Məhkəmə qərarları › İş №1(007)-450/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-450/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-450/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, İsmayıllı rayonu, Quşencə ərazi dairəsi, Zoğallıq kəndində qeydiyyatda olan və Bakı şəhərində gündəlik kirayə evlərdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qəsdən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 may 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Gül Dünyası” adlı gül mağazasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Vito” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq olan ön sol qapısını açaraq avtomobilin ön sağ sərnişin oturacağının üzərindən Tehran Məlikova məxsus içərisində 910 manat nağd pul vəsaiti, hər birinin dəyəri 10 manat olan 5 ədəd “X2” ASC-nə və "xxxx" ASC-nə aid plastik bank kartları olan 85 manat dəyərində pul qabı olan 140 manat dəyərində qara rəngli qolsuz kişi gödəkçəsini gizli olaraq götürdükdən sonra cinayətkar hərəkətlərini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə həmin tarixdə ünvan 2 ünvanında yerləşən “Ruslan 93” adlı marketdə aldığı ərzaq məhsullarına görə ödəniş etmək üçün Zərərçəkmiş şəxs məxsus “X2” ASC-nə aid “Leo Bank” bank kartından istifadə etməklə saat 16:04:15-də 39 manat, saat 16:05:08-də 39 manat, saat 16:06:21-də 37 manat, saat 16:09:07-də 84 manat 80 qəpik, saat 16:11:05-də 78 manat, Zərərçəkmiş şəxs məxsus "xxxx"ASC-nə aid “Bir Bank” bank kartından istifadə etməklə 78 manat və 82 manat olmaqla, cəmi 437 manat 80 qəpik məbləğində pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1622 manat 80 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində fəhləlik edərək özünün və ailəsinin dolanışığı üçün pul qazanmışdır. Bir gecəlik 3 manata kirayə verilən müxtəlif evlərdə gecələmişdir. Əvvəllər üç dəfə Azərbaycan Respublikası CM-nin 177-ci və 127-ci maddələri ilə məhkum olunmuşdur. Son vaxtlar iş tapa bilmədiyi üçün və narkotik vasitələrin aludəçisi olduğundan maddi sıxıntıları yaranmışdır. Bu səbəbdən 13 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı ərazidən piyada keçərkən orada yerləşən gül mağazasının qarşısında ağ rəngli “Mersedes Vito” markalı avtomobilin dayandığını görmüş, narkotik vasitələr almağa maddi imkanı olmadığından avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafda heç kimin olmadığına əmin oduqdan sonra avtomobilə yaxınlaşıb sürücünün qapısının açıq olub-olmadığını yoxlamışdır. Avtomobilin qapısının açıq olduğunu müəyyən etmişdir. Qapını açıb avtomobilə daxil olaraq qabaq sağ sərnişin oturacağının üzərində olan qara rəngli qolsuz gödəkçəni götürüb avtomobili tərk etmiş və tez oradan uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra gödəkçənin ciblərinə baxmışdır. Gödəkçənin sağ içəri cibindən içərisində 910 manat nağd pul və müxtəlif bank kartları olan pul qabı aşkar etmişdir. Həmin gün aşkar etdiyi bir neçə bank kartlarından istifadə etməklə ümumilikdə təxminən 400 manatlıq Nizami rayonu ərazisində yerləşən “Ruslan 93” adlı marketdən spirtli içkilər və qida məhsulları almışdır. Gödəkçənin cibində olan 910 manat pulun da bir qismini öz şəxsi ehtiyaclarına xərcləmişdir. 14 may 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən həyət evlərinin qarşısında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və oğurluq cinayətini törətməkdə şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən o, səmimi olaraq törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Oğurladığı 910 manatdan qalıq qalmış 700 manat pulu və 5 ədəd müxtəlif banklara aid plastik bank kartları üstündə aşkar olunmuş və o, həmin əşyaları 25ci PŞ-də təhvil vermişdir. Avtomobildən digər hər hansı qiymətli əşya və sənəd oğurlamamışdır. Qeyd etdiyi oğurluq cinayətindən başqa hər hansı digər cinayət törətməmişdir. Polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və ya psixoloji təzyiq tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən “Gül Dünyası” adlı gül dükanında olarkən telefonunda olan mobil tətbiqdə özünə məxsus “Leo Bank”, “Uni Bank” və "xxxx"a aid bank kartlarının hesabından ümumilikdə 600 manat pulun çıxarıldığını aşkar etmişdir. Həmin bank kartları gödəkçəsinin cibində olduğundan dərhal gödəkçəsini qoyduğu, işlədiyi mağazanın qarşısında saxladığı özünə məxsus “Mercedes Vito” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Avtomobilinə baxış keçirən zaman naməlum şəxsin avtomobilin qapısının açıq olmasından istifadə edərək salonda olan, sağ sərnişin oturacağının üzərinə qoyduğu, özünə məxsus, cibində 910 manat nağd pul, “Leo Bank”, “Uni Bank” və "xxxx" tərəfindən verilmiş 5 ədəd müxtəlif bank kartları olan qolsuz gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal banklarla əlaqə saxlayıb bütün bank kartlarını bloklatmışdır. Baş vermiş hadisə ilə bağlı 14 may 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. 15 may 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları işlədiyi mağazaya gələrək avtomobilindən oğurluq etmiş şəxsin saxlanıldığını bildirmişlər. Sonra avtomobilindən oğurlanmış 910 manat puldan şübhəli şəxsin üzərindən aşkar olunmuş 700 manat nağd pulu və 5 ədəd bank kartlarını ona qaytarmışlar. Avtomobilindən oğurlanmış qolsuz gödəkçə ona qaytarıldıqdan sonra köhnə olmasını və oğurluq etmiş şəxs tərəfindən geyinildiyini nəzərə alaraq hazırda xatırlamadığı zibil qutusuna atdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün istintaqa təqdim edə bilməmişdir. Avtomobilindən oğurlanmış qolsuz gödəkçəni təxminən 2 il əvvəl 140 manata, gödəkçənin cibində olan pulqabını 6-7 ay əvvəl 85 manata almışdır. Qeyd etdiyi hadisə nəticəsində pulqabının içərisində 910 manat nağd pul olmuşdur. Bank kartlarından isə 600 manat pul çıxarılmışdır. Beş ədəd blok etdirdiyi bank kartlarının hər birini bərpa etdirmək üçün 10 manat olmaqla ümumilikdə 50 manat pul tələb olunur. Ona görə hadisə nəticəsində ona ümumilikdə 1785 manat maddi ziyan dəymişdir. Kartlarından ümumilikdə 600 manat pul çıxarıldığını bildirmişdir. Lakin sonra bank kartlarının balansına ətraflı baxış keçirdikdə kartların hesabından ümumilkdə 437 manat 80 qəpik pul çıxarıldığını müəyyən etmişdir. Avtomobilindən oğurlanmış qolsuz gödəkçəni təxminən 2 il əvvəl 140 manata, gödəkçənin cibində olan pulqabını 6-7 ay əvvəl 85 manata almışdır. Qeyd etdiyi hadisə nəticəsində pulqabının içərisində 910 manat nağd pul olmuşdur. Bank kartlarından isə 437 manat 80 qəpik pul çıxarılmışdır. Beş ədəd blok etdirdiyi bank kartlarının hər birini bərpa etdirmək üçün 10 manat olmaqla ümumilikdə 50 manat pul tələb olunur. Ona görə hadisə nəticəsində ona ümumilikdə 1622 manat 80 qəpik maddi ziyan dəymişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 14 may 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanıdır. Hadisə avtomobil yolunun kənarında, yolun Neftçilər metrostansiyası istiqamətindən “Ay İşığı” restoranı istiqamətində olan sağ tərəfində “Gül Dünyası” gül salonunun qarşısında baş vermişdir. İş materiallarında olan könüllü təqdim etmə və götürmə barədə 14 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o əynində olan qara rəngli jileti, 700 manat nağd pulu, “Uni Bank” və "xxxx"a aid ümumilikdə 05 ədəd bank kartlarını təqdim edərək 13 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Gül Dünyası” adlı gül dükanın qarşısında dayanmış “Mercedes Vito” markalı avtomobilin qabaq sol qapısını açaraq qabaq sağ sərnişin oturacağının üzərindən oğurladığını bildirmişdir. İş materiallarında olan 14 may 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 700 manat pulu və 05 ədəd bank kartını 25-ci Polis Şöbəsindən təhvil almışdır. İş materiallarında olan 16 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən “Gül Dünyası” adlı gül dükanının qarşısındakı yeri hadisə yeri kimi göstərərək, 13 may 2023-cü il tarixdə saat 17:30 radələeində həmin gül dükanının qarşısında dayanmış vətəndaş Zərərçəkmiş şəxs məxsus “Mercedes Vito” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açaraq qabaq sağ sərnişin oturacağının üzərindəki qolsuz kişi gödəkçəsini oğurlayıb oradan uzaqlaşdığını, bir qədər aralandıqdan sonra gödəkçənin sonra gödəkçənin ciblərinə baxdıqda gödəkçənin sağ içəri cibindən içərisində 910 manat nağd pul və müxtəlif bank kartları olan pul qabı aşkar etdiyini, həmin gün aşkar etdiyi bir neçə bank kartlarından istifadə etməklə Nizami rayonu ərazisində yerləşən “Ruslan 93” adlı marketdən spirtli içkilər və qida məhsulları aldığını əyani şəkildə göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli götürmə barədə protokoldan görünür ki, 13 may 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Ruslan 93” adlı marketdə quraşdırılmış çəkilişin görüntüləri DVD diskə köçürülərək marketin texniki əməkdaşı X1 götürülmüşdür. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı görüntülərdə Təqsirləndirilən şəxs “Ruslan 93” adlı marketdə kassanın qarşısında dayanaraq alış-veriş etməsi, bundan sonra əlində olan pul qabından çıxartdığı bir neçə bank kartından istifadə etməklə ödənişi həyatı keçirməsi, aldığı məhsulları paketlərdə qablaşdırması açıq aydın görünmüşdür. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxsdan, təqdim etdiyi özünə məxsus bank kartlarına dair çıxarışlar cinayət işi üçün mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsindən ötrü götürülmüşdür. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi özünə məxsus bank kartlarına dair çıxarışlara Bakı şəhəri, Nizami RPİ-nin İŞ-nin 311 saylı inzibati otağında baxış keçirilmiş, baxış zamanı “X2” tərəfindən verilmiş **** **** **** 2726 nömrəli “Unibank” bank kartına dair məlumatlarda 13 may 2023-cü il tarixdə həmin kartdan istifadə olunmaqla heç bir əməliyyatın aparılmadığı, “X2” tərəfindən verilmiş 4098 **** **** 6969 nömrəli “Leobank” bank kartına dair məlumatlarda 13 may 2023-cü il tarixdə həmin kartdan istifadə olunmaqla «Ruslan 93» marketində saat 16:04:15-də 39 manat, saat 16:05:08-də 39 manat, saat 16:06:21-də 37 manat, saat 16:09:07-də 84,8 manat, saat 16:11:05-də 78 manat olmaqla ümumilikdə 277,8 manatlıq alış-veriş aparıldığı, “X3 Bankı” tərəfindən verilmiş 4169 73** **** 7304 nömrəli “Bir Bank” bank kartına dair məlumatlarda 13 may 2023-cü il tarixdə həmin kartdan istifadə olunmaqla «Ruslan 93» marketində 78 manat və 82 manat olmaqla ümumilikdə 160 manatlıq alış-veriş aparıldığı müəyyən olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qara rəngli jilet, 700 manat nağd pul, “X2” və “X3 Bankı”na aid ümumilikdə 5 ədəd bank kartları maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 30 may 2023-cü il tarixli qərarla sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 20 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan 15 may 2023-cü il tarixli protokoldan, 16 may 2023-cü il tarixli cəlb qərarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 15 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 may 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qara rəngli jiletin, 700 manat nağd pulun, “X2” ASC və "xxxx" ASC-yə aid ümumilikdə 5 ədəd bank kartlarının ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 may 2023cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qara rəngli jiletin, 700 manat nağd pulun, “X2” ASC və "xxxx" ASC-yə aid ümumilikdə 5 ədəd bank kartlarının ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar