Məhkəmə qərarları › İş №1(007)-45/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-45/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-45/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 iyul 1976-cı ildə Ermənsitan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Azərişıq" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsində işləyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki o, xx.xx.2007-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) X18 Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsində işləməklə “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 1.8.2-ci bəndinin, "xxxx" ASCnin “Nizami RETSİ”-nin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisinin “vəzifə təlimatı”nın 7-ci bəndinin tələblərinə əsasən izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etməli, cərəyankeçirici hissənin əsas izolyasiyası cərəyandaşıyan hissələrin üzərini örtməli və onun istismarı prosesində məruz qala biləcəyi bütün mümkün tədbirləri görməli, həmçinin avadanlıq və xətlərin vaxtında keyfiyyətli əsaslı və cari təmirlərini aparmalı olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək, elektrik kabelinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etməyib ehtiyyatsızlıqdan 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarına çıxmış xx.xx.2010-cu il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən "xxxx" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin balansında olan 10 min KV gərginliyində Komplektləşdirilmiş 46 saylı Transformator Məntəqəsindən qeyd edilən hasarın üzərindən çəkilərək kustar üsulla hazırlanmış elektrik dirəyinə quraşdırılmış naqildən elektrik cərəyanı vurmaqla sonuncunun sol əlin ovuc səthinin elektrik vurma nişanələri, sol gözün bayır bucağı nahiyəsinin, sol budun, burun belinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər alması ilə yüksək gərginlikli elektrik cərəyanının təsirindən baş vermiş ürək iflici Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla onun hüquqlarına, qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) X18 Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsində işləmişdir. 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarının üzərinə 46 saylı Transfarmator məntəqəsindən kustar üsulla çəkilmiş kabel xəttindən elektrik cərəyanı vurması nəticəsində azyaşlı Zərərçəkmiş şəxs öldüyünü eşitmişdir. ünvan 2 ünvanda yerləşən uşaq bağçasının hasarının üzərindən çəkilmiş kabel xəttinə və həmin kabel xəttinin çəkildiyi 46 saylı Transfarmator məntəqəsinə nəzarət konkret olaraq "xxxx" ASC-nin Nizami RETSİ tərəfindən ona həvalə edilməmiş, hadisənin baş verdiyi ərazidə izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etmək, cərəyankeçirici hissənin əsas izolyasiyası cərəyandaşıyan hissələrin üzərini örtmək və onun istismarı prosesində məruz qala biləcəyi bütün mümkün tədbirləri görmək, həmçinin avadanlıq və xətlərin vaxtında keyfiyyətli əsaslı və cari təmirlərini aparmağa dair cavabdehlik öhdəliyi olmamışdır. 30 iyul 2021-ci il tarixdə “şahid” qismində istintaq orqanına ifadə verməmiş və həmin ifadədəki imza və “ifadəmi oxudum, doğrudur, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” sözləri onun tərəfindən yazılmamışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldakı ifadəni, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı və digər sənədləri təqsirli olmadığına görə imzalamaqdan imtina etmişdir. Ümumiyyətlə baş vermiş hadisə ilə bağlı müstəntiq tərəfindən onun izahatı və ifadəsi alınmamışdır. ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarının üzərində quraşdırılan taxta dirək və onun üzərində olan elektrik naqillərinə “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etməmiş və həmin prtokolu imzalamamışdır. Eyni zamanda X15 “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etməmiş və həmin protokolu imzalamamışdır. Baş vermiş hadisə ilə bağlı təqsirli olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, habelə şahid ifadələrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Füzuli rayon sakini X23 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Zərərçəkmiş şəxs Xaqani oğlu dünyaya gəlmişdir. 2015-ci il tarixdə Xaqani ilə boşandıqdan sonra azyaşlı oğlu Zərərçəkmiş şəxsla birlikdə ünvan 2 ünvanda yerləşən məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında anasının yanında yaşamışlar. 08 iyun 2021-ci il tarixdə səhər saat 09 radələrində işə getmiş və işdə olan zaman saat 18:30 radələrində xalasının gəlini Turanə onun mobil telefon nömrəsinə zəng edərək, anasının təzyiqinin qalxdığını və vəziyyətinin pis olduğunu demişdir. Dərhal işdən icazə alıb evə gəldikdə həyətdə polis və təcili tibbi yardım xidməti əməkdaşlarının olduğunu görmüşdür. Anasına nəsə olduğunu düşünmüş, lakin qonşular ona oğlunun öldüyünü demişlər. Əvvəlcə oğlunun yaşadıqları uşaq bağçasının hasarından yıxılaraq öldüyü deyilsə də, sonradan oğlunun meyiti ekspertiza şöbəsində müayinə olunan zaman onun elektrik cərəyanı vurması nəticəsində öldüyü məlum olmuşdur. Hadisə vaxtı qonşular və orda yaşayan digər şəxslər oğlunun hasardan yıxıldığını görmüşdür. Oğlunun ölümündə Təqsirləndirilən şəxs təqsirinin olmadığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 23 ünvanda yerləşən məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyətində ev işlərini görən zaman, qonşuluqda yaşayan azyaşlı Zərərçəkmiş şəxs bağçanın həyətyanı sahəsinin hasarının üzərinə çıxdığını və 2-3 dəqiqə sonra yerə yıxıldığını görmüş və dərhal həmin yerə yaxınlaşmışdır. Xəyalın kürəyi üstə yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olmuş, sonuncuya yardım etmək məqsədi ilə su gətirərək Xəyalın əl-üzünü yumuş, lakin Xəyal özünə gəlməmişdir. Həyəcanlı olduğundan xatırlamadığı qonşulardan biri təcili tibbi yardım stansiyasına zəng edərək hadisə barədə məlumat vermiş və təxminən 10 dəqiqə sonra təcili tibbi yardım xidmətinin həkim briqadası gələrək azyaşlı Xəyalı 3 saylı şəhər Kliniki xəstəxanasına aparmışlar. Lakin, xəstəxanada Xəyalın öldüyü məlum olmuş və geri göndərmişlər. Xəyalın hasardan yıxılaraq öldüyünü düşündüyü halda, sonradan Xəyalın elektrik cərəyanı vurması nəticəsində öldüyü məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu RETSİ-nin İstismar idarəsində baş mühəndis vəzifəsində işləyir. ünvan 2 ünvanda yerləşən məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyətyanı sahəsinin hasarının üzərində olan kabel xətti konkret olaraq hər hansı mühəndisin nəzarətində olmamışdır. İdarədə işləyən mühəndislər iş qrafikinə uyğun olaraq həmin əraziyə nəzarət etmişlər. Hadisə yeri olan ünvan 2 ünvanda yerləşən məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyətyanı sahəsinin hasarının üzərində olan kabel xəttinə və ərazidə olan digər xətlərə nəzarətin həyata keçirilməsi qeyri mümkün olmuşdur. Çünki həmin ərazidə yaşayan məcburi köckünlər buna etiraz etmiş və onların həmin əraziyə daxil olmağının qarşısını almışlar. Bununla bağlı bir neçə dəfə polis əməkdaşlarına məlumat verilmişdir. Həmin ərazidə olan hava, kabel və digər elektrik xətlərinə sonuncu dəfə nə vaxt baxış keçirilməsini bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində ərazidə yaşayan tanımadığı şəxs tərəfindən, M.Abbasov küçəsi 23 ünvanda yerləşən uşaq bağçasının hasarının üzərinə 46 saylı Transfarmator məntəqəsindən çəkilmiş kabel xəttindən elektrik cərəyanı vurması nəticəsində azyaşlı Zərərçəkmiş şəxs ölməsi barədə idarəyə məlumat verilmişdir. Ertəsi gün həmin əraziyə baxış keçirilmiş və baxış zamanı hasarın üzərində olan 2 ədəd müxtəlif kabellərin keçdiyi, elektrik naqilinin hasardan sağ tərəfdə olan hissəsinin üzərinin izolyasiyasının üst tərəfdən 10 sm ölçüdə quruyaraq töküldüyü müəyyən edilmişdir. Həmin elektrik kabelinin 46 saylı Transfarmator Məntəqəsindən əraziyə nə vaxt və kim tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Həmin ərazidə məcburi köçkünlər yaşadığı üçün ümumi olaraq əraziyə 1 ədəd sayğac quraşdırılmışdır. Şahid3 əlavə olaraq ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən uşaq bağçasının hasarının üzərindən çəkilmiş kabel xəttinə və həmin kabel xəttinin çəkildiyi 46 saylı Transfarmator məntəqəsinə nəzarət etmək konkret olaraq Təqsirləndirilən şəxs həvalə edilməmişdir. İbtidai istintaq zamanı “Hadisənin baş verdiyi əraziyə nəzarətin idarənin 10/6/0,4 kv-luq istismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsi” barədə ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarın üzərindən kustar üsulla çəkilmiş elektrik naqilinin cərayanı vurması nəticəsində hasara çıxmış xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ölmüşdür. Hadisənin baş verdiyi əraziyə nəzarət idarənin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Vəzifə təlimatlarına uyğun olaraq mühəndisin bir başa vəzifələri 10 kv-luq Nizami rayonu ərazisində yerləşən bütün hava, kabel xəttlərinə və transformator məntəqələrinə nəzarətdən ibarətdir. Həmçinin bütün işlərin və öhdəliklərin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, avadanlıqların və xətlərin vaxtında keyfiyyətli, əsaslı və cari təmirlərini aparmaq, şəbəkə rayonu üzrə illik plana əsasən əsaslı və cari təmirlərin təşkili və elektrik avadanlıqlarına nəzarət etməkdən ibarətdir. Burada abonetlər arasında müqavilə və texniki baxış şərti yoxdur, cəmi bir sayğac vardır. Şahid Ş.A.Məmmədov əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin ərazidə kabellərə nəzarəti birbaşa Azərişiq səhmdar cəmiyyəti həyata keçirmiş, ümumiyyətlə hadisə yeri olan ünvan 2 ünvanda yerləşən məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyətyanı sahəsinin hasarının üzərində olan kabel xəttinə və ərazidə olan digər xətlərə nəzarət adətən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmiş və həmin ərazidə xidmət edən sahə müvəkkili də Təqsirləndirilən şəxs tanımışdır. İşə əlavə olunmuş təlimatlarda qeyd olunan mühəndisin vəzifələri bir başa Təqsirləndirilən şəxs vəzifələridir. Mühəndisin vəzifələri konkret təlimatlarla və qanunvericiliklə müəyyən olunur. Şahid3 istintaq zamanı verdiyi ifadəsində bir başa olaraq qeyd etmişdir ki, hadisənin baş verdiyi əraziyə nəzarət etmək Təqsirləndirilən şəxs səlahiyyətidir. Əfqan Mustafayev həmin əraziyə nəzarət etdiyini bildirməmiş və sonuncu satış üzrə nəzarətçi mühəndisdir və onun vəzifə səlahiyyətlərində kabel xəttlərinə nəzarət yoxdur. Umumiyyətlə naqillərə nəzarəti nəzarətçi mühəndis həyata keçirmir və Əfqan Mustafayev sayğaclara baxış keçirmişdir. Əraziyə nəzarət edən İdarədə 6 mühəndis olduğu halda, həmin əraziyə konkret mühəndis təhkim olunmamışdır. Təqsirləndirilən şəxs idarə tərəfindən hadisə ilə bağlı ifadə vermək üçün prokurorluğa göndərilmişdir. Sənədlərdə ağardıcı ilə düzəlişlərin edilməsi həmin sənədlərə çay və su düşməsi ilə bağlı olmuşdur. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan məcburi köçkünlərin məskunlaşdığı köhnə uşaq bağçasının həyatyanı sahəsinin hasarının qarşısıdır. Hadisə yerinə baxış keçirilməsi haqqında fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarının üzərində quraşdırılan taxta dirək və onun üzərində olan elektrik naqilləridir. Baxış protokolu müstəntiq Şahin Məmmədov tərəfindən, Təqsirləndirilən şəxs, X8 və hal şahidləri – X17 və X2 iştirakları ilə tərtib edilmiş və protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Baxış protokolunda X15 müstəntiq tərəfindən həmin ərazinin nəzarətçi mühəndisi kimi qeyd olunmuşdur. Baxış keçirilməsi haqqında fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 81 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin ovuc səthinin elektrikvurna nişanələri, sol gözün bayır bucağı nahiyəsinin, sol budun, burun belinin sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Qeyd edilən elektrik nişanəsi yüksək gərginliyə malik olan elektrik cərəyanının təsirindən ölümdən az əvvəl əmələ gələ bilər. Sıyrıqlar bərk küt əşyanın təsirindən ölümündən az əvvəl əmələ gəlmişlər, canlı şəxslərdə sağlamlığla zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə yüksək gərginlikli elektrik cərəyanının təsirindən baş vermiş ürək əzələsinin iflici səbəb olmuşdur. İş materiallarında olan məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4640 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin X26 Təchizatı və Satışı idarəsinin istismar şöbəsinin balansında olan 10 kv-luq Komplektləşdirilmiş 46 saylı Transfarmator Məntəqəsindən hasarın üzəri ilə yaşayış evlərinə çəkilmiş elektrik kabelinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydasının” 1.8.2-ci bəndinin və "xxxx" ASC-nin Texniki Departamentinin Rayon Enerji Təchizatı və Satışı idarəsinin 10/6/0.4 kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatının 7-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin bilavasitə texniki səbəbi olmuşdur. ünvan 2 ünvanında yerləşən 10 kv-luq Komplektləşdirilmiş 46 saylı Transfarmator Məntəqəsindən hasarın üzəri ilə yaşayış evlərinə çəkilmiş elektrik kabelində vaxtında keyfiyyətli təmir işlərinin aparılması təşkil olunmaqla kabelin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 7-ci bəndinin və "xxxx"nın 1.8.2-ci bəndinin tələbləri Azərişıq ASCnin Nizami RETSİ-nin İstismar idarəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin «Nizami RETSİ-nin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatı»nın 7 bəndlərinin tələbləri, elektrik avadanlıqlarının və hava-kabel xətlərinin normal, saz vəziyyətdə olmasını təmin etmək mühəndisin vəzifələrinə aiddir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham edilməsi üçün sübutlar qiymətləndirilmişdir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin protokolda müstəntiq tərəfindən yazılmış ifadəsini imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli “İltizamdan” görünür ki, Təqsirləndirilən şəxs həmin iltizamı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi X13 ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs Xaqani oğlunun ölümündə Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və istintaq orqanı tərəfindən toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona bəraət verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıda qeyd olunan xüsusatları, habelə cinayətprosessual qanunvericiliyin müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normalarını və İnsan Hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həmdə mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmuyunun tam, hərtərəfli və obyektiv tədqiq edilməsinə əsaslanaraq qeyd edir ki, ünvan 2 ünvanda yerləşən, Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarına çıxmış xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, həmin ünvanda yerləşən "xxxx" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin balansında olan 10 min KV gərginliyində Komplektləşdirilmiş 46 saylı Transformator Məntəqəsindən uşaq bağçasının hasarın üzərindən çəkilərək kustar üsulla hazırlanmış elektrik dirəyinə quraşdırılmış naqildən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı, Nizami RETSİ-nin 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs səhlənkarlıq, yəni işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsinin nəticəsi olaraq cinayət əməli törətməsi faktı konkret halda öz təsdiqini tapmamışdır. Onun sözügedən cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə kifayət qədər uyğun gələn çoxsaylı sənədlərlə və şahid ifadəsi ilə təsdiq edilmişdir. Məhkəmə ilk öncə vurğulayır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ittiham elan olunarkən, ittihamın əsası kimi qəbul olunmuş sübutların toplanması zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Belə olan halda, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən, istintaq orqanı tərəfindən sözügedən cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və çoxsaylı şahid kontinigenti dindirilmiş, məhkəmə-tibb ekspertizası və məhkəmə-texniki təhlükəsizlik ekspertizası təyin olunmuş və müvafiq rəylər alınaraq cinayət işinə əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X13, habelə şahidlər – Şahid2, Şahid1, Şahid4 və digər şahidlər – X3, X4, X10, X14, X11, X9, X5, X1 ifadələri və məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 81 nömrəli rəyi, yalnız hadisənin baş verməsi hissəsində faktı təsdiq edən sübut növü kimi qiymətləndirilərək, cinayət işi üzrə qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 139.0.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirinin baş vermiş hadisə ilə səbəbli əlaqəsini şərtləndirən səhlənkarlıq, yəni işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi və bununla qanunla qorunan mənafelərə mühüm zərər vurulması xüsusatında istintaq orqanı hər hansı mötəbər sübutlara əsaslanmamış və belə bir sübut növü iş materialları ilə müəyyən edilməmişdir. "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu RETSİ-nin İstismar idarəsində baş mühəndisi vəzifəsində işləyən Şahid3 ibtidai istintaq zamanı 30 iyul 2021-ci tarixdə şahid qismində verdiyi ifadəsində “Hadisənin baş verdiyi əraziyə nəzarətin idarənin 10/6/0,4 kvluq istismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsi”ni bildirmədiyi halda, sonuncunun ittiham aktında qeyd olunmuş ifadəsində və “məhkəmətəhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında” 20 avqust 2021-ci il tarixli qərarda, Şahid3 ifadəsi təhrif olunaraq, guya “Hadisənin baş verdiyi əraziyə nəzarətin idarənin 10/6/0,4 kv-luq istismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsi”ni göstərdiyi qeyd olunmuşdur (Bax i.v. 69-72, 102-104). Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinə əsasən, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. İstintaq orqanı tərəfindən təhrif olunmuş məlumatlar əsasında keçirilmiş məhkəmətexniki təhlükəsizlik ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4640 nömrəli rəyində, ünvan 2 ünvanında yerləşən 10 kv-luq Komplektləşdirilmiş 46 saylı Transfarmator Məntəqəsindən hasarın üzəri ilə yaşayış evlərinə çəkilmiş elektrik kabelində vaxtında keyfiyyətli təmir işlərinin aparılması təşkil olunmaqla kabelin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 7-ci bəndinin və "xxxx"nın 1.8.2-ci bəndinin tələblərinin Azərişıq ASC-nin Nizami RETSİ-nin İstismar idarəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulduğu qeyd olunmuşdur. Halbu ki, istintaq orqanı tərəfindən ünvan 2 ünvanda yerləşən uşaq bağçasının hasarının üzərindən çəkilmiş kabel xəttinə və həmin kabel xəttinin çəkildiyi 46 saylı Transfarmator məntəqəsinə nəzarətin konkret olaraq Təqsirləndirilən şəxs həvalə edildiyini, sonuncunun hadisənin baş verdiyi ərazidə izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etməli, cərəyankeçirici hissənin əsas izolyasiyası cərəyandaşıyan hissələrin üzərini örtməli və onun istismarı prosesində məruz qala biləcəyi bütün mümkün tədbirləri görməli, həmçinin avadanlıq və xətlərin vaxtında keyfiyyətli əsaslı və cari təmirlərini aparmalı olduğuna dair cavabdehlik öhdəliyinin olmasını təsdiq edən mötəbər sübutlar toplanmamış və işə əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla bağlı olaraq, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən, "xxxx" ASC-nin Nizami RETSİ-nin rəisi Zaur Şirəliyev tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli BİG-140 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən uşaq bağçasının binasında və bağçanın həyətində məskunlaşmış məcburi köçkün ailələrinin elektrik enerjisi ilə təhcizatı 46 saylı transformator məntəqəsindən 0,4 kv-luq kabel xətti ilə qidalanır. Həmin ərazidə və orada aparılmış tikililərə elektrik xətləri abonentlər, "xxxx" ASC-nə müraciət etmədən özü tərəfindən öz vəsaitləri hesabına çəkilib. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, abonentlərə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmadığından, orada müvəqqəti məskunlaşan məcburi köçkünlər və onlara bərabər tutulan şəxsləri elektrik enerjisi ilə təmin edən 0,4 kv-luq kabel xəttinin sayğacı TM 46-da quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “X6 Qaydaları”nın təsdiq edilməsi haqqında olan 2 fevral 2005-ci il 18 nömrəli Qərarının 7.6 bəndinə əsasən sərhəd nöqtəsi sayğacın quraşdırıldığı 46 saylı TM götürülür. Sərhəd nöqtəsindən sonrakı elektrik xətləri, elektrik avadanlıqları istehlakçının balansındadır və özləri tərəfindən xidmət göstərilir. Həmin ərazidə çəkilən abonent xətləri "xxxx" ASC-nin balansında olmadığı üçün oradakı elektrik xətlərə qurumun əməkdaşları tərəfindən təhkimçilik və cavabdehlik ödəliyi yoxdur. Göründüyü ki, Azərişıq “ASC”-nin Nizami RETSİ tərəfindən verilmiş rəsmi məlumatda, ünvan 2 ünvanda yerləşən uşaq bağçasının hasarının üzərindən çəkilmiş kabel xəttinə və həmin kabel xəttinin çəkildiyi 46 saylı Transfarmator məntəqəsinə nəzarətin Təqsirləndirilən şəxs həvalə edilmədiyi və sonuncunun hadisənin baş verdiyi ərazidə izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etməli, cərəyankeçirici hissənin əsas izolyasiyası cərəyandaşıyan hissələrin üzərini örtməli və onun istismarı prosesində məruz qala biləcəyi bütün mümkün tədbirləri görməli, həmçinin avadanlıq və xətlərin vaxtında keyfiyyətli əsaslı və cari təmirlərini aparmalı olduğuna dair cavabdehlik öhdəliyinin olmadığı və bununla Elektrik qurğularının quraşdırılması qaydaları»nın 1.8.2-ci bəndinin, "xxxx" ASC-nin «Nizami RETSİ-nin 10/6/0,4 kV-luq İstismar şöbəsinin mühəndisinin «vəzifə təlimatı»nın 7-ci bəndinin tələblərini pozmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı ibtidai istintaq zamanı iş üzrə ümumiyyətlə izahat və ifadə vermədiyini, habelə ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarının üzərində quraşdırılan taxta dirək və onun üzərində olan elektrik naqillərinə “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etmədiyini və həmin protokolu imzalamadığını, eyni zamanda X8 da “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etmədiyini və həmin protokolu imzalamadığını qeyd etmişdir. Müdafiə tərəfinin vəsatəti ilə qeyd olunan halların araşdırılması məqsədilə məhkəmənin 09 mart 2022-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 31 may 2022-ci il tarixli 4/529 nömrəli ekspert rəyinə əsasən, cinayəət işinin 16-18-ci vərəqələrində 09 iyun 2021-ci il tarixli Baxış keçirilməsi haqqında protokolun 3-cü vərəqində “1.Təqsirləndirilən şəxs” ad soyadı qarşısındakı imzanın, və 73-76-cı vərəqələrində 30 iyul 2021-ci il tarixli şahidin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqələrində olan 4 ədəd imzalar, 3-cü vərəqin sonundakı imza və 4-cü vərəqində “Cavab:” qrafasındakı “ifadəmi oxudum, doğrudur, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” yazıları və yazıların aşağı hissəsində “İmza:” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydə həmçinin, cinayət işinin 16-18-ci vərəqələrində 09 iyun 2021-ci il tarixli Baxış keçirilməsi haqqında protokolun 3-cü vərəqində “2.Əfqan Mustafayev” ad soyadı qarşısındakı imzanın - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Bununla, Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı ibtidai istintaq zamanı 30 iyul 2021-ci il tarixdə şahid qismində dindirilmədiyi və “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etmədiyi müəyyən edilmişdir. Eyni zamanda, X8 “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolun tərtib olunmasında iştirak etmədiyi və həmin protokolu imzalamadığı təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə şahid qismində dindirilmədiyi və ibtidai istintaq zamanı müstəntiq tərəfindən yazılmış xx.xx.2021ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldakı ifadəni imzalamaqdan imtina edərək, bununla iş üzrə ifadə vermədiyi halda, iş üzrə tərtib olumuş ittiham aktında onun mövcud olmayan ifadəsi əks olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında ona aid olan sənədləri (Bax i.v.135-136, 146-165) təqsirli olmaması səbəbi ilə imzalamaqdan imtina etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan sənədlərin (ekspert rəyinin müşayiətedici məktubunda, rəyin özündə, habelə xx.xx.2021-ci tarixli qərarda və digər sənədlərdə və müdafiəçinin orderində olan tarix. Bax i.v.122-141, 144, 146-165) tarixləri “18”.09.2021-ci il tarixinə düzəliş edilmişdir. Məhkəmə baxışı zamanı müstəntiq Şahin Məmmədov cinayət işinin materiallarında olan sənədlərdə ağardıcı ilə düzəlişlər edilməsini, sənədlərə çay və su düşməsi səbəbi ilə izah etmişdir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcələnin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə qanunvericiliyin tələblərini və yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq, istintaq və prosessual hərəkətlərin icraatı qaydalarının pozulması ilə əldə olunmuş, iş üzrə “Baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokolu, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixli şahid qismində, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolları və məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4640 nömrəli rəyini sübutlar siyahısından xaric edir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini tədqiq olunmuş iş materiallarına və onun faktiki hallarına uyğun qiymətləndirərək sübut növü kimi qəbul edir. Məhkəmə, qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması nəticəsinə gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcələnin 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcələnin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Beləliklə, məhkəmə yuxarıda qeyd olunan istintaq materiallarını, habelə iş üzrə toplanmış sübutları və dindirilmiş şəxslərin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə sübut qismində təqdim edilmiş sənədlərdə müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sənədlərin və məlumatların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş ittiham sübutları ilə Təqsirləndirilən şəxs təqsirli olaraq cinayət əməli törətməsi faktı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə, istintaq və digər prosessual hərəkətlərin icraatı qaydalarının pozulması ilə əldə olunmuş, mötəbərliyi, mümkünlüyü qanunla istisna olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinməsini qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri baxımından yolverilməz hesab edir. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasından bəhs edən 21-ci maddəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25 və 28-ci maddələrinin tələblərinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, həmçinin şəxsin cinayət törətməkdə təqsirli olmasına dair hökmün mülahizələrə əsaslana bilməməsini nəzərə alıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunan, təqsirləndirilən şəxs barəsində qəbul edilən qərarın əsasını təşkil edən sübutların qərarda göstərilməsinə dair qanunun tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs təqsirsizliyi barədə qəti qənaətə gəlməyi mümkün hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində əməldə cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 58-ci bəndində qeyd edilir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Azərbaycan Respublikası CPM-nin 350.1 və 350.2-ci maddələrində qeyd olunur ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə, bir daha ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, habelə cinayət işində olan sənədlərə qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması səbəbindən ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə, Qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarına çıxmış xx.xx.2010-cu il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən "xxxx" ASCnin X26 Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin balansında olan 10 min KV gərginliyində Komplektləşdirilmiş 46 saylı Transformator Məntəqəsindən uşaq bağçasının hasarın üzərindən çəkilərək kustar üsulla hazırlanmış elektrik dirəyinə quraşdırılmış naqildən elektrik cərəyanı vurması nəticəsində həyatını itirməsi hadisəsi üzrə təqsirli şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyatı materiallar ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 353.3.4-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmçinin həmin Məcəllənin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi üzrə bəraət alması ilə əlaqədar cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 59-cu bəndində qeyd olunmuşdur ki, bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 42, 55, 346, 347, 349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 42.2.1-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının həyatyanı sahəsinin hasarına çıxmış xx.xx.2010-cu il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən "xxxx" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin balansında olan 10 min KV gərginliyində Komplektləşdirilmiş 46 saylı Transformator Məntəqəsindən uşaq bağçasının hasarın üzərindən çəkilərək kustar üsulla hazırlanmış elektrik dirəyinə quraşdırılmış naqildən elektrik cərəyanı vurması nəticəsində həyatını itirməsi hadisəsi üzrə təqsirli şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar