Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-453/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1979-cu il tarixdə Cəlilabad rayonuda anadan olmuş, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 aprel 2023cü il tarixdə, saat 13:20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, M.Namazov küçəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini əli ilə mexaniki təsir göstərib açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, mənzilin qonaq otağında olan dolabın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus 780 (yeddi yüz səksən) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 may 2023-cü il tarixdə saat 11:20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə mexaniki təsir edib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, mənzilin yataq otağında çarpayının üzərindən Zərərçəkmiş şəxs1 məxsus üzərində 5 (beş) manat dəyərində «Bakcell» şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə ilə işləyən 500 manat dəyərində «Redmi not 8» markalı mobil telefonu, həmin mənzilin mətbəx otağında dolabın üzərində olan 5 (beş) manat dəyərində «Azercell» şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə ilə işləyən 300 manat dəyərində «Redmi 8» markalı mobil telefonun, yataq otağında dolabın üzərində olan pul qabının içərisindən 200 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.180 manat (min yüz səksən manat) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdirr. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 13 aprel 2023-cü il tarixdə Xəzər rayonu, Bilgəh qəsəbəsində iş tapa bilməyib Albalılığa getmiş, orada bağbanlıq işi alınmadıqda ictimai nəqliyyat ilə yaşadığı ünvana qayıtmaq üçün Albalılıq qəsəbəsində avtobusa minmək üçün yola hərəkət etməyə başlamış, təxminən saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsindən keçən zaman fərdi yaşayış evi görmüşdür. Həmin evin qapısında qıfıl olmuş, hasardan həyətə boylandıqda orada heç kəsin olmadığını görmüşdür. Həyətə düşərək evin içinə baxmış, evdə heç kəs olmadığını görüb evin pəncərəsinə yaxınlaşaraq əli ilə itələmiş, pəncərə açıq olmuş və pəncərədə tül setka olmuşdur. O, əli ilə setkanı çıxarıb yerə qoyduqdan sonra evin içərisinə daxil olaraq, qonaq otağında güzgülü şkafın üstündəki pul kisəsindən 600-700 manata yaxın pulu götürüb heç yerə toxunmadan evi tərk etmişdir. Oradan uzaqlaşaraq bir az kənarda nömrəsini xatırlamadığı sərnişin avtobusuna minərək yaşadığı fərdi evə qayıtmışdır. Oğurladığı pulları müxtəlif növ ərzaq, paltar və əyləncəsi üçün xərcləmişdir. Bundan başqa o, 22 may 2023-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən «Qızıl Qaya» restoranının yaxınlığından keçərkən küçənin sonunda olan fərdi yaşayış evinin qapısında qıfıl olmasını görmüş, evin qarşısında olan hasar dəmirdən və alçaq olduğu üçün o, hasardan keçməklə evin həyətinə girmiş, həyətdə olan nərdivanı götürərək evin giriş qapısına söykəmişdir. Evin giriş qapısı bağlı olmuş, lakin qapının üzərində olan plastik pəncərəni əli ilə bərk itələyərək pəncərəni açmışdır. O, pəncərədən həmin evə, giriş qapısının yanında olan birinci otağa daxil olaraq otaqda yatağın üzərində göy rəgli «Redmi» markalı mobil telefonun toka taxılaraq enerji yığdığını görmüş və həmin telefonu götürmüşdür. Bundan başqa termonun üzərində olan pul qabını görmüş və pul qabını açmış, içərisindən 100 dollarlıq əskinas və müxtəlif əskinaslardan ibarət 200 manat pulu götürmüşdür. Sonra otaqda olan dolabları axtarmış, digər otağa daxil olmuş və orada olan dolabı axtarmış, dolabın içərisində olan salafanın içərisindən bir ədəd ətiri çıxararaq yatağın üzərinə qoymuşdur. Daha sonra isə mətbəxə baxmış və mətbəxdə mebelin üzərində olan göy rəngli «Redmi» markalı mobil telefonu götürmüşdür. Sonra isə evin qonaq otağında olan pəncərədən çölə çıxmış və oradan çıxıb getmişdir. O, əldə etdiyi pulları özü üçün xərcləmiş, mobil telefonun birini isə metronun «20 yanvar» metrosunun yanında 55 manata özünə məxsus olan pasportla satmışdır. Həmin telefonu satan zaman telefonun özünə məxsus olmasını bildirmişdir. Satdığı mobil telefon kodda olmamışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə dəvət olunmuşdur. Həmin mobil telefonu istintaqa təqdim etmişdir. Telefonun üzərində olan mobil nömrələri çıxardaraq xatırlamadığı ərazidə atmışdır. Mobil telefonun üzərində qoruyucu örtük olmamış, hər ikisi göy rəngdə olmuşdur. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş zərəri qismən ödəmişdir. Belə ki, oğurladığı mobil telefonları geri qaytarmış, həmin maddi zərərdən sadəcə 100 ABŞ dolları olan hissəsini ödəməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və Albalılıq qəsəbəsində nömrəsiz evdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 13:45-dən saat 14:35 dək olan müddət ərzində o, işdə olmuş, həyat X1 kiçik övladı X9 evə gətirib, qızı X6 məktəbə aparan zaman hadisə baş vermişdir. X1 məktəbdən qayıdıb içəri daxil olduğu zaman pəncərənin setkasının yerdə olduğunu və pəncərənin açıq olduğunu görmüş, bu zaman ona zəng vuraraq evə gəlib-gəlmədiyini soruşmuş, o isə evə gəlmədiyini bildirmiş və heç nəyə əl vurmamasını qətiyyətlə tapşırmış, dərhal işdən icazə alıb evə qayıtmış və qonaq otağında olan siyirmənin içində ailə büdcəsinə aid 780 manat pulun oğurlandığını bilmişdir. Həmin pulu bir gün qabaq kartdan çıxarıb ora qoymuşdur. Bu zaman polisə məlumat vermiş və dərhal hadisə baş verən evə polis əməkdaşları gələrək araşdırmaya başlamışlar. Ona ümumilikdə 780 (yeddi yüz səksən) manat maddi ziyan dəymiş, evdən başqa bir şey oğurlanmamışdır. Hal-hazırda ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, «Şəfi Telekom»mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi telefon mağazasına yaxınlaşaraq bir ədəd «Redmi 8» markalı mobil telefon gətirmiş, həmin mobil telefonun özünə məxsus olmasını bildirmişdir. O, həmin şəxsdən telefonu 55 manata almağa razılaşmış, telefon işlənmiş vəziyyətdə olmuş, arxasında rəng getmiş, telefon kodda olmamışdır. O, telefonu açmış, yoxlamış, telefonun üzərində nömrə olmamış, şəkillər olmamışdır. Daha sonra o, həmin şəxsin telefonunda olan sonuncuya məxsus olan pasportunun şəklini A4 formatlı kağıza çap etmiş və arxasına həmin şəxs imza etmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları gələrək telefonun oğurluq olmasını bildirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1-da yoldaşı və iki oğlu ilə yaşayır. xx.xx.2023-cü il tarixdə uşaqları məktəbə getmiş, yoldaşı da işə getmişdir. O, özü işləmir, evdar qadındır. xx.xx.2023-cü il tarixdə saat 11:14-də o, qonşuya getmişdir. Saat təxminən 11:40 radələrində o, evə qayıtmış və görmüşdür ki, evin giriş qapınına nərdivan qoyulmuşdur və qapının üzərində olan pəncərə açıqdır. Buna görə də o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, evə baxdıqda görmüşdür ki, evin qonaq otağında olan pəncərə də açıqdır. O, belə etimal etmişdir ki, birinci qapının üzərindəki pəncərədən girib, qonaq otağında olan pəncərədən isə qaçıb gedilmişdir. O, evə baxdıqda görmüşdür ki, evin girdikdə sağ tərəfdə olan uşaqların yataq otağında enerji yığması üçün toka taxdığı üzərində 5 (beş) manat dəyərində “Bakcell" şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə olan 500 manat dəyərində «Redmi not 8» markalı mobil telefon götürülmüşdür. Bundan başqa uşaqlarında yataq otağından olan pul qabının içərisindən 1 ədəd yüz dollarlıq əskinaz, 200 manat məbləğində müxtəlif əskinazlardan ibarət pulu götürül45müş, həmçinin də mətbəx mebelinin üzərində olan üzərində 5 (beş) manat dəyərində “Azercell” şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə olan 300 manat dəyərində «Redmi 8» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Həmin telefonların üzərində qoruyucu örtük olmamış və telefonun birisinin arxasında rəngi getmişdir. Hər iki telefon tünd göy rəngdə olmuşdur. Həmçinin nömrələrin içərisində kontur olmamışdır, Ona ümumilikdə 1180 manat maddi ziyan dəymişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 11:30-də radələrində Baki şəhəri, ünvan 3 ünvanında baş vermişdir. Ona ümumlikdə 1180 manat məbləğində maddi ziyan dəymişdir. İlkin olaraq o, həyəcanlı olduğundan hər şeyi dəqiq olaraq xatırlamamışdır. Buna görə də şikayət ərizəsini yazdıqda bunu qeyd etməmişdir. Ona ümumilikdə 1180 manat məbləğində ziyan dəymişdir. Həmçinin də mobil telefonun üzərində olan nömrələrin qiymətlərini də deməmişdir. Buna görə də hal-hazırda bildirdiyi dəymiş zərərin qiyməti bu qədərdir. O, hadisənin törədilməsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Oğurlanmış telefonlar ona məxsus olmuşdur. Onun heç bir əmlakına maddi ziyan vurulmamışdır. Yalnız oğurlanmış 1180 manatdan ibarət zərər dəymişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd “X12 8” markalı və 01 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının müddəti 04 ilə endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)- 248/2023 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “X12 8” markalı və 01 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə təyin edilmiş 9/4161 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi sübut növü qismində qiymətləndirilməməsinə baxmayaraq, hazırkı cinayət işi üzrə keçirildiyindən məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc- Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “X12 8” markalı və 01 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-453/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-453/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver