Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-447/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanununda əməli törətmiş şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): xx.xx.1977-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 119B ünvanında idarə etdiyi 60 nömrəli xətt üzrə işləyən avtobusun daxilində Zərərçəkmiş şəxs tərəfindən onun haqqında yalan məlumatlar yayılmasına Zərərçəkmiş şəxs etiraz etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs fövqündə qoyaraq, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, avtobusda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, fiziki zor tətbiq edib, qəsdən təpiklə və başı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ təpə-gicgah nahiyəsinin hematoması, sağ təpə nahiyəsinin kiçik ölçülü əzilmiş yarası, sağ alın nahiyəsinin şişkinlik halında əzilməsi, sol alın nahiyəsinin sol bazının ön-bayır nahiyəsinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qonşusunun xalası qızı olan Sevda adlı xanım ona zəng edərək tanıdığı Nahibə adlı qadının onların qeyrirəsmi münasibət yaşamaqları barədə yalan məlumatlar yaydığını bildirmiş, o da Nahibə tərəfindən yayılan yalan məlumatı aydınlaşdırmaq üçün dərhal Nahibənin istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Daha sonra Nahibədən Sevda ilə onun qeyri-rəsmi münasibət yaşamağı barədə yalan məlumatı yaymağının səbəbini soruşduqda, Nahibə cavabında onunla heç bir düşmənçiliyi olmadığını, lakin Sevdanın da həmin hərəkətləri vaxtı ilə ona qarşı etdiyini bildirmişdir. O da Nahibəyə onunla heç bir düşmənçiliyi olmadığı halda onun barəsində yalan məlumat yaymamağı, Sevda ilə düşmənçiliyi varsa, onunla aralarında söhbətlərini həll etməyini tələb etmişdir. Lakin Nahibə ona cavabında yaydığı yalan məlumata haqq qazandırdığını və yaxşı elədiyini bildirmiş, o da əsəbiləşib Nahibəni nalayiq ifadə ilə təhqir etdikdən sonra, Nahibə də qarşılıqlı olaraq onu nalayiq ifadə ilə təhqir edib telefonu söndürmüş, təxminən 5 dəqiqə keçdikdən sonra Nahibəyə dəfələrlə zəng etsə də, Nahibə zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə sürücü işlədiyi 60 saylı xətt avtobusu ilə Nizami rayonu Q.Qarayev 119B ünvanında yerləşən avtobus dayanacağında olarkən Nahibə anidən avtobusun qarşısını kəsib avtobusu idarə etməyinə mane olmuş, o da avtobusun qarşısından çəkilməyini tələb etdikdə Nahibə çəkilməyəcəyini və onu avtobus ilə vurmağını istəmiş, avtobusda sərnişinlər olması səbəbindən və Nahibənin avtobusun qarşısından çəkilmədiyini görüb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra Nahibənin avtobusun qarşısından çəkilməsini tələb etmiş, Nahibə avtobusun qarşısından çəkilib onun idarə etdiyi avtobusa minərək onunla mübahisə etməyə başlamışdır. Nahibə mübahisə zamanı əlində olan, lakin görmədiyi əşya ilə onun sağ üz nahiyyəsindən xəsarət yetirmiş, o da Nahibənin ona əlavə xəsarət yetirməməsi üçün Nahibənin saçından və qollarından tutmuş, Nahibə avtobusun içərisində daxil olduqda o, başı ilə Nahibəyə vurmuş və həmin vaxtı kənarda olan bir neçə nəfər tanımadığı şəxs Nahibəni ondan ayırıb avtobusdan yerə düşürmüşdür. Təxminən 3- 5 dəqiqə orada gözlədikdən sonra hadisə baş verən ünvandan uzaqlaşıb çıxıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən istifadəsində olan mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, o həmin zəngə cavab verib kim olduğunu soruşduqda, həmin şəxs onu tanıyıb tanımadığını soruşmuş, o həmin şəxsə onu tanımadığını dedikdə, həmin şəxs adının Füzuli olduğunu bildirmiş, o, Füzulidən Sevdanın əri Füzuli olub olmadığını soruşduqda həmin şəxs Sevdanın əri Füzuli olmadığını, şəmkirli Füzuli olduğunu bildirmişdir. Daha sonra Füzuli ondan hansı səbəbə Sevda adlı qadın ilə qeyri-rəsmi münasibət yaşamağı haqda yalan məlumat yaymağının səbəbini soruşduqda o, Füzuliyə elə bir məlumat yaymadığını, onu tanımadığını bildirib, ondan nömrəsini kimdən aldığını soruşmuşdur. Həmin zaman Füzuli adlı şəxs onu və övladını hədələyərək onu nalayiq ifadələr ilə təhqir edib, alt paltarına narkotik vasitə atıb onu tutduracağını deyib telefonu söndürmüşdür. Daha sonra Sevdaya zəng edib ona zəng edən şəxsin kim olduğunu və harada işlədiyini soruşduqda Sevda həmin şəxsin adının Füzuli olduğunu, 60 saylı xətt avtobusunda sürücü işlədiyini bildirdikdə xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdə olarkən yenidən Füzuliyə zəng edib Sevda ilə onun qeyri-rəsmi münasibət yaşamaqları barədə heç bir məlumat yaymadığını, Sevda ilə danışarkən Sevdanın əri Füzuli haqda danışdığını bildirmişdir. Füzuli isə Sevdanın əri Füzulinin yox, onun haqda danışdığını deyib və onu yaxşı tanıdığını deyib müxtəlif şəxslər ilə pul qarşılığında görüşdüyünü deyib telefonu söndürmüşdür. O da Füzuliyə sms yazaraq sabahısı gün onun iş yerinə gələcəyini bildirib dediklərini sübut etməyini tələb etmiş, bu səbəbdən həmin tarixdə, saat 09 radələrində Nizami rayonu, Q.Qarayev 119B ünvanında yerləşən 60 saylı xətt avtobusunun dayanacağında oturub Füzulinin gəlməsini gözləmiş, yarım saat keçdikdən sonra Füzulinin idarə 60 saylı xətt avtobusunun gəldiyini və avtobusdan sərnişinlərin düşdüyünü gördükdə Füzulinin idarə etdiyi avtobusun qarşısında dayanıb yerə düşməsini tələb edib, ondan onu hansı səbəbə görə nalayiq ifadələr ilə təhqir etməsinə aydınlıq gətirməsini və onun barəsində dediklərini sübut etməsini istəmişdir. Bu zaman yenidən Füzuli onu nalayiq ifadə ilə təhqir edib avtobusun qarşısından çəkilməyini istəmiş, o da onun avtobusdan yerə düşməyəcəyi təqdirdə kənara çəkilməyəcəyini deyib avtobusun qapısı tərəfə yaxınlaşmışdır. Füzuli sükan arxasından durub, qapıya yaxınlaşıb təpik zərbəsi ilə onun çiyin nahiyyəsinə vurmuş, o da onun ayağından tutduqda Füzuli onun saçından tutub dartaraq avtobusun içərisinə salmışdır. Daha sonra Füzuli kəllə zərbəsi ilə bir neçə dəfə onun baş nahiyyəsinə vurmağa başlamış, bu zaman kənarda olan tanımadığı şəxslər yaxınlaşıb onları ayırmışlar. Hadisə zamanı o, Füzulini vurmamış, ona xəsarət yetirməmişdir. Füzuli kəllə ilə ona vuran zaman onun saçında olan saç sancağı onun üz nahiyyəsinə dəymişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 525 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsinin hematoması, sağ təpə nahiyəsinin kiçik ölçülü əzilmiş yarası, sağ alın nahiyəsinin şişkinlik halında əzilməsi, sol alın nahiyəsinin, sol bazunun ön-bayır nahiyəsinin qançırları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əsasən zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin əməli etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından hər ay dövlət nəfinə 20 (iyirmi) faizi məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-447/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-447/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver