Məhkəmə qərarları › İş №1(007)-45/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-45/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-45/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 41, ev 85-də yaşayan, 14 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 18 iyun 2023-cü il tarixdə saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi, X2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Lada Priora” markalı, minik modelli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Nizami rayonu, M.Şərifli küçəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53A ünvanında yerləşən “LC Waikiki” geyim dükanının yaxınlığında yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqlarından ibarət xəsarət almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə saat təxminən 02 radələrində qardaşı Şahid, onun etibarnamə əsasında idarə etdiyi “Lada Priora” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün istəmişdir. Sənan etiraz etməmiş və hara gedəcəyini ondan soruşmuşdur. O, Sənana yanacaq doldurma məntəqəsinə gedib avtomobilə benzin vurub geri qayıdacağını demişdir. Bundan sonra saat 02 radələrində həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsi istiqamətində ən sağ zolaqla, yəni üçüncü zolaqla təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən Q.Qarayev prospekti 53A ünvanında yerləşən “LC Waikiki” geyim dükanının yaxınlığında yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada qaçaraq gəlib maşının qabağına çıxmış, ona görə həmin piyadanı vurmuşdur. Dərhal avtomobili saxlamış və həmin şəxsin, sonradan tanıdığı Zərərçəkmiş şəxs yanına gedərək onu avtomobilə əyləşdirmiş, oradan yaşadığı binanın həyətyanı sahəsinə getmişdir. Qardaşı Sənana zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 3-5 dəqiqə sonra qardaşı Sənan yanına gəlmişdir. Bu zaman qonşusu və dostu Rzabəy onu görüb yanına gəlmişdir. Rzabəy və Sənana baş verən hadisəni danışdıqdan sonra avtomobilin mühərrikini işə salmış, lakin avtomobil işə düşməmişdir. Buna görə onlar Ağanı Rzabəyin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşdirmiş, oradan X6 getmişlər. Növbəti gün səhər saatlarında Ağanın qohumları onu Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə baş verdikdən sonra hər gün o və qardaşı Ağaya qulluq etmiş, ona paltar, yemək, dərman və sairə zəruri əşlayar almışlar, həmçinin tibbi xərclərini də ödəmişlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt onun sürücülük vəsiqəsi olmamış, 30 iyun 2023-cü il tarixdə sürücülük vəsiqəsi almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 14 sentyabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə saat təxminən 02 radələrində qardaşı Şahid ona məxsus “Lada Priora” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün istəmişdir. Qardaşı Sənan etiraz etməmiş və hara gedəcəyini ondan soruşmuşdur. O, Sənana yanacaq doldurma məntəqəsinə gedib avtomobilə benzin vurub geri qayıdacağını demişdir. Bundan sonra saat 02 radələrində həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsi istiqamətində ən sağ zolaqla, yəni üçüncü zolaqla təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən Q.Qarayev prospekti 53A ünvanında yerləşən “LC Waikiki” geyim dükanının yaxınlığında yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuşdur. Bundan dərhal sonra o, avtomobili saxlamış və Zərərçəkmiş şəxs yanına gedərək onu avtomobilə əyləşdirmişdir. Oradan yaşadığı binanın həyətyanı sahəsinə getmişdir. Qardaşı Sənana zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 3-5 dəqiqə sonra qardaşı Sənan yanına gəlmişdir. Bu zaman qonşusu və dostu Rzabəy onu görüb yanına gəlmişdir. Rzabəy və Sənana baş verən hadisəni danışdıqdan sonra o, avtomobilin mühərrikini işə salmışdır. Lakin avtomobil işə düşməmişdir. Buna görə onlar Ağanı Rzabəyin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşdirmişlər və oradan X6 getmişlər. Növbəti gün səhər saatlarında Ağanı qohumları Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə baş verdikdən sonra hər gün o və qardaşı Ağaya qulluq etmişlər. Belə ki, onlar Ağaya paltar, yemək, dərman və sairə zəruri əşlayar almışlar, həmçinin tibbi xərclərinin müəyyən qismini də ödəmişlər. Həmçinin o, bildirmişdir ki, baş vermiş hadisə zamanı o, sərxoş olmamış, yəni ayıq olmuş və idarə etdiyi avtomobildə tək olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxtda, yəni 18 iyun 2023-cü il tarixdə onun sürücülük vəsiqəsi olmamış, yol-nəqliyyat hadisəsindən sonra, yəni 30 iyun 2023-cü il tarixdə o, sürücülük vəsiqəsi almışdır. İlk dəfə imiş ki, belə bir hal ilə qarşılaşırmış, buna görə də, baş vermiş hadisədən sonra belə həyəcanlı imiş və qorxmuşdur. Həbs olunmaqdan qorxduğu üçün bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Qeyd olunan ifadəsinin elan olunmasından sonra və eləcə də son sözündə Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan maşın sürdüyünü, buna görə özünü qismən təqsirli bildiyini, peşman olduğunu göstərmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə saat 02 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53A ünvanında yerləşən “LC Waikiki” geyim mağazasının yaxınlığında dayanıb yaşadığı evə getmək üçün taksi gözləmişdir. Bir az gözlədikdən sonra yolun digər tərəfinə keçmək üçün irəliləmiş və həmin vaxt Nizam rayonu, Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyasından “Q.Qarayev” metrostansiyası istiqamətində hərəkətdə olan “Lada Priora” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil onu sol tərəfindən vurmuşdur. Bundan sonra o, huşunu itirmiş və onu avtomobillə vuran, sonradan tanıdığı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində özünə gəlmişdir. Həmin vaxt orada olan bir neçə nəfər şəxs onu digər markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdirərək Sabunçu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin gün qohumları onu həmin xəstəxanadan Sumqayıt şəhər Travmotologiya xəstəxanasına köçürmüşlər. Həmin vaxtlarda Təqsirləndirilən şəxs və qardaşı bütün zəruri xərcləri ödəyəcəklərini deyərək şikayətçi olmamağı ondan xahiş etmişlər. O, bir müddət Fərhadgili gözləyib tibbi xərclərini özü ödəmişdir. Lakin sonradan zəruri xərclərini ödəyə bilmədiyini, Fərhadın isə ona kömək etmədiyini görüb DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “Lada Priora” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmuş və həmin avtomobil ilə bağlı onun 12 iyun 2023-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. Həmin vaxt maddi imkanı olmadığından avtomobili mülkiyyətinə keçirə bilməmişdir. 18 iyun 2023-cü il tarixdə saat təxminən 02 radələrində qardaşı Təqsirləndirilən şəxs ona məxsus həmin avtomobili idarə etmək üçün istəmişdir. O, qardaşından hara gedəcəyini soruşmuş, qardaşı yanacaq doldurma məntəqəsinə gedib avtomobilə benzin vurduqdan sonra geri qayıdacağını ona demişdir. Bundan təxminən 10- 15 dəqiqə sonra Fərhad yaşadığı binanın həyətyanı sahəsində olduğunu və avtomobil ilə adam vurduğunu ona demişdir. O, dərhal yaşadığı binanın həyətyanı sahəsinə enmiş, oradakı avtomobilinə yaxınlaşdıqda Fərhadı, arxa oturacaqda isə sonradan tanıdığı Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt qonşusu Rzabəy onları görüb yanlarına gəlmişdir. Fərhaddan dəqiq olaraq nə baş verdiyini soruşduqda Fərhad ona Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsi istiqamətində gedərkən Q.Qarayev prospekti 53A ünvanında yerləşən “LC Waikiki” geyim dükanının yaxınlığında yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurduğunu, dərhal avtomobilini saxladığını və Zərərçəkmiş şəxs yanına gedərək onu avtomobilə əyləşdirdikdən sonra binanın həyətyanı sahəsinə gəldiyini demişdir. Bundan sonra Fərhad avtomobilin mühərrikini işə salmış, lakin avtomobil işə düşməmişdir. Buna görə onlar Ağanı Rzabəyin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşdirmişlər və oradan X6 getmişlər. Növbəti gün səhər saatlarında Ağanın qohumları onu Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə baş verdikdən sonra hər gün o və qardaşı Fərhad Ağaya qulluq etmişlər. Belə ki, onlar Ağaya paltar, yemək, dərman və sairə zəruri əşlayar almışlar, həmçinin tibbi xərclərinin müəyyən qismini də ödəmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 iyul 2023-cü il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53A ünvanına baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. (i.v. 4-9) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 31 iyul 2023-cü il tarixli TS-158 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (i.v. 27-29) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 avqust 2023-cü il tarixli 8/2100 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Lada Priora” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 30-33) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 11 sentyabr 2023-cü il tarixli 3-13-52/2- 35014/2023 nömrəli məktubundan və ona əlavə olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs adına BA073168 saylı “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsini o, 30 iyun 2023-cü il tarixdə (hadisədən sonra) əldə etmişdir. Sürücülük hüququndan məhrum olunması barədə məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. “Lada Priora” markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X3r, həmin avtomobilə dair 12 iyun 2023-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək Şahid etibarnamə verilmişdir. (i.v. 57-61) - 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1, 187.1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işindən material ayrılaraq Şahid barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati icraatın açılması məqsədi ilə Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. (i.v. 96-101) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi, istintaqda verdiyi ifadəsində “yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduğunu” göstərməyindən fərqli olaraq məhkəmədə verdiyi ifadəsində “yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs qaçaraq gəlib maşının qabağına çıxdığı, ona görə həmin piyadanı vurduğunu” göstərməsi, onun hüququdur, təqsirləndirilən şəxsin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır, eyni zamanda o, verdiyi ifadələrində əməlini faktiki olaraq etiraf etmiş, son sözündə isə ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin həmin hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri almış zərərçəkmiş şəxslə razılıq əldə edərək ona maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxs istər məhkəməyə təqdim etdiyi ərizələrində, istərsə də verdiyi ifadəsində həmin halı etiraf edərək təqsirləndirilən şəxslə barışdığını bəyan etmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 56) - 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 92-93) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar