Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-449/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1999-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu Türkoba kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1 maddələri təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmiş, məhkumluğu ödənilməmiş, hazırda Penitensiar Xidmətin Müaliccə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş” 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş,cərrahi əməliyyatlarda istifadə olunan tibbi alət-itiuclu orta skalpel əşyanı əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, 20 mart 2024-cü il saat 22:30 radələrində 7 saylı dəstənin qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs ailə problemlərinə görə əsəb gərginliyi keçirərək qeydiyyatda olduğu dəstənin sanitar qovşağında ucu itilənmiş dəmir parçası ilə sol qarın nahiyyəsinə daxilə nüfuz etməyən xəsarət yetirməklə istifadə etmiş, müəssisənin əməkdaşları tərəfindən sonuncuya ilk tibbi yardım göstərilmiş və ucu itilənmiş dəmir parçası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək əvvəllər törətdiyi cinayətə görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1 maddələri təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını çəkmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində keçirilmişdir. Hazırda Penitensiar Xidmətin Müaliccə Müəssisəsində müalicə alır. Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin ərzazisində tapdığı ucu itilənmiş dəmir parçasını özü ilə götürərək saxlamış, gəzdirmiş, daşımış və saat 22:30 radələrində qeydiyyatda olduğu 7 saylı dəstənin sanitar qovşağında ailə problemləri fonunda əsəb gərginliyi keçirərək ucu itilənmiş dəmir parçası ilə sol qarın nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra müəssisənin əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində çalışan Şahid2 ifadəsində göstərmişdir ki, 20 mart 2024-cü il saat 22:30 radələrində 7 saylı dəstənin qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs ailə problemlərinə görə əsəb gərginliyi keçirərək qeydiyyatda olduğu dəstənin sanitar qovşağında ucu itilənmiş dəmir parçası ilə sol qarın nahiyyəsinə daxilə nüfuz etməyən xəsarət yetirmişdir. Məhkum Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilmiş, özünə xəsarət yetirdiyi ucu itilənmiş dəmir parçası maddi sübut qismində götürülmüşdür. Götürülmüş maddi sübut ekspertizaya göndərilməsi məqsədilə hal şahidlərinin və digər prosses iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, müəssisənin möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı Şahid1, Şahid3, Şahid4 məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1, Şahid3, Şahid4 Şahid2 ifadəsində göstərilən xüsusatları qeyd edərək analoji məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03 aprel 2024-ci il tarixli, «3-16-16/2-3/569» nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd ucu itilənmiş predmet zavod üsuli ilə istehsal edilmiş, cərrahi əməliyyatlarda istifadə olunan tibbi-alət, itiuculu orta skalpeldir, kriminalstik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X1 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 11 saylı əlavəyə əsasən konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətin hazırlanması saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi məhkumlara qadağan olunmuş əşyadır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs toğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Məhkəməsinin 1(008)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay, 177.2.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2024-cü il tarixə 01 il 01 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon Məhkəməsinin 1(008)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 01 il 01 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 1(008)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, 1 ədəd deşici alət cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Sabunçu Rayon Məhkəməsinin 1(008)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 1 il 1 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs oğluna qəti olaraq 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Sabunçu rayon Məhkəməsinin 1(008)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd deşici alət cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-449/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-449/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver