Məhkəmə qərarları › İş №1(007)-445/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-445/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-445/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Özbəkistan Respublikası, Kaşkadarinsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 180.1, 29, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 01 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2assivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını açıq talama məqsədi ilə 23 mart 2023cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 yaxınlaşıb guya qardaşına zəng edib danışdıqdan sonra geri qaytaracağı adı ilə Zərərçəkmiş şəxs1 üzərində “Bakcell” mobil operatoruna məxsus 20 manat dəyərində ***- ***-**-** nömrə və “Azerfon” mobil operatoruna məxsus 10 manat dəyərində ***-***-**-** nömrə olan 800 manat dəyərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonunu alıb hadisə yerindən qaçmaqla uzaqlaşıb açıq talayaraq Zərərçəkmiş şəxs1 830 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Özbəkistan Respublikasında anadan olsa da, Azərbaycan dilində sərbəst danışır, danışığı başa düşür. 23 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Topaz” mərc oyunları obyektinin yaxınlığında olan zaman təsadüfən Zərərçəkmiş şəxs1 ilə rastlaşmışdır. Elmir qeyd edilən ünvanda yerləşən dayanacaqda işləyirdi. O, Elmir ilə ayaqüstü bir neçə dəqiqə söhbət etmiş, bundan sonra Elmirin istifadəsində olan **********36329 və **********36337 imei kodlu “Redmi 9C Minnight Gray” markalı mobil telefonu gördükdə ondan qardaşına zəng etməsi üçün telefonu verməsini xahiş etmişdir. O, mobil telefonu Elmirdən götürərək yalandan nömrə yığaraq guya qardaşı ilə danışırmış kimi özünü göstərərək Elmir ilə birgə Nizami Rayon İcra Hakimiyyəti istiqamətindən “Shaurma” fastfood yeməkxanası istiqamətinə piyada hərəkət etməyə başlamışdır. Yaşayış binalarının yaxınlığına çatdıqda Elmirə “sən burada gözlə mən qayıdıram” demiş və Elmir səkidə onu gözləmişdir. O, isə binaların arxasına tərəf keçib oradan metronun “Qara Qarayev” stansiyasına düşərək kirayə yaşadığı Nəsimi rayonuna getmişdir. Həmin günü saat 23 radələrində ünvan 10 yerləşən “Podium” parkın qarşısında “Poz-Qazan” mərc oyunlarının satışını həyata keçirən X4 **********36329 və **********36337 imei kodlu “Redmi 9C Minnight Gray” markalı mobil telefonu 100 manata satmışdır. O, telefonu Eminə satan zaman özünə məxsus olmasını bildirmişdir. Emin ona 100 manat pul verdikdə o, pulu götürüb evə getmişdir. Sonradan isə ailəsini görmək üçün Qazax rayonuna getmişdir. Beləliklə 27 aprel 2023-cü il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirib Polis İdarəsinə gətirmişlər. Hadisə 23 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayon, Qara Qarayev prospekti 61 ünvanında baş vermişdir. O, maddi cəhətdən sıxıntı çəkdiyi üçün Elmirin əlindən guya qardaşına zəng etmək adı ilə mobil telefonu alıb piyada binalar tərəfə getmişdir. Elmir isə onu arxadan səsləməmiş və onun arxasınca qaçmamışdır. O, həmin telefonun satan zaman özünə məxsus olmasını bildirmişdir. O, soyğunçuluq etməmiş, yalnız telefonu talamışdır. Onun əməli soyğunçuluq kimi yox, dələduzluq kimi tövsif olunmalıdır. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Savxoz Ramanı, Südçülük qəsəbəsində yerləşən nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır. Ailədə 4 nəfərdilər. Ata, ana, özü və bacısıdır. Bacısı ailəlidir. Atası isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 saylı X2 Sahəsinin 62 saylı qazanxanasında mühafizəçi işləyir. Anası da həmin qazanxanada operator işləyir. Özü isə hazırda ’’Dinçer və Carçıoğlu” MMC-də köməkçi işləyir. İşdən kənar vaxtlar da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “KFC” restoranının qarşısında yerləşən dayanacaqda parkinq ilə məşğul olur. Qazandığı 5-10 manat pul ilə evə gündəlik ləvazimatlar alır. 2022-ci ilin sentyabr ayında özünə **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu “Kontakt home” mağazasından 800 manata almışdır. Beləliklə 23 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “KFC” restoranının yaxınlığında yerləşən dayanacaqda maşınların parkinq etmələri üçün köməklik göstərirmiş. Həmin günü saat 21:30 radələrinədək parkinqdə işləmiş və 6 manat pul qazanmışdır. Havanın soyuq olması səbəbindən evə getmək üçün piyada Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti “KFC” restoranı istiqamətindən “Şhaurma” fastfood yeməkxanası istiqamətində yolun sağ hissəsi ilə gedən zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs qardaşına zəng etmək üçün ondan mobil telefonu istəmişdir. O, isə heç bir etiraz etmədən əynində olan qara rəngli paltonun sağ cibindən **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu həmin şəxsə vermişdir. Həmin şəxs mobil telefon ilə kiməsə zəng edib pul istəmişdir. Beləliklə onlar Nizami rayonu,Qara Qarayev prospekti 61 ünvanına çatdıqda həmin şəxs qəflətən binaların arasına tərəf qaçmışdır. O, həmin şəxsin qaçmasını gördükdə qışqıraraq ona dayanmasını telefonunu geri verməsini tələb etmişdir. Həmin şəxs arxaya tərəf baxdıqda onun ardınca qaçdığını gördükdə o, binaların arasına keçərək qaranlıqda qaçıb getmişdir. O,binaların arasında həmin şəxsi nə qədər axtarsa da, tapa bilmədikdə yaxınlıqda olan geyim əşyaları satan mağazaya gedib orada işləyən satıcıdan mobil telefonunu ona verməsini baş vermiş hadisə haqqında DİN-nin 102 zəng mərkəzinə məlumat vermək istədiyimi bildirmişdir. Satıcıda etiraz etməmiş və ona mobil telefonunu vermişdir. O, DİN-nin 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə haqqında məlumat vermişdir. Hadisə zamanı ona məxsus 800 manat dəyərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefon və üzərində 20 manat dəyərində ’’Bakcell” mobil operatoruna məxsus ***-***-**-** nömrə, 10 manat dəyərində ’’Azerfon” mobil operatoruna məxsus ***-***-**-** nömrələr olmuşdur. Həmin nömrələrin hər ikisinin üzərində balans olmamışdır. O, həmin şəxsi tanımır. Əvvəllər heç vaxt görməmişdir. Onun haqqında heçnə bilmir. Hadisə zamanı isə heç bir bədən xəsarəti almamışdır. Baş vermiş hadisə zamanı ona ümilikdə 830 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Şahidlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişlər. Şahid Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, “Toyota Prius” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomşını idarə edir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona çoxfunksiyalı mobil telefon lazım idi. Bunun üçün 30 mart 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən telefon mağazasına daxil olmuş və satıcıdan saz vəziyyətdə olan işlənmiş mobil telefon almaq istədiyini bildirmişdir. Adını xatırlamadığı satıcı isə ona tünd göy rəngli korpusu olan **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu göstərərək məsləhətli olmasını dedikdə o, mobil telefona baxaraq normal işləməsini və qiymətini soruşduqda 160 manat olmasını bildirmişdir. O, həmin satıcıya endirim etməsini xahiş etmiş eyni zamanda ona, mobil telefon oğurluq olub olmamasını soruşduqda satıcı oğurluq telefon almadıqlarını demişdir. O, həmin mobil telefona görə satıcıya 150 manat təklif etdikdə satıcı razılaşmışdır. Satıcıya 150 manat pul verib həmin mobil telefonu almışdır. 11 aprel 2023-cü il tarixdə Bakı şəhər, Nizami RPİ-dən ona zəng olunaraq həmin mobil telefonun soyğunçuluq cinayəti nəticəsində əldə edilməsini bildirilmiş və Nizami RPİnə dəvət edilmişdir. İdarədə olan zaman ona məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs1 23 mart 2023-cü il tarixdə saat 21:30 radələrində DİN-nin 102 zəng mərkəzinə eyni zamanda Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu Bakı şəhəri,Nizami rayonu Qara Qarayev prospekti 61 ünvanın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona yaxınlaşaraq qardaşına zəng etmək bəhanəsi ilə alıb hadisə yerində qaçıb getmişdir. Onun telefonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmçinin telefonu aldığı mağazanın satıcısı ona mobil telefonun cinayət yolu ilə almasını bildirməmişdir. O, həmin mobil telefonu 150 manat pul ödəyərək əldə etmişdir. Şahid Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 10 yerləşən ”Elma” telecom mobil telefonların alqı-satıqı mağazasını işlədir. X5 əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 25 mart 2023cü il tarixdə günorta saatlarında X6 mağazaya daxil olaraq özünə məxsus **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu göstərərək satmaq istədiyini bildirmişdir. O, isə həmin mobil telefona baxaraq saz olub olmamasını yoxladıqdan sonra 100 manata ala biləcəyini dedikdə Emin razılaşmış və Eminə 100 manat ödəniş etmişdir. Eyni zamanda ona şəxsiyyət vəsiqəsinin surətini verməsini xahiş etdikdə Emin şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, isə Eminin şəxsiyyətini vəsiqəsini və mobil telefonun imei kodunu çəkib götürmüşdür. Eyni zamanda ona məxsus mobil telefon nömrələrin də həmin sənədini üzərinə qeyd etmişdir. Bundan sonra Emin çıxıb getmişdir. O, isə telefonu təmizləyib satmaq məqsədi ilə vitrinə qoymuşdur. 30 mart 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 mağazaya gələrək taksi sürücüsü olduğunu və çoxfunksiyalı mobil telefon almaq istədiyini bildirmişdir. O, da Vidadiyə **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu göstərərək 160 manata satdığını demişdir. Vidadi imkanın olmadığını bildirirərək 150 manat verə biləcəyini bildirdik də onunla razılaşmışdır. Beləliklə mobil telefonu 150 manata satmışdır. Bundan sonra 11 aprel 2023cü il tarixdə Zərərçəkmiş şəxs2 təkrar mağazaya gələrək mobil telefonun oğurluq olmasını və Nizami RPİ-nin İŞ-də həmin mobil telefonu könüllü təhvil verməsini bildirmişdir. Bundan sonra Nizami RPİ-dən zəng olunaraq onu polis idarəsində dəvət etmişlər. Polis idarəsində olan zaman ona məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs1 23 mart 2023-cü il tarixdə saat 21:30 radələrində DİN-nin 102 zəng mərkəzinə eyni zamanda Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona yaxınlaşaraq qardaşına zəng etmək bəhanəsi ilə alıb hadisə yerində qaçıb getmişdir. Onun mobil telefonun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin telefonu aldığı X6 ona mobil telefonun cinayət yolu ilə əldə edilməsini bildirməmişdir. Həmin mobil telefonu 100 manat pul ödəyərək əldə etmişdir. X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 11 ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir. Bir azyaşlı övladı var. Anası tibb bacısı işləyir. Atası isə işləri ilə bağlı hazırda Rusiya Federasiyasındadır. 2022ci il tarixdən ünvan 10 yerləşən “Podium” parkın qarşısında “Poz-Qazan” mərc oyunlarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Əlinin qardaşı Tahir ilə münasibəti var. Əlini isə Tahirə görə tanımışdır. Lakin Əli ilə heç bir münasibəti və dostluğu olmamışdır. 23 mart 2023-cü il tarixdə saat 23 radələrində ünvan 10 yerləşən “Podium” parkın qarşısında “Poz- Qazan” mərc oyunlarının satışı ilə məşğul olur. Bu vaxtı Təqsirləndirilən şəxs ona yaxınlaşıb pula ehtiyacı olduğu üçün özünə məxsus olan **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu göstərərək ona 100 manat pul lazım olmasını bildirmişdir. O da Əlinin tanıdığı üçün ona 100 manat pul vermişdir. Bundan sonra Əli ona bildirmişdir ki, sabah gəlib telefonu götürəndə 100 manatı qaytaracaqdır. 24 mart 2023-cü il tarixdə axşam saatlarında Əli ona zəng etmiş, Qazax rayonuna getdiyi üçün onda olan telefonu satıb pulunu götürməsini bildirmişdir. O, da Əlinin dediyi kimi mobil telefonu Cavadxan küçəsi 38 ünvanında yerləşən ”Elma” telecom mobil telefonların alqı-satıqı mağazasını işlədən Zərərçəkmiş şəxs2 100 manata satmışdır. Bundan sonra öz işləri ilə əlaqədar çıxıb getmişdir. Beləliklə 06 aprel 2023-cü il tarixdə ”Elma” telecom telefonların alqı-satıqı mağazasının qarşısından keçən zaman Vidadi onu görüb mağazaya dəvət etmişdir. Vidadi ona satmış olduğu **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonun oğurluq olmasını bildirərək hazırda Nizami RPİ-nin İŞ-də cinayət işinin istintaq olmasını qeyd etmişdir. Bundan sonra o, təcili Nizami RPİ-nin İŞ-nə getmişdir. Polis idarəsində olan zaman ona məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs1 23 mart 2023-cüil tarixdə saat 21:30 radələrində DİN-nin 102 zəng mərkəzinə eyni zamanda Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus **********36329 və **********36337 imei kodlu “Redmi 9C Midnight Gray” markalı 4GB Ram 128 yaddaşlı mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona yaxınlaşaraq qardaşına zəng etmək bəhanəsi ilə alıb hadisə yerində qaçıb getmişdir. Onun mobil telefonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmçinin telefonu aldığı Təqsirləndirilən şəxs onun mobil telefonun cinayət yolu ilə əldə edilməsini bildirməmişdir. Həmin mobil telefonu 100 manat pul ödəyərək əldə etmişdir. O, mobil telefonu Əlidən alan zaman heç bir sənəd almamışdır. Həmin telefonu 100 manata Əlidən almışdır. İş materiallarında olan 23 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 23 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanını əli ilə göstərərək hadisənin bu ünvanda baş verdiyini təsdiq etmişdir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 könüllü təqdim etdiyi **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefon sübut əhəmiyyətinə malik olduğu nəzərə alınaraq ünvan 13 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 403 nömrəli xidməti otağında götürülmüşdür. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi üzərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun fotosu və X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan bir ədəd vərəq sübut əhəmiyyətinə malik olduğu nəzərə alınaraq ünvan 13 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 403 nömrəli xidməti otağında götürülmüşdür. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi üzərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun fotosu və X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan bir ədəd vərəqə baxış keçirilmiş, baxış zamanı həmin vərəqin üzərində qeydlər və X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti olması aşkar olunmuşdur. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 15 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 qardaşına zəng etmək bəhanəsi ilə ondan **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonu soyğunçuluq yolu ilə əldə etdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli şəxsin tanınması haqqında protokol və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 4 nəfər şəxsin içərisindən ona qarşı soyğunçuluq cinayətini törətmiş Təqsirləndirilən şəxs tanıyaraq əli ilə göstərmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs üzünə qarşı deyərək öz ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/2957 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı, M2006C3MG model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 120 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4 manat müəyyən edilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 götürülmüş **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi üzərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun fotosu və X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan bir ədəd vərəqin iş üzrə sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, soyğunçuluq cinayəti törətməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 oktyabr 2023-cü il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmündən və Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 180.1, 29, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 01 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan tutma protokolundan və cəlb qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 27 aprel 2023-cü il tarixdə tutulmuş, 29 aprel 2023cü ildə təqsirləndirilən şəxs qismində cəlb edimişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş üzərində **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun fotosu və X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan 01 (bir) ədəd vərəq Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus **********36329 və **********36337 imei nömrəli “Redmi 9C Midnight Gray” markalı 4 GB Ram 128 yaddaşlı mobil telefonun ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi cəmi 76 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 456 (dörd yüz əlli altı) manat (76x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd İMEİ kodu **********36329 və **********36337 olan “Redmi 9C Midnight Gray” markalı mobil telefonun ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi **********36329 və **********36337 İMEİ kodlu “Redmi 9C Midnight Gray” markalı mobil telefonun fotosu, 01 ədəd X4 məxsus şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan 01 ədəd vərəqə cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 76 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 456 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar