 320.1-ci təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə , xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 adına Rusiya Federasiyasına aid olan 99 13 136442 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib saxtalaşdıraraq qanunsuz hazırlayıb Şahid1 təqdim etməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu 2023-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə və saatda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Neftçilər” stansiyasının yaxınlığında həmin saxta sürücülük vəsiqəsini istifadə etməsi üçün Şahid1 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 satdıqları saxta sürücülük vəsiqəsində təvəllüd düzgün göstərilmədiyi üçün eyni məqsədlə Təqsirləndirilən şəxs1 təkrarən 2023cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Şahid1 adına Rusiya Federasiyasına aid olan 99 12 703368 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edərək axınlı printerdə çap edib təkrar saxtalaşdıraraq qanunsuz hazırlayıb Məmmədşad Zeynalova təqdim etməsi üçün Bəkir Heydərova vermiş, sonuncu həmin saxta sürücülük vəsiqəsini 2023-cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə və saatda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqla müəyyən edilməyən yerdə istifadə etməsi üçün Şahid1 təkrar satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 satdıqları sürücülük vəsiqəsində təvəllüd düzgün göstərilmədiyi üçün eyni məqsədlə təkrarən 2023-cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Şahid1 adına Ukrayna Respublikasına aid olan BXX 849654 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edərək axınlı printerdə çap edib təkrar saxtalaşdıraraq qanunsuz hazırlayıb Şahid1 təqdim etməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin saxta sürücülük vəsiqəsini 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında istifadə etməsi üçün Şahid1 təkrar satmışdır. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 adına Rusiya Federasiyasına aid olan 99 13 136442 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edib saxtalaşdıraraq qanunsuz hazırlayıb Şahid1 təqdim etməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu 2023-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə və saatda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Neftçilər” stansiyasının yaxınlığında həmin saxta sürücülük vəsiqəsini istifadə etməsi üçün Şahid1 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 satdıqları saxta sürücülük vəsiqəsində təvəllüd düzgün göstərilmədiyi üçün eyni məqsədlə Təqsirləndirilən şəxs1 təkrarən 2023cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Şahid1 adına Rusiya Federasiyasına aid olan 99 12 703368 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edərək axınlı printerdə çap edib təkrar saxtalaşdıraraq qanunsuz hazırlayıb Məmmədşad Zeynalova təqdim etməsi üçün Bəkir Heydərova vermiş, sonuncu həmin saxta sürücülük vəsiqəsini 2023-cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə və saatda Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində istintaqla müəyyən edilməyən yerdə istifadə etməsi üçün Şahid1 təkrar satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqələrini saxtalaşdırmaqla qanunsuz hazırlama və pul müqabilində satma barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid1 satdıqları sürücülük vəsiqəsində təvəllüd düzgün göstərilmədiyi üçün eyni məqsədlə təkrarən 2023-cü ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda həmin zaman yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən istintaqla müəyyən edilməyən fərdi yaşayış evində Şahid1 adına Ukrayna Respublikasına aid olan BXX 849654 nömrəli, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta sürücülük vəsiqəsini mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edərək axınlı printerdə çap edib təkrar saxtalaşdıraraq qanunsuz hazırlayıb Şahid1 təqdim etməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin saxta sürücülük vəsiqəsini 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında istifadə etməsi üçün Şahid1 təkrar satmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Fatmanın qardaşıdır. 2023-cü ilin təxminən yay ayları olardı ki, Təqsirləndirilən şəxs2 onun əvvəllər rəsmi sənəd saxtalaşdırdığını bildiyinə görə ona xarici ölkələrə aid sürücülük vəsiqələrini saxtalaşdıra bilib-bilməyəcəyini soruşmuşdur. O, sürücülük vəsiqəsini saxtalaşdıra biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 özü belə saxta sənəd istəyən şəxsi tapacağı təqdirdə ona müraciət edəcəyini bildirmişdir. Həmin saxta sürücülük vəsiqəsi ilə şəxs Asan Xidmət Mərkəzlərinə yaxınlaşıb özü üçün sürücülük vəsiqəsi əldə edə biləcəkdi. Bundan sonra Təqsirləndirilən şəxs2 ona bir neçə şəxsin fotoşəklini və məlumatlarını təqdim etmiş, o da həmin məlumatlar əsasında ona saxta sürücülük vəsiqələri hazırlayıb vermişdir. Sürücülük vəsiqələrini o, printer vasitəsi ilə çap edib daha sonra kardon üzərinə yapışdırmaqla düzəltmişdir. Sənədləri həmin zaman kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz fərdi yaşayış evində hazırlamışdır. Ona təqdim edilən Şahid1 Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsini hazırlamışdır. Şahid1 sənədində problem olduğu üçün həmin sürücülük vəsiqəsi əvəzlənməmişdi. Buna görə yenidən Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi hazırlayıb Heydərə vermişdir. Heydər isə Məmmədşaha təqdim etmişdir. Yenə də problem olduğu üçün o, sonuncu dəfə Ukrayna Respublikasına aid saxta sürücülük vəsiqəsi düzəldib Təqsirləndirilən şəxs2 vermişdir. Lakin sonradan Heydərdən eşitmişdir ki, həmin gün orada sənədin saxta olunması bilinib və X1 aparmışlar. Məmmədşahı tanımır. Məmmədşahı Heydər tanımış, Məmmədşahdan saxta sənəd üçün pulu da Heydər alıb və məlumatları gətirib ona vermişdir. O, həmin məlumatlar əsasında saxta sürücülük vəsiqəsi hazırlamışdır. Həmin sənədləri 2023-cü ilin iyul ayının sonlarında və avqust ayında hazırlamışdır. Sənədləri kompyuter və skaner vasitəsi ilə hazırlayıb printerdən çap etmişdir. Kompyuterdə isə sürücülük vəsiqəsini düzəltmək üçün qrafik proqram təminatlarından istifadə edərək sənəd məlumatlarını saxtalaşdırmışdır. Saxta sənədləri hazırladığı kompyuteri və printeri Təqsirləndirilən şəxs2 onun barəsində məlumat verdiyini bildikdən sonra Şirvan şəhərində “Şirvan” kanalına atmışdır. Daha bu işlə məşğul olmur. Əməlindən peşmandır. Ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəşad bacısının həyat yoldaşıdır. 2023-cü ilin ortalarında Rəşad ona təklif etmişdir ki, onun üçün ucuz qiymətə sürücülük vəsiqəsi almaq istəyən müştərilər tapsın. Rəşad ona demişdir ki, Rusiya Federasiyasına və Ukrayna Respublikasına aid sürücülük vəsiqələrini saxta üsullarla düzəldir və onların əsasında Asan Xidmətə müraciət edib sürücülük vəsiqəsi almaq mümkündür. O da adlarını xatırlamadığı 6 müştəriyə sürücülük vəsiqəsi düzəltmək üçün pul almışdır. Həmin şəxslərdən 600 manat pul almışdır. Sonradan həmin pulu aparıb Rəşada vermişdir. Rəşad Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində tam ünvanını bilmədiyi yaşadığı evində həmin sənədləri saxta üsullarla düzəltmiş, daha sonra ona vermişdir. O isə sənədləri pul verən şəxslərə çatdırmışdır. Həmin şəxslər təbii ki, vəsiqənin saxta olduğunu bilirdilər. Şahid1 ilə tanış olub ondan sürücülük vəsiqəsi düzəltmək üçün pul almışdır. Süleymanşah ona bunun üçün 500 manat pul göndərmişdir, o, pulu Rəşada vermişdir. Rəşad ilk əvvəl Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi düzəltmiş və aparıb onu Məmmədşaha vermişdir. Məmmədşah həmin sürücülük vəsiqəsini aldıqdan sonra Asan Xidmətə müraciət etmişdir. Lakin sənəddə səhvlik olduğu üçün ona sürücülük vəsiqəsi verilməsindən imtina edilmişdir. Məmmədşah bu barədə ona məlumat vermişdir. O, bu barədə yeznəsi Rəşada məlumat vermişdir. Rəşad isə yeni bir sürücülük vəsiqəsi düzəltmiş və onu Heydərə vermişdir. O, Məmmədşahla görüşüb həmin sənədi Məmmədşaha vermişdir. Lakin bu dəfə də sənəd düz olmadığı üçün sürücülük vəsiqəsi verilməsindən imtina edilmişdir. Məmmədşah yenidən ona bu barədə məlumat vermişdir. O, Rəşada dedikdə Rəşad ona yeni sürücülük vəsiqəsi düzəldəcəyini bildirmişdir. Rəşad yenidən yaşadığı evdə sürücülük vəsiqəsi düzəldib ona vermişdir. Məmmədşahla görüşüb bu dəfə ona Ukrayna Respublikasına aid saxta sürücülük vəsiqəsi vermişdir. Daha sonra Məmmədşah yenidən Asan Xidmətə müraciət etmişdir. Lakin sürücülük vəsiqəsinin saxta olması bilindiyi üçün Məmmədşahı orada saxlayıb Polis Bölməsinə təhvil vermişlər. Bundan sonra daha bu işlə məşğul olmamışdır. Əməlindən peşmandır. Himayəsində 7 övladı vardır, ailənin yeganə qazanc gətirənidir. Övladlarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsiri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Təqsirləndirilən şəxs2 xarici ölkələrə aid saxta sənəd düzəldərək müxtəlif şəxslərə pul qarşılığında satmasından xəbəri olmuşdur. Belə ki, həmin saxta sənədləri Heydər özü düzəltməmişdir. Həmin sənədləri Heydərin yeznəsi Təqsirləndirilən şəxs1 hazırlamışdır. Bunu Heydər onun yanında Rəşadla telefonla danışarkən eşitmişdir. Heydər əvvəllər bu işlə məşğul olmamışdır. Heydər Rəşadın təklifi ilə müştərilər taparaq həmin şəxslərə saxta sənədlər vermişdir. Eşitdiyinə görə pul qarşılığında ayrı-ayrı şəxslərə xarici ölkələrin sürücülük vəsiqəsini hazırlayıb vermişlər, həmin şəxslər isə öz növbəsində saxta sənəd əsasında Azərbaycan Respublikasına aid sürücülük vəsiqələrini almışlar. Elə olmuşdur ki, Heydər gec gəldikdə harada olduğunu maraqlandıqda, Heydər ona fotoşəkil göndərib Rəşadgildə sənəd hazırladıqlarını bildirmişdir. Həqiqətən də şəkildə kompyuter və çap qurğusu görmüşdür. Bundan bilmişdir ki, onlar birlikdə saxta sənəd hazırlayıb müxtəlif şəxslərə satırlar. Lakin onun həmin işlərlə heç bir əlaqəsi olmamışdır. Həmin şəxslərə heç bir köməklik göstərməmiş və buna görə hər hansı bir pul da almamışdır. Sadəcə olaraq bunları eşidib məlumatı olmuşdur. O, bu barədə məlumat vermək də istəmişdir. Lakin tam sübut toplayıb Rəşad barəsində məlumat vermək istəmişdir ki, həmin işlərə görə Heydərə nəsə olmasın. Lakin Rusiya Federasiyasına getdikləri üçün bunu edə bilməmişdir. Heydərin kimlərə və neçə nəfərə saxta sənəd verməsindən xəbəri yoxdur. Həmçinin, onlardan nə qədər pul almasından belə xəbəri yoxdur. Heydər ona pul xərcləməmişdir. Lakin həmin saxta sənədlərin Rəşadın evində hazırlandığını bilmişdir. Rəşad öz kompyuterində həmin sənədləri hazırlayıb çap etmişdir. Heydərin bir nəfər qadına saxta sənəd düzəltdiyini bilmişdir. Həmin qadınla da Heydər öz mobil telefonu ilə onun adı ilə yazışmış, sonradan ondan xahiş etmişdir ki, həmin qadınla o Asan Xidmətə getsin. O da Heydərin xahişi ilə həmin qadınla Asan Xidmətə getmişdir. Lakin sənədin hazırlanmasında puldan heç bir xəbəri olmamışdır. Ona buna görə pul verilməmişdir. Bunu Heydər də təsdiq edə bilər. Həmin qadının adının Fərqanə olduğunu düşünür. Tam dəqiqliyi ilə yadında deyil. Həmin qadının Göyçay rayonundan olduğunu bilir. Fərqanə özünə sürücülük vəsiqəsi almışdır. Fərqanənin nə qədər pul verdiyini bilmir. Rəşadla danışıqlarından eşitmişdir ki, 500 manat pul almışdır. Həmin pulu da Rəşadla yarı bölürdülər. Başqa hər hansı bir məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrə verilmiş və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - cinayət işinin başlanması və ictaata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə texniki ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 5/1329 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Şahid1 adına 99 12 703368 nömrəli, Ukrayna Respublikasının Məmmədxan Zeynalovun BXX 849654 nömrəli sürücülük vəsiqələrə oxşar sənədlərin blankları hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Şahid1 adına 99 12 703368 nömrəli, Ukrayna Respublikasının Məmmədxan Zeynalovun adına BXX 849654 nömrəli sürücülük vəsiqələrə oxşar sənədlərin blankları Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunələri ilə eynilik təşkil etmir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 adına verilmiş Rusiya Federasiyasına aid xx.xx.2018-ci ildə 99 12 703368 nömrəli, B, B1, C, C1 kateqoriyalı, Ukrayna Respublikasına aid Şahid1 adına verilmiş BXX 849654 nömrəli, B, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqələri cinayət işi üzrə maddi sübut hesab edilmiş və ********* nömrəli cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 videoçəkilişlə alınmış ifadəsini özündə əks etdirən “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və hazırki cinayət işinin materiallarda saxlanılır. - elektron məhkəmə informasiya sistemindən Təqsirləndirilən şəxs2 şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 7 (yeddi) övladı vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddəyə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi təkrarən saxtalaşdırmaqla qanunsuz hazırlaması və satması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddəyə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi təkrarən saxtalaşdırmaqla qanunsuz hazırlaması və satması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmasını, xx.xx.2023-cü il tarixdə saat 12:00-dan 12:55-dək təqsirləndirilən şəxs qismində dindirilməsini, xx.xx.2023-cü il tarixli qərarla MSY-dən azad edilməsini və bununla da azadlığının məhdudlaşdırılmasının 1 gündən artıq davam etməsini, yəni 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işlərinin dörd gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində yeddi övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cinayət işi üzrə maddi sübut hesab edilmiş Şahid1 adına verilmiş Rusiya Federasiyasına aid 99 12 703368 nömrəli, Ukrayna Respublikasına aid BXX 849654 nömrəli sürücülük vəsiqələrinin ********* nömrəli cinayət işinin materiallarında saxlanılması və Nizami Rayon Məhkəməsinin 1(007)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 70 manat ekspertiza xərcinin Şahid1 tutulması nəzərə alınmalı, cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin işlə tanış olduğu və məhkəmədə iştirak etdikləri müddət 29 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X2 hər birinə 174 (bir yüz yetmiş dörd) manat (29x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının dörd gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Şahid1 adına verilmiş Rusiya Federasiyasına aid 99 12 703368 nömrəli, Ukrayna Respublikasına aid BXX 849654 nömrəli sürücülük vəsiqələrinin ********* nömrəli cinayət işinin materiallarında saxlanılması və Nizami Rayon Məhkəməsinin 1(007)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 70 manat ekspertiza xərcinin Şahid1 tutulması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 29 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 174 (bir yüz yetmiş dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 29 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 174 (bir yüz yetmiş dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar