Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-450/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X21 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Alızadə (Dovşanov) Samir Mahir oğlunun, Zərərçəkmiş şəxs3 nümayəndəsi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs- 12 avqust 1985-ci ildə Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərarı ilə CM-nin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham və CMnin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, üzərində 03 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 12 sentyabr 2017-ci il tarixli 1294/ş nömrəli əmri ilə həmin Nazirliyin X5 və X13 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə 01 mart 2021-ci il tarixədək həmin vəzifədə işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət X3 yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə özlərinə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 2020-ci ilin mart ayında müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs2 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özlərinə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxsi ilə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu X10 ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə inandırmaq və gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə 10 mart 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda qabaqcadan əlbir olduğu X10 ilə cinayətdən xəbərsiz Şahid2 arasında məbləği 9000 (doqquz min) manat təşkil edən kredit müqaviləsi bağlayaraq 11000 (on bir min) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini sonuncudan qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 2020-ci ilin birinci yarısında hissə-hissə olmaqla cəmi 4000 (dörd min) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə sonuncunun işlədiyi ünvan 4 ünvanında yerləşən “Naxçıvan” otelində alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o eyni vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası DİN-in Zaqatala Rayonlararası Mühafizə Bölməsində polis nəfəri vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə özlərinə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 2020-ci ilin mart ayında müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs3 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özlərinə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası DİN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxsi ilə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu X10 ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə inandırmaq və gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə 12 may 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda qabaqcadan əlbir olduğu X10 ilə Zərərçəkmiş şəxs3 arasında 9800 (doqquz min səkkiz yüz) manat təşkil edən kredit müqaviləsi bağlanaraq 12500 (on iki min beş yüz) manat məbləğdə Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 2020-ci ilin ikinci yarısında hissə-hissə olmaqla cəmi 2500 (iki min beş yüz) manat məbləğində Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə sonuncunun işlədiyi ünvan 4 ünvanında yerləşən “Naxçıvan” otelində alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o eyni vəzifədə işlədiyi müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası FHN-in Balakən Rayon Dövlət X3 yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi barədə özlərinə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 2020-ci ilin may ayının birinci yarısında müraciət etmiş sonuncunun qohumu Alızadə (Dovşanov) Samir Mahir oğluna özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özlərinə olan inam və etibardan sui-istifadə edərək həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu X10 ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Samir Alızadənin xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə inandırmaq və gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə 12 may 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda inandırmaq və gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə qabaqcadan əlbir olduğu X10 ilə cinayətdən xəbərsiz Şahid2 arasında 9000 (doqquz min) manat təşkil edən kredit müqaviləsi bağlanaraq həmin məbləğdə Samir Alızadəyə məxsus pul vəsaitini qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə cinayətdən xəbərsiz Şahid2 alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 2020-ci ilin ikinci yarısında hissə-hissə olmaqla cəmi 6000 (altı min) manat məbləğində Samir Alızadəyə məxsus pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə sonuncunun işlədiyi ünvan 4 ünvanında yerləşən “Naxçıvan” otelində alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Samir Alızadəyə məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o eyni vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası FHN-in Balakən Rayon Dövlət X3 yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə köməklik göstərilməsi barədə özlərinə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 2020-ci ilin oktyabr ayında müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs4 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özlərinə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu X10 ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətilə inandırmaq və gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə 22 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda qabaqcadan əlbir olduğu X10 ilə cinayətdən xəbərsiz Şahid2 arasında 9000 (doqquz min) manat təşkil edən kredit müqaviləsi bağlanaraq həmin məbləğdə Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə cinayətdən xəbərsiz Şahid2 alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 2020-ci ilin sonlarında hissə-hissə olmaqla cəmi 6000 (altı min) manat məbləğində Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə sonuncunun işlədiyi ünvan 4 ünvanında yerləşən “Naxçıvan” otelində alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o eyni vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası FHN-in Balakən Rayon Dövlət X3 yanğınsöndürən vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə özlərinə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 2020-ci ilin mart ayında müraciət edən sonuncunun qohumu Zərərçəkmiş şəxs1 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özlərinə olan inam və etibardan suiistifadə edərək Azərbaycan Respublikası FHN-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu X10 ilə birlikdə bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 21 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx" MMC-in poçt xidməti vasitəsi ilə qabaqcadan əlbir olduğu İqbal Hüseynovun adına göndərdiyi 2000 (iki min) manat məbləğində pul vəsaitini çıxardıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 23 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda qabaqcadan əlbir olduğu X10 ilə Zərərçəkmiş şəxs1 arasında 9000 (doqquz min) manat təşkil edən kredit müqaviləsi bağlanaraq həmin məbləğdə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə 2021-ci ilin birinci yarısında hissə-hissə olmaqla cəmi 6000 (altı min) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 qabaqcadan əlbir olduğu İqbal Hüseynov vasitəsi ilə sonuncunun işlədiyi ünvan 4 ünvanında yerləşən “Naxçıvan” otelində alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyindən heç nə yadında qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsləri işə düzəltməyə vəd vermədiyini, bu məqsədlə ona pul verilmədiyini, Şahid2lə İqbal Hüseynov arasındakı pul məsələsindən xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2-3 il Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, zərərçəkmiş şəxsləri işə düzəltməyə söz verməmiş, bu məqsədlə ona hər hansı məbləğdə pul verilməmişdir. İqbal Hüseynovla həmkəndlidir, bir kəndçi kimi normal münasibətləri olmuşdur. İqbal Hüseynov “Naxçıvan” adlı oteli işlədirdi, İqbalın tanışı “Orxan” adlı şəxs də otel işlədirdi. Şahid2 İqbal Hüseynovun işlətdiyi oteldən tanıyır, İqbal Hüseynov vasitəsi ilə tanış olmuşlar. Təxminən 2020-ci ilin mart ayında Şahid2 evində qonaq olmuşdur. Belə ki, həmin vaxt tanışı İqbal Hüseynov işi olduğunu, Balakən rayonuna getdiyini, əgər vaxtı varsa onunla birlikdə getməyini təklif etmiş, o da razılaşmışdır. O həmin vaxt xidməti formada olmuşdur. O, Balakən rayonuna gedərkən işə məlumat verməli olduğu halda bu barədə məlumat vermədən rayona getmişdir. Balakən rayonunda İqballa birlikdə rayonun mərkəzində Binnətlə görüşmüş, Binnət onları evinə qonaq aparmışdır. Binnətlə İqbal ondan kənara çəkilib öz aralarında söhbət etmişlər. O, Balakən rayonuna gedəndən sonra Binnətlə İqbalın arasında pul məsələsi olduğunu bilmişdir. O cəmi bir dəfə Balakən rayonuna getmişdir. İqballa mütəmadi olaraq FHN-nin binasının yaxınlığında yerləşən “50 qəpik” adlı çay evinin yanında yerləşən kafedə görüşmüşlər. İqbal ona zəng edərək Binnətlə birlikdə həmin kafedə çay içdiklərini bildirərək onu da kafeyə dəvət etmiş, o da oraya getmişdir. Balaca kafe olduğu üçün onlar arxa-arxaya qoyulmuş stollarda əyləşmişlər, o arxa stolda əyləşmişdir. Zərərçəkmiş şəxsləri bir dəfə həmin kafedə görmüşdür. Zərərçəkmiş şəxsləri işə düzəltmək məsələsi Şahid2lə İqbal Hüseynov arasında olmuş, onun zərərçəkmiş şəxsləri işə düzəltmək məsələsindən xəbəri olmamış, onun həmin məsələlərdə adı çəkilməmiş, zərərçəkmiş şəxslər onun telefon nömrəsini bilməmişlər. İşə düzəltmək məsələsindən “50 qəpik” adlı çay evinin yanında yerləşən kafedə olarkən məlumatı olmuşdur. Binnətlə İqbalın zərərçəkmiş şəxsləri kimin vasitəsi ilə işə düzəldəcəklərini bilməmişdir. Zərərçəkmiş şəxsləri işə düzəltməklə bağlı ona pul verilməmiş, onun adından zərərçəkmiş şəxslərdən pul alınmamışdır. Onun yanında onun vasitəsi ilə kiminsə işə düzəldiləcəyi barədə heç bir söz deyilməmişdir. Kafedə olarkən İqbal “Orxan” adlı tanışına zəng etmiş, “Orxan” adlı şəxs əlində sənədlərlə gəlmişdir. O ayrı stolda əyləşdiyi üçün həmin sənədləri görməmişdir. Zərərçəkmiş şəxslər yalan ifadə vermişlər, Şahid4 həmin kafeyə gəlməmiş, oraya İqbalın zəngi əsasında onun tanışı “Orxan” adlı şəxs gəlmişdir. “Orxan” adlı şəxslə Samidin xarici görünüşlərində çox fərq var, bir-birilərinə oxşamırlar. X8 münasibəti olmamış, İqbal Samidin nömrəsini bilməmişdir. Onun bildiyinə əsasən Orxanla da Samidin münasibəti olmamışdır. Samid yalnız onu tanımışdır. “Orxan” adlı şəxs getdikdən sonra zərərçəkmiş şəxslərlə İqbalgilin arasında mübahisə yaranmış, bu zaman o, “səs-küy etməyin, həll olunar” demiş, həmçinin İqbalgilə aldıqları pulu qaytarmaqlarını bildirmişdir. Sonra o, kafedən çıxmışdır. Bir müddət sonra İqbalın mobil telefonuna zəng çatmamış, söndürülmüş vəziyyətdə olmuşdur. X18, “Orxan” adlı şəxslə, ümumiyyətlə heç kimlə arasında pul və ya borc məsələsi olmamışdır. Ona zərərçəkmiş şəxsləri işə düzəltmək məsələsi ilə bağlı heç bir məbləğdə pul və ya hər hansı bir bahalı hədiyyə verilməmişdir. O ümumiyyətlə maddi və ya qeyri-maddi dəyər olmadan, şəxsi münasibətlər zəminində Şahid2 hər hansı qohumunu işə düzəltməmişdir. O, Zərərçəkmiş şəxs1 işə düzəltməklə bağlı vəd verməmişdir. İstintaqda verdiyi ilk ifadəsində guya Zərərçəkmiş şəxs1 işə düzəltməklə bağlı vəd verdiyi yazılmışdır. Həmin ifadəsini müstəntiq kompyuterdə yazmış, ifadəsini oxumadan imzalamışdır. Sonradan ifadəsini oxuduqda yanlış yazıldığını görüb bu barədə müstəntiqə bildirmiş, yanlışlıq düzəldilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, onun qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Şahid2 onun həmkəndlisi olmuşdur. Şahid2 ona İqbal Hüseynov və Təqsirləndirilən şəxs vasitəsi ilə DİN-in Mühafizə Xidmətinə işə düzələ biləcəyini demişdir. Bu məqsədlə 12 may 2020-ci ildə Şahid2lə birlikdə İqbal Hüseynov ilə Bakı şəhəri 52 saylı notariat kontorunda görüşüb borc müqaviləsi bağlayaraq 9800 manat və əlavə olaraq 2500 manat pulu İqbal Hüseynova vermişdir. Təxminən 1 ay sonra Şahid2 ilə birlikdə “Naxçıvan” otelində İqbal Hüseynovla görüşüb 2700 manat pulu ona vermişdir. DİN-in Mühafizə Xidmətinə polis nəfəri kimi işə düzəlməyi üçün ümumilikdə İqbal Hüseynova 15000 manat pul vermişdir. İqbal ona işi Təqsirləndirilən şəxs vasitəsi ilə Turalın düzəldəcəyini demişdir. 16 oktyabr 2020-ci il tarixdə o, Bakı şəhərində İqbal Hüseynov ilə görüşüb onunla birlikdə DİN-ə məxsus poliklinikaya gedib tibbi müayinələrdən keçmişdir. Müayinədən keçdiyinə dair sənədləri İqbal Hüseynov götürmüş və həmin sənədləri DİN-ə verəcəyini bildirmişdir. Sonra o, Balakən rayonuna qayıtmışdır. Binnət ona telefon vasitəsi ilə zəng edib X19 Əliyevin Balakən rayonunda onun evində olduqlarını, əmri gətirdiklərini demişdir. O da Binnətin evinə getmiş, lakin həmin vaxt ona əmr verməmişlər. İqbal işinin həll olunduğunu, onu Bakıya çağıracaqlarını demişdir. İqbal həmçinin işi həll edənin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Abış da həmin vaxt ona narahat olmamağını, işinin düzələcəyini demişdir. Bir müddət sonra İqbal Hüseynovla əlaqə saxlayıb işi ilə maraqlandıqda İqbal işinin həll olunduğunu deyərək onu Bakıya çağırmışdır. Şahid2lə birlikdə “Naxçıvan” otelinə getmişlər, Təqsirləndirilən şəxs, İqbal Hüseynov və Şahid3 orada olmuşlar. O, işinin düzəlib-düzəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs Şahid3 işini düzəldən şəxs olduğunu, 1 aya həll olunacağını bildirmişdir. Tural 2021-ci ilin fevral ayının axırında əmrinin veriləcəyini demişdir. O əgər işi düzəlməyəcəksə pulunu qaytarmaqlarını bildirmişdir. Uzun zaman keçməsinə baxmayaraq onu nə işlə təmin etmişlər, nə də ki, pullarını qaytarmışlar. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs3 nümayəndəsi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə çıxışında Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətləri olduğunu bildirərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Alızadə (Dovşanov) Samir Mahir oğlu ifadəsində bildirmişdir ki, 2020-ci ildə Şahid2 tanışları vasitəsi ilə FHN-in X12 Xidmətinə işə düzəldə biləcəyini demişdir. Bu məqsədlə atası 2020-ci ilin may ayında Şahid2 ilkin olaraq 9000 manat pul vermişdir. Binnət də dediyinə görə həmin pulu notariat qaydada borc müqaviləsi bağlayaraq İqbal Hüseynova vermişdir. Daha sonra işə düzəlmək məqsədilə Binnətə əlavə 3000 manat da verilmişdir. İşə düzəlməyi üçün ümumilikdə 12000 manat pul verilmişdir. 2020-ci ilin sentyabr ayında o, Şahid2lə birlikdə Bakı şəhərinə gəlib İqbal Hüseynovla görüşmüş, onunla birlikdə FHN-nə məxsus xəstəxanaya gedib tibbi müayinədən keçmişdir. Müayinədən keçdiyinə dair sənədləri İqbal Hüseynov götürmüş və həmin sənədləri FHN-nə verəcəyini demişdir. Həmin vaxtdan 2021-ci ilin fevral ayına qədər rayonda gözləmişdir. Sonra o, Şahid2, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Bakı şəhərinə gəlmişlər, İqbal Hüseynovla “Naxçıvan” adlı oteldə görüşmüşlər. Onlara bir gün sonra əmrlərinin veriləcəyi deyilmişdir. Lakin sonra işin uzandığını, 1 həftə gözləməli olduqlarını bildirmişlər. Onlar Bakıda 1 həftə gözləmişlər. Bir həftə sonra o, Musa və Şərəflə birlikdə FHN-in inzibati binasının qabağına gedib Binnət və İqballa görüşüb yaxınlıqda yerləşən “50 qəpik” adlı kafedə oturmuşlar. X15 zəngi ilə FHNin vəzifəli şəxsi olduğu deyilən Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs onlarla söhbət etmiş, narahat olmamaqlarını, zəng edəcəyi şəxsin əmrlərini gətirəcəyini demişdir. Abış həmçinin məzuniyyətdə olduğunu, işləri ilə çox maraqlana bilmədiyini demişdir. Bir neçə dəqiqə sonra adını hazırda xatırlamadığı bir nəfər şəxs gəlib onlara əmrləri göstərmiş, əmrlərə möhür vurulmadığını görmüşdür. Həmin şəxs 1 aya işin düzələcəyini demişdir. Təxminən 3 gün sonra İqballa əlaqə saxlayıb işinin uzanmağının istəmədiyini, əgər işi düzəlməyəcəksə pulunu qaytarmaqlarını bildirmişdir. İqbal da 1 həftə ərzində pulunu qaytaracağını demiş, o da razılaşmışdır. Bir həftə sonra İqballa əlaqə saxlamış, lakin onun telefonuna zəng çatmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini istəyir, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, qohumu Şahid2 tanışı İqbal Hüseynov vasitəsilə onu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demiş, o da razılaşmışdır. Şahid2 işə düzəlməyi üçün 17000 manat pul lazım olduğunu bildirmişdir. Binnət işi tanışı X20 Əliyev vasitəsi ilə düzəldəcəyini demişdir. O işə düzəlmək məqsədilə 2000 manat pulu poçt vasitəsi ilə İqbal Hüseynovun adına göndərmiş, 9000 manat pulu 52 saylı notariat kontorunda İqbal Hüseynov ilə borc müqaviləsi bağlayıb ona vermişdir. Qalan 6000 manatı isə hissə-hissə olmaqla Binnətin evində ona vermiş, Binnət də həmin pulu İqbal Hüseynova vermişdir. Binnət ona İqbal Hüseynovun da həmin pulları Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. O bir müddət sonra İqbal Hüseynov ilə əlaqə saxlasa da onun telefonu söndürülmüşdür. Uzun zaman keçməsinə baxmayaraq o, işə qəbul olunmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini istəyir, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2020-ci ildə Şahid2 tanışları olduğunu, həmin tanışlarının kimi istəsə Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyəni demişdir. Şahid2 bu barədə digər qohumlarına da məlumat vermişdir. O və bir neçə qohumu Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyə razı olduqlarını bildirmişlər. O işə düzəlmək məqsədilə 2020-ci ilin mart ayında Bakı şəhərində Şahid2 və İqbal Hüseynovla birlikdə FHN-nə məxsus xəstəxanaya gedib tibbi müayinədən keçmişdir. O, Fövqəladə Hallar Nazirliyinin Balakən rayon X12 Xidmətində işə düzəlmək üçün 15000 manat pulu Şahid2 vermişdir. 52 saylı notariat ofisində Şahid2 ilə İqbal Hüseynov aralarında borc müqaviləsi bağlamışlar, Binnət 9000 manat pulu İqbal Hüseynova vermiş, qalan 2000 manatı isə İqbala əlbəəl vermişdir. Qalan 4000 manat pulu isə Şahid2 hissə-hissə vermişdir. Şahid2 ondan aldığı pulları İqbal Hüseynova və Təqsirləndirilən şəxs verdiyini demişdir. 2021-ci ilin yanvar ayının təxminən 28-29 tarixlərində o, Binnət, Samir və Şərəf ilə birlikdə İqbalın işlətdiyi “Naxçıvan” adlı oteldə görüşüb metronun “Xətai” stansiyasının yaxınlığında yerləşən FHN-in inzibati binasının qabağına gedib orada yaxınlıqda olan “50 Qəpik” adlı çay evində oturmuşlar. Sonra Təqsirləndirilən şəxs də çay evinə gəlmişdir. Bir qədər sonra çay evinə “Orxan” adı ilə təqdim olunan şəxs gəlmiş, onun, Samir və Şərəfin işə qəbulu barədə əmrləri göstərmişdir. Həmin əmrlərin Qarabağ ərazisində işə başlamaqları ilə bağlı verildiyini, əgər əmrlərə möhür vurulsa həmin ərazidə işə başlayacaqlarını demişlər. Onlar etiraz edərək Balakən rayon X12 Xidmətində işə düzəlmək istədiklərini demişlər. Təqsirləndirilən şəxslə İqbal Hüseynov işlərinin düzələcəyini demişlər. Təqsirləndirilən şəxs özü FHN-in işçisi olduğunu, Novruz bayramından sonra onları işlə təmin edəcəyinə söz vermişdir. Lakin uzun zaman keçməsinə baxmayaraq onu nə işlə təmin etmişlər, nə də ki, pullarını qaytarmışlar. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini istəyir, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında qohumu Şahid2 atası Allahverdi Xəlilova tanışları olduğunu, həmin tanışlarının kimi istəsə Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilcəyəni demişdir. Şahid2 bu barədə digər qohumlarına da məlumat vermişdir. O və bir neçə qohumu Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyə razı olduqlarını bildirmişlər. 2020-ci ilin oktyabr ayında Şahid2lə Bakı şəhərinə gəlib İqbal Hüseynovla görüşmüşlər və onunla birlikdə FHN-nə məxsus xəstəxanaya gedib tibbi müayinədən keçmişdir. Həmin gün o, Şahid2 və İqbal Hüseynovla birlikdə 52 saylı notariat ofisinə gedərək 9000 manata borc müqaviləsi bağlayaraq həmin pulu orada İqbal Hüseynova vermişdir. Qalan 6000 manatı əlbəəl Binnətə vermiş, Binnət də həmin pulu İqbala vermişdir. 2021-ci ilin yanvar ayında o, Binnət, Musa və Samirlə birlikdə İqbal Hüseynovla “Naxçıvan” adlı oteldə görüşüb FHN-in inzibati binasının qabağına gedib orada yaxınlıqda yerləşən “50 Qəpik” adlı çay evində oturmuşlar. Sonra Təqsirləndirilən şəxs də çay evinə gəlmişdir. Bir qədər sonra çay evinə “Orxan” adı ilə təqdim olunan şəxs gəlmiş, onun, Samirin və Şərəfin işə qəbulu barədə əmrlərini göstərmişdir. Onlara əmrlərinin hazır olduğunu, nazir başqa ərazidə olduğundan möhür vurulmadığını, həmin əmrlərin Qarabağ ərazisində işə başlamaqları ilə bağlı verildiyini demişlər. Onlar etiraz edərək Balakən rayon X12 Xidmətində işə düzəlmək istədiklərini demişlər. Onlara Novruz bayramından sonra işə başlayacaqlarına söz vermişlər. İqbal Hüseynov işi Təqsirləndirilən şəxs vasitəsi ilə düzəltdiyini demişdir. Lakin uzun zaman keçməsinə baxmayaraq onu nə işlə təmin etmişlər, nə də ki, pullarını qaytarmışlar. İş düzəlmək məqsədilə cəmi 15000 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini istəyir, şikayətçidir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin aprel ayınadək DİN-in İnsan alverinə qarşı mübarizə baş idarəsinin əməliyyat tədbirləri şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda daxili işlər orqanlarından xaric edilmişdir. Təqsirləndirilən şəxs dostudur, İqbal Hüseynovu isə otel və restoran işlədən həmyerlisi kimi tanımışdır. O, Zərərçəkmiş şəxs3, ümumiyyətlə heç kimi işə düzəltməyə söz verməmişdir. Onun kimisə işə düzəltmək məsələlərindən məlumatı olmamış, bu barədə eşitməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi FHN-dən şöbə müdiri kimi tanımışdır. O kiminsə işə qəbul edilməsi məsələsində iştirak etməmişdir, həmin məsələlər nazirliyin kadrlar və hüquq şöbəsinin əməkdaşları tərəfindən həll edilirdi. 2022-ci ildə inzibati binada növbətçi hissədən Orxan adlı əməkdaş Şahid2 onunla görüşmək və söhbət etmək istədiyini demişdir. Belə ki, Binnət əvvəlcə əmri gətirən şəxsin Orxan olduğunu demiş, Orxan Binnətlə görüşəndən sonra isə əmri gətirən şəxsin Orxan olmadığını demişdir. Daha sonra Binnət əmri gətirənin o olduğunu dediyi üçün Orxan onun Binnətlə görüşüb məsələyə aydınlıq gətirməsini bildirmişdir. Buna görə də o, Orxan ilə birlikdə nahar vaxtı Şahid2 ilə yaxınlıqda yerləşən “50 qəpik” adlı kafedə görüşmüşdür. Orxan onları görüşdürəndən sonra özü getmiş, kafedə Binnətlə o qalmışdır. Görüş vaxtı Şahid2 onun Təqsirləndirilən şəxs və İqbal Hüseynovun yanında ona işə qəbul haqqında əmr təqdim etdiyini demişdir. O isə Şahid2 onu ilk dəfə gördüyünü, ona heç vaxt əmr təqdim etmədiyini, İqbal Hüseynovu tanımadığını bildirmişdir. Sonra Şahid2 Orxandan ona xəbər göndərərək ona 1000-1500 manat pul verməsini, qarşılığında isə ondan şikayət etməyəcəyini bildirmişdir. O isə işə düzəltmək məsələlərinə heç bir aidiyyətinin olmadığını bildirmişdir. O, “50 qəpik” adlı kafedə zərərçəkmiş şəxslərlə görüşməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart-aprel aylarında əri Şahid2 yanına yaşadıqları Balakən rayonuna Bakıdan FHN-də işləyən şəxslər gəlmişlər. Əri onları qarşılayıb yaşadığı evə dəvət etmişdir. Onlar qonaqları qarşılamışlar, əri onlar ilə oturub söhbət etmişdir. Qonaqlar evində olarkən FHN-də yüksək vəzifədə işlədiklərini, kimi lazım olarsa Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi və polis orqanlarına işə qəbul etdirə biləcəklərini demişlər. Sonradan Binnət gələn şəxslər barədə qohumları Samir Alızadə, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Qeyd edilən şəxslərin işə qəbul olunmaları ilə bağlı əri və qohumları Bakı şəhərinə dəfələrlə getmişlər. Sonradan Binnət ona demişdir ki, həmin şəxslər onu və qohumlarını aldadıb pullarını ələ keçirmişlər. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şahid2 17 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, onkoloji xəstəliyi ilə əlaqədar olaraq tez tez Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olarkən Nizami rayonu 8-ci km bazarı ərazisində yerləşən “Naxçıvan” otelində qalmış, orada olarkən oteli idarə edən X10 ilə tanış olmuş, onunla ünsiyyəti yaxşı olmuş və aralarında isti münasibətlər yaranmışdır. Hazırda həmin oteldə bildiyi qədər İqbal Hüseynov işləmir. 2020-ci ilin təxminən mart-aprel aylarında X2 rayonuna gəlib ona zəng edərək qarşılanmasını xahiş etmişdir. O, İqbalı qarşılayıb yaşadığı evə dəvət etmiş, İqbal Hüseynov onun evinə Təqsirləndirilən şəxs ilə birlikdə gəlmişdir. İqbal evində ona Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyini bildirmişdir. Evdə olarkən söhbət zamanı Təqsirləndirilən şəxs ona kimi lazım olarsa Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. O, İqbal və Abışın sözlərinə inanaraq qohumları ilə məsləhətləşmiş və qohumlarına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, eyni zamanda Daxili İşlər Nazirliyinə işə düzəlmək şanslarının olduqlarını bildirmişdir. Həmin söhbətdən sonra bacısı oğlu X14, yeznəsi Varis Kekiliyevin qardaşı oğlu Zərərçəkmiş şəxs4, qardaşı Əsəd Vəliyevin qaynı oğlu Zərərçəkmiş şəxs2 və dostu X7 Köklərovun işə qəbul olunmalarında köməklik edilməsini xahiş etmişlər. Qohumlarının hər biri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiklərini bildirdikləri üçün o, İqbal Hüseynov vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və adları çəkilən şəxslərin Azərbaycan Respublikasının FHN-ə işə düzəlmək istədiklərini bildirmişdir. O, Bakıda “Naxçıvan” otelində Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona Zərərçəkmiş şəxs2 FHN-in Balakən Rayon Dövlət X3 15000 manat müqabilində yanğınsöndürən vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini bildirmişdir. Bu məqsədlə 09 mart 2021-ci il tarixdə o, Musanın atası Əliyar Sabirov ilə birlikdə Bakıya gəlib oteldə qalmış, 10 mart 2021-ci il tarixdə İqbal Hüseynov ilə 52 saylı notariat kontorunda görüşüb onunla 9000 manatlıq borc müqaviləsi bağlamış, Əliyardan 9000 manatı alıb orada İqbal Hüseynova vermiş, qalan 2000 manatı isə İqbala əldən vermişdir. Həmin tarixdən sonra isə Əliyar Sabirov hissə-hissə olmaqla qalan 4000 manatı ona yaşadığı Qazma kəndində yerləşən evində vermiş, o da həmin verilən pulu Təqsirləndirilən şəxs ona telefonda verdiyi göstərişi əsasında Bakıda “Naxçıvan” otelində qalarkən İqbal Hüseynova vermişdir. Pulu verərkən İqbal Hüseynov ona əlyazma təqdim etmişdir. Növbəti dəfələrdə o, Bakıda “Naxçıvan” otelində Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona Samir Alızadəni FHN-in Balakən Rayon Dövlət X3 15000 manat müqabilində yanğınsöndürən vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini bildirmişdir. Həmin məqsədlə Samirin atası X1 2020ci ilin may ayında Bakıda görüşüb ilkin olaraq 9000 manat alıb, sonra isə 12 may 2020-ci il tarixdə İqbal Hüseynov ilə 52 saylı notariat kontorunda görüşüb onunla borc müqaviləsi bağlayıb 9000 manatı İqbal Hüseynova vermişdir. Həmin tarixdən sonra isə Mahir Dovşanov ona hissə-hissə olmaqla qalan 6000 manatı yaşadığı Qazma kəndində yerləşən evində vermiş, o da həmin verilən pulu Təqsirləndirilən şəxs onun telefonda verdiyi göstərişi əsasında Bakıda “Naxçıvan” otelində qalarkən İqbal Hüseynova vermiş, pulu verərkən İqbal Hüseynov ona əlyazma təqdim etmişdir. O növbəti dəfələrdə Bakıda “Naxçıvan” otelində İqbal Hüseynov ilə görüşərkən Zərərçəkmiş şəxs3 Tural vasitəsi ilə DİN-də Zaqatala rayonunda Mühafizə Xidmətinə 15000 manat müqabilində polis nəfəri vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini bildirmiş, Tural da eyni oteldə ona Zərərçəkmiş şəxs3 işlə təmin edə biləcəyini bildirmiş, lakin pul məsələsinin İqbal ilə danışılmasını demişdir. Həmin məqsədlə Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə İqbal Hüseynov ilə Bakı şəhəri 52 saylı notariat kontorunda görüşüb Elməddinin adından borc müqaviləsi bağlayıb 12500 manatı İqbal Hüseynova vermiş, həmin tarixdən sonra isə Zərərçəkmiş şəxs3 onunla birlikdə “Naxçıvan” otelində qalan 2500 manatı onun yanında İqbal Hüseynova vermişdir. Növbəti dəfələrdə o, Bakıda “Naxçıvan” otelində Təqsirləndirilən şəxs ilə görüşərkən Zərərçəkmiş şəxs4 FHN-in Balakən Rayon Dövlət X3 15000 manat müqabilində yanğınsöndürən vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini bildirmişdir. Həmin məqsədlə Şərəfin atası Allahverdi Xəlilovun yanında 2020-ci ilin oktyabr ayında Balakəndə Qazma kəndində 2000 manatı Abışın yanında İqbal Hüseynova vermiş, sonra isə xx.xx.2020-ci il tarixdə İqbal Hüseynov ilə 52 saylı notariat kontorunda görüşüb onunla Şərəf arasında borc müqaviləsi bağlayıb 9000 manatı İqbal Hüseynova vermişlər. Həmin tarixdən sonra isə Allahverdi Xəlilov ona hissə-hissə olmaqla qalan 6000 manatı yaşadığı Qazma kəndində yerləşən evində vermiş, o da həmin verilən pulu Təqsirləndirilən şəxs ona telefonda verdiyi göstərişi əsasında Bakıda “Naxçıvan” otelində qalarkən İqbal Hüseynova vermişdir. Növbəti dəfələrdə o, Bakıda “Naxçıvan” otelində Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona Zərərçəkmiş şəxs1 FHN-in Balakən Rayon Dövlət X3 15000 manat müqabilində dispetçer vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini bildirmişdir. Həmin məqsədlə Elmarın atası Eldar Köklərov poçt vasitəsi ilə İqbal Hüseynovun adına 21 dekabr 2020-ci il tarixdə İqbal Hüseynova 2000 manat pul göndərmişdir. 23 dekabr 2020-ci il tarixdə isə İqbal Hüseynov ilə 52 saylı notariat kontorunda görüşüb onunla Elmar arasında borc müqaviləsi bağlayıb 9000 manatı İqbal Hüseynova vermişlər. Həmin tarixdən sonra isə Eldar ona hissə-hissə olmaqla qalan 6000 manatı yaşadığı Qazma kəndində yerləşən evində vermiş, o da həmin verilən pulu Təqsirləndirilən şəxs ona telefonda verdiyi göstərişi əsasında Bakıda “Naxçıvan” otelində qalarkən İqbal Hüseynova vermişdir. 2021-ci ilin mart ayına qədər gözləmişlər, həmin aydan sonra bir daha o, Musa, Samir və X16 işlədiyi 8-ci km bazarı ərazisində yerləşən “Naxçıvan” adlı kiçik oteldə görüşüb onunla FHN-in inzibati binasının qabağına gedib orada yaxınlıqda yerləşən “50 Qəpik” adlı kafedə oturmuşlar, oraya Təqsirləndirilən şəxs İqbal Hüseynovun zəng ilə gəlmiş, məsələ ilə məşğul olduğunu demiş, bir neçə dəqiqə sonra özünü FHN-in işçisi kimi təqdim edən “Orxan” adlı şəxs onlara əmrləri göstərmiş, həmin şəxs uşaqların aprel ayının əvvəlində Novruz bayramından sonra işə çıxa biləcəyinə onları əmin etmişdir. O, 5 nəfər şəxsə görə ümumilikdə 65000 manat məbləğində pulu müxtəlif vaxtlarda hissə-hissə olmaqla Təqsirləndirilən şəxs çatdırılması üçün Bakı şəhərində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Naxçıvan” otelində görüşərək İqbal Hüseynova vermişdir. Hər şəxsə görə ayrı-ayrılıqda 52 saylı notariat kontorunda borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən notariat kontorunda qohumları Samir Alızadə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Elman Köklərov şahid olmuşlar və pulun Təqsirləndirilən şəxs tərəfindən alınmasının şahidi olmuşlar. Lakin uzun zaman keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədini yerinə yetirməyərək qohumlarını işə düzəltməmiş, aldığı pulları da geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona qohumlarını FHN-də işləyən vəzifəli şəxslər vasitəsi ilə işə qəbul etdirəcəklərini bildirmişdir. O, İqbal Hüseynov və Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı sonuncuların cinayət məsuliyyətinə cəlb olunmasına və onlardan götürdüyü pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından X4 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X14, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 əmlaklarını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. - Bakı şəhəri 52 saylı notariat ofisinin 19 avqust 2021-ci il tarixli 2002/2021 saylı məktubuna əlavə edilmiş kredit müqavilələrindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində X10 ilə Şahid2 arasında məbləği 9000 manat təşkil edən kredit müqaviləsi, xx.xx.2020-ci il tarixdə həmin notariat ofisində X10 ilə Şahid2 arasında məbləği 9000 manat təşkil edən kredit müqaviləsi, xx.xx.2020-ci il tarixdə həmin notariat ofisində X10 ilə Zərərçəkmiş şəxs3 arasında məbləği 9800 manat təşkil edən kredit müqaviləsi, xx.xx.2020-ci il tarixdə həmin notariat ofisində X10 ilə Zərərçəkmiş şəxs4 arasında məbləği 9000 manat təşkil edən kredit müqaviləsi, xx.xx.2020-ci il tarixdə həmin notariat ofisində X10 ilə Zərərçəkmiş şəxs1 arasında məbləği 9000 manat təşkil edən kredit müqavilələri bağlanmışdır. - "xxxx" MMC-nin 21 dekabr 2020-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 21 dekabr 2020-ci il tarixdə X4 adına 2000 (iki min) manat pul köçürmüşdür. - diskə baxış keçirilməsi haqqında 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrə ilə X6 məxsus ***-***-**-** saylı telefon nömrələri arasında xx.xx.2020-ci il tarixdə saat 16:41-də 30 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:42-də 165 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:49-da 56 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:01-də 17 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:28-də 89 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:15-də 61 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:47də 64 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:17-də 41 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:18-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:19-də 34 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:21-də 21 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:28-də 10 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:30-da 17 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:04-də 72 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:57-də 19 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:26da 32 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:38-də 6 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:33-də 37 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:36-da 72 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:06-da 117 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:19-da 18 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:30-da 17 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:43-də 22 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:53-də 84 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:51də 125 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:35-də 114 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:12-də 66 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:40-da 48 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:23-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:57-də 91 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:18-də 28 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:12-də 39 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:13-də 53 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:38də 52 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:43-də 39 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:44-də 205 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:02-də 56 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:03-də 68 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:29-da 59 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:36-da 136 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:53-də 29 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:54-də 21 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:59da 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:55-də 58 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:58-də 203 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:16-da 92 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:00-da 28 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:55-də 33 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:28-də 45 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:41-də 25 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:43-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:19da 106 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:18-də 72 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:33-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:47-də 8 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:10-da 153 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:26-da 184 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:42-də 64 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:18-də 83 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:24-də 117 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:32-də 100 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:41-də 35 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:31-də 40 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:46-də 42 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:39-da 57 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:59-da 14 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:51-də 752 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:23-də 37 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:01-də 30 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:26-də 15 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:21-də 39 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:22-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:22-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:25-də 81 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:02də 35 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:24-də 28 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:30-da 35 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:04-də 52 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:11-də 198 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:19-də 63 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:35-də 67 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:52-də 22 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:01-də 63 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:03də 57 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:47-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:22-də 37 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:43-də 21 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:43-də 64 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:37-də 136 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:09-da 110 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:04-də 77 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:32-də 105 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:00-da 122 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:26-da 46 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:20-də 49 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:51-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:52-də 71 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:39-da 88 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:46-da 65 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:51də 185 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:55-də 59 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:04-də 128 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:47-də 42 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:47-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:59-da 118 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:43-də 80 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:19-da 238 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:42-də 98 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:20də 68 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:53-də 54 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:14-də 135 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:47-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:47-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:16-da 92 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:28-də 96 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:17-də 130 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:43-də 92 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:43də 85 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:53-də 58 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:31-də 94 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:53-də 114 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:54-də 110 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:14-də 90 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:00-da 77 saniyə davam edən qarşılıqlı telefon danışıqları olmuşdur. Bundan başqa X6 məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 11:37-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:39-da 455 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:34-də 51 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:42-də 29 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:08-də 50 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:40-da 115 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:58-də 30 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:16da 31 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:08-də 41 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:04-də 54 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:40-da 166 saniyə, xx.xx.2020-ci il tarixdə saat 08:34-də 59 saniyə, xx.xx.2020-ci il tarixdə saat 08:54-də 34 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:27-də 29 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:11-də 26 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:04-də 153 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:11-də 272 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:38-də 91 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:58-də 53 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:52-də 34 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:08-də 35 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:21-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:45-də 105 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:24-də 100 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:06-da 47 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:16-da 146 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:44-də 36 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:38-də 61 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:55-də 31 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:22-də 151 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:10-da 141 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:50-də 623 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:08-də 138 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:01-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:43-də 59 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:47-də 77 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:46-da 146 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:13-də 216 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:27-də 289 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:51-də 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:12-də 99 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:36-da 73 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:28-də 73 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:14-də 105 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:19-da 66 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:00-da 160 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:55-də 165 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:24-də 76 saniyə, xx.xx.2020-ci il tarixdə saat 17:36-da 47 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:48-də 186 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:41-də 193 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:48-də 155 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:46-da 117 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:24-də 112 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:40-da 304 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:55-də 89 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:33-də 223 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:45-də 36 saniyə, xx.xx.2020-ci il tarixdə saat 20:50də 110 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:35-də 123 saniyə, xx.xx.2020-ci il tarixdə saat 23:05-də 149 saniyə davam edən qarşılıqlı telefon danışıqları olduğu görünür. - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 12 sentyabr 2017-ci il tarixli 1294/ş saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X5 və X13 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 01 mart 2021-ci il tarixli 0267/ş saylı əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, axx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqavilələri və "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzinin surətləri, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22 fevral 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(001)-50/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli 1(103)-34/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham və CM-nin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, CM-nin 66.5 və 66.4-cü maddələrinə əsasən üzərində 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(001)-50/2022 saylı hökmü (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli 1(103)- 34/2024 saylı qərarı) ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 1(103)-34/2024 saylı qərarı ilə təyin edilmiş 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən toplayaraq, əlavə cəzanı isə əhatə etməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli kredit müqavilələri, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzinin surətləri, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Alızadə (Dovşanov) Samir Mahir oğluna vurulmuş maddi ziyan ödənilməsə də onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüququ izah edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 1(103)-34/2024 saylı qərarı ilə təyin edilmiş 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən toplayaraq, əlavə cəzanı isə əhatə etməklə Təqsirləndirilən şəxs qəti cəza 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli kredit müqavilələri, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzinin surətləri, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Alızadə (Dovşanov) Samir Mahir oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-450/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-450/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver