Məhkəmə qərarları › İş №1(007)-44/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-44/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-44/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi qaydada işləmiş, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 19, mənzil 30-da qeydiyyatda olan, hazırkı işlə bağlı 26 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli 4(007)-527/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayəti törətmişdir. Belə ki, o, 18 may 2022-ci il tarixdə saat 22:27-də sərxoş halda sağ əlində çəkic və sol əlində linglə ünvan 1 ünvanın qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus “SM” marketə daxil olub heç bir səbəb olmadan özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeyidlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai yer olan marketdə olan şəxslərin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə marketin iş fəaliyyətini pozmuş, daha sonra marketdən çıxıb qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi çəkici qəsdən bir neçə dəfə marketin qapısına və marketin içərisinə tərəf tullamaqla marketin 300 manat dəyərində giriş qapısının şüşəsini və ön şüşəsini, 1000 manat dəyərində vitrin soyuducusunun şüşəsini, 150 manat dəyərində vitrin şüşəsini, vitrində olan 3 manat 10 qəpik dəyərində 700 ml olan bir ədəd xiyar turşu bankasını, hər biri 3 manat 40 qəpik olmaqla ümumilikdə 6 manat 80 qəpik dəyərində 700 ml olan iki ədəd yaşıl noxud bankasını, 3 manat 60 qəpik dəyərində 700 ml olan bir ədəd tomat bankasını, 1 manat 50 qəpik dəyərində 250 ml olan bir ədəd tünd sirkə bankasını, hər biri 1 manat 50 qəpik olmaqla ümumilikdə 3 manat dəyərində 500 ml olan iki ədəd “Barjomi” butulkasını, 1 manat 30 qəpik dəyərində 500 ml olan bir ədəd “Qızıl quyu” limonad butulkasını, hər biri 2,8 manat, ümumilikdə 11,2 manat dəyərində 4 ədəd nazik “Winchester” siqaret qutusunu, hər biri 2,8 manat, ümumilikdə 5,6 manat dəyərində 2 ədəd qalın “Winchester” siqaret qulusunu, hər biri 3,9 manat, ümumilikdə 11,7 manat dəyərində 3 ədəd “Winston” siqaret qutusunu, hər biri 4,5 manat, ümumilikdə 18 manat dəyərində 4 ədəd “Sobraniye” siqaret qutusunu, 3 manat dəyərində 1 ədəd “LD” siqaret qutusunu, 2 manat dəyərində 1 litr olan bir ədəd meyvə kompot butulkasını, 7 manat 60 qəpik dəyərində 500 ml olan bir ədəd “Organic” araq butulkasını, 3 manat dəyərində 500 ml olan bir ədəd “Alma sirkəsi” butulkasını, hər biri 3 manat 50 qəpik olmaqla ümumilikdə 7 manat dəyərində 500 ml olan iki ədəd “Efes Draf” pivə butulkasını, 2 manat 10 qəpik dəyərində 500 ml olan bir ədəd “Xırdalan” pivə butulkasını, 11 manat 40 qəpik dəyərində 700 ml olan bir ədəd “Organic” araq butulkasını vurub sındırıb məhv etməklə ümumilikdə Zərərçəkmiş şəxs 1551 manat 90 qəpik dəyərində əmlakını qəsdən məhv edib xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və cəzaçəkmə yerlərində cəza çəkmişdir, 2006-cı ildə anası, 2011-ci ildə atası vəfat etmişlər, 2015-ci ildə cəzaçəkmə yerindən azad olunarkən ona məlum olmuşdur ki, yaşadıqları mənzil satılmışdır, bir müddət Masazır qəsəbəsində qardaşının evində, sonradan isə Xətai rayonu ərazisində kirayədə yaşamışdır. 2022-ci ilin iyun ayında yol qəzasına düşmüş və ayağının iki barmağı amputasiya edilmişdir. 17 may 2022-ci il tarixdə saat 22-23 radələrində əvvəllər yaşadığı ünvan 1 evin qarşısında yerləşən, qohumları Zərərçəkmiş şəxs işlətdiyi “SM” marketin yanında durmuşdur. Həmin vaxt Bəhruz Nuriyev küçəsi, 12 nömrəli evdə yaşayan Abbas adlı şəxs onun yanına gəlmiş və demişdir ki, “Balaca” necəsən? O, Abbasa demişdir ki, “balaca” özüdür. Bu sözün üstündə onların arasında söz mübahisəsi olmuşdur, Abbas cibindən bıçaq çıxarıb sol qolunun dirsək nahiyəsindən 10 sm yuxarısından vurmuş və çıxıb getmişdir. Bundan sonra o, aptekdən bint alıb qolunu bağlamış, lakin həkimə müraciət etməmişdir. Bundan sonra o, Abbası axtarmışdır ki, onu bıçaqla vurmasının səbəbini və onunla niyə maraqlanmadığını soruşsun. 18 may 2022-ci ildə saat 20-21 radələrində Bəhruz Nuriyev küçəsində kafedə əyləşib yemək yemiş, araq və pivə içmişdir. Həmin gün saat 22:30 radələrində həmin küçədəki 8 nömrəli evin qarşısına getmək qərarına gəlmiş, bu zaman yerdə bir ədəd çəkic və bir ədəd kiçik ölçülü ling görmüşdür. O, içkinin təsiri altında olduğu üçün bir gün əvvəl onun qolundan bıçaq vuran Abbas yadına düşmüş və yerdə olan həmin çəkic və lingi götürmüş, məhəlləyə getmişdir ki, Abbasla qarşılaşsa, özünü müdafiə etsin. İçkili vəziyyətdə məhəllədə olan “SM” marketin qarşısına getmiş və Abbas yadına düşdüyü üçün əlində olan çəkiclə marketin giriş qapısının şüşəsini, marketin ön tərəfdən şüşəsini sındıran zaman marketdə satıcı işləyən Abdulla və məhəllədə yaşayan Bəhlul çölə çıxmışlar, bundan sonra o, marketin içərisində olan vitrin soyuducunun şüşəsini və şüşə vitrinləri çəkiclə vurub sındırmışdır. Həmin vaxt sındırdığı şüşə onun sağ əlinin barmaqlarını kəsmişdir. Bundan sonra marketin qarşısında duran zaman Zərərçəkmiş şəxs ora gəlmiş və nə səbəbdən marketin şüşələrini sındırdığını soruşmuşdur. Onların arasında söz mübahisəsi olmuş, birbirlərinin yaxasından tutub dartışmışlar, həmin vaxt Zərərçəkmiş şəxs cibindən çıxardığı bıçaqla onun sol tərəfdən boyun nahiyəsinə vurub xəsarət yetirmişdir. Məhkəməyə təqdim etdiyi diskdə olan videogörüntülər də bunu təsdiq edir. Ətrafda olan qonşular onları ayırmışlar, bundan sonra aralanıb getmişdir. Az sonra polis əməkdaşları gəlib onu 24-cü polis şöbəsinə aparmışlar, boyun nahiyəsindən xəsarət aldığına və qan axdığına görə təcili yardım çağırmışlar, təcili yardımla onu X5 aparmışlar. Zərərçəkmiş şəxs onu bıçaqladığı halda, barışmaları nəzərə alınaraq, həmin şəxsin barəsindəki işə istintaq zamanı xitam verilmişdir, lakin o, heç kimə xəsarət yetirmədiyi və dəymiş ziyanı ödədiyi halda onu məhkəməyə vermişlər. Həmçinin, hadisə zamanı o, marketdəki şüşələri vurub sındırsa da, nalayiq ifadələr işlətməmiş, söyüş söyməmişdir, ittihamın həmin hissəsi ilə razılaşmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1995-ci ildə ünvan 1 evin qarşısında 12 kv.m qeyri-yaşayış yeri almışdır, həmin vaxtdan “SM” marketində ərzaq məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. 2021-ci ildən “SM” marketdə satıcı olmayanda oğlu Abdulla marketdə satıcı kimi kömək edir. Market səhər saat 07 radələrində açılır, axşam saat 23-24 radələrində bağlanır. 18 may 2022-ci il tarixdə saat 20 radələrində oğlu Abdulla “SM” marketə getmiş və satıcı Namiq Novruzov getdiyi üçün onu əvəz etmişdir. Həmin gün saat 22:26-da o, evdə olan zaman Abdulla istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub onu təcili marketə çağırmış, Təqsirləndirilən şəxs əlində çəkic və linglə marketin şüşələri sındırdığını demişdir. O, tez evdən çıxıb birbaşa yaxınlıqda olan “SM” marketə getmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs marketin qarşısında spirtli içkinin təsiri altında əlində bir ədəd ling tutub, ünvansız nalayiq söyüşlər söyərək “bu məhəllədə kişi varsa, qarşıma çıxsın” deyir. O, marketə baxmış və görmüşdür ki, marketin giriş qapısının şüşəsi, ön şüşəsi, marketdə olan vitrin soyuducunun şüşəsi, şüşə vitrinin şüşəsi sındırılmışdır. O, bu vəziyyəti görüb hirslənmiş və Qaqaşın yaxasından tutub “sənə nə edibdir, sən mağazamın şüşələrini sındırıbsan” demiş və Qaqaşın əlində olan lingi tutub saxlamışdır. Həmin vaxt Qaqaş onun yaxasından tutmuş və nalayiq söyüş söymüşdür. O da Qaqaşa söyüş söymüşdür. Həmin vaxt görmüşdür ki, Qaqaşın sağ əlinin barmaqlarından qan gəlir. Qaqaş onun yaxasından tutub dartışdıran zaman o, şalvarının sağ cibində olan evin seyf açarını çıxarıb əlində sıxmış və Qaqaşın sifət nahiyəsinə atmışdır. Həmin vaxt sağ əlində olan seyf açarının uc tərəfi Qaqaşın sol tərəfdən boyun nahisəsinə dəymişdir. Bu zaman qonşuluqda yaşayan Cəmil onları aralamaq üçün araya girmişdir. Cəmil Qaqaşın əlindən lingi almış, Qaqaş oradan çıxıb getmişdir. Bu zaman post-patrul xidməti bölüyünün polis əməkdaşları gəlmiş və nə baş verdiyi ilə maraqlanmışlar, o, Təqsirləndirilən şəxs əlində çəkic və İinglə marketin şüşələrini sındırdığını, indi aşağı istiqamətə getdiyini demişdir. Bundan sonra polis əməkdaşları aşağı hissəyə düşüb Təqsirləndirilən şəxs saxlamış və onu 24-cü polis şöbəsinə aparmışlar. O da oğlu Abdulla və hadisə zamanı marketdə olan qonşu Bəhlulla birlikdə həmin polis şöbəsinə getmiş, baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmiş və izahat yazmışdır. Sonra müəyyən etmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs çəkiclə marketin 300 manat dəyərində giriş qapısının şüşəsini və marketin ön şüşəsini, 1000 manat dəyərində vitrin soyuducunun şüşəsini, 150 manat dəyərində vitrin şüşəsini, 3,1 manat dəyərində 700 ml olan bir ədəd bankada xiyar turşusu bankasını, hər biri 3,4 manat ümumlikdə 6,8 manat dəyərində 700 ml olan iki ədəd yaşıİ noxud bankasını, 3,6 manat dəyərində 700 ml olan bir ədəd tomat bankasını, 1,5 manat dəyərində 250 ml olan bir ədəd tünd sirkə bankasını, hər biri 1,5 manat ümumilikdə 3 manat dəyərində 500 ml olan olan iki ədəd “Barjomi” butulkasını, 1,3 manat dəyərində 500 ml olan bir ədəd “Qızıl quyu” limonad butulkasını, 2 manat dəyərində 1 litr olan bir ədəd meyvə kompot butulkasını, 7,0 manat dəyərində 500 ml olan “Organic” araq butulkasını, 3 manat dəyərində 500 ml olan bir ədəd alma sirkə butulkasını, hər biri 3,5 manat ümumilikdə 7 manat dəyərində 500 ml olan iki ədəd “Efes Draff” pivə butulkasını, 2,1 manat dəyərində 500 ml olan bir ədəd “Xırdalan” pivə butulkasını, 11,4 manat dəyərində 700 ml olan “Organic” araq butulkasını vurub sındırmışdır, bundan başqa hər biri 2,8 manat ümumilikdə 11,2 manat dəyərində 4 ədəd nazik “Winchester”, hər biri 2,8 manat ümumilikdə 5,6 manat dəyərində 2 ədəd qalın “Winchester”, hər biri 3,9 manat ümumilikdə 11,7 manat dəyərində 3 ədəd “Winston”, hər biri 4,5 manat ümumilikdə 18 manat dəyərində 4 ədəd “Sobraniye”, 3 manat dəyərində 1 ədəd 143 siqaretləri islandığı üçün ümumilikdə 49,5 manat tütün məhsulları yararsız hala düşmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 1551 manat 90 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs ünvan 1 yaşayış binasının qarşısında “SM” marketi vardır və həmin marketdə ərzaq məhsulları satılır. Gündüz vaxtları Namiq, axşamlar isə o, marketdə satıcı işləyirlər. 18 may 2022-ci il tarixdə saat 22:30 radələrində o, həmin marketdə olmuş, qonşu Bəhlul isə çörək almaq istəmişdir. Bu zaman əvvəllər Şahid1 küçəsi, 8 ünvanında yaşamış Təqsirləndirilən şəxs sərxoş halda marketə gəlmiş, sağ əlində çəkic, sol əlində isə kiçik ölçüdə ling olmuşdur və Qaqaş demişdir ki, “hanı o, məhəllədə bir kişi varsa, çıxsın”, bundan sonra Qaqaş nalayiq söyüş söyməyə başlamışdır. O, Qaqaşa yaxınlaşaraq nə olduğunu soruşmuşdur. Qaqaş yenə “kişi varsa, çıxsın” demiş və əlində olan çəkiclə vitrin soyuducunun şüşəsinə vurub sındırmış, sonra marketdən çölə çıxmışdır. Həmin vaxt Qaqaş əlində olan çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və çəkic marketin içərisinə düşmüşdür. Qaqaş marketdə yerdə olan çəkici götürmüş və çölə çıxmışdır. Qaqaş yenə eyni qaydada həmin çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və çəkic bu dəfə də marketin içərisinə düşmüşdür. Qaqaş marketdə yerdə olan çəkici götürmüş, həmin vaxt qonşuluqda yaşayan Nihat gəlib Qaqaşın qoluna girib çölə aparmışdır. Bundan sonra o və Bəhlul çölə çıxmışlar. Onlar çöldə olan zaman Qaqaş əlində olan çəkiclə marketin giriş qapısının şüşəsinə iki dəfə, marketin ön şüşəsinə bir dəfə zərbə vurub onları sındırmışdır. Qaqaş bir əlində çəkic, bir əlində linglə marketin qarşısında ora-bura gedərək söyüş söyərək məhəllədə kişi olmadığını demişdir. Bundan sonra Qaqaş əlində olan çəkici yenə marketin içərisinə tullamış, çəkic marketdə olan şüşə vitrinə dəyib sındırmışdır. Bu zaman qonşulquda yaşayanlar çölə çıxmışlar, Qaqaş isə ünvansız nalayiq söyüş söyməyinə davam etmişdir. O, tez atası Müzəffərə zəng vurub vəziyyəti ona danışmış, atası dərhal marketə gələcəyini demişdir. Təxminən 5-10 dəqiqə sonra atası gəlib Təqsirləndirilən şəxs yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Qaqaş heç nə olmadığını, salamatçılıq olduğunu demişdir. Atası marketin şüşələrini niyə sındırdığını soruşsa da, Qaqaş cavab verməmişir. Bundan sonra hər ikisi bir-birinin yaxasından tutub dartışmışlar, atası Qaqaşə sillə atmışdır. Bu zaman ətrafda olan şəxslər Qaqaşı və atasını ayırmışlar, bundan sonra Qaqaş çıxıb getmişdir. Həmin vaxt polis əməkdaşları gəlmişlər, nə hadisə baş verdiyini bilib Təqsirləndirilən şəxs getdiyi istiqamətə getmişlər. Polislər Qaqaşı saxlayıb 24-cü polis şöbəsinə aparmışlar, atası Müzəffər və qonşu Bəhlulla birlikdə 24-cü polis şöbəsinə getmişlər, atası baş vermiş hadisə barədə ərizə ilə müraciət etmiş, o da hadisənin hansı qaydada baş verməsi barədə izahat yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2022-ci il tarixdə saat 22:30 radələrində çörək almaq üçün məhəllədə olan, uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxs məxsus “SM” marketə getmişdir. Həmin marketdə Müzəffərin oğlu Abdulla olmuşdur. Həmin vaxt Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 8 ünvanında yerləşən evdə əvvəllər yaşamış Təqsirləndirilən şəxs sərxoş halda marketə gəlmişdir. Qaqaşın sağ əlində çəkic, sol əlində isə kiçik ölçüdə ling olmuşdur. Qaqaş demişdir ki, “hanı o, məhəllədə bir kişi vardsa, çıxsın, eyni zamanda Qaqaş nalayiq söyüş də söymüşdür. Abdulla Qaqaşa yaxınlaşıb nə olduğunu soruşmuşdur. Qaqaş isə demişdir ki, “kişi varsa, çıxsın qabağına”. Bundan sonra Qaqaş əlində olan çəkiclə vitrin soyuducunun şüşəsinə vurub sındırmış və marketdən çölə çıxmışdır. Həmin vaxt Qaqaş əlində olan çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və çəkic marketin içərisinə düşmüşdür. Qaqaş gəlib marketdə yerdə olan çəkici götürmüş və çölə çıxmışdır. Qaqaş yenə eyni qaydada həmin çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və çəkic marketin içərisinə düşmüş, Qaqaş gəlib marketdə yerdə olan çəkici götürmüşdür. Həmin vaxt qonşuluqda yaşayan Nihat gəlib Qaqaşın qoluna girib çölə aparmışdır. Bu zaman o və Abdulla çölə çıxmışlar. Onlar çöldə olan zaman Qaqaş əlində olan çəkiclə marketin giriş qapısının şüşəsinə iki dəfə, marketin ön şüşəsinə bir dəfə zərbə vurub sındırmışdır. Bundan sonra Qaqaş bir əlində çəkic, bir əlində linglə marketin qarşısında ora-bura gedərək söyüş söyüb demişdir ki, məhəllədə kişi yoxdur. Sonra Qaqaş yenə əlində olan çəkici marketin içərisinə tullamış, çəkic marketdə olan şüşə vitrinə dəyib sınmışdır. Bu zaman qonşuluqda yaşayanlar çölə çıxmışlar, Qaqaş isə ünvansız nalayiq söyüşlər söymüşdür. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs gəlib Qaqaşa yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Qaqaş heç nə olmadığını, salamaçılıq olduğunu demişdir. Zərərçəkmiş şəxs niyə marketin şüşələrini sındırdığını Təqsirləndirilən şəxs soruşmuş, Qaqaş isə cavab verməmişdir. Həmin vaxt o, təxminən 5-6 metr aralıda durmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuş və ona sillə atmışdır. Bu zaman ətrafda olan şəxslər onları ayırmışlar və Qaqaş çıxıb getmişdir. Bundan sonra polislər gəlib hadisə barədə bildikdən sonra Qaqaşın getdiyi istiqamətə getmişlər. Bundan sonra o, yaşadığı evə gedib çörəyi evə qovmuş və məhəlləyə düşmüş, Zərərçəkmiş şəxs və Şahid3lə birlikdə 24-cü polis şöbəsinə getmişlər, orada izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 may 2022-ci il tarixdə saat 22:30 radələrində Nizami rayonu, Şahid1 küçəsində yaşadığı məhəllədə olan zaman “SM” marketin şüşəsinin sınma səsini eşitmişdir. O, tez marketə yaxınlaşmış və görmüşdür ki, əvvəllər həmin küçədə 8 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs sərxoş halda marketdən çölə çıxmışdır, Təqsirləndirilən şəxs bir əlində kiçik ölçülü ling olmuşdur və o, ünsansız nalayiq söyüş söymüşdür. Həmin vaxt “SM” marketin qapısının şüşəsi, marketin ön şüşəsi və mağazada olan vitrin şüşəsi sınmış vəziyyətdə olmuşlar. Bu vaxt Zərərçəkmiş şəxs özü gəlmiş, Qaqaşa yaxınlaşıb nə olduğunu soruşmuşdur. Qaqaş cavabında Abbası axtardığını demişdir. Zərərçəkmiş şəxs yenə Qaqaşdan niyə marketin şüşələrini sındırdığını soruşmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs Qaqaşın yaxasından tutmuş, Qaqaş da onun yaxasından tutmuşdur. O və kənarda olan şəxs onları ayırmağa çalışmışlar və o, Qaqaşın əlində olan kiçik ölçülü lingi alıb yerə atmışdır. Bundan sonra Qaqaş məhəllənin aşağı hissəsinə getmişdir. Bu zaman məhəlləyə post-patrul xidməti bölüyünün əməkdaşları gəlmişlər, nə baş verdiyini biləndən sonra Qaqaşın getdiyi istiqamətə getmiş və Qaqaşı tutub 24-cü polis şöbəsinə aparmişlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır, o, poçt vasitəsi ilə göndərdiyi teleqramında istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir, bununla əlaqədar onun həmin ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 18 may 2022-ci il tarixdə saat 22:30 radələrində məhəllədə olan zaman “SM” marketin şüşəsinin sınma səsini eşitmişdir. O, “SM” marketə yaxınlaşmış və görmüşdür ki, əvvəllər Bakı şəhəri, Nizami rayonu, Şahid1 küçəsi, 8 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs sərxoş halda marketdən çölə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bir əlində çəkic və bir əlində kiçik ölçülü ling olmuşdur. Təqsirləndirilən şəxs ünvansız nalayiq söyüş söymüşdür. Təqsirləndirilən şəxs əlində olan çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və həmin çəkic marketin içərisinə düşmüşdür. Təqsirləndirilən şəxs gəlib marketdə yerdə olan çəkici götürmüş və çölə çıxmışdır. Təqsirləndirilən şəxs yenə eyni qaydada həmin çəkici tullamış, çəkic marketin ön şüşəsinə dəyib sınmış və çəkic marketin içərisinə düşmüşdür. Təqsirləndirilən şəxs gəlib marketdə yerdə olan çəkici götürmüşdür, həmin vaxt o, gəlib Təqsirləndirilən şəxs qoluna girib çölə aparmışdır. Bu zaman marketdə olan Bəhlul və Abdulla çölə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs əlində olan çəkiclə marketin giriş qapısını şüşəsinə iki dəfə, marketin ön şüşəsinə bir ədəd zərbə vurub sındırmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs əlində olan çəkiclə marketin şüşəsini sındıran zaman şüşə qırıqları Təqsirləndirilən şəxs əlini və üzünə dəyib kəsmiş, əlindən və üzündən qan gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir əlində çəkic, bir əlində linglə marketin qarşısında ora-bura gedərək söyüş söyüb demişdir ki, “məhəllədə kişi yoxdur”. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan çəkici marketin içərisinə tullamış və çəkic marketdə olan şüşə vitrinə dəyib sındırmışdır. Bu zaman qonşuluqda yaşayanlar çölə çıxmışlar, Təqsirləndirilən şəxs isə ünvansız nalayiq söyüşlər söymüşdür. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs gəlib Təqsirləndirilən şəxs yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs də çaşqın halda demişdir ki, heç nə olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs soruşmuşdur ki, niyə marketin şüşələrini sındırmışdır. Təqsirləndirilən şəxs cavab verməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuş sə onlar kənara çəkilən zaman o, evə getmiş, sonra məhəlləyə düşmüşdür. Həmin vaxt görmüşdür ki, məhəlləyə 24-cü polis şöbəsinin əməkdaşları gəlmiş və məhəllədə olan “SM” marketə baxış keçirmişlər. Hadisə zamanı o, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs də onu vurmamışdır, Təqsirləndirilən şəxs də kimisə vurduğunu görməmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birlərinin yaxasından tutan zaman o, yaşadığı evə getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 19 may 2022-ci il və 12 sentyabr 2022-ci il tarixli protokollardan, fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 8 ünvanında yerləşən “SM” marketə baxış keçirilmişdir. Baxış zamanı marketin şüşə aynabəndinin və giriş qapısında olan şüşənin sınmış vəziyyətdə olduğu, şüşə qırıntılarının marketin giriş hissəsinə və marketin içərisində yerə töküldüyü müəyyən edilmişdir. Marketin içərisinə baxış keçirildikdə giriş hissəsindən sağ tərəfdə olan şüşə vitrinlərin və giriş qapısı ilə üzbəüzdə olan vitrin soyuducusunun şüşələrinin sınmış vəziyyətdə olması, marketin ağ rəngli kafel döşəməsinin üzərində şüşə qırıntılarının, bir ədəd dəmir çəkicin, bir ədəd dəmir lingin olması, həmin kafel döşəmədə qırmızı rəngli qan ləkələrinin olması müşahidə olunmuşdur. Götürülmüş 01 ədəd DVD diskə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı, Təqsirləndirilən şəxs sağ əlində dəmir çəkic, sol əlində dəmir ling tutaraq 18 may 2022-ci il tarixdə saat 22:26-da həmin marketə daxil olaraq əlindəki qeyd olunan dəmir əşyalarla marketin içərisində olan şüşə vitrinləri, şüşə vitrin soyuducusunun üst tərəfini, marketin aynabəndinin şüşələrini sındırması, hadisə vaxtı Şahid3 və Şahid1 marketin içərisində olmaları müəyyən edilmişdir. Lakin videogörüntüdə səs yazısı qeydə alınmamışdır. (i.v. 8- 12, 16, 200) - 28 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128 və 221.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə, Zərərçəkmiş şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələr üzrə ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 87-88) - 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu maddi zərəri ödədiyi və onlar barışdıqları üçün, barəsində başlanmış cinayət təqibinə xitam verilmiş, təqsirləndirilən şəxs qismində tanınmasına xitam verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur. (i.v. 187-192) - 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində hadisənin baş verdiyini təsdiq edən videogörüntülərin olduğu 01 ədəd DVD disk, “SM” marketə keçirilən baxış zamanı götürülmüş 01 ədəd dəmir çəkic və 01 ədəd dəmir ling maddi sübut qismində tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, çəkic və ling saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinə xitam verilmiş, “Abbas” adlı şəxsin barəsində material ayrılmış və araşdırma aparılması üçün 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 201-211) -Məhkəmə baxışı zamanı cinayət prosesi iştirakçılarının iştirakı ilə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi, içərisində hadisənin baş verdiyini təsdiq edən videogörüntülərin olduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı qeydə alınmış həmin görüntülərin verilmiş ittihamla müəyyən edilmiş faktiki hallarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı orada olan videogörüntülərin istintaq orqanının götürərək cinayət işinə əlavə etdiyi CD diskdə olan videogörüntülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bununla belə, həmin disk də maddi sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində də izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli, 8 nömrəli yaşayış binasının qarşısındakı marketdə və onun qarşısında baş vermişdir, hadisə zamanı Təqsirləndirilən şəxs sağ əlində çəkic və sol əlində linglə Zərərçəkmiş şəxs məxsus “SM” marketə daxil olub heç bir səbəb olmadan özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeyidlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai yer olan marketdə olan şəxslərin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə marketin iş fəaliyyətini pozmuş, daha sonra marketdən çıxıb qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi çəkici qəsdən bir neçə dəfə marketin qapısına və marketin içərisinə tərəf tullamaqla marketin giriş qapısının şüşəsini və ön şüşəsini, vitrin soyuducusunun şüşəsini, vitrin şüşəsini, vitrində olan xiyar turşu bankasını, yaşıl noxud bankasını, tomat bankasını və sair bu kimi məhsulları vurub sındırıb məhv etməklə ümumilikdə zərərçəkmiş şəxsin 1551,90 manat dəyərində əmlakını qəsdən məhv edib qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Məhkəmə, məhz məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş təkzibolunmaz sübutların məcmusuna əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsi tam təsdiq edilir və təqsirləndirilən şəxsin istinad olunan əməli müvafiq qaydada Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə tövsif edilməli olması Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin anoloji işlərlə bağlı gəldikləri hüquqi nəticələrdə müəyyən olunmuş faktiki hallarla uyğunluq təşkil edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan silah qismində istifadə edilən əşyalar (dəmir çəkic və dəmir ling) tətbiq etməklə xuliqanlıq əməlinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin törədildiyi zaman nalayiq ifadələrdən istifadə etməməsi, söyüş söyməməsi ilə bağlı göstərdiklərinə tənqidi yanaşaraq, qeyd edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz, belə ki, cinayət əməli qərəzli xuliqanlıq hərəkətləri ilə müşayiət olunmuşdur, Təqsirləndirilən şəxs həmin vaxt “SM” marketə daxil olub heç bir səbəb olmadan özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeyidlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai yer olan marketdə olan şəxslərin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə marketin iş fəaliyyətini pozmuş, daha sonra marketdən çıxıb qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi əşyalarla zərərçəkmişə məxsus əmlakı qəsdən məhv etmişdir ki, belə qərəzli xuliqanlıq hərəkətlərinin fonunda təqsirləndirilən şəxsin nalayiq ifadələr işlətməməsi, söyüş söyməməsi sadəcə mümkünsüzdür, təqsirləndirilən şəxs də bunu inkar etməklə qeyrisəmimi olduğunu göstərir. Bununla yanaşı, hadisənin bilavasitə şahidləri, marketdə olan Şahid3, Şahid1 Babadur oğlunun, eləcə də digər şahidlərin ifadələri ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın ümumilikdə əsaslı olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə icraata xitam verilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: - 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 76) - 29 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 122-126) - 29 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin müstəntiqinin qərarı ilə Təqsirləndirilən şəxs haqqında başqa yerə hetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 127-128) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli tələbnamədən və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 04 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 16 mart 2018-ci il tarixli qərarı ilə 20 oktyabr 2017-ci il tarixli qanununun tətbiqi ilə Azərbaxcan Respublikası CM-nin 180.2.2 və 180.2.5-ci maddələri hökmdən xaric edilmiş; 04 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Səbail rayon polis idarəsinin istintaq şöbəsinin 31 dekabr 2020-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş; Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 140-143, 166-170) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli 4(007)- 527/2022 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində müstəntiqin vəsatətinə və prokurorun təqdimatına əsasən həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə hazırlıq iclasının 14 oktyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə həmin məhkəmənin 01 oktyabr 2022-ci il tarixli 4(007)-527/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədə onun təqsirli bilinərək məhkum olunması barədə əksini tapan məlumatlara münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda, əlavə obyektinin isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə işin faktiki hallarını, iş üzrə cəzanı yüngülləşdirici hal qismində nəzərə alınan halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 26 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2022-ci il tarixdə məhkəmənin onun haqqında həbs qətimkan tədbiri seçilməsindən imtinasından sonra tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, həmin 03 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 29 sentyabr 2022-ci il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli cari hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, hesab edir ki, baxmayaraq ki, digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hökmlə təyin olunan cəzanın icrasını təmin etmir, ona görə hazırkı hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd dəmir çəkic və 01 ədəd dəmir ling, sahibi məlum olmadığına görə, məhv edilməli, 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd dəmir çəkic və 01 ədəd dəmir ling hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar