Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-440/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1982-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 97-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyul 2022ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanda yerləşən 14 saylı peşə liseyinin tikilməkdə olan binasının həyətyanı sahəsindəki yüngül konstruksiyadan quraşdırılmış saxlanc yerinin qapısının qıfılını dəmir parçası ilə qırıb açmaqla, saxlanc yerinə qanunsuz daxil olaraq oradan "xxxx" MMC-yə məxsus ümumi dəyəri 504 (beş yüz dörd) manat təşkil edən 02 ədəd “Bosch 190” markalı makina, ümumi dəyəri 223 (iki yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik təşkil edən 01 ədəd “Bosch 115” markalı laqonda, dəyəri 190 (yüz doxsan) manat təşkil edən 01 ədəd “Bosch” markalı drel, dəyəri 366 (üç yüz altmış altı) manat təşkil edən 01 ədəd qaynaq aparatı, dəyəri 294 (iki yüz doxsan dörd) manat təşkil edən 01 ədəd perfarator, ümumi dəyəri 372 (üç yüz yetmiş iki) manat təşkil edən 200 metr uzunluğunda kabel, ümumi dəyəri 77 (yetmiş yeddi) manat 09(doqquz) qəpik təşkil edən 44 metr uzunluğunda kabel və ümumi dəyəri 108 (yüz səkkiz) manat təşkil edən 03 ədəd uzadıcını gizli olaraq talayıb zərəçəkmiş şəxs "xxxx" MMC-nə ümumilikdə 2134 (iki min yüz otuz dörd) manat 29 (iyirmi doqquz) qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyul 2022-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünvanda yerləşən 14 saylı peşə liseyinin tikilməkdə olan binasının birinci mərtəbəsində quraşdırılmış saxlanc yerinin qapısının qıfılını dəmir parçası ilə qırıb açmaqla, saxlanc yerinə qanunsuz daxil olaraq, oradan "xxxx" MMC-yə məxsus ümumi dəyəri 108 ( yüz səkkiz) manat təşkil edən 10 qutu bolt və dəyəri 95 (doxsan beş) manat təşkil edən 01 ədəd “Candan” markalı ütü dəstini gizli olaraq talayıb, zərəçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 203 (iki yüz üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 15 iyul 2022-ci il tarixdə saat 07 radələrində Nizami rayonu ərazisində yerləşən 14 saylı peşə liseyinin yaxınlığında olarkən həmin liseyin həyətində ola biləcək tikintidə istifadə edilən alət və digər məmulatları oğurlamaq qərarına gəlmişdir. Daha sonra həyətə daxil olmuş, kiçik dəmir parçası tapıb anbarın qapısının üzərində olan asma qıfılı qırmış və içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra, orada olan 2 ədəd “190 Bosch” markalı makina, 2 ədəd “115 Bosch” markalı laqonda, 1 ədəd “Bosch” markalı drel, 1 ədəd svarka aparatı, 1 ədəd pereferator, 3 ədəd uzadıcı və kabelləri yolun kənarına yığmışdır. Sonra yoldan keçən, taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əşyaları yığmış, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişdir. Həmin ərazidə bir nəfər şəxsin ələ keçirdiyi əşyaları almaq istədiyini gördükdən sonra, “Bosch” markalı drel istisna olmaqla digər əşyaları ümumilikdə 90 manat qarşılığında həmin şəxsə satmışdır. Bundan sonra həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir ədəd dreli isə yaşadığı ünvana qoymuşdur ki, sonradan pula ehtiyacı yarandığında satsın. Bundan sonra 25 iyul 2022-ci il tarixdə yenidən pula ehtiyacı yarandığından həmin liseydə yerləşən anbardan oğurluq etmək qərarına gəlmişdir. Odur ki, saat 08 radələrində həmin əraziyə daxil olmuş, eyni üsulla dəmir parçası ilə qapının asma qıfılını qırmaqla anbara daxil olmuşdur. Oradan bir ədəd ütü və 10 qutu boltu götürmüş, Bakıxanov qəsəbəsində yerləşən xırdavat mağazasında işləyən sonradan adı ona Məhəmmədəli Rüstəmov kimi məlum olan şəxsə yaxınlaşıb, özünə məxsus olan 03 ədəd qutuda bolt və 01 ədəd ütünü satmaq istədiyini bildirmişdir. Qeyd olunan əşyaları 60 manat, 07 ədəd qutuda olan boltları isə Qaraçuxur qəsəbəsində tanımadığı şəxsə 20 manat müqabilində satmışdır. Evində saxladığı bir ədəd dreli isə polis əməkdaşlarına təqdim etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin X1 müdiri vəzifəsində işləyir. 15 iyul 2022-ci il tarixdə saat 08:30 radələrində Naxçıvanski küçəsi 100 nömrəli ünvanda yerləşən 14 saylı peşə liseyinin tikilməkdə olan binasının həyətyanı sahəsində gəzərkən orada saxlanc yerinin qapısının qıfılının qırıldığını görmüş və içəri saxlanc yerinə daxil olduqda orada tikintidə istifadə edilən ümumi dəyəri 504 (beş yüz dörd) manat təşkil edən 02 ədəd “Bosch 190” markalı makina, ümumi dəyəri 223 (iki yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik təşkil edən 01 ədəd “Bosch 115” markalı laqonda, dəyəri 190 (yüz doxsan) manat təşkil edən 01 ədəd “Bosch” markalı drel, dəyəri 366 (üç yüz altmış altı) manat təşkil edən 01 ədəd qaynaq aparatı, dəyəri 294 (iki yüz doxsan dörd) manat təşkil edən 01 ədəd perfarator, ümumi dəyəri 372 (üç yüz yetmiş iki) manat təşkil edən 200 metr uzunluğunda kabel, ümumi dəyəri 77 (yelmiş yeddi) manat 09 (doqquz) qəpik təşkil edən 44 metr uzunluğunda kabel və ümumi dəyəri 108(yüz səkkiz) manat təşkil edən 03 ədəd uzadıcınının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə rəhbərliyə məlumat verdikdən sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmiş və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. 25 iyul 2022-ci il tarixdə 08 radələrində yenidən binanın daxilindəki saxlanc yerinin qıfılının qırılması barədə məlumat aldıqdan sonra həmin yerə yaxınlaşmış və saxlanc yerinə baxarkən oradan ümumi dəyəri 108 ( yüz səkkiz) manat təşkil edən 10 qutu bolt və dəyəri 95 (doxsan beş) manat təşkil edən 01 ədəd ütü dəstinin oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Nümayəndə öz çıxışında qeyd etdi ki, dəymiş zərərdən heç bir məbləğ ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını xahiş edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5749 saylı rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 1 ədəd “Candan”markalı 01 ədəd ütü dəstinin orta bazar qiyməti 40 manat, istifadədə olmuş 1 ədəd “Bosch”markalı 120-Li” modelli drelin orta bazar qiyməti 60 manat, üzərində RAL 7024 yazıları olan 3 qutu boltun, hər birinin orta bazar qiyməti 10 manat olmaqla, ümumilkdə 30 manat müəyyən edilmiş, ekspertizaya təqdim edilmiş malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti 130 manat dəyərində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İbrahimov Təqsirləndirilən şəxs barəsində “8 Noyabr”-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-440/2022 saylı müraciətinə cavab olaraq Azərbaycan Respublikası ƏN-nin 17 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş məktubundan görünür ki, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzanın sonunun çatması səbəbindən cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla da residivə görə cəzanın aşağı həddi nəzərdə tutulmuşdur, yuxarı həddi nəzərdə tutulmamışdır. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Hazırkı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Candan”markalı ütü dəstinin, 01 ədəd “Bosch”markalı 120-Li”modelli drelin və 3 qutu üzərində RAL 7024 yazıları olan boltların Nümayəndə təhvil verilməsi nəzərə alnmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Candan”markalı ütü dəstinin, 01 ədəd “Bosch”markalı 120-Li”modelli drelin və 3 qutu üzərində RAL 7024 yazıları olan boltların Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-440/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-440/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver