Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-444/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi (atası) X1, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonunun Qumlaq kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə (CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 29 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza yeni hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 04 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 03 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 05 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 06 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti, 53 ünvanında yerləşən “Aşpaz” restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Lada 21214 Legend” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidlə bağlı olmamasından istifadə edib avtomobilin qapısını acaraq salonundan 1500 manat dəyərində 1 ədəd “X12” markalı, “SM-T395” modelli planşeti və saxlanc yerində olan pul kisəsindən 1800 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2024-cü il tarixdə, saat 16:32 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Lada minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidini sındıraraq qapısını acıb salonundan üzərində 21 manat 99 qəpik dəyərində telefon qabı, içərisində 50 manat dəyərində ***-***- **-** mobil nömrə olan 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonu, 80 manat dəyərində 1 ədəd 4 litr həcmdə avtomobil mühərrik yağı və 5 manat dəyərində 1 ədəd avtomobil mühərrik filtrini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 3156 manat 99 qəpik maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş və onlar müvafiq olaraq mülki iddiaçı və mülki cavabdeh qismində tanınmışlar. Mülki iddiaya əsasən Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs 3156 manat 99 qəpik və ödədiyi 52 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, mülki iddianı isə qəbul edərək ifadəsində göstərmişdir ki, o, 29 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Zabrat qəsəbəsi Babək küçəsində avtomobildən oğurluq etməmişdir, belə ki, həmin gündən iki-üç gün əvvəl o, başqa işə görə tutulmuş, həbsdə olmuşdur. 31 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində onun xahişi ilə tanışının icarəyə götürüb ona verdiyi “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər tanışı ilə görüşməyə getmişdir. Görüşdən çıxarkən avtomobili yanında saxladığı “Niva” markalı avtomobilin içərisində heç kimin olmadığını görmüş, həmin avtomobilə yaxınlaşdıqda qapısının açıq olduğunu görüb içəri daxil olmuş, arxa oturacağın ayaqaltı hissəsindəki 1 ədəd 5 litr həcmli qabda olan avtomobil mühərrik yağını, 1 ədəd avtomobil mühərrik filtrini, qoltuqaltı hissədən isə 1 ədəd “iPhone” markalı mobil telefonu götürərək idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Səhəri gün mühərrik yağını idarə etdiyi avtomobilə tökmüş, filtirini də dəyişmişdir, “iPhone” markalı mobil telefonu isə “20 Yanvar” metrostansiyası ərazisində tanımadığı şəxsə 330 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs madid imkanı olmadığına görə Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyə bilmədiyini, digər Zərərçəkmiş şəxs1 məxsus avtomobildən oğurluq etmədiyini göstərmiş, yaşlı anasının və himayəsində azyaşlı uşağı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 23 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin 1-ci atıcı bölüyündə atıcı vəzifəsində xidmət edir. 31 dekabr 2024-cü il tarixdə, saat 08:00-da ünvan 3 ünvanında yerləşən, işlədiyi 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısında özünə məxsus “Niva” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidmətə getmiş, 01 yanvar 2025-ci il tarixdə səhər saatlarında xidmətdən çıxıb avtomobilə yaxınlaşdığı zaman avtomobilin qabaq sol qapısının dəstəyinin sındığını görmüş, içəri daxil olaraq baxdıqda avtomobilində olan üzərində 21 manat 99 qəpik dəyərində telefon qabının, içərisində 50 manat dəyərində ***-***-**-** mobil nömrə olan 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonunun, 80 manat dəyərində 1 ədəd 4 litr həcmdə avtomobil mühərrik yağının və 5 manat dəyərində 1 ədəd avtomobil mühərrik filtrinin yerində olmadığını müəyyən etmiş və onların oğurlandığını başa düşmüşdür. Bu səbəbdən dərhal Nizami RPİ-nin 23-cü polis bölməsinə yaxınlaşaraq hadisə ilə bağlı şikayət ərizəsi vermişdir. Oğurluq nəticəsində ona 3156,99 manat məbləğində, avtomobilinin sol qapısının kilidinin sındırılması nəticəsində isə 100 manat maddi ziyan dəymişdir. Şikayəti əsasında aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Lakin dəymiş maddi ziyan həmin şəxs tərəfindən ona ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs2 daha sonra verdiyi ifadəsində ona dəymiş maddi ziyan ödənilmədiyinə görə mülki iddia verdiyini, həmin mülki iddiaya əsasən cavabdeh Təqsirləndirilən şəxs 3156,99 manat pulun və ödədiyi 52 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsini tələb etdiyini göstərmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçının nümayəndəsi (atası) X4 qeyd edilənlərin nəzərə alınaraq mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə, səhər saat 07 radələrində yaşadığı ünvandan çıxaraq özünə məxsus “VAZ 2121” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinə getmək üçün yola düşmüşdür. Evdən çıxarkən “Samsung” markalı, 1500 manat dəyərində planşetini və içərisində 1800 manat məbləğində nağd pul olan pul kisəsini avtomobilin saxlanc yerinə qoymuşdur. Avtomobilini Zabrat qəsəbəsi Babək küçəsində yerləşən “Aşpaz” restoranının yaxınlığında saxlayaraq iş yerimə getmişdir. O, Sabunçu RPİ-nin DYPŞ-də yol-nəqliyyat hadisələri üzrə inspektor işləyir. Həmin gün hadisə olmamışdı deyə işdən çıxmamış, axşam saat 23 radələrində evə getmək üçün avtomobilinə əyləşmiş, həmin vaxt saxlanc yerinə baxdıqda orada olan pul kisəsinin içərisindəki 1800 manat məbləğində nağd pulun və arxa oturacağın üstündə olan özünə məxsus 1 ədəd 1500 manat dəyərində “X12” markalı, SM-T395 modelli planşetin yerində olmadığını aşkar etmişdir. Buna görə yenidən idarəyə qayıtmış, otağı yoxlamışdır ki, bəlkə işdə qalıb, lakin orada olmamışdır. Daha sonra getdiyi yerlərin kameralarına baxmış, 12 saatlıq müddəti kamerada yoxlamışlar, bu, çox uzun vaxtlarını almışdır. Planşetinin və pulunun oğurlandığını bildikdən sonra, növbəti gün ərazi üzrə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluğa dair video görüntüdə aydın görünmüşdür ki, təqsirləndirilən şəxs rahat şəkildə onun avtomobilində əyləşir, planşeti və pul qabını götürür, baxır, daha sonra avtomobildən enir və planşeti, həmçinin pul qabını yoxlayır, içindəki pulu götürür, orada ona məxsus xidməti vəsiqəni görür, daha sonra pul qabını gətirib avtomobilə qoyur. Lakin içindəki pul orada olmamışdır. Sonradan oğurlanmış planşet ona qaytarılmış, lakin 1800 manat məbləğində pul qaytarılmamışdır. Ona görə Təqsirləndirilən şəxs şikayətçidir. Həmçinin təqsirləndirilən şəxs onun planşetində olan “sim” nöməni də sındıraraq atmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus nəqliyyat vasitəsindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - 01 yanvar 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə ünvan 4 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild, i.v. 8-10) - 07 mart 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Yerində yoxlama zamanı o, 31 dekabr 2024-cü il tarixdə, saat 16:32 radələrində ünvan 4 ünvanında oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun əməlini təsvir etmişdir. (İ cild, i.v. 74-76) - 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 80) - 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ibtidai istintaq sonuncu nömrə altında, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə aparılmışdır. (İ cild, i.v. 77-78) - 07 may 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti, 53 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild, i.v. 83-85) - 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı “X12” markalı, SM-T395 modelli mobil telefonu könüllü təqdim etdiyi üçün müstəntiq tərəfindən ondan götürülmüşdür. (İ cild, i.v. 134) - 05 mart 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “X12” markalı, SM-T395 modelli mobil telefon tanınması üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilmiş, masa üzərində ardıcıl qaydada düzülmüş 04 ədəd planşetləri nəzərdən keçirərək həmin planşetlərdən 2 nömrəsi altında olan planşeti tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. (İ cild, i.v. 135-137) - 06 mart 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Yerində yoxlama zamanı o, 29 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “Aşpaz” restoranının qarısında oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun əməlini təsvir etmişdir. (İ cild, i.v. 164- 166) - 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, şahid X5 Zərərçəkmiş şəxs2 məxsus “Lada minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını təsdiq edən mobil telefonun alışına dair sənədləri təqdim etmiş, sənədlər müstəntiq tərəfindən ondan götürülmüşdür. (i.v. 210-212) - 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə 31 dekabr 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində quraşdırılmış, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsinin qeydə alınmış müşahidə kamerasının videoqeydiyyat yaddaşından götürülərək köçürülmüş “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, “X12” markalı SM-T395 modelli planşet maddi sübut kimi tanınmış və 06 mart 2025-ci il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, şahid qismində dindirilmiş X5 tərəfindən təqdim edilmiş mobil telefonun alışına dair sənədlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X6 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 məxsus “Lada minik” arkalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidinin sındırılması nəticəsində 100 maddi ziyan dəyməsinə görə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati məsuliyyət olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə cinayət işindən material ayrılıb aidiyyəti üzrə Nizami RPİ-nin 23-cü PB-yə göndərilmiş, şahid X3 tərəfindən icarəyə verilmiş “Hyundai” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünün zədələnməsi ilə bağlı şikayəti olmadığına görə Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İİ cild, i.v. 80-92) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, iş üzrə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ziddiyyətli ifadəsindən fərqli olaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, barəsində hazırda Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 185.1 və 234.1-ci maddələri ilə cinayət işi üzrə istintaq aparılmışdır. Həmin işlə bağlı 11 may 2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuş, 05 oktyabr 2024-cü il tarixdə verilmiş həbsin uzadılması barədə qərar Abşeron rayon prokurorluğu tərəfindən təmin olunmadığı üçün həbsdən azad edilmişdir. 29 aprel 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Aşpaz” restoranının qarşısından keçən zaman orada “VAZ 2121” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Avtomobilin Niva markalı olduğunu gördüyü üçün maraqlanaraq yaxınlaşmış, qabaq sağ oturacağın üstündə Samsung markalı işlək planşetin olduğunu və avtomobilin qapısının açıq qaldığını müşahidə etmişdir. Sağ qapını açaraq avtomobilin içinə əyləşmiş, planşeti götürərək əlindəki sellofan bağlamaya qoymuşdur. Daha sonra avtomobilin saxlanc yerinin alt hissəsində pul kisəsi görmüş, onu açdıqda içərisində sənədlər, bank kartları və 1800 manat məbləğində pul aşkar etmişdir. Pul kisəsindəki 1800 manat pulu götürmüş, sənədlərə və bank kartlarına toxunmamışdır. Bundan sonra avtomobildən çıxaraq hadisə yerindən uzaqlaşmış və yaşadığı evə getmişdir. Oğurladığı planşeti satmaq məqsədilə açıb baxdığı zaman içərisində polisə aid məlumatların olduğunu gördüyü üçün planşeti satmaqdan imtina etmiş, söndürərək saxlamışdır. Həmin planşeti satmamış və hal-hazırda təqdim edə biləcəyini qeyd etmişdir. Oğurluq etdiyi avtomobilin sahibini əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti olmamışdır. Avtomobilin sahibinin şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs1 kimi məlum olmuşdur. Həmin cinayət əməlini təkbaşına törətmiş, ona bu işdə heç kim kömək etməmişdir. Bundan əlavə, qeyd etmişdir ki, sürücülük vəsiqəsi olmadığından 30 dekabr 2024-cü il tarixdə axşam saatlarında onun xahişi ilə tanışı X8 icarəyə “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini götürərək ona təhvil vermişdir. 31 dekabr 2024-cü il tarixdə saat 11 radələrində həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığına şəxsi işi ilə əlaqədar getmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Həmin gün saat 15:00 radələrində həmin ərazidən çıxaraq geri qayıdarkən Nizami rayonu, M.ünvan 7 ünvanda yerləşən Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisəsinin yanında “Niva” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını və içərisində heç kimin olmadığını görmüş, idarə etdiyi avtomobildən düşərək həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin qapısının açıq olduğunu görüb içəri daxil olmuş, arxa oturacağın ayaqaltı hissəsində yerləşən 1 ədəd 5 litr həcmli qabda olan avtomobil mühərrik yağını, 1 ədəd avtomobil mühərrik filtrini və qoltuqaltı hissədən bir ədəd “İphone” markalı mobil telefonu götürərək idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Səhəri gün mühərrik yağı və filtrini tanımadığı bir şəxsə ümumilikdə 25 manata, “iPhone” markalı mobil telefonu isə “20 Yanvar” metrostansiyası ərazisində tanımadığı başqa bir şəxsə 400 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etdiyi avtomobilin sahibini əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Həmin şəxsin şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs2 kimi məlum olmuşdur. Hadisə zamanı tək olmuş və ona heç kim kömək etməmişdir. Oğurluqla bağlı digər şəxslərin məlumatı olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi işin faktiki müəyyən edilmiş halları və toplanmış sübutlarla eynilik təşkil etmişdir. 06 mart 2025-ci il tarixdə Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “Aşpaz” restoranının qarısında “VAZ 2121” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun əməlini təsvir etmişdir. Bundan başqa, 05 mart 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin avtomobildən oğurladığı “X12” markalı, SM- T395 modelli mobil telefonu könüllü təqdim etdiyi üçün müstəntiq tərəfindən ondan götürülmüş, Zərərçəkmiş şəxs1 isə tanınma üçün ona təqdim edilmiş həmin planşeti tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs oğurluq hadisəsinin baş verdiyi 29 aprel 2024-cü il tarixindən iki-üç gün əvvəl onun başqa işlə bağlı həbs edildiyini göstərsə də, bu dəlil də öz təsdiqini tapmamışdır, belə ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməlləri ilə bağlı yalnız 2024-cü ilin may ayının 4-də və 10-da şübhəli şəxs qismində tutulmuş, 2024-cü ilin aprel ayının sonlarında, o cümlədən həmin ayın 29-da tutmada, həbsdə olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, ittihamda əksini tapmış vaxtlarda, yerlərdə və qaydada oğurluq əməllərini törədən şəxs, məhz Təqsirləndirilən şəxs olmuşdur, onun Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və digər materiallarla sübuta yetirilmişdir, bütün sübutlar biri digərini tamamlayır, bu sübutların şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 113-114) - 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 159-160) - 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə, saat 14:00da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 161-162) - 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə, saat 18:00-da tutulmuşdur. (İ cild, i.v. 59-60) - 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 195-199) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli tələbnamədən, hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 29 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza yeni hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 04 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 03 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 1-28) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə (CM-nin 66.2, 68.1.1-1 və 67.1-ci maddələrinin tələbləri qaydasında) qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 05 mart 2025-ci il tarixdə Sabunçu RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə axtarışda olan şəxs kimi tutulmuş, 06 mart 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildikdən sonra tutmadan azad edilmiş, bundan bir neçə saat sonra, həmin gün Nizami RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş, 08 mart 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. Bundan başqa, o, Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü ilə bağlı cinayət işi üzrə ümumilikdə 04 ay 29 gün müddətinə tutmada və həbsdə olmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməli olduğundan onun hər iki iş üzrə tutulduğu və həbsdə olduğu cəmi 05 ay müddət, CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunması nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə sonuncu dəfə şübhəli şəxs qismində tutulduğu 06 mart 2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 mülki iddiası ilə bağlı məsələyə ayrıca qiymət veriləcəkdir, digər Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar edilərək götürülməklə maddi sübut qismində tanınmış “X12” markalı, SM-T395 modelli planşetin məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, həmin planşetin Təqsirləndirilən şəxs alınmasına dair sənədlər və içərisində foto və video görüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq həmin şəxsdən 3156 manat 99 qəpik pulun və ödədiyi 52 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxs2 məxsus əmlakı talamaqla həmin zərərçəkmiş şəxsə 3156,99 manat məbləğində maddi ziyan vurmuşdur, bu, işin faktiki müəyyən olunmuş halıdır, eyni zamanda təqsirləndirilən şəxs, mülki cavabdeh tərəfindən mülki iddia etiraf və qəbul edilir. Ona görə məhkəmə hesab edir ki, mülki iddia əsaslı hesab olunaraq təmin edilməli, eyni zamanda məhkəmə xərcləri Təqsirləndirilən şəxs aid edilməli, mülki iddiaçının iddianın verilməsinə görə dövlət rüsumu qismində ödədiyi 52 manat məbləğində pulun əvəzi ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə (CM-nin 66.2, 68.1.1-1 və 67.1-ci maddələrinin tələbləri qaydasında) qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu və həbsdə olduğu cəmi 05 (beş) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Maddi ziyan qismində 3156,99 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat, cəmi 3208,99 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə verilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs1 izah edilsin. Maddi sübut qismində tanınmış “X12” markalı, SM-T395 modelli planşetin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, həmin planşetin Təqsirləndirilən şəxs alınmasına dair şahidin təqdim etdiyi sənədlər və içərisində foto və video görüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 29 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 319 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-444/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-444/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver